Danyal bəy Hələcov — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Birinci Dünya Müharibəsinin və Gəncə üsyanının iştirakçısı.
Danyal bəy Həlləcov | |
---|---|
Danyal bəy Abdulla bəy oğlu Həlləcov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Balakən, |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə, |
Vətəndaşlığı | Rusiya imperiyası AXC |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Artilleriya |
Hərbi hissə | 39-cu artilleriya briqadası 1-ci artilleriya polku Gəncə korpusu |
Xidmət illəri | 1897-1920 |
Rütbəsi | Rusiya imperiyası ordusunda polkovnik, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun polkovniki |
Döyüşlər | Birinci Dünya Müharibəsi Gəncə üsyanı |
Təltifləri |
Birinci Dünya Müharibəsində göstərdiyi şücaətə görə “2-ci dərəcəli müqəddəs Anna”, “2-ci dərəcəli müqəddəs Stanislav” və “4-cü dərəcəli müqəddəs Vladimir” ordenləri ilə təltif edilib.
Azərbaycan Cümhuriyyəti Ordusunda I Artilleriya briqadasının komandiri olub. Aprel işağlına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib və vəhşicəsinə öldürülüb.
Həyatı
Danyal bəy Abdulla bəy oğlu 1876-cı il sentyabrın 5-də də Balakəndə anadan olub. 1895-ci ildə Stavropol Realnı məktəbini bitirdikdən sonraPeterburqda yerləşən üç illik Mixayılovsk Artilleriya Məktəbinə daxil olub.
Xidməti
Çar ordusunda
1897-ci ildə Mixayılovsk Artilleriya Məktəbini “podporuçik” hərbi rütbəsi ilə bitirərək Aleksandropol şəhərində yerləşən Qafqaz ordu korpusunun 39-cu artilleriya briqadasına təyinat alıb. 1-ci Qafqaz atıcı artilleriya divizionunun 1-ci artilleriya batareyasının baş zabiti vəzifəsində xidmət edib. Briqadada on ildən çox xidmət edən Danyal bəy ştabs kapitan rütbəsinə qədər yüksəlib. 1909-cu ildə Tiflis quberniyasının Muxrovani şəhərindəki birinci artilleriya polkuna təyinat alır. Bir az sonra həmin polk Qamboriyə köçürülür.
Birinci Dünya Müharibəsində iştirak edib. Hərbi xidməti zamanı 1915-ci ildə qılıncı ilə birgə “2-ci dərəcəli müqəddəs Stanislav” və “4-cü dərəcəli müqəddəs Vladimir” ordenləri ilə 1916-cı ildə isə qılıncı ilə birgə “2-ci dərəcəli müqəddəs Anna” ordeni ilə təltif edilib. Sonradan döyüşlərdə yaralandığına görə müalicə üçün cəbhədən geri qaytarılıb və polkovnik rütbəsi ilə ehtiyata buraxılıb. Bundan sonra Balakənə köçüb.
Azərbaycan Cümhuriyyətində
1918-ci ildə Azərbaycan Milli Ordusu yaradılanda Müdafıə Naziri general Səməd bəy Mehmandarovun şəxsi dəvəti ilə Gəncədə yaradılan korpusa komandir müavini təyin olunub. 1919-ci il dekabrın 1-də “polkovnik” hərbi rütbəsində ehtiyatdan Cümhuriyyət ordusuna həqiqi hərbi xidmətə qəbul edilir və Hərbi nazirin 551 №-li əmri ilə 1-ci Artilleriya briqadasının komandiri vəzifəsinə təyin edilir.
Aprel işğalına qarşı olan Gəncə üsyanının əsas iştirakçılarından biri olub. Üsyanın yatırılması zamanı öldürülüb. Keçmiş milli ordu zabiti, Ramazan Həmzət oğlu Xəlilovun şahidliyinə əsasən polkovnik Danyal bəy Gəncə Mərkəzi Komitəsinin sədri Georgi Tuxareli tərəfindən 1920-ci ilin iyununda həbs edilib və şaşka ilə doğranılıb.
Qızının xatirələri
Araşdırmaçı Şəmistan Nəzirli qızı Leyla xanımdan 1985-ci ilin noyabr ayında Danyal bəy ilə bağlı müsahibə alıb. Leyla xanım atası və Aprel işğalından sonra baş verən hadisələr haqqında bunları deyib:
Elə ki, XI ordu Bakıya gəldi, xalq möhkəm təşvişə düşdü. Çoxları İrana, Türkiyəyə qaçırdı. Onda atam, xalalarım — Leyla, Tamara və mən Gəncədə yaşayırdıq. Qaçmağı atama da təklif elədilər. O, imtina edib dedi ki, anamı, ailəmi Balakəndə qoyub hara gedirəm. Getmədi. |
Mən XI ordunun Gəncədə törətdiyi dəhşətlərin şahidiyəm. Bolşevik ordusu vağzal tərəfdən, ermənilər isə Bağmanlardan şəhəri güclü top atəşinə tutdular. Bolşeviklər gələn axşamı atam evə bərk hirsli gəldi. Şəhərin hərbi komendantı general-mayor Əmir Kazım Mirzə Qacarın, Gəncədə yerləşən birinci süvari diviziyasının komandiri general Cavad bəy Şıxlinskinin vəzifələrindən azad edilmələri onu bərk əsəbiləşdirmişdi. Atamın yavəri dedi ki, XI Ordunun qərargahından gələn zabitlər bizim komanda heyəti ilə çox kobud rəftar edirlər. Azərbaycanlı zabitləri işdən çıxardıb özlərininkini qoymaq istəyirlər. Gözətçi məntəqələrinə öz adamlarını təyin edirlər. On birinci ordudan gələn zabitlərin əksəriyyəti ermənidir. Nə Gəncə atıcı alayının, nə də Şəki süvari alayının əsgər və zabitləri buna razılıq vermirlər. Hamı bir səslə etirazını bildirir. Mayın iyirmi beşindən iyirmi altısına keçən gecə şəhərin ermənilər yaşayan hissəsindən toplar və pulemyotlardan atəş başladı. Yerli ermənilərin satqınlığı, xəyanəti tam üzə çıxdı. Bizim inadla vuruşan əsgərlərimiz ruslardan çoxlu əsir almışdılar. Yerli əhali üsyan edən döyüşçülərimizə canla-başla kömək edirdi. Mayın iyirmi yeddisi idi, yoxsa bilmirəm, iyirmi səkkizi idi. Bakıdan gələn zirehli qatar stansiyanı ələ keçirtdi. Bundan sonrakı iki gündə də hər iki tərəfdən atəş dayanmadı. Bolşeviklərin qabağına düşüb yol göstərən ermənilər şəhərin müsəlman hissəsində qanı su yerinə axıtdılar. Mayın otuz birində XI Ordu şəhərə girdi. Azərbaycanlılara qarşı vəhşilik, talan, qırğın daha da gücləndi. Şəhərin bütün küçələri insan meyidi ilə dolu idi. Su quyularının hamısı meyidlə doldurulmuşdu. Bolşeviklərlə ermənilər bunu qəsdən eləmişdilər ki, şəhərin müsəlman əhalisi içməyə su tapmasın. Meyidləri basdırmağa imkan vermirdilər, camaata acıq verirmiş kimi meyidləri ata, camışa qoşub şəhərin kənarına atırdılar. Həyatımda bundan dəhşətli səhnə, bundan böyük vəhşilik görməmişəm. 1920-ci ilin avqustunda şəhərə vəba xəstəliyi yayıldı. Atamdan isə heç bir xəbər yox idi. Deyirdilər ki, general Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov, Sarı Ələkbər, Qaçaq Qəmbər, atam böyük bir dəstə ilə meşələrdə vuruşurlar, bolşeviklərə tabe olmaq istəmirlər. Sonradan atamın həlak olması xəbərini eşitdik. |
Ailəsi
Danyal bəyin qardaşları Qaraəli və Murtuzəli Peterburq Universitetinin hüquq fakültəsini, Bəşir isə həmin universitetin Şərq dilləri və hüquq fakültələrini bitirib. Ən kiçik qardaşı Məhəmməd isə Moskva Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini bitirib, sonradan Sosialist Əməyi Qəhrəmanı olub. Bacısı Məryəm Tiflisdə Müqəddəs Nina Qızlar İnstitutunu bitirib.
1904-cü ildə Qarsda olarkən briqada komandirinin qızı, milliyyətcə polyak olan Felisin Stanislavovna Krinseviç-Qijdeu ilə ailə qurub. Xanım Varşavadakı məşhur zadəgan nəslindən idi. Bu evlilikdən iki qızları olub Tamara və Leyla. Qızları Tamara uşaq ikən vəfat edib.
Dayısı Livan Həlləcov Azərbaycan Xalq Cümhuriyyətində Xarici İşlər nazirinin müavini olub.
İstinadlar
- Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 314. ISBN . 2023-11-14 tarixində . İstifadə tarixi: 2023-11-14.
- Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 315. ISBN . 2023-11-14 tarixində . İstifadə tarixi: 2023-11-14.
- Общий список офицерским чинам Русской Императорской Армии. Составлен на 1-е января 1909 г. (PDF) (rus). Sankt Peterburq: Военная типография. 1909. 663. 2023-11-14 tarixində (PDF). İstifadə tarixi: 2023-11-14.
- . web.archive.org. 2021-06-02. Archived from the original on 2021-06-02. İstifadə tarixi: 2023-11-14.
- Nəzirli, Şəmistan. Güllələnmiş Azərbaycan generalları (PDF) (az.). Bakı. 2016. 110. 2023-11-14 tarixində (PDF). İstifadə tarixi: 2023-11-14.
- "Галаджев Даниил :: Мечи к имеющемуся ордену Св. Станислава II-й степени. Документы о награждениях". gwar.mil.ru. 2023-11-14 tarixində . İstifadə tarixi: 2023-11-14.
- "Галаджев Даниил :: Орден Св. Равноапостольного Князя Владимира IV-й степени с мечами и бантом. Документы о награждениях". gwar.mil.ru. 2023-11-14 tarixində . İstifadə tarixi: 2023-11-14.
- "Галладжев Даниил :: Орден Св. Анны II-й степени с мечами. Документы о награждениях". gwar.mil.ru. 2023-11-14 tarixində . İstifadə tarixi: 2023-11-14.
- Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 279. 2022-02-27 tarixində (PDF). İstifadə tarixi: 2023-11-14.
- Адресъ-Календарь Азербайджанской Республики на 1920- й г. (PDF) (rus). Bakı: Правительственная тифографiя аз „Азербайджанъ”. 1920. 306. 2021-01-31 tarixində (PDF). İstifadə tarixi: 2023-11-14.
- Nəzirli, Şəmistan. Güllələnmiş Azərbaycan generalları (PDF) (az.). Bakı. 2016. 115. 2023-11-14 tarixində (PDF). İstifadə tarixi: 2023-11-14.
- Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 283. 2022-02-27 tarixində (PDF). İstifadə tarixi: 2023-11-14.
- Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 284. 2022-02-27 tarixində (PDF). İstifadə tarixi: 2023-11-14.
- Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 285. 2022-02-27 tarixində (PDF). İstifadə tarixi: 2023-11-14.
- Nəzirli, Şəmistan. Güllələnmiş Azərbaycan generalları (PDF) (az.). Bakı. 2016. 113. 2023-11-14 tarixində (PDF). İstifadə tarixi: 2023-11-14.
Xarici keçidlər
- Cümhuriyyətin balakənli polkovniki Danyal Bəy Həlləcov / Baku TV
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Danyal bey Helecov Car Rusiyasinin ve Azerbaycan Cumhuriyyetinin zabiti Birinci Dunya Muharibesinin ve Gence usyaninin istirakcisi Danyal bey HellecovDanyal bey Abdulla bey oglu HellecovSexsi melumatlarDogum tarixi 1876Dogum yeri Balaken Vefat tarixi 1920Vefat yeri Gence Vetendasligi Rusiya imperiyasi AXCHerbi fealiyyetiQosun novu ArtilleriyaHerbi hisse 39 cu artilleriya briqadasi 1 ci artilleriya polku Gence korpusuXidmet illeri 1897 1920Rutbesi Rusiya imperiyasi ordusunda polkovnik Azerbaycan Xalq Cumhuriyyetinin Milli Ordusunun polkovnikiDoyusler Birinci Dunya Muharibesi Gence usyaniTeltifleri Birinci Dunya Muharibesinde gosterdiyi sucaete gore 2 ci dereceli muqeddes Anna 2 ci dereceli muqeddes Stanislav ve 4 cu dereceli muqeddes Vladimir ordenleri ile teltif edilib Azerbaycan Cumhuriyyeti Ordusunda I Artilleriya briqadasinin komandiri olub Aprel isaglina qarsi bas tutmus Gence usyaninda istirak edib ve vehsicesine oldurulub HeyatiDanyal bey Abdulla bey oglu 1876 ci il sentyabrin 5 de de Balakende anadan olub 1895 ci ilde Stavropol Realni mektebini bitirdikden sonraPeterburqda yerlesen uc illik Mixayilovsk Artilleriya Mektebine daxil olub XidmetiCar ordusunda 1897 ci ilde Mixayilovsk Artilleriya Mektebini podporucik herbi rutbesi ile bitirerek Aleksandropol seherinde yerlesen Qafqaz ordu korpusunun 39 cu artilleriya briqadasina teyinat alib 1 ci Qafqaz atici artilleriya divizionunun 1 ci artilleriya batareyasinin bas zabiti vezifesinde xidmet edib Briqadada on ilden cox xidmet eden Danyal bey stabs kapitan rutbesine qeder yukselib 1909 cu ilde Tiflis quberniyasinin Muxrovani seherindeki birinci artilleriya polkuna teyinat alir Bir az sonra hemin polk Qamboriye kocurulur Birinci Dunya Muharibesinde istirak edib Herbi xidmeti zamani 1915 ci ilde qilinci ile birge 2 ci dereceli muqeddes Stanislav ve 4 cu dereceli muqeddes Vladimir ordenleri ile 1916 ci ilde ise qilinci ile birge 2 ci dereceli muqeddes Anna ordeni ile teltif edilib Sonradan doyuslerde yaralandigina gore mualice ucun cebheden geri qaytarilib ve polkovnik rutbesi ile ehtiyata buraxilib Bundan sonra Balakene kocub Azerbaycan Cumhuriyyetinde 1918 ci ilde Azerbaycan Milli Ordusu yaradilanda Mudafie Naziri general Semed bey Mehmandarovun sexsi deveti ile Gencede yaradilan korpusa komandir muavini teyin olunub 1919 ci il dekabrin 1 de polkovnik herbi rutbesinde ehtiyatdan Cumhuriyyet ordusuna heqiqi herbi xidmete qebul edilir ve Herbi nazirin 551 li emri ile 1 ci Artilleriya briqadasinin komandiri vezifesine teyin edilir Aprel isgalina qarsi olan Gence usyaninin esas istirakcilarindan biri olub Usyanin yatirilmasi zamani oldurulub Kecmis milli ordu zabiti Ramazan Hemzet oglu Xelilovun sahidliyine esasen polkovnik Danyal bey Gence Merkezi