Dövlətşah Xatun və ya Sultan Xatun (1365, Kütahya – 1414, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Gərmiyanoğlu Süleyman bəyin qızı.
Dövlətşah Xatun | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1365 |
Doğum yeri | Kütahya, Gərmiyanoğulları bəyliyi |
Vəfat tarixi | 1414 |
Vəfat yeri | |
Dəfn yeri | Yaşıl türbə, Bursa |
Fəaliyyəti | əsilzadə |
Atası | Gərmiyanoğlu Süleyman bəy |
Anası | Mutahhara Xatun (Sultan Vələdin qızı) |
Həyat yoldaşı | İldırım Bəyazid |
Uşaqları | İsa Çələbi Böyük Musa Çələbi, Kiçik Musa Çələbi |
Dini | islam |
Həyatı
1365-ci ildə Kütahyada dünyaya gəldiyi ehtimal olunur. Atası Gərmiyanoğlu Süleyman bəy, anası isə Mövlana Cəlaləddin Ruminin oğlu Sultan Vələdin qızı Mutahhara Xatundur. Osmanlı mənbələrində zadəgan əsilli olan sultan xanımlarının adları hörmət əlaməti olaraq Dövlət Xatun, Dövlətşah Xatun və ya Sultan Xatun olaraq qeyd olunmuş, bu səbəblə bir çoxunun əsl adı bilinməmişdir. Bunlardan biri olan Dövlətşah Xatunun da əsl adının nə olduğu bilinmir.
1378-ci ildə baş tutan mərasimlə Osmanlı sultanı Murad Hüdavəndigarın oğlu Şahzadə Bəyazidlə evləndirildi. Eyni mərasimlə sultanın qızlarından Nəfisə Xatun da Qaramanoğlu Əli bəylə nigahlanmışdır. Digər Anadolu bəylərinin də dəvət olunduğu bu toy mərasimində Osmanlı dövlətiylə bir çox sülh bağlandı. Gərmiyanoğlu Süleyman bəy qızının cehizi olaraq Kütahya, Tavşanlı, Əyrigöz və Simav qalalarını Osmanlılara verdi.
Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi: İsa Çələbi və Böyük Musa Çələbi. ndə taxt mübarizəsinə girişən Kiçik Musa Çələbi isə onun oğlu deyil. Bəzi mənbələrdə Çələbi Mehmedin də anasının Dövlətşah Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, Çələbi Mehmed İldırım Bəyazidin sonradan müsəlman olan Dövlət Xatun adlı kənizindən dünyaya gəlmişdir. Ankara döyüşündən (1402) sonra İldırım Bəyazidin məğlub olaraq əsir düşməsinin ardından Dövlətşah Xatun da sultanın digər xanımları kimi Bursaya göndərildi. Burada oğlu İsa Çələbinin qısa səltənətində yaşadı və onun taxt mübarizəsində məğlub olaraq edam olunmasından sonra qalan ömrünü Bursada keçirdi. 1414-cü ildə Bursada vəfat etdi və cənazəsi Yaşıl türbə ətrafına dəfn olundu.
Mənbə
- Sakaoğlu, Necdet, Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler, Oğlak Yayıncılık. (2008)
- Bahadıroğlu, Yavuz, Resimli Osmanlı Tarihi, Nesil Yayınları, 15. Baskı, 2009,
İstinadlar
- Peirce, Leslie P., The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire, Oxford University Press, 1993,
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dovletsah Xatun ve ya Sultan Xatun 1365 Kutahya 1414 Bursa 4 cu Osmanli sultani Ildirim Beyazidin xanimi ve Germiyanoglu Suleyman beyin qizi Dovletsah XatunSexsi melumatlarDogum tarixi 1365Dogum yeri Kutahya Germiyanogullari beyliyiVefat tarixi 1414Vefat yeri Bursa Osmanli imperiyasiDefn yeri Yasil turbe BursaFealiyyeti esilzadeAtasi Germiyanoglu Suleyman beyAnasi Mutahhara Xatun Sultan Veledin qizi Heyat yoldasi Ildirim BeyazidUsaqlari Isa Celebi Boyuk Musa Celebi Kicik Musa CelebiDini islamHeyati1365 ci ilde Kutahyada dunyaya geldiyi ehtimal olunur Atasi Germiyanoglu Suleyman bey anasi ise Movlana Celaleddin Ruminin oglu Sultan Veledin qizi Mutahhara Xatundur Osmanli menbelerinde zadegan esilli olan sultan xanimlarinin adlari hormet elameti olaraq Dovlet Xatun Dovletsah Xatun ve ya Sultan Xatun olaraq qeyd olunmus bu sebeble bir coxunun esl adi bilinmemisdir Bunlardan biri olan Dovletsah Xatunun da esl adinin ne oldugu bilinmir 1378 ci ilde bas tutan merasimle Osmanli sultani Murad Hudavendigarin oglu Sahzade Beyazidle evlendirildi Eyni merasimle sultanin qizlarindan Nefise Xatun da Qaramanoglu Eli beyle nigahlanmisdir Diger Anadolu beylerinin de devet olundugu bu toy merasiminde Osmanli dovletiyle bir cox sulh baglandi Germiyanoglu Suleyman bey qizinin cehizi olaraq Kutahya Tavsanli Eyrigoz ve Simav qalalarini Osmanlilara verdi Cutluyun bu nigahdan 2 oglu dunyaya geldi Isa Celebi ve Boyuk Musa Celebi nde taxt mubarizesine girisen Kicik Musa Celebi ise onun oglu deyil Bezi menbelerde Celebi Mehmedin de anasinin Dovletsah Xatun oldugu qeyd edilse de bu melumat yanlisdir Bele ki Celebi Mehmed Ildirim Beyazidin sonradan muselman olan Dovlet Xatun adli kenizinden dunyaya gelmisdir Ankara doyusunden 1402 sonra Ildirim Beyazidin meglub olaraq esir dusmesinin ardindan Dovletsah Xatun da sultanin diger xanimlari kimi Bursaya gonderildi Burada oglu Isa Celebinin qisa seltenetinde yasadi ve onun taxt mubarizesinde meglub olaraq edam olunmasindan sonra qalan omrunu Bursada kecirdi 1414 cu ilde Bursada vefat etdi ve cenazesi Yasil turbe etrafina defn olundu MenbeSakaoglu Necdet Bu mulkun kadin sultanlari Valide sultanlar hatunlar hasekiler kadinefendiler sultanefendiler Oglak Yayincilik 2008 ISBN 978 9 753 29623 6 Bahadiroglu Yavuz Resimli Osmanli Tarihi Nesil Yayinlari 15 Baski 2009 ISBN 978 975 269 299 2IstinadlarPeirce Leslie P The Imperial Harem Women and Sovereignty in the Ottoman Empire Oxford University Press 1993 ISBN 0 19 508677 5