Birinci Ümum-Azərbaycan Sovetlər qurultayı — Azərbaycan SSR-in dövlət quruculuğunun formalaşdırılması sahəsində mühüm mərhələlərdən biri.
Qurultayın çağrılmasına hazırlıq
1921-ci ilin yanvarından etibarən sovetlərə seçkilər keçirilməsinə və Birinci Ümum-Azərbaycan Sovetlər qurultayarın çağrılmasına hazırlıq başlandı. Bütünlükdə Azərbaycanda yoxsul komitələrindən sovetlərə keçilməsinə əməkçi kəndlilərin qurultaylarında seçilən kənd və nahiyə sovetlərinin yaradılmasından qəza inqilab komitələrinin ləğvindən və qəza sovetlər qurultaylarında seçilən icraiyyə komitələrinin yaradılmasından başlanmalı idi.
Naxçıvan qəzası və Kürdüstan istisna olmaqla, 1921-ci ilin yazından Azərbaycanın bütün qəzalarında sovetlərə seçkilərin təşkili və keçirilməsi kampaniyası genişlənir. Ümum-Azərbaycan Sovetlər qurultayının çağırılması üzrə komissiya yaradıldı. Sovetlərə seçkilər keçirilməsinə kömək göstərmək üçün 1921-ci il yanvarın axırınadək Bakıdan qəzalara 700-dək azərbaycanlı nümayəndə göndərildi. Qəzalardakı (fövqaladə) üçlüklər və beşliklər kənd sovetlərinin təşkilinə kömək edirdilər.
Seçkilərdə əməkçi kütlələrin fəal iştirakını təmin etmək məqsədilə bitərəflərin konfransları keçirilirdi. Yerlərdə seçkilərin keçirilməsinə rəhbərlik etmək üçün bütün qəza təşkilatlarına qanun göndərilmişdi. Qanuna əsasən seçki kampaniyası başa çatandan sonra hər bir qəza şəhərində qəza kəndli, fəhlə və əsgər deputatları soveti fəaliyyət göstərməli idi. O, kənd sovetlərinin (500 sakinə bir deputat) və şəhər sovetlərinin (200 seçiciyə bir deputat) nümayəndələrindən, özü də qəza üzrə 300 deputatdan çox olmamaq şərtilə seçilməli idi. Daimi icra orqanları kimi, qəza icraiyyə komitələri 15 nəfərdən çox olmamaqla qəza sovetlər qurultayı tərəfindən altı ay müddətinə seçilirdi. Onlar öz aralarında üç və ya beş nəfərdən ibarət Rəyasət Heyəti seçirdilər. Dinindən, milliyyətindən, oturaqlığından və sairdən asılı olmayaraq, 18 yaşından yuxarı, məhsuldar və ümumi faydalı əməklə özünə dolanacaq qazanan şəxslərin, gəlir götürmək məqsədilə muzdlu əməkdən istifadə etməyən kəndlilərin sovetlərə seçmək və seçilmək hüququ var idi. 1920-ci il aprelin 28-dək, eləcə də ondan sonra muzdlu əməkdən istifadə edənlər, zəhmətsiz gəlirlə yaşayanlar, tacirlər, vasitəçilər, mollalar, monaxlar, din xadimləri, polisin və onun orqanlarının keçmiş agentlərinin seçmək və seçilmək hüququ yox idi.
Beləliklə, respublika əhalisinin müəyyən nüfuzlu, inkişaf etmiş hissəsini demokratik hüquqlardan məhrum edir və əslində dövlət quruculuğunda iştirakdan kənarlaşdırırdılar. Bununla da geniş demokratiya prinsipləri pozulur, siyasi alternativ və bütün xalqa iradəsini sərbəst şəkildə bildirmək imkanı vermədən cəmiyyət üzərində totalitar rejimin — diktator təkhakimiyyətliliyinin meydana çıxmasına zəmin yaradılırdı. Azərbaycanda "fəhlə-kəndli hökuməti"nin bərqərarlaşdırılması prosesində cəmiyyətdəki marqinal təbəqə-küncü, daldanacağı, sığınacağı, kifayət qədər mədəniyyəti olmayan, yoxsullaşmış dünənki kəndlilər, səfilləşmiş fəhlələr inzibati-amirlik rejimini təmin etdiyi üçün yeni hakimiyyət onlara arxalanırdı. Çünki marqinallar komfortlu yaşayış iddiasında olmur, dövlətin verdiyi sədəqədən məmnun qalırlar. İnsanlarda kütləvi bərabərçilik psixologiyası, dövlətdən asılılıq, onun iradəsinə tabelik psixologiyası əmələ gəlirdi.
1921-ci il aprelin ortalarında qəzaların əksəriyyətində Sovetlərə seçkilər qurtardı, qalan yerlərdə isə başa çatmaqda idi. AKP III qurultayının (1921-ci il mart) qərarına uyğun olaraq, partiya rəhbərliyi sovetlər qurultayının çağırılmasını Azərbaycanda hakimiyyətinin birinci ildönümü gününə salmaq istəyirdi. MK-nın bəzi üzvləri qurultayın may ayına keçirilməsini tələb edirdilər. Hər halda seçki kampaniyasını sürətləndirmək üçün qəzalara partiya və dövlət xadimləri göndərildi. Aydın məsələ idi ki, qarşıya belə "zərbəçi vəzifə" qoyulduqda seçkilər geniş xalq kütlələrinin iradəsinin ifadəsinə çevrilə bilməzdi, bəzi yerlərdə, xüsusən bu cür seçkilərin ilk dəfə keçirildiyi kəndlərdə sırf deklarativ xarakter daşıyırdı. Seçkilərin keçirilməsini çətinləşdirən başqa səbəblər də var idi: əvvəla, sovetlərə seçki respublikalarının iqtisadi həyatında digər həlledici bir məqamla-yeni iqtisadi siyasətə keçilməsi ilə eyni vaxta təsadüf edirdi; ikincisi, qəzaların heç də hamısında yoxsul komitələri öz rolunu hələ axıradək oynamamışdı; ən nəhayət isə, partiya təşkilatında müxtəlif fraksiyalar arasında barışmaz mübarizə gedirdi.
Bütün bu çətinliyə baxmayaraq, qəza partiya təşkilatları mürəkkəb siyasi və iqtisadi şəraitdə, Bakıdan gələn məsul işçilərin köməyi ilə bütövlükdə sovetlərə seçkiləri "zərbəçi" qaydada başa çatdıra bildilər. Əvvəlcə kənd və nahiyə sovetləri, sonra isə, qəza sovetləri seçildi. Kənd və nahiyə sovetləri deputatlarının yarıdan çoxu yoxsulların və ortababların nümayəndələri idi. Sovetlərin bir çoxunda deputatların əksəriyyətini kommunistlər təşkil edirdi. Əlamətdar o idi ki, azərbaycanlı qadınlar nəinki seçkilərdə fəal iştirak etmişdi, həm də qəzaların bir çoxunda sovetlərə deputat seçilmişdilər. Respublikada yaşayan milli azlıq və qrupların demək olar, hamısının nümayəndələri sovetlərin tərkibinə daxil olmuşdu.
Bakı qəzasında kənd və nahiyə sovetlərinə seçkilər əvvəl aparılmışdı. Bakı fəhlə, qızıl əsgər və matros deputatları sovetinə seçkilər 1920-ci il mayın axırında keçirilmişdi. 1920-ci ilin dekabrında Bakı sovetinin və rayon sovetlərinin yenidən seçilməsi ilə əlaqədar Bakı qəzasının kəndlərində də seçkilər keçirmək qərara alındı.
Beləliklə, 1921-ci il aprelin axırı və mayın əvvəlinədək Azərbaycanda 30 minə qədər deputatı olan təxminən 1400 kənd soveti seçilmişdi.
Qurultayın təşkili və keçirilməsi
1921-ci il mayın 6–19-da Bakıda Birinci Ümum-Azərbaycan Sovetlər qurultayı keçirildi. Seçilmiş 601 nümayəndədən 590-nı qurultaya gəlmişdi (mayın 13-dək 445 nümayəndə anket vərəqəsi almışdı), onlardan 392-si kommunist, 3 nəfəri qadın idi. Nümayəndələrin sosial və milli tərkibi belə idi: fəhlələr — 140 nəfər, kəndlilər- 189, qulluqçu və ziyalıların nümayəndələri — 116, azərbaycanlılar — 325, ruslar — 75, ermənilər — 21, digər millətlərin nümayəndələri 24 nəfər. Qurultay əslində kommunist nümayəndələrdən ibarət idi ki, bu da onun işinin bütün mahiyyətini əvvəlcədən müəyyən edirdi. Bu qanunverici orqanın bütün fəaliyyəti təkcə kommunist partiyasının siyasətinə xidmət edirdi, çünki qurultayda heç bir başqa partiya və ya siyasi müxalifət təmsil olunmamışdı.
Qurultayın gündəliyinə N. N. Nərimanovun Azərbaycan SSR hökumətinin fəaliyyəti və beynəlxalq vəziyyəti haqqında, M. D. Hüseynovun respublikanın xarici siyasəti, D. X. Bünyadzadənin xalq maarifi, Ə. H. Qarayevin Azərbaycan Qızıl ordusunun təşkili, H. Sultanovun yeni iqtisadi siyasət şəraitində sovet quruculuğunun vəzifələri, XTŞ-nin, xalq ərzaq və xarici ticarət komissarlıqlarının fəaliyyəti haqqında məruzələri, qəza nümayəndələrinin çıxışları daxil idi.
Qurultayın mayın 13-də keçirilən iclasında V. İ. Leninin 1921-ci il aprelin 14-də yazdığı "Azərbaycan, Gürcüstan, Ermənistan, Dağıstan və Dağlılar respublikasındakı kommunist yoldaşlara" məktubu nümayəndələrin xahişi ilə Azərbaycan və rus dillərində elan edildi. V. İ.Lenin bu məktubda Qafqaz kommunistlərinə sosializm quruculuğunda öz respublikalarının xüsusiyyətini nəzərə almağı partiyanın siyasətini bacarıqla həyata keçirməyi məsləhət görür və tövsiyə edirdi ki, onlar "RSFSR-in vəziyyəti və şəraitindən fərqli olaraq, öz vəziyyətlərinin və öz respublikalarının xüsusiyyətini başa düşsünlər, bizim taktikamızı eyni ilə təqlid etmək lazım deyil, konkret şəraitin müxtəlifliyinə uyğun olaraq onu düşünülmüş surətdə dəyişdirmək lazım gəldiyini başa düşsünlər".
Qurultay Leninin məktubunun surətini bütün qəzalara göndərməyi qərara aldı. Lakin bu məsləhətlər sosializm quruculuğu praktikasında tam şəkildə nəzərə alınmadı və ardıcıl həyata keçirilmədi.
Lenin partiyasının konsepsiyasına və müsəlman dünyasına münasibətdə Azərbaycanın rolu və yeri barədə siyasətinə aydınlıq gətirmək üçün Q. K. Orconikidzenin RKP MK və RSFSR MİK adından qurultaya təbriki diqqəti cəlb edir. O, Azərbaycanın ġərgin tarixində sovet respublikası bünövrəsinin qoyulduğu yeganə müsəlman ölkəsi olduğunu vurğulayaraq demişdi: "Azərbaycan burada, şərqdə nümunəvi sovet respublikası olmalıdır. Azərbaycan şərqdə dünya inqilabının bayraqdarı olmalıdır. Azərbaycan bütün şərqi öz şəfəqləri ilə işıqlandıran, onun gözünü açan və inandıran yanar məşəl olmalıdır"..
Tarixin gedişi isə göstərdi ki, bu o vaxtın "inqilabi eyforiyasından" başqa bir şey deyildi. Elə həmin vaxt qurultay Azərbaycan SSR əməkçiləri adından yekdilliklə "şərqin bütün fəhlə və kəndllərinə" xüsusi müraciətnamə qəbul etmişdi.
RSFSR-in Zaqafqaziya respublikalarındakı səlahiyyətli nümayəndəsi Q. V. Leqran, Gürcüstan SSR hökuməti adından M. D. Oraxelaşvili Birinci Ümum-Azərbaycan Sovetlər qurultayının təbrik nitqi ilə salamladılar. Bir sıra xarici təşkilatların və şərqdə Təbliğ və Fəaliyyət şurasının nümayəndələri də təbrik sözü ilə çıxış etdilər. N. Nərimanov öz məruzəsində respublikanın daxili və beynəlxalq vəziyyətini səciyyələndirdi. O, ərzaq məsələsi, iqtisadi məsələ konsepssiyalar, xarici ticarət problemləri barədə də danışdı. Qurultay "bütün fəhlə-kəndli hökumətinin siyasətini və uğurlarını" bəyəndi.
D. Hüseynov Azərbaycan sovet hökumətinin xarici siyasətinin əsas mahiyyətini ifadə edərək, demişdi: "Biz inqilab uğrunda, Sovet Rusiyası uğrunda, Kommunist İnternasionalı uğrunda hərəkət edirik və Antantaya və hər cür imperialistlərə amansız mübarizə elan edirik". Göründüyü kimi, Azərbaycan SSR də Sovet Rusiyası və Komintern ilə birlikdə "dünya inqilabı" uğrunda "qətiyyətlə mübarizə" aparmağa hazır olduğunu bəyan edirdi.
Qurultay 16 qəzanın nümayəndələrinin məruzələri üzrə qəzalarda sovet, təsərrüfat və mədəni quruculuğu genişləndirməyə yönəldilmiş qətnamə qəbul etdi.
D. X. Bünyadzadənin məruzəsi üzrə qurultay Azərbaycanda xalq maarifinin inkişafı üçün vacib olan qərar qəbul etdi. Qərarda məktəblərin maddi-texniki bazasının yaradılması vəzifəsi xüsusi vurğulanmışdı.
Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbul edilməsi
Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbul edilməsi qurultayın işində əhəmiyyətli yer tutmuşdu. Konstitusiyanın layihəsi Azərbaycan KP MK-nin 1921-ci il mayın 11-də açılan plenumunda müzakirə olunarkən SA. Danielyan (Sarkis) sovetlər qurultayına nümayəndəlik normasını — hər 5000 kəndlidən və hər 1000 nəfər fəhlədən 1 deputat göndərilməsini müəyyən edən maddənin əleyhinə çıxdı, hər 5000 kəndlidən və hər 500 fəhlədən 1 deputat göndərilməsi təklifini irəli sürdü. Plenum üzvlərinin əksəriyyəti (H. H. Sultanov, S. M. Əfəndiyev, M. H. Hacıyev, D. X. Bünyadzadə, N. N. Nərimanov və b.) onun təklifini rədd etdi və Konstitusiyanın həmin maddəsinin heç bir dəyişiklik olunmadan saxlanmasına tərəfdar çıxdı.
Əslində bu təkliflərin arxasında Azərbaycan kəndlilərinə, Azərbaycanda fəhlə-kəndli hakimiyyətinin ali orqanında onların təmsil olunmasına münasibət məsələsi dayanırdı. Ona görə də bu təkliflərlə əlaqədar dəfələrlə qızğın müzakirələr getdi. Mayın 14-də Azərbaycan KP MK-nın plenumunda məsələ yenidən müzakirə olundu və onun həllinin Azərbaycan MİK-ə verilməsi barədə M. D. Hüseynovun təklifi qəbul edildi.
Sarkisin və onun tərəfdarlarının təklifi fitnəkar xarakter daşıyırdı və mahiyyətcə Azərbaycanın əleyhinə çevrilmişdi. Çünki qəzalarda əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, qanunvericilik orqanlarında onların nümayəndələrinin fəhlə sinfinin nümayəndələri ilə ağlabatan tarazlığını təmin etməklə kəndliləri sovet dövləti quruculuğuna geniş cəlb etmək lazım idi. Ona görə də kəskin müzakirələrdən sonra həmin təklif rədd olundu.
Birinci Ümum-Azərbaycan Sovetlər qurultayı 1921-ci il mayın 19-da Azərbaycan SSR-in ilk Konstitusiyasını (Əsas qanununu) təsdiq etdi. Fəhlələrdən nümayəndəlik norması respublikanın dövlət idarəçiliyində fəhlə sinfinin rəhbər rolunu təmin etməli idi. Əgər qəza sovetlər qurultayları respublika sovetlər qurultayına 5 min seçicidən bir deputat göndərirdisə, şəhər sovetləri min seçicidən bir deputat göndərirdi. Qəza sovetlər qurultaylarına 500 seçicidən bir deputat, şəhər sovetlərinə isə 100 seçicidən 1 deputat seçilirdi.
Mahiyyətcə Azərbaycan SSR-in ilk Konstitusiyası müstəqil, suveren dövlətin Əsas qanunu deyildi. Onun başlıca prinsipial müddəaları RSFSR-in birinci Konstitusiyasının əslində təkrarı idi. Konstitusiya Azərbaycanda yeni, sovet quruluşunun yarandığını, əməkçilərin mənafelərinin və hüquqlarının qorunduğunu təsbit etdi. Konstitusiya bəyan edirdi ki, Azərbaycanda ali hakimiyyət fəhlələrə və əməkçi kəndlilərə, öz əməyi ilə yaşayanların hamısına məxsusdur. Əməkçilər üçün həqiqi vicdan azadlığı təmin etmək məqsədilə məscidlər, kilsələr dövlətdən, məktəblər isə onlardan ayrılırdı. Məktəblərin dünyəvi, təhsilin isə pulsuz, ümumi və icbari olduğu elan edilirdi.
Azərbaycan SSR Konstitusiyası fəhlə və kəndli təşkilatlarına mətbuat və söz azadlığı verirdi. Ümumi hərbi mükəlləfiyyət müəyyən edilir, respublikanın müdafiəsi bütün əməkçilərin borcu sayılırdı.
Konstitusiyada qeyd olunurdu ki, bütün millətlər sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatın hər bir sahəsində bərabər hüquqlara malikdirlər. Konstitusiyanın 13-cü maddəsinin prinsip etibarilə tarixi əhəmiyyəti var idi. Belə ki, ölkənin Əsas qanununda ilk dəfə olaraq irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bərabərlik təsbit edilmiş, milli azıqların mənafelərinin qorunmasına təminat verilmişdi. Həmin maddədə deyilirdi: "Az. SSR dinindən, irqindən və milliyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğunu qəbul edərək, bu zəmində hansısa imtiyazlar və ya üstünlüklər müəyyən edilməsinin, yaxud bunlara yol verilməsinin, eləcə də hər hansı şəkildə milli azlıqlara zülm edilməsinin və ya onların hüquq bərabərliyinin məhdudlaşdırılmasının respublikanın əsas qanunlarına zidd olduğunu elan edir".
Respublika mətbuatı fəhlə və kəndlilərə müraciət edərək, Konstitusiyanı "öyrənməyə, dərk etməyə, mənimsəməyə" çağırır, onu "proletariat diktaturasının böyük xartiyası" elan edirdi.
Konstitusiya təsdiq edildikdən sonra, onun tələbinə uyğun olaraq, Azərbaycan İnqilab Komitəsi ləğv edildi. Qurultay Azərbaycan Mərkəzi İcraiyyə Komitəsini — Sovetlər qurultayları arasındakı dövrdə respublikanın ali qanunvericilik orqanını seçdi. Azərbaycan MİK 73 üzvdən və 26 nəfər üzvlüyə namizəddən ibarət idi. Bunlardan 51 nəfəri azərbaycanlı, 14-ü rus, 3-ü erməni, 2-si gürcü, 1 nəfəri yəhudi idi.
Azərbaycan MİK-in mayın 21-də açılan Birinci sessiyasında 9 üzvdən (S. A. Ağamalıoğlu, Ə. H. Qarayev, M. B. Qasımov, İ. M. Konuşkin, N. N. Nərimanov, M. G. Pleşşakov, M. H. Hacıyev, T. Ə. Hüseynov, T. A. Şahbazov) və 3 nəfər namizəddən ibarət Rəyasət Heyəti seçildi. Azərbaycan kəndlilərinin nümayəndəsi M. H. Hacıyev Azərbaycan MIK-in sədri seçildi.
Azərbaycan MIK-in Birinci sessiyasında Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) tərkibi təsdiq edildi. Ali Icra hakimiyyəti olan XKS Sovetlər qurultayı və Azərbaycan MIK qar.ısında məsul idi. Xalq Komissarları Sovetinə 17 xalq komissarı daxil idi. N. N. Nərimanov Azərbaycan SSR XKS sədri seçildi.
Beləliklə, Azərbaycanda "sovet milli dövlət quruculuğunun" üçüncü mərhələsinə keçilməsi başa çatdı.
Mənbə
- Əhmədov X. Azərbaycanda Sovetlərin yaranması və möhkəmləndirilməsi (1920–1925-ci illər). Bakı, 1966.
- Караев А. Г. Выступление на нервом Всеазербайджанском съезде Советов. Стежмрафический отчет. Баку, 1922.
- Первый Всеазербайджанский съезд Советов рабочих, крестьянских и матросских депутатов. //Стенографический отчет. Баку, 1921.
İstinadlar
- . "Kommunist" qəzeti, 22 fevral 1921-ci il, № 25.
- "Kommunist" qəzeti, 19 aprel 1921-ci il, № 89
- Журн. "Советское строительство", Баку, 1921, № 1,
- Первый созыв Всеазербайджанского съезда Советов. "Kommunist" qəzeti, 16 may 1921-ci il, № 10.
- V. I. Lenin. ƏTK, 43-cü c, səh. 214
- Первый созыв Азербайджанского съезда Советов рабочих, крестьянских, красноармейских и матросских депутатов. Стеног. отчет. Баку, 1922,
- Сборник узаконений и распоряжений рабоче-крестьянского правительства Азербайджанской ССР, 1921, № 5,
- Сборник узаконений и распоряжений рабоче-крестьянского правительства Азербайджанской ССР, 1921, № 5
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Birinci Umum Azerbaycan Sovetler qurultayi Azerbaycan SSR in dovlet quruculugunun formalasdirilmasi sahesinde muhum merhelelerden biri Qurultayin cagrilmasina hazirliq1921 ci ilin yanvarindan etibaren sovetlere seckiler kecirilmesine ve Birinci Umum Azerbaycan Sovetler qurultayarin cagrilmasina hazirliq baslandi Butunlukde Azerbaycanda yoxsul komitelerinden sovetlere kecilmesine emekci kendlilerin qurultaylarinda secilen kend ve nahiye sovetlerinin yaradilmasindan qeza inqilab komitelerinin legvinden ve qeza sovetler qurultaylarinda secilen icraiyye komitelerinin yaradilmasindan baslanmali idi Naxcivan qezasi ve Kurdustan istisna olmaqla 1921 ci ilin yazindan Azerbaycanin butun qezalarinda sovetlere seckilerin teskili ve kecirilmesi kampaniyasi genislenir Umum Azerbaycan Sovetler qurultayinin cagirilmasi uzre komissiya yaradildi Sovetlere seckiler kecirilmesine komek gostermek ucun 1921 ci il yanvarin axirinadek Bakidan qezalara 700 dek azerbaycanli numayende gonderildi Qezalardaki fovqalade uclukler ve beslikler kend sovetlerinin teskiline komek edirdiler Seckilerde emekci kutlelerin feal istirakini temin etmek meqsedile bitereflerin konfranslari kecirilirdi Yerlerde seckilerin kecirilmesine rehberlik etmek ucun butun qeza teskilatlarina qanun gonderilmisdi Qanuna esasen secki kampaniyasi basa catandan sonra her bir qeza seherinde qeza kendli fehle ve esger deputatlari soveti fealiyyet gostermeli idi O kend sovetlerinin 500 sakine bir deputat ve seher sovetlerinin 200 seciciye bir deputat numayendelerinden ozu de qeza uzre 300 deputatdan cox olmamaq sertile secilmeli idi Daimi icra orqanlari kimi qeza icraiyye komiteleri 15 neferden cox olmamaqla qeza sovetler qurultayi terefinden alti ay muddetine secilirdi Onlar oz aralarinda uc ve ya bes neferden ibaret Reyaset Heyeti secirdiler Dininden milliyyetinden oturaqligindan ve sairden asili olmayaraq 18 yasindan yuxari mehsuldar ve umumi faydali emekle ozune dolanacaq qazanan sexslerin gelir goturmek meqsedile muzdlu emekden istifade etmeyen kendlilerin sovetlere secmek ve secilmek huququ var idi 1920 ci il aprelin 28 dek elece de ondan sonra muzdlu emekden istifade edenler zehmetsiz gelirle yasayanlar tacirler vasiteciler mollalar monaxlar din xadimleri polisin ve onun orqanlarinin kecmis agentlerinin secmek ve secilmek huququ yox idi Belelikle respublika ehalisinin mueyyen nufuzlu inkisaf etmis hissesini demokratik huquqlardan mehrum edir ve eslinde dovlet quruculugunda istirakdan kenarlasdirirdilar Bununla da genis demokratiya prinsipleri pozulur siyasi alternativ ve butun xalqa iradesini serbest sekilde bildirmek imkani vermeden cemiyyet uzerinde totalitar rejimin diktator tekhakimiyyetliliyinin meydana cixmasina zemin yaradilirdi Azerbaycanda fehle kendli hokumeti nin berqerarlasdirilmasi prosesinde cemiyyetdeki marqinal tebeqe kuncu daldanacagi siginacagi kifayet qeder medeniyyeti olmayan yoxsullasmis dunenki kendliler sefillesmis fehleler inzibati amirlik rejimini temin etdiyi ucun yeni hakimiyyet onlara arxalanirdi Cunki marqinallar komfortlu yasayis iddiasinda olmur dovletin verdiyi sedeqeden memnun qalirlar Insanlarda kutlevi berabercilik psixologiyasi dovletden asililiq onun iradesine tabelik psixologiyasi emele gelirdi 1921 ci il aprelin ortalarinda qezalarin ekseriyyetinde Sovetlere seckiler qurtardi qalan yerlerde ise basa catmaqda idi AKP III qurultayinin 1921 ci il mart qerarina uygun olaraq partiya rehberliyi sovetler qurultayinin cagirilmasini Azerbaycanda hakimiyyetinin birinci ildonumu gunune salmaq isteyirdi MK nin bezi uzvleri qurultayin may ayina kecirilmesini teleb edirdiler Her halda secki kampaniyasini suretlendirmek ucun qezalara partiya ve dovlet xadimleri gonderildi Aydin mesele idi ki qarsiya bele zerbeci vezife qoyulduqda seckiler genis xalq kutlelerinin iradesinin ifadesine cevrile bilmezdi bezi yerlerde xususen bu cur seckilerin ilk defe kecirildiyi kendlerde sirf deklarativ xarakter dasiyirdi Seckilerin kecirilmesini cetinlesdiren basqa sebebler de var idi evvela sovetlere secki respublikalarinin iqtisadi heyatinda diger helledici bir meqamla yeni iqtisadi siyasete kecilmesi ile eyni vaxta tesaduf edirdi ikincisi qezalarin hec de hamisinda yoxsul komiteleri oz rolunu hele axiradek oynamamisdi en nehayet ise partiya teskilatinda muxtelif fraksiyalar arasinda barismaz mubarize gedirdi Butun bu cetinliye baxmayaraq qeza partiya teskilatlari murekkeb siyasi ve iqtisadi seraitde Bakidan gelen mesul iscilerin komeyi ile butovlukde sovetlere seckileri zerbeci qaydada basa catdira bildiler Evvelce kend ve nahiye sovetleri sonra ise qeza sovetleri secildi Kend ve nahiye sovetleri deputatlarinin yaridan coxu yoxsullarin ve ortabablarin numayendeleri idi Sovetlerin bir coxunda deputatlarin ekseriyyetini kommunistler teskil edirdi Elametdar o idi ki azerbaycanli qadinlar neinki seckilerde feal istirak etmisdi hem de qezalarin bir coxunda sovetlere deputat secilmisdiler Respublikada yasayan milli azliq ve qruplarin demek olar hamisinin numayendeleri sovetlerin terkibine daxil olmusdu Baki qezasinda kend ve nahiye sovetlerine seckiler evvel aparilmisdi Baki fehle qizil esger ve matros deputatlari sovetine seckiler 1920 ci il mayin axirinda kecirilmisdi 1920 ci ilin dekabrinda Baki sovetinin ve rayon sovetlerinin yeniden secilmesi ile elaqedar Baki qezasinin kendlerinde de seckiler kecirmek qerara alindi Belelikle 1921 ci il aprelin axiri ve mayin evvelinedek Azerbaycanda 30 mine qeder deputati olan texminen 1400 kend soveti secilmisdi Qurultayin teskili ve kecirilmesi1921 ci il mayin 6 19 da Bakida Birinci Umum Azerbaycan Sovetler qurultayi kecirildi Secilmis 601 numayendeden 590 ni qurultaya gelmisdi mayin 13 dek 445 numayende anket vereqesi almisdi onlardan 392 si kommunist 3 neferi qadin idi Numayendelerin sosial ve milli terkibi bele idi fehleler 140 nefer kendliler 189 qulluqcu ve ziyalilarin numayendeleri 116 azerbaycanlilar 325 ruslar 75 ermeniler 21 diger milletlerin numayendeleri 24 nefer Qurultay eslinde kommunist numayendelerden ibaret idi ki bu da onun isinin butun mahiyyetini evvelceden mueyyen edirdi Bu qanunverici orqanin butun fealiyyeti tekce kommunist partiyasinin siyasetine xidmet edirdi cunki qurultayda hec bir basqa partiya ve ya siyasi muxalifet temsil olunmamisdi Qurultayin gundeliyine N N Nerimanovun Azerbaycan SSR hokumetinin fealiyyeti ve beynelxalq veziyyeti haqqinda M D Huseynovun respublikanin xarici siyaseti D X Bunyadzadenin xalq maarifi E H Qarayevin Azerbaycan Qizil ordusunun teskili H Sultanovun yeni iqtisadi siyaset seraitinde sovet quruculugunun vezifeleri XTS nin xalq erzaq ve xarici ticaret komissarliqlarinin fealiyyeti haqqinda meruzeleri qeza numayendelerinin cixislari daxil idi Qurultayin mayin 13 de kecirilen iclasinda V I Leninin 1921 ci il aprelin 14 de yazdigi Azerbaycan Gurcustan Ermenistan Dagistan ve Daglilar respublikasindaki kommunist yoldaslara mektubu numayendelerin xahisi ile Azerbaycan ve rus dillerinde elan edildi V I Lenin bu mektubda Qafqaz kommunistlerine sosializm quruculugunda oz respublikalarinin xususiyyetini nezere almagi partiyanin siyasetini bacariqla heyata kecirmeyi meslehet gorur ve tovsiye edirdi ki onlar RSFSR in veziyyeti ve seraitinden ferqli olaraq oz veziyyetlerinin ve oz respublikalarinin xususiyyetini basa dussunler bizim taktikamizi eyni ile teqlid etmek lazim deyil konkret seraitin muxtelifliyine uygun olaraq onu dusunulmus suretde deyisdirmek lazim geldiyini basa dussunler Qurultay Leninin mektubunun suretini butun qezalara gondermeyi qerara aldi Lakin bu meslehetler sosializm quruculugu praktikasinda tam sekilde nezere alinmadi ve ardicil heyata kecirilmedi Lenin partiyasinin konsepsiyasina ve muselman dunyasina munasibetde Azerbaycanin rolu ve yeri barede siyasetine aydinliq getirmek ucun Q K Orconikidzenin RKP MK ve RSFSR MIK adindan qurultaya tebriki diqqeti celb edir O Azerbaycanin ġergin tarixinde sovet respublikasi bunovresinin qoyuldugu yegane muselman olkesi oldugunu vurgulayaraq demisdi Azerbaycan burada serqde numunevi sovet respublikasi olmalidir Azerbaycan serqde dunya inqilabinin bayraqdari olmalidir Azerbaycan butun serqi oz sefeqleri ile isiqlandiran onun gozunu acan ve inandiran yanar mesel olmalidir Tarixin gedisi ise gosterdi ki bu o vaxtin inqilabi eyforiyasindan basqa bir sey deyildi Ele hemin vaxt qurultay Azerbaycan SSR emekcileri adindan yekdillikle serqin butun fehle ve kendllerine xususi muracietname qebul etmisdi RSFSR in Zaqafqaziya respublikalarindaki selahiyyetli numayendesi Q V Leqran Gurcustan SSR hokumeti adindan M D Oraxelasvili Birinci Umum Azerbaycan Sovetler qurultayinin tebrik nitqi ile salamladilar Bir sira xarici teskilatlarin ve serqde Teblig ve Fealiyyet surasinin numayendeleri de tebrik sozu ile cixis etdiler N Nerimanov oz meruzesinde respublikanin daxili ve beynelxalq veziyyetini seciyyelendirdi O erzaq meselesi iqtisadi mesele konsepssiyalar xarici ticaret problemleri barede de danisdi Qurultay butun fehle kendli hokumetinin siyasetini ve ugurlarini beyendi D Huseynov Azerbaycan sovet hokumetinin xarici siyasetinin esas mahiyyetini ifade ederek demisdi Biz inqilab ugrunda Sovet Rusiyasi ugrunda Kommunist Internasionali ugrunda hereket edirik ve Antantaya ve her cur imperialistlere amansiz mubarize elan edirik Gorunduyu kimi Azerbaycan SSR de Sovet Rusiyasi ve Komintern ile birlikde dunya inqilabi ugrunda qetiyyetle mubarize aparmaga hazir oldugunu beyan edirdi Qurultay 16 qezanin numayendelerinin meruzeleri uzre qezalarda sovet teserrufat ve medeni quruculugu genislendirmeye yoneldilmis qetname qebul etdi D X Bunyadzadenin meruzesi uzre qurultay Azerbaycanda xalq maarifinin inkisafi ucun vacib olan qerar qebul etdi Qerarda mekteblerin maddi texniki bazasinin yaradilmasi vezifesi xususi vurgulanmisdi Azerbaycan SSR in ilk Konstitusiyasinin qebul edilmesiAzerbaycan SSR in ilk Konstitusiyasinin qebul edilmesi qurultayin isinde ehemiyyetli yer tutmusdu Konstitusiyanin layihesi Azerbaycan KP MK nin 1921 ci il mayin 11 de acilan plenumunda muzakire olunarken SA Danielyan Sarkis sovetler qurultayina numayendelik normasini her 5000 kendliden ve her 1000 nefer fehleden 1 deputat gonderilmesini mueyyen eden maddenin eleyhine cixdi her 5000 kendliden ve her 500 fehleden 1 deputat gonderilmesi teklifini ireli surdu Plenum uzvlerinin ekseriyyeti H H Sultanov S M Efendiyev M H Haciyev D X Bunyadzade N N Nerimanov ve b onun teklifini redd etdi ve Konstitusiyanin hemin maddesinin hec bir deyisiklik olunmadan saxlanmasina terefdar cixdi Eslinde bu tekliflerin arxasinda Azerbaycan kendlilerine Azerbaycanda fehle kendli hakimiyyetinin ali orqaninda onlarin temsil olunmasina munasibet meselesi dayanirdi Ona gore de bu tekliflerle elaqedar defelerle qizgin muzakireler getdi Mayin 14 de Azerbaycan KP MK nin plenumunda mesele yeniden muzakire olundu ve onun hellinin Azerbaycan MIK e verilmesi barede M D Huseynovun teklifi qebul edildi Sarkisin ve onun terefdarlarinin teklifi fitnekar xarakter dasiyirdi ve mahiyyetce Azerbaycanin eleyhine cevrilmisdi Cunki qezalarda ehalinin ekseriyyetini azerbaycanlilar teskil edirdi qanunvericilik orqanlarinda onlarin numayendelerinin fehle sinfinin numayendeleri ile aglabatan tarazligini temin etmekle kendlileri sovet dovleti quruculuguna genis celb etmek lazim idi Ona gore de keskin muzakirelerden sonra hemin teklif redd olundu Birinci Umum Azerbaycan Sovetler qurultayi 1921 ci il mayin 19 da Azerbaycan SSR in ilk Konstitusiyasini Esas qanununu tesdiq etdi Fehlelerden numayendelik normasi respublikanin dovlet idareciliyinde fehle sinfinin rehber rolunu temin etmeli idi Eger qeza sovetler qurultaylari respublika sovetler qurultayina 5 min seciciden bir deputat gonderirdise seher sovetleri min seciciden bir deputat gonderirdi Qeza sovetler qurultaylarina 500 seciciden bir deputat seher sovetlerine ise 100 seciciden 1 deputat secilirdi Mahiyyetce Azerbaycan SSR in ilk Konstitusiyasi musteqil suveren dovletin Esas qanunu deyildi Onun baslica prinsipial muddealari RSFSR in birinci Konstitusiyasinin eslinde tekrari idi Konstitusiya Azerbaycanda yeni sovet qurulusunun yarandigini emekcilerin menafelerinin ve huquqlarinin qorundugunu tesbit etdi Konstitusiya beyan edirdi ki Azerbaycanda ali hakimiyyet fehlelere ve emekci kendlilere oz emeyi ile yasayanlarin hamisina mexsusdur Emekciler ucun heqiqi vicdan azadligi temin etmek meqsedile mescidler kilseler dovletden mektebler ise onlardan ayrilirdi Mekteblerin dunyevi tehsilin ise pulsuz umumi ve icbari oldugu elan edilirdi Azerbaycan SSR Konstitusiyasi fehle ve kendli teskilatlarina metbuat ve soz azadligi verirdi Umumi herbi mukellefiyyet mueyyen edilir respublikanin mudafiesi butun emekcilerin borcu sayilirdi Konstitusiyada qeyd olunurdu ki butun milletler sosial iqtisadi ictimai siyasi ve medeni heyatin her bir sahesinde beraber huquqlara malikdirler Konstitusiyanin 13 cu maddesinin prinsip etibarile tarixi ehemiyyeti var idi Bele ki olkenin Esas qanununda ilk defe olaraq irqinden milli mensubiyyetinden asili olmayaraq beraberlik tesbit edilmis milli aziqlarin menafelerinin qorunmasina teminat verilmisdi Hemin maddede deyilirdi Az SSR dininden irqinden ve milliyyetinden asili olmayaraq vetendaslarin beraber huquqlara malik oldugunu qebul ederek bu zeminde hansisa imtiyazlar ve ya ustunlukler mueyyen edilmesinin yaxud bunlara yol verilmesinin elece de her hansi sekilde milli azliqlara zulm edilmesinin ve ya onlarin huquq beraberliyinin mehdudlasdirilmasinin respublikanin esas qanunlarina zidd oldugunu elan edir Respublika metbuati fehle ve kendlilere muraciet ederek Konstitusiyani oyrenmeye derk etmeye menimsemeye cagirir onu proletariat diktaturasinin boyuk xartiyasi elan edirdi Konstitusiya tesdiq edildikden sonra onun telebine uygun olaraq Azerbaycan Inqilab Komitesi legv edildi Qurultay Azerbaycan Merkezi Icraiyye Komitesini Sovetler qurultaylari arasindaki dovrde respublikanin ali qanunvericilik orqanini secdi Azerbaycan MIK 73 uzvden ve 26 nefer uzvluye namizedden ibaret idi Bunlardan 51 neferi azerbaycanli 14 u rus 3 u ermeni 2 si gurcu 1 neferi yehudi idi Azerbaycan MIK in mayin 21 de acilan Birinci sessiyasinda 9 uzvden S A Agamalioglu E H Qarayev M B Qasimov I M Konuskin N N Nerimanov M G Plessakov M H Haciyev T E Huseynov T A Sahbazov ve 3 nefer namizedden ibaret Reyaset Heyeti secildi Azerbaycan kendlilerinin numayendesi M H Haciyev Azerbaycan MIK in sedri secildi Azerbaycan MIK in Birinci sessiyasinda Azerbaycan SSR Xalq Komissarlari Sovetinin XKS terkibi tesdiq edildi Ali Icra hakimiyyeti olan XKS Sovetler qurultayi ve Azerbaycan MIK qar isinda mesul idi Xalq Komissarlari Sovetine 17 xalq komissari daxil idi N N Nerimanov Azerbaycan SSR XKS sedri secildi Belelikle Azerbaycanda sovet milli dovlet quruculugunun ucuncu merhelesine kecilmesi basa catdi MenbeEhmedov X Azerbaycanda Sovetlerin yaranmasi ve mohkemlendirilmesi 1920 1925 ci iller Baki 1966 Karaev A G Vystuplenie na nervom Vseazerbajdzhanskom sezde Sovetov Stezhmraficheskij otchet Baku 1922 Pervyj Vseazerbajdzhanskij sezd Sovetov rabochih krestyanskih i matrosskih deputatov Stenograficheskij otchet Baku 1921 Istinadlar Kommunist qezeti 22 fevral 1921 ci il 25 Kommunist qezeti 19 aprel 1921 ci il 89 Zhurn Sovetskoe stroitelstvo Baku 1921 1 Pervyj sozyv Vseazerbajdzhanskogo sezda Sovetov Kommunist qezeti 16 may 1921 ci il 10 V I Lenin ETK 43 cu c seh 214 Pervyj sozyv Azerbajdzhanskogo sezda Sovetov rabochih krestyanskih krasnoarmejskih i matrosskih deputatov Stenog otchet Baku 1922 Sbornik uzakonenij i rasporyazhenij raboche krestyanskogo pravitelstva Azerbajdzhanskoj SSR 1921 5 Sbornik uzakonenij i rasporyazhenij raboche krestyanskogo pravitelstva Azerbajdzhanskoj SSR 1921 5