Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov (2 oktyabr 1891, Aşağı Salahlı, Qazax qəzası – 12 sentyabr 1916) — ilk azərbaycanlı hərbi təyyarəçi, İlya Muromets № 16 adlı bombardmançı təyyarənin heyət üzvü, Birinci dünya müharibəsi iştirakçısı və poruçik.
Fərrux ağa Qayıbov | |
---|---|
Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 oktyabr 1891 |
Doğum yeri | |
Vəfat tarixi | 12 sentyabr 1916 (24 yaşında) |
Dəfn yeri |
|
Vətəndaşlığı | Rusiya İmperiyası |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | |
Rütbəsi | poruçik |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Erkən illəri
Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub. Ailədə dörd uşaq atası olan Məmmədkərim ağa özü də hərbçi idi. O, əlahəzrət imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun idi. 1877-ci il iyulun 27-də əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə, ona praporşik rütbəsi verilmişdir. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol (indiki Gəncə) quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində çalışmışdır. 1894-cü il avqustun 30-da əla xidmətinə görə, Məmmədkərim ağa üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdur.
Atasını çox erkən itirən Fərrux ağa dövrünün görkəmli maarifçisi, əmisi himayəsində böyümüşdür. Doğma kəndi Salahlıda beşsinifli "rus-Azərbaycan məktəbi"ni bitirən Fərrux ağa general Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyub. 1910-cu il iyunun on altısında Tiflis Kadet Korpusunu əla qiymətlərlə bitirəndən sonra, Sankt Peterburqdakı üçillik Konstantin Topçuluq Məktəbinə daxil olub. O, məktəbdə iti zehni, gözlə dəqiq ölçmə qabiliyyəti, igidliyi ilə fərqlənmiş, xüsusilə topdan bacarıqla atəş açdığı üçün birinci mükafat almışdı. Həmin mükafat İsveçrənin "Pavel Bure" firmasında hazırlanmış qızıl saatdan ibarətdir. Mükafat-saatın arxasında "Yunker Fərrux ağa Qayıbov, 1913-cü il" sözləri həkk olunmuşdur.
Hərbi karyerası
Podporuçik Fərrux ağa Qayıbov Konstantin Topçuluq Məktəbini əla qiymətlərlə bitirmiş və 1913-cü il avqustun 6-da Aleksandropoldakı 39-cu artilleriya briqadasında xidmət etmişdir.Birinci Dünya müharibəsi başlananda Qərb cəbhəsindəki ən birinci aviasiya korpusuna göndərilmişdir.
Fərrux ağa Qayıbovun idarə etdiyi dördmühərrikli İlya Muromets № 16 adlı bombardmançı təyyarəsində dörd nəfər döyüşçü vardı. Bu təyyarə o zaman üçün dünyada ilk dördmühərrikli ağır bombardmançı təyyarə idi. 1913-cü ilin sonunda Sankt Peterburqun "Rus-Baltik" zavodunda istehsal olunmuşdu. 1914-cü ildə təyyarə bir dəfə yerə enməklə min kilometr məsafəni 14 saat 38 dəqiqəyə qət etmişdi. Bu da o vaxt üçün dünya rekordu sayılırdı. 1916-cı ilin sentyabrın 12-də isə Fərrux ağa Qayıbovun iştirak etdiyi təyyarə aviasiya tarixinə daha bir səhifə yazdı.
Sentyabrın 12-də Qərb cəbhəsi orduları baş komandanının qərargah rəisinin əmri ilə, Baş Qərargahın podpolkovniki Brantın komandası altında, "İlya Muromets" tipli iki hava gəmisi və on üç kiçik aparatdan ibarət hava eskadrilyası ilə Almaniya arxasına basqın edilmişdir. Basqın hədəfi Almaniya yerləşməsinin arxasına, on iki verst məsafədəki kiçik yaşayış məntəqəsi və onun, əldə olan məlumatlara görə, 89-cu alman diviziyasının qərargahının, artilleriya və intendant anbarlarının olduğu dar dəmir yolunun, habelə aerodromun yerləşdiyi ən yaxın rayonu seçilmişdir. Eskadra düşmənin arakəsmə artilleriya atəşinin içindən Krevo rayonunu yarıb-keçərək və onun aviasiyasını sıxışdıraraq ümumi çəkisi 100 pud partlayıcı maddəyə qədər olan 78 bomba atmışdır.
