Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Aşel mədəniyyəti — Azərbaycan ərazisində arxeoloji mədəniyyətdir.
Azərbaycanda Aşel mədəniyyəti Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel mədəniyyətinə aid tapıntılar Azərbaycan ərazisində Qazax rayonunun Qayalı, Acıdərə, Şiş Quzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin başlıca olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur.
Erkən Aşel 700-500 min il bundan əvvələ aid edilir. Azıx mağarasında Erkən Aşel Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Aşel dövrünün erkən mərhələsi Azıx mağarasının altıncı təbəqəsində aşkar olunmuşdur. Bu təbəqədən xeyli daş məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki ovuntusu aşkar olunmuşdur. Heyvan qalıqlarının çox aşkar olunması Aşel dövründə təsərrüfatda ovçuluğun əsas yer tutduğunu göstərir.
Əmək alətləri
Əmək alətləri başlıca olaraq felzit, kvars, çaxmaqdaşı, bazalt, əhəngdaşından,bəzən isə xalsedon və digər daş cinslərindən hazırlanmışdır. Daş məmulatı əmək alətləri, istehsal tullantıları və çay daşlarından ibarətdir. Əmək alətləri arasında kobud çapacaqlar, qaşovlar kəsici alətlər və ərsinlər xüsusi yer tutur. Çapacaqlar həcminə görə Olduvay, Ubeydiyə, Terra-Amatadan tapılmış alətlərlə uyğundur.
Çapacaq və çapacaq tipli alətlər çay daşının hər iki tərəfindən qəlpələr qoparılmaqla hazırlanmış, tutacaq hissəsinin təbii qabığı saxlanmışdır. Çopper tipli alətlərin bir kənarı, yaxud ucu qəlpələr qoparılmaqla işlənmişdir. Bu tip alətlərlə yanaşı düz vurma səthi olan və təbii qabıqla örtülmüş qəlpələrdən hazırlanmış alətlər də vardır. Onlar ərsinlər, itiuclular, limastipli və s. alətlərdən ibarətdir. Aşkar olunan əmək alətləri qədim insanların yalnız çay daşlarından hazırlanmış çopper, coppinq və kobud çapacaqlarla kifayətlənmədiyini, qəlpələrdən əmək alətləri hazırlamağa başladığını göstərir. Azıx mağarasının Erkən Aşel mədəniyyətinə aid əmək alətləri qəlpələrin qoparılma texnikasına görə olduqca kobuddur və keçmiş SSRİ-də onların bənzərləri yoxdur. Altıncı təbəqədən aşkar edilmiş arxeoloji materiallar bir tərəfdən daha qədim Quruçay mədəniyyətinin, digər tərəfdən isə Orta Aşel mədəniyyətinin xüsusiyyətlərini daşımaqla Aşelə keçid mərhələsini əks etdirir.
Aşkarlanan bitki və heyvan qalıqları
Merka kərgədanı, Şotenzak bizonu, Zyusenbern atı, Мesopotomiya maralı, mağara kaftarı, nəhəng maral, cənub yarasalarının sümükləri aşkar olunmuşdur. Aşkar olunmuş qalıqlar bu dövrün Мindel buzlaşması dövrünə, bəlkə də daha əvvələ aid olduğunu deməyə imkan verir. Sümük qalıqlarının hamısı daşlaşmış vəziyyətdə aşkar olunmuşdur.
O dövrdə Azıx mağarasını əhatə edən bitki örtüyü də fərqli olmuşdur. Flora qalıqlarının tədqiqi Azıx sakinlərinin 60-dan artıq bitki növündən istifadə etdiyini göstərir. Başlıca ağac cinsləri çinar, küknar, qızılağac, palıd, tozağacı, göyrüş, cökə, vələs və digərlərindən ibarət olmuşdur. Heyvan və bitki qalıqlarının öyrənilməsi Azıx mağarasındakı altıncı təbəqənin Bakı dövrünə aid olduğunu deməyə əsas verir. Paleomaqnit ölçmələr isə bu təbəqənin Bryunes dövrünə, erkən Pleystocen, yaxud Tiraspol kompleksinin erkən inkişaf mərhələsinə aid olduğunu təsdiq edir. Bu isə təqribən 730 min il bundan əvvələ uyğun gəlir.
Мüxtəlif landşaftlarda yaşayan heyvanların qalıqlarının aşkar edilməsi Orta Aşel dövründə havaların istiləşdiyini göstərir. Orta Aşel Azərbaycanda Мindel-Ris buzlaşmaları arasındakı dövrə uyğundur. Bu təbəqədən 35 növ heyvana aid fauna qalıqları aşkar edilmişdir. Onlar arasında nəcib maral, cüyür, qaban, porsuq, at, eşşək, uzunbuynuz maral, sayqak və digər heyvanların qalıqları vardır.
Altıncı təbəqənin üzərini örtən beşinci Orta Aşel təbəqəsi litoloji tərkibinə, rənginə, qalınlığına və arxeoloji materialın tərkibinə görə Erkən Aşel təbəqəsindən fərqlənir. Bu təbəqədən daş məmulatı, qədim insanın çənə sümüyünün parçası, ocaq qalıqları, daş hörgü və s. aşkar olunmuşdur. Daş məmulatı Erkən Aşel təbəqəsinə nisbətən 5-6 dəfə azdır. Tədqiqatçılar daş alətlərin az tapılmasını Orta Aşeldə havaların istiləşməsi və rütubətli iqlim şəraiti ilə bağlayırlar. Erkən Aşel dövrü ilə müqayisədə bu dövrdə aşağı keyfiyyətli daş cinslərindən istifadə edilməmişdir. Əmək alətləri ilə bərabər qəlpələr, parçalanmış və bütöv təbii çay daşları da əldə edilmişdir. Beşinci təbəqənin alt qatlarından aşkar olunmuş əmək alətləri ümumi əlamətlərinə görə altıncı təbəqənin alətlərindən fərqlənmir, üst qatlardan aşkar olunmuş alətlər isə xeyli təkmildir. Bu fərqlər fauna qalıqlarında da özünü göstərir. Beşinci təbəqənin üst qatlarının fauna qalıqları Tiraspol kompleksindən fərqlənərək Sinqil kompleksi ilə oxşarlıq təşkil edir.
Aşel insanları
1968-ci ildə beşinci təbəqədən qədim insana aid alt çənə sümüyünün tapılması Aşel insanlarının fiziki quruluşu haqqında müəyyən fikir yürütməyə imkan vermişdir. Onunla birlikdə Orta Pleystocen dövrünə aid Aşel alətləri və xeyli miqdarda fauna qalıqları aşkar edilmişdir. Bu, keçmiş SSRİ ərazisində ən qədim paleoantropoloji tapıntı idi. Azıx adamının indiyədək dünyanın müxtəlif Paleolit düşərgələrindən tapılmış insan qalıqları ilə müqayisəli araşdırılması onun preneandertal tipinə aid olduğunu göstərir. Bu aşkar olunan fauna qalıqlarının geoloji dövrü və Aşel tipli daş alətlərin dövrü ilə tamamilə uyğundur. Azıxantropun çənə parçasına əsasən demək olar ki, Aşel mədəniyyətinin daşıyıcıları öz fiziki tipinə görə Fransanın cənubunda yaşayan preneandertallarla bənzər olmuşdur. Azıxantropun yaşadığı dövrdə Sinantrop və Heydelberq tipli insanlar yayılmışdır.
Ocaq izləri və odla tanışlıq
Erkən Aşel dövrü təbəqəsində diametri 30 x 20 sm olan ocaq qalıqlarının aşkar olunması Azıx sakinlərinin odla tanış olduğunu və ondan istifadə etdiyini göstərir. Ocaq birbaşa girişdə yox, qapıdan 20–25 m uzaqlıqda cənub divarı yaxınlığında qurulmuşdur. Ocaqların olduqca yaxşı saxlanması toplanan yanacaq materialı haqqında da müəyyən təsəvvür əldə etməyə imkan verir. Ocaqların biri, yuxarıda qeyd edildiyi kimi, altıncı təbəqədə, qalanları isə beşinci təbəqədə aşkar olunmuşdur. Beşinci təbəqənin ikinci layında yerləşən üçüncü ocağın sahəsi xüsusilə böyük olub 10 kv.m-dir. Vaxtilə mağarada olan bulağın ətrafında yerləşən ocaq bir neçə dəfə yerini dəyişdiyindən kül qalıqları böyük sahəyə yayılmışdır. Kül təbəqəsinin altından mağara ayısının alt və üst çənə sümüyü, digər heyvanlara aid sümüklərin qalıqları aşkar edilmişdir. Bu sümüklər odun təsirindən qızarmışdı. Dördüncü ocaq üçüncünün əks tərəfində, mağaranın şimal divarı yaxınlığında aşkar olunmuşdur. Burada həmçinin qədim evin təməlinin qalıqları aşkar edilmişdir. Beşinci ocağın dibi əhəngdaşı lövhələri, ətrafı isə qaya daşları ilə döşənmişdi. Onun sahəsi 50 x 50 sm olmuşdur.
Paleolit təbəqələrində, xüsusilə Aşeləqədərki və Erkən Aşel düşərgələrində ocaq izlərinə az rastlanmışdır. Aşel dövrünə aid abidələrdə ocaqlara indiyədək Çjoukoudyan, Terra-Amata, Lazar, Verteşeelleş və Azıxda rastlanmışdır. Tədqiqatçılar ocaqların meydana gəlməsini ovçuluq təsərrüfatı ilə bağlayırlar. Lakin araşdırmalar göstərir ki, ocaqlar yalnız yemək hazırlanması üçün deyil, mənzilin isidilməsi üçün də istifadə edilmişdir. Ocaqların müxtəlif səviyyələrdə, lakin müəyyən sahədə aşkar olunması göstərir ki, daşın emalı mağaranın girişində, yaşayış sahəsi isə bir qədər içəridə, ocaqların ətrafında olmuşdur. Azıx mağarasında yaşayış sahəsi kimi istifadə olunan hissə daş hörgü ilə mağaranın digər sahəsindən ayrılmışdır. Bu onu göstərir ki, Aşel insanları müəyyən dövrlərdə hava şəraiti ilə bağlı olaraq istini qoruyub saxlamağa ehtiyac hiss etmişlər. Daş hörgü müəyyən hissədə kəsilmiş və hörgünün davamı kimi maral buynuzları düzülmüşdür. Onlar bəzən bir-biri ilə üzbəüz yerləşdirilmişdir. Ehtimal ki, maral buynuzlarından ritual məqsədlə istifadə edilmişdir. Tədqiqatlara əsaslanaraq demək olar ki, Aşel dövründə insanlar süni tikintilərdən istifadə etməklə bərabər, süni od almağı da bacarmışlar.
Yaranan dini təsəvvürlər
1971-ci ildə aparılan araşdırmalar zamanı ikinci ocağın səviyyəsində gizlin guşə aşkar olunmuşdur. Buraya mağara ayısının kəllələri qoyulmuşdu. Ocaq üçün xüsusi yer seçilməsi, onun yaxınlığında bulağın olması, ayı kəllələri qoyulan gizlin guşənin mövcudluğu göstərir ki, bu ocaqlar Aşel adamlarının həyatında mühüm rol oynamış, ehtimal ki, müəyyən mənada sitayiş xarakteri daşımışdır. Мağaranın birinci zalı qədim insanlar üçün yalnız mənzil rolunu oynamamış, həmçinin müqəddəs və ritual yer olmuşdur. Odun əhəmiyyətini görən insan ona böyük önəm vermiş və sitayiş etmişdir. Azıx mağarasının Aşel təbəqəsindən aşkar olunan arxeoloji tapıntılar o dövrdə yaşayan insanların mənəvi dünyası haqqında da müəyyən fikir deməyə imkan verir. Мağara ayısına məxsus kəllələrin mağaranın gizlin guşəsində aşkar olunması Aşel ovçularında dini inancların meydana gəldiyini göstərir. Ayı kəlləsi üzərinə çəkilən cizgilər heyvana sitayişlə bağlı inancların meydana çıxdığını ehtimal etməyə imkan verir. Bir-birinin yanına qoyulmuş ayı kəlləsi Gürcüstanda, Cənubi Osetiyanın I Kudaro düşərgəsinin Orta Aşel təbəqəsində aşkar olunmuş və tədqiqatçılar tərəfindən dini təsəvvürlərin yaranması ilə izah edilmişdir. Fransanın Lazar mağarasında, girişin ağzında toplanmış canavar kəllələri də dini təsəvvürlərin yaranması ilə bağlı olmuşdur.
İstinadlar
- Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007.[1] 2020-01-11 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Asel medeniyyeti Azerbaycan erazisinde arxeoloji medeniyyetdir Azerbaycanda Asel medeniyyeti Qurucay medeniyyeti esasinda inkisaf etmis ve onun ikinci merhelesini teskil etmisdir Asel medeniyyetine aid tapintilar Azerbaycan erazisinde Qazax rayonunun Qayali Acidere Sis Quzey dusergelerinden ve diger abidelerden askar edilmisdir Lakin Asel medeniyyetine aid en zengin maddi medeniyyet numuneleri Azix magarasindan askar olunmusdur Azix magarasinda Asel medeniyyetinin baslica olaraq erken ve orta merhelesi genis temsil olunmusdur Erken Asel 700 500 min il bundan evvele aid edilir Azix magarasinda Erken Asel Qurucay medeniyyeti esasinda inkisaf etmis ve onun davami olmusdur Asel dovrunun erken merhelesi Azix magarasinin altinci tebeqesinde askar olunmusdur Bu tebeqeden xeyli das memulati 2000 den artiq ocaq qaliqlari muxtelif heyvan sumukleri bitki ovuntusu askar olunmusdur Heyvan qaliqlarinin cox askar olunmasi Asel dovrunde teserrufatda ovculugun esas yer tutdugunu gosterir Emek aletleriEmek aletleri baslica olaraq felzit kvars caxmaqdasi bazalt ehengdasindan bezen ise xalsedon ve diger das cinslerinden hazirlanmisdir Das memulati emek aletleri istehsal tullantilari ve cay daslarindan ibaretdir Emek aletleri arasinda kobud capacaqlar qasovlar kesici aletler ve ersinler xususi yer tutur Capacaqlar hecmine gore Olduvay Ubeydiye Terra Amatadan tapilmis aletlerle uygundur Capacaq ve capacaq tipli aletler cay dasinin her iki terefinden qelpeler qoparilmaqla hazirlanmis tutacaq hissesinin tebii qabigi saxlanmisdir Copper tipli aletlerin bir kenari yaxud ucu qelpeler qoparilmaqla islenmisdir Bu tip aletlerle yanasi duz vurma sethi olan ve tebii qabiqla ortulmus qelpelerden hazirlanmis aletler de vardir Onlar ersinler itiuclular limastipli ve s aletlerden ibaretdir Askar olunan emek aletleri qedim insanlarin yalniz cay daslarindan hazirlanmis copper coppinq ve kobud capacaqlarla kifayetlenmediyini qelpelerden emek aletleri hazirlamaga basladigini gosterir Azix magarasinin Erken Asel medeniyyetine aid emek aletleri qelpelerin qoparilma texnikasina gore olduqca kobuddur ve kecmis SSRI de onlarin benzerleri yoxdur Altinci tebeqeden askar edilmis arxeoloji materiallar bir terefden daha qedim Qurucay medeniyyetinin diger terefden ise Orta Asel medeniyyetinin xususiyyetlerini dasimaqla Asele kecid merhelesini eks etdirir Askarlanan bitki ve heyvan qaliqlariMerka kergedani Sotenzak bizonu Zyusenbern ati Mesopotomiya marali magara kaftari neheng maral cenub yarasalarinin sumukleri askar olunmusdur Askar olunmus qaliqlar bu dovrun Mindel buzlasmasi dovrune belke de daha evvele aid oldugunu demeye imkan verir Sumuk qaliqlarinin hamisi daslasmis veziyyetde askar olunmusdur O dovrde Azix magarasini ehate eden bitki ortuyu de ferqli olmusdur Flora qaliqlarinin tedqiqi Azix sakinlerinin 60 dan artiq bitki novunden istifade etdiyini gosterir Baslica agac cinsleri cinar kuknar qizilagac palid tozagaci goyrus coke veles ve digerlerinden ibaret olmusdur Heyvan ve bitki qaliqlarinin oyrenilmesi Azix magarasindaki altinci tebeqenin Baki dovrune aid oldugunu demeye esas verir Paleomaqnit olcmeler ise bu tebeqenin Bryunes dovrune erken Pleystocen yaxud Tiraspol kompleksinin erken inkisaf merhelesine aid oldugunu tesdiq edir Bu ise teqriben 730 min il bundan evvele uygun gelir Muxtelif landsaftlarda yasayan heyvanlarin qaliqlarinin askar edilmesi Orta Asel dovrunde havalarin istilesdiyini gosterir Orta Asel Azerbaycanda Mindel Ris buzlasmalari arasindaki dovre uygundur Bu tebeqeden 35 nov heyvana aid fauna qaliqlari askar edilmisdir Onlar arasinda necib maral cuyur qaban porsuq at essek uzunbuynuz maral sayqak ve diger heyvanlarin qaliqlari vardir Altinci tebeqenin uzerini orten besinci Orta Asel tebeqesi litoloji terkibine rengine qalinligina ve arxeoloji materialin terkibine gore Erken Asel tebeqesinden ferqlenir Bu tebeqeden das memulati qedim insanin cene sumuyunun parcasi ocaq qaliqlari das horgu ve s askar olunmusdur Das memulati Erken Asel tebeqesine nisbeten 5 6 defe azdir Tedqiqatcilar das aletlerin az tapilmasini Orta Aselde havalarin istilesmesi ve rutubetli iqlim seraiti ile baglayirlar Erken Asel dovru ile muqayisede bu dovrde asagi keyfiyyetli das cinslerinden istifade edilmemisdir Emek aletleri ile beraber qelpeler parcalanmis ve butov tebii cay daslari da elde edilmisdir Besinci tebeqenin alt qatlarindan askar olunmus emek aletleri umumi elametlerine gore altinci tebeqenin aletlerinden ferqlenmir ust qatlardan askar olunmus aletler ise xeyli tekmildir Bu ferqler fauna qaliqlarinda da ozunu gosterir Besinci tebeqenin ust qatlarinin fauna qaliqlari Tiraspol kompleksinden ferqlenerek Sinqil kompleksi ile oxsarliq teskil edir Asel insanlari1968 ci ilde besinci tebeqeden qedim insana aid alt cene sumuyunun tapilmasi Asel insanlarinin fiziki qurulusu haqqinda mueyyen fikir yurutmeye imkan vermisdir Onunla birlikde Orta Pleystocen dovrune aid Asel aletleri ve xeyli miqdarda fauna qaliqlari askar edilmisdir Bu kecmis SSRI erazisinde en qedim paleoantropoloji tapinti idi Azix adaminin indiyedek dunyanin muxtelif Paleolit dusergelerinden tapilmis insan qaliqlari ile muqayiseli arasdirilmasi onun preneandertal tipine aid oldugunu gosterir Bu askar olunan fauna qaliqlarinin geoloji dovru ve Asel tipli das aletlerin dovru ile tamamile uygundur Azixantropun cene parcasina esasen demek olar ki Asel medeniyyetinin dasiyicilari oz fiziki tipine gore Fransanin cenubunda yasayan preneandertallarla benzer olmusdur Azixantropun yasadigi dovrde Sinantrop ve Heydelberq tipli insanlar yayilmisdir Ocaq izleri ve odla tanisliqErken Asel dovru tebeqesinde diametri 30 x 20 sm olan ocaq qaliqlarinin askar olunmasi Azix sakinlerinin odla tanis oldugunu ve ondan istifade etdiyini gosterir Ocaq birbasa girisde yox qapidan 20 25 m uzaqliqda cenub divari yaxinliginda qurulmusdur Ocaqlarin olduqca yaxsi saxlanmasi toplanan yanacaq materiali haqqinda da mueyyen tesevvur elde etmeye imkan verir Ocaqlarin biri yuxarida qeyd edildiyi kimi altinci tebeqede qalanlari ise besinci tebeqede askar olunmusdur Besinci tebeqenin ikinci layinda yerlesen ucuncu ocagin sahesi xususile boyuk olub 10 kv m dir Vaxtile magarada olan bulagin etrafinda yerlesen ocaq bir nece defe yerini deyisdiyinden kul qaliqlari boyuk saheye yayilmisdir Kul tebeqesinin altindan magara ayisinin alt ve ust cene sumuyu diger heyvanlara aid sumuklerin qaliqlari askar edilmisdir Bu sumukler odun tesirinden qizarmisdi Dorduncu ocaq ucuncunun eks terefinde magaranin simal divari yaxinliginda askar olunmusdur Burada hemcinin qedim evin temelinin qaliqlari askar edilmisdir Besinci ocagin dibi ehengdasi lovheleri etrafi ise qaya daslari ile dosenmisdi Onun sahesi 50 x 50 sm olmusdur Paleolit tebeqelerinde xususile Aseleqederki ve Erken Asel dusergelerinde ocaq izlerine az rastlanmisdir Asel dovrune aid abidelerde ocaqlara indiyedek Cjoukoudyan Terra Amata Lazar Verteseelles ve Azixda rastlanmisdir Tedqiqatcilar ocaqlarin meydana gelmesini ovculuq teserrufati ile baglayirlar Lakin arasdirmalar gosterir ki ocaqlar yalniz yemek hazirlanmasi ucun deyil menzilin isidilmesi ucun de istifade edilmisdir Ocaqlarin muxtelif seviyyelerde lakin mueyyen sahede askar olunmasi gosterir ki dasin emali magaranin girisinde yasayis sahesi ise bir qeder iceride ocaqlarin etrafinda olmusdur Azix magarasinda yasayis sahesi kimi istifade olunan hisse das horgu ile magaranin diger sahesinden ayrilmisdir Bu onu gosterir ki Asel insanlari mueyyen dovrlerde hava seraiti ile bagli olaraq istini qoruyub saxlamaga ehtiyac hiss etmisler Das horgu mueyyen hissede kesilmis ve horgunun davami kimi maral buynuzlari duzulmusdur Onlar bezen bir biri ile uzbeuz yerlesdirilmisdir Ehtimal ki maral buynuzlarindan ritual meqsedle istifade edilmisdir Tedqiqatlara esaslanaraq demek olar ki Asel dovrunde insanlar suni tikintilerden istifade etmekle beraber suni od almagi da bacarmislar Yaranan dini tesevvurler1971 ci ilde aparilan arasdirmalar zamani ikinci ocagin seviyyesinde gizlin guse askar olunmusdur Buraya magara ayisinin kelleleri qoyulmusdu Ocaq ucun xususi yer secilmesi onun yaxinliginda bulagin olmasi ayi kelleleri qoyulan gizlin gusenin movcudlugu gosterir ki bu ocaqlar Asel adamlarinin heyatinda muhum rol oynamis ehtimal ki mueyyen menada sitayis xarakteri dasimisdir Magaranin birinci zali qedim insanlar ucun yalniz menzil rolunu oynamamis hemcinin muqeddes ve ritual yer olmusdur Odun ehemiyyetini goren insan ona boyuk onem vermis ve sitayis etmisdir Azix magarasinin Asel tebeqesinden askar olunan arxeoloji tapintilar o dovrde yasayan insanlarin menevi dunyasi haqqinda da mueyyen fikir demeye imkan verir Magara ayisina mexsus kellelerin magaranin gizlin gusesinde askar olunmasi Asel ovcularinda dini inanclarin meydana geldiyini gosterir Ayi kellesi uzerine cekilen cizgiler heyvana sitayisle bagli inanclarin meydana cixdigini ehtimal etmeye imkan verir Bir birinin yanina qoyulmus ayi kellesi Gurcustanda Cenubi Osetiyanin I Kudaro dusergesinin Orta Asel tebeqesinde askar olunmus ve tedqiqatcilar terefinden dini tesevvurlerin yaranmasi ile izah edilmisdir Fransanin Lazar magarasinda girisin agzinda toplanmis canavar kelleleri de dini tesevvurlerin yaranmasi ile bagli olmusdur IstinadlarVeli Baxseli oglu Baxseliyev Azerbaycan arxeologiyasi Ali mekteb telebeleri ucun vesait I cild Baki Elm 2007 1 2020 01 11 at the Wayback Machine