Denbey (伝兵衛, təq. 1670 – 1714) və ya Dembey (rus. Дэмбэй) – Rusiyada olmuş ilk və Rusiyada yapon dili tədrisi ilə məşğul olmuş ilk şəxs. Osakadan mal aparan gəmisinin fırtınaya düşməsi nəticəsində yanlışlıqla Kamçatka yarımadasına çatmış və tərəfindən tapılmışdır. Atlasov onun hindistanlı olduğunu zənn etmişdir. Denbey əvvəlcə İrkutska, daha sonra Moskvaya göndərilərək Rusiya çarı I Pyotr ilə görüşmüş, ona Yaponiya haqqında məlumatlar vermişdir.
Denbey | |
---|---|
yap. 伝兵衛 | |
Doğum tarixi | təq. 1670 |
Vəfat tarixi | 1714 |
Fəaliyyəti | tacir, səyyah, mühazirəçi |
Denbey I Pyotrun göstərişi ilə ruslara yapon dilini öyrətməklə vəzifələndirilmişdir. O, Yaponiyadan xaricdə açılmış ilk yapon dili məktəbində ruslara yapon dilini tədris etmişdir. Həyatının qalan hissəsini Rusiyada keçirmiş, pravoslavlığı qəbul edərək Qavriil Boqdanov adını götürmüşdür.
Denbeyin verdiyi məlumatlar Rusiyada birbaşa yapon şəxs tərəfindən alınmış ilk Yaponiya haqqında məlumatlar olmuşdur. O, Rusiyada Yaponiyaya qarşı marağın yaranmasına səbəb olmuş və növbəti illərdə rusların yaponlarla ticarət əlaqələri yaratma cəhdləri üçün təkan vermişdir.
Həyatı
Qəzası
Denbey Tatekava təxminən 1670-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. Atası Cişa kimi o da ticarətlə məşğul olurdu. Onun Osakada bir həyat yoldaşı və iki uşağı var idi. Denbey 1695-ci ildə Osaka şəhərindən şoqunluğun paytaxtı Edoya sake, düyü, şəkər, un, dəmir kimi məhsullar aparan 30 gəmidən ibarət gəmi karvanında iştirak edirdi. və katib vəzifəsinə təyin olduğu, osakalı tacir Avaşiyə məxsus olan gəmi qəfildən fırtınaya düşmüş və Yaponiya sahillərindən uzaqlaşmışdır. Gəmi heyəti 28 həftə boyunca sahildən əsən güclü küləklərlə mübarizə aparmış, uzağa getməmək üçün dorağacını kəsmişdirlər. Gəmi qida məhsulları daşıdığı üçün gəmi heyəti qida baxımından çətinlik çəkməmişdir. Su ehtiyatı 2 ay sonra bitsə də, malik olduqları 500 barrel sake ehtiyatını düyünü bişirmək üçün istifadə etmişdirlər.
Külək sakitləşəndən sonra gəmi heyəti sudan çıxardığı ağac gövdəsi və köhnə dor ağacının qalıqları ilə yeni dor ağacı hazırlamışdır. Onlar kürək çəkərək qərbdəki ən yaxın torpağa tərəf üzməyə başlamış, Kamçatka yarımadasında sahilə çıxaraq yerlilərlə qarşılaşmışdırlar. Denbey kamçadallar ilə ünsiyyət qurmağa çalışsa da, dili başa düşülməmişdir. O, yerlilərin başçısına məktub yazıb cavab gözləsə də, oxuma-yazma qabiliyyəti olmayan kamçadal başçısı bunu suvenir kimi qəbul etmişdir. Yerlilər gedəndə üç yaponu özləri ilə aparmış, həmin yaponlardan bir daha xəbər çıxmamışdır. Denbey və onun doqquz yoldaşı kamçadalların qayıtmasını gözləməyə başlamışdırlar.
Növbəti gün yerlilər 4 ilə gəlmiş və yaponları uzaqdan seyr edərək uzaqlaşmışdırlar. Axşam sahilin qırağında 250-dən çox yerlini daşıyan 40 kanoe peyda olmuş və yaponlara ox atmağa başlamışdırlar. Denbeyin yoldaşları xilas olmaq üçün təpələrə qaçsalar da, Denbey gəmisinə doğru qaçmış, xilas olmaq üçün yerlilərə sake və düyü təklif etməyə çalışmışdır. Cəhdi uğurlu olmuş, lakin yerlilər sakenin dadını bəyənməyərək dənizə tökmüşdürlər. Hadisə zamanı Denbey sol qolundan oxla vurulmuşdur. Kamçadallar Denbeyi digər yoldaşlarından ayıraraq Kamçatka çayının sahilinə aparmışdırlar. O, kamçadallarla keçirdiyi bir ay ərzində bir az danışmağı öyrənmişdir.
Atlasov ilə tanışlığı
Şərq sahilində peyda olan, heç kimin başa düşmədiyi bir dildə danışan xarici haqqında məlumatlar 1697-ci ilin sonunda Kamçatka yarımadasının tədqiqatçısı marağına səbəb olmuşdur. O, bu xaricini tapmaq üçün Kamçatkanın şərqinə səfər etmiş və yerlilərə məxsus bir daxmada yaşayan Denbeylə qarşılaşmışdır. Atlasov ilk qarşılaşmasında onun yunan olduğunu düşünmüşdür.
O, mənim başa düşmədiyim bir dildə danışır, amma yunana oxşayır. Bığı qısa, saçı qaradır, bədəni isə arıqdır. Daşıdığımız ikonaları görən kimi ağlamağa başlamış və sanki ikonların məqsədini başa düşmüşdü. |
Lakin Atlasov tezliklə Denbeyin yunan olmadığını anlamış və bu dəfə onun hindli olduğunu təxmin etmişdir. Atlasovun ekspedisiyasındakı dilçilər ona qarşı gəlməkdən çəkinərək bu təxminin doğruluğunu təsdiqləmişdirlər. Denbey Atlasovun dediyi hər şeyi təsdiqləməyə və onun xoşuna gəlməyə çalışdığı üçün o da hindli olduğunu təsdiqləmişdir. Denbey Osakadan Edoya mal apardığını və imperatorun Miyakoda yaşadığını izah etməyə çalışanda Atlasovun "Edo" sözünü "Hind", "Osaka" sözünü "Uzaka" kimi başa düşmüş, Miyakonun Hindistanda yerləşdiyini düşünmüşdür.
Atlasov Denbeyin əhəmiyyətli bir şəxs hesab edərək İrkutska aparılmasına qərar vermişdir. Denbey ona verilmiş ilə İrkustka yola düşsə də, beş gün sonra ayaqları şişmişdir. Atlasov onun üçün kiçik bir mühafizə dəstəsi qoymuş və sağaldıqdan sonra Anadıra qayıdaraq səfərə yenidən başlamasını əmr etmişdir. Atlasovun niyə belə əmr verdiyi naməlum olsa da, Denbey bu əmrə etiraz etməmişdir. Buna baxmayaraq, Denbey qar ayaqqabıları ilə sürətli hərəkət etməyi öyrənə bilməmişdir. Atlasov qulluqçusu Denbeyi mümkün qədər tez İrkutska çatdırmaq əmri vermiş və ona bunun qarşılığında 35 qırmızı tülkü dərisi ödəmişdir. Denbey İrkutska 1701-ci ilin payızında çatmışdır: o, yazı və yayı yolda keçirmişdir.
