Ağakərim İsrafilbəyli (azərb. Ağakərim Ağa İsrafil oğlu İsrafilbəyli; d. 4 dekabr 1948, Şamaxı rayonu, Kiçik Qaladərəsi kəndi) — xanəndə.
Ağakərim İsrafilbəyli | |
---|---|
Ağakərim Ağa İsrafil oğlu İsrafilbəyli | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı rayonu, Kiçik Qaladərəsi kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Ağa İsrafil İsrafilbəyli |
Anası | Nəsibə İsrafilbəyli |
Milliyyəti | azərbaycanlı |
Tanınır | xanəndə |
Şirvan muğam məktəbinin yetişdirdiyi, öz dəst-xətti ilə seçilən sənətkarlardandır. Muğamın sirlərini Şamaxı şəhərindəki Xaqani mədəniyyət evində, Ağalar Əhmədşah oğlundan öyrənmişdir. 200-ə qədər təsnifin, 60-70 mahnının müəllifidir. Həmçinin, münacatla başlanıb qəzəllərlə tamamlanan divanı var. Bir sıra müsabiqələrin qalibidir. Bir çox Avropa ölkələrində Azərbaycan muğamını təqdim etmişdir.
Həyatı
Ağakərim Nafiz Şirvani 4 dekabr 1948-ci ildə Şamaxı rayonunun Kiçik Qaladərəsi kəndində anadan olmuşdur. Ağakərim Nafizin atası Ağa İsrafil bəy Əli bəy oğlu və anası Nəsibə xanım Bəybala bəy qızıdır. Orta məktəbi Şamaxıda 5 saylı məktəbin axşam sinfində oxumuşdur. Xanəndə Tacikistanın Düşənbə şəhərində İncəsənət İnstitutuna qəbul olunsa da, təhsilini davam etdirməmişdir. Ağakərim Nafiz Şirvani din tarixini, tarixi, əfsanə, rəvayət və dastanları, klassik və xalq ədəbiyyatını, folkloru dərindən mənimsəmişdir.
Bədii fəaliyyəti
Ağakərim Nafiz Şirvani Şamaxı şəhərindəki Xaqani adına mədəniyyət evində, Ağalar Əhmədşah oğlundan muğamı öyrənmişdir. O, müxtəlif musiqi festivallarının diplomlarını almışdır. Belə ki, 1989-cu ildə Ağdamda keçirilən "Xarı bülbül" muğam müsabiqəsinin qalibi olmuşdur. Həmçinin Ağakərim Nafiz Şirvani haqqında "Azərbaycantelefilm" 1997-ci ildə "Naməlum səs" adlı film çəkmişdir. 2018-ci ildə AzTV mədəniyyət kanalında "Yurd Yeri" proqramında haqqında geniş veriliş verilmişdir.
Xarici ölkələrdə verdiyi konsertlər
- 1980-ci ildə Rusiyanın Arxangelsk vilayətində qastrolda olmuş, 4 konsert vermişdir.
- 2001-ci ildə Fransaya səfər etmiş və Paris daxil olmaqla müxtəlif şəhərlərdə 8 konsert vermişdir. Bu zamanı Fransada "Azerbaïdjan: Chants du Caucase" ("Azərbaycan: Qafqazın mahnıları") adlı muğam diski buraxılmışdır.
- 2002-ci ildə də 6 konsertlə Fransa və İtaliyada qastrolda olmuşdur.
- 2003-cü ildə isə Fransa, İsveçrə və Kanar adalarında 5 konsert vermişdir.
- 2006-cı ildə İran İslam Respublikasına səfər etmiş, Tehranda biri məşhur "Sarayi-Bəhmən" Mədəniyyət sarayında olmaqla 2 konsert vermişdir. Bundan əlavə o, Zəncanda 3 konsert vermişdir.
- 2009-cu ildə Amerika Birləşmiş Ştatlarına səfər etmiş və 4 gün dalbadal GünAz TV-də konsertlər vermişdir.
Musiqi yaradıcılğında fəaliyyəti
Ağakərim Nafiz təkcə muğam ifaçısı deyildir. O, həm də 200-ə qədər təsnifin, 60-dan çox mahnının müəllifidir.
Ədəbi fəaliyyəti
Ağakərim Nafiz gənc yaşlarından şeir yazmağa başlamış və əsasən əruz vəznində qəzəllər, təxmislər, rübailər yazmışdır. Gənc yaşlarında ustad şair Məhəmməd Biriyadan klassik şeir üslubunu mənimsəmişdir. Şeirlərini Nafiz təxəllüsü ilə qələmə almışdır.
Ağakərim Nafiz klassik Azərbaycan-Türk və Şərq divan ədəbiyyatı ənənələrinə XXI əsrdə davam etdirərək şeirlər yazır. O, XV-XIX əsrin dil üslubunu öz şeirlərində qoruyub saxlayır.
