Aşqar - yanacağa, və s. az miqdarda əlavə edilən və onların istismar xassələrini yaxşılaşdıran preparatdır.
Tarix
Aşqarların yaranma tarixi yanacağın inkişafı və geniş tətbiqi ilə sıx bağlıdır. Birinci dünya müharibəsi zamanı benzin “Liqroin” kimi tanınan maye olub və onu antiseptik vasitə kimi apteklərdə satırdılar. O dövrdə yanacaqdoldurma stansiyaları mövcud deyildir, və avtomobil sahibkarları yanacaqı müvafiq ticarət və kommersiya təşkilatlardan əldə edirdilər. Dünyada birinci “yanacaqdoldurma stansiyası” Almaniyanın Vislox şəhərində yerləşən aptek olmuşdu. Buradada 1888-ci ildə məşhur alman mühəndisi, dünyada birinci avtomobilin ixtiraşıcı Karl Bensın həyat yoldaşı avtomobilinin bakını doldurmuş və ilk dəfə Pforsxaym şəhərindən Manqeym şəhərinə avtomobillə səyahət etmişdir.
XX əsrin birinci yarısı avtomobil sənayesinin tarixində dünyanın bir çox ölkəsində avtomobil istehsalının başlanğıcı ilə xarakterizə olunur. Belə ki, məşhur avtomobil ixtiraçısı Henri Ford tərəfindən konveyer sisteminə qoyulmuş avtomobil istehsalının təşkili və sonrakı inkişafı yanacağın keyfiyyətinə qoyulan tələblərin artması ilə bağlı idi.
Birinci aşqar təqribən 90 il bundan əvvəl işlənib hazırlanmışdır. Bu - 1919-cu ildən aviasiya yanacağına əlavə edilən və onun oktan sayını yüksəldən Ekstalin (M-metilalanin) idi. 1929-cu ildə GM şirkəti tetraetilqurğuşunu detonasiyaya qarşı aşqarı kimi istifadə etməyə başladı. İkinci Dünya Müharibəsi zamanı Almaniyada aşqarların üzərində daha çox işlənilirdi. Bu onunla bağlı idi ki, vermaxt tankların əksəriyyəti təchiz olunurdu. Həmçinin keyfiyyətli neft mənbəylərinin olmaması benzinin həddindən çox aşağı keyfiyyətə malik olduğuna gətirib çıxarırdı. Hal hazırda yanacağın ekoloji və istismar keyfiyyələtinə qoyulan tələblərin sərləşməsi dizel və benzin yanacağının istehsaıçıları tərəfindən xüsusi kompozisiyalı aşqarlardan istifadə edilməsini tələb edir.
Aşqarların növləri
- ;
- yeyilməyə qarşı;
- yuyucu;
- oksidləşməyə qarşı;
- dispersedici;
- yuyucu-dispersedici;
- korroziyaya qarşı;
- köpüklənməyə qarşı;
- bərpaedici; və s.
Aşqarların çoxu çoxfunksiyalıdır. Əmtəə yağlarında aşqarların ümumi miqdarı 15-20% təşkil edir. Aşqarların nəqlini, saxlanılmasını və baza yağlarında həll edilməsini asanlaşdırmaq üçün tərkibində depressor və özlülük aşqarları olan aşqar paketlərindən istifadə olunur. Adətən motor yağına aşağıdakı aşqarlar daxil olur:
- Külsüz dispersedici aşqarlar (dispersantlar);
- detergentlər;
- oksidləşməyə qarşı;
- yeyilməyə qarşı;
- korroziyaya qarşı;
- köpüklənməyə qarşı;
- depressor aşqarları.
Neft və neft məhsullarının donma temperaturunu aşağı salan depressor aşqarları
Bu qrup aşqarlar uzun molekulyar zəncirli və ağır polimerlərdir.
Təsir mexanizmi olduğuna görə parafinli neft və mazutlarda adətən aşağı temperaturlarda yaranan parafin kristallarının əmələ gəlməsinin qarşısını alırlar. Bu aşqarlar neft və neft məhsullarının donmasına səbəb olan kristalları modifikasiya edir və parafin matrisalarının böyüməsinin qarşısını alır.
Neft və neft məhsullarının boru kəmərlərindən ötürülməsi zamanı axıcılıq xassələrini yaxşılaşdırması üçün onlara depressor aşqarları əlavə edirlər. Depressor aşqarları neft və neft məhsullarının başqa xassələrinə heç bir təsir göstərmir və onların tərkibində olan aşqarlarla qarşılıqlı əlaqəyə girmirlər. Bu növ aşqarlar distillyasiya prosesində məhv edilir və alınan distillatın keyfiyyətinə heç bir təsir göstərmir.
Detergent-dispersləşdirici aşqarlar
Detergent-dispersləşdirici aşqarlar - şərti olaraq iki qrupa bölünür: küllü və külsüz.
Küllü detergent-dispersedici aşqarlar
Bu qrup aşqarlara alkilfenol, salisilat, alkilsalisilat və qismən tiofosafatlar daxildir.
Mühərrikin yüksək temperatur iş rejimlərində lazımi təmizliyini təmin edir.
Külsüz detergent-dispersedici aşqarlar
Yuyucu və dispersedici aşqarlara əsas etibari ilə müxtəlif metalların , əvəzolunmuş fenollar, onların sulfid və disulfidləri, əvəzolunmuş fenollar və formaldehidin kondensasiya məhsullarının fenolyatlarıdır.
Detergent-dispersedici aşqarlar yağa dispersedici və yuyuculuq xassələri verir. Yağlara qoyulan əsas tələblərdən biri – mühərrikin hissələrində his və lak çöküntülərinin əmələ gəlmə meyilliyinin aşağı olmasıdır. Çöküntülərin yaranması mühərrikin istismarı zamanı yağların oksidləşmə stabilliyinin kifayət qədər az olması ilə izah olunur. Detergent-dispersedici aşqarların əlavə edilməsi mühərrikin aşağı temperatur iş rejimlərində qurum əmələ gəlməsinin qarşısını alırlar.
Detergent-disperedici aşqarların azalma səbəbi işlək yağda həll edilməyən kondensasiya olunmuş oksidləşmə məhsullarının yığılması ilə izah olunur. Eyni zamanda aşqarın qələvi ədədi aşağı düşür.Detergent-dispersedici aşqarların istehsalı bütün aşqar istehasılının 64% təşkil edir.
Yeyilməyə qarşı aşqarlar
Sürtünməyə məruz qalan avtomobil mühərriyinin detallarına yağın yeyilməyə qarşı təsirinin artırılması üçün istifadə olunur.
Yeyilməyə qarşı aşqarların çoxu sinkin dialkilditiofosfat duzlarıdır.
Bu aşqarların aktiv inqrediyentləri detalların metal səthi ilə kontaktı nəticəsində onların üstündə mühafizəedici təbəqə yaradır. http://dic.academic.ru/
Oksidləşməyə qarşı aşqarlar
Bu aşqarlar - sinkin dialkil- və ditiofosfat duzları, külsüz ditiofosfatlar, müxtəlif metalların ditiokarbonatları, fenolun törəmələri və s.
Oksidləşməyə qarşı aşqarların təsir mexanizmi əmələ gələn azad radikalları stabil birləşmələrə çevirilməsi və parçalanmasından ibarətdir. Bu aşqarlar yağın oksidləşmə sürətini və oksidləşmə məhsullarının yağda yığılma sürətini azaldır.
Paslanmaya qarşı aşqarlar
Yanacağın vasitəsilə nəql edildiyi, və ya metal konteynerlərdə uzunmüddətli saxlanması, eləcə də dəniz və dəniz donanmasının geniş subasma zamanı mühafizəsi üçün nəzərdə tutulmuşdur.
Mühafizəedici aşqarların rolu
Yanacaqların metallara korroziya təsiri yanacaqların korroziya məhsulları ilə çirklənməsinə səbəb olur, bu da yanacaqların nasosla vurulma qabiliyyətini və onların yeyilməyə qarşı xassələrini pisləşdirir. Bundan əlavə, , rezervuarlar və yanacaq baklarının materialı korroziya nəticəsində sıradan çıxır. Birbaşa qovulan yanacaqlarda mühafizəedici təsirə malik kifayət qədər var. Tərkibində korroziyaya qarşı müqavimətin azaldılması ilə xarakterizə olunan spirt tərkibli yanacaqlara mütləq mühafizəedici aşqarlar əlavə edilməlidir. Bu cür yanacaqların istehsalının artması ilə əlaqədar olaraq mühafizəedici aşqarların rolu artır.
Tarixi
1930-cu illərin ortalarında, paslanmaya qarşı metal səthləri passivləşdirən natrium xromat və nitrit tətbiq olunurdu. 1946-cı ildə Sinclair Oil Co şirkəti ilk dəfə olaraq, yanacaqda həll olan PD-119 inhibitorunu tətbiq etdi. O vaxtdan etibarən, ABŞ-də bu aşqarın tətbiqi həcminə görə yanacaqlara əlavə olunan bütün aşqarlar arasında birinci yerdədir. 1990-cı illərin ilk yarısında ABŞ-da aşqarların illik orta istehlakı min tondan çox idi: paslanma inhibitorları - 40, antioksidantlar - 26, depressorlar -10, stabilizatorlar - 8, digər (yuyucu, antistatik, deaktivatorlarmetallar və s.) - 38. Yanacaqlara aşqarların tətbiq olunduğu yerlərdə onlar praktiki olaraq tətbiq edilmir, çünki ABŞ-da və digər inkişaf etmiş ölkələrdə çoxfunksiyalı yuyucu aşqarlar kifayət qədər səmərəlidir.
Təsir prinsipi
Korroziya kimyəvi və elektrokimyəvi yollarla baş verir. Birinci halda, proses ilk növbədə əvvəldən yanacaqda olan və ya oksidləşmə zamanı əmələ gəlmiş kimyəvi fəal birləşmələrin metallarına birbaşa təsiri nəticəsində baş verir. Bunlar aqressiv kükürd birləşmələri (merkaptanlar, hidrogen sulfidi, elementar kükürd) və üzvi turşulardır. Avtomobil yanacaqlarında bu növ aşqarlar istifadə edilmir. Standart yanacaqlarda korroziyaya səbəb olan komponentlər olmamalıdır. Elektrokimyəvi korroziya kondensasiya etmiş suyun təsiri nəticəsində fazalar arasındakı sərhəddə baş verir. Aşqarlar səthi-aktiv maddələr (SAM) olub təsir prinsipinə görə iki qrupa bölünür. Birincisi (nitratlı yağlar, ikivalentli metalların alkilsulfonatları) mühafizə olunan səthdə oksidləşdiricinin təsirinə mane olan möhkəm hemosorbsiya təbəqəsi formalaşdırır. İkincisi (üzvi turşuların efirləri və duzları və s.) yanacaq-su sərhəddində səthi gərginliyi azaldır və metalların yanacaqla nəmləndirilməsini artırır və bununla da suyu metalın səthindən çıxarır. Əmtəə mühafizəedici aşqarları çox vaxt hər iki növ SAM-dan ibarət olub sinergetik effektlər nümayiş etdirən kompozisiyalardır.
Effektlilik göstəricisi
Tərkibində aşqar olan yanacaqların korroziya aktivliyi aşağıdakı üsullarla müəyyən edilir:
- suyun kondensasiyası şəraitində;
- elektrolit iştirakı ilə;
- Pinkeviç qurğusunda.
Suyun kondensləşməsi şəraitində КТКВ (ГОСТ 18597-73) korroziya xüsusi kolbada müəyyən edilir. Burada kolbaya aşqarlı yanacaq, metal (polad və ya bürünc) lövhə və ayrı bir qabda - su yerləşdirilir. Kolba (benzin üçün - 60 °C, dizel yanacaqları üçün - 120 °C-ə qədər) qızdırılır. Eyni zamanda, su tədricən buxarlanır və onun buxarları yanacağın üzərində yığılır. Sınaq 4 saat ərzində aparılır, bundan sonra korroziya nəticəsində lövhənin itirdiyi çəki müəyyən edilir.
Elektrolitin iştirakı ilə (ВНИИ НП: С.К.Кюрегян, К.А.Демиденко) korroziyanın qiymətləndirilməsi daha sərt üsuldur. Burada suyun əvəzinə dəniz duzunun 10%-li məhlulundan istifadə edilir. 60 °C-də aparılan sınaqlar zamanı yanacaq və su qarışığından 4 saat ərzində hava verilir. Mühafizəedici aşqarların müqayisəli qiymətləndirilməsi zamanı yanacaq əvəzinə etalon kimi qarılşıq İT (izooktan - 80% və toluol - 20%) götürülür. Üsul yanacağın keyfiyyətinin qiymətləndirilməsi üçün üsullar kompleksinə daxildir.
Pinkeviç üsulu
Pinkeviç üsulu (ГОСТ 5162-49) əsasən mühərrik yağları üçün işlənmiş və istifadə olunur, lakin aşqarlı dizel yanacaqlarının müqayisəli qiymətləndirilməsi üçün münasibdir, belə ki, sərt şəraitdə həyata keçirilir. Bunun sayəsində nümunələr arasındakı fərq daha aydın görünür. Üsulun mahiyyəti yanacaq və duzlu suyun (1.7% NaCl) 80 °C-də hava ilə fasilələrlə təmasda olmasından ibarətdir.
İstənilən halda, korroziya fəallığı tədqiq olunan metaldan hazırlanmış lövhə kütləsi itkisinin sahə vahidinə nisbəti kimi hesablanır.
Bəzən mühafizə əmsalı aşqar hesabına azalan korroziyanın aşqarsız yanacaqda metalın korroziyasına nisbəti ilə hesablanır.
Çeşidi
1970-ci illərdə metalların korroziyası inhibitoru kimi yanacaqlara küllü Akor-1, və təcrübi qaydada, НГ-203 и БМП (külsüz aşqar) kimi təqdim edilirdi. Əvvəllər bu aşqarlar yağlar üçün hazırlanmışdı. Hazırda yanacaqlarda sınaqdan keçmiş bir sıra aşqarlar istifadə üçün tövsiyə edilmişdir. Akor-1 (ГОСТ 15171-78) 100 °C-də kinematik özlülüyü 65 mm2/s, küllülüyü 3,6-5,0% və qələvi ədədi 38 mg KOH/g olan tündrəngli yağlı mayedir. Norma suyun yoxluğu, mexaniki qarılıqlarn isə 0,08% -dən çox olmamasıdır.
- Akor-1 yüksək dərəcədə küllü və toksik olduğu üçün onun motor yanacaqlarında istifadəsi tövsiyə edilmir. Bundan əlavə, yüksək özlülüyü də onun tətbiqini qeyri-mümkün edir.
- БМП (ТУ 38.101503-74) и БМП-А (ТУ 38.401297-80) yağlı tünd qəhvəyi rəngli mayedir. Onların arasında əsas fərq sulfolaşma üçün istifadə olunan xammaldır. БМП üçün şərq neftlərindən olan olan AC-6, БМП-А üçün xüsusi alınmış alkil benzollar əsasında sintetik yağ istifadə olunmuşdur.
БМП-nin göstıriciləri: 50°С-də kinematik özlülüyü 7 мм2/с çox, Т alışma - 60°С-dən aşağı, küllülüyü 0,05%-dən çox, qələvi ədədi 2 мг КОН/г-dan yüksək, mexaniki qarışıqlar 0,05 %-dən çox olmamalıdır, tərkibində su yoxdur. Aşqarın mühafizə effekti dizel yanacağında geniş tədqiq olunmuş və nəticədə məlum olmuşdur ki, sulanmış dizel yanacağına 0,02-0,04% aşqarın əlavə edilməsi poladın korroziyasını 50-70 dəfə, əlvan metalların korroziyasını isə 200-300 dəfə aşağı salır.
Detalların konservasiyası üçün yanacağa 2-5 % НГ-203 aşqarı əlavə edilirdi. СИМ РЭН (0033) aşqarının komponenti kimi istifadə olunur. Танкор (ТУ 0275-483-04872688-2006) avtomobil benzinlərində istifadə üçün nəzərdə tutulmuşdur. Aşqar yaxşı mühafizəedici xassələrə (antioksidant və deaktivator) malikdir. Çox vaxt yuyucu aşqardan istifadə yanacağa mühafizəedici xassələr vermək üçün kifayər edir.
Nöqsanlar
Yanacağa küllü aşqarın, məsələn Акор-1-in maksimal effekt verən qatılıqda əlavə edilməsi mühərrikdə çöküntünün əmələ gəlməsinə səbəb olur. Bundan əlavə tərkibində belə aşqarlar olan yanacağın yanması zamanı ətrafa atılan bərk tullantıların miqdarı artır.
Aşqarların termoanalitik tədqiqatları
İntensiv şəraitdə inkişaf edən müasir texnika sürtkü materiallarının qarşısında sərt tələblər qoyur. Temperatur rejiminin ekstremaldəyişməsi şəraitində texnikanın istismarını təmin etmək motor yağlarının termooksidləşmə xassələrini artırmaqla mümkündür. Müasir motor yağlarını keyfiyyətli və yüksək termooksidləşmə xassələrinə malik olan aşqarlarla birgə istehsal etmək olar. Ona görə sənayedə istehsala tövsiyə edilən keyfiyyətli ИХП-130, AKİ-150 və AKİ-156 aşqarlarının termooksidləşmə xassələri öyrənilmişdir. Termoanalitik tədqiqatlar Macarıstanın Paulik, Paulik, Erdei sistemli OD-102T tipli derivatoqrafda, hava mühitində, qızdırmanı 100C/dəq sürəti ilə dəyişən dinamik rejimdə aparılmışdır. Etalon olaraq közərdilmiş alüminium oksid istifadə edilmişdir. Nümunələrin termooksidləşdirici stabilliyinin qiymətləndirmə kriteriyası kimi termoqravimetrik əyrilərlə müəyyən olunan temperatur artımı ilə onların itirilən çəki hissələrinə bərabər uyğun temperatur qəbul edilmişdir. Məsələn, T10% və T50% nümunələrin differensial termiki analiz (DTA) əyriləri ilə qeyd olunan termooksidləşdirici destruksiyasının 1-ci mərhələsinin sonu (2-cisinin başlanğıc temperaturu), həmçinin də onların termooksidləşdirici parçalanmasının ekzotermik effektinin başlanğıc temperaturudur. Axtarılan parametrlərin təyini zamanı nəticələrin orta kvadratik xətası 0.4 kəmiyyətini ötmür, eksperimentin nisbi xətası isə orta hesabla 1.2%-dən çox deyildir. Təcrübələrdən görünür ki, tərkibində karboksilat qrupu və ya kükürd atomu olan və müqayisə üçün tətbiq edilən МACK, ВНИИНП-714, ОЛОА-218А aşqarları və ИXП-130 (tərkibində azot atomu saxlayan), AKİ-150, AKİ-156 (tərkibində eyni zamanda həm karboksilat qrupu, həm də azot atomu saxlayan) aşqarlardan fərqli olaraq termostabilliyə görə geri qalır. AKİ-156 aşqarı daha yüksək termostabilliyə malikdir, belə ki, fenil radikalının mövcudluğu AKİ-150 aşqarına nisbətən onun termostabilliyini bir qədər artırır.
Karbon turşusunun duzları
Motor yağlarına yuyucu aşqar kimi naften, aromatik, ok¬siturşuların (məsələn, salisil) duzları və s. istifadə edilir . İlk yuyucu aşqar kimi barium, kalsium, maqnezium, alüminium, sink, kobalt, nikel, mis, dəmir, civə və s. metallar və kalium permanqanat istifadə edilib. Yuyucu və dispersedici xassəsinə, eyni zamanda yüksək stabilliyinin olmasına görə naftenatları əlavə edərkən sürtkü yağlarının istismar xassələri daha çox yaxşılaşır. Barium və kobalt naftenatlarıbu cəhətdən daha effektlidir. Metal naftenatları adətən müxtəlif metalların mineral duzları ilə naften turşularının natrium duzları arasında əvəzetmə reaksiyasından alınır. Natrium duzları əsasən neftdən və neft məhsullarından, onların natrium hidroksidlə işlən¬məsindən alınır. İlk dəfə müxtəlif alkilsalisil turşularının sintezi və onların xassələrinin öyrənilməsinə Amerikada 1938-ci ildən Orland Rayer və Vilberi tərəfindən başlanılmışdır. 1950-ci illərdə İngiltərədə “Shell” firması alkilsalisilat aşqarların alınmasında böyük təkmilləşdirmə işləri aparmışdır. Keşmiş Sovet İttifaqında bu istiqamətdə ilk dəfə 1960-cı ildə ВНИИНП-də N.A.Dmitriyeva, Q.Q.Krasnyanskaya və V.M.Monastırskiy tərəfindən ACK (kalsium alkilsalisilat) tipli aşqarlar alınmışdır. Bu aşqarlar müxtəlif qələvili alkilsalisilat turşularının kalsium duzlarının durulaşdırıcı yağda konsentratı kimidir. Hazırda bu aşqarları alkilsalisilat aşqarlarının duzlarına və alkilsalisil turşularının kimyəvi modifikasiya olunmuş məhsullarına ayırırlar. Alkilsalisilat duzları 3 qrupa ayrılır: neytral, əsasi və yüksək qələvili . Yuyucu aşqar kimi eyni zamanda korroziyaya qarşı təsir edən salisil turşusunun oktil efirinin kalsium duzudur. Alkilsalisil turşusu ilə kalsium hidroksidin reaksiyasından kalsium alkilsalisilat aşqarı –ACK alınmışdır. ACK aşqarının analiz yolu ilə (eyni zamanda küllülüyün təyinində) aşkar edilmişdir ki, kalsium hidroksidlə alkilsalisil turşusunun neytrallaşması zamanı hidroksil qrupunun hidrogeni yox, karboksil qruplarının hidrogeni metalla əvəz olunur. Yüksək qələvili alkilsalisilat duzları daha geniş istifadə olunur. Onlar neytral duzların karbonatlaşması ilə alınır. MACK aşqarının sintezi ACK aşqarının sintezi ilə eynidir. Fərq yalnız ondadır ki, hazır ACK aşqarına əlavə olaraq kalsium hidroksid əlavə edilir, sintez zamanı promotor olaraq metil spirtindən istifadə olunur və karbon qazı ilə karbonatlaşma aparılır Qeyd edildiyi kimi karbonatlaşma prosesi cətin prosesdir və aşqarın keyfiyyəti bu prosesdən asılıdır. Ədəbiyyatda karbonatlaşma prosesindəki karbon dioksidin miqdarı, onun verilməsinin davamiyyəti, temperatur, suyun miqdarı, ilkin reagentlərin nisbəti, onların verilməsinin ardıcıllığı, su və promotorun nisbətinin təsiri verilmişdir. Yüksək qələvili alkilsalisilatlar karbohidrogen mühitində anionlu səthi aktiv maddələrin adsorbsiya təbəqəsi ilə stabilləşdirilmiş kalsium karbonatın kolloid dispersiyasıdır. Yüksək qələvili yuyucu-dispersedici aşqarların müxtəlif və bir-birinə zidd olan kolloid quruluşu təqdim edilmişdir . Yüksək qələvili aşqarların quruluşu barədə iki fərziyə irəli sürülür. Birinci fərziyəyə görə karbonatlaşmış aşqarlar kolloid dispersiyasıdır, hansılar ki, nüvə kalsium karbonat və səthi aktiv maddələrlə (SAM) əmələ gələn adsorbsiya-solvat örtüklər saxlayan mitsellərdən ibarətdir. İkinci fərziyəyə görə kalsium karbonat mitsellərin daxilində deyil, xaricindədir, yəni bilavasitə karbohidrogen mühiti ilə toxunur, ancaq bu fərziyəyə görə mitsellərin kolloid davamlılığının mahiyyəti xarici hissəsindəki karbohidrogenlərdə həll olmayan kalsium karbonatın molekullarının yerləşməsi başa düşülmür. Eyni zamanda, əgər fərziyəyə görə onlar mitsellərin xarici hissəsində yox, daxili hissəsində yerləşərsə, alkil radikallarının rolu aydın olmur. Kalsium karbonatın örtüyü ilə alkil radikallarının ekranlaşması yüksək komponentin həlledicidən solvatlaşmasına gətirir və aşqarlar sürtkü materiallarında həll olur. Belə ki, daha ehtimallı olanı yüksək qələvili aşqarların quruluşu birinci fərziyə kimidir, yəni mitsellərin nüvəsində kalsium karbonat, xarici təbəqəsində isə kalsium karbonatda xemosorbsiya olan səthi aktiv maddələrin alkil radikalları yerləşir. Yüksək qələvili aşqarların kolloid quruluşunu təsdiq etmək üçün DRAM-2,0 difraktometr ilə MACK – salisilat aşqarının mitsel quruluşu öyrənilmişdir . Tədqiqatlar birinci fərziyəni təsdiq etmişdir. Salisilatlar mitsel saxlayan nüvəsində kalsium karbonat olan və kalsium salisilatla adsorbsiya solvat örtüyünü əmələ gətirən kolloid dispersiyasıdır. Yüksək qələvili salisilatların yüksək qələvili sulfonatlarla eyni quruluşa malik olması ədəbiyyatda göstərilmişdir . I kalsium karbonatın molekullarının nüvəsi II adsorbsion-sovalt örtüyü R-alkil radikalı, h-durulaşdırıcı yağın molekulu Beləliklə, ehtimal olunur ki, metal saxlayan yuyucu aşqarlar eyni quruluşa malikdir. MACK aşqarının əsas komponenti kalsium alkilsalisilatdan, müəyyən qədər kalsium karbonat və kalsium hidroksiddən ibarətdir. Alkilsalisilat aşqarlarının sulfonatlardan və alkilfenolyatlardan fərqi mitselin ölçüsündədir, onların ölçüləri sulfonatlardan iki dəfə kiçik, alkilfenolyatlardan üç dəfə böyükdür. Yüksək qələvili alkilsalisilat aşqarları bu günə qədər sintez və tədqiq edilir. AMEA Aşqarlar Kimyası İnstitutunda salisilat tipli orta və yüksək qələvili aşqarlar alınmışdır – AKİ-173 və AKİ-174. Bunlar alkilfenol, formaldehid, ammonyak və salisil turşusunun kondensləşmə məhsulunun kalsium, yaxud karbonatlaşmış kalsium duzlarıdır. AKİ-174 aşqarı AKİ-173 aşqarının karbonatlaşmış variantıdır . Bu aşqarlar korroziya, oksidləşməyə qarşı, yuyucu və neytrallaşdırıcı xassələri yüksək olan çoxfunksiyalı aşqarlardır. Alkilsalisilat turşularının kimyəvi modifikasiya olunmuş məhsullarından çox istifadə edilənləri tərkibində kükürd və fosfor olan alkilfenolun törəmələri – Mannix əsaslarıdır. Kalsium tərkibli detergentlərdən ən yüksək termiki stabilliyə sulfonatlar, orta – alkilsalisilatlar və aşağı – alkilfenolyatlar malikdir. Yüksək qələvili alkilsalisilatlar yüksək neytrallaşma və oksidləşməyə qarşı xassələrə malikdir. Onların oksidləşməyə qarşı xassələri alkilfenolyatlardan və suksinimidlərdən yüksəkdir. Alkilsalisilat aşqarları əsas detergentlərdən biridir, onlar bir sıra motor və hidravlik yağların hazırlanmasında istifadə olunur. Sintez mərhələsində salisilat və sulfonat, ya salisilat və alkilfenolyat birləşən kompleks aşqarları böyük maraq kəsb edir. Aşqarlarda bu fraqmentlərin sintetik yolla birləşməsi, onların detergent-dispersedici xassələrini ümumiyyətlə, funksional xassələrini yüksəldir
Aşqar paketləri
HiTEC 9325G
HiTEC 9325G - motor yağlarına aşqar paketi (ABŞ) -
- HiTEC 9325G - motor yağlarına aşqar paketi (ABŞ) -
API SG-dən API SL sinif yağları üçün nəzərdə tutulmuş və yağların özlülüyünü artıran aşqar məhluludur.
- HiTEC 9325G aşqar paketinin istehsalçı şirkəti.
HiTEC® 9325G aşqar paketi ABŞ-ın Riçmond şəhərində Virciniya ştatında yerləşən AFTON CHEMİCAL Şirkətidir .
- HiTEC 9325G aşqar paketinin fiziki-kimyəvi göstəriciləri.
Xarici görünüşü: Tünd qəhvəyi cüzi dumanlı maye. Alışma temperaturu, °C (PMCC): 150 dəq. Xüsusi çəkisi 15.6°C-də: 1.000 Sıxlıq 15°C-də, g/ml: 0,998 Kinematik özlülük, 100˚C-də mm2/s: 125 Molibden, % çəkisi: 0,16 Qələvi ədədi, mg KOH/g: 112 Sulfat külü: 14% Tövsiyə olunan saxlama və istifadə temperaturu: 40-45°C Maksimum saxlama temperaturu: 50°C Maksimum işləmə temperaturu: 70°C Maksimum qarışdırma temperaturu: 70°C Saxlama müddəti: 24 ay ətraf temperaturda (10 - 40 ° C)
- HiTEC 9325G aşqar paketinin tətbiqi.
HiTEC® 9325G aşqar paketi minik avtomobili, yüngül dizel və 4 taktlı motosiklet mühərrik yağları üçün nəzərdə tutulub. HiTEC® 9325G motor yağlarının API SG/CD-dən API SL/CF/ CF-4-dək siniflərinin əsas tələblərini təmin edir. 10W-30, 10W-40, 15W-40, 20W40 və 20W-50-dən geniş özlülük göstəricilərini əhatə edir.
Aşqarların istehsal texnologiyası
Hal-hazırda xaricdə Rusiyanın “ВНИИНП”, Amerikanın”Lubrizol”, “Exxon”,”Shevron”, “Ethyl Crop”, İngiltərənin “British Petrolium”, Fransanın ”Orogil”, Yaponiyanın “Marudzen” və s. firmaları karbonatlaşdırılmış kükürdsaxlayan alkilfenolyatlar sintez edir. Bu çoxfunksiyalı aşqarlar yüksək qələviliyi və yüksək keyfiyyəti ilə fərqlənir. Bu ОЛОА-218А, ОЛОА-219, АМОКО-9230, ВНИИНП-712, ВНИИНП-714, ВНИИНП-7120, ВНИИНП-7130, ВНИИНП-7130В və s. aşqarlarıdır. Onların qələvi ədədi 140-300mqKOH/q-a qədərdir. Son illərdə Rusiya, ABŞ, Azərbaycan və s. ölkələrdə müxtəlif qurluşa və molekul kütləsinə malik alkilfenollar əsasında müxtəlif qələvi ədədinə və yüksək təsir effektinə malik çoxfunksiyalı alkilfenolyat tipli aşqarlar alınmışdır. Rusiya və Azərbaycanda daha təsirli yüksək qələvili alkilfenolyat aşqarlarının sintezi və tədqiqi davam etdirilir. Tədqiqatlar onların kolloid və termiki stabilliyinin artırılması, oksidləşməyə qarşı, yuyucu və yanğının qarşısının alınması kimi xassələrinin yüksəldilməsinə yönəldilmişdir. İ.Y.Seleznyova və başqaları tərəfindən motor yağlarının istismar xassələrini yaxşılaşdırmaq məqsədilə qələviliyi 400mqKOH/q olan yüksək effektli ВНИИНП-7140 alkilfenolyat aşqarı sintez edilmişdir. Müəyyən edilmişdir ki, ВНИИНП-7140 aşqarı fiziki-kimyəvi və funksional xassələrinə görə yerli əmtəə alkilfenolyat aşqarı və xarici analoqu olan ADX-410-dan üstündür. Aşqarın funksional xassələrinin üstünlüyü onun yüksək qələvilik və kolloid stabilliyinin, həmçinin tərkibindəki aktiv maddənin çox olması ilə izah edilir. Motor istehsalı inkişaf etdikcə, motor yağlarına tələblər artır və yeni, daha keyfiyyətli aşqarlara ehtiyac duyulur. Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda ildən ilə yeni, bir-birindən keyfiyyətli, yüksək qələvili alkilfenolyat aşqarları alınır. ИХП-120 aşqarından başlayaraq ИХП-130, AKİ-150, AKİ-154, AKİ-156, AKİ-124, AKİ-134, AKİ-218 və s. aşqarlar alınmışdır. Bu azot-, kükürd-, azot-kükürd, azot-kükürd-bor saxlayan çoxfunksiyalı alkilfenolyat aşqarlarıdır. Aşqarlar müxtəlif müasir sürtkü kompozisiyalarında köhnəlmiş ИХП-101 aşqarının yerinə və yüksək qələvili olduqlarına görə, kompozisiyaların digər komponentlərinin qatılığını azaltmaqla istifadə oluna bilər.
Həmçinin bax
İstinadlar
- . 2017-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-25.
- proofoil.ru/Oilchemistry/fuelproperty15.html
Mənbə
- Большая энциклопедия Нефти и газа.
- E.Nağıyeva "Motor yağları və onlara aşqarlar", Bakı "Optimist" -2022.
- www.aftonchemical.com
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Asqar yanacaga ve s az miqdarda elave edilen ve onlarin istismar xasselerini yaxsilasdiran preparatdir TarixAsqarlarin yaranma tarixi yanacagin inkisafi ve genis tetbiqi ile six baglidir Birinci dunya muharibesi zamani benzin Liqroin kimi taninan maye olub ve onu antiseptik vasite kimi apteklerde satirdilar O dovrde yanacaqdoldurma stansiyalari movcud deyildir ve avtomobil sahibkarlari yanacaqi muvafiq ticaret ve kommersiya teskilatlardan elde edirdiler Dunyada birinci yanacaqdoldurma stansiyasi Almaniyanin Vislox seherinde yerlesen aptek olmusdu Buradada 1888 ci ilde meshur alman muhendisi dunyada birinci avtomobilin ixtirasici Karl Bensin heyat yoldasi avtomobilinin bakini doldurmus ve ilk defe Pforsxaym seherinden Manqeym seherine avtomobille seyahet etmisdir XX esrin birinci yarisi avtomobil senayesinin tarixinde dunyanin bir cox olkesinde avtomobil istehsalinin baslangici ile xarakterize olunur Bele ki meshur avtomobil ixtiracisi Henri Ford terefinden konveyer sistemine qoyulmus avtomobil istehsalinin teskili ve sonraki inkisafi yanacagin keyfiyyetine qoyulan teleblerin artmasi ile bagli idi Birinci asqar teqriben 90 il bundan evvel islenib hazirlanmisdir Bu 1919 cu ilden aviasiya yanacagina elave edilen ve onun oktan sayini yukselden Ekstalin M metilalanin idi 1929 cu ilde GM sirketi tetraetilqurgusunu detonasiyaya qarsi asqari kimi istifade etmeye basladi Ikinci Dunya Muharibesi zamani Almaniyada asqarlarin uzerinde daha cox islenilirdi Bu onunla bagli idi ki vermaxt tanklarin ekseriyyeti techiz olunurdu Hemcinin keyfiyyetli neft menbeylerinin olmamasi benzinin heddinden cox asagi keyfiyyete malik olduguna getirib cixarirdi Hal hazirda yanacagin ekoloji ve istismar keyfiyyeletine qoyulan teleblerin serlesmesi dizel ve benzin yanacaginin istehsaicilari terefinden xususi kompozisiyali asqarlardan istifade edilmesini teleb edir Asqarlarin novleri yeyilmeye qarsi yuyucu oksidlesmeye qarsi dispersedici yuyucu dispersedici korroziyaya qarsi kopuklenmeye qarsi berpaedici ve s Asqarlarin coxu coxfunksiyalidir Emtee yaglarinda asqarlarin umumi miqdari 15 20 teskil edir Asqarlarin neqlini saxlanilmasini ve baza yaglarinda hell edilmesini asanlasdirmaq ucun terkibinde depressor ve ozluluk asqarlari olan asqar paketlerinden istifade olunur Adeten motor yagina asagidaki asqarlar daxil olur Kulsuz dispersedici asqarlar dispersantlar detergentler oksidlesmeye qarsi yeyilmeye qarsi korroziyaya qarsi kopuklenmeye qarsi depressor asqarlari Neft ve neft mehsullarinin donma temperaturunu asagi salan depressor asqarlari Bu qrup asqarlar uzun molekulyar zencirli ve agir polimerlerdir Tesir mexanizmi olduguna gore parafinli neft ve mazutlarda adeten asagi temperaturlarda yaranan parafin kristallarinin emele gelmesinin qarsisini alirlar Bu asqarlar neft ve neft mehsullarinin donmasina sebeb olan kristallari modifikasiya edir ve parafin matrisalarinin boyumesinin qarsisini alir Neft ve neft mehsullarinin boru kemerlerinden oturulmesi zamani axiciliq xasselerini yaxsilasdirmasi ucun onlara depressor asqarlari elave edirler Depressor asqarlari neft ve neft mehsullarinin basqa xasselerine hec bir tesir gostermir ve onlarin terkibinde olan asqarlarla qarsiliqli elaqeye girmirler Bu nov asqarlar distillyasiya prosesinde mehv edilir ve alinan distillatin keyfiyyetine hec bir tesir gostermir Detergent disperslesdirici asqarlar Detergent disperslesdirici asqarlar serti olaraq iki qrupa bolunur kullu ve kulsuz Kullu detergent dispersedici asqarlar Bu qrup asqarlara alkilfenol salisilat alkilsalisilat ve qismen tiofosafatlar daxildir Muherrikin yuksek temperatur is rejimlerinde lazimi temizliyini temin edir Kulsuz detergent dispersedici asqarlar Yuyucu ve dispersedici asqarlara esas etibari ile muxtelif metallarin evezolunmus fenollar onlarin sulfid ve disulfidleri evezolunmus fenollar ve formaldehidin kondensasiya mehsullarinin fenolyatlaridir Detergent dispersedici asqarlar yaga dispersedici ve yuyuculuq xasseleri verir Yaglara qoyulan esas teleblerden biri muherrikin hisselerinde his ve lak cokuntulerinin emele gelme meyilliyinin asagi olmasidir Cokuntulerin yaranmasi muherrikin istismari zamani yaglarin oksidlesme stabilliyinin kifayet qeder az olmasi ile izah olunur Detergent dispersedici asqarlarin elave edilmesi muherrikin asagi temperatur is rejimlerinde qurum emele gelmesinin qarsisini alirlar Detergent disperedici asqarlarin azalma sebebi islek yagda hell edilmeyen kondensasiya olunmus oksidlesme mehsullarinin yigilmasi ile izah olunur Eyni zamanda asqarin qelevi ededi asagi dusur Detergent dispersedici asqarlarin istehsali butun asqar istehasilinin 64 teskil edir Yeyilmeye qarsi asqarlar Surtunmeye meruz qalan avtomobil muherriyinin detallarina yagin yeyilmeye qarsi tesirinin artirilmasi ucun istifade olunur Yeyilmeye qarsi asqarlarin coxu sinkin dialkilditiofosfat duzlaridir Bu asqarlarin aktiv inqrediyentleri detallarin metal sethi ile kontakti neticesinde onlarin ustunde muhafizeedici tebeqe yaradir http dic academic ru Oksidlesmeye qarsi asqarlar Bu asqarlar sinkin dialkil ve ditiofosfat duzlari kulsuz ditiofosfatlar muxtelif metallarin ditiokarbonatlari fenolun toremeleri ve s Oksidlesmeye qarsi asqarlarin tesir mexanizmi emele gelen azad radikallari stabil birlesmelere cevirilmesi ve parcalanmasindan ibaretdir Bu asqarlar yagin oksidlesme suretini ve oksidlesme mehsullarinin yagda yigilma suretini azaldir Paslanmaya qarsi asqarlar Yanacagin vasitesile neql edildiyi ve ya metal konteynerlerde uzunmuddetli saxlanmasi elece de deniz ve deniz donanmasinin genis subasma zamani muhafizesi ucun nezerde tutulmusdur Muhafizeedici asqarlarin rolu Yanacaqlarin metallara korroziya tesiri yanacaqlarin korroziya mehsullari ile cirklenmesine sebeb olur bu da yanacaqlarin nasosla vurulma qabiliyyetini ve onlarin yeyilmeye qarsi xasselerini pislesdirir Bundan elave rezervuarlar ve yanacaq baklarinin materiali korroziya neticesinde siradan cixir Birbasa qovulan yanacaqlarda muhafizeedici tesire malik kifayet qeder var Terkibinde korroziyaya qarsi muqavimetin azaldilmasi ile xarakterize olunan spirt terkibli yanacaqlara mutleq muhafizeedici asqarlar elave edilmelidir Bu cur yanacaqlarin istehsalinin artmasi ile elaqedar olaraq muhafizeedici asqarlarin rolu artir Tarixi 1930 cu illerin ortalarinda paslanmaya qarsi metal sethleri passivlesdiren natrium xromat ve nitrit tetbiq olunurdu 1946 ci ilde Sinclair Oil Co sirketi ilk defe olaraq yanacaqda hell olan PD 119 inhibitorunu tetbiq etdi O vaxtdan etibaren ABS de bu asqarin tetbiqi hecmine gore yanacaqlara elave olunan butun asqarlar arasinda birinci yerdedir 1990 ci illerin ilk yarisinda ABS da asqarlarin illik orta istehlaki min tondan cox idi paslanma inhibitorlari 40 antioksidantlar 26 depressorlar 10 stabilizatorlar 8 diger yuyucu antistatik deaktivatorlarmetallar ve s 38 Yanacaqlara asqarlarin tetbiq olundugu yerlerde onlar praktiki olaraq tetbiq edilmir cunki ABS da ve diger inkisaf etmis olkelerde coxfunksiyali yuyucu asqarlar kifayet qeder semerelidir Tesir prinsipi Korroziya kimyevi ve elektrokimyevi yollarla bas verir Birinci halda proses ilk novbede evvelden yanacaqda olan ve ya oksidlesme zamani emele gelmis kimyevi feal birlesmelerin metallarina birbasa tesiri neticesinde bas verir Bunlar aqressiv kukurd birlesmeleri merkaptanlar hidrogen sulfidi elementar kukurd ve uzvi tursulardir Avtomobil yanacaqlarinda bu nov asqarlar istifade edilmir Standart yanacaqlarda korroziyaya sebeb olan komponentler olmamalidir Elektrokimyevi korroziya kondensasiya etmis suyun tesiri neticesinde fazalar arasindaki serhedde bas verir Asqarlar sethi aktiv maddeler SAM olub tesir prinsipine gore iki qrupa bolunur Birincisi nitratli yaglar ikivalentli metallarin alkilsulfonatlari muhafize olunan sethde oksidlesdiricinin tesirine mane olan mohkem hemosorbsiya tebeqesi formalasdirir Ikincisi uzvi tursularin efirleri ve duzlari ve s yanacaq su serheddinde sethi gerginliyi azaldir ve metallarin yanacaqla nemlendirilmesini artirir ve bununla da suyu metalin sethinden cixarir Emtee muhafizeedici asqarlari cox vaxt her iki nov SAM dan ibaret olub sinergetik effektler numayis etdiren kompozisiyalardir Effektlilik gostericisi Terkibinde asqar olan yanacaqlarin korroziya aktivliyi asagidaki usullarla mueyyen edilir suyun kondensasiyasi seraitinde elektrolit istiraki ile Pinkevic qurgusunda Suyun kondenslesmesi seraitinde KTKV GOST 18597 73 korroziya xususi kolbada mueyyen edilir Burada kolbaya asqarli yanacaq metal polad ve ya burunc lovhe ve ayri bir qabda su yerlesdirilir Kolba benzin ucun 60 C dizel yanacaqlari ucun 120 C e qeder qizdirilir Eyni zamanda su tedricen buxarlanir ve onun buxarlari yanacagin uzerinde yigilir Sinaq 4 saat erzinde aparilir bundan sonra korroziya neticesinde lovhenin itirdiyi ceki mueyyen edilir Elektrolitin istiraki ile VNII NP S K Kyuregyan K A Demidenko korroziyanin qiymetlendirilmesi daha sert usuldur Burada suyun evezine deniz duzunun 10 li mehlulundan istifade edilir 60 C de aparilan sinaqlar zamani yanacaq ve su qarisigindan 4 saat erzinde hava verilir Muhafizeedici asqarlarin muqayiseli qiymetlendirilmesi zamani yanacaq evezine etalon kimi qarilsiq IT izooktan 80 ve toluol 20 goturulur Usul yanacagin keyfiyyetinin qiymetlendirilmesi ucun usullar kompleksine daxildir Pinkevic usulu Pinkevic usulu GOST 5162 49 esasen muherrik yaglari ucun islenmis ve istifade olunur lakin asqarli dizel yanacaqlarinin muqayiseli qiymetlendirilmesi ucun munasibdir bele ki sert seraitde heyata kecirilir Bunun sayesinde numuneler arasindaki ferq daha aydin gorunur Usulun mahiyyeti yanacaq ve duzlu suyun 1 7 NaCl 80 C de hava ile fasilelerle temasda olmasindan ibaretdir Istenilen halda korroziya fealligi tedqiq olunan metaldan hazirlanmis lovhe kutlesi itkisinin sahe vahidine nisbeti kimi hesablanir Bezen muhafize emsali asqar hesabina azalan korroziyanin asqarsiz yanacaqda metalin korroziyasina nisbeti ile hesablanir Cesidi 1970 ci illerde metallarin korroziyasi inhibitoru kimi yanacaqlara kullu Akor 1 ve tecrubi qaydada NG 203 i BMP kulsuz asqar kimi teqdim edilirdi Evveller bu asqarlar yaglar ucun hazirlanmisdi Hazirda yanacaqlarda sinaqdan kecmis bir sira asqarlar istifade ucun tovsiye edilmisdir Akor 1 GOST 15171 78 100 C de kinematik ozluluyu 65 mm2 s kulluluyu 3 6 5 0 ve qelevi ededi 38 mg KOH g olan tundrengli yagli mayedir Norma suyun yoxlugu mexaniki qariliqlarn ise 0 08 den cox olmamasidir Akor 1 yuksek derecede kullu ve toksik oldugu ucun onun motor yanacaqlarinda istifadesi tovsiye edilmir Bundan elave yuksek ozluluyu de onun tetbiqini qeyri mumkun edir BMP TU 38 101503 74 i BMP A TU 38 401297 80 yagli tund qehveyi rengli mayedir Onlarin arasinda esas ferq sulfolasma ucun istifade olunan xammaldir BMP ucun serq neftlerinden olan olan AC 6 BMP A ucun xususi alinmis alkil benzollar esasinda sintetik yag istifade olunmusdur BMP nin gostiricileri 50 S de kinematik ozluluyu 7 mm2 s cox T alisma 60 S den asagi kulluluyu 0 05 den cox qelevi ededi 2 mg KON g dan yuksek mexaniki qarisiqlar 0 05 den cox olmamalidir terkibinde su yoxdur Asqarin muhafize effekti dizel yanacaginda genis tedqiq olunmus ve neticede melum olmusdur ki sulanmis dizel yanacagina 0 02 0 04 asqarin elave edilmesi poladin korroziyasini 50 70 defe elvan metallarin korroziyasini ise 200 300 defe asagi salir Detallarin konservasiyasi ucun yanacaga 2 5 NG 203 asqari elave edilirdi SIM REN 0033 asqarinin komponenti kimi istifade olunur Tankor TU 0275 483 04872688 2006 avtomobil benzinlerinde istifade ucun nezerde tutulmusdur Asqar yaxsi muhafizeedici xasselere antioksidant ve deaktivator malikdir Cox vaxt yuyucu asqardan istifade yanacaga muhafizeedici xasseler vermek ucun kifayer edir Noqsanlar Yanacaga kullu asqarin meselen Akor 1 in maksimal effekt veren qatiliqda elave edilmesi muherrikde cokuntunun emele gelmesine sebeb olur Bundan elave terkibinde bele asqarlar olan yanacagin yanmasi zamani etrafa atilan berk tullantilarin miqdari artir Asqarlarin termoanalitik tedqiqatlariIntensiv seraitde inkisaf eden muasir texnika surtku materiallarinin qarsisinda sert telebler qoyur Temperatur rejiminin ekstremaldeyismesi seraitinde texnikanin istismarini temin etmek motor yaglarinin termooksidlesme xasselerini artirmaqla mumkundur Muasir motor yaglarini keyfiyyetli ve yuksek termooksidlesme xasselerine malik olan asqarlarla birge istehsal etmek olar Ona gore senayede istehsala tovsiye edilen keyfiyyetli IHP 130 AKI 150 ve AKI 156 asqarlarinin termooksidlesme xasseleri oyrenilmisdir Termoanalitik tedqiqatlar Macaristanin Paulik Paulik Erdei sistemli OD 102T tipli derivatoqrafda hava muhitinde qizdirmani 100C deq sureti ile deyisen dinamik rejimde aparilmisdir Etalon olaraq kozerdilmis aluminium oksid istifade edilmisdir Numunelerin termooksidlesdirici stabilliyinin qiymetlendirme kriteriyasi kimi termoqravimetrik eyrilerle mueyyen olunan temperatur artimi ile onlarin itirilen ceki hisselerine beraber uygun temperatur qebul edilmisdir Meselen T10 ve T50 numunelerin differensial termiki analiz DTA eyrileri ile qeyd olunan termooksidlesdirici destruksiyasinin 1 ci merhelesinin sonu 2 cisinin baslangic temperaturu hemcinin de onlarin termooksidlesdirici parcalanmasinin ekzotermik effektinin baslangic temperaturudur Axtarilan parametrlerin teyini zamani neticelerin orta kvadratik xetasi 0 4 kemiyyetini otmur eksperimentin nisbi xetasi ise orta hesabla 1 2 den cox deyildir Tecrubelerden gorunur ki terkibinde karboksilat qrupu ve ya kukurd atomu olan ve muqayise ucun tetbiq edilen MACK VNIINP 714 OLOA 218A asqarlari ve IXP 130 terkibinde azot atomu saxlayan AKI 150 AKI 156 terkibinde eyni zamanda hem karboksilat qrupu hem de azot atomu saxlayan asqarlardan ferqli olaraq termostabilliye gore geri qalir AKI 156 asqari daha yuksek termostabilliye malikdir bele ki fenil radikalinin movcudlugu AKI 150 asqarina nisbeten onun termostabilliyini bir qeder artirir Karbon tursusunun duzlariMotor yaglarina yuyucu asqar kimi naften aromatik ok sitursularin meselen salisil duzlari ve s istifade edilir Ilk yuyucu asqar kimi barium kalsium maqnezium aluminium sink kobalt nikel mis demir cive ve s metallar ve kalium permanqanat istifade edilib Yuyucu ve dispersedici xassesine eyni zamanda yuksek stabilliyinin olmasina gore naftenatlari elave ederken surtku yaglarinin istismar xasseleri daha cox yaxsilasir Barium ve kobalt naftenatlaribu cehetden daha effektlidir Metal naftenatlari adeten muxtelif metallarin mineral duzlari ile naften tursularinin natrium duzlari arasinda evezetme reaksiyasindan alinir Natrium duzlari esasen neftden ve neft mehsullarindan onlarin natrium hidroksidle islen mesinden alinir Ilk defe muxtelif alkilsalisil tursularinin sintezi ve onlarin xasselerinin oyrenilmesine Amerikada 1938 ci ilden Orland Rayer ve Vilberi terefinden baslanilmisdir 1950 ci illerde Ingilterede Shell firmasi alkilsalisilat asqarlarin alinmasinda boyuk tekmillesdirme isleri aparmisdir Kesmis Sovet Ittifaqinda bu istiqametde ilk defe 1960 ci ilde VNIINP de N A Dmitriyeva Q Q Krasnyanskaya ve V M Monastirskiy terefinden ACK kalsium alkilsalisilat tipli asqarlar alinmisdir Bu asqarlar muxtelif qelevili alkilsalisilat tursularinin kalsium duzlarinin durulasdirici yagda konsentrati kimidir Hazirda bu asqarlari alkilsalisilat asqarlarinin duzlarina ve alkilsalisil tursularinin kimyevi modifikasiya olunmus mehsullarina ayirirlar Alkilsalisilat duzlari 3 qrupa ayrilir neytral esasi ve yuksek qelevili Yuyucu asqar kimi eyni zamanda korroziyaya qarsi tesir eden salisil tursusunun oktil efirinin kalsium duzudur Alkilsalisil tursusu ile kalsium hidroksidin reaksiyasindan kalsium alkilsalisilat asqari ACK alinmisdir ACK asqarinin analiz yolu ile eyni zamanda kulluluyun teyininde askar edilmisdir ki kalsium hidroksidle alkilsalisil tursusunun neytrallasmasi zamani hidroksil qrupunun hidrogeni yox karboksil qruplarinin hidrogeni metalla evez olunur Yuksek qelevili alkilsalisilat duzlari daha genis istifade olunur Onlar neytral duzlarin karbonatlasmasi ile alinir MACK asqarinin sintezi ACK asqarinin sintezi ile eynidir Ferq yalniz ondadir ki hazir ACK asqarina elave olaraq kalsium hidroksid elave edilir sintez zamani promotor olaraq metil spirtinden istifade olunur ve karbon qazi ile karbonatlasma aparilir Qeyd edildiyi kimi karbonatlasma prosesi cetin prosesdir ve asqarin keyfiyyeti bu prosesden asilidir Edebiyyatda karbonatlasma prosesindeki karbon dioksidin miqdari onun verilmesinin davamiyyeti temperatur suyun miqdari ilkin reagentlerin nisbeti onlarin verilmesinin ardicilligi su ve promotorun nisbetinin tesiri verilmisdir Yuksek qelevili alkilsalisilatlar karbohidrogen muhitinde anionlu sethi aktiv maddelerin adsorbsiya tebeqesi ile stabillesdirilmis kalsium karbonatin kolloid dispersiyasidir Yuksek qelevili yuyucu dispersedici asqarlarin muxtelif ve bir birine zidd olan kolloid qurulusu teqdim edilmisdir Yuksek qelevili asqarlarin qurulusu barede iki ferziye ireli surulur Birinci ferziyeye gore karbonatlasmis asqarlar kolloid dispersiyasidir hansilar ki nuve kalsium karbonat ve sethi aktiv maddelerle SAM emele gelen adsorbsiya solvat ortukler saxlayan mitsellerden ibaretdir Ikinci ferziyeye gore kalsium karbonat mitsellerin daxilinde deyil xaricindedir yeni bilavasite karbohidrogen muhiti ile toxunur ancaq bu ferziyeye gore mitsellerin kolloid davamliliginin mahiyyeti xarici hissesindeki karbohidrogenlerde hell olmayan kalsium karbonatin molekullarinin yerlesmesi basa dusulmur Eyni zamanda eger ferziyeye gore onlar mitsellerin xarici hissesinde yox daxili hissesinde yerleserse alkil radikallarinin rolu aydin olmur Kalsium karbonatin ortuyu ile alkil radikallarinin ekranlasmasi yuksek komponentin hellediciden solvatlasmasina getirir ve asqarlar surtku materiallarinda hell olur Bele ki daha ehtimalli olani yuksek qelevili asqarlarin qurulusu birinci ferziye kimidir yeni mitsellerin nuvesinde kalsium karbonat xarici tebeqesinde ise kalsium karbonatda xemosorbsiya olan sethi aktiv maddelerin alkil radikallari yerlesir Yuksek qelevili asqarlarin kolloid qurulusunu tesdiq etmek ucun DRAM 2 0 difraktometr ile MACK salisilat asqarinin mitsel qurulusu oyrenilmisdir Tedqiqatlar birinci ferziyeni tesdiq etmisdir Salisilatlar mitsel saxlayan nuvesinde kalsium karbonat olan ve kalsium salisilatla adsorbsiya solvat ortuyunu emele getiren kolloid dispersiyasidir Yuksek qelevili salisilatlarin yuksek qelevili sulfonatlarla eyni qurulusa malik olmasi edebiyyatda gosterilmisdir I kalsium karbonatin molekullarinin nuvesi II adsorbsion sovalt ortuyu R alkil radikali h durulasdirici yagin molekulu Belelikle ehtimal olunur ki metal saxlayan yuyucu asqarlar eyni qurulusa malikdir MACK asqarinin esas komponenti kalsium alkilsalisilatdan mueyyen qeder kalsium karbonat ve kalsium hidroksidden ibaretdir Alkilsalisilat asqarlarinin sulfonatlardan ve alkilfenolyatlardan ferqi mitselin olcusundedir onlarin olculeri sulfonatlardan iki defe kicik alkilfenolyatlardan uc defe boyukdur Yuksek qelevili alkilsalisilat asqarlari bu gune qeder sintez ve tedqiq edilir AMEA Asqarlar Kimyasi Institutunda salisilat tipli orta ve yuksek qelevili asqarlar alinmisdir AKI 173 ve AKI 174 Bunlar alkilfenol formaldehid ammonyak ve salisil tursusunun kondenslesme mehsulunun kalsium yaxud karbonatlasmis kalsium duzlaridir AKI 174 asqari AKI 173 asqarinin karbonatlasmis variantidir Bu asqarlar korroziya oksidlesmeye qarsi yuyucu ve neytrallasdirici xasseleri yuksek olan coxfunksiyali asqarlardir Alkilsalisilat tursularinin kimyevi modifikasiya olunmus mehsullarindan cox istifade edilenleri terkibinde kukurd ve fosfor olan alkilfenolun toremeleri Mannix esaslaridir Kalsium terkibli detergentlerden en yuksek termiki stabilliye sulfonatlar orta alkilsalisilatlar ve asagi alkilfenolyatlar malikdir Yuksek qelevili alkilsalisilatlar yuksek neytrallasma ve oksidlesmeye qarsi xasselere malikdir Onlarin oksidlesmeye qarsi xasseleri alkilfenolyatlardan ve suksinimidlerden yuksekdir Alkilsalisilat asqarlari esas detergentlerden biridir onlar bir sira motor ve hidravlik yaglarin hazirlanmasinda istifade olunur Sintez merhelesinde salisilat ve sulfonat ya salisilat ve alkilfenolyat birlesen kompleks asqarlari boyuk maraq kesb edir Asqarlarda bu fraqmentlerin sintetik yolla birlesmesi onlarin detergent dispersedici xasselerini umumiyyetle funksional xasselerini yukseldirAsqar paketleriHiTEC 9325G HiTEC 9325G motor yaglarina asqar paketi ABS HiTEC 9325G motor yaglarina asqar paketi ABS API SG den API SL sinif yaglari ucun nezerde tutulmus ve yaglarin ozluluyunu artiran asqar mehluludur HiTEC 9325G asqar paketinin istehsalci sirketi HiTEC 9325G asqar paketi ABS in Ricmond seherinde Virciniya statinda yerlesen AFTON CHEMICAL Sirketidir HiTEC 9325G asqar paketinin fiziki kimyevi gostericileri Xarici gorunusu Tund qehveyi cuzi dumanli maye Alisma temperaturu C PMCC 150 deq Xususi cekisi 15 6 C de 1 000 Sixliq 15 C de g ml 0 998 Kinematik ozluluk 100 C de mm2 s 125 Molibden cekisi 0 16 Qelevi ededi mg KOH g 112 Sulfat kulu 14 Tovsiye olunan saxlama ve istifade temperaturu 40 45 C Maksimum saxlama temperaturu 50 C Maksimum isleme temperaturu 70 C Maksimum qarisdirma temperaturu 70 C Saxlama muddeti 24 ay etraf temperaturda 10 40 C HiTEC 9325G asqar paketinin tetbiqi HiTEC 9325G asqar paketi minik avtomobili yungul dizel ve 4 taktli motosiklet muherrik yaglari ucun nezerde tutulub HiTEC 9325G motor yaglarinin API SG CD den API SL CF CF 4 dek siniflerinin esas teleblerini temin edir 10W 30 10W 40 15W 40 20W40 ve 20W 50 den genis ozluluk gostericilerini ehate edir Asqarlarin istehsal texnologiyasiHal hazirda xaricde Rusiyanin VNIINP Amerikanin Lubrizol Exxon Shevron Ethyl Crop Ingilterenin British Petrolium Fransanin Orogil Yaponiyanin Marudzen ve s firmalari karbonatlasdirilmis kukurdsaxlayan alkilfenolyatlar sintez edir Bu coxfunksiyali asqarlar yuksek qeleviliyi ve yuksek keyfiyyeti ile ferqlenir Bu OLOA 218A OLOA 219 AMOKO 9230 VNIINP 712 VNIINP 714 VNIINP 7120 VNIINP 7130 VNIINP 7130V ve s asqarlaridir Onlarin qelevi ededi 140 300mqKOH q a qederdir Son illerde Rusiya ABS Azerbaycan ve s olkelerde muxtelif qurlusa ve molekul kutlesine malik alkilfenollar esasinda muxtelif qelevi ededine ve yuksek tesir effektine malik coxfunksiyali alkilfenolyat tipli asqarlar alinmisdir Rusiya ve Azerbaycanda daha tesirli yuksek qelevili alkilfenolyat asqarlarinin sintezi ve tedqiqi davam etdirilir Tedqiqatlar onlarin kolloid ve termiki stabilliyinin artirilmasi oksidlesmeye qarsi yuyucu ve yanginin qarsisinin alinmasi kimi xasselerinin yukseldilmesine yoneldilmisdir I Y Seleznyova ve basqalari terefinden motor yaglarinin istismar xasselerini yaxsilasdirmaq meqsedile qeleviliyi 400mqKOH q olan yuksek effektli VNIINP 7140 alkilfenolyat asqari sintez edilmisdir Mueyyen edilmisdir ki VNIINP 7140 asqari fiziki kimyevi ve funksional xasselerine gore yerli emtee alkilfenolyat asqari ve xarici analoqu olan ADX 410 dan ustundur Asqarin funksional xasselerinin ustunluyu onun yuksek qelevilik ve kolloid stabilliyinin hemcinin terkibindeki aktiv maddenin cox olmasi ile izah edilir Motor istehsali inkisaf etdikce motor yaglarina telebler artir ve yeni daha keyfiyyetli asqarlara ehtiyac duyulur Azerbaycan Milli Elmler Akademiyasinin Asqarlar Kimyasi Institutunda ilden ile yeni bir birinden keyfiyyetli yuksek qelevili alkilfenolyat asqarlari alinir IHP 120 asqarindan baslayaraq IHP 130 AKI 150 AKI 154 AKI 156 AKI 124 AKI 134 AKI 218 ve s asqarlar alinmisdir Bu azot kukurd azot kukurd azot kukurd bor saxlayan coxfunksiyali alkilfenolyat asqarlaridir Asqarlar muxtelif muasir surtku kompozisiyalarinda kohnelmis IHP 101 asqarinin yerine ve yuksek qelevili olduqlarina gore kompozisiyalarin diger komponentlerinin qatiligini azaltmaqla istifade oluna biler Hemcinin baxAntiqelIstinadlar 2017 08 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 10 25 proofoil ru Oilchemistry fuelproperty15 htmlMenbeBolshaya enciklopediya Nefti i gaza E Nagiyeva Motor yaglari ve onlara asqarlar Baki Optimist 2022 www aftonchemical com