Qonza (ゴンザ) və Soza (ソウザ) – gəmi qəzası nəticəsində Rusiyaya çatmış iki yapon. Onlar Sankt-Peterburqa aparılaraq Rusiya imperatriçası Anna İvanovna ilə görüşmüş, yapon dili məktəbində ruslara yapon dilini tədris etmişdirlər.
Qonza | |
---|---|
Digər adı | Damian Pomortsyev (rus. Дамиан Поморцев) |
Doğum tarixi | təq. 1718 |
Vəfat tarixi | |
Fəaliyyəti | pilot, müəllim, tərcüməçi |
Soza | |
---|---|
Digər adı | Kozma Şults (rus. Козьма Шульц) |
Doğum tarixi | naməlum |
Vəfat tarixi | |
Fəaliyyəti | tacir, müəllim, tərcüməçi |
Həyatları
Qonza və Soza 1729-cu ildə şoquna dəyərli mallar və gümüş aparan, yola düşən "Vakaşima" gəmisinin sərnişinləri idilər. Qonza tacir, Soza isə gəmi pilotu idi. Gəmi qəzaya uğrayaq Kamçatka yarımadasının cənub-şərqində yerləşən Avaça körfəzinin sahilinə çatmışdır. Gəmi heyəti kamçadalların hücumundan qurtulsalar da, kazaklarla qarşılaşmışdırlar. Yerli kazak lideri Andrey Ştinnikovun əmri ilə kazaklar yaponlara atəş açaraq 15 nəfəri qətlə yetirmiş, ancaq Qonza və Soza qətliamdan sağ çıxa bilmişdirlər. Onlar İrkutska çataraq bu hadisə haqqında məruzə vermişdirlər. Qətliamın səbəbkarı olan Ştinnikov həbs olunmuş və yaponların iştirakı ilə asılaraq edam olunmuşdur.
Qonza və Soza əvvəlcə Moskvaya, daha sonra Sankt-Peterburqa göndərilmiş və 1733-cü ildə İmperatriça Anna ilə görüşmüşdürlər. Qonza Damian Pomortsyev, Soza isə Kozma Şults adını götürmüşdür. 1735-ci ildə pravoslavlığı qəbul edən Qoza və Soza rus dilini öyrənmiş və yapon dilini öyrətmişdirlər. Onlar 1736-cı ildə İmperatriça Annanın göstərişi ilə Peterburq Elmlər Akademiyasında yaradılmış yapon dili məktəbində müəllim kimi işləməyə başlamışdırlar. Bu, Avropada ilk belə məktəb idi. Sankt-Peterburq qarnizonundan olan əsgərlərin iki oğlu Andrey Fenyev və Pyotr Şenanıkin onların şagirdləri təyin olunmuşdurlar. Soza 1736-cı ilin axırında ölmüş, Qonza müəllimliyə davam etmişdir.
Qonza rus dilində səlis danışmağı öyrənsə də, Yaponiyanı 11 yaşında tərk etdiyi üçün yapon dilində yazı bacarıqları zəif olmuşdur. Buna səbəbdən yapon dilini öyrətmək üçün hazırladığı yazı materialları kiril qrafikasında tərtib olunmuşdur. O, 1738-ci ildə kitabxanaçı ilə birlikdə yeni slavyan-yapon lüğətini tərtib etmişdir. 1739-cu ildə daha üç nəfər onun şagirdi təyin olunmuşdur. Qonzanın 1739-cu ilin dekabrındakı ölümündən sonra məktəbin rəhbəri Boqdanov olmuş, Fenyev və Şenanıkinə rəsmi tərcüməçi statusu verilmişdir. Onlar 1742-ci ildə Yaponiyaya göndərilmiş Rusiya ekspedisiyasında yapon dili tərcüməçiləri kimi iştirak etmişdirlər. Sankt-Peterbuqdakı yapon dili məktəbi 1754-cü ildə İrkutska köçürülmüşdür.
Həmçinin bax
- Denbey – 1697-ci ildə Kamçatkada xilas edilən, Rusiyada yapon dili tədrisi ilə məşğul olan yapon.
Qeydlər
- Bəzən Qonzo yazılır.
- Bəzən Sozo,Sodza və Sosa yazılır.
İstinadlar
- "Meetings Between Russia and Japan As Seen in History: Japanese Castaways and the Russian Response" (PDF). Russia and Japan: a Historical Survey (ingiliscə). Tohoku Universiteti: 34, 44. 1998. İstifadə tarixi: 6 sentyabr 2024.
- Streltsov, Nobuo. səh. 25
- Wildes. səh. 62
- Wells, David N. The Russian Discovery of Japan, 1670-1800 (ingiliscə). Routledge. 2020. ISBN . İstifadə tarixi: 6 sentyabr 2024.
- Mikhailova, Steele. səh. 22
Ədəbiyyat
- Wildes, Harry Emerson. "Russia Meets the Japanese". The Russian Review (ingiliscə). 3 (1). payız 1943: 55–63. doi:10.2307/125232. İstifadə tarixi: 6 sentyabr 2024.
- Streltsov, Dmitry V.; Nobuo, Shimotomai. A History of Russo-Japanese Relations: Over Two Centuries of Cooperation and Competition (ingiliscə). Brill. 2019. 25. ISBN . İstifadə tarixi: 6 sentyabr 2024.
- Mikhailova, Yulia; Steele, M. William. Japan and Russia: Three centuries of mutual images (ingiliscə). Global Oriental. 2008. 22. ISBN . İstifadə tarixi: 6 sentyabr 2024.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qonza ゴンザ ve Soza ソウザ gemi qezasi neticesinde Rusiyaya catmis iki yapon Onlar Sankt Peterburqa aparilaraq Rusiya imperatricasi Anna Ivanovna ile gorusmus yapon dili mektebinde ruslara yapon dilini tedris etmisdirler QonzaDiger adi Damian Pomortsyev rus Damian Pomorcev Dogum tarixi teq 1718Vefat tarixi dekabr 1739Fealiyyeti pilot muellim tercumeciSozaDiger adi Kozma Sults rus Kozma Shulc Dogum tarixi namelumVefat tarixi 1736Fealiyyeti tacir muellim tercumeciHeyatlariQonza ve Soza 1729 cu ilde soquna deyerli mallar ve gumus aparan yola dusen Vakasima gemisinin sernisinleri idiler Qonza tacir Soza ise gemi pilotu idi Gemi qezaya ugrayaq Kamcatka yarimadasinin cenub serqinde yerlesen Avaca korfezinin sahiline catmisdir Gemi heyeti kamcadallarin hucumundan qurtulsalar da kazaklarla qarsilasmisdirlar Yerli kazak lideri Andrey Stinnikovun emri ile kazaklar yaponlara ates acaraq 15 neferi qetle yetirmis ancaq Qonza ve Soza qetliamdan sag cixa bilmisdirler Onlar Irkutska cataraq bu hadise haqqinda meruze vermisdirler Qetliamin sebebkari olan Stinnikov hebs olunmus ve yaponlarin istiraki ile asilaraq edam olunmusdur Qonza ve Soza evvelce Moskvaya daha sonra Sankt Peterburqa gonderilmis ve 1733 cu ilde Imperatrica Anna ile gorusmusdurler Qonza Damian Pomortsyev Soza ise Kozma Sults adini goturmusdur 1735 ci ilde pravoslavligi qebul eden Qoza ve Soza rus dilini oyrenmis ve yapon dilini oyretmisdirler Onlar 1736 ci ilde Imperatrica Annanin gosterisi ile Peterburq Elmler Akademiyasinda yaradilmis yapon dili mektebinde muellim kimi islemeye baslamisdirlar Bu Avropada ilk bele mekteb idi Sankt Peterburq qarnizonundan olan esgerlerin iki oglu Andrey Fenyev ve Pyotr Senanikin onlarin sagirdleri teyin olunmusdurlar Soza 1736 ci ilin axirinda olmus Qonza muellimliye davam etmisdir Qonza rus dilinde selis danismagi oyrense de Yaponiyani 11 yasinda terk etdiyi ucun yapon dilinde yazi bacariqlari zeif olmusdur Buna sebebden yapon dilini oyretmek ucun hazirladigi yazi materiallari kiril qrafikasinda tertib olunmusdur O 1738 ci ilde kitabxanaci ile birlikde yeni slavyan yapon lugetini tertib etmisdir 1739 cu ilde daha uc nefer onun sagirdi teyin olunmusdur Qonzanin 1739 cu ilin dekabrindaki olumunden sonra mektebin rehberi Boqdanov olmus Fenyev ve Senanikine resmi tercumeci statusu verilmisdir Onlar 1742 ci ilde Yaponiyaya gonderilmis Rusiya ekspedisiyasinda yapon dili tercumecileri kimi istirak etmisdirler Sankt Peterbuqdaki yapon dili mektebi 1754 cu ilde Irkutska kocurulmusdur Hemcinin baxDenbey 1697 ci ilde Kamcatkada xilas edilen Rusiyada yapon dili tedrisi ile mesgul olan yapon QeydlerBezen Qonzo yazilir Bezen Sozo Sodza ve Sosa yazilir Istinadlar Meetings Between Russia and Japan As Seen in History Japanese Castaways and the Russian Response PDF Russia and Japan a Historical Survey ingilisce Tohoku Universiteti 34 44 1998 Istifade tarixi 6 sentyabr 2024 Streltsov Nobuo seh 25 Wildes seh 62 Wells David N The Russian Discovery of Japan 1670 1800 ingilisce Routledge 2020 ISBN 9780415870269 Istifade tarixi 6 sentyabr 2024 Mikhailova Steele seh 22EdebiyyatWildes Harry Emerson Russia Meets the Japanese The Russian Review ingilisce 3 1 payiz 1943 55 63 doi 10 2307 125232 Istifade tarixi 6 sentyabr 2024 Streltsov Dmitry V Nobuo Shimotomai A History of Russo Japanese Relations Over Two Centuries of Cooperation and Competition ingilisce Brill 2019 25 ISBN 978 90 04 40000 9 Istifade tarixi 6 sentyabr 2024 Mikhailova Yulia Steele M William Japan and Russia Three centuries of mutual images ingilisce Global Oriental 2008 22 ISBN 978 1 905246 42 7 Istifade tarixi 6 sentyabr 2024