Eşikağasıbaşı -«Üməra-ye dövlətxane-ye mübarək»in 4 əmirindən biri, sarayda mərasim qaydalarına baxan məmurların başçısı. Bəzi mənbələr onu “saray dərgahının rəisi” kimi səciyyələndirirlər. O, şah divanının bütün yasavullarının, eşikağasılarının, qapıçılarının və carçılarının rəisi olub, şah məclislərinin təşkil və tərtibinə məsul idi.
İyerarxiyada yeri
«Üməra-ye dövlətxane-ye mübarək» mübarək dövlətxana əmirləri qorçubaşı, qullarağası, eşikağasıbaşı, tüfəngçibaşı olmaqla 4 əsas vəzifədən ibarət idi. Saray daxili vəzifə sahiblərini bəzən "Ərkani dövlət-e qahirə" də adlandırırdılar.
Eşikağasıbaşı bu əmirlərin 4-cüsü- sonuncusu idi. Eşikağasıbaşı vəzifəsi eşikağasıbaşı-i Divan və eşikağasıbaşı-i Hərəm olaraq iki hissəyə bölünür.Adətən, kim eşikağasıbaşı vəzifəsinə təyin edilirdisə, Rey və Tehran ona tiyul verilirdi.
Tarixi
Eşikağasıbaşı vəzifəsini I Şah İsmayılın hakimiyyəti dövründə Üləma sultan Təkəli icra edirdi. Naməlum müəllif tərəfindən qələmə alınan “Tarix-i aləmara-yi Şah İsmayıl” əsərində Şah İsmayıl dövründə eşikağasıbaşı vəzifəsini icra edən bir başqa şəxs kimi Durmuş xan Şamlının adı çəkilir. O, “xan-i ali-şan” (“yüksək şanlı xan”) rütbəsinə malik idi. Saray həyatı ilə bağlı bütün işləri nəzarətdə saxlayan bu şəxs həm də dövlətxananın keşiyinə rəhbərlik edir, xarici səfirlərin qəbulu və ya xüsusi mərasimlər zamanı əlində daş-qaşla bəzədilmiş dəbdəbəli əsa tutaraq, şahın yanında durur, bəzən şahın göstərişi ilə əyalət hakimlərinə məktublar yazırdı. Bundan əlavə, o, hərbi əməliyyatlarda da fəal iştirak edirdi.
I Şah Təhmasib hakimiyyətə gəldikdən sonra Şahqulu xəlifə Qavurqalı uzun illər bu vəzifəni icra etmiş, 1532-ci ildə möhürdar təyin edilərək vəzifəsindən azad edilmişdi. Bu barədə Əbdi bəy Şirazi yazır:
“O günlərdə Şah [Təhmasibin] möhrdarı Mahmud bəy Zülqədər qopuq oyunu meydanında hürkmüş atdan yıxılıb öldüyü üçün, eşikağası olan ġahqulu xəlifə Qurqulu Zülqədəri onun yerinə möhrdar [təyin] etdi. Qaravulçu Ərəbkirlunu onun (Şahqulunun) yerinə eşikağası qoydular.”
Buradan aydın olur ki, Şahqulu xəlifədən sonra Ərəbkirlu adlı bir şəxs bu vəzifəni icra etməyə başlamışdır. Əbdi bəy həmçinin eşikağasıbaşı vəzifəsində Seyid bəy adı ilə tanınan Seyid Mənsur ibn Seyid Məhəmməd Kəmunənin adını çəkir.
1554-cü ildə I Şah Təhmasib tərəfindən I Sultan Süleyman Qanuninin sarayına sülh danışıqları üçün göndərilmiş Qaradağ sufilərindən olan Fərruxzad bəy də bir müddət eşikağasıbaşı vəzifəsində işləmişdi. Onun Osmanlı sarayına dövlət şurasının üzvü kimi göndərilməsi eşikağasıbaşı vəzifəsinin mərkəzi idarədəki nüfuzunu göstərir.
Dövrün qaynaqlarında eşikağasıbaşı vəzifəsinə Qızılbaş-Türk əsilzadələri ilə yanaşı, şahzadələrin də təyin olunmasına təsadüf edilir. Məhəmməd Yusif Qəzvini yazır ki, I Şah Təhmasib qardaşı Bəhram Mirzənin oğlu İbrahim Mirzəyə qızı Gövhər sultan bəyimi vermiş və ona ali divan eşikağasıbaşı vəzifəsini tapşırmışdı.İbrahim Mirzə I Şah Təhmasibin vəfatından sonra da II Şah İsmayılın dövründə bir müddət bu vəzifəni icra etmiş 1576-cı ildə vəzifəsindən azad edilərək möhürdar təyin edilmişdi. Onun ardınca 1580-ci ildə Hüseynqulu sultan Şamlı eşikağasıbaşı təyin edilir.
Onun ardınca oğlu Mehdiqulu bəy Şamlı qısa müddət bu vəzifəni icra etmiş daha sonra Qorxmaz xan Şamlı eşikağasıbaşı olmuşdur.
Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə Şamlı və ustaclı tayfaları ilə türkmən və təkəli tayfaları arasında baş verən ədavət zamanı Hüseynqulu xan Şamlı öldürülmüş Qorxmaz xan Şamlıya köməyi müqavilində eşikağasıbaşı vəzifəsi vəd edilmişdi.