2017-ci ildə Ağakərim Nafiz Şirvaninin 630 səhifəlik "Divan"ı çapdan çıxmışdır.
Onun divanına aşağıdakılar daxil edilmişdir: Münacat, Əsma’-ül-hüsna (Allahın gözəl adları), Rəsuli-Əkrəmə (s.v.s.) (Peyğəmbərə), Həzrət Əliyə, Saqinamə (3), ustadı Ağalara, Mürəbbe (2), müxəmməs (4), müsəddəs, məsnəvi (4), müstəzad, İbrətnamə, Bahariyyə, Təxmis (55), Qəzəl (427), Rübai (11) və tərcümələr (15). Beləliklə, onun ümümilikdə bu divana müxtəlif növlü 500-dən çox şeiri daxil olmuşdur.
Saqinamələri
Ağakərim Nafizin üç saqinaməsi divana daxil edilmişdir. "Gətir" rədifi ilə yazılmış birinci saqinaməsində Cami-Cəmşidi, Şahi-Mərdanı, Məryəm, Məsih (İsa), Süleyman, Nuh, Yusif, Züleyxa, İskəndər, Dara, həzrəti-Loğman, Mürtəza kimi tarixi şəxsiyyətlərdən bəhs olunur.
"Olsun" rədifli ikinci saqinaməsində xanəndə və xanəndəlik sənətinin vacib olan əlamətlərindən, daha sonra "Rast", "Şur", "Nəva", "Çahargah","Firuzi-Həsaf", "Hümayun", "Şüştər", "Mahur", "Dadi-Bidad", "Əraq", "Segah", "Sarəng" kimi muğam və muğam şöbələrindən bəhs olunur.
Üçüncü saqinamə Şirvan xanəndələrinin vəsfinə həsr edilib. Ağakərim Nafiz həmin saqinamədə XIX əsrdən günümüzə kimi yaşayıb yaradan Şirvan xanəndələrinin-Mirzə Məhəmməd Həsən, Mirzə Güllərdən başlayaraq özü daxil olmaqla, 34 Şirvan muğam sənətkarının adını çəkir və onlara öz münasibətini bildirir. O, həmçinin xanəndə Mirzə Məhəmməd Həsənin bəzi mahnılarını bərpa edib, şeirlərinə nəzirə yazıb. Mirzə Məhəmməd Həsən haqqında "Ustadi-ə'zəm Mirzə Məhəmməd Həsən Fələkzadə Şirvani" kitabı yazıb və çap etdirib.
Qəzəlləri
Bu divana onun 428 qəzəli daxil edilmişdir. Qəzəllərin dili klassik Azərbaycan qəzəl janrındadır.
Nəzirələri
Ağakərim Nafizin divanında Məhəmməd Füzuli (2), Nişat Şirvani, Ne’mətullah Kişvəri, Məlikli Molla Əli Şirvani, Seyid Əzim Şirvani - Seyyid (3), Əmir Əlişir Nəvai, Molla Ağa Bixud, Mirzə Məhəmməd Həsən, Cahanşah Həqiqi, Baqi əfəndi (2), Namiq Kamal, Molla Qədir Naci (2), Nabi əfəndi (2), Kamil Sərbəndi, Nicati Rumi, Sultan Həmid, Vəsli Rumi, Mir Naşidi Rumi, Qaramanlı Nizami Rumi, Mirzə Qulamhüseyn Yurdçulu, İzzət Rumi, Səfi təxəllüslü Sultan Şeyx Səfiəddin Ərdəbili, Fəqir Ordubadi, Yəhyəvi Ərdəbili, Məhəmməd Biriya, Əhməd Cəfərzadə (3) və laədri qəzəllərinə ümumilikdə 35 nəzirə yazmışdır.
Təxmisləri
Ağakərim Nafizin divanına daxil edilmiş 53 təxmisi vardır. Bu təxmislər Hafiz Şirazi (2), Mövlana Lutfi, İmadəddin Nəsimi (2), Cahanşah Həqiqi, Əmir Əlişir Nəvai (2), Nemətullah Kişvəri (6), Məhəmməd Füzuli (2), Abdullah Üsuli, Mühibbi təxəllüslü Sultan Süleyman Qanuni (4), Baqi (8), Bəsiri, Nabi (5), Vəsli Rumi, Nişat Şirvani (2), Molla Qədir Naci (5), Ünsi, Mir Naşidi Rumi, Seyid Əbülqasim Nəbati, Seyid Əzim Şirvani – Seyyid (3), Mirzə Məhəmməd Həsən Fələkzadə, Mirzə Ələkbər Sabir (2), Məhəmməd Hadi kimi ustadların qəzəllərinə yazılmışdır.
