Ernest Miller Heminquey (ing. Ernest Miller Hemingway; 21 iyul 1899[…], Ouk-Park[d], İllinoys – 2 iyul 1961[…], Ketçum[d], Aydaho) — amerikalı yazıçı və jurnalist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954), Pulitser mükafatı laureatı.
Ernest Heminquey | |
---|---|
ing. Ernest Miller Hemingway | |
Doğum tarixi | 21 iyul 1899[…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyul 1961[…](61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri |
|
Fəaliyyəti | hərbi müxbir[d], ssenarist, roman yazıçısı, jurnalist, dramaturq, şair, yazıçı, hekayə yazıçısı[d], nasir |
Fəaliyyət illəri | 1917–1961 |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | nəsr, publisistika, memuar |
Tanınmış əsərləri | |
Mükafatları | |
Ernest Heminquey Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olmuşdu.
Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıxan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilmişdi. Amerika Qırmızı Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəxsən görüb müşahidə etmişdi.
Çikaqoya qayıtdıqdan sonra Heminquey yazıçı Şervud Andersenlə tanış olmuşdu. Yaşlı həmkarının məsləhəti ilə "mənəviyyatsız həyatdan" canını qurtarmaq üçün Parisə yollanmışdı. Amerikanı tərk etməmişdən əvvəl, 1921-ci ildə Elizabet Riçardsonla evlənmişdi. Bu yazıçının dörd rəsmi evliliyindən birincisi idi.
Parisdə Ernest Heminquey həmvətəni olan yazıçılarla — Gertruda Stayn, Ezra Paund, Skott Fitsceraldla görüşmüş, "Toronto star" qəzeti üçün yazmağa başlamışdı. Müəllifin "Hekayələr və üç şeir" (1923), "Bizim zəmanəmizdə" (1924) adlı ilk kitabları da Parisdə çıxmışdı. 1926-cı ildə isə Heminquey ədəbi tənqidin xeyirxahlıqla qarşıladığı "Günəş çıxır" romanını çap etdirdi. Romanda Fransa və İspaniyada yaşayan amerikalıların həyatından bəhs olunurdu. Bu insanların arasında müəllifin özü də vardı. Onlar Birinci Dünya müharibəsindən sonra meydana çıxan "itirilmiş nəslin" nümayəndələri idilər. Onları yalnız qadın, boks, korrida, balıq tutmaq və sərxoşluq etmək maraqlandırırdı.
"Yazıçıya nə mane olur? İçki, qadınlar, pul və şöhrət. Eləcə də içkinin, qadınların, pulun və şöhrətin olmaması" Heminqueyin bu sadə və müdrik sözləri onun təkcə gənclik həyatının deyil, bütün ömrünün və yaradıcı bioqrafiyasının əsas devizi sayıla bilərdi.
"Kişilərsiz qadınlar" (1927) kitabının nəşrindən sonra Heminquey Parisdən ABŞ-yə qayıtmışdı. O, Florida ştatında, Karib dənizi sahilindəki Ki-Vest kurort şəhərciyində məskunlaşmış və ikinci romanı "Əlvida, silah!"ı yazıb başa çatdırmışdı. Nisbətən sonrakı dövrün məhsulu olan "Zəng kimin üçün çalınır" (1940) romanı ilə birlikdə "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baxımından Heminqueyin ən yaxşı əsəri sayılır. Bu ədəbi yüksəlişin ardınca qanunauyğun tənəzzül dövrü başlanmışdı.
30-cu illərdə Heminquey yaradıcılığında müəyyən geriləmə nəzərə çarpırdı. Bunun da səbəbi "müvəffəqiyyətdən başı gicəllənən" yazıçının "ulduz xəstəliyinə" tutulması və özünü "əsl maço" kimi aparması idi. İspan korridasına maraq, Afrikada şir ovuna çıxmaq və digər ekzotik əyləncələr əslində Heminqueyin cəmiyyətdə olduğundan fərqli görünmək arzusundan irəli gəlirdi.
Təbii ki, öz-özünə münasibətdə yol verilən bu saxtakarlıq yazıçının yaradıclığından yan keçə, onun əsərlərinin səmimiyyət və həyatiliyinə təsirsiz qala bilməzdi. Doğrudur, yazıçının ispan korridasından bəhs edən "Günortadan sonra ölüm" (1932), yaxud "Afrikanın yaşıl təpələri" (1935) sənədli povestləri ümumən maraqlı idi, lakin burada həqiqi Heminquey sənətkarlığı duyulmurdu. Tənqidçilərin fikrincə, bu dövrün ən uğurlu əsərləri "Frensis Makomberin ani xoşbəxtliyi" və "Klimancaro qarı" (1932) kimi hekayələr sayıla bilərdi.
İspaniyadakı vətəndaş müharibəsi vətəndaş və yazıçı Heminqueyin bir sıra diqqətəlayiq cəhətlərini üzə çıxarmışdı. O, hərbi jurnalist kimi iç savaşın ən qaynar nöqtələrində olmuşdu. İnsan qəhrəmanlığının və xəyanətinin dəhşətli sənhələrini müşahidə etmişdi. "Beşinci dəstə" (1937) pyesi və "Zəng kimin üçün çalınır?" (1940) romanı bu dövrün acı ibrət dərslərinin nəticəsi kimi meydana çıxmışdı.
Heminquey 1940-cı ildə Havana yaxınlığında ev almışdı. Yazıçının bütün sonrakı həyatı Kuba ilə sıx bağlılıq şəraitində keçmişdi. İkinci Dünya müharibəsinin başa çatdığı ərəfədə o, yenidən cəbhəyə yollanmış, reportaj və oçerklərində müttəfiqlərin Normandiyaya desant çıxarmasını təsvir etmiş, amerikan qoşunları ilə birlikdə Parisə daxil olmuşdu. Hərbi jurnalistlərlə bağlı Cenevrə konvensiyasının tələblərini pozduğuna görə Heminquey hərbi tribunal qarşısında dayanmaq təhlükəsi ilə üzləşmişdi. Lakin bu, yazıçının qəhrəmanlıq və rəşadətinə görə Bürünc Xaç medalı ilə təltif edilməsinə mane ola bilməmişdi.
On illik fasilədən sonra 1950-ci ildə Heminquey "Çayın o tayında, ağacların kölgəsində" romanını oxucuların mühakiməsinə vermişdi. Hadisələrin İkinci Dünya müharibəsi dövründə İtaliyada cərəyan etdiyi roman birmənalı şəkildə uğursuz əsər kimi qarşılanmışdı. Hətta müəllifin ünvanın parodiya və felyetonlar da yazılmışdı. Əsərlərinin məziyyət və üstünlüklərini hamıdan yaxşı bilən Heminquey haqlı iradları sükutla qarşılamışdı.
Biabırçı uğursuzluğun əvəzini yazıçı iki il sonra "Layf" jurnalında dərc etdirdiyi "Qoca və dəniz" povesti ilə çıxdı. "İnsanı məhv etmək olar, amma məğlub etmək mümkün deyildir" — əsərin əsas leytmotivi müəllifin bu qanadlı ifadəsində öz əksini tapmışdı. İnsanını gücünə, iradəsinə, dözümünə və əbədiyyət sevgisinə ehtiraslı himn olan bu əsər heç kimi laqeyd buraxmadı. Növbəti il "Qoca və dəniz" Puliser mükafatına layiq görüldü, Ernest Heminquey itirilmiş yazıçı nüfuzunu bərpa etdi. Yenidən milyonların sevimli müəllifinə çevrildi.