Mənbələrdə I Şah Abbasın hakimiyyətinin ilk illərində Qazı bəy, Qorxmaz xan, Piri bəy İnallu Şamlı adlı türk əyanlarının eşikağasıbaşı olmalarına təsadüf edilir. I Şah Abbas 1592-ci ildə eşikağasıbaşı vəzifəsinə Şamlı elinin Ərəbgirli obasından Şamlı Məhəmmədqulu bəyi təyin edir. İsgəndər bəy Münşi 1602-ci ildə bu vəzifədə Mehdiqulu xanın olduğunu yazır. 1604-cü ildə isə Rumlu elindən Əlixan bəy eşikağasıbaşı idi. Əlixan bəydən sonra eşikağasıbaşı vəzifəsi Şamlı elinin Kəramətli obasından Əliqulu bəyə (xan) verilmişdi. I Şah Abbasın göstərişi ilə 1611-ci ildə Mərkəzi Asiyadan Səfəvi sarayına gələn özbək padşahı Vəliməhəmməd xanın İsfahanda qarşılanması ona tapşırılmışdı. O, 1625-ci ildə vəfat edir. Onun vəfatından sonra eşikağasıbaşı vəzifəsinə Şamlı elinin Bəydili obasından Zeynal bəy təyin edilir. Zeynal bəydən sonra 1628-ci ildə bu vəzifəyə Mehdiqulu xanın oğlu Şamlı elinin Kəramətli obasından Əliqulu xan təyin edilmişdi.
I Şah Səfinin hakimiyyəti zamanı bu vəzifəyə təyin edilən şəxslər əsasən Qızılbaş-Türk əyanları arasından seçilirdi. Şah Səfi dövrünün ilk eşikağasıbaşı Zeynal xan Şamlı idi. Zeynal xan Şamlı 1630-cu ildə osmanlılıar ilə savaşda səhvə yol verdiyi üçün edam edildi və vəzifəsi Mehdiqulu xan Şamlının oğlu Uğurlu xan Şamlıya tapşırıldı.1634-cü ildə Uğurlu xan Şamlı saray dəftərxanasına nəzarətçi təyin edildiyi üçün eşikağasıbaşı vəzifəsi İmamqulu xan Şamlıya verilir. 1635-c ildə Canı bəy Şamlı bu vəzifəni icra etməyə başlayır. 1637-ci ildə isə eşikağasıbaşı Murtuzaqulu bəy Şamlı olur. Molla Kamal 1643-cü ildə eşikağasıbaşı Heydər bəyin etimadəddövlə Sarı Tağı ilə çəkişdiyini və vəzifədən istefa verib Qum şəhərinə getdiyini qeyd etmişdi. Heydər bəy 1629-cu ildə Şah Səfinin tacqoyma mərasimində iştirak etmişdi və Qaradağ sufilərindən Qızılbaş Əbulqasım bəy Evoğlunun oğlu idi. Heydər bəydən sonra bu vəzifəyə Mirzəli sultan Çələbi Evoğlunun oğlu Əliqulu bəy təyin edilir.
II Şah Abbasın dövründə də bu vəzifəyə seçilən şəxslər türk-qızılbaş tayfalarından olan şəxslər idi. 1645-ci ildən 1661-ci ilə qədər Mehdiqulu xan Şamlı bu vəzifəni icra etsə də, 1661-ci ildə qardaşı Nəcəfqulu bəy Şamlı eşikağasıbaşı olur.
Eşikağasıbaşı-i Divan və Divan eşikağasıbaşı
İsgəndər bəy Münşi iki cür eşikağasıbaşı vəzifəsi olması barədə məlumat verir. Bunlardan biri divan eşikağasıbaşı digəri isə hərəm eşikağasıbaşıdır.
Vəzifələri
- Dövlət şurası əmirlərindən olan eşikağasıbaşı dövlətin ən mötəbər qulluqçularından olub, onlara hətta elçilik kimi məsuliyyətli missiya da tapşırılırdı. Adam Oleari bu barədə yazırdı ki, onlardan İmamqulu xan hazırda Holşteyn hersoqunun sarayına göndərilmişdi. Adam Olearinin yazdığına görə Holşteynli elçilər İsfahana çatdıqları zaman Murtuzqulu xan adlı şəxs eşikağasıbaşı vəzifəsində idi ki, o, özündən əvvəlki eşikağasıbaşını çuğullayaraq edam etdirməyə nail olduqdan sonra bu vəzifəni tutmuşdu. O, çoban oğlu olub atası çadır, yaxud komada yaşayırdı. Bu qəbildən olan adamları burada türk adlandırırlar.
- Eşikağasıbaşı saray məclislərində nizam-intizamın yaradılmasına birbaşa məsuliyyət daşıyırdı. Eşikağasıbaşı haqqında yazır ki, o, bütün söhbət yasavullarının, divan eşikağasılarının, divan qapıçıları və ağalarının divan carçı və yasovullarının ağsaqqalıdır və Şah məclisində iştirak edən əcnəbi ölkə elçilərinin, əyanların, xidmətçilərin, qulluqçuların davranış qaydalarını müəyyənləşdirmək, nizam-intizamı qorumaq birbaşa onun səlahiyyətinə aid idi. Məclisdə qayda-qanunlara ciddi əməl olunması ilə bağlı məsələlərdə də eşikağasıbaşı birbaşa əmrlərə aid təlimat üzrə məsuliyyət daşıyırdı. Tavernye yazırdı ki, bir neçə nəfər yüksək mənsəbli məmura başçılıq edən eşikağasıbaşı vəzifəsi Fransadakı təşrifat rəisinə bənzəyirdi.