Eskadranın ümumi düzülüşünə başda iki "Moran-Parasol" və bir "Vuazen"lə 16-cı gəmi, ardınca üç-dörd verst cəbhəboyu mövqeyi uçub-keçən altıya qədər kiçik aparatla birlikdə Kiyev gəmisi gedirdi; qalan beş təyyarə düşmən mövqelərini müxtəlif vaxtlarda, Krevodan şimala və cənuba doğru 10-dan 15 verstədək geniş cəbhəboyu uçub-keçmişdi. Poruçik Makşeyevin komandanlığı altında, köməkçi poruçik Raxlinin, artilleriya zabiti, poruçik Qayıbovun və müşahidəçi poruçik Karpovun olduğu 16-cı gəmi eskadranın avanqardında hərəkət edərkən, Krevo yaxınlığında düşmənin güclü artilleriya atəşi ilə qarşılaşmışdır. Düşmənin dörd aparatdan, yaxşı silahlanmış və daha böyük sürətli gəmisindən ibarət üstün qüvvələri ilə amansız və qeyri-bərabər döyüşə girmiş, dörd düşmən təyyarəsinə qarşı tək qalaraq, on altıncı gəmi hücumlarını dəf edə-edə, düşmən arxasına Borunaya doğru hərəkətini davam etdirmişdir.
Qeyri-bərabər döyüşün sonrakı dəqiqələrində, güclü artilleriya atəşi altında, on altıncı gəmi, yalnız onunla deyil, eskadranın arxadan gələn qalan qüvvələri ilə də döyüşdən yayınaraq, aşağı enən üç düşmən təyyarəsinin həmləsini dəf etməyə müvəffəq olmuşdur. Dördüncü alman təyyarəsi isə on altıncı gəmi üzərində dövrə vurmuş və "ölü" məkanda daldalanaraq, onu pulemyotdan atəşə tutmuşdur. Bəzi ehtimallara görə, gəmi düşmən atəşi altında, artıq Boruna məntəqəsinə çatdıqda, artilleriya atəşindən zədələnmiş, ya da ekipajın bir hissəsi düşmən təyyarələrinin tüfəng atəşi ilə sıradan çıxarılmış və aparat adı çəkilən ərazidə yerə çırpılaraq dağılmış və bu zaman bütün təyyarəçilər həlak olmuşlar. Gəminin düşməsindən sonra dördüncü alman təyyarəsi də aşağı enmişdir.
Fərrux ağa Qayıbov 1916-cı il sentyabrın 12-də "İlya Muromets № 16" hava gəmisinin artilleriya zabiti olmaqla, gəmi ilə, Boruna yaşayış məntəqəsinə həmlə edən iki hava gəmisindən və on üç kiçik aparatdan ibarət hava eskadrasının avanqarında gedərək, düşmənin arakəsmə artilleriya atəşinin içindən yarıb-keçdiyi, dörd alman təyyarəsi ilə amansız döyüşə girərək, onları məhv etmişdir. Sonra isə on iki verst düşmən arxasına girərək, Borunaya yetişdiyi, gəmi ilə birlikdə artilleriya atəşindən həlak olaraq, eskadranın əsas qüvvələrinə məqsədə çatmaq və düşmənə açıq xətər yetirmişdi.
Həmin il Qərb cəbhəsində döyüşən 10-cu ordunun baş komandanı və Fərrux ağanın qəhrəmanlığının şahidi olan General Əliağa Şıxlinski "Azərbaycanlılardan ilk təyyarəçi" sərlövhəli, cəmi ikisəhifəlik yazısında qeyd edirdi:
Birinci Cahan savaşında iyirmibeşyaşlı Fərrux ağa Qayıbov azərbaycanlılardan birinci olaraq hərbi təyyarəçi peşəsini məharətlə öyrənmişdi. Fərrux ağa "İlya Muromets" adlanan böyük bir təyyarə dəstəsinə qəbul edilmiş və "İlya Muromets-16" təyyarəsinin heyətinə daxil olmuşdu. Fərrux ağa bu təyyarədə topçu zabiti vəzifəsini ifa edirdi. O, bombalar salır, düşmənin müxtəlif tikililərini dağıdır, hava vuruşmalarından pulemyot atır və düşmən mövqelərinin fotoşəklini çəkirdi. Fərrux ağa Qayıbov ilk uçuşu zamanı Neman çayının üzərində böyük hərbi əhəmiyyəti olan körpünü dağıtmış və beləliklə də alman qoşunlarının və onların müxtəlif hərbi yüklərinin daşınmasını xeyli ləngitmişdi. Almanlar bir neçə dəfə uçub bu şəhərin üzərinə gəlsələr də, o zamankı sadə təyyarəvuran topların atəşi nəticəsində geri qayıtmağa məcbur olmuşdular. Əliağa Şıxlinski |
Əliağa Şıxlinskiyə görə, 1916-cı il sentyabrın 12-də bir dəstə təyyarə almanların Vilno tərəfindəki cəbhəsinə hücum etməyi qərara aldı. Bu hücumda on iki yüngül təyyarə və bir "İlya Muromets-16" təyyarəsi iştirak edirdi. Az sonra qızğın hava vuruşması başlandı. Almanlar onları lərzəyə salan təyyarəni gördükdə dəlicəsinə vuruşmağa başladılar. Nəhayət, almanlar təyyarələrimizin sıralarına soxulub, "İlya Muromets-16" təyyarəsini yoldaşlarından ayıra bildilər. Bu təyyarənin heyəti almanların dörd təyyarəsinə qarşı bir saat vuruşdu. Sonradan almanlar etiraf etməyə məcbur oldular ki, Fərrux ağa Qayıbovun pulemyotu onlara çox ağır tələfat verdi. Şıxlinski yazırdı:
Nəhayət, "Albatros" adlanan alman təyyarələrindən biri "İlya Muromets-16" təyyarəsində yanğın törətməyə və təyyarəni yerə salmağa müvəffəq oldu. Təyyarədəki igidlərin dördü də yanıb həlak olmuşdu...' Əliağa Şıxlinski |
Poruçik Qayıbovun hünəri 1916-cı ilin qəzetlərində, hətta alman mətbuatında da öz əksini tapmışdır. Arxivdə saxlanan otuz bir nömrəli qovluqda iyirmi beş yaşında həlak olmuş ilk azərbaycanlı təyyarəçinin on bir fotoşəkli və qəhrəmanlığından bəhs edən maraqlı sənədlər var. Alman təyyarələrindən atılan kağızlarda Qayıbov və heyətinin qəhrəmancasına həlak olduğu və şərəflə dəfn edildiyi yazılırdı. Almanlar qəhrəman təyyarəçilərin məzarı başında yaylım atəşi də açmışdılar. 1916-cı il sentyabrın 8-də Qərb cəbhəsi aviasiya ordusunun general-mayoru Şidlovski, hərbi təyyarəçi ştabs-kapitan Lazarev Fərrux ağa Qayıbovun son hünərindən qeyd edirdi:
...On altıncı hava gəmisinin artilleriya zabiti poruçik Qayıbov Qərb cəbhəsi qərargahının tapşırığı ilə bu il sentyabrın 12-də Boruniya hücum etmiş, intendant və artilleriya anbarlarını, aerodromu, 89-cu alman-ehtiyat diviziyasının mövqelərini bombardman etmişdir. Rəqibin zenit batareyalarının qasırğa kimi atəşinə baxmayaraq, Qayıbov özünə xas böyük cəsarətlə, Borunıda düşmənin anbar və qərargahını dağıdıb külə döndərmişdir. Bombardman vaxtı Qayıbovun təyyarəsinə eyni zamanda dörd alman qırıcısı hücuma keçmişdir. Bunlardan ikisi "Albatros", ikisi isə "Fokker" tipli idi. Qeyri-bərabər döyüş vaxtı igid poruçik Qayıbov düşmənin üç qırıcı təyyarəsini yandırmış, özü isə aldığı ciddi zədədən təyyarəsi ilə bərabər yerə düşmüş və həlak olmuşdur. Səhəri gün düşmən təyyarəsinin atdığı kağızlarda yazılırdı ki, qəhrəmancasına vuruşaraq həlak olan poruçik Qayıbovu və onun heyətini alman əsgərləri şərəflə dəfn etdilər.' |
Fərrux ağa Qayıbovun dəfn olunduğ yer uzun müddət naməlum olsa da, Birinci Dünya müharibəsi tarixinin araşdırıcısı N. Y. Markov, V. V. Prixaç və A. M. Bumay Boruna kəndi yaxınlığındakı, bərpa edilmiş alman qəbiristanlığında həmin məzarı tapmışlar. Qəbirüstü xaçın üzərində polyakca yazılmışdı: "4 NIEZNANYCH ROS. LOTN. 25. 16" (4 NAMƏLUM rus təyyarəçisi dəfn olunmuşdur 25,16). Tarix Avropa təqvimi üzrədir (1918-ci ilin yanvarın 1-dək Rusiyada işlədilən təqvimə görə. 1916-cı ilin 12 sentyabr günü). Xaçın üzərində tarix Avropa təqvimi üzrə yazılsa da, dəfn vaxtının ayı yazıda yoxdur.
İrsi
Poruçik Fərrux ağa Qayıbovun təltifolunma təqdimatının surətini Bakıdakı Azərbaycan Tarix Muzeyində saxlanılır. 1970-ci illərində Qazax-Tovuz bölgəsindən aviasiya marşalı deputat seçilməsi, Fərrux ağa Qayıbovun adının əbədiləşdirilməsinə şərait yaratdı. Seçicilərlə görüşlərin birində Fərrux ağa Qayıbovun da bu bölgədən olduğunu öyrənən Kutaxov, təyyarəçinin rayonda adının əbədiləşdirilməsi üçün işlər görəcəyinə söz verir və çox keçmir Qazaxa təyyarə-heykəl abidəsi və postament üzərinə vurulacaq "İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə" sözləri yazılmış lövhə göndərir. Lakin o dövrdəki rayon rəhbərliyinin vəzifə qorxusu nəticəsində bu sözlər "Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə" yazısı ilə əvəzlənir. Beləliklə yenə geniş xalq kütlələri Fərrux ağa Qayıbov və onun şərəfinə ucaldılan abidənin mahiyyətindən məlumatsız qalır.
SSRİ-nin dağılmasından sonra da abidənin taleyinə biganə yanaşıldı. 2004-cü ildə yol çəkilişi bəhanəsi ilə, heykəl-təyyarəni tarixi yerindən götürərək yararsız hala salınmışdı. Belə vəziyyətdə Yuxarı Salahlı kənd sakinləri şəxsi vəsaitləri hesabına abidəni kəndlərinə apararaq məhv olmaqdan qorudular. Fərrux ağa Qayıbovun şərəfinə hazırlanmış abidə-təyyarəyə əsl dəyər, rayona 2016-cı ildə icra başçısı təyin edilən Rəcəb Babaşov tərəfindən verildi. Abidə bərpa olunaraq, rayonun Ağstafa tərəfindən girişində quraşdırıldı. "Fəxri Qazaxlılar" parkında yerləşən abidənin üzərinə "ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov" lövhə də vurulub.
Belarusun Qrodno vilayətinin Oşmyan rayonunun Barunı kəndində ilk azərbaycanlı hərbi pilot "İlya Murovets-16" təyyarəsinin heyət üzvü Fərrux Qayıbovun büstü yerləşdirilib.
Təltif və mükafatları
Qısa ömründə şərəfli döyüş yolu keçən Fərrux ağanın qəhrəmanlığı 1915-ci il noyabrın 8-də üçüncü dərəcəli "Müqəddəs Stanislav" (qılınc və bantla birgə), yenə həmin ilin dekabrın 14-də dördüncü dərəcəli "Müqəddəs Anna" (üzərində Qayıbov qardaşları (solda Məmməd ağa (1883–1966); sağda Fərrux ağa) "İgidliyə görə" yazısı ilə), 1916-cı ildə ikinci dərəcəli "Müqəddəs Stanislav" (qılınc və bantla birgə), 1917-ci il yanvarın 26-da ikinci dərəcəli ("Müqəddəs Anna", qılıncla birgə), 1917-ci il martın 14-də üçüncü dərəcəli ("Müqəddəs Anna", qılınc və bantla birgə) və 1917-ci il martın 25-də dördüncü dərəcəli "Müqəddəs Georgi" ordenlərinə layiq görülmüşdür.
- 1915 — III dərəcəli Müqəddəs Stanislav ordeni
- 1915 — IV dərəcəli Müqəddəs Anna ordeni
- 1916 — II dərəcəli Müqəddəs Stanislav ordeni
- 1917 — II dərəcəli Müqəddəs Anna ordeni (ölümündən sonra)
- 1917 — III dərəcəli Müqəddəs Anna ordeni (ölümündən sonra)
- 1917 — IV dərəcəli Müqəddəs Georgi ordeni (ölümündən sonra)
Qalereya
- "İlya Muromets № 16"-nın heyəti. Skamyada oturur soldan sağa: Fərrux ağa Qayıbov. Qərb Cəbhəsi, Stankovo kəndi, Minsk əyaləti, 1916-cı ilin avqustu
- Poruçik Fərrux ağa Qayıbov
İstinadlar
- "İlk hərbi təyyarəçimiz - Fərrux Ağa". atv.az. atv.az. 2022-03-27 tarixində . İstifadə tarixi: 4 oktyabr 2018.
- "25 il yaşayan ilk təyyarəçimiz". www.bizimyol.info. www.bizimyol.info. 2022-03-27 tarixində . İstifadə tarixi: 4 oktyabr 2018.
- "Фаррух-Ага Гаибов и "Илья Муромец"". vestikavkaza.ru. vestikavkaza.ru. 2021-10-28 tarixində . İstifadə tarixi: 4 oktyabr 2018.
- "Четверо смелых: Дмитрий Макшеев, Фаррух Гаибов, Олег Карпов, Митрофан Рахмин". rutlib5.com. rutlib5.com. 2022-03-27 tarixində . İstifadə tarixi: 4 oktyabr 2018.
- Nəzirli, Şəmistan. Arxivlənmiş surət (PDF). Bakı. 2007. 27. 2023-07-21 tarixində . İstifadə tarixi: 4 oktyabr 2018.
- İctimai TV. "Tariximizə qızıl hərflərlə yazılan şəxsiyyətlərdən Fərrux Ağa Qayıbov" (az.). Youtube.com. 03.10.2020. 2022-03-27 tarixində . İstifadə tarixi: 2020-10-04.
- "Фаррух Гаибов – первый летчик Азербайджана". azcongress.ru. azcongress.ru. 2022-03-27 tarixində . İstifadə tarixi: 4 oktyabr 2018.
- "Гаибов Фаррух-Ага-Мамед Керим-Ага-оглы". авиару.рф. авиару.рф. 2022-03-27 tarixində . İstifadə tarixi: 4 oktyabr 2018.
- "Azərbaycanın ilk hərbi təyyarəçisinin ölümündən 100 il ötür". www.azadliq.org. www.azadliq.org. 2022-03-27 tarixində . İstifadə tarixi: 4 oktyabr 2018.
- "Düşmənin belə, ehtiramla dəfn etdiyi azərbaycanlı qəhrəman". sputnik.az. sputnik.az. 2020-11-25 tarixində . İstifadə tarixi: 2018-10-04.
- "Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış təyyarə abidəsinin açılışı olmuşdur". qazax-ih.gov.az. qazax-ih.gov.az. 2016-11-13 tarixində . İstifadə tarixi: 4 oktyabr 2018.
- "Belarusda ilk azərbaycanlı hərbi pilot Fərrux ağa Qayıbovun büstü açıldı - FOTO/VİDEOBelarusda ilk azərbaycanlı hərbi pilot Fərrux ağa Qayıbovun büstü açıldı - FOTO/VİDEO". 2023-03-08 tarixində . İstifadə tarixi: 2023-03-08.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ferrux aga Memmedkerim aga oglu Qayibov 2 oktyabr 1891 Asagi Salahli Qazax qezasi 12 sentyabr 1916 ilk azerbaycanli herbi teyyareci Ilya Muromets 16 adli bombardmanci teyyarenin heyet uzvu Birinci dunya muharibesi istirakcisi ve porucik Ferrux aga QayibovFerrux aga Memmedkerim aga oglu QayibovSexsi melumatlarDogum tarixi 2 oktyabr 1891 1891 10 02 Dogum yeri Asagi Salahli Qazax qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 12 sentyabr 1916 1916 09 12 24 yasinda Defn yeri Asmyani rayonu d Vetendasligi Rusiya ImperiyasiTehsili Tiflis Kadet KorpusuHerbi fealiyyetiMensubiyyetiRutbesi porucikDoyusler Birinci Dunya muharibesiTeltifleri Vikianbarda elaqeli mediafayllarHeyatiErken illeri Ferrux aga Memmedkerim aga oglu Qayibov 1891 ci il oktyabrin 2 de Qazax qezasinin Asagi Salahli kendinde anadan olub Ailede dord usaq atasi olan Memmedkerim aga ozu de herbci idi O elahezret imperator adina Qafqaz Leyb Qvardiya Konvoy Eskadronunun dorduncu muselman vzvodunun idi 1877 ci il iyulun 27 de elahezret imperatorun emri ile nizami qosunlarinda uzun iller numunevi xidmetine gore ona praporsik rutbesi verilmisdir Sonraki illerde Memmedkerim aga Qayibov Qazax ve Yelizavetpol qezalarinda mehkeme reisi Cavansir ve Yelizavetpol indiki Gence quberniyalarinda polis pristavliginda sahe reisi vezifelerinde calismisdir 1894 cu il avqustun 30 da ela xidmetine gore Memmedkerim aga ucuncu dereceli Muqeddes Stanislav ordeni ile teltif olunmusdur Atasini cox erken itiren Ferrux aga dovrunun gorkemli maarifcisi emisi himayesinde boyumusdur Dogma kendi Salahlida bessinifli rus Azerbaycan mektebi ni bitiren Ferrux aga general Eliaga Sixlinskinin mesleheti ile Tiflis Kadet Korpusunda oxuyub 1910 cu il iyunun on altisinda Tiflis Kadet Korpusunu ela qiymetlerle bitirenden sonra Sankt Peterburqdaki ucillik Konstantin Topculuq Mektebine daxil olub O mektebde iti zehni gozle deqiq olcme qabiliyyeti igidliyi ile ferqlenmis xususile topdan bacariqla ates acdigi ucun birinci mukafat almisdi Hemin mukafat Isvecrenin Pavel Bure firmasinda hazirlanmis qizil saatdan ibaretdir Mukafat saatin arxasinda Yunker Ferrux aga Qayibov 1913 cu il sozleri hekk olunmusdur Herbi karyerasi Yunker Ferrux aga Qayibov 1913 cu iller Podporucik Ferrux aga Qayibov Konstantin Topculuq Mektebini ela qiymetlerle bitirmis ve 1913 cu il avqustun 6 da Aleksandropoldaki 39 cu artilleriya briqadasinda xidmet etmisdir Birinci Dunya muharibesi baslananda Qerb cebhesindeki en birinci aviasiya korpusuna gonderilmisdir Ferrux aga Qayibovun idare etdiyi dordmuherrikli Ilya Muromets 16 adli bombardmanci teyyaresinde dord nefer doyuscu vardi Bu teyyare o zaman ucun dunyada ilk dordmuherrikli agir bombardmanci teyyare idi 1913 cu ilin sonunda Sankt Peterburqun Rus Baltik zavodunda istehsal olunmusdu 1914 cu ilde teyyare bir defe yere enmekle min kilometr mesafeni 14 saat 38 deqiqeye qet etmisdi Bu da o vaxt ucun dunya rekordu sayilirdi 1916 ci ilin sentyabrin 12 de ise Ferrux aga Qayibovun istirak etdiyi teyyare aviasiya tarixine daha bir sehife yazdi Sentyabrin 12 de Qerb cebhesi ordulari bas komandaninin qerargah reisinin emri ile Bas Qerargahin podpolkovniki Brantin komandasi altinda Ilya Muromets tipli iki hava gemisi ve on uc kicik aparatdan ibaret hava eskadrilyasi ile