Ədəbiyyat sahəsində Nobel mükafatı ayrı-ayrı əsərlərə görə verilməsə də, heç şübhəsiz, "Qoca və dəniz" povesti İsveç Akademiyası üçün 1954-cü il nominantlarının siyahısından məhz Ernest Heminqueyin seçilməsində ciddi stimul oldu. Bu mükafatın preambulasında da öz əksini tapmışdı. Heminquey ədəbiyyat Nobelinə ""Qoca və dəniz" povestində bir daha nümayiş etdirdiyi təhkiyə ustalığına, habelə müasir nəsrə göstərdiyi təsirə görə" layiq görülmüşdü.
İsveç Akademiyasının üzvü Anders Esterlinq təqdimat nitqində "zəmanəmizin ən yazıçılarından biri" adlandırdığı Heminqueyin yaradıcılığı haqqında əsasən "Qoca və dəniz"in timsalında danışmışdı.
Heminquey səhhətində yaranmış problemlər ucbatından mərasimə qatıla bilməmişdi. Onun Nobel mühazirəsini iştirakçılara İsveçdəki ABŞ səfiri Con Kebot təqdim etmişdi. Laureat burada son dərəcə mürəkkəb proses olan ədəbi yaradıcılığın anatomiyasını açmağa çalışmışdı.
Həyatının son illərində Heminquey tez-tez depressiyadan əziyyət çəkirdi. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə yazıçı daha dərin ümidsizliyə qapılmışdı. Bundan sonra heç vaxt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar etmişdi. Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.
Heminqueyin bir sıra əsərləri ilk dəfə onun ölümündən sonra çap olunmuşdu. Lakin 20-ci illər Paris həyatı ilə bağlı "Həmişə səninlə olan bayram" adlı xatirələri istisna olunmaq şərti ilə qalan əsərlər milyonların tanıdığı və sevdiyi sənətkarın portretinə yeni heç bir cizgi əlavə edə bilməmişdi.
Ernest Heminquey yaradıcılığı həm sağlığında, həm də ölümündən sonra diqqət mərkəzində olmuş, davamlı mübahisə və polemika mövzusuna çevrilmişdi. Onun haqqında təriflər də deyilmiş, yazıçını məhdudluqda, üslub bəsitliyində, mövzu kasadlığında, təkrarçılıqda günahlandırmağa cəhdlər də göstərilmişdi. Lakin Heminquey bu gün də dünya miqyasında çox tanınan, tərcümə olunan və oxunan amerikan müəlliflərindən biri olaraq qalmaqdadır. Yazıçının "Qoca və dəniz" povesti, habelə bir sıra digər əsərləri Azərbaycan dilinə də tərcümə edilmişdir.
Əsərləri
- Yaz selləri (ing. The Torrents of Spring) (1926)
- Günəş çıxır (1926)
- Əlvida, silah! (1929)
- Olmaq ya olmamaq (1937)
- Zəng kimin üçün çalınır? (1940)
- Çayın o tayında, ağacların kölgəsində (1950)
- Qoca və dəniz (1952) (Pulitser mükafatı, Nobel mükafatı)
Ölümündən sonra nəşr edilmiş romanları:
- Okeanda adalar (1970)
- Cənnət bağları (1986)
- İlk baxışdan doğru (1999)
- Kilimancaro ətəklərində (2005)
Filmoqrafiya
- Qoca və dəniz (film, 1958) / The Old Man and the Sea
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Young P. Ernest Hemingway // Encyclopædia Britannica (ing.).
- https://www.hemingwaybirthplace.com/.
- https://www.ocregister.com/2015/08/12/ernest-hemingways-idaho-house-listed-on-national-register-of-historic-places/.
- https://www.forbes.com/sites/jimclash/2016/09/02/homage-visit-to-ernest-hemingways-idaho-grave-unsettles/.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ernest Miller Heminquey ing Ernest Miller Hemingway 21 iyul 1899 Ouk Park d Illinoys 2 iyul 1961 Ketcum d Aydaho amerikali yazici ve jurnalist Edebiyyat uzre Nobel mukafati laureati 1954 Pulitser mukafati laureati Ernest Heminqueying Ernest Miller HemingwayDogum tarixi 21 iyul 1899 1899 07 21 Dogum yeri Ouk Park d Kuk d Illinoys ABSVefat tarixi 2 iyul 1961 1961 07 02 61 yasinda Vefat yeri Ketcum d Bleyn d Aydaho ABSVefat sebebi gulle yarasi d Defn yeri Ketcum d Fealiyyeti herbi muxbir d ssenarist roman yazicisi jurnalist dramaturq sair yazici hekaye yazicisi d nasirFealiyyet illeri 1917 1961Eserlerinin dili ingilis diliJanrlar nesr publisistika memuarTaninmis eserleri Qoca ve deniz Elvida silah roman Fiesta roman MukafatlariErnest Heminquey Vikimenbede Vikianbarda elaqeli mediafayllarHeyatiAmerikan yazicisi Ernest Miller Heminquey Cikaqo yaxinligindaki Ouk Park seherciyinde dogulmusdu Ailede alti usaqdan en boyuyu idi Anasi opera mugennisi 1928 ci ilde heyatina intiharla son qoyan atasi ise hekim olmusdu Orta tehsilini basa vurduqdan sonra cebheye getmek istese de gozlerinde problem yarandigindan arzusuna catmamisdi Bir muddet Kanzasda cixan Star qezetinde calisdiqdan sonra konullu destenin terkibinde Avropaya Birinci Dunya muharibesi cebhelerine yollana bilmisdi Amerika Qirmizi Xacinin surucusu kimi herbi emeliyyatlarda istirak etmis ayagindan yaralanmisdi Igidliyine gore Italiyanin iki herbi medali ile teltif olunmusdu On il sonra yazacagi Elvida silah 1929 romanindaki bir sira hadise ve personajlari sexsen gorub musahide etmisdi Cikaqoya qayitdiqdan sonra Heminquey yazici Servud Andersenle tanis olmusdu Yasli hemkarinin mesleheti ile meneviyyatsiz heyatdan canini qurtarmaq ucun Parise yollanmisdi Amerikani terk etmemisden evvel 1921 ci ilde Elizabet Ricardsonla evlenmisdi Bu yazicinin dord resmi evliliyinden birincisi idi Parisde Ernest Heminquey hemveteni olan yazicilarla Gertruda Stayn Ezra Paund Skott Fitsceraldla gorusmus Toronto star qezeti ucun yazmaga baslamisdi Muellifin Hekayeler ve uc seir 1923 Bizim zemanemizde 1924 adli ilk kitablari da Parisde cixmisdi 1926 ci ilde ise Heminquey edebi tenqidin xeyirxahliqla qarsiladigi Gunes cixir romanini cap etdirdi Romanda Fransa ve Ispaniyada yasayan amerikalilarin heyatindan behs olunurdu Bu insanlarin arasinda muellifin ozu de vardi Onlar Birinci Dunya muharibesinden sonra meydana cixan itirilmis neslin numayendeleri idiler Onlari yalniz qadin boks korrida baliq tutmaq ve serxosluq etmek maraqlandirirdi Yaziciya ne mane olur Icki qadinlar pul ve sohret Elece de ickinin qadinlarin pulun ve sohretin olmamasi Heminqueyin bu sade ve mudrik sozleri onun tekce genclik heyatinin deyil butun omrunun ve yaradici bioqrafiyasinin esas devizi sayila bilerdi Kisilersiz qadinlar 1927 kitabinin nesrinden sonra Heminquey Parisden ABS ye qayitmisdi O Florida statinda Karib denizi sahilindeki Ki Vest kurort seherciyinde meskunlasmis ve ikinci romani Elvida silah i yazib basa catdirmisdi Nisbeten sonraki dovrun mehsulu olan Zeng kimin ucun calinir 1940 romani ile birlikde Elvida silah uslub gozelliyi ve ifadeliliyi baximindan Heminqueyin en yaxsi eseri sayilir Bu edebi yukselisin ardinca qanunauygun tenezzul dovru baslanmisdi 30 cu illerde Heminquey yaradiciliginda mueyyen gerileme nezere carpirdi Bunun da sebebi muveffeqiyyetden basi gicellenen yazicinin ulduz xesteliyine tutulmasi ve ozunu esl maco kimi aparmasi idi Ispan korridasina maraq Afrikada sir ovuna cixmaq ve diger ekzotik eylenceler eslinde Heminqueyin cemiyyetde oldugundan ferqli gorunmek arzusundan ireli gelirdi Tebii ki oz ozune munasibetde yol verilen bu saxtakarliq yazicinin yaradicligindan yan kece onun eserlerinin semimiyyet ve heyatiliyine tesirsiz qala bilmezdi Dogrudur yazicinin ispan korridasindan behs eden Gunortadan sonra olum 1932 yaxud Afrikanin yasil tepeleri 1935 senedli povestleri umumen maraqli idi lakin burada heqiqi Heminquey senetkarligi duyulmurdu Tenqidcilerin fikrince bu dovrun en ugurlu eserleri Frensis Makomberin ani xosbextliyi ve Klimancaro qari 1932 kimi hekayeler sayila bilerdi Ispaniyadaki vetendas muharibesi vetendas ve yazici Heminqueyin bir sira diqqetelayiq cehetlerini uze cixarmisdi O herbi jurnalist kimi ic savasin en qaynar noqtelerinde olmusdu Insan qehremanliginin ve xeyanetinin dehsetli senhelerini musahide etmisdi Besinci deste 1937 pyesi ve Zeng kimin ucun calinir 1940 romani bu dovrun aci ibret derslerinin neticesi kimi meydana cixmisdi Heminquey 1940 ci ilde Havana yaxinliginda ev almisdi Yazicinin butun sonraki heyati Kuba ile six bagliliq seraitinde kecmisdi Ikinci Dunya muharibesinin basa catdigi erefede o yeniden cebheye yollanmis reportaj ve ocerklerinde muttefiqlerin Normandiyaya desant cixarmasini tesvir etmis amerikan qosunlari ile birlikde Parise daxil olmusdu Herbi jurnalistlerle bagli Cenevre konvensiyasinin teleblerini pozduguna gore Heminquey herbi tribunal qarsisinda dayanmaq tehlukesi ile uzlesmisdi Lakin bu yazicinin qehremanliq ve resadetine gore Burunc Xac medali ile teltif edilmesine mane ola bilmemisdi On illik fasileden sonra 1950 ci ilde Heminquey Cayin o tayinda agaclarin kolgesinde romanini oxucularin muhakimesine vermisdi Hadiselerin Ikinci Dunya muharibesi dovrunde Italiyada cereyan etdiyi roman birmenali sekilde ugursuz eser kimi qarsilanmisdi Hetta muellifin unvanin parodiya ve felyetonlar da yazilmisdi Eserlerinin meziyyet ve ustunluklerini hamidan yaxsi bilen Heminquey haqli iradlari sukutla qarsilamisdi Biabirci ugursuzlugun evezini yazici iki il sonra Layf jurnalinda derc etdirdiyi Qoca ve deniz povesti ile cixdi Insani mehv etmek olar amma meglub etmek mumkun deyildir eserin esas leytmotivi muellifin bu qanadli ifadesinde oz eksini tapmisdi Insanini gucune iradesine dozumune ve ebediyyet sevgisine ehtirasli himn olan bu eser hec kimi laqeyd buraxmadi Novbeti il Qoca ve deniz Puliser mukafatina layiq goruldu Ernest Heminquey itirilmis yazici nufuzunu berpa etdi Yeniden milyonlarin sevimli muellifine cevrildi Edebiyyat sahesinde Nobel mukafati ayri ayri eserlere gore verilmese de hec subhesiz Qoca ve deniz povesti Isvec Akademiyasi ucun 1954 cu il nominantlarinin siyahisindan mehz Ernest Heminqueyin secilmesinde ciddi stimul oldu Bu mukafatin preambulasinda da oz eksini tapmisdi Heminquey edebiyyat Nobeline Qoca ve deniz povestinde bir daha numayis etdirdiyi tehkiye ustaligina habele muasir nesre gosterdiyi tesire gore layiq gorulmusdu Isvec Akademiyasinin uzvu Anders Esterlinq teqdimat nitqinde zemanemizin en yazicilarindan biri adlandirdigi Heminqueyin yaradiciligi haqqinda esasen Qoca ve deniz in timsalinda danismisdi Heminquey sehhetinde yaranmis problemler ucbatindan merasime qatila bilmemisdi Onun Nobel muhaziresini istirakcilara Isvecdeki ABS sefiri Con Kebot teqdim etmisdi Laureat burada son derece murekkeb proses olan edebi yaradiciligin anatomiyasini acmaga calismisdi Heyatinin son illerinde Heminquey tez tez depressiyadan eziyyet cekirdi 1960 ci ilde depressiya ve ciddi eqli pozuntu diaqnozu ile Minnesota statindaki Mayo klinikasina yerlesdirilmisdi Sonradan askarlandigi kimi hekimler duzgun mualice apara bilmemisdiler Neticede yazici daha derin umidsizliye qapilmisdi Bundan sonra hec vaxt yaza bilmeyeceyine ozunu inandiran Ernest Heminquey derin ruhi sarsinti icerisinde ov tufenginden ates acaraq intihar etmisdi Maraqlidir ki yazicinin babasi ve atasi da heyatlarina intiharla son qoymusdular Heminqueyin bir sira eserleri ilk defe onun olumunden sonra cap olunmusdu Lakin 20 ci iller Paris heyati ile bagli Hemise seninle olan bayram adli xatireleri istisna olunmaq serti ile qalan eserler milyonlarin tanidigi ve sevdiyi senetkarin portretine yeni hec bir cizgi elave ede bilmemisdi Ernest Heminquey yaradiciligi hem sagliginda hem de olumunden sonra diqqet merkezinde olmus davamli mubahise ve polemika movzusuna cevrilmisdi Onun haqqinda terifler de deyilmis yazicini mehdudluqda uslub besitliyinde movzu kasadliginda tekrarciliqda gunahlandirmaga cehdler de gosterilmisdi Lakin Heminquey bu gun de dunya miqyasinda cox taninan tercume olunan ve oxunan amerikan muelliflerinden biri olaraq qalmaqdadir Yazicinin Qoca ve deniz povesti habele bir sira diger eserleri Azerbaycan diline de tercume edilmisdir EserleriYaz selleri ing The Torrents of Spring 1926 Gunes cixir 1926 Elvida silah 1929 Olmaq ya olmamaq 1937 Zeng kimin ucun calinir 1940 Cayin o tayinda agaclarin kolgesinde 1950 Qoca ve deniz 1952 Pulitser mukafati Nobel mukafati Olumunden sonra nesr edilmis romanlari Okeanda adalar 1970 Cennet baglari 1986 Ilk baxisdan dogru 1999 Kilimancaro eteklerinde 2005 FilmoqrafiyaQoca ve deniz film 1958 The Old Man and the SeaIstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Young P Ernest Hemingway Encyclopaedia Britannica ing https www hemingwaybirthplace com https www ocregister com 2015 08 12 ernest hemingways idaho house listed on national register of historic places https www forbes com sites jimclash 2016 09 02 homage visit to ernest hemingways idaho grave unsettles MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh