Con Maksvell Kutzee (ing. John Maxwell Coetzee; 9 fevral 1940[…], Keyptaun, Cənubi Afrika İttifaqı) — CAR əsilli yazıçı, tənqidçi, dilçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2003), iki dəfə Buker mükafatı almış ilk yazıçı (1983, 1999).
Con Maksvell Kutzee | |
---|---|
ing. John Maxwell Coetzee | |
Doğum tarixi | 9 fevral 1940[…](84 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | dilçi, tərcüməçi, roman yazıçısı, esseist, librettoçu, ssenarist, universitet müəllimi[d], şair, yazıçı, nasir, tənqidçi |
Əsərlərinin dili | ingilis dili |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Con Maksvell Kutzee əslən Cənubi Afrikadan olan yazıçı, tərcüməçi və pedaqoqdur. Son illər Avstraliyada yaşayır. Həm ata, həm də ana tərəfdən XVII əsrdə Danimarkadan Afrikanın cənubuna köç edən mühacirlərin nəslindəndir. Ana babalarından birinin polyak olduğu haqqında məlumatlar mövcuddur. Orta təhsilini Keyptaundakı katolik məktəbində, ali təhsilini isə Keyptaun universitetində almış, universiteti 1960-cı ildə ingilis dili və ədəbiyyatı, 1961-ci ildə isə riyaziyyat üzrə magistr dərəcəsi ilə bitirmişdi.
Keçən əsrin 60-cı illərinin əvvəllərində bir müddət Böyük Britaniyada yaşayan Kutzee burada kompüter proqramçısı kimi çalışmışdı. Eyni zamanda təhsilini də davam etdirmiş və bu dəfə Keyptaun universitetindən incəsənət magistri dərəcəsi almışdı. Müəllif həyatının həmin dövrünü "Uşaqlıq" (1997) və "Gənclik" (2002) avtobioqrafik romanlarında işıqlandırmışdı. ABŞ-də pedaqoji sahədə işlədiyi illərdə Con Kutzee Texas universitetində Samuel Bekketin poetik dilinin kompüter təhlilinə həsr olunmuş dissertasiya müdafiə etmişdi.
Yazıçı 1971-ci ildə ABŞ-də oturum izni almış və Nyu-Yorkdakı Buffalo universitetində ingilis ədəbiyyatı professoru vəzifəsində çalışmışdı. Lakin Vyetnam müharibəsi ilə bağlı sərt antiamerikan mövqeyinə görə onun "yaşıl kartına" xitam verilmişdi. Təxminən iyirmi il Keyptaunda yaşadıqdan sonra Con Kutzee 2003-cü ildə yenidən ABŞ-yə, Çikaqo universitetinə dönmüşdü. 2006-cı ildə o, Avstraliya vətəndaşlığını qəbul etmişdi. Yazıçının bu addımı son illərdə ağdərili əhalinin Cənubi Afrikanı kütləvi köçü ilə əlaqəlidir. Hazırda Con Kutzee Avstraliyanın Adeleida universitetində çalışır. Orijinal bədii yaradıcılığı ilə bir sırada Danimarka və yerli Afrikaans dillərindən tərcümələri ilə də tanınır.
Yazıçı əsərlərindəki hadisələri mücərrəd mühitdə, konkret zaman və məkan fövqündə təsvir etməyə çalışsa da, onun romanlarında Cənubi Afrikanın konturları aydın görünür. Doğrudur, həmvətəni, Nobel laureatı Nadine Qordimerdən fərqli olaraq Kutzee heç vaxt aparteidə və irqi ayrıseçkiliyə qarşı açıq və barışmaz mübarizəsi ilə fərqlənməmişdi. Lakin bu zahiri passivlik fonunda yazıçı "Vəhşiləri gözlərkən" (1980), "Mixael K.-nın həyatı və dövrü" (1983) romanlarında insan şəxsiyyətini və mənliyini alçaldanlara, dini, irqi və milli təzyiqə əl atanlara ittihamlarını kifayət qədər güclü ifadə etmişdir.
Cənubi Afrika yazıçısının 1984-cü ildə çap olunan "Peterburqlu ustad" romanı ilk növbədə bədii formasının orijinallığı ilə diqqəti çəkir. Kutzee ustadı saydığı Dostoyevskinin "Cinlər" romanının süjeti ilə rus yazıçısının bioqrafiyasını birləşdirmişdir. Əsərin eksperiment xarakterli mürəkkəb fabulası ilk növbədə müəllifə yaradıcılıq problemlərinə daha dərindən nüfuz etmək imkanı vermişdir. Kutzee həyat faktlarını böyük ustalıqla sənətə çevirmək üçün rus yazıçısının qəlbini şeytana satması prosesini inandırıcılıqla göstərə bilmişdi.
İrqi ayrı-seçkilik siyasəti ilə vidalaşan Cənubi Afrikanın müasir həyatı Kutzeenin "Şərəfsizlik" romanında bədii əksini tapmışdır. Yazıçı bu əsərində müstəmləkə rejimi şəraitindəki ölkələrdə xalqın maaarifləndirilməsi, milli mənəvi dəyərlərin yaşadılması baxımından ziyalının, müəllimin, universitet professorunun üzərinə nə qədər böyük və ciddi vəzifələr düşdüyünü açıqlamağa çalışmışdı. Kutzee "ziyalı və cəmiyyət" mövzusu ilə bağlı polemik düşüncələrini "Elizabet Kastello" (2003) romanında da davam etdirmişdi. Con Maksvell Kutzee 2003-cü ildə "özgə, yad insanların üzləşdikləri saysız-hesabsız çətinlikləri heyrətamiz müxtəlifliklərlə əks etdirdiyinə görə" ilin Nobel mükafatı laureatı olmuşdu. Onun rəqibləri amerikan yazıçısı Filip Rot, İsveç yazıçısı Toman Transtryomer və əsərlərini Adonis təxəllüsü ilə çap etdirən Suriya şairi Əli Əhmən Səid idi. Nobel laureatının adı elan olunmamışdan bir müddət əvvəl ABŞ-nin İraqa hücumunun ərəb-müsəlman dünyasında xristianlara qarşı doğurduğu qəzəb hissini soyutmaq üçün mükafatın mütləq suriyalı şairə veriləcəyi proqnozlaşdırılırdı. Lakin İsveç Akademiyası növbəti dəfə seçiminin gözlənilməzliyini nümayiş etdirdi.
2005-ci ildə Cənubi Afrika prezidenti Con Kutzeeni "ədəbiyyat sahəsində müstəsna xidmətlərinə və Cənubi Afrikanı dünya miqyasında tanıtdığına görə" birinci dərəcəli (qızıl) Mapunqubve ordeni ilə təltif etmişdi.
Kutzee son dərəcə qapalı adamdır. O, əsl rahib həyatı keçirir: tənhalığı sevir, içki içmir, siqaret çəkmir, ət yemir, səs-küylü məclislərə qatılmır. Yazıçını hətta uzun illər tanıyan həmkarları da onun heç vaxt zarafat etmədiyini, çox nadir hallarda gülümsədiyini xatırlayırlar. Danışmağa gəldikdə isə, Kutzee heç vaxt şifahi müsahibə vermir, sözü ondan, necə deyərlər, kəlbətinlə çəkmək lazım gəlir. Kitablarını nadir hallarda avtoqrafla bağışlayır. Ona görə də imzaladığı nüsxələr auksionlarda baha qiymətə satılır. Yazıçı 1960-cı ildə ailə həyatı qursa da, 1980-cı ildə arvadından boşanmışdı. Bu nikahdan oğlu və qızı doğulmuşdu. Lakin oğlu 23 yaşında bədbəxt hadisə nəticəsində həlak olmuşdu. Kutzee həyatının bu faciəli anını "Peterburqlu ustad" romanında əks etdirmişdi. "Mixael K.-nın həyatı və dövrü" (1983), habelə "Şərəfsizlik" (1999) romanlarına görə iki dəfə Buker mükafatına layiq görülsə də (ədəbi aləmdə bu ümumiyyətlə, nadir hadisədir) təqdimat mərasimlərindən heç birində iştirak etməmişdi. Doğrudur, o, Nobel mükafatı almaq üçün Stokholma gəlmişdi. Və maraqlıdır ki, Nobel mühazirəsini başdan-başa tənhalıq məsələlərinə, habelə Pobinzon Kruzo sindromuna həsr etmişdi.
İstinadlar
- J.M. Coetzee // Encyclopædia Britannica (ing.).
- J. M. Coetzee // Internet Speculative Fiction Database (ing.). 1995.
- Deutsche Nationalbibliothek Record #118895117 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Con Maksvell Kutzee ing John Maxwell Coetzee 9 fevral 1940 Keyptaun Cenubi Afrika Ittifaqi CAR esilli yazici tenqidci dilci Edebiyyat uzre Nobel mukafati laureati 2003 iki defe Buker mukafati almis ilk yazici 1983 1999 Con Maksvell Kutzeeing John Maxwell CoetzeeDogum tarixi 9 fevral 1940 1940 02 09 84 yas Dogum yeri Keyptaun Cenubi Afrika IttifaqiTehsili Ostin Texas Universiteti Adelaida UniversitetiFealiyyeti dilci tercumeci roman yazicisi esseist librettocu ssenarist universitet muellimi d sair yazici nasir tenqidciEserlerinin dili ingilis diliUzvluyu Amerika Incesenet ve Elmler Akademiyasi Kral Edebiyyat Cemiyyeti d Mukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiCon Maksvell Kutzee eslen Cenubi Afrikadan olan yazici tercumeci ve pedaqoqdur Son iller Avstraliyada yasayir Hem ata hem de ana terefden XVII esrde Danimarkadan Afrikanin cenubuna koc eden muhacirlerin neslindendir Ana babalarindan birinin polyak oldugu haqqinda melumatlar movcuddur Orta tehsilini Keyptaundaki katolik mektebinde ali tehsilini ise Keyptaun universitetinde almis universiteti 1960 ci ilde ingilis dili ve edebiyyati 1961 ci ilde ise riyaziyyat uzre magistr derecesi ile bitirmisdi Kecen esrin 60 ci illerinin evvellerinde bir muddet Boyuk Britaniyada yasayan Kutzee burada komputer proqramcisi kimi calismisdi Eyni zamanda tehsilini de davam etdirmis ve bu defe Keyptaun universitetinden incesenet magistri derecesi almisdi Muellif heyatinin hemin dovrunu Usaqliq 1997 ve Genclik 2002 avtobioqrafik romanlarinda isiqlandirmisdi ABS de pedaqoji sahede islediyi illerde Con Kutzee Texas universitetinde Samuel Bekketin poetik dilinin komputer tehliline hesr olunmus dissertasiya mudafie etmisdi Yazici 1971 ci ilde ABS de oturum izni almis ve Nyu Yorkdaki Buffalo universitetinde ingilis edebiyyati professoru vezifesinde calismisdi Lakin Vyetnam muharibesi ile bagli sert antiamerikan movqeyine gore onun yasil kartina xitam verilmisdi Texminen iyirmi il Keyptaunda yasadiqdan sonra Con Kutzee 2003 cu ilde yeniden ABS ye Cikaqo universitetine donmusdu 2006 ci ilde o Avstraliya vetendasligini qebul etmisdi Yazicinin bu addimi son illerde agderili ehalinin Cenubi Afrikani kutlevi kocu ile elaqelidir Hazirda Con Kutzee Avstraliyanin Adeleida universitetinde calisir Orijinal bedii yaradiciligi ile bir sirada Danimarka ve yerli Afrikaans dillerinden tercumeleri ile de taninir Yazici eserlerindeki hadiseleri mucerred muhitde konkret zaman ve mekan fovqunde tesvir etmeye calissa da onun romanlarinda Cenubi Afrikanin konturlari aydin gorunur Dogrudur hemveteni Nobel laureati Nadine Qordimerden ferqli olaraq Kutzee hec vaxt aparteide ve irqi ayriseckiliye qarsi aciq ve barismaz mubarizesi ile ferqlenmemisdi Lakin bu zahiri passivlik fonunda yazici Vehsileri gozlerken 1980 Mixael K nin heyati ve dovru 1983 romanlarinda insan sexsiyyetini ve menliyini alcaldanlara dini irqi ve milli tezyiqe el atanlara ittihamlarini kifayet qeder guclu ifade etmisdir Cenubi Afrika yazicisinin 1984 cu ilde cap olunan Peterburqlu ustad romani ilk novbede bedii formasinin orijinalligi ile diqqeti cekir Kutzee ustadi saydigi Dostoyevskinin Cinler romaninin sujeti ile rus yazicisinin bioqrafiyasini birlesdirmisdir Eserin eksperiment xarakterli murekkeb fabulasi ilk novbede muellife yaradiciliq problemlerine daha derinden nufuz etmek imkani vermisdir Kutzee heyat faktlarini boyuk ustaliqla senete cevirmek ucun rus yazicisinin qelbini seytana satmasi prosesini inandiriciliqla gostere bilmisdi Irqi ayri seckilik siyaseti ile vidalasan Cenubi Afrikanin muasir heyati Kutzeenin Serefsizlik romaninda bedii eksini tapmisdir Yazici bu eserinde mustemleke rejimi seraitindeki olkelerde xalqin maaariflendirilmesi milli menevi deyerlerin yasadilmasi baximindan ziyalinin muellimin universitet professorunun uzerine ne qeder boyuk ve ciddi vezifeler dusduyunu aciqlamaga calismisdi Kutzee ziyali ve cemiyyet movzusu ile bagli polemik dusuncelerini Elizabet Kastello 2003 romaninda da davam etdirmisdi Con Maksvell Kutzee 2003 cu ilde ozge yad insanlarin uzlesdikleri saysiz hesabsiz cetinlikleri heyretamiz muxtelifliklerle eks etdirdiyine gore ilin Nobel mukafati laureati olmusdu Onun reqibleri amerikan yazicisi Filip Rot Isvec yazicisi Toman Transtryomer ve eserlerini Adonis texellusu ile cap etdiren Suriya sairi Eli Ehmen Seid idi Nobel laureatinin adi elan olunmamisdan bir muddet evvel ABS nin Iraqa hucumunun ereb muselman dunyasinda xristianlara qarsi dogurdugu qezeb hissini soyutmaq ucun mukafatin mutleq suriyali saire verileceyi proqnozlasdirilirdi Lakin Isvec Akademiyasi novbeti defe seciminin gozlenilmezliyini numayis etdirdi 2005 ci ilde Cenubi Afrika prezidenti Con Kutzeeni edebiyyat sahesinde mustesna xidmetlerine ve Cenubi Afrikani dunya miqyasinda tanitdigina gore birinci dereceli qizil Mapunqubve ordeni ile teltif etmisdi Kutzee son derece qapali adamdir O esl rahib heyati kecirir tenhaligi sevir icki icmir siqaret cekmir et yemir ses kuylu meclislere qatilmir Yazicini hetta uzun iller taniyan hemkarlari da onun hec vaxt zarafat etmediyini cox nadir hallarda gulumsediyini xatirlayirlar Danismaga geldikde ise Kutzee hec vaxt sifahi musahibe vermir sozu ondan nece deyerler kelbetinle cekmek lazim gelir Kitablarini nadir hallarda avtoqrafla bagislayir Ona gore de imzaladigi nusxeler auksionlarda baha qiymete satilir Yazici 1960 ci ilde aile heyati qursa da 1980 ci ilde arvadindan bosanmisdi Bu nikahdan oglu ve qizi dogulmusdu Lakin oglu 23 yasinda bedbext hadise neticesinde helak olmusdu Kutzee heyatinin bu facieli anini Peterburqlu ustad romaninda eks etdirmisdi Mixael K nin heyati ve dovru 1983 habele Serefsizlik 1999 romanlarina gore iki defe Buker mukafatina layiq gorulse de edebi alemde bu umumiyyetle nadir hadisedir teqdimat merasimlerinden hec birinde istirak etmemisdi Dogrudur o Nobel mukafati almaq ucun Stokholma gelmisdi Ve maraqlidir ki Nobel muhaziresini basdan basa tenhaliq meselelerine habele Pobinzon Kruzo sindromuna hesr etmisdi IstinadlarJ M Coetzee Encyclopaedia Britannica ing J M Coetzee Internet Speculative Fiction Database ing 1995 Deutsche Nationalbibliothek Record 118895117 Umumi tenzimleme nezareti GND alm 2012 2016 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax