Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar.
Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir.
Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır.
Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür.
Tarix
Dünyada ən birinci mühərrik yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk mühərrik yağı brendini – Valvoline qeydiyyatdan keçirmişdir.
Mühərrik yağlarına qoyulan ümumi tələblər
Mühərrik yağı mühərriyin mühüm elementidir. Yağ yalnız xassələrinin mühərriyin yağlayıcı sistemində onun məruz qaldığı termiki, mexaniki və kimyəvi təsirlərə uyğun olduğu halda funksiyalarını uzun müddət və etibarlı yerinə yetirə bilər. Mühərriyin quruluşu, onun istismar şərtləri və yağın xassələrinin qarşılıqlı uyğunluğu mühərrikin yüksək etibarlılığının şərtidir. Müasir mühərrik yağları aşağıda göstərilmiş bir çox mühüm tələblərə cavab verməlidir:
- •mühərrik detallarının təmizliyini təmin edən yüksək yuyucu, dispersiyaedici-sabitləşdirici və müxtəlif həlledici xassələri;
- • yüksək termiki və termooksidləşdirici sabitlik yağlara porşenləri soyutmaq, onların istismar müddətini artırmaq imkanı verir;
- • yüksək yeyilməyə və korroziyaya qarşı xassələr;
- • köhnəlməyə və xarici təsirlərə qarşı davamlılıq;
- • yüksək yüklənmə və ətraf mühitin yüksək temperaturu şəraitində etibarlı yağlanma;
- • işlənmiş qazların neytrallaşma sistemi katalizatorları ilə uyğunluğu;
- • yağın reqlamentləşdirilmiş şəraitdə nəql edilməsi və saxlanması zamanı yüksək sabitliyi;
- • yüksək və aşağı temperaturlarda az köpüklənmə;
- • az miqdarda buxarlanma, dəm qazının az miqdarda əmələ gəlməsi.
Bəzi yağlara xüsusi əlavə tələblər qoyulur. Belə ki, makropolimer aşqarlarla qatılaşdırılmış yağlar mexaniki termiki destruksiyaya qarşı davamlı olmalıdır. Gəmidə istifadə olunan dizel yağları üçün xüsusilə aşqarların rütubətə davamlılığı və su ilə emulsiya əmələ gətirmə qabiliyyətinin zəif olması vacibdir.
Mühərrik yağlarının kimyəvi tərkibi üzrə təsnifatı
Kimyəvi tərkibinə görə bütün yağlar iki böyük qrupa bölünür: mineral və sintetik. Ancaq 1999–2003-cü illərdə "sintetik" sözünün mənası bir qədər dəyişdi və indi sintetik mühərrik yağı – mineral yağın kimyəvi emalı vasitəsilə alınır və ya kimyəvi yolla sintez olunurdu. Yarısintetik yağlar – mineral və sintetik mühərrik yağlarının qarışığıdır. Baza mühərrik yağı tərkibində aşqar olmayan mühərrik yağıdır. Bütün baza mühərrik yağları aşağıdakı qruplara bölünür:
- I – neftin həlledicilər vasitəsilə selektiv təmizlənməsi və parafinsizləşdirilməsi üsulu ilə alınmış baza yağları (adi mineral yağlar);
- II – tərkibində az miqdarda aromatik birləşmələr və parafinlər olan yüksək oksidləşdirici sabitliyə malik yüksək dərəcədə təmiz baza yağları (hidrotəmizləmə keçmiş yağlar – təkmilləşdirilmiş mineral yağlar);
- III – katalitik hidrokrekinq vasitəsilə alınmış yüksək özlülük indeksli baza yağları;
- IV – polialphaolefinlər (PAO) əsasında sintetik baza yağları;
- V — əvvəlki qruplara daxil olmayan digər baza yağları (mürəkkəb efirlər, qlikollar və s.).
Müasir baza yağlarının əksəriyyəti bir neçə baza yağı qrupları və aşqar paketlərinin qarışığı əsasında hazırlanır, bu da ayrı-ayrı qrupların nöqsanlarını aradan qaldırmağa imkan verir.
Təsnifatı
Tarixi
Əvvəllər bütün mühərrik yağları –qatqısız təmiz idi, və istehlakçı üçün yağın özlülüyünü bilmək kifayət idi ki , onun xüsusiyyətlərini və hansı bir mühərrikdə tətbiq olunmasını bilsin. Buna görə də bu təsnifatdan müvəffəqiyyətlə istifadə olunurdu və faktiki olaraq XX əsrin gədər yeganə təsnifat kimi tətbiq edilirdi, lakin İkinci Dünya müharibəsi inkişafına, xüsusilə də sütrtkü materiallarının kimyasına güclü təkan verdi. Müharibə dövründən qalmış ağır yük avtonəqliyyatında geniş tətbiq olunan müasir gücləndirilmiş dizel mühərrikləri üçün daha mükəmməl və xüsusi yağlar tələb olunurdu. Motor yağlarının istehsalında aşqarlardan geniş istifadə edilməsi yağ bazarlarına ilkin sintetik əsaslı yağların çıxarılmasına səbəb oldu Bütün bunlar, mühərrik yağlarının təsnifatına yenidən baxılmasını tələb etdi.
SAE təsnifatı
Motor yağlarının birinci təsnifatı SAE (ing. ) 1911 ildə Amerikanın avtomobil mühəndislərinin cəmiyyəti tərəfindən təqdim edilib. Bu təsnifat üzrə yağlar özlülükdən asılı olaraq bir neçə kateqoriyalara bölünür. SAE təsnifatı hal-hazırda da istifadə olunmaqdadır.
APİ təsnifatı
1947-ci ildə Amerika Neft İnstitutu (American Petroleum İnstitute, APİ) öz təsnifatını irəli sürdü. Bu təsnifat üzrə yağlar mühərriyin konstruksiya və istismar şəraitindən asılı olaraq üç kateqoriyaya (Grades) bölündü: Reqular ("adi"), Premium ("yüksək keyfiyyətli") və Heavy duty HD (ağır iş şəraiti üçün). Regular kateqoriyalı yağlar – gucləndirilməmiş və zəif gücləndirilmiş köhnə model mühərriklərində istifadə edilən aşqarsız adi mineral yağlar idi. Premium kateqoriyalı yağlar – tərkibində yeyilməyə və oksidləşməyə qarşı aşqarlar olduğu üçün yağın mühafizəedici xassələrini yaxşılaşdırıb və müasir yüksək gücləndirilmiş mühərriklərdə istifadəsi zamanı yağdəyişmə müddətinin uzaldılmasına imkan yaradırdı. Heavy Duty HD yağları – ağır iş şəraitində istismar edilən mühərriklər üçün nəzərdə tutulurdu, və tərkibində yeyilməyə və oksidləşməyə qarşı aşqarlardan əlavə yuyucu (detergentlər) – motorda çöküntü əmələ gəlməsinin və dispersedici (dispersantlar) yağda yaranan kirlənmənin çökməsinin qarşısını alan – aşqarlar da var idi. Sonralar Super Heavy Duty (xüsusi ağır iş şəraiti üçün) kateqoriyalı – tərkibində yüksək qatılıqda yuyucu aşqarları olan və itiyerişli dizel mühərriklərində istifadə üşün nəzərdə tutulan – yağlar təqdim edildi. 1969–1970-ci illərdə APİ, ASTM və SAE tərəfindən təmamilə yeni təsnifat sistemi işlənib hazırlandı. Hal-hazırda bu sistemdən qismən istifadə olunur. Yeni təsnifatın əsas prinsipi – yağların iş şəraitinə görə kateqoriyalara bölünməsindən imtina edilməsi idi. Belə ki, müasir mühərriklərin modernləşməsi yeni, daha yüksək kateqoriyalı yağların istifadəsinə təkan verdi. Yeni yağların adlarında əlifba sırası ilə hərflər qoyulurdu və avtomobilin istehsalı ilindən asılı idi. Məsələn, 1968–1972-ci il istehsalı olan benzin mühərrikli avtomobillər üçün SC kateqoriyasından aşağı olmayan yağlar tövsiyə edilirdi. 1972-ci ildə təsnifata yeni SE kateqoriyası daxil edildi. Bu kateqoriyalı yağlar xüsusən 70-ci illərdə ABŞ-da istehsal edilən, sürtkü yağlarına daha sərt tələblər qoyan yuxarıvallı mühərriklər üçün idi (ГОСТ üzrə keçmiş SSRİ-nin "Г" qrup yağlarının analoqudur). Amerika istehsalçıları tərəfindən daha mükəmməl konstruksiyalı motorlarına keçidi, havaya zəhərli tullantılarının buraxılmasına qoyulan tələblərin sərtləşdirilməsi və yağ dəyişmə intervalının 15000 milə (24 000 km) qədər yüksəldilməsi ilə əlaqədar 1979–1980-ci illərdə motor yağlarının təsnifatına növbəti SF və enerjiqənaətli yeni Long Life kateqoriyalı yağlar daxil edildi. 2017-ci ilin vəziyyətinə görə SJ, SL, SM və SN kateqoriyalar aktualdır. Hal-hazırda SA-SH kateqoriyaları yağlar texniki cəhətdən köhnəlmiş sayıldığı üçün, APİ onların keyfiyyətinə də zəmanət verə bilmir.
ESCS təsnifatı
1952-ci ildə APİ ilə ASTM İnternational () əməkdaşlığı ilə motor yağlarının yeni ESCS – Engine Service Classification System təsnifatı qəbul edildi. Bu təsnifatda ilk olaraq "yağın istismar kateqoriyası" (Service Category), və həmçinin yağların benzin və dizel mühərrikləri üçün bölünməsi qəbul edildi. Benzin mühərrikləri üçün yağlar – ML, MM və MS kateqoriyalı yağlardır. ML(L – light) kateqoriyalı yağlar – yüngül gücləndirilmiş, çöküntü əmələ gəlməsinə az meylli olan motorlarda, MM (M -Medium) – mülayim və sərt iş rejimində işləyən, karterində yüksək temperatur olan, çöküntü əmələ gəlməsinə və diyircəklərin korroziyasına meylli olan mühərriklərdə, MS (S-Severe) – konstruksiya xüsusiyyətlərinə əsasən sürtkü yağlara əlavə tələblər qoyan mühərriklərdə istifadəsi üçün nəzərdə tutulurdu. Dizel mühərrikləri üçün yağlar – DG, DM və DS kateqoriyalı yağlardır. Dizel yağları eyni qaydada təsnif edilirdi. 1955 və 1960-cı illərdə bu təsnifat üzrə yağlara qoyulan tələblərə yenidən baxıldı və dəqiqləşdirildi. Bundan əlavə 1958, 1964 və 1968-ci illərdə yüksək MS kateqoriyalı yağlar üçün yeni standart və sınaq üsulları qəbul edildi, lakin 50–60 illərdə texnikanın inkişafı, mühərriklərin konstruksiyalarında gedən inkişaf, yağlar üçün yeni təsnifatının yaranmasını zəruri etdi. 1969–1970-ci illərdə APİ, ASTM və SAE tərəfindən motor yağları üçün tamamilə yeni təsnifat işlənib hazırlandı. Yeni təsnifatın əsas prinsiplərindən biri kateqoriyaların ləğv edilməsi və müasir mühərriklərdə istifadəsi üçün nəzərdə tutulan və daha sərt tələblərə uyğun olan yeni nəsl yüksək kateqoriyalı sürtkü yağları idi ki, onların adlarında əlifba sırası ilə hərflər qoyulurdu. Bu təsnifat üzrə bütün motor yağları "servis" (S) – benzin və "kommersiya"(C) – dizellər motorları üçün təsnifatlandırıldı.(o dövrdə ABŞ-da yalnız yük maşınlarında və digər kommersiya nəqliyyatında istifadə olunurdu). Belə ki, əvvəlcədən yağlar üçün 8 kateqoriya nəzərdə tutulmuşdur: bunlardan dördü benzin – SA, SB, SC və SD, dördü dizellər üçün – CA, CB, CC və CD. S
- A kateqoriyalı yağlar – aşqarsız olub, köhnə ML yağlarına uyğun "yüngül şəraitdə istismar üçün", və 1920–1940-cı illərdə isrehsal olunan motorlar üçün nəzərdə tutulurdu.
- SB kateqoriyalı yağlar – aşqarlı olub MM yağlarına uyğun və 1960-cı illərə qədər istehsal olunan motorlar üçün idi.
- SS və SD kateqoriyalı yağlar – 1964 və 1968-ci illərin redaksiyası üzrə MC və SD yağlarına uyğun, və o dövrün ən müasir mühərrikləri, yəni 1967-ci ildən əvvəl və sonra istehsal edilən mühərriklər üçün nəzərdə tutulurdu.
İLSAC təsnifatı
1992-ci ildə İLSAC ( -Sürtkü yağlarının sertifikasiya və standartlaşdırması üzrə beynəlxalq komitə) özünə məxsus təsnifatını təklif etdi. Bu təsnifat APİ təsnifatı ilə paralel olaraq yenilənirdi. İLSAC üzrə təsnifatlandırılan yağların kateqoriyaları (GF-1-dən GF-5 qədər) bütövlükdə APİ –dən SH və sonrakı kateqoriyalarla analoji olmaqla bərabər ekoloji və enerjiyə qənaət baxımından daha sərt tələblər qoyurdu. 2016-cı ildə nəzərdə tutulan CF-6 kateqoriyasının qəbul edilməsi yeni yağlara təzə metodikaların hazır olunamaması səbəbindən 2018-ci ilə keçirildi. Bu təsnifat əsas etibarilə Amerika və Yaponiya istehsalçıları tərəfindən tətbiq edilir.
ACEA təsnifatı
1996-cı ildə ACEA (- Avropa Avtomobil İstehsalçıları Birliyi) tərəfindən yeni versiyada hazırlanmış, motor yağları üçün birinci standart işıq üzü qördü və yeni redaksiyalarda 1998, 1999, 2002, 2004, 2007, 2008, 2010, 2012 və 2016-cı illərdə istehsalçı və istehlakçılara təqdim edildi. Bu təsnifat üzrə tətbiq sahəsindən asılı olaraq yağlar bir neçə qrupa bölündü: A/B – benzin və dizel mühərrikləri üçün adi yağlar; C- katalitik neytrallaşdırıcılara uyğun yağlar; E – yüksək yüklənmiş ağır iş şəraitində işləyən dizellər üçün yağlar. Təsnifatda xüsusi diqqət Euro ailəsinin avropa ekoloji standartlarına uyğun olunmasına verilir.
JASO təsnifatı
1998-ci ildə JASO ( – Avtomobil Sənayesi sahəsində standartlar üzrə Yapon təşkilatı) tərəfindən 4-taktlı motosikl mühərrikləri üçün JASO T 903 standartı qəbul edildi.
TITAN ATF 5005 motor yağı (FUCHS Europe Schmierstoffe GMBH)
Almaniyanın FUCHS Europe Schmierstoffe GMBH şirkətinin istehsal etdiyi TITAN ATF 5005 motor yağı — avtomobillərin avtomat sürət dəyişmə qutularında istifadə edilən məhsuldur.
Tətbiqi
TITAN ATF 5005 motor yağı — avtomat sürət dəyişmə qutularından başqa sükan idarəetməsinin hidrogücləndiricilərində, nəqliyyat və texnikanın hidrosistemlərində istifadə olunur.
Uyğunluğu
TITAN ATF 5005 GM DEXRON III (H) и FORD MERCON V spesifikasıialarına uyğundur.
Təsviri
TITAN ATF 5005 motor yağı — müasir avtomobil, mikroavtobus və yüngül kommersiya avtomobilərinin avtomat çoxpilləli sürət dəyişmə qutularında, hidravlik konverterlərdə, retarderlərdə, hidtravlik sistemli sükan idarəetməsində, hidromuftalarda, digər aqreqat və hidrosistemlərdə aşağıda qeyd olunan spesifikasiyalar, icazə və tövsiyələrə uyğun olaraq istifadə olunur. İstehsalçıların icazələri:
- MAN 339 TYPE V2
- MAN 339 TYPE Z2
- MB Bİ.236.6
- VOITH 55.6336. XX (G 1363)
- ZF TE-ML 04D, 14B, 16L, 17C
Tətbiqi üçün tövsiyələr
- DEXRON III (H)
- ALLİSON TES 295
- ALLİSON TES 389
- BMW 83 22 0 403 248
- BMW 83 22 9 407 807
- BMW 83 22 9 407 858
- BMW 83 22 9 407 859
- FORD MERCON V
- MAN 339 TYPE Z3
- OPEL 19 40 707
- VOLVO 97341
- ZF TE-ML 02F, 11B, 14C
Tətbiqinin üstünlükləri
- TITAN ATF 5005 motor yağı – istənilən temperatur şəraitində yüksək istismar xassələrinə malikdir.
- Yeyilmə, korroziyaya və çöküntü əmələ gətirməsinə qarşı yüksək mühafəzəedici xassələrə malikdir.
- Uzunmüddətli yüksək temperaturda və gücləndirilmiş iş rejimində işləyərkən yağın köpüklənməməsinə zəmanət verilir.
- Optimal şəkildə balanslaşdırılmış aşqar paketi oksidləşməyə və köhnəlməyə qarşı yüksək davamlığını təmin edir. Bu da ilkin yağın xüsusiyyətlərini və göstəricilərinin bütün istimar müddətində saxlanılmasına imkan yaradır.
Hidromexaniki və hidrohəcmli ötürücülər üçün yağlar
Hidromexaniki və hidrohəcmli ötürücülər üçün yağlar – hidromexaniki ötürücülər mühərrikdən ötürülən fırlanma anının və fırlanma tezliyinin mütamadi dəyişilməsini təmin edirlər. ötürmə prosesi işçi maye ilə (aşağı özlülü yağla) doldurulan boşluq əmələ gətirən təkərli pərli nasosun və turbinin hesabına həyata keçirilir. Nasosdan mayenin aldığı enerji turbinlə aparılan vala ötürülür. Hidromexaniki ötürücülər konstruksiyasına görə hidromuftalara və hidrotransformatorlara bölünürlər. Hidrotransformatorlar iki təkərlə(nasoslu və turbinli) təchiz olunub, hər ikisi vallarda bərabər fırlanma momentinə malikdir. Normal rejimdə hidromuftaln f.i.ə. 0,95–0,98 təşkil edir.
Xüsusiliyi və tətbiq şəraiti
Hidromexaniki ötürücülər üçün yağların təyinatının xüsusiliyi və tətbiq şəraitləri onlara olan aşagıdakı tələbləri(bir sıra hallarda ziddiyyətli) müəyyənləşdirilmişdir:
- işçi temperaturların bütün intervalında asan yağlamağa malik olmalıdır;
- friksion disklərin ilişməsini təmin edən zəruri friksion xassələri t.min etməlidir;
- diyircəkli yastıqların dişli ötürücülərin və baçqa sürtünən hissələrin yeyilməsini azaltmalıdır;
- sürtünmə zonasından istiliyin ötürülməsini təmin etməklə və yeyilmə məhsullarını və digər mexaniki qarışıqları çıxarmalıdır;
- metalları korroziyadan qorumalı, sıxlaşdırıcılar dağıtmamalıdır;
- sabit tərkibə malik olmalı, buxarlanma və parçalanma xassələrinin kimyəvi proseslərlə dəyişmələrinə qarşı dayanıqlı olmaqla çöküntülər əmələ gətirməlidirlər. Hidromexaniki ötürücülər qutusu olan texnikalarda A və МГТ növlü yağlar geniş işlədilir. A-tərkibində antioksidləşdirici və yeyilməyə qarşı(ДФ-11) detergent- dispersiyalı(МАСК), depressorlu (ПМД-Д) və köpüklənməyə qarşı(ПМС-200А) aşqarlar olan, poliizobutilenlə qatılaşdırılmış dərin selektiv təmizlənmiş yağdır. Avtomobillərin və digər maşınların hidromexaniki ötürücülər qutusunda və hidrotrasformatorlarda bütün mövsümlü yumşaq iqlim rayonlarında işlədilir. Yüksək termiki oksidləşdirmə sabitliyinə, yaxşı temperatur xassələrinə malikdir. Hidromexaniki ötürücülərdə yağların tətbiq şəraitinin öz xüsusiyyətləri vardır. Əsas təyinatını – enerjinin ötürülməsini yerinə yetirərək, yağlar, həmçinin sürtünmə hissələrinin yağlanmasını təmin edirlər. МГТ əvəzedici yağ növüdür. A növlü yağ МГТ növlü yağla istənilən nisbətdə uyğunlaşır, müxtəlif hidravlik sistemlərdə, hidroamortizatorlarda və rulun hidrogücləndiricilərində işçi maye kimi tətbiq oluna bilər. МГТ – tərkibində yüksəkkeyfiyyətli aşqarlar kompleksi olan, aşağı molekulyar polimerlərlə qatılaşdırılmış zəif özlülüyə malik aşağı temperaturda donan yağdır. Bütün mövsümlü 500C-dək, A növlü yağlar analoji tətbiq olunur. A növlü yağ əvəzedicidir.
Klübersynth GH 6-80 reduktor yağı
Klübersynth GH 6-80 yağı
Klübersynth GH 6-80 yağı – poliqlikol əsaslı reduktor yağıdır. Sürtünməyə qarşı yüksək stabilliyə malikdir və sürtünmə zamanı materialın yeyilməsi nəticəsində çuxurların əmələ gəlməsinə qarşı müqaviməti ilə xarakterizə olur. Bu yağın yeyilməyə qarşı yüksək müdafiə xassəsinə malik olduğu FAG FE 8 stendində aparılan sınaqların nəticələri ilə təsdiq olunur. Klübersynth GH 6-80 yağı xüsusən oksidləşməyə və qocalmağa qarşı davamlıdır. Klübersynth GH 6-80 yağı yaxşı özlülük-temperatur xassələrinə malikdir və yüksək temperaturlarda yaxşı işləmə qabiliyyəti ilə fərqlənir.
Tətbiqi
Klübersynth GH 6-80 yağı qurdvari reduktorların polad/bürünc və ya polad/boz çuqun cütlüklərinin yağlanması üçün xüsusi olaraq hazırlanmışdır. Bu yağın tətbiqdə böyük üstünlüyü - xüsusi poliqlikol yağlarının istifadəsi nəticəsində sürtünmə əmsalının azaldılması, həmçinin yağın tərkibinə lazımi aşqarların əlavə edilməsi nəticəsində əldə edilən yağın yeyilmə səviyyəsinin aşağı olmasıdır. Klubersynth GH 6 - 80 həmçinin konik və təkər dişliklərinin, yuvarlanan və düz rulmanların, eləcə də bütün növ dişli muftaların, xüsusən də yüksək temperaturda yağlanması üçün istifadə oluna bilər, həmçinin yük, sürücü və nəqliyyat zəncirlərinin yağlanması üçün uyğundur. Klubersynth GH 6 - 80 yağı “Hilti reduktorlarını” yağlamaq üçün istifadə olunur, sürət qutusunun metal hissələrinin yeyilməsinin qarşısını alır. Bu yağın istismar müddəti təxminən 200.000 mil / saatdır.
Tətbiq üçün tövsiyyələr
Klübersynth GH 6 yağları batırmaqla, sirkulyasiya və ya püskürtmə üsulları ilə tətbiq oluna bilər. Onlar mineral yağlar və sintetik karbohidrogenlərə əsaslanan yağlarla qarışmırlar. Əvvəllər istifadə edilmiş yağı Klübersynth GH 6 ilə əvəz etməzdən əvvəl yağlama qurğuları təmizlənməlidir və reduktor qutuları və ya qapalı yağlama sistemləri Klübersynth GH 6 yağı ilə yuyulmalıdır. Klübersynth GH 6 yağları demək olar ki, bütün əlvan metallara qarşı neytral davranır.
Mənbə
- Классификация масел по SAE. www.tnk-oil.ru. Проверено 19 ноября 2015.
- http://standards.sae.org/j300_200711/ SAE J300–2007
- Моторные масла // Большая Советская энциклопедия (в 30 т.) / А. М. Прохоров (гл. ред.). — 3-е изд. — М.: Сов. энциклопедия, 1974. — Т. XVII. — С. 63–64. — 616 с.
- Ершов Б.В., Залетаев М.В., Ульянецкий А.М., Юрченко М.А. Техническое обслуживание автомобилей. — Киев: Вища школа, 1969. — 446 с.
- http://autoexpert-consulting.com/news/oil/467-novye-masla-ot-kompanii-fuchs-europe.html.
- Масла, вырабатываемые предприятиями Миннефтехимпрома СССР. Каталог-справочник под ред. В.М.Школьникова. Москва –ЦНИИТЭнефтехим −1986.
- ГОСТ 12337–84.
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Muherrik yaglari porsenli ve firlanan daxiliyanma muherriklerinin yaglanmasi ucun istifade olunan yaglar Teyinatindan asili olaraq yaglar dizel muherrikleri ucun yaglara benzin muherrikleri ucun yaglara ve her iki nov muherrikler ucun universal motor yaglarina bolunur Butun muasir muherrik yaglari baza yaglari ve onlarin xasselerini yaxsilasdiran asqarlardan ibaretdir Muherrik yaglari is qabiliyyetinin temperatur mehdudiyyetine gore yay qis ve butun movsumler ucun nezerde tutulan yaglara bolunur Baza yagi kimi muxtelif ozluluyu olan distille komponentleri qaliq komponentleri distille ve qaliq komponentlerinin qarisigi elece de sintetik mehsullardan poli alfa olefinler alkylbenzollar murekkeb efirler istifade olunur Movsum yaglarinin ekseriyyeti asagi ozluluklu esaslari makropolimer asqarlarla qatilasdirmaq vasitesile alinir Muherrik yaglari baza yaginin terkibine gore sintetik mineral ve qismen sintetik yaglara yarisintetik mineral ve sintetik komponentlerin qarisigi bolunur TarixDunyada en birinci muherrik yagi 1873 cu ilde amerikali hekim Con Ellis terefinden patentlesdirilmisdi Ellis xam neftin xasselerini tibbi meqsedler ucun tedqiq ederken xam neftin yaxsi yaglayici xasselere malik oldugunu askar etmisdi Ellis eksperimental mayeni buxar muherriyinin ilismis qapagina tokmus ve neticede qapaqlar daha rahat hereket etmeye baslamis ve Con Ellis dunyada ilk muherrik yagi brendini Valvoline qeydiyyatdan kecirmisdir Muherrik yaglarina qoyulan umumi teleblerAvtomobil ucun istifade olunan muherrik yagi Muherrik yagi muherriyin muhum elementidir Yag yalniz xasselerinin muherriyin yaglayici sisteminde onun meruz qaldigi termiki mexaniki ve kimyevi tesirlere uygun oldugu halda funksiyalarini uzun muddet ve etibarli yerine yetire biler Muherriyin qurulusu onun istismar sertleri ve yagin xasselerinin qarsiliqli uygunlugu muherrikin yuksek etibarliliginin sertidir Muasir muherrik yaglari asagida gosterilmis bir cox muhum teleblere cavab vermelidir muherrik detallarinin temizliyini temin eden yuksek yuyucu dispersiyaedici sabitlesdirici ve muxtelif helledici xasseleri yuksek termiki ve termooksidlesdirici sabitlik yaglara porsenleri soyutmaq onlarin istismar muddetini artirmaq imkani verir yuksek yeyilmeye ve korroziyaya qarsi xasseler kohnelmeye ve xarici tesirlere qarsi davamliliq yuksek yuklenme ve etraf muhitin yuksek temperaturu seraitinde etibarli yaglanma islenmis qazlarin neytrallasma sistemi katalizatorlari ile uygunlugu yagin reqlamentlesdirilmis seraitde neql edilmesi ve saxlanmasi zamani yuksek sabitliyi yuksek ve asagi temperaturlarda az kopuklenme az miqdarda buxarlanma dem qazinin az miqdarda emele gelmesi Bezi yaglara xususi elave telebler qoyulur Bele ki makropolimer asqarlarla qatilasdirilmis yaglar mexaniki termiki destruksiyaya qarsi davamli olmalidir Gemide istifade olunan dizel yaglari ucun xususile asqarlarin rutubete davamliligi ve su ile emulsiya emele getirme qabiliyyetinin zeif olmasi vacibdir Muherrik yaglarinin kimyevi terkibi uzre tesnifatiKimyevi terkibine gore butun yaglar iki boyuk qrupa bolunur mineral ve sintetik Ancaq 1999 2003 cu illerde sintetik sozunun menasi bir qeder deyisdi ve indi sintetik muherrik yagi mineral yagin kimyevi emali vasitesile alinir ve ya kimyevi yolla sintez olunurdu Yarisintetik yaglar mineral ve sintetik muherrik yaglarinin qarisigidir Baza muherrik yagi terkibinde asqar olmayan muherrik yagidir Butun baza muherrik yaglari asagidaki qruplara bolunur I neftin hellediciler vasitesile selektiv temizlenmesi ve parafinsizlesdirilmesi usulu ile alinmis baza yaglari adi mineral yaglar II terkibinde az miqdarda aromatik birlesmeler ve parafinler olan yuksek oksidlesdirici sabitliye malik yuksek derecede temiz baza yaglari hidrotemizleme kecmis yaglar tekmillesdirilmis mineral yaglar III katalitik hidrokrekinq vasitesile alinmis yuksek ozluluk indeksli baza yaglari IV polialphaolefinler PAO esasinda sintetik baza yaglari V evvelki qruplara daxil olmayan diger baza yaglari murekkeb efirler qlikollar ve s Muasir baza yaglarinin ekseriyyeti bir nece baza yagi qruplari ve asqar paketlerinin qarisigi esasinda hazirlanir bu da ayri ayri qruplarin noqsanlarini aradan qaldirmaga imkan verir TesnifatiTarixi Evveller butun muherrik yaglari qatqisiz temiz idi ve istehlakci ucun yagin ozluluyunu bilmek kifayet idi ki onun xususiyyetlerini ve hansi bir muherrikde tetbiq olunmasini bilsin Buna gore de bu tesnifatdan muveffeqiyyetle istifade olunurdu ve faktiki olaraq XX esrin geder yegane tesnifat kimi tetbiq edilirdi lakin Ikinci Dunya muharibesi inkisafina xususile de sutrtku materiallarinin kimyasina guclu tekan verdi Muharibe dovrunden qalmis agir yuk avtoneqliyyatinda genis tetbiq olunan muasir guclendirilmis dizel muherrikleri ucun daha mukemmel ve xususi yaglar teleb olunurdu Motor yaglarinin istehsalinda asqarlardan genis istifade edilmesi yag bazarlarina ilkin sintetik esasli yaglarin cixarilmasina sebeb oldu Butun bunlar muherrik yaglarinin tesnifatina yeniden baxilmasini teleb etdi SAE tesnifati Motor yaglarinin birinci tesnifati SAE ing 1911 ilde Amerikanin avtomobil muhendislerinin cemiyyeti terefinden teqdim edilib Bu tesnifat uzre yaglar ozlulukden asili olaraq bir nece kateqoriyalara bolunur SAE tesnifati hal hazirda da istifade olunmaqdadir API tesnifati 1947 ci ilde Amerika Neft Institutu American Petroleum Institute API oz tesnifatini ireli surdu Bu tesnifat uzre yaglar muherriyin konstruksiya ve istismar seraitinden asili olaraq uc kateqoriyaya Grades bolundu Reqular adi Premium yuksek keyfiyyetli ve Heavy duty HD agir is seraiti ucun Regular kateqoriyali yaglar guclendirilmemis ve zeif guclendirilmis kohne model muherriklerinde istifade edilen asqarsiz adi mineral yaglar idi Premium kateqoriyali yaglar terkibinde yeyilmeye ve oksidlesmeye qarsi asqarlar oldugu ucun yagin muhafizeedici xasselerini yaxsilasdirib ve muasir yuksek guclendirilmis muherriklerde istifadesi zamani yagdeyisme muddetinin uzaldilmasina imkan yaradirdi Heavy Duty HD yaglari agir is seraitinde istismar edilen muherrikler ucun nezerde tutulurdu ve terkibinde yeyilmeye ve oksidlesmeye qarsi asqarlardan elave yuyucu detergentler motorda cokuntu emele gelmesinin ve dispersedici dispersantlar yagda yaranan kirlenmenin cokmesinin qarsisini alan asqarlar da var idi Sonralar Super Heavy Duty xususi agir is seraiti ucun kateqoriyali terkibinde yuksek qatiliqda yuyucu asqarlari olan ve itiyerisli dizel muherriklerinde istifade usun nezerde tutulan yaglar teqdim edildi 1969 1970 ci illerde API ASTM ve SAE terefinden temamile yeni tesnifat sistemi islenib hazirlandi Hal hazirda bu sistemden qismen istifade olunur Yeni tesnifatin esas prinsipi yaglarin is seraitine gore kateqoriyalara bolunmesinden imtina edilmesi idi Bele ki muasir muherriklerin modernlesmesi yeni daha yuksek kateqoriyali yaglarin istifadesine tekan verdi Yeni yaglarin adlarinda elifba sirasi ile herfler qoyulurdu ve avtomobilin istehsali ilinden asili idi Meselen 1968 1972 ci il istehsali olan benzin muherrikli avtomobiller ucun SC kateqoriyasindan asagi olmayan yaglar tovsiye edilirdi 1972 ci ilde tesnifata yeni SE kateqoriyasi daxil edildi Bu kateqoriyali yaglar xususen 70 ci illerde ABS da istehsal edilen surtku yaglarina daha sert telebler qoyan yuxarivalli muherrikler ucun idi GOST uzre kecmis SSRI nin G qrup yaglarinin analoqudur Amerika istehsalcilari terefinden daha mukemmel konstruksiyali motorlarina kecidi havaya zeherli tullantilarinin buraxilmasina qoyulan teleblerin sertlesdirilmesi ve yag deyisme intervalinin 15000 mile 24 000 km qeder yukseldilmesi ile elaqedar 1979 1980 ci illerde motor yaglarinin tesnifatina novbeti SF ve enerjiqenaetli yeni Long Life kateqoriyali yaglar daxil edildi 2017 ci ilin veziyyetine gore SJ SL SM ve SN kateqoriyalar aktualdir Hal hazirda SA SH kateqoriyalari yaglar texniki cehetden kohnelmis sayildigi ucun API onlarin keyfiyyetine de zemanet vere bilmir ESCS tesnifati 1952 ci ilde API ile ASTM International emekdasligi ile motor yaglarinin yeni ESCS Engine Service Classification System tesnifati qebul edildi Bu tesnifatda ilk olaraq yagin istismar kateqoriyasi Service Category ve hemcinin yaglarin benzin ve dizel muherrikleri ucun bolunmesi qebul edildi Benzin muherrikleri ucun yaglar ML MM ve MS kateqoriyali yaglardir ML L light kateqoriyali yaglar yungul guclendirilmis cokuntu emele gelmesine az meylli olan motorlarda MM M Medium mulayim ve sert is rejiminde isleyen karterinde yuksek temperatur olan cokuntu emele gelmesine ve diyirceklerin korroziyasina meylli olan muherriklerde MS S Severe konstruksiya xususiyyetlerine esasen surtku yaglara elave telebler qoyan muherriklerde istifadesi ucun nezerde tutulurdu Dizel muherrikleri ucun yaglar DG DM ve DS kateqoriyali yaglardir Dizel yaglari eyni qaydada tesnif edilirdi 1955 ve 1960 ci illerde bu tesnifat uzre yaglara qoyulan teleblere yeniden baxildi ve deqiqlesdirildi Bundan elave 1958 1964 ve 1968 ci illerde yuksek MS kateqoriyali yaglar ucun yeni standart ve sinaq usullari qebul edildi lakin 50 60 illerde texnikanin inkisafi muherriklerin konstruksiyalarinda geden inkisaf yaglar ucun yeni tesnifatinin yaranmasini zeruri etdi 1969 1970 ci illerde API ASTM ve SAE terefinden motor yaglari ucun tamamile yeni tesnifat islenib hazirlandi Yeni tesnifatin esas prinsiplerinden biri kateqoriyalarin legv edilmesi ve muasir muherriklerde istifadesi ucun nezerde tutulan ve daha sert teleblere uygun olan yeni nesl yuksek kateqoriyali surtku yaglari idi ki onlarin adlarinda elifba sirasi ile herfler qoyulurdu Bu tesnifat uzre butun motor yaglari servis S benzin ve kommersiya C dizeller motorlari ucun tesnifatlandirildi o dovrde ABS da yalniz yuk masinlarinda ve diger kommersiya neqliyyatinda istifade olunurdu Bele ki evvelceden yaglar ucun 8 kateqoriya nezerde tutulmusdur bunlardan dordu benzin SA SB SC ve SD dordu dizeller ucun CA CB CC ve CD S A kateqoriyali yaglar asqarsiz olub kohne ML yaglarina uygun yungul seraitde istismar ucun ve 1920 1940 ci illerde isrehsal olunan motorlar ucun nezerde tutulurdu SB kateqoriyali yaglar asqarli olub MM yaglarina uygun ve 1960 ci illere qeder istehsal olunan motorlar ucun idi SS ve SD kateqoriyali yaglar 1964 ve 1968 ci illerin redaksiyasi uzre MC ve SD yaglarina uygun ve o dovrun en muasir muherrikleri yeni 1967 ci ilden evvel ve sonra istehsal edilen muherrikler ucun nezerde tutulurdu ILSAC tesnifati 1992 ci ilde ILSAC Surtku yaglarinin sertifikasiya ve standartlasdirmasi uzre beynelxalq komite ozune mexsus tesnifatini teklif etdi Bu tesnifat API tesnifati ile paralel olaraq yenilenirdi ILSAC uzre tesnifatlandirilan yaglarin kateqoriyalari GF 1 den GF 5 qeder butovlukde API den SH ve sonraki kateqoriyalarla analoji olmaqla beraber ekoloji ve enerjiye qenaet baximindan daha sert telebler qoyurdu 2016 ci ilde nezerde tutulan CF 6 kateqoriyasinin qebul edilmesi yeni yaglara teze metodikalarin hazir olunamamasi sebebinden 2018 ci ile kecirildi Bu tesnifat esas etibarile Amerika ve Yaponiya istehsalcilari terefinden tetbiq edilir ACEA tesnifati 1996 ci ilde ACEA Avropa Avtomobil Istehsalcilari Birliyi terefinden yeni versiyada hazirlanmis motor yaglari ucun birinci standart isiq uzu qordu ve yeni redaksiyalarda 1998 1999 2002 2004 2007 2008 2010 2012 ve 2016 ci illerde istehsalci ve istehlakcilara teqdim edildi Bu tesnifat uzre tetbiq sahesinden asili olaraq yaglar bir nece qrupa bolundu A B benzin ve dizel muherrikleri ucun adi yaglar C katalitik neytrallasdiricilara uygun yaglar E yuksek yuklenmis agir is seraitinde isleyen dizeller ucun yaglar Tesnifatda xususi diqqet Euro ailesinin avropa ekoloji standartlarina uygun olunmasina verilir JASO tesnifati 1998 ci ilde JASO Avtomobil Senayesi sahesinde standartlar uzre Yapon teskilati terefinden 4 taktli motosikl muherrikleri ucun JASO T 903 standarti qebul edildi TITAN ATF 5005 motor yagi FUCHS Europe Schmierstoffe GMBH Almaniyanin FUCHS Europe Schmierstoffe GMBH sirketinin istehsal etdiyi TITAN ATF 5005 motor yagi avtomobillerin avtomat suret deyisme qutularinda istifade edilen mehsuldur Tetbiqi TITAN ATF 5005 motor yagi avtomat suret deyisme qutularindan basqa sukan idareetmesinin hidroguclendiricilerinde neqliyyat ve texnikanin hidrosistemlerinde istifade olunur Uygunlugu TITAN ATF 5005 GM DEXRON III H i FORD MERCON V spesifikasiialarina uygundur Tesviri TITAN ATF 5005 motor yagi muasir avtomobil mikroavtobus ve yungul kommersiya avtomobilerinin avtomat coxpilleli suret deyisme qutularinda hidravlik konverterlerde retarderlerde hidtravlik sistemli sukan idareetmesinde hidromuftalarda diger aqreqat ve hidrosistemlerde asagida qeyd olunan spesifikasiyalar icaze ve tovsiyelere uygun olaraq istifade olunur Istehsalcilarin icazeleri MAN 339 TYPE V2 MAN 339 TYPE Z2 MB BI 236 6 VOITH 55 6336 XX G 1363 ZF TE ML 04D 14B 16L 17CTetbiqi ucun tovsiyeler DEXRON III H ALLISON TES 295 ALLISON TES 389 BMW 83 22 0 403 248 BMW 83 22 9 407 807 BMW 83 22 9 407 858 BMW 83 22 9 407 859 FORD MERCON V MAN 339 TYPE Z3 OPEL 19 40 707 VOLVO 97341 ZF TE ML 02F 11B 14CTetbiqinin ustunlukleri TITAN ATF 5005 motor yagi istenilen temperatur seraitinde yuksek istismar xasselerine malikdir Yeyilme korroziyaya ve cokuntu emele getirmesine qarsi yuksek muhafezeedici xasselere malikdir Uzunmuddetli yuksek temperaturda ve guclendirilmis is rejiminde isleyerken yagin kopuklenmemesine zemanet verilir Optimal sekilde balanslasdirilmis asqar paketi oksidlesmeye ve kohnelmeye qarsi yuksek davamligini temin edir Bu da ilkin yagin xususiyyetlerini ve gostericilerinin butun istimar muddetinde saxlanilmasina imkan yaradir Hidromexaniki ve hidrohecmli oturuculer ucun yaglarHidromexaniki ve hidrohecmli oturuculer ucun yaglar hidromexaniki oturuculer muherrikden oturulen firlanma aninin ve firlanma tezliyinin mutamadi deyisilmesini temin edirler oturme prosesi isci maye ile asagi ozlulu yagla doldurulan bosluq emele getiren tekerli perli nasosun ve turbinin hesabina heyata kecirilir Nasosdan mayenin aldigi enerji turbinle aparilan vala oturulur Hidromexaniki oturuculer konstruksiyasina gore hidromuftalara ve hidrotransformatorlara bolunurler Hidrotransformatorlar iki tekerle nasoslu ve turbinli techiz olunub her ikisi vallarda beraber firlanma momentine malikdir Normal rejimde hidromuftaln f i e 0 95 0 98 teskil edir Xususiliyi ve tetbiq seraiti Hidromexaniki oturuculer ucun yaglarin teyinatinin xususiliyi ve tetbiq seraitleri onlara olan asagidaki telebleri bir sira hallarda ziddiyyetli mueyyenlesdirilmisdir isci temperaturlarin butun intervalinda asan yaglamaga malik olmalidir friksion disklerin ilismesini temin eden zeruri friksion xasseleri t min etmelidir diyircekli yastiqlarin disli oturuculerin ve bacqa surtunen hisselerin yeyilmesini azaltmalidir surtunme zonasindan istiliyin oturulmesini temin etmekle ve yeyilme mehsullarini ve diger mexaniki qarisiqlari cixarmalidir metallari korroziyadan qorumali sixlasdiricilar dagitmamalidir sabit terkibe malik olmali buxarlanma ve parcalanma xasselerinin kimyevi proseslerle deyismelerine qarsi dayaniqli olmaqla cokuntuler emele getirmelidirler Hidromexaniki oturuculer qutusu olan texnikalarda A ve MGT novlu yaglar genis isledilir A terkibinde antioksidlesdirici ve yeyilmeye qarsi DF 11 detergent dispersiyali MASK depressorlu PMD D ve kopuklenmeye qarsi PMS 200A asqarlar olan poliizobutilenle qatilasdirilmis derin selektiv temizlenmis yagdir Avtomobillerin ve diger masinlarin hidromexaniki oturuculer qutusunda ve hidrotrasformatorlarda butun movsumlu yumsaq iqlim rayonlarinda isledilir Yuksek termiki oksidlesdirme sabitliyine yaxsi temperatur xasselerine malikdir Hidromexaniki oturuculerde yaglarin tetbiq seraitinin oz xususiyyetleri vardir Esas teyinatini enerjinin oturulmesini yerine yetirerek yaglar hemcinin surtunme hisselerinin yaglanmasini temin edirler MGT evezedici yag novudur A novlu yag MGT novlu yagla istenilen nisbetde uygunlasir muxtelif hidravlik sistemlerde hidroamortizatorlarda ve rulun hidroguclendiricilerinde isci maye kimi tetbiq oluna biler MGT terkibinde yuksekkeyfiyyetli asqarlar kompleksi olan asagi molekulyar polimerlerle qatilasdirilmis zeif ozluluye malik asagi temperaturda donan yagdir Butun movsumlu 500C dek A novlu yaglar analoji tetbiq olunur A novlu yag evezedicidir Klubersynth GH 6 80 reduktor yagiKlubersynth GH 6 80 yagi Klubersynth GH 6 80 yagi poliqlikol esasli reduktor yagidir Surtunmeye qarsi yuksek stabilliye malikdir ve surtunme zamani materialin yeyilmesi neticesinde cuxurlarin emele gelmesine qarsi muqavimeti ile xarakterize olur Bu yagin yeyilmeye qarsi yuksek mudafie xassesine malik oldugu FAG FE 8 stendinde aparilan sinaqlarin neticeleri ile tesdiq olunur Klubersynth GH 6 80 yagi xususen oksidlesmeye ve qocalmaga qarsi davamlidir Klubersynth GH 6 80 yagi yaxsi ozluluk temperatur xasselerine malikdir ve yuksek temperaturlarda yaxsi isleme qabiliyyeti ile ferqlenir Tetbiqi Klubersynth GH 6 80 yagi qurdvari reduktorlarin polad burunc ve ya polad boz cuqun cutluklerinin yaglanmasi ucun xususi olaraq hazirlanmisdir Bu yagin tetbiqde boyuk ustunluyu xususi poliqlikol yaglarinin istifadesi neticesinde surtunme emsalinin azaldilmasi hemcinin yagin terkibine lazimi asqarlarin elave edilmesi neticesinde elde edilen yagin yeyilme seviyyesinin asagi olmasidir Klubersynth GH 6 80 hemcinin konik ve teker disliklerinin yuvarlanan ve duz rulmanlarin elece de butun nov disli muftalarin xususen de yuksek temperaturda yaglanmasi ucun istifade oluna biler hemcinin yuk surucu ve neqliyyat zencirlerinin yaglanmasi ucun uygundur Klubersynth GH 6 80 yagi Hilti reduktorlarini yaglamaq ucun istifade olunur suret qutusunun metal hisselerinin yeyilmesinin qarsisini alir Bu yagin istismar muddeti texminen 200 000 mil saatdir Tetbiq ucun tovsiyyeler Klubersynth GH 6 yaglari batirmaqla sirkulyasiya ve ya puskurtme usullari ile tetbiq oluna biler Onlar mineral yaglar ve sintetik karbohidrogenlere esaslanan yaglarla qarismirlar Evveller istifade edilmis yagi Klubersynth GH 6 ile evez etmezden evvel yaglama qurgulari temizlenmelidir ve reduktor qutulari ve ya qapali yaglama sistemleri Klubersynth GH 6 yagi ile yuyulmalidir Klubersynth GH 6 yaglari demek olar ki butun elvan metallara qarsi neytral davranir MenbeKlassifikaciya masel po SAE www tnk oil ru Provereno 19 noyabrya 2015 http standards sae org j300 200711 SAE J300 2007 Motornye masla Bolshaya Sovetskaya enciklopediya v 30 t A M Prohorov gl red 3 e izd M Sov enciklopediya 1974 T XVII S 63 64 616 s Ershov B V Zaletaev M V Ulyaneckij A M Yurchenko M A Tehnicheskoe obsluzhivanie avtomobilej Kiev Visha shkola 1969 446 s http autoexpert consulting com news oil 467 novye masla ot kompanii fuchs europe html Masla vyrabatyvaemye predpriyatiyami Minneftehimproma SSSR Katalog spravochnik pod red V M Shkolnikova Moskva CNIITEneftehim 1986 GOST 12337 84 Istinadlar