Estoniyada təhsil — Şimali Avropanın Baltik regionunda yerləşən Estoniya Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi.
Tarixi
Estoniya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar.
ölkənin ən qədim ali təhsil ocağı olan Tartu Universiteti 1632-ci ildə İsveç kralı tərəfindən yaradılmışdır.
Müasir təhsil sistemi
Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən bu ölkədəki etnik azlıqların qorunması və inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və müasir dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət formalaşdırmağa xidmət etməli, həmçinin fasiləsiz təlim üçün imkan yaratmalıdır.
Təhsil sisteminə rəhbərlik tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə bunlar daxildir:
- təhsilin, elmi tədqiqat işlərinin planlaşdırılması;
- dövlətin gənclər və dil siyasətinin həyata keçirilməsi;
- məktəbəqədər təhsilin, ümumi orta təhsilin, texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin təşkili məsələləri.
Ölkənin təhsil sistemi aşağıdakı səviyyələrindən ibarətdir:
- məktəbəqədər təhsil;
- əsas təhsil (təhsilin ilk pilləsi);
- orta təhsil (təhsilin ikinci piləsi);
- ali təhsil (təhsilin üçüncü pilləsi).
Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur. İcbari təhsil isə uşaqlar əsas təhsil pilləsini tamamlayana və ya 17 yaşı tamam olana qədər davam edir.
Əsas təhsil pilləsi I–IX sinifləri əhatə edir. Əsas təhsilin VII–IX siniflərində də şagirdlər maraq sahələrinə uyğun olaraq peşə profili üzrə təhsil ala bilərlər. Orta təhsil pilləsi 3 il olmaqla X–XII sinifləri əhatə edir.
Tədris dilindən asılı olmayaraq təhsil bütün pillələrdə ümumi milli kurikulum əsasında təşkil olunur. Məktəblər ümumi milli kurikulum əsasında öz kurikulumlarını hazırlayırlar. Tədris ili ən azı 175 tədris günündən (35 həftə) ibarətdir.
Ölkə üzrə 2008–2009-cu tədris ilində ümumi təhsil məktəblərində oxuyan şagirdlərin sayı təxminən 148000 nəfər təşkil edib. Onların 12426 nəfəri birinci sinif şagirdi olublar.
Ölkədə təhsil təqaüdlərindən bəhrələnmək üçün geniş imkanlar yaradılıb. Bunun üçün şagirdlər, tələbələr və doktorantlar kurikulumda tədris üçün müəyyən olunmuş standart müddətdə müvafiq biliklərə yiyələndiklərini nümayiş etdirməlidirlər. Tədris proqramlarını mənimsəməyən, akademik icazə və məzuniyyət götürmüş tələbələrə təqaüd almaq imkanı verilmir.
Məktəbəqədər təhsil
Məktəbəqədər təhsil məktəbəqədər təhsil müəssisələrində və ya evdə təşkil olunur. Uşaqların məktəbəqədər təhsilə cəlb olunması valideynlərin istəyindən asılıdır.
Estoniyada 4 növ məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu sıraya uşaqlar üçün nəzərdə tutulan gündüz bağçaları, 1–7 yaşlı uşaqlar üçün bağçalar, xüsusi qayğıya ehtiycı olan uşaqlar üçün nəzərdə tutulan bağçalar və ibtidai məktəb tipli bağçalar daxildir.
Məktəbəqədər təhsil müəssisələrinin əksəriyyəti regionlarda fəaliyyət göstərən uşaqlar üçün nəzərdə tutulan gündüz bağçalarından ibarətdir. Şəhərlərdəki məktəbəqədər təhsil müəssisələrinə müraciət edənlərin sayı çox olduğuna görə həmin bağçalarda qrupların sayı 12-dən az olmur. Bununla yanaşı, yeni tipli məktəbəqədər təhsil müəssisələrində qrupların maksimum sayı 6-nı keçmir.
Yerli hökumətlər nəzarət etdikləri ərazi dairəsində yaşayan bütün uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasına imkan yaratmalıdırlar. Bələdiyyələr və ya şəhər hökumətləri fiziki, nitq, görmə və əqli qüsuru olan, eləcə də xüsusi qayğıya ehtiyacı olan digər uşaqların yaşadıqları ərazidəki məktəbəqədər təhsil müəssisələrindəki adaptasiya qruplarında tərbiyə olunmasını təmin edirlər. Məktəbəqədər təhsil müəssisələrində adaptasiya qrupunun yaradılması mümkün olmadığı hallarda bələdiyyələr və şəhər hökumətləri xüsusi qruplar yaradır və ya xüsusi bağçalar təsis edirlər. Uşaqlar adaptasiya və ya xüsusi qruplara valideynin yazılı müraciəti, eləcə də məşvərət komitəsinin qərarı əsasında qəbul edilirlər.
Ölkənin digər regionları ilə müqayisədə iri şəhərlərdə məktəbəqədər təhsil müəssisələrinə daha çox ehtiyac duyulur. Bu baxımdan Tallin, Tartu şəhərlərindəki vəziyyət daha çox diqqəti cəlb edir.
Məktəbəqədər təhsil müəssisələrində oxumayan uşaqlar üçün bağçaların və məktəblərin nəzdində məktəbə hazırlıq qrupları təşkil olunur. Bu qruplarda təhsil pulsuzdur və könüllülük prinsipi əsasındadır.
Əsas təhsil
Estoniyada uşaqlar 7 yaşından icbari və ya əsas təhsilə cəlb olunur. İcbari təhsil I–IX sinifləri əhatə edir. I–VI siniflər üçün nəzərdə tutulan ibtidai məktəblər əsas təhsilin mühüm bir hissəsidir. VII–IX siniflərində şagirdlər maraq sahələrinə uyğun olaraq təmayüllər üzrə təhsil ala bilərlər.
Əsas təhsil 3 mərhələdə təşkil edilir:
- Birinci mərhələ — I–III siniflər;
- İkinci mərhələ -IV-VI siniflər;
- Üçüncü mərhələ -VII-IX siniflər.
Bələdiyyələr əraziyə uyğun olaraq əsas məktəbləri müəyyən edirlər. Həmin məktəblərdə müvafiq əhatə dairəsində yaşayan hər bir uşaq təhsil ala bilər. Valideynlər məktəbin himayədarlar şurasında təmsil olunmaqla təhsil müəssisələrinin inkişafına mühüm töhfə verirlər.
Əsas təhsil üç milli kurikulum əsasında təşkil olunur. Şagirdlərin həftəlik dərs yükü sinfin səviyyəsindən asılı olaraq dəyişir:
- I sinifdə 20 dərs;
- II sinifdə 23 dərs;
- III–IV siniflərdə 25 dərs;
- V sinifdə 28 dərs;
- VI–VII siniflərdə 30 dərs;
- VIII sinifdə 32 dərs;
- IX sinifdə 34 dərs.
Əsas təhsil pilləsində icbari olaraq bu fənlər tədris edilir:
- eston dili və ədəbiyyatı;
- iki xarici dil;
- riyaziyyat;
- təbiət elmləri;
- coğrafiya;
- biologiya;
- kimya;
- fizika;
- tarix;
- humanitar elmlər;
- ictimai elmlər;
- musiqi;
- təsviri sənət;
- fiziki təhsil;
- əmək təlimi.
