Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir.
Cuğa şəhəri | |
Cuğa şəhəri | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Vilayət | Naxçıvan |
Salınma tarixi | erkən orta əsrlər |
Dağılma tarixi | son orta əsrlər |
Dağılma səbəbi | tərk edilib |
Milli tərkibi | Qafqaz albanları, ermənilər, İrandilli xalqlar, azərbaycanlılar |
Müasir yeri | Arazın sağ sahilində yerləşir |
Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbirsanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir. Buradan müxtəlif kompozisiyalı ornamentlərlə naxışlanmış çəhrayı rəngli şirli və şirsiz saxsı məmulatı (fayansdan hazırlanmış kasalar xüsusilə diqqəti cəlb edir), mis sikkələr və külli miqdarda digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapıntılara əsasən Cuğada şəhər həyatının aktiv dövrünün XI–XVII əsrlərə təsadüf etməsi fikri söylənmişdir.
Cuğa karvansarası
Cuğa şəhəri ərazisində yerləşən karvansara, Azərbaycanda bu tipli abidələrin ən gözəl nümunələrindən biridir. Cuğa karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmişdir. 1978-ci ildə tədqiqatlar nəticəsində binanın planı tam üzə çıxarılmışdır. Bakı-Culfa dəmir yolu xətti çəkilərkən (1939–1940) karvansaranın təqribən yarısı dağılmışdır.
Tədqiqatlar nəticəsində Cuğa karvansarasının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 m olan Cuğa karvansarasının eni tipi Araz çayının sağ sahilində — Cənubi Azərbaycan ərazisində demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların Arazın hər iki sahilində üzbəüz yerləşməsi hələ Araz çayı üzərində Cuğa körpüsünün inşasından əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların inşa dövrünü XIII əsrin əvvəllərinə aid etməyə imkan verir.
Karvansara çay daşından inşa edilmiş və gəc məhlulu ilə suvarılmışdır. Cuğa karvansarasının salamat qalmış hissəsində çoxlu yaşayış otaqları vardır. Otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şimal tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal mövcuddur. Bu zalın təyinatı haqqında tədqiqatçıların qəti fikri yoxdur. Lakin belə plan quruluşuna malik köhnə məscidlər də vardır.
Cuğa körpüsü
Tarixi
Cuğa körpüsü böyük karvan yolu üstündə iri dayaq məntəqəsi yaradılmasının ən maraqlı örnəklərindən biridir. Bu körpü Arazın üstündə karvan yolu istiqamətində salınmış və iri ticarət qovşağı olan Cuğa şəhərinin ticarət həyatında böyük rol oynamışdır.
Körpü gözəlliyinə gorə tikildiyi dovrdən məşhurlamışdır. Həmdullah Qəzvini "Nüzhət əl Qülub" əsərində Mərənd tümənindəki ticarət şəhəri Gərgər haqqında qısa bildi verib yazmışdır ki, "…onun yanında, Araz çayı üstündə Ziyaülmülk Naxçıvani gözəl körpü tikmişdir. Bu xeyriyyəçilik sahəsində ən parlaq tikililərdən biridir." Gərgər şəhəri, indi Güney Azərbaycanda, Culfa şəhəri yaxınlığında, Mərənd-Culfa yolu üstündə yerləşən şəhərdir. Ziyaülmülkün tikdirdiyi körpü isə Cuğa körpüsüdür.
Memarlıq xüsusiyyətləri
Qırmızı qumdaşından, əhəng məhlulu ilə tikilən körpünün sahil dayağı doğrudan da körpünün inşaat texnikasının yuksəkliyindən soraq verir. Əmir Teymurun tarixcisi Şərafətdinin bu təsvirini araşdırmaçılar Cuğa körpüsünə aid edirlər: "Yonulmuş daşdan tikilmiş sarsılmaz möhkəmliyi olan yastı və düz körpü, dünya körpülərinin ən gözəlidir. Daşlarının gözəlliyi, möhkəmliyi və özümlü düzümü bütün memarları təəccübləndirir; iki tağbəndi çox ucadır və enlidir, su azalanda ölçülərkən biri 60 gəz (18,0 m), o biri 50 gəz (15,0 m) idi; kiçik tağbəndin aşağı qurtaracağında karvansara, kцrpьnьn iki ucunda isə qayalarda tayı olmayan gцzəllikdə qapılar tikilmişdi." Cuğa körpüsünün sahil dayağı içərisində bir sıra yerləşgələr indi də qalmaqdadır. Körpünün sahil dayağına bitişik tikinti qalıqlarını isə araşdırmaçılar karvansara hesab edirlər.
Culfa yaxınlığında, Arazın üstündə tikilməsi XIV yuzilin başlanğıcına aid edilən başqa bir körpünün yanında, çayın hər iki sahilində üz-üzə dayanan iki karvansara qeydə alınmışdır. Karvansaralar ayrılıqda tikilsələr də onların kцrpь ilə kompleks təşkil etdikləri və karvan yolunun iri dayaq məntəqələrindən birini yaratdıqları şübhəsizdir.
Cuğa alban məzarlığı
Culfa rayonunun, Gülüstan kəndindən şimal-qərbdə, qədim Cuğa şəhərinin qərb qurtaracağında yerləşən orta əsrlərə aid arxeoloji, tarixi memarlıq abidələri kompleksi olan Cuğa qəbiristanlığı Azərbaycan mədəniyyətinin maraqlı abidələr qrupunu özündə cəmləşdirmişdir. Cuğa qəbiristanlığında müxtəlif dövrlərə aid məzarlar vardır ki, bunların da əksəri xristian məzarlarıdır. Məhz buna əsasən də şəhərə əhalisinin böyük əksəriyyətinin xristianlar olması gümün edilir. Bununla belə, qəbirsanlıqda az da olsa, müsəlman qəbirlərinə də rast gəlinməkdədir. Qəbir abidələrinin əksəri XI–XVII əsrlərə aid olsa da, məzarlıqda son dövr qəbir abidələri də vardır.
Qəbir abidələri müxtəlif dövrlərə aid olub qoç daşlar (tarixi Azərbaycan ərazisinin hər yerinə səpələnmiş bu cür məzar daşları və xatirə abidələri Ağqoyunlu və Qaraqoyunlu sülalələrinin hakimiyyət dövrünün yadigarlarıdır), daş sənduqələr, düzbucaqlı prizma formasında hazırlanmış sinə və baş daşılarından ibarətdir. Başdaşılarını üzərində müxtəlif süjetli təsvirlərə (xüsusilə əjdaha obrazlarına) təsadüf olunur. Cuğa qəbiristanlığındakı xristian abidələri alban xaç daşlarının xüsusi bir qolunu təşkil edir.
Cuğa nekropolu
Maraqlı və özümlü həllə malik Cuğa xaçdaşlarının böyük əksəriyyətində eyni bir təsvir təkrar olunur: qarşı-qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə örtülmüşdür. Onların adətən açıq ağızları yana çevrilmişdir. İki əjdaha arasında qanadlı halə və ya haləyə oxşar saçı olan kişi başı təsvir edilmişdir. İkonoqrafik əlamətlərinə görə o, İsanın (ə. s.) başına oxşayır. Ümumiyyətlə bu mürəkkəb kompozisiyalarda müxtəlif din və etiqadların (zərdüştilik, mitraizm, xristianlıq və islam) birləşməsindən yaranan simvolik qrup alban sənətkarları tərəfindən təsvir edilmişdir. Təsvirlər xristian qəbir daşlarında – xaçdaşlarda yerləşdirilib – bir xaç və ya xaçlar bunu təsdiq edir. Xaçdaşlardakı İsa (ə.s.) obrazını hələ də xalq arasında yaşayan obrazlar – xeyirxah əjdaha – nəhənglər mühafizə edirlər. Dişlərini qıcamadan ağızlarını bir az açmış əjdaha başlarının İsanın başına tərəf çevrildiyini əks etdirən təsvirlər buna sübutdur.
Bu xristian-bütpərəst kompozisiyalar bir xalq içərisində müxtəlif dinlərin mövcud olması nəticəsində yaranmışdır. Cənubi Qafqazda yegan belə xalq isə Qafqaz albanları idi.
Xaçdaşların yuxarısında İsanın başı göstərilən kompozisiyalar kimi eyni qanuna tabe olan bir neçə ikonoqrafik təsvirlər – özümlü sintez yolu ilə alınmış mitraist-xristian təsvirləri vardır. Onların birinci planında tanrı, ikinci öküz (bəzən maral), quş, üçüncü və dördüncü planlarda isə mələklər (əgər əshabələr olarsa) təsvir olunmuşdur. Xristian xaçdaşında əbədi yol yoldaşları – şir, öküz və quşun təsvir edilməsi albanların bir hissəsinin xristianlığın yayıldığı dövrdə hələ də öz əsgi inamlarında qalmaları haqqında mənbələrdə verilən məlumatlarla üst-üstə düşür. İoanna Boqaslovun şərhində "…mələklər dörd canlı varlıq – qartal, buğa, şir və insan şəklində təsvir olunur. Qartal oxuyur, şir çığırır, buğa fəryad edir, insan danışır." Lakin Cuğa xaç daşlarındakı təsvirlər göstərilən simvollarla uyğun gəlmir. Belə ki, Cuğa xaç daşlarında göstərilən quş və heyvan təsvirlərinin yanında mələklər də təsvir edilmişdir. Bundan başqa əksər xaç daşlarda quş əsasən tovuz quşu obrazında təsvir olunub, buğa isə tez-tez maralla əvəzlənir. Alban mədəniyyətində tovuzquşu təsvirləri çox tez-tez rastlaşılan obrazlardandır. Gəncəsər monastırında əsas monastır binasının fasadında bu obraza tez-tez təsadüf edilir, Mingəçevir kilsə kompleksində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan və hazırda Azərbaycan Tarix Muzeyində sərgilənən xaç altlığında da (bəzi tədqiqatçılara görə bu daş qurbangahdır) həyat ağacını qoruyan iki tovuz quşu təsvir edilmişdir.
Mütəxəssislər tərəfindən tədqiq edilən Cuğa xaç daşlarında Mitranın bu atributları xristian tanrısının ayaqları yanında yerləşdirilmişdir. Xaçdaşlardan birində mərkəzi tanrı fiquru sol əlində su ilə dolu kasa tutaraq sağ əlinin iki barmağı ilə onu göstərir. Tanrının başı ətrafında üzərində üç kürə geydirilmiş (biri başının üstündə, ikisi isə üzünün yanlarında) elliptik halqa təsvir olunmuşdur. Ondan başa doğru işıq şüaları gedir. Meridional şəkildə kürələr yerləşmiş – ellips Böyük Mitranın səciyyəvi təcəssüümü, sonsuz fəzanın, kosmosun simvolik təsviridir. Kosmos mifologiyanın zeniti və onu tamamlayan kateqoriyadır. Təsvir olunmuş kompozisiyanın hər iki yanında iki çatmatağlı tağça yerləşir. Onlarda diz çökmüş, əlləri və baxışları mərkəzi tanrı fiquruna yönəlmiş mələklər təsvir olunmuşdur.
Cuğadakı başqa bir xaçdaşdakı təsvir birinci xaçdaşdakı təsvirə çox oxşayır. O da enli çatmatağlı tağçada yerləşdirilmişdir. Tanrının başı ətrafında kürələr, planetlərlə ellipsvari halə, solda ikinci planda şir, onun arxasında mələk, sağda isə öküz və quş təsvir olunub. Tanrının geyimi, onun bu xaçdaşın yanında yerləşən başqa bir xaçdaşdakı təsviri ilə anologiya təşkil edir və o, əlində su olan kasa deyil, dördüzlü sarma tutmuşdur.
Erməni alimləri Cuğadakı alban xaçdaşlarını erməni xaçkarları adlandıraraq onları XVII əsrə aid edir, bütün bu mürəkkəb dini-fəlsəfi təsvirlərin erməəni bədii şüurunun məhsulu olduğunu iddia edirlər. Lakin bu cür qarışıq dini təsvirlərin yaradılması üçün nə , nə də xristian baza olmamışdır. Hələ SSRİ hakimiyyəti dövründə müxtəlif zamanlarda cuğa xaçdaşlarının bədii və elmi baxımdan ən dəyərliləri oğurlanaraq Ermənistana aparılmışdır və hal-hazırda da həyətində erməni xaçkarları kimi sərgilənir. Üçmüədzinə aparılmış xaçdaşlar üzərində dəyişikliklər həyata keçirilmiş, onların alban yazılı hissələri silinmiş və ya tamamilə qırılmışdır. Lakin Cuğada qalan bir çox xaçdaşların üstündə alban yazıları indi də qalmaqdadır.
Xristian dövrü alban xatirə stellalarında saxlanmış bir çox xristianlığa qədərki simvolların təsvirlərinin yaranma kökləri mütəxəssislər tərəfindən tədqiq edilmiş, onların müəyyən kanonlar əsasında yerləşməsinin səbəbləri və əhəmiyyəti müəyyənləşdirilmişdir. Br çox xaçdaşlarının aşağısında adətən planet tanrıları kultuna məxsus ulduz, günəş, haça (göyün simvolu), içində su olan qablar və sair əhatəsində, yuxarı qaldırılmış əlində xaça bənzər müxtəlif mitraist simvollar aparan atlı təsvir olunmuşdur. Bunlar bir növ yeraltl makrodünyadır. Bəzi atlıların başında çalma vardır, başqaları sxematik halə içərisindədir. Biri əlində svastikaya, ya da ki, parçalanmış ellipsə bənzər nə isə tutmuşdur, çalmalı başından ona yeraltı dünyanın şeytani əlamətlərini verən iki döyüşkən buynuz çıxmışdır. Görünür bu məqsədlə hazırda Üçmüədzində saxlanan Cuğa xaçdaşındakı xaçın əsasında insan kəlləsi təsviri yerləşdirilmişdir. Altıxaçlı Cuğa xaçdaşlarındakı orta xaçın əsasındakı xonçada da buna oxşar kəllə təsviri vardır.
Mitranın tanrılar panteonu həmrahlarından birinin obrazına aid edilən və stelaların aşağı hissələrində yerləşən silahlı atlılar xristian simvolikasına maksimum yaxındır. Bunu onların əlində tutduqları Mitranın emblemindən (o həmişə kəsişən ellipslər və ya çox zaman dörd haça (dörd haça şəkilli xaçlar Kəlbəcər və Gədəbəy rayonlarının xaçdaşlarında da geniş yayılmışdır) şəklində həll olunurdu) görmək olur.
Cuğa türbəsi
Qədim Cuğa şəhəri ərazisində yerləşən Cuğa türbəsi elmi ədəbiyyatda daha çox Gülüstan türbəsi adıyla tanınmışdır. XIII əsrin yadigarı olan türbə Azərbaycanın qülləvari türbələri qrupuna daxil olmaqla Mömünə Xatun türbəsinin təsiriylə inşa edilmişdir.
Türbənin on iki üzlü gövdəsi qırmızı qumdaşıdan, orijinal quruluşlu kürsülüyü (küncləri kəsilmiş kub formalı) isə yonulmuş daşdan tikilmişdir. Azərbaycan memarlığında bəlli olan digər türbələrdən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə — kürsülüyündə yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə bəzədilmiş, dekorativ tağlarla çərçivələnmişdir.
Gövdənin oturacaqla birləşən hissəsi, eləcə də günbəzə keçid yeri stalaktit şəkilli oyma qurşaqla əhatə edilmişdir. Ornamentlərlə digər bəzək elementlərinin üzvi surətdə birləşdirilməsi və əlaqələndirilməsi abidəyə qabarıq və elastik görkəm verir.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Ə. V. Salamzadə, K. M. Məmmədzadə — Arazboyu abidələr, Bakı, 1979
- Ə. V. Salamzadə, K. M. Məmmədzadə — Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri, Bakı, 1985
- Ə. V. Salamzadə, K. M. Məmmədzadə — Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri, Bakı, 1985, səh 26
- Ə. V. Salamzadə, K. M. Məmmədzadə — Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri, Bakı, 1985, səh 61
- C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq, 1991, səh 136
- C. Qiyasi – Nizami dovrunun memarlıq abidələri, Bakı, İşıq, 1991, səh 136
- C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq, 1991, səh 137
- A. Axundova, M. D. Axundov – Cuğa xaçdaşları, Azərbaycan abidələri dərgisi, N1, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1984
- Д. И. Протопопов – Обьяснение всеносного бдения и литургии, Москва, изд. Стунина, 1908, стр 69
- Д. А. Ахундов – Архитектура древних культовых сооружений Азербайджана, Уч. Зап. Мин. Ви СС, сер. Х, №3, 1974, Баку, стр 5
- М. Д. Ахундов – Пространство и время в мифологической картине мира, Сб. "В. И. Ленин и некоторые вопросы развития научного познания", изд. Елм, Баку, 1980, стр 153
- Ə. V. Salamzadə — Əcəmi Əbubəkr oğlu və Naxçıvan memarlıq abidələri, Bakı, 1976
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cuga Culfa rayonunun Gulustan kendinden simal qerbde orta esrlere aid yasayis yeri seher xarabaligi olan arxeoloji abide Tarixi menbelerede adi Boyuk Ipek Yolu uzerinde olan muhum ticaret qovsaqlarindan biri kimi cekilen Cuga seherinin ehalisinin ekseriyyetini xristian albanlarin teskil etdiyi guman edilir Seherin qebiristanligindaki qebirler bunu demeye esas verir Cuga nekropolundaki xac daslar alban xac daslarinin xususi qrupunu teskil etmekle boyuk tarixi ehemiyyete malikdir Cuga seheriCuga seheriCuga seher xarabaliginin panorami on planda Gulustan turbesi Olke AzerbaycanVilayet NaxcivanSalinma tarixi erken orta esrlerDagilma tarixi son orta esrlerDagilma sebebi terk edilibMilli terkibi Qafqaz albanlari ermeniler Irandilli xalqlar azerbaycanlilarMuasir yeri Arazin sag sahilinde yerlesir Seher simalda hundur dag silsilesi cenubda Araz cayi qerbde qebirsanliqla mehdudlasir Seherin erazisi Araz cayinin sol sahilinde ensiz zolaq seklinde qerbden serqe dogru uzanir Seherin ekser yasayis binalari ve tarixi memarliq abideleri tamamile dagilmis tikinti qaliqlari xususile bismis kerpic etrafa sepelenmisdir Buradan muxtelif kompozisiyali ornamentlerle naxislanmis cehrayi rengli sirli ve sirsiz saxsi memulati fayansdan hazirlanmis kasalar xususile diqqeti celb edir mis sikkeler ve kulli miqdarda diger maddi medeniyyet numuneleri askar olunmusdur Tapintilara esasen Cugada seher heyatinin aktiv dovrunun XI XVII esrlere tesaduf etmesi fikri soylenmisdir Cuga karvansarasiCuga seheri erazisinde yerlesen karvansara Azerbaycanda bu tipli abidelerin en gozel numunelerinden biridir Cuga karvansarasinin qaliqlari 1974 cu ilde col tedqiqat isleri zamani askar edilmisdir 1978 ci ilde tedqiqatlar neticesinde binanin plani tam uze cixarilmisdir Baki Culfa demir yolu xetti cekilerken 1939 1940 karvansaranin teqriben yarisi dagilmisdir Tedqiqatlar neticesinde Cuga karvansarasinin Azerbaycanda yol karvansaralari icerisinde en gorkemli ve mohtesem abide oldugu mueyyenlesdirilmisdir Umumi uzunlugu 37 m olan Cuga karvansarasinin eni tipi Araz cayinin sag sahilinde Cenubi Azerbaycan erazisinde demek olar ki butunlukle salamat qalmisdir Karvansaralarin Arazin her iki sahilinde uzbeuz yerlesmesi hele Araz cayi uzerinde Cuga korpusunun insasindan evvel burada cay beresinin islediyini gosterir ve karvansaralarin insa dovrunu XIII esrin evvellerine aid etmeye imkan verir Karvansara cay dasindan insa edilmis ve gec mehlulu ile suvarilmisdir Cuga karvansarasinin salamat qalmis hissesinde coxlu yasayis otaqlari vardir Otaqlarin ortuk hissesi maraqli konstruksiyaya malikdir Binanin simal terefinde sag ve solda tag formasinda derin divar oyuqlari olan boyuk zal movcuddur Bu zalin teyinati haqqinda tedqiqatcilarin qeti fikri yoxdur Lakin bele plan qurulusuna malik kohne mescidler de vardir Cuga korpusuTarixi Cuga korpusu boyuk karvan yolu ustunde iri dayaq menteqesi yaradilmasinin en maraqli orneklerinden biridir Bu korpu Arazin ustunde karvan yolu istiqametinde salinmis ve iri ticaret qovsagi olan Cuga seherinin ticaret heyatinda boyuk rol oynamisdir Korpu gozelliyine gore tikildiyi dovrden meshurlamisdir Hemdullah Qezvini Nuzhet el Qulub eserinde Merend tumenindeki ticaret seheri Gerger haqqinda qisa bildi verib yazmisdir ki onun yaninda Araz cayi ustunde Ziyaulmulk Naxcivani gozel korpu tikmisdir Bu xeyriyyecilik sahesinde en parlaq tikililerden biridir Gerger seheri indi Guney Azerbaycanda Culfa seheri yaxinliginda Merend Culfa yolu ustunde yerlesen seherdir Ziyaulmulkun tikdirdiyi korpu ise Cuga korpusudur Memarliq xususiyyetleri Qirmizi qumdasindan eheng mehlulu ile tikilen korpunun sahil dayagi dogrudan da korpunun insaat texnikasinin yuksekliyinden soraq verir Emir Teymurun tarixcisi Serafetdinin bu tesvirini arasdirmacilar Cuga korpusune aid edirler Yonulmus dasdan tikilmis sarsilmaz mohkemliyi olan yasti ve duz korpu dunya korpulerinin en gozelidir Daslarinin gozelliyi mohkemliyi ve ozumlu duzumu butun memarlari teeccublendirir iki tagbendi cox ucadir ve enlidir su azalanda olculerken biri 60 gez 18 0 m o biri 50 gez 15 0 m idi kicik tagbendin asagi qurtaracaginda karvansara kcrpnn iki ucunda ise qayalarda tayi olmayan gczellikde qapilar tikilmisdi Cuga korpusunun sahil dayagi icerisinde bir sira yerlesgeler indi de qalmaqdadir Korpunun sahil dayagina bitisik tikinti qaliqlarini ise arasdirmacilar karvansara hesab edirler Culfa yaxinliginda Arazin ustunde tikilmesi XIV yuzilin baslangicina aid edilen basqa bir korpunun yaninda cayin her iki sahilinde uz uze dayanan iki karvansara qeyde alinmisdir Karvansaralar ayriliqda tikilseler de onlarin kcrp ile kompleks teskil etdikleri ve karvan yolunun iri dayaq menteqelerinden birini yaratdiqlari subhesizdir Cuga alban mezarligiCuga nekropolu Culfa rayonunun Gulustan kendinden simal qerbde qedim Cuga seherinin qerb qurtaracaginda yerlesen orta esrlere aid arxeoloji tarixi memarliq abideleri kompleksi olan Cuga qebiristanligi Azerbaycan medeniyyetinin maraqli abideler qrupunu ozunde cemlesdirmisdir Cuga qebiristanliginda muxtelif dovrlere aid mezarlar vardir ki bunlarin da ekseri xristian mezarlaridir Mehz buna esasen de sehere ehalisinin boyuk ekseriyyetinin xristianlar olmasi gumun edilir Bununla bele qebirsanliqda az da olsa muselman qebirlerine de rast gelinmekdedir Qebir abidelerinin ekseri XI XVII esrlere aid olsa da mezarliqda son dovr qebir abideleri de vardir Qebir abideleri muxtelif dovrlere aid olub qoc daslar tarixi Azerbaycan erazisinin her yerine sepelenmis bu cur mezar daslari ve xatire abideleri Agqoyunlu ve Qaraqoyunlu sulalelerinin hakimiyyet dovrunun yadigarlaridir das senduqeler duzbucaqli prizma formasinda hazirlanmis sine ve bas dasilarindan ibaretdir Basdasilarini uzerinde muxtelif sujetli tesvirlere xususile ejdaha obrazlarina tesaduf olunur Cuga qebiristanligindaki xristian abideleri alban xac daslarinin xususi bir qolunu teskil edir Cuga nekropolu Esas meqale Alban xac daslari Maraqli ve ozumlu helle malik Cuga xacdaslarinin boyuk ekseriyyetinde eyni bir tesvir tekrar olunur qarsi qarsiya durmus iki qanadli ejdahanin bedeni buynuz zirehle ortulmusdur Onlarin adeten aciq agizlari yana cevrilmisdir Iki ejdaha arasinda qanadli hale ve ya haleye oxsar saci olan kisi basi tesvir edilmisdir Ikonoqrafik elametlerine gore o Isanin e s basina oxsayir Umumiyyetle bu murekkeb kompozisiyalarda muxtelif din ve etiqadlarin zerdustilik mitraizm xristianliq ve islam birlesmesinden yaranan simvolik qrup alban senetkarlari terefinden tesvir edilmisdir Tesvirler xristian qebir daslarinda xacdaslarda yerlesdirilib bir xac ve ya xaclar bunu tesdiq edir Xacdaslardaki Isa e s obrazini hele de xalq arasinda yasayan obrazlar xeyirxah ejdaha nehengler muhafize edirler Dislerini qicamadan agizlarini bir az acmis ejdaha baslarinin Isanin basina teref cevrildiyini eks etdiren tesvirler buna subutdur Bu xristian butperest kompozisiyalar bir xalq icerisinde muxtelif dinlerin movcud olmasi neticesinde yaranmisdir Cenubi Qafqazda yegan bele xalq ise Qafqaz albanlari idi Xacdaslarin yuxarisinda Isanin basi gosterilen kompozisiyalar kimi eyni qanuna tabe olan bir nece ikonoqrafik tesvirler ozumlu sintez yolu ile alinmis mitraist xristian tesvirleri vardir Onlarin birinci planinda tanri ikinci okuz bezen maral qus ucuncu ve dorduncu planlarda ise melekler eger eshabeler olarsa tesvir olunmusdur Xristian xacdasinda ebedi yol yoldaslari sir okuz ve qusun tesvir edilmesi albanlarin bir hissesinin xristianligin yayildigi dovrde hele de oz esgi inamlarinda qalmalari haqqinda menbelerde verilen melumatlarla ust uste dusur Ioanna Boqaslovun serhinde melekler dord canli varliq qartal buga sir ve insan seklinde tesvir olunur Qartal oxuyur sir cigirir buga feryad edir insan danisir Lakin Cuga xac daslarindaki tesvirler gosterilen simvollarla uygun gelmir Bele ki Cuga xac daslarinda gosterilen qus ve heyvan tesvirlerinin yaninda melekler de tesvir edilmisdir Bundan basqa ekser xac daslarda qus esasen tovuz qusu obrazinda tesvir olunub buga ise tez tez maralla evezlenir Alban medeniyyetinde tovuzqusu tesvirleri cox tez tez rastlasilan obrazlardandir Genceser monastirinda esas monastir binasinin fasadinda bu obraza tez tez tesaduf edilir Mingecevir kilse kompleksinde aparilan arxeoloji qazintilar zamani askarlanan ve hazirda Azerbaycan Tarix Muzeyinde sergilenen xac altliginda da bezi tedqiqatcilara gore bu das qurbangahdir heyat agacini qoruyan iki tovuz qusu tesvir edilmisdir Mutexessisler terefinden tedqiq edilen Cuga xac daslarinda Mitranin bu atributlari xristian tanrisinin ayaqlari yaninda yerlesdirilmisdir Xacdaslardan birinde merkezi tanri fiquru sol elinde su ile dolu kasa tutaraq sag elinin iki barmagi ile onu gosterir Tanrinin basi etrafinda uzerinde uc kure geydirilmis biri basinin ustunde ikisi ise uzunun yanlarinda elliptik halqa tesvir olunmusdur Ondan basa dogru isiq sualari gedir Meridional sekilde kureler yerlesmis ellips Boyuk Mitranin seciyyevi tecessuumu sonsuz fezanin kosmosun simvolik tesviridir Kosmos mifologiyanin zeniti ve onu tamamlayan kateqoriyadir Tesvir olunmus kompozisiyanin her iki yaninda iki catmatagli tagca yerlesir Onlarda diz cokmus elleri ve baxislari merkezi tanri fiquruna yonelmis melekler tesvir olunmusdur Cugadaki basqa bir xacdasdaki tesvir birinci xacdasdaki tesvire cox oxsayir O da enli catmatagli tagcada yerlesdirilmisdir Tanrinin basi etrafinda kureler planetlerle ellipsvari hale solda ikinci planda sir onun arxasinda melek sagda ise okuz ve qus tesvir olunub Tanrinin geyimi onun bu xacdasin yaninda yerlesen basqa bir xacdasdaki tesviri ile anologiya teskil edir ve o elinde su olan kasa deyil dorduzlu sarma tutmusdur Ermeni alimleri Cugadaki alban xacdaslarini ermeni xackarlari adlandiraraq onlari XVII esre aid edir butun bu murekkeb dini felsefi tesvirlerin ermeeni bedii suurunun mehsulu oldugunu iddia edirler Lakin bu cur qarisiq dini tesvirlerin yaradilmasi ucun ne ne de xristian baza olmamisdir Hele SSRI hakimiyyeti dovrunde muxtelif zamanlarda cuga xacdaslarinin bedii ve elmi baximdan en deyerlileri ogurlanaraq Ermenistana aparilmisdir ve hal hazirda da heyetinde ermeni xackarlari kimi sergilenir Ucmuedzine aparilmis xacdaslar uzerinde deyisiklikler heyata kecirilmis onlarin alban yazili hisseleri silinmis ve ya tamamile qirilmisdir Lakin Cugada qalan bir cox xacdaslarin ustunde alban yazilari indi de qalmaqdadir