Britaniya Kolumbiyası Universiteti (ing. University of British Columbia) — Kanadanın Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Britaniya Kolumbiyası Universiteti UBC | |
---|---|
Əsası qoyulub | 1908 |
Tip | Dövlət |
Tələbə sayı | 58,284 |
Şəhər | Vankuver şəhəri |
Ölkə | |
Sayt | ubc.ca |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1908-ci ildə Kanadanın Britaniya Kolumbiyası əyalətində universitet yaradılması haqqında qanun qəbul edilir, lakin harada yerləşməsi qeyd olunmur. Qanuna əsasən, yaradılacaq universitetin akademik işlər üzrə Senatı, Çağırışı, İdarəçilər Şurası təsdiq edilir. 1910-cu ildə bütün əyaləti axtardıqdan sonra Vankuver şəhərinin Point Qrey ərazisi gələcək kampusun salınacağı yer kimi müəyyənləşir. 1912-ci ildə universitet Çağırışının ilk iclası keçirilir və doktor Frensis Karter-Kotton yaradılacaq universitetin ilk kansleri, prezidenti isə bir il sonra Frank Ferçayld Uesbruk seçilir.
1914-cü ildə Point Qreydə universitetin ilk binalarının tikintisi həyata keçirilir, lakin I Dünya müharibəsinin başlanması işlərin ləngiməsinə səbəb olur. 1915-ci ildə Vankuver şəhərində yerləşən keçmiş MakGill Universiteti Kollecinin qərargahında Britaniya Kolumbiyası Universiteti yaradılır. Universitet üç fakültə — incəsənət, tətbiqi elmlər, kənd təsərrüfatı fakültələrindən ibarət olur. Həmin ilin sentyabrında buraya 379 tələbə qəbul olunur. 1923-cü ildə Point Qreydə 9 bina, 4 laboratoriya, kitabxana və elektrostansiyanın tikintisi başa çatır, 1925-ci ildə isə Point Qrey kampusunun rəsmi açılışı olur. Universitet açılış zamanı ilk dəfə tələbələrini elmi dərəcələrlə təltif edir.
II Dünya müharibəsi dövründə universitetdə müdafiə tədqiqatlarına diqqət daha da artırılır. Müharibə elan olunduğu gündən başlayaraq ali məktəbin laboratoriyaları, işçi heyəti, tələbələri, avadanlıqları və s. hökumətin bütün əmrlərini yerinə yetirmək vəziyyətində idi və istənilən köməkliyi göstərirdi. 1945-ci ildə Britaniya Kolumbiyası Universitetində müharibədən sonra sərbəst inkişaf dövrü başlayır: yeni tədris proqramları qəbul olunur, hüquq, ictimai fəaliyyət, əczaçılıq fakültələri açılır, tələbələrin sayı ikiqat artır. 1948-ci ildə universitetin Henninqs Fizika binasında professor Van de Qraff atom generatoru quraşdırır, bir il sonra universitetdə tibb fakültəsi və Antropologiya muzeyi, 1950-ci ildə Ticarət və Təhsil məktəbləri, 1951-ci ildə meşə təsərrüfatı fakültəsi və tibb bacısı məktəbi açılır.
Britaniya Kolumbiyası Universiteti 1958-ci ildə 50 illik yubileyini qeyd edir. 1965-ci ildə ali məktəb ən irihəcmli proqramını həyata keçirir — Cənub Kampusunun tikintisinə başlanılır. Həmin kampusun ərazisində 1974-cü ildə Tri-Mezona Universitet Fondu nüvə və hissəciklər tədqiqatları aparmaq üçün nəhəng siklotron quraşdırır. 1981-ci ildə universitetdə klassik yapon Nitobe Memorial Bağının yanında yaradılmış Asiya Mərkəzində Asiya tədqiqatları və Asiya kitabxanası fəaliyyətə başlayır, həmin il elmi-tədqiqatlar aparmaq məqsədilə Diskaveri parkı yaradılır.
1993-cü ildə Vankuver şəhərində təşkil olunan "Vankuver Sammiti" zamanı Britaniya Kolumbiyası Universitetində Rusiya prezidenti Boris Yeltsinin və ABŞ prezidenti Bill Klintonun görüşü olur. Həmin il universitetin biokimya üzrə professoru Maykl Smit genlərin sıralanmasını müəyyən edən "yönəldilmiş mutagenez sahəsi" novator işinə görə kimya üzrə Nobel mükafatına layiq görülür. Universitetin Şimal Kelouna kampusunun açılışı da bu ilə təsadüf edir. 1996-cı ildə universitetdə jurnalistika məktəbinin yaradılması qərara alınır və bir il sonra məktəbin rəsmi açılışı olur. 1997-ci ildə universitetin Antropologiya muzeyində Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı Təşkilatı çərçivəsində iştirakçı ölkələr arasında ticarətin liberallaşması mövzusunda liderlərin iqtisadi müşavirəsi keçirilir.
2001-ci ildə ali məktəbdə Robson Meydanının açılışı baş tutur, 2004-cü ildə isə universitetdə 2000-ci ildə vəfat etmiş Maykl Smitin adını daşıyan elmi-tədqiqat laboratoriyası yaradılır. Bir il sonra Britaniya Kolumbiyası Universitetinin Okanaqan Kampusu açılır. 2006-cı ildə doktor Stifen Tup universitetin prezidenti seçilir və hazırda o, bu vəzifəni icra edir. Həmin il Kanadanın almaz hasilatına rəhbərlik edən universitetin məzunu Çarlz Fipke Okanaqan kampusunda yeni İnnovasiya Tədqiqatları Mərkəzinə 6 milyon Kanada dolları bağışlayır. 2008-ci ildə Vankuver kampusunda ali məktəbin İrvinq Barber Tədris Mərkəzinin rəsmi açılışı olur. Hazırda Britaniya Kolumbiyası Universitetində yeni-yeni tədqiqat laboratoriyalarının, yataqxanaların və s. müəssisələrin yaradılması davam edir, proqramlar qəbul olunur, bir sözlə, ali təhsil ocağı gələcəyin ən güclü elm mərkəzinə çevrilmək məqsədilə sürətlə inkişaf edir.
Müasir vəziyyəti
Vankuver şəhəri Sakit okeanın sahilində və sahil boyu uzanan arasında yerləşir. Vankuver Şimali Amerikanın ən gözəl şəhərlərindən biridir və dünyanın 127 şəhəri arasında keçirilən sorğuda "yaşamaq üçün dünyanın ən arzuolunan şəhəri" kimi təsnif edilib. Bu il fevralın 12-dən 28-dək Vankuverdə keçirilən qış Olimpiya və Paralimpiya oyunları şəhəri daha da məşhurlaşdırıb. Şəhərin təmiz havası, yumşaq iqlimi, gözəl təbiəti bura çoxlu sayda turist cəlb edir.
Britaniya Kolumbiyası Universiteti Vankuer, Okanaqan, Şimali, Robson Meydanı kampuslarından və Britaniya Kolumbiyasında yerləşən Tibbi Təhsil korpusundan ibarətdir. Vankuver kampusu (Əsas kampus) qərbində, Vankuver şəhərində yerləşir və Britaniya Kolumbiyası Universitetinin akademik və inzibati nüvəsi hesab edilir. Kampusun yaxınlığında Universitet Fonduna məxsus 763 hektar meşə massivi yerləşir. Meşə Vankuver şəhəri və kampusu arasında "yaşıl qurşaq" kimi xidmət edir. Vankuver kampusu, öz növbəsində, çoxlu sayda elmi-tədqiqat mərkəzlərinin yerləşdiyi Cənub və yataqxanaların, müxtəlif xidmət mərkəzlərinin (polis, yanğın idarələri, banklar, mağazalar) cəmləşdiyi Şərq kampuslarından ibarətdir. Vankuver şəhərciyinin binalarının çoxu yeni olsa da, ən qədim bina burada 1877-ci ilə aiddir. Kampusda zəngin floraya malik parklar, "Qədim Dendari" botanika bağı, Nitobe Memorial yapon bağı, Antropologiya muzeyi, Çen İfaçılıq İncəsənəti Mərkəzi yerləşir.
Okanaqan (Kelouna da deyilir) kampusu 2005-ci ildə yaradılıb və Okanaqan gölünün yanındakı Kelouna şəhərinin şimal-şərqində, beynəlxalq aeroportun yaxınlığında yerləşir. Bu kampus tədris və elmi-tədqiqatların, innovasiyaların, mədəni və ictimai həyatının zənginliyinə görə seçilir. Hazırda kampusda genişmiqyaslı yataqxana və tədris komplekslərinin tikintisi həyata keçirilir.
Şimali kampus Vankuver şəhərciyinin cənub-şərqindədir və Saymon Freyzer Universiteti, Emili Karr İncəsənət və Dizayn, Texnologiya institutları və Britaniya Kolumbiyası Universitetinin əməkdaşlığı çərçivəsində geniş tədqiqatlar aparmaq məqsədilə yaradılıb. Robson Meydanında beynəlxalq konfranslar, forumlar, konsertlər və digər tədbirlər keçirilir. Tibbi Təhsil korpusunda 75 tibb müəssisəsi, 22 böyük və orta regional hospital tələbələrin xidmətindədir.
Britaniya Kolumbiyası Universitetinin nəzdində Vankuver kampusunda 12 fakültə (Tətbiqi elmlər, İncəsənət, Tədqiqatların davam etdirilməsi, Stomatologiya, Pedaqogika, Meşə təsərrüfatı, Ali tədqiqatlar, Yer və qida sistemləri, Hüquq, Tibb, Əczaçılıq və Elmlər fakültələri) və 12 məktəb (Memarlıq və Landşaft Arxitekturası, Tibb Bacısı, Jurnalistika, Kitabxana, Arxiv və İnformasiya Tədqiqatları, Musiqi, İctimai Fəaliyyət, Souder Biznes, İnsan Kinetikası, Audiologiya və Nitq Elmləri, Əhali və Səhiyyə, Cəmiyyət və Regional Planlaşdırma, Ekoloji Sağlamlıq məktəbləri), Fənlərarası Tədqiqatlar və Sağlamlıq İntizamı kollecləri, Okanaqan kampusunda isə Yaradıcı və Kritik Tədqiqatlar, Pedaqogika, Tətbiqi elmlər, Sağlamlıq və sosial inkişaf, Menecment fakültələri, Ali Tədqiqatlar Kolleci, eləcə də İrvinq Berber İncəsənət və Elmlər, İctimai Fəaliyyət, Tibb Bacısı məktəbləri fəaliyyət göstərir. Hər fakültə, məktəb və kollec, öz növbəsində, bir neçə departament və bölmədən ibarətdir. Universitetin ən böyük fakültəsi 1915-ci ildə yaradılmış və 20 departamentdən ibarət olan İncəsənət, ikinci ən böyük fakültəsi isə 1964-cü ildə yaradılan və 15 departamentdən ibarət olan Tətbiqi elmlər fakültəsidir.
Britaniya Kolumbiyası Universitetinin kitabxanası Kanadanın ikinci ən böyük elmi-texniki kitabxanasıdır. Kitabxana sisteminə 5,4 milyon cild kitab, 5,2 milyon mikrofilm, 808000 xəritə, audio, video və qrafik materiallar, 56000 seriyalı abunə, 261000 elektron kitab, Qərbi Kanadada ən böyük biotibbi kolleksiya, Kanadada ən böyük Asiya dillərində olan kitab toplusu daxildir. 1963-cü ildə general-mayor Viktor Odlum universitetə şəxsi kolleksiyasından 10000 kitab hədiyyə edib və bu kitablar Rokvuds Kitabxana Mərkəzində yerləşdirilib. Universitetin hazırda İrvinq Barber Təhsil Mərkəzi adlandırılan əsas kitabxanasında avtomatlaşdırılmış qorunma və informasiya axtarışı bölmələri var. Əsas kitabxanadan başqa, universitetin böyük kitabxanalarından Asiya, Okanaqan, Volter Koerner, Xwi7xwa kitabxanalarını qeyd etmək olar. Kitabxanaların 20 filialı və 3 xəstəxana bölməsi daxil olmaqla burada 300-dən çox əməkdaş çalışır. Britaniya Kolumbiyası Universitetinin kitabxanası Elmi-Texniki Kitabxanalar Assosiasiyasının üzvüdür.
Britaniya Kolumbiyası Universitetinin icraedici orqanına İdarəçilər Şurası, Palatalar Şurası, prezident, vitse-prezidentlər, dekanlar daxildir. Hazırda universitetin 12-ci prezidenti və vitse-kansleri Stifen Tup, prorektoru və akademik işlər üzrə vitse-kansleri Devid Farrardır. Universitetdə ümumilikdə 13622 işçi çalışır. Onların 4669 nəfəri professor-müəllim, qalanları isə inzibati işçilərdir. Bundan əlavə, universitet xəstəxanalarında və "TRIUMF" fondunda 7000-dən çox əməkdaş fəaliyyət göstərir.
Britaniya Kolumbiyası Universitetində Vankuver və Okanaqan kampusu daxil olmaqla ümumilikdə 52136 nəfər tələbə təhsil alır. Onlardan bakalavrların 36771 nəfəri Vankuver, 5609 nəfəri isə Okanaqan kampusunda, magistr və doktorantların isə 9350 nəfəri Vankuver, 406 nəfəri isə Okanaqan kampusunda oxuyur. Burada təhsil alan əcnəbi tələbələrin sayı isə 6403 nəfərə bərabərdir. Əcnəbi tələbələrin əksəriyyəti ABŞ, Çin, Cənubi Koreya, Yaponiya, Honqkonq, İndoneziya, Böyük Britaniya, Meksika, Malayziya və s. ölkələrdən olan gənclərdir.
Britaniya Kolumbiyası Universitetində yerli xalqların (hinduların) nümayəndələri üçün təşkil edilmiş Lonqhaus aborigen tələbələr üçün "komfort zonası" hesab edilir və onların mədəniyyət və fəaliyyətlərini öyrənən mərkəz kimi fəaliyyət göstərir. Mərkəzin dekanı, dekan müavini, müəllimləri var. Lonqhaus Mərkəzi yerli əhali və metislərdə sahibkarlıq keyfiyyətlərini gücləndirmək, onların mədəniyyətlərini qorumaq və inkişaf etdirmək, konkret ehtiyaclarının ödənilməsi üçün şərait yaratmaq məqsədi daşıyır.
Britaniya Kolumbiyası Universitetinin Vankuver kampusunda 8000-dən çox tələbə və əməkdaş yerləşdirmək imkanına malik 8 yataqxana kompleksi var (Merin Drayv, Thunderbird, Vanier Pleys, Volter Qeyc, Fervyu Kresent, Totem Park, Akadiya Park, Rits). Birinci kurs tələbələrinin əksəriyyəti ümumi otaqlı Totem Park və Vanier Pleys yataqxanalarında qalır. Akadiya Park yataqxanası uşaqlı tələbələr üçün nəzərdə tutulub. Vankuver kampusunda birillik yataqxana qiymətləri belədir: ümumi otaq — 3840, birnəfərlik otaq — 4400, 4720 Kanada dolları.
Okanaqan kampusunda yerləşən yataqxanalar yüksək şəraitə malik 1300 birotaqlı nömrələrdən ibarətdir. Bu kampusdakı yataqxanalardan Similkamin Pleys, Kassiar, Kalamoka, Nikola, Valhalla, Kaskad, Yuxarı Kaskad, Monaşi Pleysi qeyd etmək olar. Okanaqan kampusundakı yataqxanalarda 1 illik (2 semestr) qalmaq qiyməti 4400 Kanada dolları təşkil edir.
Kampusda müxtəlif mədəniyyətləri təmsil edən insanlarla yaşamaq tələbəyə zəngin həyat təcrübəsi bəxş edir. Universitetin Mənzil Ofisi tələbələrə həm akademik, həm sosial, həm də mənəvi dəstək olur, onların uğur əldə etmələri üçün müxtəlif tədbirlər keçirir. Rezidensiyaların yaşıl parkların əhatəsində, meşənin, Sakit okeanın yaxınlığında yerləşməsi tələbələrin istirahəti üçün çox gözəl şərait yaradır. Tələbələrin ən sevimli məşğuliyyəti okean sahili boyu piyada gəzintidir. Burada yerləşən Vrik Biç (Wreck Beach) dünyanın ən böyük çimərliklərindən biridir.
Britaniya Kolumbiyası Universitetinin tələbə mətbuatı çox zəngindir. Vankuver kampusunda həftədə iki dəfə çıxan "The Ubyssey" qəzetini, Okanaqan kampusunda iki həftədən bir çıxan "The Phoenix" qəzetini, aylıq dərc olunan "The Graduate" jurnalını, CiTR "Thunderbird Radio" kampus radiosunu, radiostansiyanın dərc etdiyi "Discorder" musiqili və əyləncəli jurnalı, "The Knoll" siyasi proqressiv nəşrini, "Point" həftəlik idman qəzetini, iki həftədən bir dərc olunan "Underqround" Bakalavr Cəmiyyətinin qəzetini, "The 432" saytı və iki həftədən bir dərc olunan satirik nəşri, "PRISM international" saytı və ədəbiyyat jurnalını, ildə iki dəfə çıxan "Cinephile" elmi jurnalını və s. buna sübut kimi göstərmək olar.
Britaniya Kolumbiyası Universitetinin idman komandası universiteti Kanadada və bütün dünyada təşkil edilən idman yarışlarında yüksək səviyyədə təmsil edir. Universitetdə Duq Mitçel Thunderbird, kroket, üzgüçülük, qayalara dırmaşma, dodze mərkəzləri, trenajor zalları mövcuddur, tələbələrə demək olar ki, idmanın bütün növləri ilə məşğul olmaq üçün şərait yaradılıb.
Dünyanın aparıcı universitetlərindən biri olan Britaniya Kolumbiyası Universiteti qlobal vətəndaşlığı, möhkəm vətəndaş cəmiyyətinin yaranmasını, önəmli tədqiqatları dəstəkləyən xüsusi təhsil mühiti yaradaraq Kanadanın və bəşəriyyətin insanlarına xidmət edir. Universitet ictimai rifahın möhkəmləndirilməsi məqsədilə idarəetmənin və təhsil standartlarının ən yüksək səviyyəsini özündə əks etdirir.
Xarici əlaqələri
Britaniya Kolumbiyası Universiteti "Universitas 21" beynəlxalq elmi-tədqiqat, Sakit okean regionu Universitetləri assosiasiyalarının və Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Büdcəsi
2009–2010-cu tədris ilində Britaniya Kolumbiyası Universitetinin illik gəlirləri 1472140000 Kanada dolları olub. Həmin məbləğin 859402000 dolları hökumət qrantları, 136130000 dolları qeyri-hökumət qrantları və ianə, 186797 dolları investisiya, 326425000 dolları təhsil haqqı, 256155000 dolları satış və xidmətlər, 80825000 dolları isə amortizasiya hesabına əldə olunan gəlirlərdir.
Həmin il universitetin illik xərcləri isə 1687180000 Kanada dolları təşkil edib. Xərclərin 878701000 dollarını əməkhaqqı,127143000 dollarını əməkdaşların müavinəti, 62235000 dollarını təqaüd və kreditlər, 82545000 dollarını qrant və borcların ödənilməsi, 63867000 dollarını mütəxəssis və məsləhət xidmətləri, 28581000 dollarını utilitlər, qalanlarını isə müxtəlif məsrəflər təşkil edib.
Təhsil haqqı
2009–2010-cu tədris ilində Britaniya Kolumbiyası Universitetində təhsil haqqı proqram və fakültədən asılı olaraq yerli tələbələr üçün 3614 (Tibb bacısı), 4518 (İncəsənət, Əczaçılıq, Sosial fəaliyyət və s.), 10135 (Hüquq), 15457 (Stomatologiya, Tibb) Kanada dolları arasında, əcnəbi tələbələr üçün isə 16894 (Tibb bacısı), 21118 (İnəsənət, İctimai fəaliyyət və s.), 42909 (Təhsil/Pedaqogika) Kanada dolları arasında dəyişib.
Britaniya Kolumbiyası Universitetində də tələbələrə müxtəlif məbləğdə təqaüdlər təklif olunur (500, 2000, 3000, 5000 Kanada dolları və s.). Təqaüdlər, ilk növbədə, akademik nailiyyətlər əldə etmiş, yaxşı oxuyan, eləcə də ictimai fəaliyyət, idman, incəsənət və s. sahələrdə uğur qazanmış tələbələrə semestrin və ya tədris ilinin sonunda təqdim edilir.
Reytinqi
2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
35 | 36 | 37 | 36 | 36 | 35 | 36 | 36 | 37 | 39 | 40 | 37 | 40 |
2015/16 | 2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
---|---|---|---|---|---|
50 | 43 | 49 | 45 | 51 | 44 |
2015/16 | 2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
---|---|---|---|---|---|
34 | 32 | 31 | 30 | 22 | 30 |
Məşhur məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- – Kanadanın sabiq Baş naziri;
- Con Törner – Kanadanın sabiq Baş naziri;
- – Kanadanın sabiq Baş naziri;
- – Alberta Universitetinin hazırkı prezidenti;
- – 6-cı prezidenti;
- – icraçı direktoru;
- – "Computer Associates" korporasiyasının icraçı direktoru;
- – fizika üzrə Nobel mükafatı laureatı (1994);
- Robert Mandell – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı (1999);
- – yazıçı;
- – avarçılıq üzrə üçqat Olimpiya çempionu.
Həmçinin bax
Mənbə
- Lamiyə Əliyeva, Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 18.06.2010, № 23. (az.)
İstinadlar
- Directory of Open Access Journals. 2003.
- . 2011-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- Member Universities (As of 2014) 2021-09-16 at the Wayback Machine. pul.ynu.ac.jp (ing.)
- . Shanghai Ranking Consultancy. 2014. 2015-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- . 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- "QS World University Rankings (2015)". 2020-05-11 tarixində . İstifadə tarixi: 2015-09-27.
- "QS World University Rankings (2014)". 2016-02-05 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2013)". 2016-10-21 tarixində . İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2012)". 2019-05-02 tarixində . İstifadə tarixi: 2015-04-11.
- . 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- . 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində . İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində . İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
- tudelft.nl — Britaniya Kolumbiyası Universitetinin rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Britaniya Kolumbiyasi Universiteti ing University of British Columbia Kanadanin Britaniya Kolumbiyasi eyaletinin Vankuver seherinde yerlesen ali tehsil muessisesi olkenin en aparici ali tehsil ocaqlarindan biridir Britaniya Kolumbiyasi Universiteti UBC49 15 38 sm e 123 14 45 q u Esasi qoyulub 1908Tip DovletTelebe sayi 58 284Seher Vankuver seheriOlke KanadaSayt ubc ca Vikianbarda elaqeli mediafayllarTarixi1908 ci ilde Kanadanin Britaniya Kolumbiyasi eyaletinde universitet yaradilmasi haqqinda qanun qebul edilir lakin harada yerlesmesi qeyd olunmur Qanuna esasen yaradilacaq universitetin akademik isler uzre Senati Cagirisi Idareciler Surasi tesdiq edilir 1910 cu ilde butun eyaleti axtardiqdan sonra Vankuver seherinin Point Qrey erazisi gelecek kampusun salinacagi yer kimi mueyyenlesir 1912 ci ilde universitet Cagirisinin ilk iclasi kecirilir ve doktor Frensis Karter Kotton yaradilacaq universitetin ilk kansleri prezidenti ise bir il sonra Frank Fercayld Uesbruk secilir 1914 cu ilde Point Qreyde universitetin ilk binalarinin tikintisi heyata kecirilir lakin I Dunya muharibesinin baslanmasi islerin lengimesine sebeb olur 1915 ci ilde Vankuver seherinde yerlesen kecmis MakGill Universiteti Kollecinin qerargahinda Britaniya Kolumbiyasi Universiteti yaradilir Universitet uc fakulte incesenet tetbiqi elmler kend teserrufati fakultelerinden ibaret olur Hemin ilin sentyabrinda buraya 379 telebe qebul olunur 1923 cu ilde Point Qreyde 9 bina 4 laboratoriya kitabxana ve elektrostansiyanin tikintisi basa catir 1925 ci ilde ise Point Qrey kampusunun resmi acilisi olur Universitet acilis zamani ilk defe telebelerini elmi derecelerle teltif edir II Dunya muharibesi dovrunde universitetde mudafie tedqiqatlarina diqqet daha da artirilir Muharibe elan olundugu gunden baslayaraq ali mektebin laboratoriyalari isci heyeti telebeleri avadanliqlari ve s hokumetin butun emrlerini yerine yetirmek veziyyetinde idi ve istenilen komekliyi gosterirdi 1945 ci ilde Britaniya Kolumbiyasi Universitetinde muharibeden sonra serbest inkisaf dovru baslayir yeni tedris proqramlari qebul olunur huquq ictimai fealiyyet eczaciliq fakulteleri acilir telebelerin sayi ikiqat artir 1948 ci ilde universitetin Henninqs Fizika binasinda professor Van de Qraff atom generatoru qurasdirir bir il sonra universitetde tibb fakultesi ve Antropologiya muzeyi 1950 ci ilde Ticaret ve Tehsil mektebleri 1951 ci ilde mese teserrufati fakultesi ve tibb bacisi mektebi acilir Britaniya Kolumbiyasi Universiteti 1958 ci ilde 50 illik yubileyini qeyd edir 1965 ci ilde ali mekteb en irihecmli proqramini heyata kecirir Cenub Kampusunun tikintisine baslanilir Hemin kampusun erazisinde 1974 cu ilde Tri Mezona Universitet Fondu nuve ve hissecikler tedqiqatlari aparmaq ucun neheng siklotron qurasdirir 1981 ci ilde universitetde klassik yapon Nitobe Memorial Baginin yaninda yaradilmis Asiya Merkezinde Asiya tedqiqatlari ve Asiya kitabxanasi fealiyyete baslayir hemin il elmi tedqiqatlar aparmaq meqsedile Diskaveri parki yaradilir 1993 cu ilde Vankuver seherinde teskil olunan Vankuver Sammiti zamani Britaniya Kolumbiyasi Universitetinde Rusiya prezidenti Boris Yeltsinin ve ABS prezidenti Bill Klintonun gorusu olur Hemin il universitetin biokimya uzre professoru Maykl Smit genlerin siralanmasini mueyyen eden yoneldilmis mutagenez sahesi novator isine gore kimya uzre Nobel mukafatina layiq gorulur Universitetin Simal Kelouna kampusunun acilisi da bu ile tesaduf edir 1996 ci ilde universitetde jurnalistika mektebinin yaradilmasi qerara alinir ve bir il sonra mektebin resmi acilisi olur 1997 ci ilde universitetin Antropologiya muzeyinde Asiya Sakit okean Iqtisadi Emekdasligi Teskilati cercivesinde istirakci olkeler arasinda ticaretin liberallasmasi movzusunda liderlerin iqtisadi musaviresi kecirilir 2001 ci ilde ali mektebde Robson Meydaninin acilisi bas tutur 2004 cu ilde ise universitetde 2000 ci ilde vefat etmis Maykl Smitin adini dasiyan elmi tedqiqat laboratoriyasi yaradilir Bir il sonra Britaniya Kolumbiyasi Universitetinin Okanaqan Kampusu acilir 2006 ci ilde doktor Stifen Tup universitetin prezidenti secilir ve hazirda o bu vezifeni icra edir Hemin il Kanadanin almaz hasilatina rehberlik eden universitetin mezunu Carlz Fipke Okanaqan kampusunda yeni Innovasiya Tedqiqatlari Merkezine 6 milyon Kanada dollari bagislayir 2008 ci ilde Vankuver kampusunda ali mektebin Irvinq Barber Tedris Merkezinin resmi acilisi olur Hazirda Britaniya Kolumbiyasi Universitetinde yeni yeni tedqiqat laboratoriyalarinin yataqxanalarin ve s muessiselerin yaradilmasi davam edir proqramlar qebul olunur bir sozle ali tehsil ocagi geleceyin en guclu elm merkezine cevrilmek meqsedile suretle inkisaf edir Muasir veziyyetiVankuver seheri Sakit okeanin sahilinde ve sahil boyu uzanan arasinda yerlesir Vankuver Simali Amerikanin en gozel seherlerinden biridir ve dunyanin 127 seheri arasinda kecirilen sorguda yasamaq ucun dunyanin en arzuolunan seheri kimi tesnif edilib Bu il fevralin 12 den 28 dek Vankuverde kecirilen qis Olimpiya ve Paralimpiya oyunlari seheri daha da meshurlasdirib Seherin temiz havasi yumsaq iqlimi gozel tebieti bura coxlu sayda turist celb edir Britaniya Kolumbiyasi Universiteti Vankuer Okanaqan Simali Robson Meydani kampuslarindan ve Britaniya Kolumbiyasinda yerlesen Tibbi Tehsil korpusundan ibaretdir Vankuver kampusu Esas kampus qerbinde Vankuver seherinde yerlesir ve Britaniya Kolumbiyasi Universitetinin akademik ve inzibati nuvesi hesab edilir Kampusun yaxinliginda Universitet Fonduna mexsus 763 hektar mese massivi yerlesir Mese Vankuver seheri ve kampusu arasinda yasil qursaq kimi xidmet edir Vankuver kampusu oz novbesinde coxlu sayda elmi tedqiqat merkezlerinin yerlesdiyi Cenub ve yataqxanalarin muxtelif xidmet merkezlerinin polis yangin idareleri banklar magazalar cemlesdiyi Serq kampuslarindan ibaretdir Vankuver seherciyinin binalarinin coxu yeni olsa da en qedim bina burada 1877 ci ile aiddir Kampusda zengin floraya malik parklar Qedim Dendari botanika bagi Nitobe Memorial yapon bagi Antropologiya muzeyi Cen Ifaciliq Inceseneti Merkezi yerlesir Okanaqan Kelouna da deyilir kampusu 2005 ci ilde yaradilib ve Okanaqan golunun yanindaki Kelouna seherinin simal serqinde beynelxalq aeroportun yaxinliginda yerlesir Bu kampus tedris ve elmi tedqiqatlarin innovasiyalarin medeni ve ictimai heyatinin zenginliyine gore secilir Hazirda kampusda genismiqyasli yataqxana ve tedris komplekslerinin tikintisi heyata kecirilir Simali kampus Vankuver seherciyinin cenub serqindedir ve Saymon Freyzer Universiteti Emili Karr Incesenet ve Dizayn Texnologiya institutlari ve Britaniya Kolumbiyasi Universitetinin emekdasligi cercivesinde genis tedqiqatlar aparmaq meqsedile yaradilib Robson Meydaninda beynelxalq konfranslar forumlar konsertler ve diger tedbirler kecirilir Tibbi Tehsil korpusunda 75 tibb muessisesi 22 boyuk ve orta regional hospital telebelerin xidmetindedir Britaniya Kolumbiyasi Universitetinin nezdinde Vankuver kampusunda 12 fakulte Tetbiqi elmler Incesenet Tedqiqatlarin davam etdirilmesi Stomatologiya Pedaqogika Mese teserrufati Ali tedqiqatlar Yer ve qida sistemleri Huquq Tibb Eczaciliq ve Elmler fakulteleri ve 12 mekteb Memarliq ve Landsaft Arxitekturasi Tibb Bacisi Jurnalistika Kitabxana Arxiv ve Informasiya Tedqiqatlari Musiqi Ictimai Fealiyyet Souder Biznes Insan Kinetikasi Audiologiya ve Nitq Elmleri Ehali ve Sehiyye Cemiyyet ve Regional Planlasdirma Ekoloji Saglamliq mektebleri Fenlerarasi Tedqiqatlar ve Saglamliq Intizami kollecleri Okanaqan kampusunda ise Yaradici ve Kritik Tedqiqatlar Pedaqogika Tetbiqi elmler Saglamliq ve sosial inkisaf Menecment fakulteleri Ali Tedqiqatlar Kolleci elece de Irvinq Berber Incesenet ve Elmler Ictimai Fealiyyet Tibb Bacisi mektebleri fealiyyet gosterir Her fakulte mekteb ve kollec oz novbesinde bir nece departament ve bolmeden ibaretdir Universitetin en boyuk fakultesi 1915 ci ilde yaradilmis ve 20 departamentden ibaret olan Incesenet ikinci en boyuk fakultesi ise 1964 cu ilde yaradilan ve 15 departamentden ibaret olan Tetbiqi elmler fakultesidir Britaniya Kolumbiyasi Universitetinin kitabxanasi Kanadanin ikinci en boyuk elmi texniki kitabxanasidir Kitabxana sistemine 5 4 milyon cild kitab 5 2 milyon mikrofilm 808000 xerite audio video ve qrafik materiallar 56000 seriyali abune 261000 elektron kitab Qerbi Kanadada en boyuk biotibbi kolleksiya Kanadada en boyuk Asiya dillerinde olan kitab toplusu daxildir 1963 cu ilde general mayor Viktor Odlum universitete sexsi kolleksiyasindan 10000 kitab hediyye edib ve bu kitablar Rokvuds Kitabxana Merkezinde yerlesdirilib Universitetin hazirda Irvinq Barber Tehsil Merkezi adlandirilan esas kitabxanasinda avtomatlasdirilmis qorunma ve informasiya axtarisi bolmeleri var Esas kitabxanadan basqa universitetin boyuk kitabxanalarindan Asiya Okanaqan Volter Koerner Xwi7xwa kitabxanalarini qeyd etmek olar Kitabxanalarin 20 filiali ve 3 xestexana bolmesi daxil olmaqla burada 300 den cox emekdas calisir Britaniya Kolumbiyasi Universitetinin kitabxanasi Elmi Texniki Kitabxanalar Assosiasiyasinin uzvudur Britaniya Kolumbiyasi Universitetinin icraedici orqanina Idareciler Surasi Palatalar Surasi prezident vitse prezidentler dekanlar daxildir Hazirda universitetin 12 ci prezidenti ve vitse kansleri Stifen Tup prorektoru ve akademik isler uzre vitse kansleri Devid Farrardir Universitetde umumilikde 13622 isci calisir Onlarin 4669 neferi professor muellim qalanlari ise inzibati iscilerdir Bundan elave universitet xestexanalarinda ve TRIUMF fondunda 7000 den cox emekdas fealiyyet gosterir Britaniya Kolumbiyasi Universitetinde Vankuver ve Okanaqan kampusu daxil olmaqla umumilikde 52136 nefer telebe tehsil alir Onlardan bakalavrlarin 36771 neferi Vankuver 5609 neferi ise Okanaqan kampusunda magistr ve doktorantlarin ise 9350 neferi Vankuver 406 neferi ise Okanaqan kampusunda oxuyur Burada tehsil alan ecnebi telebelerin sayi ise 6403 nefere beraberdir Ecnebi telebelerin ekseriyyeti ABS Cin Cenubi Koreya Yaponiya Honqkonq Indoneziya Boyuk Britaniya Meksika Malayziya ve s olkelerden olan genclerdir Britaniya Kolumbiyasi Universitetinde yerli xalqlarin hindularin numayendeleri ucun teskil edilmis Lonqhaus aborigen telebeler ucun komfort zonasi hesab edilir ve onlarin medeniyyet ve fealiyyetlerini oyrenen merkez kimi fealiyyet gosterir Merkezin dekani dekan muavini muellimleri var Lonqhaus Merkezi yerli ehali ve metislerde sahibkarliq keyfiyyetlerini guclendirmek onlarin medeniyyetlerini qorumaq ve inkisaf etdirmek konkret ehtiyaclarinin odenilmesi ucun serait yaratmaq meqsedi dasiyir Totem Park Britaniya Kolumbiyasi Universitetinin Vankuver kampusunda 8000 den cox telebe ve emekdas yerlesdirmek imkanina malik 8 yataqxana kompleksi var Merin Drayv Thunderbird Vanier Pleys Volter Qeyc Fervyu Kresent Totem Park Akadiya Park Rits Birinci kurs telebelerinin ekseriyyeti umumi otaqli Totem Park ve Vanier Pleys yataqxanalarinda qalir Akadiya Park yataqxanasi usaqli telebeler ucun nezerde tutulub Vankuver kampusunda birillik yataqxana qiymetleri beledir umumi otaq 3840 birneferlik otaq 4400 4720 Kanada dollari Okanaqan kampusunda yerlesen yataqxanalar yuksek seraite malik 1300 birotaqli nomrelerden ibaretdir Bu kampusdaki yataqxanalardan Similkamin Pleys Kassiar Kalamoka Nikola Valhalla Kaskad Yuxari Kaskad Monasi Pleysi qeyd etmek olar Okanaqan kampusundaki yataqxanalarda 1 illik 2 semestr qalmaq qiymeti 4400 Kanada dollari teskil edir Kampusda muxtelif medeniyyetleri temsil eden insanlarla yasamaq telebeye zengin heyat tecrubesi bexs edir Universitetin Menzil Ofisi telebelere hem akademik hem sosial hem de menevi destek olur onlarin ugur elde etmeleri ucun muxtelif tedbirler kecirir Rezidensiyalarin yasil parklarin ehatesinde mesenin Sakit okeanin yaxinliginda yerlesmesi telebelerin istiraheti ucun cox gozel serait yaradir Telebelerin en sevimli mesguliyyeti okean sahili boyu piyada gezintidir Burada yerlesen Vrik Bic Wreck Beach dunyanin en boyuk cimerliklerinden biridir Britaniya Kolumbiyasi Universitetinin telebe metbuati cox zengindir Vankuver kampusunda heftede iki defe cixan The Ubyssey qezetini Okanaqan kampusunda iki hefteden bir cixan The Phoenix qezetini ayliq derc olunan The Graduate jurnalini CiTR Thunderbird Radio kampus radiosunu radiostansiyanin derc etdiyi Discorder musiqili ve eylenceli jurnali The Knoll siyasi proqressiv nesrini Point heftelik idman qezetini iki hefteden bir derc olunan Underqround Bakalavr Cemiyyetinin qezetini The 432 sayti ve iki hefteden bir derc olunan satirik nesri PRISM international sayti ve edebiyyat jurnalini ilde iki defe cixan Cinephile elmi jurnalini ve s buna subut kimi gostermek olar Britaniya Kolumbiyasi Universitetinin idman komandasi universiteti Kanadada ve butun dunyada teskil edilen idman yarislarinda yuksek seviyyede temsil edir Universitetde Duq Mitcel Thunderbird kroket uzguculuk qayalara dirmasma dodze merkezleri trenajor zallari movcuddur telebelere demek olar ki idmanin butun novleri ile mesgul olmaq ucun serait yaradilib Dunyanin aparici universitetlerinden biri olan Britaniya Kolumbiyasi Universiteti qlobal vetendasligi mohkem vetendas cemiyyetinin yaranmasini onemli tedqiqatlari destekleyen xususi tehsil muhiti yaradaraq Kanadanin ve beseriyyetin insanlarina xidmet edir Universitet ictimai rifahin mohkemlendirilmesi meqsedile idareetmenin ve tehsil standartlarinin en yuksek seviyyesini ozunde eks etdirir Xarici elaqeleriBritaniya Kolumbiyasi Universiteti Universitas 21 beynelxalq elmi tedqiqat Sakit okean regionu Universitetleri assosiasiyalarinin ve Liman Seherlerinin Universitet Liqasinin uzvudur Budcesi2009 2010 cu tedris ilinde Britaniya Kolumbiyasi Universitetinin illik gelirleri 1472140000 Kanada dollari olub Hemin meblegin 859402000 dollari hokumet qrantlari 136130000 dollari qeyri hokumet qrantlari ve iane 186797 dollari investisiya 326425000 dollari tehsil haqqi 256155000 dollari satis ve xidmetler 80825000 dollari ise amortizasiya hesabina elde olunan gelirlerdir Hemin il universitetin illik xercleri ise 1687180000 Kanada dollari teskil edib Xerclerin 878701000 dollarini emekhaqqi 127143000 dollarini emekdaslarin muavineti 62235000 dollarini teqaud ve kreditler 82545000 dollarini qrant ve borclarin odenilmesi 63867000 dollarini mutexessis ve meslehet xidmetleri 28581000 dollarini utilitler qalanlarini ise muxtelif mesrefler teskil edib Tehsil haqqi2009 2010 cu tedris ilinde Britaniya Kolumbiyasi Universitetinde tehsil haqqi proqram ve fakulteden asili olaraq yerli telebeler ucun 3614 Tibb bacisi 4518 Incesenet Eczaciliq Sosial fealiyyet ve s 10135 Huquq 15457 Stomatologiya Tibb Kanada dollari arasinda ecnebi telebeler ucun ise 16894 Tibb bacisi 21118 Inesenet Ictimai fealiyyet ve s 42909 Tehsil Pedaqogika Kanada dollari arasinda deyisib Britaniya Kolumbiyasi Universitetinde de telebelere muxtelif meblegde teqaudler teklif olunur 500 2000 3000 5000 Kanada dollari ve s Teqaudler ilk novbede akademik nailiyyetler elde etmis yaxsi oxuyan elece de ictimai fealiyyet idman incesenet ve s sahelerde ugur qazanmis telebelere semestrin ve ya tedris ilinin sonunda teqdim edilir Reytinqi Academic Ranking of World Universities deki yeri 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 201535 36 37 36 36 35 36 36 37 39 40 37 40 QS World University Rankings deki yeri 2015 16 2014 15 2013 14 2012 13 2011 12 2010 1150 43 49 45 51 44 Times Higher Education World University Rankings deki yeri 2015 16 2014 15 2013 14 2012 13 2011 12 2010 1134 32 31 30 22 30Meshur mezunlariBuranin mezunu olan meshurlardan misal olaraq asagidakilarin adlarini cekmek olar Kanadanin sabiq Bas naziri Con Torner Kanadanin sabiq Bas naziri Kanadanin sabiq Bas naziri Alberta Universitetinin hazirki prezidenti 6 ci prezidenti icraci direktoru Computer Associates korporasiyasinin icraci direktoru fizika uzre Nobel mukafati laureati 1994 Robert Mandell iqtisadiyyat uzre Nobel mukafati laureati 1999 yazici avarciliq uzre ucqat Olimpiya cempionu Hemcinin bax Universitet portaliMenbeLamiye Eliyeva Dunya universitetleri Britaniya Kolumbiyasi Universiteti 2014 09 09 at the Wayback Machine Azerbaycan muellimi qezeti 18 06 2010 23 az IstinadlarDirectory of Open Access Journals 2003 2011 05 21 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 10 12 Member Universities As of 2014 2021 09 16 at the Wayback Machine pul ynu ac jp ing Shanghai Ranking Consultancy 2014 2015 05 04 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 26 aprel 2015 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 09 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 04 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 12 10 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 Academic Ranking of World Universities 2011 2011 08 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2013 04 25 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2019 03 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 01 19 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 26 2015 10 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 08 25 QS World University Rankings 2015 2020 05 11 tarixinde Istifade tarixi 2015 09 27 QS World University Rankings 2014 2016 02 05 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2013 2016 10 21 tarixinde Istifade tarixi 2015 04 11 QS World University Rankings 2012 2019 05 02 tarixinde Istifade tarixi 2015 04 11 2011 10 01 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 11 2011 04 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 04 11 THE World University Rankings 2015 2016 Times Higher Education 2016 10 31 tarixinde Istifade tarixi 11 mart 2016 apostrophe markup THE World University Rankings 2014 2015 Times Higher Education 2015 05 29 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2013 2014 Times Higher Education 2013 10 04 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2012 2013 Times Higher Education 2015 05 30 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2011 2012 Times Higher Education 2015 04 02 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup THE World University Rankings 2010 2011 Times Higher Education 2015 05 30 tarixinde Istifade tarixi 12 aprel 2015 apostrophe markup Xarici kecidlertudelft nl Britaniya Kolumbiyasi Universitetinin resmi sayti