- Eşikağasıbaşının əmri altında olanların məvacib, tiyul və həmesaləsi barədə, onun özünün təqdimatını baş vəzir qəbul etdikdən sonra bu barədə yazılı hökm verilirdi. Müəyyən xidmətçiləri əvəz etmək istəyənlərin məvacibi, həmesale, tiyulu, baratı eşikağasıbaşının icazəsi və möhrü ilə müəyyən edilirdi. Eşikağasıbaşı ona tabe olan mülazimlərin məvaciblərinə əlavələr barədə olan hökmləri, onların tiyul, həməsale, məvaciblərinin hökmlərini imzası və möhrü ilə təsdiqldəməli idi. Yüksək divan ləşkərnəvisi, vəziri və sərxəttnəvisi həmin eşikağasıbaşının idarəsinin musoufiləri idilər.
- Söhbət və məclis yasavullarını da eşikağasıbaşı qulluğa götürür və maaşlarını da o müəyyən edirdi.
Eşikağasıbaşı-i Hərəm və ya Hərəm eşikağasıbaşı
İsgəndər bəy Münşi hərəm eşikağasıbaşı haqqında divan eşikağasıbaşından sonra məlumat verir. Buna səbəb onların vəzifələrinin əhəmiyyət fərqi idi. I Şah Abbas dövründə də bu vəzifəyə təyin olunan şəxslər türklərdən seçilirdi. İsgəndər bəy Münşi hərəm eşikağasıbaşılardan aşağıdakıların adlarını çəkir:
Əbülqasım bəy Evoğlu, qardaşı Çələbi bəy, oğlu Heydər bəy Evoğlu, onun oğlu Əliqulu bəy Evoğılu
Onun vəzifələri ilə bağlı məlumatı bizə rus şərqşünas alimi Vladimir Minorski verir. O qeyd edir ki, hərəm eşikağasıbaşının vəzifə yeri sarayın əsas qapısın olan Ali-Qapının yanındakı saray idi və vəzifələrindən biri saray qapısında qaravul çəkmək idi. Lakin o ancaq mühaifəzçiləri gətirmək üçün saray qapısına gedərdi. Vəzifə yeri Sarayın çölündən tutmuş hərəmə qədər idi. Hərəm qapısının qarşısında hərəm eşikağasıbaşı dayanardı.Minorskiyə görə hərəm eşikağasıbaşı, divan eşikağasıbaşından rütbəcə daha aşağı vəzifə idi. Və o da divan eşikağasıbaşının əmirlərinə tabe idi. Minorski yazır ki, sultana gələn hədiyyələrin 10%-i hərəm eşikağasıbaşına verilirdi. Bundan başqa xacəsarələr də onun tabeliyində idi.
Səfəvilərin saray təşkilatında çox mühüm vəzifə olan hərəm eşikağası haqqında «Təzkirət əl-müluk»da göstərilir ki, bu vəzifə Şah sarayına məhrəm, yaşlı, təcrübəli, düzlükdə, doğruluqda sabit iman sahibi olan şəxslərə tapşırılırdı. Onlar gecə və gündüz hərəm qapısında dayanırdılar. Hərəmin qapıçıları, eşikağasıları ona tabe olub, onun əmrini yerinə yetirirdilər. O, hərəmdə ciddi intizam yaratmalı, kənar şəxsləri ora buraxmamalı idi. Hərəm qulluqçularını isə o təyin edir və məvaciblərini də özü müəyyənləşdirirdi. «Təzkirət əl-müluk»da təcrübəli, sabit iman sahibi deyildikdə, əslində müxtəlif dövlət vəzifələrində çalışmış yaşlı, etibarlı Qızılbaş əyanı nəzərdə tutulur. İsgəndər bəy Münşi Türkmanın bu vəzifəyə I Şah Abbas dövründəki təyinatlar barədə verdiyi məlumatlar da fikrimizin doğruluğunu təsdiq etməklə I Şah Abbasın dövlətin içəridən qorunmasını sələfləri kimi türklərə etibar etdiyini göstərir. İsgəndər bəy Münşi Türkman yazır ki, 1618-ci ildə Şamlı elinin Bəydili obasından olan hərəm eşikağasıbaşı Heydər sultan vəfat etdikdə, Şah bu vəzifəyə Qızılbaşlardan Əliqulu bəy Evoğlunu təyin etmişdi. I Şah Səfi dövründə isə hərəm eşikağasıbaşı yenə də həmin soydan Çələbi bəy Evoğlu olmuşdu.
Sərhəd əmirlərinin eşikağasıbaşılarının yanına göndərdikləri ərizələr, ya da şahın qapısında qulluq edən əmirlərin hərəm qapıçısına göndərdikləri ərizələr, əvvələn müəyyən keşikxanası olan hörmətli hərəmin eşikağasıbaşına verilərdi. Hərəm eşikağasıbaşı isə bunları hərəm xacələrinin ağsaqqalına təqdim edərdi.
Eşikağasıbaşına tabe olan vəzifələr
«Təzkirət əl-müluk»da eşikağasıbaşının əmrində çalışan məmurlardan Ləşkərnəvis-i Divani Ali və Ziru Sərhatnəvis-i Divani Ali vəzifələrinin adları çəkilir. Onlar eşikağasıbaşının maliyyə müfəttişləri idilər. Eşikağasıbaşının əmrində çalışan şəxslərin bir yerə toplanması, onların səfərə göndərilmə əmri bu şəxslər tərəfindən qeyd edilirdi və ləşkərnəvislər tərəfindən eşikağasıbaşının hüzurunda oxunurdu.Eşikağasıbaşının işçilərlə bağlı verdiyi qərarlar da ləşkərnəvis və sərxəttnəvis tərəfindən imzalanırdı.
