Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.
Keşikçidağ monastırı | |
---|---|
დავითგარეჯა | |
Ölkə | Azərbaycan Gürcüstan |
Şəhər | Ağstafa Saqareco |
Yerləşir | Azərbaycan-Gürcüstan sərhəddi |
Aidiyyatı | Qafqaz Albaniya Kilsəsi |
Sifarişçi | David Qareci |
Tikilmə tarixi | VI əsr |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | “Keşikçidağ” Dövlət qoruğu |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.
Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089–1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184–1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir.
Məbədə gürcü iddiasının arqumentləri
Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib. Yalnız gürcü tarixinin ən parlaq dövrü olan "Qurucu David" və daha sonra Tamaranın hakimiyyəti dönəmində monastır gürcü kilsəsinin təsiri altına düşüb. Bundan sonra məbəd gürcüləşdirilir: "Monastır 11-ci əsrdə siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçib. Oxşar taleni Qarabağdakı alban kilsəsi də yaşayır. Rus işğalına qədər alban kilsəsi müstəqil idi. Çünki albanlar pravoslav, ermənilər isə monofizit təriqətinə mənsub idilər. Bu isə faktiki olaraq onların birləşməsini əngəlləyirdi. Amma rus işğalından sonra çar hakimiyyəti alban kilsəsinin ermənilərə qarışmasını tələb etdi. O zaman buna qarşı müqavimət də vardı. Qarabağ xristianları çara məktubda özlərinin erməni yox, aqvanlar, utilər olduqlarını bildirirdilər. Amma az sonra İran və Türkiyədən gəlmə ermənilərin sayının ərazidə artması nəticəsində xristian albanlar ermənilər içərisində əridildi.
"David Qareci" də 11–12-ci əsrə qədər alban kilsəsi olub. Bu zaman monastır ərazisi alban dövlətinin varisi olan Sünik knyazlığının tərkibində idi. Amma orta əsrlərdə məbəd gürcü kilsəsinin təsiri altına düşür. Bunu Lord Kipianidze də etiraf edir ki, alban monastırı olan "David Qareci" Şirvanşahlar və Atabəylərin hakimiyyəti dövründə gürcülərin ixtiyarına keçib. O zaman Şirvanşahlar gürcülərlə dostluq edir, Atabəylər isə vuruşurdu. Amma onların heç biri monastıra maraq göstərmirdi. Çünki müsəlman hakimlər üçün alban xristian məbədi maraqlı deyildi. Beləliklə, məbəd tamamən gürcüləşdirilir. Monqol işğalı dövründə digər xristian məbədləri kimi "David Qareci" monastırı xalq müqavimətinin mərkəzi idi". Ekspertin fikrincə, məhz bu amilə görə "David Qareci" gürcülər üçün müqəddəs ərazidir. Məlum olduğu kimi, sonrakı illərdə Gürcüstan ərazisində iki gürcü knyazlığı – İmeretiya və Kolxida çarlığı vardı. Hətta Şah Abbasın hakimiyyəti dönəmində mübahisəli monastırın yerləşdiyi ərazi Səfəvilər dövlətinə məxsus olub. A. Göyüşovun sözlərinə görə, monastır kompleksinin sərhəd əraziyə düşməsi Qafqazın Rusiya tərəfindən işğalı dövrünə təsadüf edir:
"Rusiya işğalından sonra monastır kompleksi Gəncə və Tiflis quberniyasının arasındakı sərhəd əraziyə düşüb. Sovet dönəmində bu bölgü qüvvədə olub. Müstəqillik əldə olunduqdan sonra sərhəd müəyyənləşdiriləndə Gəncə və Tiflis quberniyası arasındakı sərhəd əsas götürülüb. Sərhədlər indi dəqiqləşdirilir. Bu da mübahisə obyektinə çevrilib. Əslində söhbət ərazidən çox, abidənin taleyindən gedir. Bu, Azərbaycan üçün prinsipial məsələdir. Alban irsindən imtina ermənilərin əlinə üstünlük verəcək. Sonradan ermənilər digər alban abidələrinə iddia edə bilərlər. Bu, ağrılı məsələdir".
