Britaniyanın Tibet ekspedisiyası — (həmçinin Britaniyanın Tibetə hücumu) - 1903-1904-cü illərdə Britaniya imperiyasının Tibetə qarşı müstəmləkə təcavüzü aktı. Böyük Oyunun son mərhələsinin ən böyük hərbi ekspedisiyası. XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Rusiya və Britaniya imperiyaları arasında gərgin müstəmləkə və siyasi rəqabətin nəticəsində baş vermiş hadisə. Müdaxilə Britaniya Hindistan Ordusunun köməyi ilə həyata keçirilib.
Britaniyanın Tibet ekspedisiyası | |||
---|---|---|---|
Böyük oyun | |||
| |||
Tarix | 1 dekabr 1903 — 7 sentyabr 1904 | ||
Yeri | Tibet | ||
Səbəbi | Tibeti nəzarətə almaq | ||
Nəticəsi | Britaniya imperiyasının qələbəsi | ||
Ərazi dəyişikliyi | 1908-ci ildə Çin tərəfindən kompensasiya ödənilənə qədər Çumbi Vadisinin işğalı. | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
XIX əsrin birinci yarısında Himalay əyalətlərində (Nepal, Butan və Sikkim) Britaniya təsirinin güclənməsi Hindistan və Tibet arasında daha sıx münasibətlərə səbəb oldu. 1886-cı ildə Lord Defering Kolman Maklayın ticarət ekspedisiyasını Tibetə göndərdi. Lakin bu ekspedisiya Sikkimdən kənara çıxmadı və Tzin sülaləsiinın tələbi ilə Hindistana qayıtmağa məcbur oldu. Bu cür vəziyyət qoşunları ilə Sikkimi işğal edən və Britaniya ərazisinə basqınlar törədən tibetliləri həvəsləndirdi. 1888-ci ildə hərbi ekspedisiya təşkil edildi. Tibetlilər məğlub edilərək Çumbi vadisidən qovuldu. 1890-cı ildə Kəlküttədə Sikkim və Tibetlə bağlı İngilis-Tzin Sazişi imzalandı. Bu müqavilə Britaniyanın Sikkim üzərində protektoratını tanıdı və ingilis subyektlərinə Tibetdə ticarət etməyə icazə verdi. Tibetlilər isə tacirlərə özbaşına rüsumlar qoyaraq Hindistanla ticarətə maneələr törədirdilər.
Təxminən eyni vaxtda, Mərkəzi Asiyanı tam işğal etdikdən sonra Rusiya imperiyasının sərhədləri düzənlikləri Tibetlə birbaşa bitişik olan Şərqi Türkistana yaxınlaşdı. Üstəlik, XIX əsrin son rübündə rus tədqiqatçılarının bölgədə fəaliyyəti daha da gücləndi. İngilislər Tibet hökumətinin ən fəal simalarından birinin Rusiya tərəfdarı Aqvan Dorjiyev olmasından narahat idilər. Bu mövcudluğun əhəmiyyəti Tibetin ingilis tərəfdarı olan tədqiqatçılar Ekai Kavaguçi və Sarat Çandra Das tərəfindən "casusluq" kimi yozuldu. Bu dövrdə ingilisləri narahat edən rus Nikolay Prjevalski və Pyotr Kozlovun Tibet ətraflarına, eləcə də Qombojab Tsıbikov və Ovşe Norzunovun Lhasa ekspedisiyaları baş verdi.
Tibet əlçatmazlıq baxımından qapalı bir cəmiyyət idi, həyatı Buddist dəyərlərinə söykənirdi. Əsl hakimiyyət Buddist ruhanilərinə məxsus idi. Tibet Tzin imperiyasından asılı bir dövlət idi. Lakin XIX əsrin sonunda Tszin imperiyası da Qərbin müstəmləkə ekspansiyasının obyektinə çevrildi. Bu dövrdə Tibet üç güc arasında bufer dövlətə çevrildi: Rusiya və Britaniya imperiyaları və zəifləmiş, lakin əhalisi çox olan Tszin imperiyası.
Münaqişənin kulminasiyası
1901-ci ildə Hindistanın vitse-prezidenti Lord Corc Kerzon XIII Dalay Lama ilə danışıqlar aparmağa cəhd etdi, lakin onun məktubu açılmadan geri qaytarıldı. 1903-cü ilin iyununda polkovnik Frensis Yanqhazbendin diplomatik missiyası Tibetə göndərildi. Tibetlilər danışıqları uzatdılar, sonra isə onları tamamilə tərk etdilər və missiya noyabr ayına qədər Kamba Dzonqda qaldıqdan sonra heç nə ilə Hindistana qayıtdı.
Tərəflərin gücü
İngilislər Tibetə polkovnik Frensis Yanqhazbend başda olmaqla diplomatik nümayəndəlik göndərmək qərarına gəldilər. Missiyanı briqada generalı Ceyms Makdonaldın rəhbərlik etdiyi hərbi dəstə müşayiət edirdi. Dəstənin tərkibinə 23-cü və 32-ci istehkamçılar və 8-ci Qurxa alayı, Kral Norfolk alayının pulemyot komandası və Mədrəs istehkamçıları komandası daxil idi. Ümumilikdə hərbi missiyaya 3000-ə yaxın əsgər daxil olmuşdu. Bundan əlavə, təchizat və digər dəstək üçün ekspedisiyada daha 7000 nəfər iştirak edib. Daha sonra iİngilislər əlavə qüvvələr aldı və qoşunların sayını 4600 nəfərə çatdırdı.
Tibetlilər əsasən köhnə kibrit tüfənglərdən istifadə edirdilər, baxmayaraq ki, onların təhcizatında daha müasirləri də var idi. Tibet ordusunda bir sıra rus tipli tüfənglərdən istifadə olunurdu. Onlar döyüşlərdə bəzən kiçik topları da işə salırdı. Barıt və qalay Tibetdə istehsal olunurdu və böyük miqdarda saxlanılırdı. Britaniya ordusu daha müasir, dəqiq və uzaq mənzilli tüfənglərə, həmçinin Maksim pulemyotlarına sahib idilər. Bundan əlavə, ingilislər tibetliləri strateji cəhətdən üstələdilər, nəticədə döyüşlərdə açıq üstünlüyə sahib oldular.
Tibetlilərin əhval-ruhiyyəsi çox yüksək idi. Onların inanclarına görə talismanları və duaları güllələrdən toxunulmazlıq təmin edirdi. İlk döyüşdən sonra, çoxlu tibetlilər öldürüləndə, əsgərlərə ingilis güllələrinin gümüşdən hazırlandığını və talismanların yalnız qalay güllələr üzərində işlədiyini və yenilərinə ehtiyac olduğu söyləndi. Lakin bir neçə məğlubiyyətdən sonra tibetlilərin əhval-ruhiyyəsi aşağı düşdü.
Ekspedisiyanın gedişi
Tibetə doğru irəliləyiş və Paqrinin tutulması
Polkovnik Ostin Vaddellin ekspedisiyasının təsvirində kampaniyanın Britaniya qoşunlarının dəmiryol stansiyasının yaxınlığında yerləşdiyi Siliquridən başladığını bildirir. 1903-cü ilin noyabrında Sikkimdə cəmləşən dəstə dekabrın 1-də Tibetə girdi. İrəliləyiş qəfil oldu. Qoşunlar Natu-La keçidini (4310 m) keçdi, qruplaşdırıldı və dekabrın 13-də Çumbi vadisinə (2800 m) endi. Heç bir müqavimət göstərilmədi, dərəni bağlayan daş divarda kiçik bir dəlik açıldı, bütün ordu ordan keçdi. Vadi rəhbərliyi və Mançu rəsmiləri Lhasa ilə dərhal əlaqə saxlamağı və danışıqlar üçün səlahiyyətli şəxsləri çağırmağı vəd edərək ingilislərin irəliləməsinə mane olmağa çalışdılar, lakin Tibet tərəfdən yüksək rütbəli məmurların olmaması səbəbindən ingilislər danışıqlardan imtina etdilər. Tibetlilər rəsmi olaraq etiraz etdilər, lakin ingilis qoşunlarının əhəmiyyətli üstünlüyü səbəbindən onlar tabe olmağa məcbur oldular. Mançu rəsmiləri yüksək səviyyəli ingilis zabitləri üçün ziyafət təşkil etdilər.
Dəstənin əsas qüvvələri Çumbi vadisində qaldı və 4 tabor və bir pulemyot dəstəsindən ibarət avanqard Paqri-Dzonqa (4300 m) qalasına qədər irəlilədi. Paqri, dik yoxuşdan sonra yaylada olması strateji baxımdan çox əhəmiyyətli idi. Aşığa gedən yolda hündür uçurumun altında dar yerdə Çin istehkamı var idi - burada müdafiə təşkil olunsaydı, yalnız çox ağır itkilər bahasına keçmək mümkün olardı. Lakin qoşunlar geri çəkildi və səddə ehtiyatla açıq qapı qaldı.
Paqridə Tibet nümayəndə heyəti dəstədən geri qayıtmağı xahiş etdi, lakin şəhər "hərbi səbəblərə görə" işğal edildi. Eyni zamanda, ingilislər yerli əhali ilə düzgün davranır və qoşunların sabit tariflərlə təchiz edilməsi xidmətlərini ödəyirdilər. Bu vaxt Drepung, Sera və Ganden monastırlarının abbatları olan məmurlar və yüksək lamalar Paqriyə yaxınlaşaraq yerli əhaliyə ingilisləri ərzaq və yanacaqla təmin etməyi qadağan etdilər. Britaniya rəhbərliyi Tibet hakimiyyətinə ultimatum verdi. Bununla belə, tibetlilər ingilislər qoşunlarını sərhədə geri çəkənə qədər danışıqlardan imtina etməyə başladılar.
Paqridə kiçik bir dəstə qaldı və bütün ekspedisiya ciddi bir kampaniyaya hazırlaşaraq Çumbiyə qayıtdı. Aşağıdan teleqraf naqilləri çəkildi, ordu Londonla daimi əlaqə saxlayır və ən son xəbərləri oradan öyrənirdi. Arabaçılar arabaları hissə-hissə sökərək götürür və onları artıq Tibet yaylasında yenidən yığırdılar.
Tuna və Qyantse istiqamətində yürüş
1904-cü il yanvarın əvvəlindən ordu Paqridən əsas Tibet yaylasındakı Tangla keçidindən (4580 m) kənarda Tuna traktına yenidən yürüşə başladı. Bu mövqedə ingilis qoşunları 1904-cü ilin aprelinə qədər dayanaraq istəklərini bəyan etdilər. Tunadan beş mil kənarda, təxminən 2000 nəfərdən ibarət Tibet ordusu cəmləşmişdi və bununla onlar Qyantse keçidini bağlamağa çalışırdı.
Martın 30-da bütün dəstə Tunada cəmləşdi və martın 31-də tibetlilərlə ilk döyüşün keçirildiyi Quruya doğru irəlilədi. Uğursuz danışıqlardan sonra ingilis ordusu uzun müddət manevr etdi, sonra insident nəticəsində tibet generalı siphainin əlindən tüfəngi alaraq atəş açdı ki, bu da tibetlilərə hücum siqnalı idi. İngilislər dərhal reaksiya verdilər, zabitlər tüfənglərindən atəş açaraq geri çəkilməyə başladılar və pulemyotun işə düşməsi ilə Tibet ordusu darmadağın oldu. Döyüş 10 dəqiqə davam etdi, Tibet qoşunlarından 300 ölü, 200 yaralı və 200 nəfər əsir düşdü. Lhasa generalı da öldürüldü. İngilislərin yalnız 13 yaralısı var idi. İngilislər yaralılara tibbi yardım göstərdilər, onların çoxu müalicədən sonra sıralara döndü. Kənddə bir çox evdə ingilislər tərəfindən partladılmış böyük barıt ehtiyatları var idi.
Tibet ordusunun qalan hissəsi şimala çəkildi. Aprelin 4-də ingilislər daha da irəli getməyə başladılar. Aprelin 9-da Qyantseyə gedən yoldakı dərədə ikinci döyüş oldu. Tibetlilər dar bir yerdə keçidi bağladılar və toplar qurdular. Bununla belə, tibetlilər vaxtından əvvəl, ingilislər atəş zonasına bir az çatanda atəş açmağa başladılar. İngilislər təpədən tibetliləri arxadan haqlamaq üçün siqhlərdən ibarət bir qüvvə göndərdilər. Onlar qar fırtınası yaratdı və görüntünün itməsi zamanı tibetlilər təxminən bir saat boş yerə toplardan atəş açdılar. Üç saat ərzində siqlər təpələrə qalxaraq tibetlilərə hücum etdilər. Eyni zamanda ingilislər aşağıdan atəş açmağa başladılar. Tibetlilər 150 nəfəri itirdi və ordunu geri çəkməyə məcbur oldular.
Qyantsenin tutulması, ingilislərin mühasirəsi və Dzonqa hücumu
İngilis dəstəsi hərəkətini davam etdirərək Qyantseyə yaxınlaşdı. Şəhərdə heç bir qoşun yox idi. İngilislər sərbəst şəkildə onu tutaraq, ora yerləşdilər. Onlar böyük barıt ehtiyatlarını məhv edib, bütün taxıl anbarlarını müsadirə etdilər. Dzonq qəsdən qismən dağıdıldı və hərbi düşərgə şəhərdən kiçik bir məsafədə təşkil edildi. Əsgərlər yerli əhalidən hind rupisindən Hindistanla müqayisədə çox aşağı qiymətə ərzaq və mal almaq üçün istifadə edirdilər.
Maddi-texniki təminatı təşkil etmək üçün qoşunların bir hissəsi geri çəkildi. Mayın əvvəlində pulemyotlarla silahlanmış qalan dəstənin əksəriyyəti Lhasa yolunda Karola aşırımına doğru irəlilədi. Burada daha sonra ingilislər üçün çətin, lakin uğurlu döyüş baş verdi. Mayın 4-də səhər açılmazdan əvvəl tibetlilər qəfildən böyük bir qüvvə topladılar və düşərgəni mühasirəyə aldılar, tüfəng və toplardan atəş açdılar. İngilislərə tez oyanmaq və döyüş vəziyyətinə almağa, xüsusi əmr kömək etdi, onlar qruplaşıb cavab tədbiri təşkil etdilər. Karolaya aparıldığından ingilislərin pulemyotları yox idi. Tibetlilər tələsik təmir olunan Dzonqda möhkəmləndilər. Hər tərəfdən onlara əlavə qüvvələr gəlirdi. Onlar ingilis qarnizonunun müntəzəm, lakin uzun məsafəli bombardmanını həyata keçirirdilər. İngilislər tezliklə geri qayıdan avanqardı xəbərdar etməyə müvəffəq oldular.
Bu andan iki ay davam edən ingilis düşərgəsinin mühasirəsi başladı. Tibetlilər artıq vəziyyəti hərbi dəstə adı altında diplomatik missiya kimi deyil, müharibə kimi qəbul edirdilər. Bir neçə çinli məmur daimi atəşə məruz qalan ingilislərlə açıq-aşkar münaqişəyə girməməyə çalışırdı. Bir müddət sonra tibetlilər böyük bir top qurdular, britaniyalılar durbinlə onu seyr edirdilər və həyəcan təbili çalaraq, hər ehtimal olunan atəşdən əvvəl sığınacaqda gizlənirdilər. Döyüşlər sonra tibetlilər tərəfində itkilər ağır olsa da, ingilislər də itkilər verirdilər. İngilislər bölgəyə əlavə qüvvələr gətirərək saylarını 4600-a qədər artırdılar.
İngilislər Qyantse ətrafındakı kəndləri və monastırları təmizləməyə başladılar, oradan silahlı dəstələri vurub çıxardılar. Tibetlilər yavaş-yavaş qüvvələrini cəmləşdirərək əsgərlərin sayını 16.000-ə çatdırdılar. İyunun 28-də şiddətli yağışda ingilislər Qyantsedən beş mil məsafədə yerləşən Tseçen monastırını ələ keçirdilər. Bu monastır 1200 tibet əsgəri tərəfindən qorunurdu. Onlar ağır itkilərə məruz qaldılar.
Tibetlilər atəşkəs xaiş etdilər. 30 iyun atəşkəs günü idi və iyulun 2-də sülh nümayəndə heyəti danışıqlar aparmaq üçün ingilislərin düşərgəsinə gəldi. Vasitəçi Dalay Lama ilə yazışmalarda olan və hər iki tərəfin mövqelərini müqayisə edə bilən Tonqsa-penlop (Butanın gələcək kralı Uqyen Vanqçuk) idi. Tibet tərəfdən dörd nazir danışıqlar aparırdı, baş nazir Lhasadan gəlirdi. İngilislər nümayəndə heyətinin qərar qəbul etmək səlahiyyətinin olmadığını başa düşdülər və Dzongun qısa müddətdə boşaldılması tələbini irəli sürdülər. Tibetlilər, Tonqsa Penlopun məsləhətinə baxmayaraq, ingilis dəstəsini sayca kiçik hesab etdilər və Dzongu gücləndirmək və divarların qalınlığına güvənmək qərarına gəldilər.
İyulun 7-də ingilislər Dzonqa hücuma başladılar. Qala divarlarının nəzərdə tutulduğundan daha möhkəm olduğu ortaya çıxdı və istehkam gözlənildiyindən də çox çətinliklə alındı. Tibetlilərin özlərini cəsarətlə müdafiə etdikləri şiddətli döyüşə baxmayaraq, general Makdonaldın əməliyyatı diqqətlə planlaşdırması nəticəsində ingilislər az itki verdilər.
Döyüşdən sonra sakinlər Şiqatseyə doğru dəyərli hər şeyi götürərək şəhəri tərk etməyə başladılar, monastırlar da boşaldıldı. İngilislər talanların qarşısını almağa çalışırdılar.
Lhasaya hücum
Sonra dəstə hücumu bərpa edərək döyüşə-döyüşə şimala doğru irəlilədi. Düşünülmüş planın köməyi ilə alınan Karola aşırımında ciddi döyüş baş verdi. Təxminən 300 tibetli öldü, çoxu döyüş meydanından qaçaraq qarlı aşırımlarda gizləndi. Bu döyüşdən sonra praktiki olaraq ciddi toqquşmalar olmadı.
İyulun 31-də dəstə bərələrlə Brahmaputra çayını keçdi və avqustun 3-də şəhərin şimalında düşərgə quraraq Lhasa yaxınlaşdı. XIII Dalay Lama Monqolustana qaçdı, ona görə də Yanqzband Mancur müvəkilli (amban) ilə danışıqlara başladı. Tibetli nazirlər qoşunlardan Lhasa girməməyi xahiş edirdilər. Avqustun 4-də ingilis komandanlığını öz iqamətgahına dəvət edən Mancur müvəkillinin köməyi ilə diplomatik çıxılmaz vəziyyət həll edildi. İngilis zabitləri kiçik bir dəstənin və fəxri çinli məmurlarının müşayiəti ilə şəhəri keçərək ambanın sarayına doğru irəlilədilər. Müqavilənin bağlanmasına hazırlaşmaq təxminən bir ay çəkdi. Dalay Lamanın yoxluğunda Ti-Rimpoche (regent və baş nazir) ilə danışıqlar aparıldı. Mançuriya ambanının tələbi ilə yüksək rütbəli zabitlərə (silahsız) Lhasanın ən böyük saraylarını və məbədlərini, o cümlədən Jokhanq və Potala ziyarətinə icazə verildi.
Ambanın köməyi və Tonqsa Penlopun vasitəçiliyi ilə Britaniya missiyası Tibet hakimiyyətini 7 sentyabr 1904-cü ildə sülh müqaviləsi imzalamağa razı sala bildi.
1904-cü il Lhasa müqaviləsi
Sentyabrın 7-də bağlanmış müqavilənin mahiyyəti belə idi:
- Tibetlilər Sikkim və Tibet arasındakı sərhəddə dair 1890-cı il İngiltərə-Çin müqaviləsini tanıyırdılar.
- Tibetlilər 1893-cü il İngiltərə-Çin müqaviləsinin şərtlərini yerinə yetirməyə söz verdilər; Hind-Tibet ticarətinin azadlığı təmin edildi. Böyük Britaniya Yatunq, Qartok və Qyantse şəhərlərində rüsumsuz ticarət aparmaq hüququ aldı.
- Böyük Britaniyanın razılığı olmadan Tibetin yüksək vəzifəli şəxsləri digər dövlətlərin nümayəndələrini Tibetə qəbul etməməli idilər.
- Tibet 75 il ərzində 7,5 milyon rupi təzminat ödədi.
- Bu ödənişi təmin etmək üçün ingilislər müvəqqəti olaraq Çumbi vadisini işğal etdilər.
Nəticəsi
Britaniya təcavüzü faktı Tibet kimliyi və Tibet dövlətinin sonrakı siyasi mövcudluğu üçün mənfi nəticələr verdi. İngilislərin təcavüzü ingilis və ruslardan qorxan Tzin imperiyasının aktivləşməsinə səbəb oldu. Bölgəyə nəzarət etdikləri təəssüratı yaratmaq üçün 1906-cı ildə İngilislər Tibetə daha bir (dinc) missiya təşkil etdilər. 1907-ci ildə Rusiya və Böyük Britaniyanın Tibetlə münasibətləri İngiltərə-Rusiya müqaviləsi ilə tənzimləndi və bu müqaviləyə əsasən hər iki tərəf Tzin imperiyasının Tibet üzərində hökmranlığını tanıdı. Bu, Çinin Tibet üzərində hökmranlıq iddiasını daha da artırdı. Çünki Çin Respublikası Tszin imperiyasının bütün mirasına sahib çıxmağı qarşısına məqsəd qoymuşdu.
1910-cu ildə Tibet Tszin imperiyasının qoşunları tərəfindən işğal edildi. Bu, Dalay Lamanın ingilislərin himayəsi altında Hindistana qaçmasına səbəb oldu. Tszin qoşunları 1913-cü ildə Tszin imperiyasında baş verən Sinxay inqilabı hadisələrilə əlaqədar bölgəni tərk etmək məcburiyyətində qaldı və XIII Dalay Lama Tibetin müstəqilliyini elan etdi.
İkinci Dünya müharibəsindən sonra SSRİ-nin güclənməsindən və Böyük Britaniyanın Hindistandan çıxarılmasından istifadə edərək, Çin hakimiyyəti Sovet İttifaqının verdiyi hərbi-texniki və siyasi dəstək sayəsində Tibetin müstəqilliyinin aradan qaldırılması üçün ardıcıl addımlar atdı. ÇXR-də Tibetin 1950-1951-ci illərdə silahlı işğalı, "Beynəlxalq imperializmdən qurtuluş" mənasını verən "Tibetin sülh yolu ilə azad edilməsi" adlandırılır.
İstinadlar
- Allen, Duel in the Snows, (2015). səh. 299
- Lamb, Tibet, China & India, (1989). səh. 1–2
- International Commission of Jurists, (1959). səh. 77
- International Commission of Jurists, (1959). səh. 78
- Mehra, Britain and Tibet, (2016). səh. 277
- Allen, Duel in the Snows, (2015). səh. 2
- Powers & Holzinger, History as Propaganda, (2004). səh. 80
- French, Patrick (1994) Younghusband: the Last Great Imperial Adventurer. London: HarperCollins. ISBN
- Allen, Duel in the Snows, (2015). səh. 111–120
- L. Austine Waddell. Lhasa and its Mysteries
- Powers & Holzinger, History as Propaganda, (2004). səh. 80
- Allen, Duel in the Snows, (2015). səh. 120
- Allen, Duel in the Snows, (2015). səh. 221
- Allen, Duel in the Snows, (2015). səh. 176
- Allen, Duel in the Snows, (2015). səh. 137
- Allen, Duel in the Snows, (2015). səh. 156
- Plarr, V. (1938). Plarr's Lives of the Fellows of the Royal College of Surgeons of England. Vol. 3, p. 815. Royal College of Surgeons, London.
- Allen, Duel in the Snows, (2015). səh. 157–159
- Allen, Duel in the Snows, (2015). səh. 209
- Carrington, Michael (2003) "Officers, Gentlemen and Thieves: the looting of monasteries during the 1903/4 Younghusband Mission to Tibet", in: en:Modern Asian Studies; 37, 1 (2003), pp. 81–109
- Allen, Duel in the Snows, (2015). səh. 201
- Allen, Duel in the Snows, (2015). səh. 225–226
- Allen, Duel in the Snows, (2015). səh. 284
- Allen, Duel in the Snows, (2015). səh. 278
- . 12 September 2009 tarixində orijinalından arxivləşdirilib.
- Bell, Tibet Past and Present, (1924). səh. 288
- Powers & Holzinger, History as Propaganda, (2004). səh. 82–83
- . 12 September 2009 tarixində orijinalından arxivləşdirilib.
- East India (Tibet): Papers Relating to Tibet [and Further Papers ..., Issues 2–4,p. 143
- Allen, Duel in the Snows, (2015). səh. 311
Ədəbiyyat
- The Question of Tibet and the Rule of Law (PDF), Geneva: International Commission of Jurists, 1959
- Lamb, Alastair, Tibet, China & India, 1914–1950: A history of imperial diplomacy, Roxford Books, 1989, ISBN
- McKay, Alex, Tibet and the British Raj: The Frontier Cadre, 1904-1947, Psychology Press, 1997, ISBN – archive.org vasitəsilə
- McKay, Alex, History of Tibet, Volume 3: The Encounter with Modernity: c.1895–1959, Routledge, 2003, ISBN – archive.org vasitəsilə
- Mehra, Parshotam, The McMahon Line and After: A Study of the Triangular Contest on India's North-eastern Frontier Between Britain, China and Tibet, 1904–47, Macmillan, 1974, ISBN
- Mehra, Parshotam. "Britain and Tibet: From the Eighteenth Century to the Transfer of Power". Indian Historical Review. 34 (1). 2016: 270–282. doi:10.1177/037698360703400111.
- Powers, John; Holzinger, Lutz, History as Propaganda: Tibetan Exiles Versus the People's Republic of China, Oxford University Press, USA, 2004, ISBN
- Stewart, Gordon T., Journeys to Empire: Enlightenment, Imperialism, and the British Encounter with Tibet, 1774-1904, Cambridge University Press, 2009, ISBN
- Allen, Charles, Duel in the Snows, John Murray Press, 2004, ISBN
- Allen, Charles, Duel in the Snows, John Murray Press, 2015, ISBN
- Candler, Edmund (1905) The Unveiling of Lhasa. New York; London: Longmans, Green, & Co; E. Arnold
- Fleming, Peter, Bayonets to Lhasa: The First Full Account of the British Invasion of Tibet in 1904, R. Hart-Davis, 1961, ISBN
- French, Patrick (1994) Younghusband: the Last Great Imperial Adventurer. London: HarperCollins. ISBN .
- Herbert, Edwin (2003) Small Wars and Skirmishes, 1902–18: early twentieth-century colonial campaigns in Africa, Asia, and the Americas. Nottingham: Foundry Books. ISBN .
- en: Hopkirk, Peter (1990) en:The Great Game: On Secret Service in High Asia. London: Murray (Reprinted by en: Kodansha International, New York, 1992 ISBN ; as: The Great Game: the struggle for empire in central Asia)
- Kisholm, Hyu, redaktorTibet // Britannika Ensiklopediyası. 12 (XI). Cambridge University Press. 1911. 916–928.
- Bell, Charles, Tibet Past and Present (First), Oxford University Press, 1924
- Mehra, Parshotam, The North-eastern Frontier, Vol. 1: 1906-14, Oxford University Press, 1979, ISBN
- Mehra, Parshotam, The North-eastern Frontier, Vol. 2: 1914-54, Oxford University Press, 1980
Xarici keçidlər
- Текст Лхасского договора (ing.)
- L. Austine Waddell. Lhasa and its Mysteries. With the records of Tibetian Expedition 1903—1904. N.Y. Duttin: 1904—1905.
- Влас Михайлович Дорошевич. «Восток и война. Тибет»
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Britaniyanin Tibet ekspedisiyasi hemcinin Britaniyanin Tibete hucumu 1903 1904 cu illerde Britaniya imperiyasinin Tibete qarsi mustemleke tecavuzu akti Boyuk Oyunun son merhelesinin en boyuk herbi ekspedisiyasi XIX esrin ikinci yarisi XX esrin evvellerinde Rusiya ve Britaniya imperiyalari arasinda gergin mustemleke ve siyasi reqabetin neticesinde bas vermis hadise Mudaxile Britaniya Hindistan Ordusunun komeyi ile heyata kecirilib Britaniyanin Tibet ekspedisiyasiBoyuk oyunBritaniya ve Tibet zabitleri arasinda danisiqlarTarix 1 dekabr 1903 7 sentyabr 1904Yeri TibetSebebi Tibeti nezarete almaqNeticesi Britaniya imperiyasinin qelebesiErazi deyisikliyi 1908 ci ilde Cin terefinden kompensasiya odenilene qeder Cumbi Vadisinin isgali Munaqise terefleriBritaniya imperiyasi Britaniya Hindistani Tzin imperiyasi TibetKomandan lar Jeyms MakDonald Frensis Yanqhazband XIII Dalay Lama Dapon TailingTereflerin quvvesi3000 esger 7000 min destek quvve namelum bir nece min kendli cagirisciItkiler202 nefer doyusde helak olub 411 qeyri doyus olumu 2000 3000 oldurulub Vikianbarda elaqeli mediafayllarTarixiXIX esrin sonlarinda Hindistanin Tibetle serhedi XIX esrin birinci yarisinda Himalay eyaletlerinde Nepal Butan ve Sikkim Britaniya tesirinin guclenmesi Hindistan ve Tibet arasinda daha six munasibetlere sebeb oldu 1886 ci ilde Lord Defering Kolman Maklayin ticaret ekspedisiyasini Tibete gonderdi Lakin bu ekspedisiya Sikkimden kenara cixmadi ve Tzin sulalesiinin telebi ile Hindistana qayitmaga mecbur oldu Bu cur veziyyet qosunlari ile Sikkimi isgal eden ve Britaniya erazisine basqinlar toreden tibetlileri heveslendirdi 1888 ci ilde herbi ekspedisiya teskil edildi Tibetliler meglub edilerek Cumbi vadisiden qovuldu 1890 ci ilde Kelkuttede Sikkim ve Tibetle bagli Ingilis Tzin Sazisi imzalandi Bu muqavile Britaniyanin Sikkim uzerinde protektoratini tanidi ve ingilis subyektlerine Tibetde ticaret etmeye icaze verdi Tibetliler ise tacirlere ozbasina rusumlar qoyaraq Hindistanla ticarete maneeler toredirdiler Texminen eyni vaxtda Merkezi Asiyani tam isgal etdikden sonra Rusiya imperiyasinin serhedleri duzenlikleri Tibetle birbasa bitisik olan Serqi Turkistana yaxinlasdi Ustelik XIX esrin son rubunde rus tedqiqatcilarinin bolgede fealiyyeti daha da guclendi Ingilisler Tibet hokumetinin en feal simalarindan birinin Rusiya terefdari Aqvan Dorjiyev olmasindan narahat idiler Bu movcudlugun ehemiyyeti Tibetin ingilis terefdari olan tedqiqatcilar Ekai Kavaguci ve Sarat Candra Das terefinden casusluq kimi yozuldu Bu dovrde ingilisleri narahat eden rus Nikolay Prjevalski ve Pyotr Kozlovun Tibet etraflarina elece de Qombojab Tsibikov ve Ovse Norzunovun Lhasa ekspedisiyalari bas verdi Tibet elcatmazliq baximindan qapali bir cemiyyet idi heyati Buddist deyerlerine soykenirdi Esl hakimiyyet Buddist ruhanilerine mexsus idi Tibet Tzin imperiyasindan asili bir dovlet idi Lakin XIX esrin sonunda Tszin imperiyasi da Qerbin mustemleke ekspansiyasinin obyektine cevrildi Bu dovrde Tibet uc guc arasinda bufer dovlete cevrildi Rusiya ve Britaniya imperiyalari ve zeiflemis lakin ehalisi cox olan Tszin imperiyasi Munaqisenin kulminasiyasi1901 ci ilde Hindistanin vitse prezidenti Lord Corc Kerzon XIII Dalay Lama ile danisiqlar aparmaga cehd etdi lakin onun mektubu acilmadan geri qaytarildi 1903 cu ilin iyununda polkovnik Frensis Yanqhazbendin diplomatik missiyasi Tibete gonderildi Tibetliler danisiqlari uzatdilar sonra ise onlari tamamile terk etdiler ve missiya noyabr ayina qeder Kamba Dzonqda qaldiqdan sonra hec ne ile Hindistana qayitdi Tereflerin gucuPolkovnik Frensis Yanqhazband Ingilisler Tibete polkovnik Frensis Yanqhazbend basda olmaqla diplomatik numayendelik gondermek qerarina geldiler Missiyani briqada generali Ceyms Makdonaldin rehberlik etdiyi herbi deste musayiet edirdi Destenin terkibine 23 cu ve 32 ci istehkamcilar ve 8 ci Qurxa alayi Kral Norfolk alayinin pulemyot komandasi ve Medres istehkamcilari komandasi daxil idi Umumilikde herbi missiyaya 3000 e yaxin esger daxil olmusdu Bundan elave techizat ve diger destek ucun ekspedisiyada daha 7000 nefer istirak edib Daha sonra iIngilisler elave quvveler aldi ve qosunlarin sayini 4600 nefere catdirdi Tibetliler esasen kohne kibrit tufenglerden istifade edirdiler baxmayaraq ki onlarin tehcizatinda daha muasirleri de var idi Tibet ordusunda bir sira rus tipli tufenglerden istifade olunurdu Onlar doyuslerde bezen kicik toplari da ise salirdi Barit ve qalay Tibetde istehsal olunurdu ve boyuk miqdarda saxlanilirdi Britaniya ordusu daha muasir deqiq ve uzaq menzilli tufenglere hemcinin Maksim pulemyotlarina sahib idiler Bundan elave ingilisler tibetlileri strateji cehetden ustelediler neticede doyuslerde aciq ustunluye sahib oldular Tibetlilerin ehval ruhiyyesi cox yuksek idi Onlarin inanclarina gore talismanlari ve dualari gullelerden toxunulmazliq temin edirdi Ilk doyusden sonra coxlu tibetliler oldurulende esgerlere ingilis gullelerinin gumusden hazirlandigini ve talismanlarin yalniz qalay gulleler uzerinde islediyini ve yenilerine ehtiyac oldugu soylendi Lakin bir nece meglubiyyetden sonra tibetlilerin ehval ruhiyyesi asagi dusdu Ekspedisiyanin gedisiTibete dogru irelileyis ve Paqrinin tutulmasi Yurusde istirak eden Britaniya zabitleri 1904 cu il Polkovnik Ostin Vaddellin ekspedisiyasinin tesvirinde kampaniyanin Britaniya qosunlarinin demiryol stansiyasinin yaxinliginda yerlesdiyi Siliquriden basladigini bildirir 1903 cu ilin noyabrinda Sikkimde cemlesen deste dekabrin 1 de Tibete girdi Irelileyis qefil oldu Qosunlar Natu La kecidini 4310 m kecdi qruplasdirildi ve dekabrin 13 de Cumbi vadisine 2800 m endi Hec bir muqavimet gosterilmedi dereni baglayan das divarda kicik bir delik acildi butun ordu ordan kecdi Vadi rehberliyi ve Mancu resmileri Lhasa ile derhal elaqe saxlamagi ve danisiqlar ucun selahiyyetli sexsleri cagirmagi ved ederek ingilislerin irelilemesine mane olmaga calisdilar lakin Tibet terefden yuksek rutbeli memurlarin olmamasi sebebinden ingilisler danisiqlardan imtina etdiler Tibetliler resmi olaraq etiraz etdiler lakin ingilis qosunlarinin ehemiyyetli ustunluyu sebebinden onlar tabe olmaga mecbur oldular Mancu resmileri yuksek seviyyeli ingilis zabitleri ucun ziyafet teskil etdiler Destenin esas quvveleri Cumbi vadisinde qaldi ve 4 tabor ve bir pulemyot destesinden ibaret avanqard Paqri Dzonqa 4300 m qalasina qeder ireliledi Paqri dik yoxusdan sonra yaylada olmasi strateji baximdan cox ehemiyyetli idi Asiga geden yolda hundur ucurumun altinda dar yerde Cin istehkami var idi burada mudafie teskil olunsaydi yalniz cox agir itkiler bahasina kecmek mumkun olardi Lakin qosunlar geri cekildi ve sedde ehtiyatla aciq qapi qaldi Paqride Tibet numayende heyeti desteden geri qayitmagi xahis etdi lakin seher herbi sebeblere gore isgal edildi Eyni zamanda ingilisler yerli ehali ile duzgun davranir ve qosunlarin sabit tariflerle techiz edilmesi xidmetlerini odeyirdiler Bu vaxt Drepung Sera ve Ganden monastirlarinin abbatlari olan memurlar ve yuksek lamalar Paqriye yaxinlasaraq yerli ehaliye ingilisleri erzaq ve yanacaqla temin etmeyi qadagan etdiler Britaniya rehberliyi Tibet hakimiyyetine ultimatum verdi Bununla bele tibetliler ingilisler qosunlarini serhede geri cekene qeder danisiqlardan imtina etmeye basladilar Paqride kicik bir deste qaldi ve butun ekspedisiya ciddi bir kampaniyaya hazirlasaraq Cumbiye qayitdi Asagidan teleqraf naqilleri cekildi ordu Londonla daimi elaqe saxlayir ve en son xeberleri oradan oyrenirdi Arabacilar arabalari hisse hisse sokerek goturur ve onlari artiq Tibet yaylasinda yeniden yigirdilar Tuna ve Qyantse istiqametinde yurus Britaniya ekspedisiyasinin yurus yolu 1904 cu il yanvarin evvelinden ordu Paqriden esas Tibet yaylasindaki Tangla kecidinden 4580 m kenarda Tuna traktina yeniden yuruse basladi Bu movqede ingilis qosunlari 1904 cu ilin apreline qeder dayanaraq isteklerini beyan etdiler Tunadan bes mil kenarda texminen 2000 neferden ibaret Tibet ordusu cemlesmisdi ve bununla onlar Qyantse kecidini baglamaga calisirdi Martin 30 da butun deste Tunada cemlesdi ve martin 31 de tibetlilerle ilk doyusun kecirildiyi Quruya dogru ireliledi Ugursuz danisiqlardan sonra ingilis ordusu uzun muddet manevr etdi sonra insident neticesinde tibet generali siphainin elinden tufengi alaraq ates acdi ki bu da tibetlilere hucum siqnali idi Ingilisler derhal reaksiya verdiler zabitler tufenglerinden ates acaraq geri cekilmeye basladilar ve pulemyotun ise dusmesi ile Tibet ordusu darmadagin oldu Doyus 10 deqiqe davam etdi Tibet qosunlarindan 300 olu 200 yarali ve 200 nefer esir dusdu Lhasa generali da olduruldu Ingilislerin yalniz 13 yaralisi var idi Ingilisler yaralilara tibbi yardim gosterdiler onlarin coxu mualiceden sonra siralara dondu Kendde bir cox evde ingilisler terefinden partladilmis boyuk barit ehtiyatlari var idi Tibet ordusunun qalan hissesi simala cekildi Aprelin 4 de ingilisler daha da ireli getmeye basladilar Aprelin 9 da Qyantseye geden yoldaki derede ikinci doyus oldu Tibetliler dar bir yerde kecidi bagladilar ve toplar qurdular Bununla bele tibetliler vaxtindan evvel ingilisler ates zonasina bir az catanda ates acmaga basladilar Ingilisler tepeden tibetlileri arxadan haqlamaq ucun siqhlerden ibaret bir quvve gonderdiler Onlar qar firtinasi yaratdi ve goruntunun itmesi zamani tibetliler texminen bir saat bos yere toplardan ates acdilar Uc saat erzinde siqler tepelere qalxaraq tibetlilere hucum etdiler Eyni zamanda ingilisler asagidan ates acmaga basladilar Tibetliler 150 neferi itirdi ve ordunu geri cekmeye mecbur oldular Qyantsenin tutulmasi ingilislerin muhasiresi ve Dzonqa hucumu Dzonq Qyantse Ingilis destesi hereketini davam etdirerek Qyantseye yaxinlasdi Seherde hec bir qosun yox idi Ingilisler serbest sekilde onu tutaraq ora yerlesdiler Onlar boyuk barit ehtiyatlarini mehv edib butun taxil anbarlarini musadire etdiler Dzonq qesden qismen dagidildi ve herbi duserge seherden kicik bir mesafede teskil edildi Esgerler yerli ehaliden hind rupisinden Hindistanla muqayisede cox asagi qiymete erzaq ve mal almaq ucun istifade edirdiler Maddi texniki teminati teskil etmek ucun qosunlarin bir hissesi geri cekildi Mayin evvelinde pulemyotlarla silahlanmis qalan destenin ekseriyyeti Lhasa yolunda Karola asirimina dogru ireliledi Burada daha sonra ingilisler ucun cetin lakin ugurlu doyus bas verdi Mayin 4 de seher acilmazdan evvel tibetliler qefilden boyuk bir quvve topladilar ve dusergeni muhasireye aldilar tufeng ve toplardan ates acdilar Ingilislere tez oyanmaq ve doyus veziyyetine almaga xususi emr komek etdi onlar qruplasib cavab tedbiri teskil etdiler Karolaya aparildigindan ingilislerin pulemyotlari yox idi Tibetliler telesik temir olunan Dzonqda mohkemlendiler Her terefden onlara elave quvveler gelirdi Onlar ingilis qarnizonunun muntezem lakin uzun mesafeli bombardmanini heyata kecirirdiler Ingilisler tezlikle geri qayidan avanqardi xeberdar etmeye muveffeq oldular Bu andan iki ay davam eden ingilis dusergesinin muhasiresi basladi Tibetliler artiq veziyyeti herbi deste adi altinda diplomatik missiya kimi deyil muharibe kimi qebul edirdiler Bir nece cinli memur daimi atese meruz qalan ingilislerle aciq askar munaqiseye girmemeye calisirdi Bir muddet sonra tibetliler boyuk bir top qurdular britaniyalilar durbinle onu seyr edirdiler ve heyecan tebili calaraq her ehtimal olunan atesden evvel siginacaqda gizlenirdiler Doyusler sonra tibetliler terefinde itkiler agir olsa da ingilisler de itkiler verirdiler Ingilisler bolgeye elave quvveler getirerek saylarini 4600 a qeder artirdilar Tibet doyuscusu Ingilisler Qyantse etrafindaki kendleri ve monastirlari temizlemeye basladilar oradan silahli desteleri vurub cixardilar Tibetliler yavas yavas quvvelerini cemlesdirerek esgerlerin sayini 16 000 e catdirdilar Iyunun 28 de siddetli yagisda ingilisler Qyantseden bes mil mesafede yerlesen Tsecen monastirini ele kecirdiler Bu monastir 1200 tibet esgeri terefinden qorunurdu Onlar agir itkilere meruz qaldilar Tibetliler ateskes xais etdiler 30 iyun ateskes gunu idi ve iyulun 2 de sulh numayende heyeti danisiqlar aparmaq ucun ingilislerin dusergesine geldi Vasiteci Dalay Lama ile yazismalarda olan ve her iki terefin movqelerini muqayise ede bilen Tonqsa penlop Butanin gelecek krali Uqyen Vanqcuk idi Tibet terefden dord nazir danisiqlar aparirdi bas nazir Lhasadan gelirdi Ingilisler numayende heyetinin qerar qebul etmek selahiyyetinin olmadigini basa dusduler ve Dzongun qisa muddetde bosaldilmasi telebini ireli surduler Tibetliler Tonqsa Penlopun meslehetine baxmayaraq ingilis destesini sayca kicik hesab etdiler ve Dzongu guclendirmek ve divarlarin qalinligina guvenmek qerarina geldiler Iyulun 7 de ingilisler Dzonqa hucuma basladilar Qala divarlarinin nezerde tutuldugundan daha mohkem oldugu ortaya cixdi ve istehkam gozlenildiyinden de cox cetinlikle alindi Tibetlilerin ozlerini cesaretle mudafie etdikleri siddetli doyuse baxmayaraq general Makdonaldin emeliyyati diqqetle planlasdirmasi neticesinde ingilisler az itki verdiler Doyusden sonra sakinler Siqatseye dogru deyerli her seyi goturerek seheri terk etmeye basladilar monastirlar da bosaldildi Ingilisler talanlarin qarsisini almaga calisirdilar Lhasaya hucum Potala sarayi XX esrin evvellerinde Sonra deste hucumu berpa ederek doyuse doyuse simala dogru ireliledi Dusunulmus planin komeyi ile alinan Karola asiriminda ciddi doyus bas verdi Texminen 300 tibetli oldu coxu doyus meydanindan qacaraq qarli asirimlarda gizlendi Bu doyusden sonra praktiki olaraq ciddi toqqusmalar olmadi Iyulun 31 de deste berelerle Brahmaputra cayini kecdi ve avqustun 3 de seherin simalinda duserge quraraq Lhasa yaxinlasdi XIII Dalay Lama Monqolustana qacdi ona gore de Yanqzband Mancur muvekilli amban ile danisiqlara basladi Tibetli nazirler qosunlardan Lhasa girmemeyi xahis edirdiler Avqustun 4 de ingilis komandanligini oz iqametgahina devet eden Mancur muvekillinin komeyi ile diplomatik cixilmaz veziyyet hell edildi Ingilis zabitleri kicik bir destenin ve fexri cinli memurlarinin musayieti ile seheri kecerek ambanin sarayina dogru irelilediler Muqavilenin baglanmasina hazirlasmaq texminen bir ay cekdi Dalay Lamanin yoxlugunda Ti Rimpoche regent ve bas nazir ile danisiqlar aparildi Mancuriya ambaninin telebi ile yuksek rutbeli zabitlere silahsiz Lhasanin en boyuk saraylarini ve mebedlerini o cumleden Jokhanq ve Potala ziyaretine icaze verildi Ambanin komeyi ve Tonqsa Penlopun vasiteciliyi ile Britaniya missiyasi Tibet hakimiyyetini 7 sentyabr 1904 cu ilde sulh muqavilesi imzalamaga razi sala bildi 1904 cu il Lhasa muqavilesiFrensis Yanqhazband Tibetdeki Mancur muvekili Amban ile Sentyabrin 7 de baglanmis muqavilenin mahiyyeti bele idi Tibetliler Sikkim ve Tibet arasindaki serhedde dair 1890 ci il Ingiltere Cin muqavilesini taniyirdilar Tibetliler 1893 cu il Ingiltere Cin muqavilesinin sertlerini yerine yetirmeye soz verdiler Hind Tibet ticaretinin azadligi temin edildi Boyuk Britaniya Yatunq Qartok ve Qyantse seherlerinde rusumsuz ticaret aparmaq huququ aldi Boyuk Britaniyanin raziligi olmadan Tibetin yuksek vezifeli sexsleri diger dovletlerin numayendelerini Tibete qebul etmemeli idiler Tibet 75 il erzinde 7 5 milyon rupi tezminat odedi Bu odenisi temin etmek ucun ingilisler muveqqeti olaraq Cumbi vadisini isgal etdiler NeticesiBritaniya tecavuzu fakti Tibet kimliyi ve Tibet dovletinin sonraki siyasi movcudlugu ucun menfi neticeler verdi Ingilislerin tecavuzu ingilis ve ruslardan qorxan Tzin imperiyasinin aktivlesmesine sebeb oldu Bolgeye