Komitesinin sedri Georgi Tuxareli terefinden 1920 ci ilin iyununda hebs edilib ve saska ile dogranilib Qizinin xatireleriArasdirmaci Semistan Nezirli qizi Leyla xanimdan 1985 ci ilin noyabr ayinda Danyal bey ile bagli musahibe alib Leyla xanim atasi ve Aprel isgalindan sonra bas veren hadiseler haqqinda bunlari deyib Ele ki XI ordu Bakiya geldi xalq mohkem tesvise dusdu Coxlari Irana Turkiyeye qacirdi Onda atam xalalarim Leyla Tamara ve men Gencede yasayirdiq Qacmagi atama da teklif elediler O imtina edib dedi ki anami ailemi Balakende qoyub hara gedirem Getmedi Men XI ordunun Gencede toretdiyi dehsetlerin sahidiyem Bolsevik ordusu vagzal terefden ermeniler ise Bagmanlardan seheri guclu top atesine tutdular Bolsevikler gelen axsami atam eve berk hirsli geldi Seherin herbi komendanti general mayor Emir Kazim Mirze Qacarin Gencede yerlesen birinci suvari diviziyasinin komandiri general Cavad bey Sixlinskinin vezifelerinden azad edilmeleri onu berk esebilesdirmisdi Atamin yaveri dedi ki XI Ordunun qerargahindan gelen zabitler bizim komanda heyeti ile cox kobud reftar edirler Azerbaycanli zabitleri isden cixardib ozlerininkini qoymaq isteyirler Gozetci menteqelerine oz adamlarini teyin edirler On birinci ordudan gelen zabitlerin ekseriyyeti ermenidir Ne Gence atici alayinin ne de Seki suvari alayinin esger ve zabitleri buna raziliq vermirler Hami bir sesle etirazini bildirir Mayin iyirmi besinden iyirmi altisina kecen gece seherin ermeniler yasayan hissesinden toplar ve pulemyotlardan ates basladi Yerli ermenilerin satqinligi xeyaneti tam uze cixdi Bizim inadla vurusan esgerlerimiz ruslardan coxlu esir almisdilar Yerli ehali usyan eden doyusculerimize canla basla komek edirdi Mayin iyirmi yeddisi idi yoxsa bilmirem iyirmi sekkizi idi Bakidan gelen zirehli qatar stansiyani ele kecirtdi Bundan sonraki iki gunde de her iki terefden ates dayanmadi Bolseviklerin qabagina dusub yol gosteren ermeniler seherin muselman hissesinde qani su yerine axitdilar Mayin otuz birinde XI Ordu sehere girdi Azerbaycanlilara qarsi vehsilik talan qirgin daha da guclendi Seherin butun kuceleri insan meyidi ile dolu idi Su quyularinin hamisi meyidle doldurulmusdu Bolseviklerle ermeniler bunu qesden elemisdiler ki seherin muselman ehalisi icmeye su tapmasin Meyidleri basdirmaga imkan vermirdiler camaata aciq verirmis kimi meyidleri ata camisa qosub seherin kenarina atirdilar Heyatimda bundan dehsetli sehne bundan boyuk vehsilik gormemisem 1920 ci ilin avqustunda sehere veba xesteliyi yayildi Atamdan ise hec bir xeber yox idi Deyirdiler ki general Cavad bey Sixlinski polkovnik Cahangir bey Kazimbeyov Sari Elekber Qacaq Qember atam boyuk bir deste ile meselerde vurusurlar bolseviklere tabe olmaq istemirler Sonradan atamin helak olmasi xeberini esitdik AilesiDanyal beyin qardaslari Qaraeli ve Murtuzeli Peterburq Universitetinin huquq fakultesini Besir ise hemin universitetin Serq dilleri ve huquq fakultelerini bitirib En kicik qardasi Mehemmed ise Moskva Kend Teserrufati Akademiyasinin aqronomluq fakultesini bitirib sonradan Sosialist Emeyi Qehremani olub Bacisi Meryem Tiflisde Muqeddes Nina Qizlar Institutunu bitirib 1904 cu ilde Qarsda olarken briqada komandirinin qizi milliyyetce polyak olan Felisin Stanislavovna Krinsevic Qijdeu ile aile qurub Xanim Varsavadaki meshur zadegan neslinden idi Bu evlilikden iki qizlari olub Tamara ve Leyla Qizlari Tamara usaq iken vefat edib Dayisi Livan Hellecov Azerbaycan Xalq Cumhuriyyetinde Xarici Isler nazirinin muavini olub IstinadlarSahbazov Atamali Azerbaycan Xalq Cumhuriyyeti ordusunun zabit ve herbi memurlari az Baki Maarif nesriyyati 2020 314 ISBN 978 9952 37 141 3 2023 11 14 tarixinde Istifade tarixi 2023 11 14 Sahbazov Atamali Azerbaycan Xalq Cumhuriyyeti ordusunun zabit ve herbi memurlari az Baki Maarif nesriyyati 2020 315 ISBN 978 9952 37 141 3 2023 11 14 tarixinde Istifade tarixi 2023 11 14 Obshij spisok oficerskim chinam Russkoj Imperatorskoj Armii Sostavlen na 1 e yanvarya 1909 g PDF rus Sankt Peterburq Voennaya tipografiya 1909 663 2023 11 14 tarixinde PDF Istifade tarixi 2023 11 14 web archive org 2021 06 02 Archived from the original on 2021 06 02 Istifade tarixi 2023 11 14 Nezirli Semistan Gullelenmis Azerbaycan generallari PDF az Baki 2016 110 2023 11 14 tarixinde PDF Istifade tarixi 2023 11 14 Galadzhev Daniil Mechi k imeyushemusya ordenu Sv Stanislava II j stepeni Dokumenty o nagrazhdeniyah gwar mil ru 2023 11 14 tarixinde Istifade tarixi 2023 11 14 Galadzhev Daniil Orden Sv Ravnoapostolnogo Knyazya Vladimira IV j stepeni s mechami i bantom Dokumenty o nagrazhdeniyah gwar mil ru 2023 11 14 tarixinde Istifade tarixi 2023 11 14 Galladzhev Daniil Orden Sv Anny II j stepeni s mechami Dokumenty o nagrazhdeniyah gwar mil ru 2023 11 14 tarixinde Istifade tarixi 2023 11 14 Nezirli Semistan 1920 ci ilde Qarabag doyusleri PDF az Baki 2009 279 2022 02 27 tarixinde PDF Istifade tarixi 2023 11 14 Adres Kalendar Azerbajdzhanskoj Respubliki na 1920 j g PDF rus Baki Pravitelstvennaya tifografiya az Azerbajdzhan 1920 306 2021 01 31 tarixinde PDF Istifade tarixi 2023 11 14 Nezirli Semistan Gullelenmis Azerbaycan generallari PDF az Baki 2016 115 2023 11 14 tarixinde PDF Istifade tarixi 2023 11 14 Nezirli Semistan 1920 ci ilde Qarabag doyusleri PDF az Baki 2009 283 2022 02 27 tarixinde PDF Istifade tarixi 2023 11 14 Nezirli Semistan 1920 ci ilde Qarabag doyusleri PDF az Baki 2009 284 2022 02 27 tarixinde PDF Istifade tarixi 2023 11 14 Nezirli Semistan 1920 ci ilde Qarabag doyusleri PDF az Baki 2009 285 2022 02 27 tarixinde PDF Istifade tarixi 2023 11 14 Nezirli Semistan Gullelenmis Azerbaycan generallari PDF az Baki 2016 113 2023 11 14 tarixinde PDF Istifade tarixi 2023 11 14 Xarici kecidlerCumhuriyyetin balakenli polkovniki Danyal Bey Hellecov Baku TV