Bakı–Şollar su kəməri — Azərbaycanda ən böyük həcmdə tikilən ilk su kəməri.
Bakı-Şollar su kəməri | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | su kəməri |
Başlayır | Quba qəzası |
Bitir | Bakı |
Tikilmə tarixi | 1909-1917-ci illər |
İstismara verilib | 1917-ci il, 18 fevral |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Region | Abşeron |
Su kəmərinin çəkilişi ilə bağlı layihə müsabiqəsi
1881-ci ildə Bakı şəhər Duması milli burjuaziyanın lideri H. Z. Tağıyevin təklifi əsasında şəhərə su kəməri çəkmək üçün layihə tərtib etmək haqqında müsabiqə elan etdi. Müsabiqə ilə əlaqdar olaraq şəhər idarəsinə 1893-cü ilə qədər Kür, Araz, Samur, Zuğulba, Altıağac və Göygöl mənbələrindən şəhər su kəməri çəkmək üçün 40-dan çox layihə təklif olunmuşdur. Lakin şəhər duması bu təkliflərin hamısını rədd etmişdir. Buna səbəb təklif olunan layihələrin böyük xərc tələb etməsi idi.
Bakıda su təsərrüfatının vəziyyəti
Beləliklə, həmin dövrdə Bakı sənaye rayonunda iqtisadi həyatın coşğun inkişafının əksinə olaraq su təsərrüfatı hələ də orta əsr səviyyəsində qalmaqda idi. Şəhərdə uzun müddət su qıtlığının hökm sürməsi və bu səbəbdən kanalizasiya və yaşıllığın olmaması, küçələrin natəmiz saxlanması 1892-ci ildə güclü vəba xəstəliyinin baş verməsi ilə nəticələndi. Xəstəliyin əsas qurbanları isə yoxsul xalq kütlələri idi.
Bakı şəhərinin su təchizatının I mərhələsi
Öz canlarından qorxuya düşən Şəhər İdarəsi üzvləri şəhərdə su təchizatının bir qədər yaxşılaşdırılması üçün tələsik bir sıra tədbirlər gördülər. 1892-ci ildə Şəhər İdarəsi dəniz suyundan istifadə etmək məqsədilə suşirinləşdirici qurğu tikmək haqqında "Bakı liman birliyi" cəmiyyəti ilə müqavilə bağladı. Müqaviləyə görə qurğu sutkada 30000 vedrə su verməli idi. Bu hadisə həmin dairələri şəhərin su təchizatı ilə ciddi məşğul olmağa vadar etdi. Şəhər İdarəsi tezliklə mühəndislərdən M. İ. Altuxova, Q. Q. Poyta və E. Lyumlya Kür çayından şəhər su kəməri çəkmək üçün layihə tərtib etməyi sifariş verdi. 1893-cü ildə hər üç layihə hazır olsa da həyata keçirilmədi. Belə ki, layihələr Moskvada "Neptun" elmi texniki cəmiyyəti və Daxili İşlər Nazirliyinin Texniki Tikinti komitəsi tərəfindən dəqiq yoxlanıldığından sonra müəyyənləşdirilmişdir ki, layihələrin hamısı texniki və iqtisadi cəhətdən düzgün əsaslandırılmamışdır.
Bakı şəhərinin su təchizatının II mərhələsi
Bu mərhələnin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin dövrdə şəhərin su ilə təchiz edilməsi işində su quyularından başqa, Kür və Volqa çaylarından gəmilərlə daşınan sudan da istifadə olunurdu.
1893-cü ildə Şəhər İdarəsi öz vəsaiti hesabına günü sutkada 30000 vedrə su şirinləşdirici qurğu tikdirməyə başladı. 1894-cü ildə bu qurğu artıq istismara verilmişdi. Qeyd etmək lazımdır ki, qurğunun emal etdiyi su olduqca baha başa gəlirdi. Belə ki, 10–12 vedrə dəniz suyunu emal etmək üçün 1 pud duru yanacaq sərf olunurdu. Ona görə də suyun 1 vedrəsinin satış qiyməti olduqca baha olub məişət məqsədi üçün 0.75 qəpik, sənaye məqsədi üçün 1 qəpik idi.
1895-ci ilə qədər Şəhər İdarəsi suşirinləşdiricinin tikintisinə və su şəbəkəsinin bir qədər genişləndirilməsi işinə 32760 rubl vəsait sərf etmişdir. 1898-ci ildə Şəhər İdarəsi "Artur Koppel" şirkət ilə gündəlik istehsal günü 5000 vedrə olan yeni suşirinləşdirici qurğu tikmək haqqında müqavilə bağladı. Yeni qurğu artıq 1899-cu ilin avqustunda fəaliyyətə başladı. Müqaviləyə görə suyun 1 vedrəsinin qiyməti 0.5 qəpik olmalı idi. Qeyd edək ki, həmin dövrdə suşirinləşdirici qurğular mükəmməl olmadığından emal olunan su dadsız və qoxulu olurdu. Buna görə də əhali ondan içmək üçün istifadə etmirdi. Bu su ağacların suvarılması üçün də yaramadığından yeni qurğunun işə salınması şəhərin su təsərrüfatında əhəmiyyətli dəyişiklik yarada bilmədi. 1899-cu ilin aprelində şəhər duması Kür və ya Samurçaydan su kəməri çəkmək, şəhərdə kanalizasiya işlərini təşkil etmək üçün öz hesabından 70000 rubl kredit verilməsi barədə sərəncam verdi. Lakin şəhər dumasının fəxri üzvü H. Z. Tağıyev Tiflis şəhərinin kanalizasiyasının Kür çayına töküldüyü üçün bu layihənin həyata keçirilməsinə icazə vermədi.
Bakı şəhərinin su təchizatının III mərhələsi — Şollar su kəmərinin çəkilişi ideyası
Nəhayət, 1899-cu ildə Odessada su təchizatı və hidravliklərin beynəlxalq qurultayında iştirak edən Bakı nümayəndə heyətinin üzvləri su kəmərinin çəkilişi ilə bağlı təkliflərini mütəxəssilərin diqqətinə çatdırırlar. Təklifi dəyərləndirən ingilis Uilyam Hirleyn Lindley su mənbəyini özü seçmək şərti ilə Bakıya gəlməyə razılaşır. O, axtarış-kəşfiyyat işləri aparmaq məqsədilə öz texniki işçiləri və şəhər idarəsinin nümayəndələri ilə Samura yola düşür. Quba qəzasının "Müşkür" adlandırılan sahəsində rast gəldiyi yolüstü bulaq tədqiqatçının diqqətini cəlb edir. Bu yerləri diqqətlə müşahidə edən Lindley belə bir qənaətə gəlir ki, burada — Şahdağın ətəklərində tükənməz ehtiyatı olan yeraltı su var və bu hövzə Bakı şəhəri üçün yetərlidir. Həmin sudan nümunələr götürən Lindley Bakıya qayıdaraq şəhərin yeraltı içməli su ilə təchizatına dair qeydlər edir və şəhər idarəsinə Samurçaydansa Şahdağın ətəklərindən süzülüb gələn təmiz, saf bulaq suyunun Bakıya gətirilməsinin daha məqsədəuyğun olduğunu bildirir.
İngilis mütəxəssis Bakı Şəhər İdarəsi və Duma qarşısında ərazidəki yeraltı suların tədqiqi və bu məqsədlə lazımi vəsaitin ayrılması ilə bağlı məsələ qaldırsa da, kifayət qədər narazılıqlarla qarşılaşır. Bakının içməli su təchizatını, sözün əsl mənasında, inhisara alan qüvvələr, xüsusən də erməni Adamyan-Babayan qardaşları və Saruxanyan kimi işbazlar şəhər idarəsinin və Dumanın su təchizatı komissiyasının iclaslarında Bakıya su kəmərinin çəkilişi ilə bağlı məsələnin arxa plana keçməsinə nail ola bilirdilər. Məsələnin həlli qarşısında aciz qalan şəhər idarəsinin rəhbərliyi və Duma üzvləri isə ya yekdil bir qərara gələ bilmir, ya da su kəmərinin çəkilişi üçün lazımi vəsait tapmırdılar. Bakıya yeraltı bulaq suyunun gətirilməsinin uzun vaxt aparacağını israr edən şəhər idarəsinin və Dumanın bəzi üzvləri Lindleydən ya Kür, ya da Samurçaydan kəmər çəkməyi tələb edirlər. Bütün təzyiqlərə baxmayaraq, Şollar mənbəyi üzərində israrla dayanan Lindleyi müdafiə edən sağlam əqidəli, sözün əsl mənasında, Bakı sakinlərinə ürəyi yanan imkanlı adamlar da tapılır. Bu məsələdə öz xalqının təəssübkeşi Hacı Zeynalabdin Tağıyev xüsusi fəallığı ilə seçilir. O, Şollar ərazisindəki yeraltı bulaqların Bakını içməli su ilə təchiz etmək iqtidarında olmadığını iddia edənlərə yerindəcə cavab verərək deyir:
Şahdağ öz qarı və buzlaqları ilə əbədi olduğu kimi Şollar suyu da əbədidir |
Hacı öz şəxsi vəsaitindən quyuların qazılması üçün şəhər idarəsinə 25 min rubl pul da verir. Məhz Hacının bu xeyirxahlığı Şollar suyunun Bakıya gətirilməsi işinə, sanki, bir təkan verir.
Bakı-Şollar su kəmərinin tikintisi
Lindleyin xaricdən dəvət etdiyi mühəndislərdən ibarət ekspedisiya qrupu Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz bulaq suyu olduğunu aşkarlayır. Buna baxmayaraq, Bakı sakinlərinə sərinlik və firavanlıq gətirəcək Şollar kəmərinin çəkilişi bir tərəfdən lazımi vəsaitin tapılmamasından, digər tərəfdən isə layihənin əleyhdarlarının apardıqları əkstəbliğat səbəbindən uzanırdı. Yalnız çar II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verməsindən sonra Şollar su kəməri layihəsi fəal tikinti mərhələsinə qədəm qoyur. Layihənin müəllifi Lindleyin qətiyyəti və inadkarlığı sayəsində kəmərin çəkilişi üçün lazım olan bütün avadanlıq xaricdən alınıb gətirlir. Hətta Birinci Dünya müharibəsinin qızğın çağında belə tikinti işləri səngimir. Kəmərin, anbarların, şəhərdaxili şəbəkənin inşası anbaan sürətlənir. Nəhayət, V. Lindleyin və onun mütəxəssis komandasının, Bakı Dumasının və onun azərbaycanlı deputatlarının, şəhər idarəsinin, tikintidə çalışan minlərlə Azərbaycan kəndlisinin, Bakı fəhlələrinin möhkəm iradəsi və gərgin əməyi hesabına 1916-cı ilin dekabrında Şollar-Bakı su kəmərinin birinci növbəsinin tikintisi başa çatır.
Bakı-Şollar su kəmərinin istismara verilməsi
1917-ci il yanvarın 22-də Lindley, şəhər başçısı Bıç, Dumanın və şəhər idarəsinin üzvləri, iş adamları, ziyalılar, mətbuat nümayəndələri şəhərin kənarında tikilmiş anbar ərazisində Şollar suyunun gəlişini gözləyirlər. Bakının sadə sakinləri də neçə illərdən bəri həsrətində olduqları şirin suyu öz gözləri ilə görmək üçün buraya axışırlar. Lindley tez-tez əlindəki saata baxır və suyun bir neçə dəqiqəyə anbara daxil olacağını həyəcanla bildirir. Düz müəyyən olunmuş vaxtda, 187 kilometrlik məsafəni 63 saata qət edən Şollar suyu anbara tökülməyə başlayır. 1917-ci il fevralın 18-də Şollar-Bakı su kəmərinin təntənəli açılışı keçirilir.
Şəhər sakinləri üçün əsl bayrama çevrilən bu mərasimdə iştirak edən Hacı Zeynalabdin Tağıyev su anbarından şəhərdaxili şəbəkəyə gedən kranını açır. Bakı sakinləri bu hadisəni hədsiz sevinc və şadyanalıqla qeyd edirlər. Şəhərdə saysız qurbanlar kəsilir, ehsanlar paylanır. Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş bu xətt həm də Birinci Bakı su kəməri adı ilə tarixə düşüb. Mənbəyini Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında yerləşən Şollar kəndi ərazisindəki yeraltı sulardan götürən kəmər düz 100 ildir ki, Bakı əhalisini keyfiyyətli içməli su ilə təmin edir. Kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün üçdə bir hissəsini təşkil etsə də, ötən əsrin 30-cu illərində Şahdağın ətəklərində əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün isə 3.5 dəfə artırılması və digər texniki tədbirlər nəql olunan suyun həcmini sutkada 109 min kubmetrə çatdırmağa imkan yaradıb. Unikal su qurğusu olan Şollar-Bakı su kəməri ellipsoid formalı monolit beton borularla çəkilib. Hündürlüyü 1,7 metr, eni isə 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Suyun öz axımı ilə Bakıya çatdırılmasını təmin etmək məqsədilə relyefdən asılı olaraq borular 2 metrdən 8 metrədək dərinlikdə yerləşdirilib. Saf, təmiz bulaq suyu Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki nasosxanaya qədər öz axımı ilə gəlir. Buradan su nasoslarla Müşfiqabad qəsəbəsinə vurulur, oradan isə yenə də öz axımı ilə Bakı şəhərinə çatır. Şollar kəməri 24 artezian quyusundan, eləcə də lay və bulaq sularından qidalanır. Xatırladaq ki, əsas hissəsi torpağın altı ilə çəkilən bu nadir su kəmərində indiyədək ciddi təmir və ya yenidənqurma işləri aparılmayıb. Üstəlik, borular dəmirdən deyil, bərk gildən hazırlandığından fəaliyyət göstərdiyi 100 il ərzində kəmərdə, bir dəfə də olsun, qəza baş verməyib. Şübhəsiz, vaxtilə Məmməd Səid Ordubadinin "qısır dəvə"yə bənzətdiyi Bakı təpəliklərinin ötən bir əsr ərzində hər addımında fəvvarələr aşıb-daşan, mənzillərində bulaq suları çağlayan bir meqapolisə çevrilməsinin uğurlu başlanğıcı bu günlərdə 100 illiyi qədirbilənliklə qeyd olunan Şollar-Bakı su kəməri ilə qoyulmuşdur.
Lindleyə xidmətləri müqabilində minnətdarlıq əlaməti
Cənab Lindleyin hədsiz xidmətləri müqabilində minnətdarlıq əlaməti olaraq, Bakı Şəhər Duması ser Vilyam Harleyn Lindleyi Bakının fəxri vətəndaşı seçmiş, Birja küçəsinin adının dəyişdirilərək Lindley küçəsi adlandırılması barədə sərəncam vermişdi. Bakıda Şollar suyunun istismara verilməsindən 9 ay sonra ser Vilyam Harleyn Lindley Londonda ürək xəstəliyindən vəfat etdi. Lakin hazırda bu küçə 28 may küçəsi adlanır.
Hazırda Şollar suyu verilən ərazilər
Hazırda Abşeron yarımadasının kiçik hissəsinə "Şollar" suyu verilir. Həmin ərazilər bunlardır:
İstinadlar
- Xanəliyev V., Məmmədov Ə. Şollar-Bakı-100. Su kəmərinin çəkilişi tarixindən. Bakı, Mütərcim, 2017, s.32–37
- "Şollar – Bakı su qurğuları kompleksi – 100 il: əbədi həyat mənbəyi" (PDF). 2023-07-01 tarixində (PDF). İstifadə tarixi: 2017-08-01.
- . 2017-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-02.
Xarici keçidlər
- "Şollar" kəmərindən kimlər su içir? 2017-06-16 at the Wayback Machine
- Ölkəmizdə ən böyük həcmdə tikilən ilk su kəməri
- Şahdağ suyu Bakıya necə gətirildi
- Susuz Bakı: Şəhəri əsrlərlə böyüməyə qoymayan səbəb – Tarixi Araşdırma (I yazı) 2017-08-20 at the Wayback Machine
- Bakının su problemi necə həll olumuşdu? – Tarixi Araşdırma (II yazı: Mənbələr) 2017-03-23 at the Wayback Machine
- Dövrünün anoloqu olmayan layihəsi: 100 yaşlı `Şollar` kəməri necə çəkilmişdi — Tarixi araşdırma (III yazı: Tikinti) 2017-03-23 at the Wayback Machine
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Baki Sollar su kemeri Azerbaycanda en boyuk hecmde tikilen ilk su kemeri Baki Sollar su kemeriUmumi melumatlarTipi su kemeriBaslayir Quba qezasiBitir BakiTikilme tarixi 1909 1917 ci illerIstismara verilib 1917 ci il 18 fevralYerlesmesiOlke AzerbaycanRegion AbseronSu kemerinin cekilisi ile bagli layihe musabiqesi1881 ci ilde Baki seher Dumasi milli burjuaziyanin lideri H Z Tagiyevin teklifi esasinda sehere su kemeri cekmek ucun layihe tertib etmek haqqinda musabiqe elan etdi Musabiqe ile elaqdar olaraq seher idaresine 1893 cu ile qeder Kur Araz Samur Zugulba Altiagac ve Goygol menbelerinden seher su kemeri cekmek ucun 40 dan cox layihe teklif olunmusdur Lakin seher dumasi bu tekliflerin hamisini redd etmisdir Buna sebeb teklif olunan layihelerin boyuk xerc teleb etmesi idi Bakida su teserrufatinin veziyyetiBelelikle hemin dovrde Baki senaye rayonunda iqtisadi heyatin cosgun inkisafinin eksine olaraq su teserrufati hele de orta esr seviyyesinde qalmaqda idi Seherde uzun muddet su qitliginin hokm surmesi ve bu sebebden kanalizasiya ve yasilligin olmamasi kucelerin natemiz saxlanmasi 1892 ci ilde guclu veba xesteliyinin bas vermesi ile neticelendi Xesteliyin esas qurbanlari ise yoxsul xalq kutleleri idi Baki seherinin su techizatinin I merhelesiOz canlarindan qorxuya dusen Seher Idaresi uzvleri seherde su techizatinin bir qeder yaxsilasdirilmasi ucun telesik bir sira tedbirler gorduler 1892 ci ilde Seher Idaresi deniz suyundan istifade etmek meqsedile susirinlesdirici qurgu tikmek haqqinda Baki liman birliyi cemiyyeti ile muqavile bagladi Muqavileye gore qurgu sutkada 30000 vedre su vermeli idi Bu hadise hemin daireleri seherin su techizati ile ciddi mesgul olmaga vadar etdi Seher Idaresi tezlikle muhendislerden M I Altuxova Q Q Poyta ve E Lyumlya Kur cayindan seher su kemeri cekmek ucun layihe tertib etmeyi sifaris verdi 1893 cu ilde her uc layihe hazir olsa da heyata kecirilmedi Bele ki layiheler Moskvada Neptun elmi texniki cemiyyeti ve Daxili Isler Nazirliyinin Texniki Tikinti komitesi terefinden deqiq yoxlanildigindan sonra mueyyenlesdirilmisdir ki layihelerin hamisi texniki ve iqtisadi cehetden duzgun esaslandirilmamisdir Baki seherinin su techizatinin II merhelesiBu merhelenin xarakterik xususiyyeti ondan ibaretdir ki hemin dovrde seherin su ile techiz edilmesi isinde su quyularindan basqa Kur ve Volqa caylarindan gemilerle dasinan sudan da istifade olunurdu 1893 cu ilde Seher Idaresi oz vesaiti hesabina gunu sutkada 30000 vedre su sirinlesdirici qurgu tikdirmeye basladi 1894 cu ilde bu qurgu artiq istismara verilmisdi Qeyd etmek lazimdir ki qurgunun emal etdiyi su olduqca baha basa gelirdi Bele ki 10 12 vedre deniz suyunu emal etmek ucun 1 pud duru yanacaq serf olunurdu Ona gore de suyun 1 vedresinin satis qiymeti olduqca baha olub meiset meqsedi ucun 0 75 qepik senaye meqsedi ucun 1 qepik idi 1895 ci ile qeder Seher Idaresi susirinlesdiricinin tikintisine ve su sebekesinin bir qeder genislendirilmesi isine 32760 rubl vesait serf etmisdir 1898 ci ilde Seher Idaresi Artur Koppel sirket ile gundelik istehsal gunu 5000 vedre olan yeni susirinlesdirici qurgu tikmek haqqinda muqavile bagladi Yeni qurgu artiq 1899 cu ilin avqustunda fealiyyete basladi Muqavileye gore suyun 1 vedresinin qiymeti 0 5 qepik olmali idi Qeyd edek ki hemin dovrde susirinlesdirici qurgular mukemmel olmadigindan emal olunan su dadsiz ve qoxulu olurdu Buna gore de ehali ondan icmek ucun istifade etmirdi Bu su agaclarin suvarilmasi ucun de yaramadigindan yeni qurgunun ise salinmasi seherin su teserrufatinda ehemiyyetli deyisiklik yarada bilmedi 1899 cu ilin aprelinde seher dumasi Kur ve ya Samurcaydan su kemeri cekmek seherde kanalizasiya islerini teskil etmek ucun oz hesabindan 70000 rubl kredit verilmesi barede serencam verdi Lakin seher dumasinin fexri uzvu H Z Tagiyev Tiflis seherinin kanalizasiyasinin Kur cayina tokulduyu ucun bu layihenin heyata kecirilmesine icaze vermedi Baki seherinin su techizatinin III merhelesi Sollar su kemerinin cekilisi ideyasiNehayet 1899 cu ilde Odessada su techizati ve hidravliklerin beynelxalq qurultayinda istirak eden Baki numayende heyetinin uzvleri su kemerinin cekilisi ile bagli tekliflerini mutexessilerin diqqetine catdirirlar Teklifi deyerlendiren ingilis Uilyam Hirleyn Lindley su menbeyini ozu secmek serti ile Bakiya gelmeye razilasir O axtaris kesfiyyat isleri aparmaq meqsedile oz texniki iscileri ve seher idaresinin numayendeleri ile Samura yola dusur Quba qezasinin Muskur adlandirilan sahesinde rast geldiyi yolustu bulaq tedqiqatcinin diqqetini celb edir Bu yerleri diqqetle musahide eden Lindley bele bir qenaete gelir ki burada Sahdagin eteklerinde tukenmez ehtiyati olan yeralti su var ve bu hovze Baki seheri ucun yeterlidir Hemin sudan numuneler goturen Lindley Bakiya qayidaraq seherin yeralti icmeli su ile techizatina dair qeydler edir ve seher idaresine Samurcaydansa Sahdagin eteklerinden suzulub gelen temiz saf bulaq suyunun Bakiya getirilmesinin daha meqsedeuygun oldugunu bildirir Ingilis mutexessis Baki Seher Idaresi ve Duma qarsisinda erazideki yeralti sularin tedqiqi ve bu meqsedle lazimi vesaitin ayrilmasi ile bagli mesele qaldirsa da kifayet qeder naraziliqlarla qarsilasir Bakinin icmeli su techizatini sozun esl menasinda inhisara alan quvveler xususen de ermeni Adamyan Babayan qardaslari ve Saruxanyan kimi isbazlar seher idaresinin ve Dumanin su techizati komissiyasinin iclaslarinda Bakiya su kemerinin cekilisi ile bagli meselenin arxa plana kecmesine nail ola bilirdiler Meselenin helli qarsisinda aciz qalan seher idaresinin rehberliyi ve Duma uzvleri ise ya yekdil bir qerara gele bilmir ya da su kemerinin cekilisi ucun lazimi vesait tapmirdilar Bakiya yeralti bulaq suyunun getirilmesinin uzun vaxt aparacagini israr eden seher idaresinin ve Dumanin bezi uzvleri Lindleyden ya Kur ya da Samurcaydan kemer cekmeyi teleb edirler Butun tezyiqlere baxmayaraq Sollar menbeyi uzerinde israrla dayanan Lindleyi mudafie eden saglam eqideli sozun esl menasinda Baki sakinlerine ureyi yanan imkanli adamlar da tapilir Bu meselede oz xalqinin teessubkesi Haci Zeynalabdin Tagiyev xususi fealligi ile secilir O Sollar erazisindeki yeralti bulaqlarin Bakini icmeli su ile techiz etmek iqtidarinda olmadigini iddia edenlere yerindece cavab vererek deyir Sahdag oz qari ve buzlaqlari ile ebedi oldugu kimi Sollar suyu da ebedidir Haci oz sexsi vesaitinden quyularin qazilmasi ucun seher idaresine 25 min rubl pul da verir Mehz Hacinin bu xeyirxahligi Sollar suyunun Bakiya getirilmesi isine sanki bir tekan verir Baki Sollar su kemerinin tikintisiLindleyin xaricden devet etdiyi muhendislerden ibaret ekspedisiya qrupu Xudatdan simal serqe dogru mesede seffaf temiz bulaq suyu oldugunu askarlayir Buna baxmayaraq Baki sakinlerine serinlik ve firavanliq getirecek Sollar kemerinin cekilisi bir terefden lazimi vesaitin tapilmamasindan diger terefden ise layihenin eleyhdarlarinin apardiqlari ekstebligat sebebinden uzanirdi Yalniz car II Nikolayin 6 oktyabr 1909 cu il tarixli fermani ile Baki seherine 27 milyon rubldan cox olmamaq sertile istiqraz buraxilmasina icaze vermesinden sonra Sollar su kemeri layihesi feal tikinti merhelesine qedem qoyur Layihenin muellifi Lindleyin qetiyyeti ve inadkarligi sayesinde kemerin cekilisi ucun lazim olan butun avadanliq xaricden alinib getirlir Hetta Birinci Dunya muharibesinin qizgin caginda bele tikinti isleri sengimir Kemerin anbarlarin seherdaxili sebekenin insasi anbaan suretlenir Nehayet V Lindleyin ve onun mutexessis komandasinin Baki Dumasinin ve onun azerbaycanli deputatlarinin seher idaresinin tikintide calisan minlerle Azerbaycan kendlisinin Baki fehlelerinin mohkem iradesi ve gergin emeyi hesabina 1916 ci ilin dekabrinda Sollar Baki su kemerinin birinci novbesinin tikintisi basa catir Baki Sollar su kemerinin istismara verilmesi1917 ci il yanvarin 22 de Lindley seher bascisi Bic Dumanin ve seher idaresinin uzvleri is adamlari ziyalilar metbuat numayendeleri seherin kenarinda tikilmis anbar erazisinde Sollar suyunun gelisini gozleyirler Bakinin sade sakinleri de nece illerden beri hesretinde olduqlari sirin suyu oz gozleri ile gormek ucun buraya axisirlar Lindley tez tez elindeki saata baxir ve suyun bir nece deqiqeye anbara daxil olacagini heyecanla bildirir Duz mueyyen olunmus vaxtda 187 kilometrlik mesafeni 63 saata qet eden Sollar suyu anbara tokulmeye baslayir 1917 ci il fevralin 18 de Sollar Baki su kemerinin tenteneli acilisi kecirilir Seher sakinleri ucun esl bayrama cevrilen bu merasimde istirak eden Haci Zeynalabdin Tagiyev su anbarindan seherdaxili sebekeye geden kranini acir Baki sakinleri bu hadiseni hedsiz sevinc ve sadyanaliqla qeyd edirler Seherde saysiz qurbanlar kesilir ehsanlar paylanir Abseron yarimadasinin icmeli su techizati ucun cekilmis bu xett hem de Birinci Baki su kemeri adi ile tarixe dusub Menbeyini Xacmaz rayonunun Xudat seheri yaxinliginda yerlesen Sollar kendi erazisindeki yeralti sulardan goturen kemer duz 100 ildir ki Baki ehalisini keyfiyyetli icmeli su ile temin edir Kemerle getirilen suyun hecmi ilk vaxtlar layihe gucunun ucde bir hissesini teskil etse de oten esrin 30 cu illerinde Sahdagin eteklerinde elave artezian quyularinin qazilmasi su anbarlarinin tutumunun 170 min kubmetredek nasos stansiyalarinin gucunun ise 3 5 defe artirilmasi ve diger texniki tedbirler neql olunan suyun hecmini sutkada 109 min kubmetre catdirmaga imkan yaradib Unikal su qurgusu olan Sollar Baki su kemeri ellipsoid formali monolit beton borularla cekilib Hundurluyu 1 7 metr eni ise 1 2 metr olan borular marsrut boyunca torpaga basdirilib Suyun oz aximi ile Bakiya catdirilmasini temin etmek meqsedile relyefden asili olaraq borular 2 metrden 8 metredek derinlikde yerlesdirilib Saf temiz bulaq suyu Haci Zeynalabdin Tagiyev qesebesindeki nasosxanaya qeder oz aximi ile gelir Buradan su nasoslarla Musfiqabad qesebesine vurulur oradan ise yene de oz aximi ile Baki seherine catir Sollar kemeri 24 artezian quyusundan elece de lay ve bulaq sularindan qidalanir Xatirladaq ki esas hissesi torpagin alti ile cekilen bu nadir su kemerinde indiyedek ciddi temir ve ya yenidenqurma isleri aparilmayib Ustelik borular demirden deyil berk gilden hazirlandigindan fealiyyet gosterdiyi 100 il erzinde kemerde bir defe de olsun qeza bas vermeyib Subhesiz vaxtile Memmed Seid Ordubadinin qisir deve ye benzetdiyi Baki tepeliklerinin oten bir esr erzinde her addiminda fevvareler asib dasan menzillerinde bulaq sulari caglayan bir meqapolise cevrilmesinin ugurlu baslangici bu gunlerde 100 illiyi qedirbilenlikle qeyd olunan Sollar Baki su kemeri ile qoyulmusdur Lindleye xidmetleri muqabilinde minnetdarliq elametiSollar su kemerinin cekilisi ressam Cingiz Mehbaliyev Cenab Lindleyin hedsiz xidmetleri muqabilinde minnetdarliq elameti olaraq Baki Seher Dumasi ser Vilyam Harleyn Lindleyi Bakinin fexri vetendasi secmis Birja kucesinin adinin deyisdirilerek Lindley kucesi adlandirilmasi barede serencam vermisdi Bakida Sollar suyunun istismara verilmesinden 9 ay sonra ser Vilyam Harleyn Lindley Londonda urek xesteliyinden vefat etdi Lakin hazirda bu kuce 28 may kucesi adlanir Hazirda Sollar suyu verilen erazilerHazirda Abseron yarimadasinin kicik hissesine Sollar suyu verilir Hemin eraziler bunlardir Sumqayit seherinin bir hissesi H Z Tagiyev qesebesi Kohne Xirdalan kendi Musfiq qesebesi 28 May qesebesi Sulutepe qesebesi Qobu kendi Hokmeli kendi IstinadlarXaneliyev V Memmedov E Sollar Baki 100 Su kemerinin cekilisi tarixinden Baki Mutercim 2017 s 32 37 Sollar Baki su qurgulari kompleksi 100 il ebedi heyat menbeyi PDF 2023 07 01 tarixinde PDF Istifade tarixi 2017 08 01 2017 06 16 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 08 02 Xarici kecidler Sollar kemerinden kimler su icir 2017 06 16 at the Wayback Machine Olkemizde en boyuk hecmde tikilen ilk su kemeri Sahdag suyu Bakiya nece getirildi Susuz Baki Seheri esrlerle boyumeye qoymayan sebeb Tarixi Arasdirma I yazi 2017 08 20 at the Wayback Machine Bakinin su problemi nece hell olumusdu Tarixi Arasdirma II yazi Menbeler 2017 03 23 at the Wayback Machine Dovrunun anoloqu olmayan layihesi 100 yasli Sollar kemeri nece cekilmisdi Tarixi arasdirma III yazi Tikinti 2017 03 23 at the Wayback MachineHemcinin baxUilyam Hirleyn Lindley Haci Zeynalabdin Tagiyev