Moskvaya aparılması
Atlasov tapıntısı haqqında məlumatı 10 fevral 1701-ci ildə çatdırmışdır. Moskva Denbeyin hindli yox, yapon olmasından şübhələnmişdir. I Pyotr 1 noyabr 1701-ci ildəki əmrində Denbeyin dərhal İrkutskdan Moskvaya gətirilməsini bildirmişdir:
Kamçatkada tapılmış və İrkutskdan Moskvaya səfər edən xarici mümkün olduğu qədər tez Moskvaya çatdırılmalı və mühafizə ilə əhatə olunmalıdır. Xarici tam formada qorunmalı, qida və içki ilə təmin olunmalıdır. Mühafizəçilər ehtiyacı olduğu hər şeyi almalıdırlar. Bu məqsəd üçün Sibir kanslerliyi tərəfindən pul ayrılacaqdır. |
Qubernator Dorofey Traurnixt Denbeyə iki ağır parça, geyim üçün 19 arşın uzunluğunda parça materialı, bir rubl dəyərində maral dərisi, iki rubl dəyərində ayaqqabı və qida bağışlamışdır. Denbeyin geyimi hazır olandan və ayaqları tam sağalandan sonra rəhbərliyi altında 50 kazak onu çara qədər müşayiət etmişdir. Onlar 21 noyabrda İrkutskdan yola düşmüş və 29 dekabrda Moskvaya çatmışdırlar. Safroniyev Denbeyi çarın qulluqçularına təslim etmiş və Denbeyin rahatlığını təmin etmək üçün yolda xərclədiyi miqdara uyğun olaraq 8 rubl dəyərində çek almışdır.
Denbey 8 yanvar 1702-ci ildə I Pyotrun yerləşən iqamətgahına aparılmış və çarla görüşmüşdür. Denbey Yaponiyanı tərifləməyə çalışmış və ona Yaponiya haqqında şişirdilmiş məlumatlar vermişdir. O, Çinin Yaponiyanın bir hissəsi olduğunu, iki ölkənin quru körpüsü ilə əlaqələndiyini və bu yolda bir neçə dəfə gəlib-getdiyini, Yaponiyada şaxtanın olmadığını, yaponların nəhəng quşlar və balıqlar yediyini, hər yaponun evində top saxladığını bildirmişdir. Denbey yapon döyüşçülərinin istifadə etdiyi silahlar, yaşadıqları ev, hollandlarla ticarət əlaqələri, pulları haqqında məlumat vermişdir. O, Yaponiyanı güclü dövlət kimi təqdim etməyə çalışmış, heç bir yaponun dənizdən qorxmadığını, yapon gəmilərinin batmasının mümkünsüz olduğunu, gəmisində 80 fut qızılın olduğunu demişdir. Denbey I Pyotrun göstərişi ilə rəsmi qəyyumluğa götürülmüş və gündəlik qida ehtiyacları üçün ona 5 qəpik müavinət ayrılmışdır. I Pyotrun göstərişinə əsasən Denbey mümkün olduğu qədər tez rus dilini öyrənməli və ruslara yapon dilini öyrətməli idi. Sibir qubernatoru bu işə nəzarət etməklə vəzifələndirilmişdir. Rusiyadakı bu yapon dili məktəbi 1705-ci ildə təşkil olunmuşdur. Denbeyin nə qədər rusa yapon dili öyrətdiyi naməlum olsa da, müəllimlik vəzifəsində qalmışdır.
Denbeyin hekayəsi 1702-ci ildə Sibir Əlaqələri Departamenti tərəfindən "Skaska Denbeya" adı ilə qeydə alınmışdır. Bu, Rusiyada birbaşa yapon şəxs tərəfindən alınmış ilk Yaponiya haqqında məlumat olmuşdur. Denbey həyatının qalan hissəsini Rusiyada keçirmişdir. 1710-cu ildə xristianlığı qəbul etmiş və Qavriil Boqdanov adını götürmüşdür. 1707-ci ildən sonra Matvey Qaqarinin malikanəsində yaşamışdır. 1711-ci ildə Kuril adalarını tədqiq etməyə göndərilmiş ekspedisiyasında Denbeyin tələbəsi olmuş tərcüməçi də iştirak etmişdir.
Həmçinin bax
İstinadlar
Ədəbiyyat
- Wildes, Harry Emerson. "Russia Meets the Japanese". The Russian Review (ingiliscə). 3 (1). payız 1943: 55–63. doi:10.2307/125232. İstifadə tarixi: 4 sentyabr 2024.
- Mikhailova, Yulia; Steele, M. William. Japan and Russia: Three centuries of mutual images (ingiliscə). Global Oriental. 2008. 21–22. ISBN . İstifadə tarixi: 5 sentyabr 2024.
- Streltsov, Dmitry V.; Nobuo, Shimotomai. A History of Russo-Japanese Relations: Over Two Centuries of Cooperation and Competition (ingiliscə). Brill. 2019. 21–22. ISBN . İstifadə tarixi: 5 sentyabr 2024.
- Wells, David N. The Russian Discovery of Japan, 1670-1800 (ingiliscə). Routledge. 2020. ISBN . İstifadə tarixi: 5 sentyabr 2024.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Denbey 伝兵衛 teq 1670 1714 ve ya Dembey rus Dembej Rusiyada olmus ilk ve Rusiyada yapon dili tedrisi ile mesgul olmus ilk sexs Osakadan mal aparan gemisinin firtinaya dusmesi neticesinde yanlisliqla Kamcatka yarimadasina catmis ve terefinden tapilmisdir Atlasov onun hindistanli oldugunu zenn etmisdir Denbey evvelce Irkutska daha sonra Moskvaya gonderilerek Rusiya cari I Pyotr ile gorusmus ona Yaponiya haqqinda melumatlar vermisdir Denbeyyap 伝兵衛Dogum tarixi teq 1670Vefat tarixi 1714Fealiyyeti tacir seyyah muhazireci Denbey I Pyotrun gosterisi ile ruslara yapon dilini oyretmekle vezifelendirilmisdir O Yaponiyadan xaricde acilmis ilk yapon dili mektebinde ruslara yapon dilini tedris etmisdir Heyatinin qalan hissesini Rusiyada kecirmis pravoslavligi qebul ederek Qavriil Boqdanov adini goturmusdur Denbeyin verdiyi melumatlar Rusiyada birbasa yapon sexs terefinden alinmis ilk Yaponiya haqqinda melumatlar olmusdur O Rusiyada Yaponiyaya qarsi maragin yaranmasina sebeb olmus ve novbeti illerde ruslarin yaponlarla ticaret elaqeleri yaratma cehdleri ucun tekan vermisdir HeyatiQezasi Denbey Tatekava texminen 1670 ci ilde Yaponiyanin Osaka seherinde dogulmusdur Atasi Cisa kimi o da ticaretle mesgul olurdu Onun Osakada bir heyat yoldasi ve iki usagi var idi Denbey 1695 ci ilde Osaka seherinden soqunlugun paytaxti Edoya sake duyu seker un demir kimi mehsullar aparan 30 gemiden ibaret gemi karvaninda istirak edirdi ve katib vezifesine teyin oldugu osakali tacir Avasiye mexsus olan gemi qefilden firtinaya dusmus ve Yaponiya sahillerinden uzaqlasmisdir Gemi heyeti 28 hefte boyunca sahilden esen guclu kuleklerle mubarize aparmis uzaga getmemek ucun doragacini kesmisdirler Gemi qida mehsullari dasidigi ucun gemi heyeti qida baximindan cetinlik cekmemisdir Su ehtiyati 2 ay sonra bitse de malik olduqlari 500 barrel sake ehtiyatini duyunu bisirmek ucun istifade etmisdirler Kulek sakitlesenden sonra gemi heyeti sudan cixardigi agac govdesi ve kohne dor agacinin qaliqlari ile yeni dor agaci hazirlamisdir Onlar kurek cekerek qerbdeki en yaxin torpaga teref uzmeye baslamis Kamcatka yarimadasinda sahile cixaraq yerlilerle qarsilasmisdirlar Denbey kamcadallar ile unsiyyet qurmaga calissa da dili basa dusulmemisdir O yerlilerin bascisina mektub yazib cavab gozlese de oxuma yazma qabiliyyeti olmayan kamcadal bascisi bunu suvenir kimi qebul etmisdir Yerliler gedende uc yaponu ozleri ile aparmis hemin yaponlardan bir daha xeber cixmamisdir Denbey ve onun doqquz yoldasi kamcadallarin qayitmasini gozlemeye baslamisdirlar Novbeti gun yerliler 4 ile gelmis ve yaponlari uzaqdan seyr ederek uzaqlasmisdirlar Axsam sahilin qiraginda 250 den cox yerlini dasiyan 40 kanoe peyda olmus ve yaponlara ox atmaga baslamisdirlar Denbeyin yoldaslari xilas olmaq ucun tepelere qacsalar da Denbey gemisine dogru qacmis xilas olmaq ucun yerlilere sake ve duyu teklif etmeye calismisdir Cehdi ugurlu olmus lakin yerliler sakenin dadini beyenmeyerek denize tokmusdurler Hadise zamani Denbey sol qolundan oxla vurulmusdur Kamcadallar Denbeyi diger yoldaslarindan ayiraraq Kamcatka cayinin sahiline aparmisdirlar O kamcadallarla kecirdiyi bir ay erzinde bir az danismagi oyrenmisdir Atlasov ile tanisligi Serq sahilinde peyda olan hec kimin basa dusmediyi bir dilde danisan xarici haqqinda melumatlar 1697 ci ilin sonunda Kamcatka yarimadasinin tedqiqatcisi maragina sebeb olmusdur O bu xaricini tapmaq ucun Kamcatkanin serqine sefer etmis ve yerlilere mexsus bir daxmada yasayan Denbeyle qarsilasmisdir Atlasov ilk qarsilasmasinda onun yunan oldugunu dusunmusdur O menim basa dusmediyim bir dilde danisir amma yunana oxsayir Bigi qisa saci qaradir bedeni ise ariqdir Dasidigimiz ikonalari goren kimi aglamaga baslamis ve sanki ikonlarin meqsedini basa dusmusdu Lakin Atlasov tezlikle Denbeyin yunan olmadigini anlamis ve bu defe onun hindli oldugunu texmin etmisdir Atlasovun ekspedisiyasindaki dilciler ona qarsi gelmekden cekinerek bu texminin dogrulugunu tesdiqlemisdirler Denbey Atlasovun dediyi her seyi tesdiqlemeye ve onun xosuna gelmeye calisdigi ucun o da hindli oldugunu tesdiqlemisdir Denbey Osakadan Edoya mal apardigini ve imperatorun Miyakoda yasadigini izah etmeye calisanda Atlasovun Edo sozunu Hind Osaka sozunu Uzaka kimi basa dusmus Miyakonun Hindistanda yerlesdiyini dusunmusdur Atlasov Denbeyin ehemiyyetli bir sexs hesab ederek Irkutska aparilmasina qerar vermisdir Denbey ona verilmis ile Irkustka yola dusse de bes gun sonra ayaqlari sismisdir Atlasov onun ucun kicik bir muhafize destesi qoymus ve sagaldiqdan sonra Anadira qayidaraq sefere yeniden baslamasini emr etmisdir Atlasovun niye bele emr verdiyi namelum olsa da Denbey bu emre etiraz etmemisdir Buna baxmayaraq Denbey qar ayaqqabilari ile suretli hereket etmeyi oyrene bilmemisdir Atlasov qulluqcusu Denbeyi mumkun qeder tez Irkutska catdirmaq emri vermis ve ona bunun qarsiliginda 35 qirmizi tulku derisi odemisdir Denbey Irkutska 1701 ci ilin payizinda catmisdir o yazi ve yayi yolda kecirmisdir Moskvaya aparilmasi Denbeyin hekayesi terefinden qeyde alinmis ve Denbey terefinden imzalanmisdir Atlasov tapintisi haqqinda melumati 10 fevral 1701 ci ilde catdirmisdir Moskva Denbeyin hindli yox yapon olmasindan subhelenmisdir I Pyotr 1 noyabr 1701 ci ildeki emrinde Denbeyin derhal Irkutskdan Moskvaya getirilmesini bildirmisdir Kamcatkada tapilmis ve Irkutskdan Moskvaya sefer eden xarici mumkun oldugu qeder tez Moskvaya catdirilmali ve muhafize ile ehate olunmalidir Xarici tam formada qorunmali qida ve icki ile temin olunmalidir Muhafizeciler ehtiyaci oldugu her seyi almalidirlar Bu meqsed ucun Sibir kanslerliyi terefinden pul ayrilacaqdir Qubernator Dorofey Traurnixt Denbeye iki agir parca geyim ucun 19 arsin uzunlugunda parca materiali bir rubl deyerinde maral derisi iki rubl deyerinde ayaqqabi ve qida bagislamisdir Denbeyin geyimi hazir olandan ve ayaqlari tam sagalandan sonra rehberliyi altinda 50 kazak onu cara qeder musayiet etmisdir Onlar 21 noyabrda Irkutskdan yola dusmus ve 29 dekabrda Moskvaya catmisdirlar Safroniyev Denbeyi carin qulluqcularina teslim etmis ve Denbeyin rahatligini temin etmek ucun yolda xerclediyi miqdara uygun olaraq 8 rubl deyerinde cek almisdir Denbey 8 yanvar 1702 ci ilde I Pyotrun yerlesen iqametgahina aparilmis ve carla gorusmusdur Denbey Yaponiyani teriflemeye calismis ve ona Yaponiya haqqinda sisirdilmis melumatlar vermisdir O Cinin Yaponiyanin bir hissesi oldugunu iki olkenin quru korpusu ile elaqelendiyini ve bu yolda bir nece defe gelib getdiyini Yaponiyada saxtanin olmadigini yaponlarin neheng quslar ve baliqlar yediyini her yaponun evinde top saxladigini bildirmisdir Denbey yapon doyusculerinin istifade etdiyi silahlar yasadiqlari ev hollandlarla ticaret elaqeleri pullari haqqinda melumat vermisdir O Yaponiyani guclu dovlet kimi teqdim etmeye calismis hec bir yaponun denizden qorxmadigini yapon gemilerinin batmasinin mumkunsuz oldugunu gemisinde 80 fut qizilin oldugunu demisdir Denbey I Pyotrun gosterisi ile resmi qeyyumluga goturulmus ve gundelik qida ehtiyaclari ucun ona 5 qepik muavinet ayrilmisdir I Pyotrun gosterisine esasen Denbey mumkun oldugu qeder tez rus dilini oyrenmeli ve ruslara yapon dilini oyretmeli idi Sibir qubernatoru bu ise nezaret etmekle vezifelendirilmisdir Rusiyadaki bu yapon dili mektebi 1705 ci ilde teskil olunmusdur Denbeyin ne qeder rusa yapon dili oyretdiyi namelum olsa da muellimlik vezifesinde qalmisdir Denbeyin hekayesi 1702 ci ilde Sibir Elaqeleri Departamenti terefinden Skaska Denbeya adi ile qeyde alinmisdir Bu Rusiyada birbasa yapon sexs terefinden alinmis ilk Yaponiya haqqinda melumat olmusdur Denbey heyatinin qalan hissesini Rusiyada kecirmisdir 1710 cu ilde xristianligi qebul etmis ve Qavriil Boqdanov adini goturmusdur 1707 ci ilden sonra Matvey Qaqarinin malikanesinde yasamisdir 1711 ci ilde Kuril adalarini tedqiq etmeye gonderilmis ekspedisiyasinda Denbeyin telebesi olmus tercumeci de istirak etmisdir Hemcinin baxQonza ve SozaIstinadlarWells Streltsov Nobuo seh 21 Wildes seh 58 Wildes seh 59 Wildes seh 60 Wildes seh 55 Wildes seh 56 Mikhailova Steele seh 22 Wildes seh 57 Wildes seh 61 Wildes seh 62EdebiyyatWildes Harry Emerson Russia Meets the Japanese The Russian Review ingilisce 3 1 payiz 1943 55 63 doi 10 2307 125232 Istifade tarixi 4 sentyabr 2024 Mikhailova Yulia Steele M William Japan and Russia Three centuries of mutual images ingilisce Global Oriental 2008 21 22 ISBN 978 1 905246 42 7 Istifade tarixi 5 sentyabr 2024 Streltsov Dmitry V Nobuo Shimotomai A History of Russo Japanese Relations Over Two Centuries of Cooperation and Competition ingilisce Brill 2019 21 22 ISBN 978 90 04 40000 9 Istifade tarixi 5 sentyabr 2024 Wells David N The Russian Discovery of Japan 1670 1800 ingilisce Routledge 2020 ISBN 9780415870269 Istifade tarixi 5 sentyabr 2024