Almaniya arxasina basqin edilmisdir Basqin hedefi Almaniya yerlesmesinin arxasina on iki verst mesafedeki kicik yasayis menteqesi ve onun elde olan melumatlara gore 89 cu alman diviziyasinin qerargahinin artilleriya ve intendant anbarlarinin oldugu dar demir yolunun habele aerodromun yerlesdiyi en yaxin rayonu secilmisdir Eskadra dusmenin arakesme artilleriya atesinin icinden Krevo rayonunu yarib kecerek ve onun aviasiyasini sixisdiraraq umumi cekisi 100 pud partlayici maddeye qeder olan 78 bomba atmisdir Eskadranin umumi duzulusune basda iki Moran Parasol ve bir Vuazen le 16 ci gemi ardinca uc dord verst cebheboyu movqeyi ucub kecen altiya qeder kicik aparatla birlikde Kiyev gemisi gedirdi qalan bes teyyare dusmen movqelerini muxtelif vaxtlarda Krevodan simala ve cenuba dogru 10 dan 15 verstedek genis cebheboyu ucub kecmisdi Porucik Makseyevin komandanligi altinda komekci porucik Raxlinin artilleriya zabiti porucik Qayibovun ve musahideci porucik Karpovun oldugu 16 ci gemi eskadranin avanqardinda hereket ederken Krevo yaxinliginda dusmenin guclu artilleriya atesi ile qarsilasmisdir Dusmenin dord aparatdan yaxsi silahlanmis ve daha boyuk suretli gemisinden ibaret ustun quvveleri ile amansiz ve qeyri beraber doyuse girmis dord dusmen teyyaresine qarsi tek qalaraq on altinci gemi hucumlarini def ede ede dusmen arxasina Borunaya dogru hereketini davam etdirmisdir Qeyri beraber doyusun sonraki deqiqelerinde guclu artilleriya atesi altinda on altinci gemi yalniz onunla deyil eskadranin arxadan gelen qalan quvveleri ile de doyusden yayinaraq asagi enen uc dusmen teyyaresinin hemlesini def etmeye muveffeq olmusdur Dorduncu alman teyyaresi ise on altinci gemi uzerinde dovre vurmus ve olu mekanda daldalanaraq onu pulemyotdan atese tutmusdur Bezi ehtimallara gore gemi dusmen atesi altinda artiq Boruna menteqesine catdiqda artilleriya atesinden zedelenmis ya da ekipajin bir hissesi dusmen teyyarelerinin tufeng atesi ile siradan cixarilmis ve aparat adi cekilen erazide yere cirpilaraq dagilmis ve bu zaman butun teyyareciler helak olmuslar Geminin dusmesinden sonra dorduncu alman teyyaresi de asagi enmisdir Ferrux aga Qayibov 1916 ci il sentyabrin 12 de Ilya Muromets 16 hava gemisinin artilleriya zabiti olmaqla gemi ile Boruna yasayis menteqesine hemle eden iki hava gemisinden ve on uc kicik aparatdan ibaret hava eskadrasinin avanqarinda gederek dusmenin arakesme artilleriya atesinin icinden yarib kecdiyi dord alman teyyaresi ile amansiz doyuse girerek onlari mehv etmisdir Sonra ise on iki verst dusmen arxasina girerek Borunaya yetisdiyi gemi ile birlikde artilleriya atesinden helak olaraq eskadranin esas quvvelerine meqsede catmaq ve dusmene aciq xeter yetirmisdi Hemin il Qerb cebhesinde doyusen 10 cu ordunun bas komandani ve Ferrux aganin qehremanliginin sahidi olan General Eliaga Sixlinski Azerbaycanlilardan ilk teyyareci serlovheli cemi ikisehifelik yazisinda qeyd edirdi Birinci Cahan savasinda iyirmibesyasli Ferrux aga Qayibov azerbaycanlilardan birinci olaraq herbi teyyareci pesesini meharetle oyrenmisdi Ferrux aga Ilya Muromets adlanan boyuk bir teyyare destesine qebul edilmis ve Ilya Muromets 16 teyyaresinin heyetine daxil olmusdu Ferrux aga bu teyyarede topcu zabiti vezifesini ifa edirdi O bombalar salir dusmenin muxtelif tikililerini dagidir hava vurusmalarindan pulemyot atir ve dusmen movqelerinin fotoseklini cekirdi Ferrux aga Qayibov ilk ucusu zamani Neman cayinin uzerinde boyuk herbi ehemiyyeti olan korpunu dagitmis ve belelikle de alman qosunlarinin ve onlarin muxtelif herbi yuklerinin dasinmasini xeyli lengitmisdi Almanlar bir nece defe ucub bu seherin uzerine gelseler de o zamanki sade teyyarevuran toplarin atesi neticesinde geri qayitmaga mecbur olmusdular Eliaga Sixlinski Eliaga Sixlinskiye gore 1916 ci il sentyabrin 12 de bir deste teyyare almanlarin Vilno terefindeki cebhesine hucum etmeyi qerara aldi Bu hucumda on iki yungul teyyare ve bir Ilya Muromets 16 teyyaresi istirak edirdi Az sonra qizgin hava vurusmasi baslandi Almanlar onlari lerzeye salan teyyareni gordukde delicesine vurusmaga basladilar Nehayet almanlar teyyarelerimizin siralarina soxulub Ilya Muromets 16 teyyaresini yoldaslarindan ayira bildiler Bu teyyarenin heyeti almanlarin dord teyyaresine qarsi bir saat vurusdu Sonradan almanlar etiraf etmeye mecbur oldular ki Ferrux aga Qayibovun pulemyotu onlara cox agir telefat verdi Sixlinski yazirdi Nehayet Albatros adlanan alman teyyarelerinden biri Ilya Muromets 16 teyyaresinde yangin toretmeye ve teyyareni yere salmaga muveffeq oldu Teyyaredeki igidlerin dordu de yanib helak olmusdu Eliaga Sixlinski Porucik Qayibovun huneri 1916 ci ilin qezetlerinde hetta alman metbuatinda da oz eksini tapmisdir Arxivde saxlanan otuz bir nomreli qovluqda iyirmi bes yasinda helak olmus ilk azerbaycanli teyyarecinin on bir fotosekli ve qehremanligindan behs eden maraqli senedler var Alman teyyarelerinden atilan kagizlarda Qayibov ve heyetinin qehremancasina helak oldugu ve serefle defn edildiyi yazilirdi Almanlar qehreman teyyarecilerin mezari basinda yaylim atesi de acmisdilar 1916 ci il sentyabrin 8 de Qerb cebhesi aviasiya ordusunun general mayoru Sidlovski herbi teyyareci stabs kapitan Lazarev Ferrux aga Qayibovun son hunerinden qeyd edirdi On altinci hava gemisinin artilleriya zabiti porucik Qayibov Qerb cebhesi qerargahinin tapsirigi ile bu il sentyabrin 12 de Boruniya hucum etmis intendant ve artilleriya anbarlarini aerodromu 89 cu alman ehtiyat diviziyasinin movqelerini bombardman etmisdir Reqibin zenit batareyalarinin qasirga kimi atesine baxmayaraq Qayibov ozune xas boyuk cesaretle Borunida dusmenin anbar ve qerargahini dagidib kule dondermisdir Bombardman vaxti Qayibovun teyyaresine eyni zamanda dord alman qiricisi hucuma kecmisdir Bunlardan ikisi Albatros ikisi ise Fokker tipli idi Qeyri beraber doyus vaxti igid porucik Qayibov dusmenin uc qirici teyyaresini yandirmis ozu ise aldigi ciddi zededen teyyaresi ile beraber yere dusmus ve helak olmusdur Seheri gun dusmen teyyaresinin atdigi kagizlarda yazilirdi ki qehremancasina vurusaraq helak olan porucik Qayibovu ve onun heyetini alman esgerleri serefle defn etdiler Ferrux aga Qayibovun defn olundug yer uzun muddet namelum olsa da Birinci Dunya muharibesi tarixinin arasdiricisi N Y Markov V V Prixac ve A M Bumay Boruna kendi yaxinligindaki berpa edilmis alman qebiristanliginda hemin mezari tapmislar Qebirustu xacin uzerinde polyakca yazilmisdi 4 NIEZNANYCH ROS LOTN 25 16 4 NAMELUM rus teyyarecisi defn olunmusdur 25 16 Tarix Avropa teqvimi uzredir 1918 ci ilin yanvarin 1 dek Rusiyada isledilen teqvime gore 1916 ci ilin 12 sentyabr gunu Xacin uzerinde tarix Avropa teqvimi uzre yazilsa da defn vaxtinin ayi yazida yoxdur IrsiQazaxda Ferrux aga Qayibovun serefine ucalan teyyare heykel abidesi Porucik Ferrux aga Qayibovun teltifolunma teqdimatinin suretini Bakidaki Azerbaycan Tarix Muzeyinde saxlanilir 1970 ci illerinde Qazax Tovuz bolgesinden aviasiya marsali deputat secilmesi Ferrux aga Qayibovun adinin ebedilesdirilmesine serait yaratdi Secicilerle goruslerin birinde Ferrux aga Qayibovun da bu bolgeden oldugunu oyrenen Kutaxov teyyarecinin rayonda adinin ebedilesdirilmesi ucun isler goreceyine soz verir ve cox kecmir Qazaxa teyyare heykel abidesi ve postament uzerine vurulacaq Ilk azerbaycanli herbi teyyareci Ferrux aga Qayibovun xatiresine sozleri yazilmis lovhe gonderir Lakin o dovrdeki rayon rehberliyinin vezife qorxusu neticesinde bu sozler Boyuk Veten Muharibesinde helak olanlarin xatiresine yazisi ile evezlenir Belelikle yene genis xalq kutleleri Ferrux aga Qayibov ve onun serefine ucaldilan abidenin mahiyyetinden melumatsiz qalir SSRI nin dagilmasindan sonra da abidenin taleyine bigane yanasildi 2004 cu ilde yol cekilisi behanesi ile heykel teyyareni tarixi yerinden goturerek yararsiz hala salinmisdi Bele veziyyetde Yuxari Salahli kend sakinleri sexsi vesaitleri hesabina abideni kendlerine apararaq mehv olmaqdan qorudular Ferrux aga Qayibovun serefine hazirlanmis abide teyyareye esl deyer rayona 2016 ci ilde icra bascisi teyin edilen Receb Babasov terefinden verildi Abide berpa olunaraq rayonun Agstafa terefinden girisinde qurasdirildi Fexri Qazaxlilar parkinda yerlesen abidenin uzerine ilk azerbaycanli teyyareci Ferrux aga Qayibov lovhe de vurulub Belarusun Qrodno vilayetinin Osmyan rayonunun Baruni kendinde ilk azerbaycanli herbi pilot Ilya Murovets 16 teyyaresinin heyet uzvu Ferrux Qayibovun bustu yerlesdirilib Teltif ve mukafatlariQisa omrunde serefli doyus yolu kecen Ferrux aganin qehremanligi 1915 ci il noyabrin 8 de ucuncu dereceli Muqeddes Stanislav qilinc ve bantla birge yene hemin ilin dekabrin 14 de dorduncu dereceli Muqeddes Anna uzerinde Qayibov qardaslari solda Memmed aga 1883 1966 sagda Ferrux aga Igidliye gore yazisi ile 1916 ci ilde ikinci dereceli Muqeddes Stanislav qilinc ve bantla birge 1917 ci il yanvarin 26 da ikinci dereceli Muqeddes Anna qilincla birge 1917 ci il martin 14 de ucuncu dereceli Muqeddes Anna qilinc ve bantla birge ve 1917 ci il martin 25 de dorduncu dereceli Muqeddes Georgi ordenlerine layiq gorulmusdur 1915 III dereceli Muqeddes Stanislav ordeni 1915 IV dereceli Muqeddes Anna ordeni 1916 II dereceli Muqeddes Stanislav ordeni 1917 II dereceli Muqeddes Anna ordeni olumunden sonra 1917 III dereceli Muqeddes Anna ordeni olumunden sonra 1917 IV dereceli Muqeddes Georgi ordeni olumunden sonra Qalereya Ilya Muromets 16 nin heyeti Skamyada oturur soldan saga Ferrux aga Qayibov Qerb Cebhesi Stankovo kendi Minsk eyaleti 1916 ci ilin avqustu Porucik Ferrux aga QayibovIstinadlar Ilk herbi teyyarecimiz Ferrux Aga atv az atv az 2022 03 27 tarixinde Istifade tarixi 4 oktyabr 2018 25 il yasayan ilk teyyarecimiz www bizimyol info www bizimyol info 2022 03 27 tarixinde Istifade tarixi 4 oktyabr 2018 Farruh Aga Gaibov i Ilya Muromec vestikavkaza ru vestikavkaza ru 2021 10 28 tarixinde Istifade tarixi 4 oktyabr 2018 Chetvero smelyh Dmitrij Maksheev Farruh Gaibov Oleg Karpov Mitrofan Rahmin rutlib5 com rutlib5 com 2022 03 27 tarixinde Istifade tarixi 4 oktyabr 2018 Nezirli Semistan Arxivlenmis suret PDF Baki 2007 27 2023 07 21 tarixinde Istifade tarixi 4 oktyabr 2018 Ictimai TV Tariximize qizil herflerle yazilan sexsiyyetlerden Ferrux Aga Qayibov az Youtube com 03 10 2020 2022 03 27 tarixinde Istifade tarixi 2020 10 04 Farruh Gaibov pervyj letchik Azerbajdzhana azcongress ru azcongress ru 2022 03 27 tarixinde Istifade tarixi 4 oktyabr 2018 Gaibov Farruh Aga Mamed Kerim Aga ogly aviaru rf aviaru rf 2022 03 27 tarixinde Istifade tarixi 4 oktyabr 2018 Azerbaycanin ilk herbi teyyarecisinin olumunden 100 il otur www azadliq org www azadliq org 2022 03 27 tarixinde Istifade tarixi 4 oktyabr 2018 Dusmenin bele ehtiramla defn etdiyi azerbaycanli qehreman sputnik az sputnik az 2020 11 25 tarixinde Istifade tarixi 2018 10 04 Ferrux aga Qayibovun xatiresine ucaldilmis teyyare abidesinin acilisi olmusdur qazax ih gov az qazax ih gov az 2016 11 13 tarixinde Istifade tarixi 4 oktyabr 2018 Belarusda ilk azerbaycanli herbi pilot Ferrux aga Qayibovun bustu acildi FOTO VIDEOBelarusda ilk azerbaycanli herbi pilot Ferrux aga Qayibovun bustu acildi FOTO VIDEO 2023 03 08 tarixinde Istifade tarixi 2023 03 08