nezaret etdikleri teessurati yaratmaq ucun 1906 ci ilde Ingilisler Tibete daha bir dinc missiya teskil etdiler 1907 ci ilde Rusiya ve Boyuk Britaniyanin Tibetle munasibetleri Ingiltere Rusiya muqavilesi ile tenzimlendi ve bu muqavileye esasen her iki teref Tzin imperiyasinin Tibet uzerinde hokmranligini tanidi Bu Cinin Tibet uzerinde hokmranliq iddiasini daha da artirdi Cunki Cin Respublikasi Tszin imperiyasinin butun mirasina sahib cixmagi qarsisina meqsed qoymusdu 1910 cu ilde Tibet Tszin imperiyasinin qosunlari terefinden isgal edildi Bu Dalay Lamanin ingilislerin himayesi altinda Hindistana qacmasina sebeb oldu Tszin qosunlari 1913 cu ilde Tszin imperiyasinda bas veren Sinxay inqilabi hadiselerile elaqedar bolgeni terk etmek mecburiyyetinde qaldi ve XIII Dalay Lama Tibetin musteqilliyini elan etdi Ikinci Dunya muharibesinden sonra SSRI nin guclenmesinden ve Boyuk Britaniyanin Hindistandan cixarilmasindan istifade ederek Cin hakimiyyeti Sovet Ittifaqinin verdiyi herbi texniki ve siyasi destek sayesinde Tibetin musteqilliyinin aradan qaldirilmasi ucun ardicil addimlar atdi CXR de Tibetin 1950 1951 ci illerde silahli isgali Beynelxalq imperializmden qurtulus menasini veren Tibetin sulh yolu ile azad edilmesi adlandirilir IstinadlarAllen Duel in the Snows 2015 seh 299 Lamb Tibet China amp India 1989 seh 1 2 International Commission of Jurists 1959 seh 77 International Commission of Jurists 1959 seh 78 Mehra Britain and Tibet 2016 seh 277 Allen Duel in the Snows 2015 seh 2 Powers amp Holzinger History as Propaganda 2004 seh 80 French Patrick 1994 Younghusband the Last Great Imperial Adventurer London HarperCollins ISBN 0 00 637601 0 Allen Duel in the Snows 2015 seh 111 120 L Austine Waddell Lhasa and its Mysteries Powers amp Holzinger History as Propaganda 2004 seh 80 Allen Duel in the Snows 2015 seh 120 Allen Duel in the Snows 2015 seh 221 Allen Duel in the Snows 2015 seh 176 Allen Duel in the Snows 2015 seh 137 Allen Duel in the Snows 2015 seh 156 Plarr V 1938 Plarr s Lives of the Fellows of the Royal College of Surgeons of England Vol 3 p 815 Royal College of Surgeons London Allen Duel in the Snows 2015 seh 157 159 Allen Duel in the Snows 2015 seh 209 Carrington Michael 2003 Officers Gentlemen and Thieves the looting of monasteries during the 1903 4 Younghusband Mission to Tibet in en Modern Asian Studies 37 1 2003 pp 81 109 Allen Duel in the Snows 2015 seh 201 Allen Duel in the Snows 2015 seh 225 226 Allen Duel in the Snows 2015 seh 284 Allen Duel in the Snows 2015 seh 278 12 September 2009 tarixinde orijinalindan arxivlesdirilib Bell Tibet Past and Present 1924 seh 288 Powers amp Holzinger History as Propaganda 2004 seh 82 83 12 September 2009 tarixinde orijinalindan arxivlesdirilib East India Tibet Papers Relating to Tibet and Further Papers Issues 2 4 p 143 Allen Duel in the Snows 2015 seh 311EdebiyyatThe Question of Tibet and the Rule of Law PDF Geneva International Commission of Jurists 1959 Lamb Alastair Tibet China amp India 1914 1950 A history of imperial diplomacy Roxford Books 1989 ISBN 9780907129035 McKay Alex Tibet and the British Raj The Frontier Cadre 1904 1947 Psychology Press 1997 ISBN 978 0 7007 0627 3 archive org vasitesile McKay Alex History of Tibet Volume 3 The Encounter with Modernity c 1895 1959 Routledge 2003 ISBN 0 415 30844 5 archive org vasitesile Mehra Parshotam The McMahon Line and After A Study of the Triangular Contest on India s North eastern Frontier Between Britain China and Tibet 1904 47 Macmillan 1974 ISBN 9780333157374 Mehra Parshotam Britain and Tibet From the Eighteenth Century to the Transfer of Power Indian Historical Review 34 1 2016 270 282 doi 10 1177 037698360703400111 Powers John Holzinger Lutz History as Propaganda Tibetan Exiles Versus the People s Republic of China Oxford University Press USA 2004 ISBN 978 0 19 517426 7 Stewart Gordon T Journeys to Empire Enlightenment Imperialism and the British Encounter with Tibet 1774 1904 Cambridge University Press 2009 ISBN 978 0 521 73568 1 Allen Charles Duel in the Snows John Murray Press 2004 ISBN 0 7195 5427 6 Allen Charles Duel in the Snows John Murray Press 2015 ISBN 978 1 4736 2754 3 Candler Edmund 1905 The Unveiling of Lhasa New York London Longmans Green amp Co E Arnold Fleming Peter Bayonets to Lhasa The First Full Account of the British Invasion of Tibet in 1904 R Hart Davis 1961 ISBN 978 91 30 03829 9 French Patrick 1994 Younghusband the Last Great Imperial Adventurer London HarperCollins ISBN 0 00 637601 0 Herbert Edwin 2003 Small Wars and Skirmishes 1902 18 early twentieth century colonial campaigns in Africa Asia and the Americas Nottingham Foundry Books ISBN 1 901543 05 6 en Hopkirk Peter 1990 en The Great Game On Secret Service in High Asia London Murray Reprinted by en Kodansha International New York 1992 ISBN 1 56836 022 3 as The Great Game the struggle for empire in central Asia Kisholm Hyu redaktorTibet Britannika Ensiklopediyasi 12 XI Cambridge University Press 1911 916 928 Bell Charles Tibet Past and Present First Oxford University Press 1924 Mehra Parshotam The North eastern Frontier Vol 1 1906 14 Oxford University Press 1979 ISBN 978 0 19 561158 8 Mehra Parshotam The North eastern Frontier Vol 2 1914 54 Oxford University Press 1980Xarici kecidlerTekst Lhasskogo dogovora ing L Austine Waddell Lhasa and its Mysteries With the records of Tibetian Expedition 1903 1904 N Y Duttin 1904 1905 Vlas Mihajlovich Doroshevich Vostok i vojna Tibet