Xristian dovru alban xatire stellalarinda saxlanmis bir cox xristianliga qederki simvollarin tesvirlerinin yaranma kokleri mutexessisler terefinden tedqiq edilmis onlarin mueyyen kanonlar esasinda yerlesmesinin sebebleri ve ehemiyyeti mueyyenlesdirilmisdir Br cox xacdaslarinin asagisinda adeten planet tanrilari kultuna mexsus ulduz gunes haca goyun simvolu icinde su olan qablar ve sair ehatesinde yuxari qaldirilmis elinde xaca benzer muxtelif mitraist simvollar aparan atli tesvir olunmusdur Bunlar bir nov yeraltl makrodunyadir Bezi atlilarin basinda calma vardir basqalari sxematik hale icerisindedir Biri elinde svastikaya ya da ki parcalanmis ellipse benzer ne ise tutmusdur calmali basindan ona yeralti dunyanin seytani elametlerini veren iki doyusken buynuz cixmisdir Gorunur bu meqsedle hazirda Ucmuedzinde saxlanan Cuga xacdasindaki xacin esasinda insan kellesi tesviri yerlesdirilmisdir Altixacli Cuga xacdaslarindaki orta xacin esasindaki xoncada da buna oxsar kelle tesviri vardir Mitranin tanrilar panteonu hemrahlarindan birinin obrazina aid edilen ve stelalarin asagi hisselerinde yerlesen silahli atlilar xristian simvolikasina maksimum yaxindir Bunu onlarin elinde tutduqlari Mitranin embleminden o hemise kesisen ellipsler ve ya cox zaman dord haca dord haca sekilli xaclar Kelbecer ve Gedebey rayonlarinin xacdaslarinda da genis yayilmisdir seklinde hell olunurdu gormek olur Cuga turbesiEsas meqale Gulustan turbesi Qedim Cuga seheri erazisinde yerlesen Cuga turbesi elmi edebiyyatda daha cox Gulustan turbesi adiyla taninmisdir XIII esrin yadigari olan turbe Azerbaycanin qullevari turbeleri qrupuna daxil olmaqla Momune Xatun turbesinin tesiriyle insa edilmisdir Turbenin on iki uzlu govdesi qirmizi qumdasidan orijinal quruluslu kursuluyu kuncleri kesilmis kub formali ise yonulmus dasdan tikilmisdir Azerbaycan memarliginda belli olan diger turbelerden ferqli olaraq Gulustan turbesinin serdabesi yerustu hissede kursuluyunde yerlesir Turbenin sethleri oyma hendesi ornamentlerle bezedilmis dekorativ taglarla cercivelenmisdir Govdenin oturacaqla birlesen hissesi elece de gunbeze kecid yeri stalaktit sekilli oyma qursaqla ehate edilmisdir Ornamentlerle diger bezek elementlerinin uzvi suretde birlesdirilmesi ve elaqelendirilmesi abideye qabariq ve elastik gorkem verir IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir E V Salamzade K M Memmedzade Arazboyu abideler Baki 1979 E V Salamzade K M Memmedzade Azerbaycan memarliginin Naxcivan mektebi abideleri Baki 1985 E V Salamzade K M Memmedzade Azerbaycan memarliginin Naxcivan mektebi abideleri Baki 1985 seh 26 E V Salamzade K M Memmedzade Azerbaycan memarliginin Naxcivan mektebi abideleri Baki 1985 seh 61 C Qiyasi Nizami dovrunun memarliq abideleri Baki Isiq 1991 seh 136 C Qiyasi Nizami dovrunun memarliq abideleri Baki Isiq 1991 seh 136 C Qiyasi Nizami dovrunun memarliq abideleri Baki Isiq 1991 seh 137 A Axundova M D Axundov Cuga xacdaslari Azerbaycan abideleri dergisi N1 Baki Azerbaycan Dovlet Nesriyyati 1984 D I Protopopov Obyasnenie vsenosnogo bdeniya i liturgii Moskva izd Stunina 1908 str 69 D A Ahundov Arhitektura drevnih kultovyh sooruzhenij Azerbajdzhana Uch Zap Min Vi SS ser H 3 1974 Baku str 5 M D Ahundov Prostranstvo i vremya v mifologicheskoj kartine mira Sb V I Lenin i nekotorye voprosy razvitiya nauchnogo poznaniya izd Elm Baku 1980 str 153 E V Salamzade Ecemi Ebubekr oglu ve Naxcivan memarliq abideleri Baki 1976Hemcinin baxAlban xac daslari Azerbaycan memarligi Boyuk surgun