Tarixçi alimin sözlərinə görə, hazırkı bölgüyə əsasən "David Qareci" monastır kompleksinin böyük hissəsi Gürcüstan ərazisindədir. Azərbaycan tərəfdə bir monastır və bir neçə hücrə var. Onu da qeyd etdi ki, monastır Sovet dövründə fəaliyyət göstərməyib. Ekspertin fikrincə, hazırda gürcülərin bu məsələdə daha çox canfəşanlıq göstərməsinin arxasında siyasi maraqlar dayanır:
"Gürcülər milliyyətçilik amilini qabardır, bu məsələdən bilə-bilə problem yaradırlar. Müxalifət ölkədəki demokratik ab-havadan istifadə edərək bundan siyasi kart kimi hakimiyyətə qarşı istifadə etməyə çalışır. Amma anlamırlar ki, bu, bizim üçün taleyüklü məsələdir. Təəssüf ki, Azərbaycan xalqı daha heç nəyə reaksiya vermək iqtidarında deyil. Ancaq məsələ uzansaydı, yəqin ki, alimlər, tarixçilər səviyyəsində reaksiya olacaqdı. Digər tərəfdən, hiss olunur ki, Azərbaycan müttəfiqliyi qoruyub saxlamaqda daha maraqlı görünür.
Amma gürcülər millətçilik, tarixinə, dininə münasibətdə bizdən daha üstündür. Buna görə də azərbaycanlılarla gürcüləri müqayisə edə bilmirik. Əslində Bakıda olan abidələri qoruya bilmirik. Bakıda qala divarını sökürlər. Amma gürcü fəhləsi heç vaxt öz tarixinə aid divarı sökməzdi".
2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılmışdır. Qoruğa 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri daxildir.
Qoruq yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası burada araşdırmalara başlamışdır. Ərazidə yerləşən Keşikçi qalanın ilkin orta əsrlərdə müdafiə məqsədilə tikildiyi, buranın qədim alban yaşayış məskəni olduğu, həmçinin təbii mağaraların eramızın əvvəllərinə, ərazilərdəki süni mağaraların isə VIII–XV əsrlərə təsadüf etdiyi məlum olmuşdur. Son araşdırmalarda mağaraların birindən daha üç qəbir aşkarlanmışdır.
Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində bir əsrdən çox hərbi poliqon olmuşdur (XIX əsrdə). Yəni qapalı bir yer olduğundan alimlər tərəfindən tam araşdırılmamışdır. Qoruqda tapılan nadir ilkin yaşayış məskəninin izləri, ocaq yerləri, məişət əşyaları, küp qırıqları, saxsı qablar oradakı mağaraların birində saxlanır. Burada qoruqda tapılmış əşyalardan ibarət muzey yaradılması nəzərdə tutulmuşdur.
14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin "Keşikçi qala" sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib. Keşikçi Dağı Məbəd-Kompleksində bələdçi çalışan vətəndaş azərbaycanlı sərhədçilərin kilsədən ikonaları icazəsiz götürdüklərini iddia edib. Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Altay Göyüşov: "Gürcülər anlamır ki, bu, bizim üçün taleyüklü məsələdir" [ölü keçid]
- "Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı". 2021-09-28 tarixində . İstifadə tarixi: 2019-07-15.
- "dağ"-da Gürcüstan vətəndaşları Azərbaycanın sərhəd naryadına qarşı insident törədib". 2021-09-28 tarixində . İstifadə tarixi: 2019-07-15.
Həmçinin bax
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun meqalenin muzakire sehifesine diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Kesikcidag mebedi hemcinin Qaraca mebedi David Qareci mebedi Azerbaycanin Gurcustanla serheddinde hazirda mubahiseli erazi sayilan zonada yerlesen qedim Alban mebedi Deniz seviyyesinden 850 metr hundurlukde olan ve boyuk cografi saheni ehate eden mebed kompleksinin bir hissesi Gurcustanin Saqareco rayonu diger bir hissesi ise Azerbaycanin Agstafa rayonu erazisinde yerlesir Kesikcidag monastiriდავითგარეჯა41 26 51 sm e 45 22 34 s u Olke Azerbaycan GurcustanSeher Agstafa SaqarecoYerlesir Azerbaycan Gurcustan serheddiAidiyyati Qafqaz Albaniya KilsesiSifarisci David QareciTikilme tarixi VI esrVeziyyeti fealiyyet gosterirResmi sayt Kesikcidag Dovlet qoruguKesikcidag monastiri Vikianbarda elaqeli mediafayllar Kesikci mebedinin menseyine dair Azerbaycan ve gurcu menbeleri arasinda tarixi konsensus movcud deyildir Azerbaycan menbelerine gore Kesikci mebedi qedim alban menseli olub Qafqaz Albaniyasinin medeni irsine aiddir Ekser gurcu menbenleri ise mebedin gurcu menseli olub tarixen Gurcu Pravoslav Kilsesine tabe oldugunu iddia edirler Azerbaycan tarixcilerine gore mebed gurculer terefinden yalniz IV Qurucu Davidin hakimiyyeti dovrunde 1089 1125 ziyaret edilmeye baslanmis daha sonra Tamaranin hakimiyyeti doneminde 1184 1207 gurcu kilsesinin tesiri altina dusmusdur O dovrde Azerbaycanda movcud olan muselman Atabeyler dovleti hemcinin Sirvansahlar dovleti xristian mebedlerine o qeder de maraq gostermir ve onlari himaye etmirdiler Mehz bele bir dovrde onsuz da sayca azliqda qalan xristian albanlar daglara cekilmisdiler ve bu mebed de o dovrde terk edilmisdi Aparilan tedqiqatlar gostermisdir ki mebedin divarlarina cekilmis sekiller ve gurcu dilinde olan yazilar onun yasina nisbeten xeyli gencdir Mebede gurcu iddiasinin arqumentleriGurcu yazilari David Qareci Tarixci alim Altay Goyusovun sozlerine gore David Qareci heqiqeten qedim alban mebedidir ve uzun iller alban kilsesinin nezareti altinda fealiyyet gosterib Yalniz gurcu tarixinin en parlaq dovru olan Qurucu David ve daha sonra Tamaranin hakimiyyeti doneminde monastir gurcu kilsesinin tesiri altina dusub Bundan sonra mebed gurculesdirilir Monastir 11 ci esrde siyasi amiller sebebinden gurculerin tesiri altina kecib Oxsar taleni Qarabagdaki alban kilsesi de yasayir Rus isgalina qeder alban kilsesi musteqil idi Cunki albanlar pravoslav ermeniler ise monofizit teriqetine mensub idiler Bu ise faktiki olaraq onlarin birlesmesini engelleyirdi Amma rus isgalindan sonra car hakimiyyeti alban kilsesinin ermenilere qarismasini teleb etdi O zaman buna qarsi muqavimet de vardi Qarabag xristianlari cara mektubda ozlerinin ermeni yox aqvanlar utiler olduqlarini bildirirdiler Amma az sonra Iran ve Turkiyeden gelme ermenilerin sayinin erazide artmasi neticesinde xristian albanlar ermeniler icerisinde eridildi David Qareci de 11 12 ci esre qeder alban kilsesi olub Bu zaman monastir erazisi alban dovletinin varisi olan Sunik knyazliginin terkibinde idi Amma orta esrlerde mebed gurcu kilsesinin tesiri altina dusur Bunu Lord Kipianidze de etiraf edir ki alban monastiri olan David Qareci Sirvansahlar ve Atabeylerin hakimiyyeti dovrunde gurculerin ixtiyarina kecib O zaman Sirvansahlar gurculerle dostluq edir Atabeyler ise vurusurdu Amma onlarin hec biri monastira maraq gostermirdi Cunki muselman hakimler ucun alban xristian mebedi maraqli deyildi Belelikle mebed tamamen gurculesdirilir Monqol isgali dovrunde diger xristian mebedleri kimi David Qareci monastiri xalq muqavimetinin merkezi idi Ekspertin fikrince mehz bu amile gore David Qareci gurculer ucun muqeddes erazidir Melum oldugu kimi sonraki illerde Gurcustan erazisinde iki gurcu knyazligi Imeretiya ve Kolxida carligi vardi Hetta Sah Abbasin hakimiyyeti doneminde mubahiseli monastirin yerlesdiyi erazi Sefeviler dovletine mexsus olub A Goyusovun sozlerine gore monastir kompleksinin serhed eraziye dusmesi Qafqazin Rusiya terefinden isgali dovrune tesaduf edir Rusiya isgalindan sonra monastir kompleksi Gence ve Tiflis quberniyasinin arasindaki serhed eraziye dusub Sovet doneminde bu bolgu quvvede olub Musteqillik elde olunduqdan sonra serhed mueyyenlesdirilende Gence ve Tiflis quberniyasi arasindaki serhed esas goturulub Serhedler indi deqiqlesdirilir Bu da mubahise obyektine cevrilib Eslinde sohbet eraziden cox abidenin taleyinden gedir Bu Azerbaycan ucun prinsipial meseledir Alban irsinden imtina ermenilerin eline ustunluk verecek Sonradan ermeniler diger alban abidelerine iddia ede bilerler Bu agrili meseledir Tarixci alimin sozlerine gore hazirki bolguye esasen David Qareci monastir kompleksinin boyuk hissesi Gurcustan erazisindedir Azerbaycan terefde bir monastir ve bir nece hucre var Onu da qeyd etdi ki monastir Sovet dovrunde fealiyyet gostermeyib Ekspertin fikrince hazirda gurculerin bu meselede daha cox canfesanliq gostermesinin arxasinda siyasi maraqlar dayanir Gurculer milliyyetcilik amilini qabardir bu meseleden bile bile problem yaradirlar Muxalifet olkedeki demokratik ab havadan istifade ederek bundan siyasi kart kimi hakimiyyete qarsi istifade etmeye calisir Amma anlamirlar ki bu bizim ucun taleyuklu meseledir Teessuf ki Azerbaycan xalqi daha hec neye reaksiya vermek iqtidarinda deyil Ancaq mesele uzansaydi yeqin ki alimler tarixciler seviyyesinde reaksiya olacaqdi Diger terefden hiss olunur ki Azerbaycan muttefiqliyi qoruyub saxlamaqda daha maraqli gorunur Amma gurculer milletcilik tarixine dinine munasibetde bizden daha ustundur Buna gore de azerbaycanlilarla gurculeri muqayise ede bilmirik Eslinde Bakida olan abideleri qoruya bilmirik Bakida qala divarini sokurler Amma gurcu fehlesi hec vaxt oz tarixine aid divari sokmezdi 2007 ci ilde Prezident Ilham Eliyevin serencami ile hemin erazide Kesikcidag Dovlet Tarix Medeniyyet Qorugu yaradilmisdir Qoruga 70 dek magara bir qala iki mebed ve bir inanc yeri daxildir Qoruq yaradildiqdan sonra Azerbaycan Milli Elmler Akademiyasinin Arxeologiya ve Etnoqrafiya Institutunun ekspedisiyasi burada arasdirmalara baslamisdir Erazide yerlesen Kesikci qalanin ilkin orta esrlerde mudafie meqsedile tikildiyi buranin qedim alban yasayis meskeni oldugu hemcinin tebii magaralarin eramizin evvellerine erazilerdeki suni magaralarin ise VIII XV esrlere tesaduf etdiyi melum olmusdur Son arasdirmalarda magaralarin birinden daha uc qebir askarlanmisdir Kesikcidag Dovlet Tarix Medeniyyet Qorugu erazisinde bir esrden cox herbi poliqon olmusdur XIX esrde Yeni qapali bir yer oldugundan alimler terefinden tam arasdirilmamisdir Qoruqda tapilan nadir ilkin yasayis meskeninin izleri ocaq yerleri meiset esyalari kup qiriqlari saxsi qablar oradaki magaralarin birinde saxlanir Burada qoruqda tapilmis esyalardan ibaret muzey yaradilmasi nezerde tutulmusdur 14 iyul 2019 cu il tarixde saat 14 50 radelerinde DSX nin Serhed Qosunlarinin Semkir serhed destesinin Kesikci qala serhed zastavasinin xidmeti erazisinde Gurcustan vetendaslari terefinden Azerbaycan serhed naryadina qarsi insident toredilib Kesikci Dagi Mebed Kompleksinde beledci calisan vetendas azerbaycanli serhedcilerin kilseden ikonalari icazesiz goturduklerini iddia edib Gurcustandan olan bir qrup sexsin Azerbaycan Respublikasi istiqametinde dovlet serhedini pozaraq Azerbaycan erazisinde xidmet aparan serhed naryadina hucum etmesi ve onlari nalayiq ifadelerle tehqir etmesi ile bagli Gurcustanin Azerbaycandaki sefiri Xarici Isler Nazirliyine cagirilib ve mesele ile bagli muvafiq izahat istenilib IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Altay Goyusov Gurculer anlamir ki bu bizim ucun taleyuklu meseledir olu kecid Gurcustanin Azerbaycandaki sefiri XIN e cagirildi 2021 09 28 tarixinde Istifade tarixi 2019 07 15 dag da Gurcustan vetendaslari Azerbaycanin serhed naryadina qarsi insident toredib 2021 09 28 tarixinde Istifade tarixi 2019 07 15 Hemcinin baxXarici kecidler Mebed ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin