Gövhər Sultan Bəyim Səfəvi (d. XVI əsrin I yarısı, Səfəvi imperiyası - ö. — 1577, Səfəvi imperiyası) - Səfəvi sülaləsindən olan şahzadə, I Təhmasibin qızı, Səfəvi sülaləsindən olan şahzadə İbrahim Mirzə Səfəvinin arvadı və II İsmayılın, Məhəmməd Xudabəndənin bacısı.
Gövhər Sultan Bəyim Səfəvi | |
---|---|
Doğum tarixi | XVI əsr |
Doğum yeri | Səfəvi imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Səfəvi imperiyası |
Vəfat səbəbi | İntihar və ya xəstəlik |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşağı | |
Anası | Sultan Bəgüm Məvəsilli |
Dini | Şiə İslam |
Fəaliyyəti | royalty[d] |
Həyatı
Səfəvi imperiyasının ikinci hökmdarı I Təhmasibin qızı olaraq dünyaya gəlmişdir. Onun anası qızılbaş tayfası Mosullulardan və ya Türkmanlardan olan sərkərdə qızı Qədəmli Bəyim və ya digər adı ilə Sultanım Bəyimdir. Sultanım Bəyimin qardaşı, Gövhər Sultanın dayısı Musa Sultan Mosullu Səfəvi imperiyasının Azərbaycan bəylərbəyliyinin bəylərbəyi olmuşdur.
Gövhər Sultan Səfəvi 1560-cı ildə I İsmayılın nəvəsi və Bəhram Mirzə Səfəvinin oğlu İbrahim Mirzə Səfəvi ilə ailə həyatı qurmuşdur. İbrahim Mirzə o dönəmki şah olan I Təhmasibin sevimlilərindən biri idi. İbrahim Mirzə xüsusən dövrün incəsənət xadimlərinə etdiyi hamiliyi ilə məşhurdur. O, xüsusi emalatxana yaradaraq xüsusui əlyazmaları toplamış və ya yenidən yaratdırmışdır. Həmçinin İbrahim Mirzə fars və Azərbaycan türkcəsində şeirlər də yazmışdır. Onun 3 min beytlik divanı dövrümüzə qədər gəlib çatmışdır. Bir sıra mühüm vəzifələrdə çalışan İbrahim Mirzə Səfəvi II İsmayılın şah olmasından sonra onun tərəfindən şahın möhrdarı təyin edildi. Lakin 6 ay sonra paytaxt Qəzvində bir digər Səfəvi şahzadəsi ilə birlikdə şahın əmri ilə qətlə yetirildi. Bu II İsmayılın öz qohumlarına qarşı başlatdığı repressiyanın tərkib hissəsi idi.
Həyat yoldaşının öldürülməsindən sonra Gövhər Sultanın psixoloji vəziyyəti pisləşdi. Hətta onun qardaşına qəzəbləndiyi üçün həyat yoldaşının vaxtilə topladığı qiymətli incəsənət nümunələrini yandırdığı da bildirilir. Belə ki, o, çini qabları sındırmış, əlyazmaları yandırmış, hətta İbrahim Mirzənin ona evlilik hədiyyəsi kimi verdiyi və Kəmaləddin Behzad tərəfindən çəkilmiş muraqqanı da üzərinə su tökərək məhv etmişdir. Ola bilsin ki, o, ərinin öldürülməsini əmr edən və şahzadənin emalatxanasını ələ keçirən qardaşının əlinə heç nəyin düşməsini istəmirdi.
Gövhər Sultan ərinin öldürülməsindən cəmi 3 ay sonra vəfat etdi. Onun ya dərd çəkməkdən xəstəliyə düçar olub öldüyü, ya da zəhər içərək intihar etdiyi ehtimal edilir. Gövhər Sultanın Gövhərşah adında cəmi bir qızı olmuşdur. Anasının ölümündən sonra o, xalası Pərixan xanımın himayəsində qalmış, 1587-ci ildə Məkkəyə getmiş və orada Seyid İbrahim Şirazinin oğlu Əmir Nəsirəddin Hüseyn ilə ailə həyatı qurmuşdur.
Həmçinin bax
İstinadlar
- Khafipour, 2013. səh. 193
- "ESMĀʿIL II – Encyclopaedia Iranica". www.iranicaonline.org. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
- Woods, 1999. səh. 193
- Babaie, 2004. səh. 26
- Simpson, 1997
- Welch, 1976. səh. 23-24
- Sudavar, 2000. səh. 1
- Titley, 1983. səh. 105-106
- Titley, 1983. səh. 105
- Aga Khan Museum. "Arts of the Book: Illustrated Texts, Miniatures". 24 July 2011. 26 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November.
Mənbə
- John E. Woods. The Aqquyunlu: Clan, Confederation, Empire. 1999.
- Sussan Babaie; Kathryn Babayan; Ina Baghdiantz McCabe; Massumeh Farhad. Slaves of the Shah: New Elites of Safavid Iran. I. B. Tauris. 2004. ISBN .
- Hani Khafipour. The Foundations of Safavid State: fealty, patronage, and ideals of authority (1501-1576). Chicago: The University of Chicago. 2013. 254.
- Abolala Soudavar. The Age of Muhammadi, Muqarnas. 2000.
- Norah M. Titley. Persian Miniature Painting, and its Influence on the Art of Turkey and India. University of Texas Press. 1983.
- Stuart Cary Welch. Royal Persian Manuscripts. Thames & Hudson. 1976. ISBN .
- Marianna S. Simpson. Ebrāhīm Mīrzā. Encyclopedia Iranica. 1997.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Govher Sultan Beyim Sefevi d XVI esrin I yarisi Sefevi imperiyasi o 1577 Sefevi imperiyasi Sefevi sulalesinden olan sahzade I Tehmasibin qizi Sefevi sulalesinden olan sahzade Ibrahim Mirze Sefevinin arvadi ve II Ismayilin Mehemmed Xudabendenin bacisi Govher Sultan Beyim SefeviDogum tarixi XVI esrDogum yeri Sefevi imperiyasiVefat tarixi 1577Vefat yeri Sefevi imperiyasiVefat sebebi Intihar ve ya xestelikDefn yeri Imam Rza turbesiHeyat yoldasi Ibrahim mirze CahiUsagi Govhersad beyimAnasi Sultan Begum MevesilliDini Sie IslamFealiyyeti royalty d HeyatiSefevi imperiyasinin ikinci hokmdari I Tehmasibin qizi olaraq dunyaya gelmisdir Onun anasi qizilbas tayfasi Mosullulardan ve ya Turkmanlardan olan serkerde qizi Qedemli Beyim ve ya diger adi ile Sultanim Beyimdir Sultanim Beyimin qardasi Govher Sultanin dayisi Musa Sultan Mosullu Sefevi imperiyasinin Azerbaycan beylerbeyliyinin beylerbeyi olmusdur Govher Sultan Sefevi 1560 ci ilde I Ismayilin nevesi ve Behram Mirze Sefevinin oglu Ibrahim Mirze Sefevi ile aile heyati qurmusdur Ibrahim Mirze o donemki sah olan I Tehmasibin sevimlilerinden biri idi Ibrahim Mirze xususen dovrun incesenet xadimlerine etdiyi hamiliyi ile meshurdur O xususi emalatxana yaradaraq xususui elyazmalari toplamis ve ya yeniden yaratdirmisdir Hemcinin Ibrahim Mirze fars ve Azerbaycan turkcesinde seirler de yazmisdir Onun 3 min beytlik divani dovrumuze qeder gelib catmisdir Bir sira muhum vezifelerde calisan Ibrahim Mirze Sefevi II Ismayilin sah olmasindan sonra onun terefinden sahin mohrdari teyin edildi Lakin 6 ay sonra paytaxt Qezvinde bir diger Sefevi sahzadesi ile birlikde sahin emri ile qetle yetirildi Bu II Ismayilin oz qohumlarina qarsi baslatdigi repressiyanin terkib hissesi idi Heyat yoldasinin oldurulmesinden sonra Govher Sultanin psixoloji veziyyeti pislesdi Hetta onun qardasina qezeblendiyi ucun heyat yoldasinin vaxtile topladigi qiymetli incesenet numunelerini yandirdigi da bildirilir Bele ki o cini qablari sindirmis elyazmalari yandirmis hetta Ibrahim Mirzenin ona evlilik hediyyesi kimi verdiyi ve Kemaleddin Behzad terefinden cekilmis muraqqani da uzerine su tokerek mehv etmisdir Ola bilsin ki o erinin oldurulmesini emr eden ve sahzadenin emalatxanasini ele keciren qardasinin eline hec neyin dusmesini istemirdi Govher Sultan erinin oldurulmesinden cemi 3 ay sonra vefat etdi Onun ya derd cekmekden xesteliye ducar olub olduyu ya da zeher icerek intihar etdiyi ehtimal edilir Govher Sultanin Govhersah adinda cemi bir qizi olmusdur Anasinin olumunden sonra o xalasi Perixan xanimin himayesinde qalmis 1587 ci ilde Mekkeye getmis ve orada Seyid Ibrahim Sirazinin oglu Emir Nesireddin Huseyn ile aile heyati qurmusdur Hemcinin baxZubeyde Beyim SefeviIstinadlarKhafipour 2013 seh 193 ESMAʿIL II Encyclopaedia Iranica www iranicaonline org 2022 05 18 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 01 08 Woods 1999 seh 193 Babaie 2004 seh 26 Simpson 1997 Welch 1976 seh 23 24 Sudavar 2000 seh 1 Titley 1983 seh 105 106 Titley 1983 seh 105 Aga Khan Museum Arts of the Book Illustrated Texts Miniatures 24 July 2011 26 April 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 18 November MenbeJohn E Woods The Aqquyunlu Clan Confederation Empire 1999 Sussan Babaie Kathryn Babayan Ina Baghdiantz McCabe Massumeh Farhad Slaves of the Shah New Elites of Safavid Iran I B Tauris 2004 ISBN 1 86064 721 9 Hani Khafipour The Foundations of Safavid State fealty patronage and ideals of authority 1501 1576 Chicago The University of Chicago 2013 254 Abolala Soudavar The Age of Muhammadi Muqarnas 2000 Norah M Titley Persian Miniature Painting and its Influence on the Art of Turkey and India University of Texas Press 1983 Stuart Cary Welch Royal Persian Manuscripts Thames amp Hudson 1976 ISBN 0 500 27074 0 Marianna S Simpson Ebrahim Mirza Encyclopedia Iranica 1997