Tədris rus və digər əcnəbi dillərdə təşkil olunan məktəblərdə eston dilinin ayrıca fənn kimi keçirilməsi icbaridir. Həmçinin ana dili eston dili olmayan şagirdlərin oxuduğu məktəblərdə eston dili ikinci xarici dil kimi tədris olunur.
Əsas təhsil pilləsini başa vurmaq üçün şagirdlərdən müvafiq kurikulumu tamamlamaq və təyin olunmuş 3 imtahanı (eston dili və ədəbiyyatı, riyaziyyat və şagirdin seçdiyi hər hansı digər bir fənn) uğurla vermək tələb olunur. Əsas təhsil pilləsini tamamlaya bilməyən və ən azı 17 yaşı tamam olmuş şagirdlər ya əsas təhsil pilləsini başa vurmaq haqqında sənəd tələb edilməyən peşə təhsili üzrə peşələrə yiyələnə və ya yaşlılar üçün nəzərdə tutulan orta ümumi təhsil müəssisələrində əsas təhsil ala bilərlər.
Əsas təhsil pilləsini uğurla başa vuran şagirdlər 3 illik ümumi orta və ya 3 illik peşə yönümlü orta təhsil müəssisələrində təhsillərini davam etdirmək imkanı qazanırlar. Həmçinin onların 3 illik ümumi orta təhsil verən peşə məktəblərində və ya ümumi orta təhsil verməyən, ancaq peşə bacarıqları aşılayan peşə təhsili müəssisələrində oxuması mümkündür.
Orta təhsil
Orta təhsil müddəti 3 il olmaqla X–XII sinifləri əhatə edir. Orta təhsil milli kurikuluma uyğun olaraq həyata keçirilir. Hər bir məktəb milli kurikuluma əsasən öz kurikulumunu hazırlayır. Orta təhsil pilləsində bir tədris ili 35 həftə, bir tədris həftəsi isə ən azı 32 dərs saatından ibarətdir.
Bu pillədə şagirdlər seçmə fənlərlə yanaşı, müvafiq sahə, o cümlədən təbiət elmləri, humanitar elmlər və digər sahələr üzrə dərin biliklərə və ya peşə məktəblərində oxumaqla hər hansı peşəyə yiyələnə bilərlər. Orta təhsil pilləsinin sonunda şagirdlər 5 fəndən imtahan verir. Bu imtahanlardan ən azı 3-ü dövlət imtahanıdır.
2008–2009-cu tədris ilində Estoniyanın orta məktəblərində təhsil alan şagirdlərin sayı 31265 nəfər olub. 2011–2012-ci tədris ilindən başlayaraq Estoniyada rus dilində tədris aparılan bütün orta təhsil müəssisələrində tədris eston dilində təşkil olunur.
Orta təhsil pilləsini tamamladıqdan sonra şagirdlər aşağıdakı istiqamətlər üzrə təhsillərini davam etdirə bilərlər:
- Peşə təhsili müəssisələrində peşə təhsili (0,5–3 il);
- Kolleclər və ya universitetlərdə ali peşə təhsili (3–4,5 il);
- Universitet və ya digər ali təhsil müəssisələrində bakalavriatura təhsili (3 il), magistratura təhsili (2 il) və ya doktorantura təhsili (3–4 il).
Texniki peşə təhsili
Həm əsas, həm də orta təhsil pilləsində təmayüllər üzrə texniki peşə təhsili proqramları peşə biliklərinin və bacarıqlarının inkişaf etdirilməsinə əlverişli zəmin yaradır. Əsas təhsil pilləsini başa vurmaq tələb olunmayan peşə təhsili proqramlarında əsas təhsil pilləsini başa vura bilməyən və 17 yaşı tamam olmuş şəxslər yalnız müvafiq peşələrə yiyələnir. Bu zaman təhsil müddəti 0,5–2,5 ildir. Həmin proqramları seçən şəxslər peşə təhsilini tamamladıqdan sonra da icbari əsas təhsillərini davam etdirə bilərlər.
Əsas təhsil əsaslı peşə təhsili elə bir təhsil növüdür ki, burada yalnız peşə təhsili ilə əlaqəsi olan ümumi təhsil fənləri tədris edilir. Bu təhsil proqramlarını başa vuran şagirdlər müəyyən peşəyə yiyələnməklə yanaşı, əsas təhsil pilləsini də bitirmiş hesab olunurlar.
Orta peşə təhsilinə əsas təhsil pilləsində təhsil almış şagirdlər müraciət edə bilərlər. Orta peşə təhsilini başa vuran şagirdlər orta təhsil sertifikatına və müəyyən peşəyə yiyələnir. Orta peşə təhsilinin müddəti minimum 3 il təşkil edir. Peşə məktəblərində orta peşə təhsili kurikulumunu tamamlamış şagirdlər öz seçimlərinə əsasən əlavə olaraq 1 illik ümumi təhsil fənn proqramlarını da öyrənə və müvafiq dövlət imtahanları verə bilərlər. Bu, həmin peşə məktəblərini bitirən məzunların təhsillərini ali məktəblərdə davam etdirmələrinə imkan verir.
Orta təhsil əsaslı peşə təhsilinə isə orta təhsil pilləsini tamamladıqdan sonra yiyələnmək mümkündür. Həmin tədris ocaqları 0,5–2,5 il müddətdə peşə bacarıqlarına yiyələnmək imkanı yaradır.
Əsas və orta məktəblərdə təşkil olunan peşə təhsili ümumi təhsil məktəblərinin şagirdləri üçün nəzərdə tutulur və peşə təhsili müəssisələri tərəfindən həyata keçirilir. Tədris ayrıca bir kurikulum əsasında ən azı 15 tədris həftəsi müddətində təşkil olunur. Təhsili başa vurduqdan sonra şagirdlər seçdikləri peşə üzrə əsas bilik və bacarıqlara, həmçinin peşə təhsilinin tamamlanmasına dair sertifikata yiyələnirlər.
2008–2009-cu tədris ilində Estoniyada 45 peşə təhsili müəssisəsi fəaliyyət göstərmişdir ki, onların da 31-i dövlət, 3-ü bələdiyyə və 11 özəl əsaslı peşə təhsili müəssisələri idi. Həmin təhsil müəssisələrində oxuyan 27239 şagirdin 11456 nəfəri dövlət sifarişli ixtisasları seçmişdir.
Ali təhsil
Estoniyada orta təhsil pilləsini uğurla başa vuran bütün şagirdlər ali təhsil pilləsində oxumaq hüququ qazanır. Ali təhsil proqramları universitetlərdə və ali peşə təhsili müəssisələrində tədris edilir.
Tələbələr həm dövlət sifarişli, həm də ödənişli ixtisaslara qəbul ola bilərlər.
Ali peşə təhsili proqramı üzrə tədrisin müddəti 3–4,5 il, bakalavr proqramı üzrə isə 3–4 ildir.
Ali peşə və bakalavr təhsili proqramını başa vuran tələbələr magistratura səviyyəsində təhsillərini davam etdirə bilərlər.
Magistratura təhsili üzrə tədrisin müddəti 1 və ya 2 ildir. Bakalavriatura və magistratura səviyyəsində təhsilin müddəti ümumilikdə 5 ildir.
Tibb ixtisası üzrə təhsilin müddəti 6 ildir.
Stomatologiya, əczaçılıq, tikinti mühəndisliyi və müəllimlik ixtisası üzrə təhsil müddəti isə 5 ildir.
Təhsilin ən yüksək səviyyəsi olan fəlsəfə doktoru proqramı üzrə təhsil müddəti 3–4 il davam edir.
Ölkədə dövlət əsaslı universitetlər və ali peşə təhsili müəssisələri ilə yanaşı, özəl universitetlər, ali peşə təhsili müəssisələri və peşə kollecləri də kifayət qədərdir. Ölkədə 6 dövlət, 4 özəl universitet və 10 dövlət, 11 özəl ali peşə təhsili müəssisəsi olub. Həmçinin 2 dövlət və 1 özəl peşə kolleci fəaliyyət göstərir. 2009-cu ilin statistik məlumatına görə, ali təhsil müəssisələrində oxuyan tələbələrin sayı təxminən 68000 nəfər olub.
Əlavə təhsil
Yaşlıların təhsilinin təşkili üçün Estoniyada çevik sistem və geniş imkanlar yaradılıb. Yaşlıların təhsili proqramları formal, peşə təhsili və qeyri-formal peşə təhsili formalarında həyata keçirilir.
Yaşlıların formal təhsilinə əsas və orta təhsil pilləsində təhsil almaq üçün distant təhsil, axşam kursları vasitəsilə yaşlıların təhsili aiddir.
Peşə təhsili və ali təhsil müəssisələrində fasiləsiz təhsil və yenidən hazırlanma kursları təşkil olunur. Bu kurslar yaşlıların peşə və ixtisas biliklərini, bacarıqlarını, eləcə də təcrübələrini təkmilləşdirməyə və dərinləşdirməyə xidmət edir. Peşə təhsili və ali təhsil müəssisələrində yaşlıların təhsili qiyabi təhsil formasında təklif olunur.
Qeyri-formal təlim kursları tələbələrin yaradıcılığının, istedadının və sosial fəallığının inkişaf etdirilməsinə imkan yaradır. Yaşlıların qeyri-formal təhsili bir çox qeyri-formal təhsil mərkəzlərində, xalq universitetlərində (qeyri-formal təhsil müəssisələrində) və mədəniyyət mərkəzlərində təşkil olunur.
Yaşlıların əsas, orta və orta peşə təhsili pulsuz olduğu halda, qiyabi ali təhsildə ödəniş tələb edilir. Dövlət sifarişli yerlərə müraciət etmək üçün əyani təhsil formasını seçmək lazımdır. Milli prioritet hesab edilən ixtisaslar üzrə yaşlıların qiyabi ali təhsili dövlət tərəfindən maliyyələşdirilir.
Müvafiq qaydalara görə pedaqoji sahədə çalışanlar 5 ildə 160 saat fasiləsiz təhsilə cəlb olunmalıdırlar. Yaşlıların təhsili haqqında qanunvericilik aktlarına əsasən müəllimlərin fasiləsiz təhsili dövlət büdcəsi hesabına maliyyələşir.
Xüsusi təhsil
Xüsusi ehtiyaclı uşaqların təhsili üçün dövlət mühüm öhdəliyə malikdir. Qanunvericiliyə uyğun olaraq xüsusi ehtiyaclı uşaqlar öz yaşadıqları ərazidəki məktəbdə oxumaq hüququna malikdir.
Dövlət və bələdiyyə məktəblərində xüsusi ehtiyaclı uşaqların təhsili üçün siniflər aşağıdakı şəkildə qruplaşdırılır:
- fiziki, nitq, görmə və əqli qüsurlu uşaqlar üçün siniflər;
- digər təlim çətinlikləri olan uşaqlar üçün motivasiya sinifləri;
- yüngül təlim çətinlikləri olan uşaqlar üçün siniflər;
- orta səviyyəli təlim çətinlikləri olan uşaqlar üçün siniflər;
- ciddi təlim çətinlikləri olan uşaqlar üçün siniflər.
Siniflərin qruplaşdırılmasında əsas məqsəd tədrisin təşkilində fərdi xüsusiyyətlər nəzərə alınmaqla uşaqların şəxsi inkişafını təmin etməkdir.
Xüsusi məktəblərdə uşaqlar üçün aşağıdakı yardımçı sistemlər təklif olunur:
- fərdi kurikulum;
- korrektiv qruplar;
- nitq terapiyası;
- uzunmüddətli qruplar;
- ev təhsili;
- davranış problemləri olan uşaqlar üçün siniflər;
- sosial problemləri olan uşaqlar üçün internat tipli məktəblər.
Estoniyada 48 xüsusi məktəb fəaliyyət göstərir. Onların 3-ü eşitmə qüsurlu, 1-i fiziki qüsurlu, 1-i görmə qüsurlu, 3-ü ümumi qüsurlu, 5-i davranış qüsurlu, qalanları isə digər təlim çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulub.
Əqli qüsuru olan uşaqlar üçün tədris sadələşdirilmiş milli kurikulum əsasında təşkil edilir. Bundan əlavə, orta səviyyəli və ciddi təlim çətinlikləri olan uşaqların tədrisi üçün də milli kurikulum mövcuddur. Fiziki qüsurlu uşaqların tədrisi və inkişafı ilə bağlı bütün məsələlərdə valideynin razılığı tələb edilir.
Səhhəti ağır olan uşaqlar valideynin razılığı ilə evdə də icbari təhsil ala bilərlər. Uzun müddət müalicə alması tələb olunan uşaqların təhsili isə xəstəxanada təşkil edilir.
Elmi tədqiqatlar
Estoniyada elmi-tədqiqat sahəsinin müasir tələblər səviyyəsində inkişafına xüsusi diqqət yetirilir. Hökumət elmi tədqiqat və inkişaf planını hazırlayır, parlamentə təqdim edir, müvafiq proqramları təsdiq edir, nazirliklərarası əlaqələndirməni tənzimləyir.
Tədqiqat və İnkişaf Şurası elmi tədqiqat və inkişaf məsələləri ilə bağlı hökumətə tövsiyələr verir. Təhsil və Tədqiqat Nazirliyi isə milli tədqiqat strategiyasını həyata keçirir, elmi-tədqiqat və inkişaf müəssisələrini maliyyələşdirir, onların fəaliyyətini dəyərləndirir, beynəlxalq əməkdaşlığın genişləndirilməsini təmin edir.
Ölkənin elmi-tədqiqat və inkişaf siyasətinin əsas məqsədləri "Bilikyönümlü Estoniya 2007–2015" adlı tədqiqat, inkişaf və innovasiya strategiyasında dolğun şəkildə əks olunub. Strategiyada üç əsas məqsəd bəyan edilib:
- Keyfiyyətin rəqabət əsasında yüksəldilməsi, elmi-tədqiqat və inkişaf fəaliyyətinin məhsuldarlığının artırılması;
- Qlobal iqtisadiyyata töhfə verən innovativ biznes fəaliyyətinin yaradılması;
- Uzunmüddətli davamlı inkişafı təmin edəcək innovativ cəmiyyətin formalaşdırılması.
Estoniyada 18 elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir ki, onların da 6-sı dövlət universitetlərinin nəzdindədir. Ən böyük elmi-tədqiqat müəssisələri Tartu Universiteti, Tallin Texniki Universiteti və Tallin Universitetinin nəzdində fəaliyyət göstərir. Universitetlərdən kənarda fəaliyyət göstərən ən böyük dövlət elmi-tədqiqat müəssisələri , , hesab edilir. Müstəqil fəaliyyət göstərən tədqiqat müəssisəsinə isə Milli Kimya və Biofizika İnstitutunu aid etmək olar.
Maliyyələşməsi
Ölkə üzrə 582 ümumi təhsil məktəbindən 517-si bələdiyyə, 31-i dövlət, 34-ü isə özəl məktəblərdir. 31 dövlət məktəbinin 27-si xüsusi ehtiyaclı uşaqlar üçün nəzərdə tutulan, digərləri isə adi təhsil müəssisələridir. Ümumi təhsil məktəbləri əsasən yerli hökumətin büdcəsi hesabına maliyyələşir.
Estoniyada ümumi dövlət xərclərinin 14–15 faizi təhsilə sərf olunur. Ümumi təhsil sisteminə ayrılmış xərclər ümumilikdə təhsil sisteminə yönəldilən vəsaitin yarıdan çox hissəsinə bərabərdir. Ümumi təhsil xərclərinin 11 faizi peşə təhsilinə, 21 faizi isə ali təhsilə yönəldilir. Dövlət təhsil xərclərinin 15 faizi isə məktəbəqədər təhsil və digər təhsil xidmətləri, layihələr üçün nəzərdə tutulur.
Ali təhsilə ayrılmış xərclərə nəinki dövlət sifarişi üzrə təhsil xərcləri, həmçinin investisiya, təqaüdlər və digər xərclər daxildir.
Estoniyada elmi tədqiqat layihələri dövlət büdcəsi, bələdiyyə və şəhər büdcəsi, ünvanlı yardımlar, qrantlar, milli tədqiqat və inkişaf proqramları, elmi-tədqiqat müəssisələrinin iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi qazanc və digər mənbələr hesabına maliyyələşir. 2007-ci ildə Estoniyada elmi tədqiqat və inkişafa ayrılmış vəsaitin miqdarı ÜDM-un 1,14 faizini təşkil edib ki, bu da Avropa İttifaqı üzrə nəzərdə tutulmuş 1,84 faizlik orta göstəricidən aşağıdır.
Təhsil xərclərinin ödənilməsi üçün nəzərdə tutulan vəsait dövlət büdcəsindən bələdiyyə və şəhər büdcələrinə köçürülür. Əməkhaqqı, fasiləsiz təhsil, investisiya, dərslik və əyani vəsaitlər ilə bağlı xərclər məktəb üçün ayrılan vəsaitin böyük hissəsini təşkil edir. Eyni qayda ilə özəl ümumi təhsil müəssisələrinə də vəsait ayrılır.
Estoniyada son illər ərzində müəllimlərin minimum əməkhaqlarının artırılaraq orta əməkhaqqı səviyyəsinə çatdırılması təhsilin yüksək inkişaf ahəngi ilə irəliləməsinə zəmin yaradıb. Məsələn, 2012-ci il ərzində Estoniyada br neçə dəfə əməkhaqqının artması tələbi ilə təhsil işçilərinin tətili keçirilib. Həmkarlar ittifaqının nümayəndələri və Estoniya Təhsil Nazirliyinin rəsmiləri arasında aparılan danışıqlardan sonra qurum rəhbərliyi müəllimlərin maaşlarının artması ilə bağlı qərar qəbul edib. Nəticədə 2013-cü ilin əvvəlindən Estoniyada təhsil işçilərinin maaşları 715 avroyadək artırılıb. Lakin həmin artımın stajlı müəllimlərə heç bir aidiyyəti yox idi və yalnız fəaliyyətə təzə başlayan müəllimlərə aid edilib.
İdarə olunması
Estoniyada təhsillə bağlı qanunlar və strategiyalar ölkə parlamenti tərəfindən qəbul edilir. Parlament, həmçinin təhsil haqqının həcmini müəyyən edir. Təhsil və Tədqiqat Nazirliyi bütövlükdə təhsil siyasəti və strategiyasının həyata keçirilməsini əlaqələndirir. 15 dairə hökumətinin tabeliyindəki təhsil idarələri yerli təhsilin idarə olunmasına cavabdehlik daşıyır. Yerli təhsil idarələri dairə üzrə təhsilin inkişaf planını hazırlayır, məktəbəqədər və ümumi təhsil məktəblərinin fəaliyyətinə nəzarət edir, eləcə də bələdiyyələrə təhsil məsələləri ilə bağlı tövsiyələr verir.
Bələdiyyələr isə öz səlahiyyətləri dairəsində məktəbəqədər, əsas, orta təhsil müəssisələrinin, axşam məktəblərinin, mədəniyyət mərkəzlərinin fəaliyyətini tənzimləyir və icbari təhsil yaşlı uşaqların sayını müəyyən edir. Bələdiyyələr təhsil müəssisələrinin rəhbərlərini təyin edir, məktəblərin tibb, təminat və təchizat xidmətlərini yerinə yetirir. Bələdiyyələr, həmçinin ümumi təhsil məktəblərinin təsis edilməsi, təkrar təşkili, bağlanması və şagirdlərin nəqliyyatla təmin edilməsi məsələlərinə cavabdehdir.
Təhsil müəssisələrinin fəaliyyətinin gündəlik təşkili və idarə olunması isə direktor, məktəbin Nəzarət Şurası və Təhsil Şurası tərəfindən yerinə yetirilir. Özəl məktəblərin fəaliyyətinə Təhsil və Tədqiqat Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun nəzarət olunur.
Universitetlər və ali peşə təhsili müəssisələri isə tədris heyətini, təşkilati strukturu, tədris və tədqiqat proqramlarının məzmununu, kurikulumu, tədris planını, qəbul meyarlarını müəyyən etməkdə sərbəstdirlər.
Beynəlxalq əlaqələr
Ölkə təhsil, elm və texnologiya sahəsində uzunmüddətli beynəlxalq əməkdaşlıq ənənələrinə malikdir. Estoniya elm və texnologiya sahəsində 40-dan artıq ölkə ilə əməkdaşlığa dair çərçivə müqaviləsi imzalamışdır ki, bu sıraya ABŞ, Çin, Hindistan, Meksika, Ukrayna və digər ölkələr daxildir.
Estoniya Avropa İttifaqının dəstəklədiyi bir çox proqramlar çərçivəsində müxtəlif ölkələr ilə əməkdaşlıq edir.
Qohum Millətlər Proqramı çərçivəsində Estoniya Finlandiya və Macarıstan ilə təhsil, tədqiqat, mədəniyyət, informasiya mübadiləsi sahəsində geniş əməkdaşlıq edir. Proqram çərçivəsində estonlara qohum olan millətlərin nümayəndələrinin Estoniyada ali təhsil almasına imkan yaradılır, onların beynəlxalq tədqiqat və mədəni tədbirlərdə iştirakı maliyyələşdirilir.
2004-cü ildən bəri Avropa İttifaqı Avropa Sosial Fondu və Avropa Regional İnkişaf Fondu vasitəsilə Estoniyada təhsil, elmi tədqiqat və inkişaf layihələrinə dəstək verir. Avropa İttifaqının qeyd olunan layihələri maliyyələşdirməsinin əsas məqsədi ictimai rifah və iqtisadi inkişafı bütün üzv ölkələrdə bərabər səviyyəyə çatdırmaqdan ibarətdir.
Mənbə
- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Estoniyanın təhsil sistemi (Yazının hazırlanmasında Estoniyanın Təhsil və Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 02.11.2012, № 43. (az.)
- Sevinc Qarayeva. Elmin və təhsilin inkişafında Estoniya təcrübəsi. "525-ci qəzet", 13.04.2013 səh. 14–15. anl.az (az.)
İstinadlar
- Bakı Dövlət Universiteti ilə Estoniyanın Tartu Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır 2016-03-04 at the Wayback Machine. 04.11.2013, azertag.az (az.)
- "New Estonian government assumes office". ERR. 9 April 2015. 3 August 2016 tarixində . İstifadə tarixi: 9 April 2015.
- Estoniya…Müəllimlərin maaşı 715 avroyadək artırıldı[ölü keçid]. ulfet-az.com, 11.01.13 (az.)
Xarici keçidlər
- Information on education in Estonia, OECD — Contains indicators and information about Estonia and how it compares to other OECD and non-OECD countries
- Diagram of Estonian education system, OECD — Using 1997 ISCED classification of programmes and typical ages. Also in country language
- Estoniyada təhsil 2016-04-08 at the Wayback Machine. telebe.az (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Estoniyada tehsil Simali Avropanin Baltik regionunda yerlesen Estoniya Respublikasinda movcud olan coxsaxeli tehsil sistemi TarixiEstoniya tarixine nezer saldiqda burada tehsille bagli bir sira muhum hadiselere rast gelmek olar Olkenin en qedim ali tehsil ocagi olan Tartu Universiteti olkenin en qedim ali tehsil ocagi olan Tartu Universiteti 1632 ci ilde Isvec krali terefinden yaradilmisdir Muasir tehsil sistemi Estoniyanin tehsil ve tedqiqat naziri 9 aprel 2015 ci ilden Estoniyada tehsil sistemi eston xalqinin o cumleden bu olkedeki etnik azliqlarin qorunmasi ve inkisafi meqsedlerine xidmet edir Olke tehsili humanizm demokratiklik ve qanunun aliliyi prinsiplerine esaslanir 1992 ci ilde qebul edilmis Tehsil aktina gore tehsil savadli ve muasir dunyagoruslu vetendas yetisdirmeye qanunun aliliyine hormetle yanasan sexsiyyet formalasdirmaga xidmet etmeli hemcinin fasilesiz telim ucun imkan yaratmalidir Tehsil sistemine rehberlik terefinden heyata kecirilir Nazirliyin selahiyyet sahelerine bunlar daxildir tehsilin elmi tedqiqat islerinin planlasdirilmasi dovletin gencler ve dil siyasetinin heyata kecirilmesi mektebeqeder tehsilin umumi orta tehsilin texniki pese tehsilinin ali tehsilin elave tehsilin teskili meseleleri Olkenin tehsil sistemi asagidaki seviyyelerinden ibaretdir mektebeqeder tehsil esas tehsil tehsilin ilk pillesi orta tehsil tehsilin ikinci pilesi ali tehsil tehsilin ucuncu pillesi Estoniyada usaqlar 7 yasdan baslayaraq icbari tehsile celb olunur Icbari tehsil ise usaqlar esas tehsil pillesini tamamlayana ve ya 17 yasi tamam olana qeder davam edir Esas tehsil pillesi I IX sinifleri ehate edir Esas tehsilin VII IX siniflerinde de sagirdler maraq sahelerine uygun olaraq pese profili uzre tehsil ala bilerler Orta tehsil pillesi 3 il olmaqla X XII sinifleri ehate edir Tedris dilinden asili olmayaraq tehsil butun pillelerde umumi milli kurikulum esasinda teskil olunur Mektebler umumi milli kurikulum esasinda oz kurikulumlarini hazirlayirlar Tedris ili en azi 175 tedris gununden 35 hefte ibaretdir Olke uzre 2008 2009 cu tedris ilinde umumi tehsil mekteblerinde oxuyan sagirdlerin sayi texminen 148000 nefer teskil edib Onlarin 12426 neferi birinci sinif sagirdi olublar Olkede tehsil teqaudlerinden behrelenmek ucun genis imkanlar yaradilib Bunun ucun sagirdler telebeler ve doktorantlar kurikulumda tedris ucun mueyyen olunmus standart muddetde muvafiq biliklere yiyelendiklerini numayis etdirmelidirler Tedris proqramlarini menimsemeyen akademik icaze ve mezuniyyet goturmus telebelere teqaud almaq imkani verilmir Mektebeqeder tehsil Mektebeqeder tehsil mektebeqeder tehsil muessiselerinde ve ya evde teskil olunur Usaqlarin mektebeqeder tehsile celb olunmasi valideynlerin isteyinden asilidir Estoniyada 4 nov mektebeqeder tehsil muessisesi fealiyyet gosterir Bu siraya usaqlar ucun nezerde tutulan gunduz bagcalari 1 7 yasli usaqlar ucun bagcalar xususi qaygiya ehtiyci olan usaqlar ucun nezerde tutulan bagcalar ve ibtidai mekteb tipli bagcalar daxildir Mektebeqeder tehsil muessiselerinin ekseriyyeti regionlarda fealiyyet gosteren usaqlar ucun nezerde tutulan gunduz bagcalarindan ibaretdir Seherlerdeki mektebeqeder tehsil muessiselerine muraciet edenlerin sayi cox olduguna gore hemin bagcalarda qruplarin sayi 12 den az olmur Bununla yanasi yeni tipli mektebeqeder tehsil muessiselerinde qruplarin maksimum sayi 6 ni kecmir Yerli hokumetler nezaret etdikleri erazi dairesinde yasayan butun usaqlarin mektebeqeder tehsil muessiselerine celb olunmasina imkan yaratmalidirlar Belediyyeler ve ya seher hokumetleri fiziki nitq gorme ve eqli qusuru olan elece de xususi qaygiya ehtiyaci olan diger usaqlarin yasadiqlari erazideki mektebeqeder tehsil muessiselerindeki adaptasiya qruplarinda terbiye olunmasini temin edirler Mektebeqeder tehsil muessiselerinde adaptasiya qrupunun yaradilmasi mumkun olmadigi hallarda belediyyeler ve seher hokumetleri xususi qruplar yaradir ve ya xususi bagcalar tesis edirler Usaqlar adaptasiya ve ya xususi qruplara valideynin yazili muracieti elece de mesveret komitesinin qerari esasinda qebul edilirler Olkenin diger regionlari ile muqayisede iri seherlerde mektebeqeder tehsil muessiselerine daha cox ehtiyac duyulur Bu baximdan Tallin Tartu seherlerindeki veziyyet daha cox diqqeti celb edir Mektebeqeder tehsil muessiselerinde oxumayan usaqlar ucun bagcalarin ve mekteblerin nezdinde mektebe hazirliq qruplari teskil olunur Bu qruplarda tehsil pulsuzdur ve konulluluk prinsipi esasindadir Esas tehsil Estoniyada usaqlar 7 yasindan icbari ve ya esas tehsile celb olunur Icbari tehsil I IX sinifleri ehate edir I VI sinifler ucun nezerde tutulan ibtidai mektebler esas tehsilin muhum bir hissesidir VII IX siniflerinde sagirdler maraq sahelerine uygun olaraq temayuller uzre tehsil ala bilerler Esas tehsil 3 merhelede teskil edilir Birinci merhele I III sinifler Ikinci merhele IV VI sinifler Ucuncu merhele VII IX sinifler Belediyyeler eraziye uygun olaraq esas mektebleri mueyyen edirler Hemin mekteblerde muvafiq ehate dairesinde yasayan her bir usaq tehsil ala biler Valideynler mektebin himayedarlar surasinda temsil olunmaqla tehsil muessiselerinin inkisafina muhum tohfe verirler Esas tehsil uc milli kurikulum esasinda teskil olunur Sagirdlerin heftelik ders yuku sinfin seviyyesinden asili olaraq deyisir I sinifde 20 ders II sinifde 23 ders III IV siniflerde 25 ders V sinifde 28 ders VI VII siniflerde 30 ders VIII sinifde 32 ders IX sinifde 34 ders Esas tehsil pillesinde icbari olaraq bu fenler tedris edilir eston dili ve edebiyyati iki xarici dil riyaziyyat tebiet elmleri cografiya biologiya kimya fizika tarix humanitar elmler ictimai elmler musiqi tesviri senet fiziki tehsil emek telimi Tedris rus ve diger ecnebi dillerde teskil olunan mekteblerde eston dilinin ayrica fenn kimi kecirilmesi icbaridir Hemcinin ana dili eston dili olmayan sagirdlerin oxudugu mekteblerde eston dili ikinci xarici dil kimi tedris olunur Esas tehsil pillesini basa vurmaq ucun sagirdlerden muvafiq kurikulumu tamamlamaq ve teyin olunmus 3 imtahani eston dili ve edebiyyati riyaziyyat ve sagirdin secdiyi her hansi diger bir fenn ugurla vermek teleb olunur Esas tehsil pillesini tamamlaya bilmeyen ve en azi 17 yasi tamam olmus sagirdler ya esas tehsil pillesini basa vurmaq haqqinda sened teleb edilmeyen pese tehsili uzre peselere yiyelene ve ya yaslilar ucun nezerde tutulan orta umumi tehsil muessiselerinde esas tehsil ala bilerler Esas tehsil pillesini ugurla basa vuran sagirdler 3 illik umumi orta ve ya 3 illik pese yonumlu orta tehsil muessiselerinde tehsillerini davam etdirmek imkani qazanirlar Hemcinin onlarin 3 illik umumi orta tehsil veren pese mekteblerinde ve ya umumi orta tehsil vermeyen ancaq pese bacariqlari asilayan pese tehsili muessiselerinde oxumasi mumkundur Orta tehsil Tallinde 21 nomreli orta mekteb Orta tehsil muddeti 3 il olmaqla X XII sinifleri ehate edir Orta tehsil milli kurikuluma uygun olaraq heyata kecirilir Her bir mekteb milli kurikuluma esasen oz kurikulumunu hazirlayir Orta tehsil pillesinde bir tedris ili 35 hefte bir tedris heftesi ise en azi 32 ders saatindan ibaretdir Bu pillede sagirdler secme fenlerle yanasi muvafiq sahe o cumleden tebiet elmleri humanitar elmler ve diger saheler uzre derin biliklere ve ya pese mekteblerinde oxumaqla her hansi peseye yiyelene bilerler Orta tehsil pillesinin sonunda sagirdler 5 fenden imtahan verir Bu imtahanlardan en azi 3 u dovlet imtahanidir 2008 2009 cu tedris ilinde Estoniyanin orta mekteblerinde tehsil alan sagirdlerin sayi 31265 nefer olub 2011 2012 ci tedris ilinden baslayaraq Estoniyada rus dilinde tedris aparilan butun orta tehsil muessiselerinde tedris eston dilinde teskil olunur Orta tehsil pillesini tamamladiqdan sonra sagirdler asagidaki istiqametler uzre tehsillerini davam etdire bilerler Pese tehsili muessiselerinde pese tehsili 0 5 3 il Kollecler ve ya universitetlerde ali pese tehsili 3 4 5 il Universitet ve ya diger ali tehsil muessiselerinde bakalavriatura tehsili 3 il magistratura tehsili 2 il ve ya doktorantura tehsili 3 4 il Texniki pese tehsili Hem esas hem de orta tehsil pillesinde temayuller uzre texniki pese tehsili proqramlari pese biliklerinin ve bacariqlarinin inkisaf etdirilmesine elverisli zemin yaradir Esas tehsil pillesini basa vurmaq teleb olunmayan pese tehsili proqramlarinda esas tehsil pillesini basa vura bilmeyen ve 17 yasi tamam olmus sexsler yalniz muvafiq peselere yiyelenir Bu zaman tehsil muddeti 0 5 2 5 ildir Hemin proqramlari secen sexsler pese tehsilini tamamladiqdan sonra da icbari esas tehsillerini davam etdire bilerler Esas tehsil esasli pese tehsili ele bir tehsil novudur ki burada yalniz pese tehsili ile elaqesi olan umumi tehsil fenleri tedris edilir Bu tehsil proqramlarini basa vuran sagirdler mueyyen peseye yiyelenmekle yanasi esas tehsil pillesini de bitirmis hesab olunurlar Orta pese tehsiline esas tehsil pillesinde tehsil almis sagirdler muraciet ede bilerler Orta pese tehsilini basa vuran sagirdler orta tehsil sertifikatina ve mueyyen peseye yiyelenir Orta pese tehsilinin muddeti minimum 3 il teskil edir Pese mekteblerinde orta pese tehsili kurikulumunu tamamlamis sagirdler oz secimlerine esasen elave olaraq 1 illik umumi tehsil fenn proqramlarini da oyrene ve muvafiq dovlet imtahanlari vere bilerler Bu hemin pese mekteblerini bitiren mezunlarin tehsillerini ali mekteblerde davam etdirmelerine imkan verir Orta tehsil esasli pese tehsiline ise orta tehsil pillesini tamamladiqdan sonra yiyelenmek mumkundur Hemin tedris ocaqlari 0 5 2 5 il muddetde pese bacariqlarina yiyelenmek imkani yaradir Esas ve orta mekteblerde teskil olunan pese tehsili umumi tehsil mekteblerinin sagirdleri ucun nezerde tutulur ve pese tehsili muessiseleri terefinden heyata kecirilir Tedris ayrica bir kurikulum esasinda en azi 15 tedris heftesi muddetinde teskil olunur Tehsili basa vurduqdan sonra sagirdler secdikleri pese uzre esas bilik ve bacariqlara hemcinin pese tehsilinin tamamlanmasina dair sertifikata yiyelenirler 2008 2009 cu tedris ilinde Estoniyada 45 pese tehsili muessisesi fealiyyet gostermisdir ki onlarin da 31 i dovlet 3 u belediyye ve 11 ozel esasli pese tehsili muessiseleri idi Hemin tehsil muessiselerinde oxuyan 27239 sagirdin 11456 neferi dovlet sifarisli ixtisaslari secmisdir Ali tehsil Esas meqale Estoniyada ali tehsil Estoniyada orta tehsil pillesini ugurla basa vuran butun sagirdler ali tehsil pillesinde oxumaq huququ qazanir Ali tehsil proqramlari universitetlerde ve ali pese tehsili muessiselerinde tedris edilir Telebeler hem dovlet sifarisli hem de odenisli ixtisaslara qebul ola bilerler Ali pese tehsili proqrami uzre tedrisin muddeti 3 4 5 il bakalavr proqrami uzre ise 3 4 ildir Ali pese ve bakalavr tehsili proqramini basa vuran telebeler magistratura seviyyesinde tehsillerini davam etdire bilerler Magistratura tehsili uzre tedrisin muddeti 1 ve ya 2 ildir Bakalavriatura ve magistratura seviyyesinde tehsilin muddeti umumilikde 5 ildir Tibb ixtisasi uzre tehsilin muddeti 6 ildir Stomatologiya eczaciliq tikinti muhendisliyi ve muellimlik ixtisasi uzre tehsil muddeti ise 5 ildir Tehsilin en yuksek seviyyesi olan felsefe doktoru proqrami uzre tehsil muddeti 3 4 il davam edir Olkede dovlet esasli universitetler ve ali pese tehsili muessiseleri ile yanasi ozel universitetler ali pese tehsili muessiseleri ve pese kollecleri de kifayet qederdir Olkede 6 dovlet 4 ozel universitet ve 10 dovlet 11 ozel ali pese tehsili muessisesi olub Hemcinin 2 dovlet ve 1 ozel pese kolleci fealiyyet gosterir 2009 cu ilin statistik melumatina gore ali tehsil muessiselerinde oxuyan telebelerin sayi texminen 68000 nefer olub Elave tehsil Yaslilarin tehsilinin teskili ucun Estoniyada cevik sistem ve genis imkanlar yaradilib Yaslilarin tehsili proqramlari formal pese tehsili ve qeyri formal pese tehsili formalarinda heyata kecirilir Yaslilarin formal tehsiline esas ve orta tehsil pillesinde tehsil almaq ucun distant tehsil axsam kurslari vasitesile yaslilarin tehsili aiddir Pese tehsili ve ali tehsil muessiselerinde fasilesiz tehsil ve yeniden hazirlanma kurslari teskil olunur Bu kurslar yaslilarin pese ve ixtisas biliklerini bacariqlarini elece de tecrubelerini tekmillesdirmeye ve derinlesdirmeye xidmet edir Pese tehsili ve ali tehsil muessiselerinde yaslilarin tehsili qiyabi tehsil formasinda teklif olunur Qeyri formal telim kurslari telebelerin yaradiciliginin istedadinin ve sosial fealliginin inkisaf etdirilmesine imkan yaradir Yaslilarin qeyri formal tehsili bir cox qeyri formal tehsil merkezlerinde xalq universitetlerinde qeyri formal tehsil muessiselerinde ve medeniyyet merkezlerinde teskil olunur Yaslilarin esas orta ve orta pese tehsili pulsuz oldugu halda qiyabi ali tehsilde odenis teleb edilir Dovlet sifarisli yerlere muraciet etmek ucun eyani tehsil formasini secmek lazimdir Milli prioritet hesab edilen ixtisaslar uzre yaslilarin qiyabi ali tehsili dovlet terefinden maliyyelesdirilir Muvafiq qaydalara gore pedaqoji sahede calisanlar 5 ilde 160 saat fasilesiz tehsile celb olunmalidirlar Yaslilarin tehsili haqqinda qanunvericilik aktlarina esasen muellimlerin fasilesiz tehsili dovlet budcesi hesabina maliyyelesir Xususi tehsil Xususi ehtiyacli usaqlarin tehsili ucun dovlet muhum ohdeliye malikdir Qanunvericiliye uygun olaraq xususi ehtiyacli usaqlar oz yasadiqlari erazideki mektebde oxumaq huququna malikdir Dovlet ve belediyye mekteblerinde xususi ehtiyacli usaqlarin tehsili ucun sinifler asagidaki sekilde qruplasdirilir fiziki nitq gorme ve eqli qusurlu usaqlar ucun sinifler diger telim cetinlikleri olan usaqlar ucun motivasiya sinifleri yungul telim cetinlikleri olan usaqlar ucun sinifler orta seviyyeli telim cetinlikleri olan usaqlar ucun sinifler ciddi telim cetinlikleri olan usaqlar ucun sinifler Siniflerin qruplasdirilmasinda esas meqsed tedrisin teskilinde ferdi xususiyyetler nezere alinmaqla usaqlarin sexsi inkisafini temin etmekdir Xususi mekteblerde usaqlar ucun asagidaki yardimci sistemler teklif olunur ferdi kurikulum korrektiv qruplar nitq terapiyasi uzunmuddetli qruplar ev tehsili davranis problemleri olan usaqlar ucun sinifler sosial problemleri olan usaqlar ucun internat tipli mektebler Estoniyada 48 xususi mekteb fealiyyet gosterir Onlarin 3 u esitme qusurlu 1 i fiziki qusurlu 1 i gorme qusurlu 3 u umumi qusurlu 5 i davranis qusurlu qalanlari ise diger telim cetinlikleri olan usaqlar ucun nezerde tutulub Eqli qusuru olan usaqlar ucun tedris sadelesdirilmis milli kurikulum esasinda teskil edilir Bundan elave orta seviyyeli ve ciddi telim cetinlikleri olan usaqlarin tedrisi ucun de milli kurikulum movcuddur Fiziki qusurlu usaqlarin tedrisi ve inkisafi ile bagli butun meselelerde valideynin raziligi teleb edilir Sehheti agir olan usaqlar valideynin raziligi ile evde de icbari tehsil ala bilerler Uzun muddet mualice almasi teleb olunan usaqlarin tehsili ise xestexanada teskil edilir Elmi tedqiqatlarTelebeler elmi tedqiqat zamani Estoniyada elmi tedqiqat sahesinin muasir telebler seviyyesinde inkisafina xususi diqqet yetirilir Hokumet elmi tedqiqat ve inkisaf planini hazirlayir parlamente teqdim edir muvafiq proqramlari tesdiq edir nazirliklerarasi elaqelendirmeni tenzimleyir Tedqiqat ve Inkisaf Surasi elmi tedqiqat ve inkisaf meseleleri ile bagli hokumete tovsiyeler verir Tehsil ve Tedqiqat Nazirliyi ise milli tedqiqat strategiyasini heyata kecirir elmi tedqiqat ve inkisaf muessiselerini maliyyelesdirir onlarin fealiyyetini deyerlendirir beynelxalq emekdasligin genislendirilmesini temin edir Olkenin elmi tedqiqat ve inkisaf siyasetinin esas meqsedleri Bilikyonumlu Estoniya 2007 2015 adli tedqiqat inkisaf ve innovasiya strategiyasinda dolgun sekilde eks olunub Strategiyada uc esas meqsed beyan edilib Keyfiyyetin reqabet esasinda yukseldilmesi elmi tedqiqat ve inkisaf fealiyyetinin mehsuldarliginin artirilmasi Qlobal iqtisadiyyata tohfe veren innovativ biznes fealiyyetinin yaradilmasi Uzunmuddetli davamli inkisafi temin edecek innovativ cemiyyetin formalasdirilmasi Estoniyada 18 elmi tedqiqat muessisesi fealiyyet gosterir ki onlarin da 6 si dovlet universitetlerinin nezdindedir En boyuk elmi tedqiqat muessiseleri Tartu Universiteti Tallin Texniki Universiteti ve Tallin Universitetinin nezdinde fealiyyet gosterir Universitetlerden kenarda fealiyyet gosteren en boyuk dovlet elmi tedqiqat muessiseleri hesab edilir Musteqil fealiyyet gosteren tedqiqat muessisesine ise Milli Kimya ve Biofizika Institutunu aid etmek olar MaliyyelesmesiOlke uzre 582 umumi tehsil mektebinden 517 si belediyye 31 i dovlet 34 u ise ozel mekteblerdir 31 dovlet mektebinin 27 si xususi ehtiyacli usaqlar ucun nezerde tutulan digerleri ise adi tehsil muessiseleridir Umumi tehsil mektebleri esasen yerli hokumetin budcesi hesabina maliyyelesir Estoniyada umumi dovlet xerclerinin 14 15 faizi tehsile serf olunur Umumi tehsil sistemine ayrilmis xercler umumilikde tehsil sistemine yoneldilen vesaitin yaridan cox hissesine beraberdir Umumi tehsil xerclerinin 11 faizi pese tehsiline 21 faizi ise ali tehsile yoneldilir Dovlet tehsil xerclerinin 15 faizi ise mektebeqeder tehsil ve diger tehsil xidmetleri layiheler ucun nezerde tutulur Ali tehsile ayrilmis xerclere neinki dovlet sifarisi uzre tehsil xercleri hemcinin investisiya teqaudler ve diger xercler daxildir Estoniyada elmi tedqiqat layiheleri dovlet budcesi belediyye ve seher budcesi unvanli yardimlar qrantlar milli tedqiqat ve inkisaf proqramlari elmi tedqiqat muessiselerinin iqtisadi fealiyyet neticesinde elde etdiyi qazanc ve diger menbeler hesabina maliyyelesir 2007 ci ilde Estoniyada elmi tedqiqat ve inkisafa ayrilmis vesaitin miqdari UDM un 1 14 faizini teskil edib ki bu da Avropa Ittifaqi uzre nezerde tutulmus 1 84 faizlik orta gostericiden asagidir Tehsil xerclerinin odenilmesi ucun nezerde tutulan vesait dovlet budcesinden belediyye ve seher budcelerine kocurulur Emekhaqqi fasilesiz tehsil investisiya derslik ve eyani vesaitler ile bagli xercler mekteb ucun ayrilan vesaitin boyuk hissesini teskil edir Eyni qayda ile ozel umumi tehsil muessiselerine de vesait ayrilir Estoniyada son iller erzinde muellimlerin minimum emekhaqlarinin artirilaraq orta emekhaqqi seviyyesine catdirilmasi tehsilin yuksek inkisaf ahengi ile irelilemesine zemin yaradib Meselen 2012 ci il erzinde Estoniyada br nece defe emekhaqqinin artmasi telebi ile tehsil iscilerinin tetili kecirilib Hemkarlar ittifaqinin numayendeleri ve Estoniya Tehsil Nazirliyinin resmileri arasinda aparilan danisiqlardan sonra qurum rehberliyi muellimlerin maaslarinin artmasi ile bagli qerar qebul edib Neticede 2013 cu ilin evvelinden Estoniyada tehsil iscilerinin maaslari 715 avroyadek artirilib Lakin hemin artimin stajli muellimlere hec bir aidiyyeti yox idi ve yalniz fealiyyete teze baslayan muellimlere aid edilib Idare olunmasiEstoniyada tehsille bagli qanunlar ve strategiyalar olke parlamenti terefinden qebul edilir Parlament hemcinin tehsil haqqinin hecmini mueyyen edir Tehsil ve Tedqiqat Nazirliyi butovlukde tehsil siyaseti ve strategiyasinin heyata kecirilmesini elaqelendirir 15 daire hokumetinin tabeliyindeki tehsil idareleri yerli tehsilin idare olunmasina cavabdehlik dasiyir Yerli tehsil idareleri daire uzre tehsilin inkisaf planini hazirlayir mektebeqeder ve umumi tehsil mekteblerinin fealiyyetine nezaret edir elece de belediyyelere tehsil meseleleri ile bagli tovsiyeler verir Belediyyeler ise oz selahiyyetleri dairesinde mektebeqeder esas orta tehsil muessiselerinin axsam mekteblerinin medeniyyet merkezlerinin fealiyyetini tenzimleyir ve icbari tehsil yasli usaqlarin sayini mueyyen edir Belediyyeler tehsil muessiselerinin rehberlerini teyin edir mekteblerin tibb teminat ve techizat xidmetlerini yerine yetirir Belediyyeler hemcinin umumi tehsil mekteblerinin tesis edilmesi tekrar teskili baglanmasi ve sagirdlerin neqliyyatla temin edilmesi meselelerine cavabdehdir Tehsil muessiselerinin fealiyyetinin gundelik teskili ve idare olunmasi ise direktor mektebin Nezaret Surasi ve Tehsil Surasi terefinden yerine yetirilir Ozel mekteblerin fealiyyetine Tehsil ve Tedqiqat Nazirliyinin mueyyen etdiyi qaydalara uygun nezaret olunur Universitetler ve ali pese tehsili muessiseleri ise tedris heyetini teskilati strukturu tedris ve tedqiqat proqramlarinin mezmununu kurikulumu tedris planini qebul meyarlarini mueyyen etmekde serbestdirler Beynelxalq elaqelerEston sagirdler mekteblilerin beynelxalq fenn olimpiadasinda Nigeriya 2010 cu il Olke tehsil elm ve texnologiya sahesinde uzunmuddetli beynelxalq emekdasliq enenelerine malikdir Estoniya elm ve texnologiya sahesinde 40 dan artiq olke ile emekdasliga dair cercive muqavilesi imzalamisdir ki bu siraya ABS Cin Hindistan Meksika Ukrayna ve diger olkeler daxildir Estoniya Avropa Ittifaqinin desteklediyi bir cox proqramlar cercivesinde muxtelif olkeler ile emekdasliq edir Qohum Milletler Proqrami cercivesinde Estoniya Finlandiya ve Macaristan ile tehsil tedqiqat medeniyyet informasiya mubadilesi sahesinde genis emekdasliq edir Proqram cercivesinde estonlara qohum olan milletlerin numayendelerinin Estoniyada ali tehsil almasina imkan yaradilir onlarin beynelxalq tedqiqat ve medeni tedbirlerde istiraki maliyyelesdirilir 2004 cu ilden beri Avropa Ittifaqi Avropa Sosial Fondu ve Avropa Regional Inkisaf Fondu vasitesile Estoniyada tehsil elmi tedqiqat ve inkisaf layihelerine destek verir Avropa Ittifaqinin qeyd olunan layiheleri maliyyelesdirmesinin esas meqsedi ictimai rifah ve iqtisadi inkisafi butun uzv olkelerde beraber seviyyeye catdirmaqdan ibaretdir MenbeBesaret Memmedov Ramil Huseynov Dunya tehsili Estoniyanin tehsil sistemi Yazinin hazirlanmasinda Estoniyanin Tehsil ve Tedqiqat Nazirliyinin resmi materiallarindan istifade olunub Azerbaycan muellimi qezeti 02 11 2012 43 az Sevinc Qarayeva Elmin ve tehsilin inkisafinda Estoniya tecrubesi 525 ci qezet 13 04 2013 seh 14 15 anl az az IstinadlarBaki Dovlet Universiteti ile Estoniyanin Tartu Universiteti arasinda Anlasma Memorandumu imzalanmisdir 2016 03 04 at the Wayback Machine 04 11 2013 azertag az az New Estonian government assumes office ERR 9 April 2015 3 August 2016 tarixinde Istifade tarixi 9 April 2015 Estoniya Muellimlerin maasi 715 avroyadek artirildi olu kecid ulfet az com 11 01 13 az Xarici kecidlerVikianbarda Estoniyada tehsil ile elaqeli mediafayllar var Information on education in Estonia OECD Contains indicators and information about Estonia and how it compares to other OECD and non OECD countries Diagram of Estonian education system OECD Using 1997 ISCED classification of programmes and typical ages Also in country language Estoniyada tehsil 2016 04 08 at the Wayback Machine telebe az az