Aşıq havaları — Azərbaycan musiqi folklorunun əsas sahələrindən biri. Müasir aşıqların repertuarında daim işlənib kamilləşən yüzdən artıq klassik hava və onun variantları mövcuddur. Aşıq havalarının xalq dastanları ilə birgə yarandığı, əvvəllər yalnız dastanlarla, sonralar isə eyni zamanda, müstəqil oxunduğu ehtimal edilir. Aşıq havaları məzmun və xarakterinə görə qəhrəmanlıq ruhunda, lirik və nəsihətamiz planda satirik və komik səciyyəli olur. Bu havalarda xalqın sevinc və kədəri, zülm və əsarətə qarşı etirazı, vətənpərvərliyi, qəhrəmanlıq və rəşadəti əks olunmuşdur. "Koroğlu", "", "Orta divani"də mərdlik, cəsurluq, "Qəmərcan", "Gözəlləmə", "Göyçəgülü"ndə oynaqlıq, şən əhvali-ruhiyyə, "Dilqəmi", "Yanıq Kərəmi", "Təcnis"də lirik məhəbbət duyğuları, qüssə və həsrət duyğuları ifadə edilir. Aşıq havaları xüsusiyyətinə görə, əsasən, üç qrupa bölünür: reçitativ (dastanla bağlıdır), yarımreçitativ, mahnı xarakterndə olan havalar. Reçitativdən təğənniyə doğru inkişaf yolu keçmiş Aşıq havaları melodika, vəzn-ritm xüsusiyyətlərinə görə çox zəngin və rəngarəngdir; adətən, strofik formada olur. Bütün havalarda instrumental müqəddimə, əsas mövzu və tamamlama (koda) mövcuddur. Səsin eyni ucalıqda təkrarı, musiqi motivi rüşeymi və bütov ifadələrin variant şəklində təkrar edilməsi, melodiyanın pərdələrlə aşağı hərəkəti, enən sekvensiya Aşıq havalarının səciyyəvi xüsusiyyətlərindəndir. Musiqi formasına görə aşıq havaları sadə və mürəkkəb olur. Aşıqlar, adətən, yuxarı registrdə oxuyur, bəndin sonunda (kadansda) aşağı registrə keçir və axırıncı səsi xeyli uzadırlar. İfa zamanı sazı səs diapazonlarına uyğun şəkildə müəyyən səs yüksəkliyinə kökləyirlər. Aşıq havalarının diapazonu kiçikdir (əsasən, kvarta, kvinta və seksta intervalı həcmində), bəzi hallarda ifanın sonunda musiqi diapazonu böyük tersiya, septima və ya oktava intervalı həcmində genişlənir.
"Paşaköçdü", "Əfşarı", "Şahsevəni" və sair havalarda qədimliyi göstərən pentatonika əlamətləri də var. Aşıq havalarının ritmik xüsusiyyətləri şeirin forması və vəzni ilə əlaqədardır; havanın melodiya və ritminin müəyyənləşməsində misralardakı hecaların sayı həlledici rol oynayır. Müasir aşıqların ən çox işlətdiyi şeir formaları gəraylı, qoşma, təcnis, bayatı, divani, müxəmməs və sairədir. 2/4, 3/4, 4/4, 3/8, 5/8, 6/8, 7/8, 9/8 və sair ritmik quruluşlar aşıq havaları üçün xarakterikdir. Ədəbi mətnin və melodiyanın xüsusiyyətindən asılı olaraq, bir hava üstündə bir neçə şeir oxuna bilər. Aşıq havalarının adları şeir formalarından ("Gəraylı", "Təcnis", "Müxəmməs" və s.), dastan qəhrəmanlarının ("Koroğlu", "Kərəmi" və s.), yarandığı yerin adından ("Naxçıvani", "Şərili" və s.) götürülmüşdür. Məşhur aşıqların adı ilə bağlı Aşıq havaları da ("Cəlili", Bəhməni", "Dilqəmi" və s.) var. Aşıq havaları diatonikaya əsaslanır; ayrı-ayrı hallarda təsadüf edilən xromatik səslər yardımçı rol oynayır. Aşıq havalarının əsas lad-intonasiya quruluşu Şur muğamının lad quruluşu ilə sıx bağlıdır. Segah, Rast, Mahur, Bayatı-Şiraz və sair muğamların lad quruluşuna uyğun aşıq havaları da mövcuddur.
Aşıq havaları, əsasən, sazla və balabanın müşayiəti ilə ifa olunur. Müşayiətedici melodiya vokal melodiyanın ya eyni (unison) olur, ya da dəmkeş funksiyası daşıyır. Aşıq havalarının harmonik əsasını sazın köklərindən irəli gələn akkordlar kompleksi təşkil edir. Bunlardan "Şah pərdə kökü" (Qaraçı kökü"), "Baş pərdə kökü" ("Dilqəmi kökü"), Orta pərdə kökü ("Ürfani kökü"), "Ayaq divani kökü", "Bayatı" ("Atüstü Kərəmi") və s. əsas köklərdir. Bu köklərin üzərində qurulmuş akkordlar aşıq havalarının zəngin harmonik dil xüsusiyyətlərini ortaya çıxarır. Aşıq havaları Azərbaycan xalq musiqisinin başqa janrları ilə qarşılıqlı əlaqədə inkişaf etmişdir. Aşıq musiqisinin professional musiqi sənətinə güclü təsiri var. Üzeyir Hacıbəylinin "Koroğlu", Reynhold Moritseviç Qlierin "Şahsənəm", Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" operalarında, Qara Qarayevin 3-cü simfoniyasında (2-ci hissə), Fikrət Əmirovun "Azərbaycan süitası"nda və başqa bəstəkarların əsərlərində aşıq havalarının üslub xüsusiyyətlərindən istifadə edilmişdir.
Siyahısı
- Yanıq Kərəmi
- Ovşarı (Əfşarı)
- Bozoxu
- "Dilbər" — Müəllifi Aşıq Pənah
- "Yeddi qardaş" — Müəllifi Aşıq Pənah
- "Azərbaycan" — Müəllifi Aşıq Pənah
- Ruhani (Urfanı)
- Misri
- Göyçə gülü
- Baş Sarıtel
- Orta Sarıtel
- Qaraçı
- İrəvan çuxuru
- El havası
- Dübeyti
- İncə gülü
- Bayatı
- Gəraylı
- Divani
- Dübeyt ("Borçalı dübeyti", "Zülfüqar dübeyti", "Şahsevən dübeyti", "Mirzə dübeyti", "Azaflı dübeyti")
- Təcnis
- Müxəmməs
- Sallama gəraylı
- Şahsevəni
- Baş dübeyt
- Koroğlu müxəmməsi
- Paşa köçdü
- Laçını
- Gödəkdonu
- Heydəri
- Ayaq Cəlili
- Cəngi Koroğlu
- Şahsevəni gəraylısı
- Dübeyt gəraylısı
- Hüseyni
- Bəhməni
- Cəlili
- Koroğlu
- Kərəmi
- Dərbəndi
- Naxçıvani
- Dərələyəz gəraylısı
- Göyçə gülü
- Ayaq Divani (Osmanlı Divanisi)
- Ağır Şərili
- Susənbəri
- Dolhicranı
- Sallama Kərəmi
- Quba Kərəmi
- Mansırı
- Sürütmə Koroğlu
- Şah Xətai
- Zarıncı Şikəstə
- Badamı Şikəstə
- Sarıtorpaq Şikəstəsi
- Şirvan Şikəstəsi
- Döymə Kərəmi
- Fəxri
- İbrahimi
- Aran Gözəlləməsi
- Kərəm Köçdü
- Meydan Koroğlu
- Mixəyi
- Turcacı
- Yüngül Şərili
- Qəhrəmanı
- Şirvan Gözəlləməsi
- Tərəkəmə Gözəlləməsi
- Kərəm Gözəlləməsi
- Dəmir Gözəlləməsi
- Orta şəşəngi
- Güllü şəşəngi
- Ağır gözəlləmə
- Dilqəmi
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN .
- Oktay. “Bozoxu” havası: [aşıq havalarının tarixi haqqında] //Xalq cəbhəsi.- 2013.- 22 may.- S. 13.
- Usubova, V. Dübeyti: [Aşıq Ədalətin ifası haqqında] //Mədəni həyat.- 2012.- №11.- S.14-15.
- Ormanlı, H. Şen ol İncə dərəsi: “İncə günü-İncəgülü” saz-söz şöləninin təəssüratları: [Qazax mahalının folkloru haqqında] //Olaylar.- 2012.- 31 may.- S.10.
- "Aşıq sənəti / Aşıq poeziyası". 2021-11-01 tarixində . İstifadə tarixi: 2016-06-12.
Mənbə
- Köçərli, İ. Aşıq havalarında musiqili-poetik sintez problemlərinin tədqiqi //Musiqi dünyası.- 2011.- №2/47.- S. 54-56.
- Anatolluoğlu, A. Qədim el havalarımız: Musiqi folkloru //Qobustan: sənət toplusu.- 2012.- № 4.- S.86-89.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Asiq havalari Azerbaycan musiqi folklorunun esas sahelerinden biri Muasir asiqlarin repertuarinda daim islenib kamillesen yuzden artiq klassik hava ve onun variantlari movcuddur Asiq havalarinin xalq dastanlari ile birge yarandigi evveller yalniz dastanlarla sonralar ise eyni zamanda musteqil oxundugu ehtimal edilir Asiq havalari mezmun ve xarakterine gore qehremanliq ruhunda lirik ve nesihetamiz planda satirik ve komik seciyyeli olur Bu havalarda xalqin sevinc ve kederi zulm ve esarete qarsi etirazi vetenperverliyi qehremanliq ve resadeti eks olunmusdur Koroglu Orta divani de merdlik cesurluq Qemercan Gozelleme Goycegulu nde oynaqliq sen ehvali ruhiyye Dilqemi Yaniq Keremi Tecnis de lirik mehebbet duygulari qusse ve hesret duygulari ifade edilir Asiq havalari xususiyyetine gore esasen uc qrupa bolunur recitativ dastanla baglidir yarimrecitativ mahni xarakternde olan havalar Recitativden tegenniye dogru inkisaf yolu kecmis Asiq havalari melodika vezn ritm xususiyyetlerine gore cox zengin ve rengarengdir adeten strofik formada olur Butun havalarda instrumental muqeddime esas movzu ve tamamlama koda movcuddur Sesin eyni ucaliqda tekrari musiqi motivi ruseymi ve butov ifadelerin variant seklinde tekrar edilmesi melodiyanin perdelerle asagi hereketi enen sekvensiya Asiq havalarinin seciyyevi xususiyyetlerindendir Musiqi formasina gore asiq havalari sade ve murekkeb olur Asiqlar adeten yuxari registrde oxuyur bendin sonunda kadansda asagi registre kecir ve axirinci sesi xeyli uzadirlar Ifa zamani sazi ses diapazonlarina uygun sekilde mueyyen ses yuksekliyine kokleyirler Asiq havalarinin diapazonu kicikdir esasen kvarta kvinta ve seksta intervali hecminde bezi hallarda ifanin sonunda musiqi diapazonu boyuk tersiya septima ve ya oktava intervali hecminde genislenir Pasakocdu Efsari Sahseveni ve sair havalarda qedimliyi gosteren pentatonika elametleri de var Asiq havalarinin ritmik xususiyyetleri seirin formasi ve vezni ile elaqedardir havanin melodiya ve ritminin mueyyenlesmesinde misralardaki hecalarin sayi helledici rol oynayir Muasir asiqlarin en cox isletdiyi seir formalari gerayli qosma tecnis bayati divani muxemmes ve sairedir 2 4 3 4 4 4 3 8 5 8 6 8 7 8 9 8 ve sair ritmik quruluslar asiq havalari ucun xarakterikdir Edebi metnin ve melodiyanin xususiyyetinden asili olaraq bir hava ustunde bir nece seir oxuna biler Asiq havalarinin adlari seir formalarindan Gerayli Tecnis Muxemmes ve s dastan qehremanlarinin Koroglu Keremi ve s yarandigi yerin adindan Naxcivani Serili ve s goturulmusdur Meshur asiqlarin adi ile bagli Asiq havalari da Celili Behmeni Dilqemi ve s var Asiq havalari diatonikaya esaslanir ayri ayri hallarda tesaduf edilen xromatik sesler yardimci rol oynayir Asiq havalarinin esas lad intonasiya qurulusu Sur mugaminin lad qurulusu ile six baglidir Segah Rast Mahur Bayati Siraz ve sair mugamlarin lad qurulusuna uygun asiq havalari da movcuddur Asiq havalari esasen sazla ve balabanin musayieti ile ifa olunur Musayietedici melodiya vokal melodiyanin ya eyni unison olur ya da demkes funksiyasi dasiyir Asiq havalarinin harmonik esasini sazin koklerinden ireli gelen akkordlar kompleksi teskil edir Bunlardan Sah perde koku Qaraci koku Bas perde koku Dilqemi koku Orta perde koku Urfani koku Ayaq divani koku Bayati Atustu Keremi ve s esas koklerdir Bu koklerin uzerinde qurulmus akkordlar asiq havalarinin zengin harmonik dil xususiyyetlerini ortaya cixarir Asiq havalari Azerbaycan xalq musiqisinin basqa janrlari ile qarsiliqli elaqede inkisaf etmisdir Asiq musiqisinin professional musiqi senetine guclu tesiri var Uzeyir Hacibeylinin Koroglu Reynhold Moritsevic Qlierin Sahsenem Qara Qarayev ve Covdet Haciyevin Veten operalarinda Qara Qarayevin 3 cu simfoniyasinda 2 ci hisse Fikret Emirovun Azerbaycan suitasi nda ve basqa bestekarlarin eserlerinde asiq havalarinin uslub xususiyyetlerinden istifade edilmisdir SiyahisiYaniq Keremi Ovsari Efsari Bozoxu Dilber Muellifi Asiq Penah Yeddi qardas Muellifi Asiq Penah Azerbaycan Muellifi Asiq Penah Ruhani Urfani Misri Goyce gulu Bas Saritel Orta Saritel Qaraci Irevan cuxuru El havasi Dubeyti Ince gulu Bayati Gerayli Divani Dubeyt Borcali dubeyti Zulfuqar dubeyti Sahseven dubeyti Mirze dubeyti Azafli dubeyti Tecnis Muxemmes Sallama gerayli Sahseveni Bas dubeyt Koroglu muxemmesi Pasa kocdu Lacini Godekdonu Heyderi Ayaq Celili Cengi Koroglu Sahseveni geraylisi Dubeyt geraylisi Huseyni Behmeni Celili Koroglu Keremi Derbendi Naxcivani Dereleyez geraylisi Goyce gulu Ayaq Divani Osmanli Divanisi Agir Serili Susenberi Dolhicrani Sallama Keremi Quba Keremi Mansiri Surutme Koroglu Sah Xetai Zarinci Sikeste Badami Sikeste Saritorpaq Sikestesi Sirvan Sikestesi Doyme Keremi Fexri Ibrahimi Aran Gozellemesi Kerem Kocdu Meydan Koroglu Mixeyi Turcaci Yungul Serili Qehremani Sirvan Gozellemesi Terekeme Gozellemesi Kerem Gozellemesi Demir Gozellemesi Orta sesengi Gullu sesengi Agir gozelleme DilqemiIstinadlarAzerbaycan Milli Ensiklopediyasi 25 cildde Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi ISBN 978 9952 441 00 0 Oktay Bozoxu havasi asiq havalarinin tarixi haqqinda Xalq cebhesi 2013 22 may S 13 Usubova V Dubeyti Asiq Edaletin ifasi haqqinda Medeni heyat 2012 11 S 14 15 Ormanli H Sen ol Ince deresi Ince gunu Incegulu saz soz soleninin teessuratlari Qazax mahalinin folkloru haqqinda Olaylar 2012 31 may S 10 Asiq seneti Asiq poeziyasi 2021 11 01 tarixinde Istifade tarixi 2016 06 12 MenbeKocerli I Asiq havalarinda musiqili poetik sintez problemlerinin tedqiqi Musiqi dunyasi 2011 2 47 S 54 56 Anatolluoglu A Qedim el havalarimiz Musiqi folkloru Qobustan senet toplusu 2012 4 S 86 89