Vladimr Minorski müqərrəb əl-həzrətdən bəhs edərkən bildirir ki, onlar eşikağasıbaşına tabe idilər. Minorski yazır :“Bu sinfə etibarlı qulluqçuların vəzifələri daxildir. Lakin onlar padşaha yaxın deyildilər. Onlar iki qrupa bölündülər. Birincisi, Eşikağasıbaşı əbvab-ı cəmi, ikincisi, vəzirə bağlı olan Xassə-i Səltənətin rəhbərləri.
Eşikağasıbaşının tabeçiliyində böyük bir saray məmurları kontingenti dururdu.
- Yasavullar bu məmurların ən önəmlilərindən idilər. Yasavul istilahı “qanun” və “fərman” mənası verən “yasa” sözündən götürülüb və bu vəzifənin daşıyıcıları hökmdarın hüzurunda əmr və fərmanları icra edən şəxslər idilər. Onlar yürüşlər zamanı süvari halda şahı müşayiət edir, bəzən vacibi xəbərlərin, fərmanların, məktubların çatdırılması üçün qasid və ya çapar kimi göndərilir, qızıl və ya gümüş çomağa malik olurdular. Səfəvi sarayında iki qrup yasavul mövcud idi: söhbət yasavulları və qur-yasavullar. “Təzkirətül-müluk”da deyilir: “Söhbət yasavulları yalnız mötəbər əmirlərin oğulları ola bilərdilər və köhnə zamanlarda onların sayı 8-9 nəfərdən çox Xüsusi məclislərdə onlar eşikağasıbaşının yerinə xidmət edirlər. Ümumi məclislərdə isə hökmdarın bərabərində dururlar və məclisə eşikağasılar xidmət göstərirlər. Onlar Ali Divanın eşikağasıbaşısının əmrinə tabedirlər və o, onların maaş və məvaciblərini təsdiq edir”. “Aləmara”da qeyd olunur ki, İlyas bəy Halvaçıoğlunun övladı Həsən bəy “naib-i eşikağasıbaşı” və “əmirşikarbaşı” vəzifələrini tutmaqla yanaşı, həm də “yasavul-i söhbət-i məclis-i behişt-ayin” mənsəbini daşıyırdı. Buradan belə nəticə hasil olur ki, söhbət yasavullarından ən adlı-sanlısı həm də eşikağasıbaşının naibi (müavini) vəzifəsini daşıyırdı. Əcnəbi elçilərin qəbulu zamanı söhbət yasavulları şahın hüzurunda dururdular.
- Saray məmurlarının digər bir qismi eşikağası adlanırdı. . Eşikağasıbaşını “baş marşal” adlandıran Adam Oleariyə görə isə onun tabeliyində qırx nəfər eşikağası çalışırdı ki, onlar dörd-dörd, yaxud beş-beş növbə ilə yarım il müddətində sarayda xidmətlərini yerinə yetirirdilər. Eşikağasılar məclis vəzifəsi daşıyan şəxslər olub, əmirlərin və digər mötəbər ağaların şahın hüzurunda xidmət etməyə layiq olan oğullarından ibarət idilər. “Onlar ümumi məclislərdə xidmət göstərirdilər və divan eşikağasıbaşısına tabe idilər. O, onların maaş və məvaciblərini verir və onları nəyi etmək və nəyi etməmək barədə təlimatlandırırdı”. Xarici səfirlərin qəbulu zamanı eşikağasılar hökmdarın hüzurunda dururdular. Eşikağasılar xacəsaraylarla birlikdə səfərlər zamanı şah hərəmini mühafizə edirdilər.
- “Aləmara”da eşikağasıbaşının sərəncamında olan saray xidmətçiləri sırasında qapıçılar da qeyd olunur. İki qapıçıbaşı fəaliyyət göstərirdi: divan qapıçıbaşısı və xəlvət (xüsusi apartamentlər) qapıçıbaşısı. Bütün qapıçılar bu iki şəxsə tabe idilər.
İstinadlar
- Süleymanov, 2018. səh. 612
- Bayramlı, 2015. səh. 103
- Vəliyeva, 2007. səh. 200
- Məhəmmədi, 1993. səh. 19
- Musalı, 2011. səh. 317
- Bayramlı, 2015. səh. 102
- Məhəmmədi, 1993. səh. 16
- Şirazi, 1996. səh. 50
- Şirazi, 1996. səh. 67
- Şirazi, 1996. səh. 77
- Əfəndiyev, 2007. səh. 138
- Süleymanov, 2020. səh. 535
- Münşi, 2009. səh. 302
- Əfəndiyev, 2007. səh. 200
- Münşi, 2009. səh. 421
- Münşi, 2009. səh. 516
- Əfəndiyev, 2007. səh. 202
- Əfəndiyev, 2007. səh. 203
- Münşi, 2009. səh. 518
- Bayramlı, 2015. səh. 104
- Çingizoğlu, 2009. səh. 32
- Bayramlı, 2015. səh. 105
- Bayramlı, 2015. səh. 101
- Vəliyeva, 2007. səh. 227
- Vəliyeva, 2007. səh. 228
- Vəliyeva, 2007. səh. 225
- Vəliyeva, 2007. səh. 226
- Vəliyeva, 2007. səh. 229
- Vəliyeva, 2007. səh. 230
- Musalı, 2011. səh. 318
- Musalı, 2011. səh. 319
Mənbə
- Şirazi, Xacə Zeynalabidin Əli Əbdi bəy. TƏKMİLƏTÜL-ƏXBAR (PDF) (az.). Bakı: Elm. 1996. ISBN .
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN .
- Musalı, Namiq. I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ (“TARİX-İ ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA) (az.). Bakı: Nurlan. 2011.
- Bayramlı, Zabil Həsrət oğlu. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU (az.). Bakı: «AVROPA» nəşriyyatı. 2015.
- Vəliyeva, Zülfiyyə. Səfəvi Dövlət Təşkilatı (Təzkirətül-Mülükə əsasən) (türk). Ankara: Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2007.
- Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN .
- Çingizoğlu, Ənvər. Şamlı elinin tanınmış simaları (az.). 9(29). Bakı: "Soy" dərgisi. 2009.
- Münşi, İsgəndər bəy. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF) (az.). I. Bakı: «Təhsil» nəşriyyatı. 2009.
- Məhəmmədi, M.Ə. Tarix-i Qızılbaşan (türk). Bakı: Azərbaycan nəşriyyatı. 1993.
Əlavə ədəbiyyat
- Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN .
- Məmməd, R.Ə. Dəstur ül-Müluk. Hökmdarlar üçün nizamnamə (az.). Bakı: Mütərcim. 2015.
- Sümer, Faruk. Safevi devletinin kuruluşu və gelişmesinde Anadolu türklerinin rolu (türk). Ankara: Türk Tarih Kurumu Basımevi. 1976.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Esikagasibasi Umera ye dovletxane ye mubarek in 4 emirinden biri sarayda merasim qaydalarina baxan memurlarin bascisi Bezi menbeler onu saray dergahinin reisi kimi seciyyelendirirler O sah divaninin butun yasavullarinin esikagasilarinin qapicilarinin ve carcilarinin reisi olub sah meclislerinin teskil ve tertibine mesul idi Iyerarxiyada yeri Umera ye dovletxane ye mubarek mubarek dovletxana emirleri qorcubasi qullaragasi esikagasibasi tufengcibasi olmaqla 4 esas vezifeden ibaret idi Saray daxili vezife sahiblerini bezen Erkani dovlet e qahire de adlandirirdilar Esikagasibasi bu emirlerin 4 cusu sonuncusu idi Esikagasibasi vezifesi esikagasibasi i Divan ve esikagasibasi i Herem olaraq iki hisseye bolunur Adeten kim esikagasibasi vezifesine teyin edilirdise Rey ve Tehran ona tiyul verilirdi TarixiEsikagasibasi vezifesini I Sah Ismayilin hakimiyyeti dovrunde Ulema sultan Tekeli icra edirdi Namelum muellif terefinden qeleme alinan Tarix i alemara yi Sah Ismayil eserinde Sah Ismayil dovrunde esikagasibasi vezifesini icra eden bir basqa sexs kimi Durmus xan Samlinin adi cekilir O xan i ali san yuksek sanli xan rutbesine malik idi Saray heyati ile bagli butun isleri nezaretde saxlayan bu sexs hem de dovletxananin kesiyine rehberlik edir xarici sefirlerin qebulu ve ya xususi merasimler zamani elinde das qasla bezedilmis debdebeli esa tutaraq sahin yaninda durur bezen sahin gosterisi ile eyalet hakimlerine mektublar yazirdi Bundan elave o herbi emeliyyatlarda da feal istirak edirdi I Sah Tehmasib hakimiyyete geldikden sonra Sahqulu xelife Qavurqali uzun iller bu vezifeni icra etmis 1532 ci ilde mohurdar teyin edilerek vezifesinden azad edilmisdi Bu barede Ebdi bey Sirazi yazir O gunlerde Sah Tehmasibin mohrdari Mahmud bey Zulqeder qopuq oyunu meydaninda hurkmus atdan yixilib olduyu ucun esikagasi olan ġahqulu xelife Qurqulu Zulqederi onun yerine mohrdar teyin etdi Qaravulcu Erebkirlunu onun Sahqulunun yerine esikagasi qoydular Buradan aydin olur ki Sahqulu xelifeden sonra Erebkirlu adli bir sexs bu vezifeni icra etmeye baslamisdir Ebdi bey hemcinin esikagasibasi vezifesinde Seyid bey adi ile taninan Seyid Mensur ibn Seyid Mehemmed Kemunenin adini cekir 1554 cu ilde I Sah Tehmasib terefinden I Sultan Suleyman Qanuninin sarayina sulh danisiqlari ucun gonderilmis Qaradag sufilerinden olan Ferruxzad bey de bir muddet esikagasibasi vezifesinde islemisdi Onun Osmanli sarayina dovlet surasinin uzvu kimi gonderilmesi esikagasibasi vezifesinin merkezi idaredeki nufuzunu gosterir Dovrun qaynaqlarinda esikagasibasi vezifesine Qizilbas Turk esilzadeleri ile yanasi sahzadelerin de teyin olunmasina tesaduf edilir Mehemmed Yusif Qezvini yazir ki I Sah Tehmasib qardasi Behram Mirzenin oglu Ibrahim Mirzeye qizi Govher sultan beyimi vermis ve ona ali divan esikagasibasi vezifesini tapsirmisdi Ibrahim Mirze I Sah Tehmasibin vefatindan sonra da II Sah Ismayilin dovrunde bir muddet bu vezifeni icra etmis 1576 ci ilde vezifesinden azad edilerek mohurdar teyin edilmisdi Onun ardinca 1580 ci ilde Huseynqulu sultan Samli esikagasibasi teyin edilir Onun ardinca oglu Mehdiqulu bey Samli qisa muddet bu vezifeni icra etmis daha sonra Qorxmaz xan Samli esikagasibasi olmusdur Mehemmed Xudabendenin hakimiyyeti dovrunde Samli ve ustacli tayfalari ile turkmen ve tekeli tayfalari arasinda bas veren edavet zamani Huseynqulu xan Samli oldurulmus Qorxmaz xan Samliya komeyi muqavilinde esikagasibasi vezifesi ved edilmisdi Menbelerde I Sah Abbasin hakimiyyetinin ilk illerinde Qazi bey Qorxmaz xan Piri bey Inallu Samli adli turk eyanlarinin esikagasibasi olmalarina tesaduf edilir I Sah Abbas 1592 ci ilde esikagasibasi vezifesine Samli elinin Erebgirli obasindan Samli Mehemmedqulu beyi teyin edir Isgender bey Munsi 1602 ci ilde bu vezifede Mehdiqulu xanin oldugunu yazir 1604 cu ilde ise Rumlu elinden Elixan bey esikagasibasi idi Elixan beyden sonra esikagasibasi vezifesi Samli elinin Kerametli obasindan Eliqulu beye xan verilmisdi I Sah Abbasin gosterisi ile 1611 ci ilde Merkezi Asiyadan Sefevi sarayina gelen ozbek padsahi Velimehemmed xanin Isfahanda qarsilanmasi ona tapsirilmisdi O 1625 ci ilde vefat edir Onun vefatindan sonra esikagasibasi vezifesine Samli elinin Beydili obasindan Zeynal bey teyin edilir Zeynal beyden sonra 1628 ci ilde bu vezifeye Mehdiqulu xanin oglu Samli elinin Kerametli obasindan Eliqulu xan teyin edilmisdi I Sah Sefinin hakimiyyeti zamani bu vezifeye teyin edilen sexsler esasen Qizilbas Turk eyanlari arasindan secilirdi Sah Sefi dovrunun ilk esikagasibasi Zeynal xan Samli idi Zeynal xan Samli 1630 cu ilde osmanliliar ile savasda sehve yol verdiyi ucun edam edildi ve vezifesi Mehdiqulu xan Samlinin oglu Ugurlu xan Samliya tapsirildi 1634 cu ilde Ugurlu xan Samli saray defterxanasina nezaretci teyin edildiyi ucun esikagasibasi vezifesi Imamqulu xan Samliya verilir 1635 c ilde Cani bey Samli bu vezifeni icra etmeye baslayir 1637 ci ilde ise esikagasibasi Murtuzaqulu bey Samli olur Molla Kamal 1643 cu ilde esikagasibasi Heyder beyin etimadeddovle Sari Tagi ile cekisdiyini ve vezifeden istefa verib Qum seherine getdiyini qeyd etmisdi Heyder bey 1629 cu ilde Sah Sefinin tacqoyma merasiminde istirak etmisdi ve Qaradag sufilerinden Qizilbas Ebulqasim bey Evoglunun oglu idi Heyder beyden sonra bu vezifeye Mirzeli sultan Celebi Evoglunun oglu Eliqulu bey teyin edilir II Sah Abbasin dovrunde de bu vezifeye secilen sexsler turk qizilbas tayfalarindan olan sexsler idi 1645 ci ilden 1661 ci ile qeder Mehdiqulu xan Samli bu vezifeni icra etse de 1661 ci ilde qardasi Necefqulu bey Samli esikagasibasi olur Esikagasibasi i Divan ve Divan esikagasibasiIsgender bey Munsi iki cur esikagasibasi vezifesi olmasi barede melumat verir Bunlardan biri divan esikagasibasi digeri ise herem esikagasibasidir Vezifeleri Dovlet surasi emirlerinden olan esikagasibasi dovletin en moteber qulluqcularindan olub onlara hetta elcilik kimi mesuliyyetli missiya da tapsirilirdi Adam Oleari bu barede yazirdi ki onlardan Imamqulu xan hazirda Holsteyn hersoqunun sarayina gonderilmisdi Adam Olearinin yazdigina gore Holsteynli elciler Isfahana catdiqlari zaman Murtuzqulu xan adli sexs esikagasibasi vezifesinde idi ki o ozunden evvelki esikagasibasini cugullayaraq edam etdirmeye nail olduqdan sonra bu vezifeni tutmusdu O coban oglu olub atasi cadir yaxud komada yasayirdi Bu qebilden olan adamlari burada turk adlandirirlar Esikagasibasi saray meclislerinde nizam intizamin yaradilmasina birbasa mesuliyyet dasiyirdi Esikagasibasi haqqinda yazir ki o butun sohbet yasavullarinin divan esikagasilarinin divan qapicilari ve agalarinin divan carci ve yasovullarinin agsaqqalidir ve Sah meclisinde istirak eden ecnebi olke elcilerinin eyanlarin xidmetcilerin qulluqcularin davranis qaydalarini mueyyenlesdirmek nizam intizami qorumaq birbasa onun selahiyyetine aid idi Meclisde qayda qanunlara ciddi emel olunmasi ile bagli meselelerde de esikagasibasi birbasa emrlere aid telimat uzre mesuliyyet dasiyirdi Tavernye yazirdi ki bir nece nefer yuksek mensebli memura basciliq eden esikagasibasi vezifesi Fransadaki tesrifat reisine benzeyirdi Esikagasibasinin emri altinda olanlarin mevacib tiyul ve hemesalesi barede onun ozunun teqdimatini bas vezir qebul etdikden sonra bu barede yazili hokm verilirdi Mueyyen xidmetcileri evez etmek isteyenlerin mevacibi hemesale tiyulu barati esikagasibasinin icazesi ve mohru ile mueyyen edilirdi Esikagasibasi ona tabe olan mulazimlerin mevaciblerine elaveler barede olan hokmleri onlarin tiyul hemesale mevaciblerinin hokmlerini imzasi ve mohru ile tesdiqldemeli idi Yuksek divan leskernevisi veziri ve serxettnevisi hemin esikagasibasinin idaresinin musoufileri idiler Sohbet ve meclis yasavullarini da esikagasibasi qulluga goturur ve maaslarini da o mueyyen edirdi Esikagasibasi i Herem ve ya Herem esikagasibasiIsgender bey Munsi herem esikagasibasi haqqinda divan esikagasibasindan sonra melumat verir Buna sebeb onlarin vezifelerinin ehemiyyet ferqi idi I Sah Abbas dovrunde de bu vezifeye teyin olunan sexsler turklerden secilirdi Isgender bey Munsi herem esikagasibasilardan asagidakilarin adlarini cekir Ebulqasim bey Evoglu qardasi Celebi bey oglu Heyder bey Evoglu onun oglu Eliqulu bey Evogilu Onun vezifeleri ile bagli melumati bize rus serqsunas alimi Vladimir Minorski verir O qeyd edir ki herem esikagasibasinin vezife yeri sarayin esas qapisin olan Ali Qapinin yanindaki saray idi ve vezifelerinden biri saray qapisinda qaravul cekmek idi Lakin o ancaq muhaifezcileri getirmek ucun saray qapisina gederdi Vezife yeri Sarayin colunden tutmus hereme qeder idi Herem qapisinin qarsisinda herem esikagasibasi dayanardi Minorskiye gore herem esikagasibasi divan esikagasibasindan rutbece daha asagi vezife idi Ve o da divan esikagasibasinin emirlerine tabe idi Minorski yazir ki sultana gelen hediyyelerin 10 i herem esikagasibasina verilirdi Bundan basqa xacesareler de onun tabeliyinde idi Sefevilerin saray teskilatinda cox muhum vezife olan herem esikagasi haqqinda Tezkiret el muluk da gosterilir ki bu vezife Sah sarayina mehrem yasli tecrubeli duzlukde dogruluqda sabit iman sahibi olan sexslere tapsirilirdi Onlar gece ve gunduz herem qapisinda dayanirdilar Heremin qapicilari esikagasilari ona tabe olub onun emrini yerine yetirirdiler O heremde ciddi intizam yaratmali kenar sexsleri ora buraxmamali idi Herem qulluqcularini ise o teyin edir ve mevaciblerini de ozu mueyyenlesdirirdi Tezkiret el muluk da tecrubeli sabit iman sahibi deyildikde eslinde muxtelif dovlet vezifelerinde calismis yasli etibarli Qizilbas eyani nezerde tutulur Isgender bey Munsi Turkmanin bu vezifeye I Sah Abbas dovrundeki teyinatlar barede verdiyi melumatlar da fikrimizin dogrulugunu tesdiq etmekle I Sah Abbasin dovletin iceriden qorunmasini selefleri kimi turklere etibar etdiyini gosterir Isgender bey Munsi Turkman yazir ki 1618 ci ilde Samli elinin Beydili obasindan olan herem esikagasibasi Heyder sultan vefat etdikde Sah bu vezifeye Qizilbaslardan Eliqulu bey Evoglunu teyin etmisdi I Sah Sefi dovrunde ise herem esikagasibasi yene de hemin soydan Celebi bey Evoglu olmusdu Serhed emirlerinin esikagasibasilarinin yanina gonderdikleri erizeler ya da sahin qapisinda qulluq eden emirlerin herem qapicisina gonderdikleri erizeler evvelen mueyyen kesikxanasi olan hormetli heremin esikagasibasina verilerdi Herem esikagasibasi ise bunlari herem xacelerinin agsaqqalina teqdim ederdi Esikagasibasina tabe olan vezifeler Tezkiret el muluk da esikagasibasinin emrinde calisan memurlardan Leskernevis i Divani Ali ve Ziru Serhatnevis i Divani Ali vezifelerinin adlari cekilir Onlar esikagasibasinin maliyye mufettisleri idiler Esikagasibasinin emrinde calisan sexslerin bir yere toplanmasi onlarin sefere gonderilme emri bu sexsler terefinden qeyd edilirdi ve leskernevisler terefinden esikagasibasinin huzurunda oxunurdu Esikagasibasinin iscilerle bagli verdiyi qerarlar da leskernevis ve serxettnevis terefinden imzalanirdi Vladimr Minorski muqerreb el hezretden behs ederken bildirir ki onlar esikagasibasina tabe idiler Minorski yazir Bu sinfe etibarli qulluqcularin vezifeleri daxildir Lakin onlar padsaha yaxin deyildiler Onlar iki qrupa bolunduler Birincisi Esikagasibasi ebvab i cemi ikincisi vezire bagli olan Xasse i Seltenetin rehberleri Esikagasibasinin tabeciliyinde boyuk bir saray memurlari kontingenti dururdu Yasavullar bu memurlarin en onemlilerinden idiler Yasavul istilahi qanun ve ferman menasi veren yasa sozunden goturulub ve bu vezifenin dasiyicilari hokmdarin huzurunda emr ve fermanlari icra eden sexsler idiler Onlar yurusler zamani suvari halda sahi musayiet edir bezen vacibi xeberlerin fermanlarin mektublarin catdirilmasi ucun qasid ve ya capar kimi gonderilir qizil ve ya gumus comaga malik olurdular Sefevi sarayinda iki qrup yasavul movcud idi sohbet yasavullari ve qur yasavullar Tezkiretul muluk da deyilir Sohbet yasavullari yalniz moteber emirlerin ogullari ola bilerdiler ve kohne zamanlarda onlarin sayi 8 9 neferden cox Xususi meclislerde onlar esikagasibasinin yerine xidmet edirler Umumi meclislerde ise hokmdarin beraberinde dururlar ve meclise esikagasilar xidmet gosterirler Onlar Ali Divanin esikagasibasisinin emrine tabedirler ve o onlarin maas ve mevaciblerini tesdiq edir Alemara da qeyd olunur ki Ilyas bey Halvacioglunun ovladi Hesen bey naib i esikagasibasi ve emirsikarbasi vezifelerini tutmaqla yanasi hem de yasavul i sohbet i meclis i behist ayin mensebini dasiyirdi Buradan bele netice hasil olur ki sohbet yasavullarindan en adli sanlisi hem de esikagasibasinin naibi muavini vezifesini dasiyirdi Ecnebi elcilerin qebulu zamani sohbet yasavullari sahin huzurunda dururdular Saray memurlarinin diger bir qismi esikagasi adlanirdi Esikagasibasini bas marsal adlandiran Adam Oleariye gore ise onun tabeliyinde qirx nefer esikagasi calisirdi ki onlar dord dord yaxud bes bes novbe ile yarim il muddetinde sarayda xidmetlerini yerine yetirirdiler Esikagasilar meclis vezifesi dasiyan sexsler olub emirlerin ve diger moteber agalarin sahin huzurunda xidmet etmeye layiq olan ogullarindan ibaret idiler Onlar umumi meclislerde xidmet gosterirdiler ve divan esikagasibasisina tabe idiler O onlarin maas ve mevaciblerini verir ve onlari neyi etmek ve neyi etmemek barede telimatlandirirdi Xarici sefirlerin qebulu zamani esikagasilar hokmdarin huzurunda dururdular Esikagasilar xacesaraylarla birlikde seferler zamani sah heremini muhafize edirdiler Alemara da esikagasibasinin serencaminda olan saray xidmetcileri sirasinda qapicilar da qeyd olunur Iki qapicibasi fealiyyet gosterirdi divan qapicibasisi ve xelvet xususi apartamentler qapicibasisi Butun qapicilar bu iki sexse tabe idiler IstinadlarSuleymanov 2018 seh 612 Bayramli 2015 seh 103 Veliyeva 2007 seh 200 Mehemmedi 1993 seh 19 Musali 2011 seh 317 Bayramli 2015 seh 102 Mehemmedi 1993 seh 16 Sirazi 1996 seh 50 Sirazi 1996 seh 67 Sirazi 1996 seh 77 Efendiyev 2007 seh 138 Suleymanov 2020 seh 535 Munsi 2009 seh 302 Efendiyev 2007 seh 200 Munsi 2009 seh 421 Munsi 2009 seh 516 Efendiyev 2007 seh 202 Efendiyev 2007 seh 203 Munsi 2009 seh 518 Bayramli 2015 seh 104 Cingizoglu 2009 seh 32 Bayramli 2015 seh 105 Bayramli 2015 seh 101 Veliyeva 2007 seh 227 Veliyeva 2007 seh 228 Veliyeva 2007 seh 225 Veliyeva 2007 seh 226 Veliyeva 2007 seh 229 Veliyeva 2007 seh 230 Musali 2011 seh 318 Musali 2011 seh 319MenbeSirazi Xace Zeynalabidin Eli Ebdi bey TEKMILETUL EXBAR PDF az Baki Elm 1996 ISBN 5 8066 0436 5 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 seh 344 ISBN 978 9952 34 101 0 Musali Namiq I SAH ISMAYILIN HAKIMIYYETI TARIX I ALEMARA YI SAH ISMAYIL ESERI ESASINDA az Baki Nurlan 2011 Bayramli Zabil Hesret oglu AZERBAYCAN SEFEVI DOVLETININ QURULUSU VE IDARE OLUNMASINDA TURK QIZILBAS EYANLARININ ROLU az Baki AVROPA nesriyyati 2015 Veliyeva Zulfiyye Sefevi Dovlet Teskilati Tezkiretul Muluke esasen turk Ankara Ankara Universitesi Sosyal Bilimler Enstitusu 2007 Mehman Suleymanov Sah Ismayil Sefevi Baki Elm ve tehsil 2018 ISBN 978 9952 8176 9 0 Cingizoglu Enver Samli elinin taninmis simalari az 9 29 Baki Soy dergisi 2009 Munsi Isgender bey Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF az I Baki Tehsil nesriyyati 2009 Mehemmedi M E Tarix i Qizilbasan turk Baki Azerbaycan nesriyyati 1993 Elave edebiyyatRumlu Hesen bey Ehsenut tevarix az Baki Uzanlar 2017 ISBN 978 605 030 641 5 Memmed R E Destur ul Muluk Hokmdarlar ucun nizamname az Baki Mutercim 2015 Sumer Faruk Safevi devletinin kurulusu ve gelismesinde Anadolu turklerinin rolu turk Ankara Turk Tarih Kurumu Basimevi 1976