Ağakərim Nafiz saqinamələrində və eləcə də bir sıra başqa qəzəllərində muğam və muğam şöbələrinin adını çəkmişdir: "Rast" (7), "Sarəng" (10), "Nəva" (20), "Şur" (16), "Dəşti", "Qətar" (6), "Segah" (4), "Şüştər" (3), "Dilkeş" (3) "Mahur" (3), "Zəminxara" (2) "Pəncgah"(2), "Əraq" və s.
İstinadlar
- "Ağakərim Nafiz". 2022-07-05 tarixində . İstifadə tarixi: 2018-12-05.
- "Dövlət Səs Yazıları Arxivində xanəndə Ağakərim Nafiz Şirvani ilə görüş keçirilib". 2023-07-01 tarixində . İstifadə tarixi: 2022-07-05.
- ""Mən muğamı 150 il əvvəlki tək oxuyuram"". 2020-08-07 tarixində . İstifadə tarixi: 2018-12-05.
Xarici keçidlər
- İtmiş səsin sorağında…
- Usta Xudunun xatirə gecəsi oldu
- Agakerim Nafiz - Shikesteyi-Fars 1996 noyabr.wmv
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Agakerim Israfilbeyli azerb Agakerim Aga Israfil oglu Israfilbeyli d 4 dekabr 1948 Samaxi rayonu Kicik Qaladeresi kendi xanende Agakerim IsrafilbeyliAgakerim Aga Israfil oglu IsrafilbeyliDogum tarixi 4 dekabr 1948 75 yas Dogum yeri Samaxi rayonu Kicik Qaladeresi kendiVetendasligi AzerbaycanAtasi Aga Israfil IsrafilbeyliAnasi Nesibe IsrafilbeyliMilliyyeti azerbaycanliTaninir xanende Sirvan mugam mektebinin yetisdirdiyi oz dest xetti ile secilen senetkarlardandir Mugamin sirlerini Samaxi seherindeki Xaqani medeniyyet evinde Agalar Ehmedsah oglundan oyrenmisdir 200 e qeder tesnifin 60 70 mahninin muellifidir Hemcinin munacatla baslanib qezellerle tamamlanan divani var Bir sira musabiqelerin qalibidir Bir cox Avropa olkelerinde Azerbaycan mugamini teqdim etmisdir HeyatiAgakerim Nafiz Sirvani 4 dekabr 1948 ci ilde Samaxi rayonunun Kicik Qaladeresi kendinde anadan olmusdur Agakerim Nafizin atasi Aga Israfil bey Eli bey oglu ve anasi Nesibe xanim Beybala bey qizidir Orta mektebi Samaxida 5 sayli mektebin axsam sinfinde oxumusdur Xanende Tacikistanin Dusenbe seherinde Incesenet Institutuna qebul olunsa da tehsilini davam etdirmemisdir Agakerim Nafiz Sirvani din tarixini tarixi efsane revayet ve dastanlari klassik ve xalq edebiyyatini folkloru derinden menimsemisdir Bedii fealiyyetiAgakerim Nafiz Sirvani Samaxi seherindeki Xaqani adina medeniyyet evinde Agalar Ehmedsah oglundan mugami oyrenmisdir O muxtelif musiqi festivallarinin diplomlarini almisdir Bele ki 1989 cu ilde Agdamda kecirilen Xari bulbul mugam musabiqesinin qalibi olmusdur Hemcinin Agakerim Nafiz Sirvani haqqinda Azerbaycantelefilm 1997 ci ilde Namelum ses adli film cekmisdir 2018 ci ilde AzTV medeniyyet kanalinda Yurd Yeri proqraminda haqqinda genis verilis verilmisdir Xarici olkelerde verdiyi konsertler1980 ci ilde Rusiyanin Arxangelsk vilayetinde qastrolda olmus 4 konsert vermisdir 2001 ci ilde Fransaya sefer etmis ve Paris daxil olmaqla muxtelif seherlerde 8 konsert vermisdir Bu zamani Fransada Azerbaidjan Chants du Caucase Azerbaycan Qafqazin mahnilari adli mugam diski buraxilmisdir 2002 ci ilde de 6 konsertle Fransa ve Italiyada qastrolda olmusdur 2003 cu ilde ise Fransa Isvecre ve Kanar adalarinda 5 konsert vermisdir 2006 ci ilde Iran Islam Respublikasina sefer etmis Tehranda biri meshur Sarayi Behmen Medeniyyet sarayinda olmaqla 2 konsert vermisdir Bundan elave o Zencanda 3 konsert vermisdir 2009 cu ilde Amerika Birlesmis Statlarina sefer etmis ve 4 gun dalbadal GunAz TV de konsertler vermisdir Musiqi yaradicilginda fealiyyetiAgakerim Nafiz tekce mugam ifacisi deyildir O hem de 200 e qeder tesnifin 60 dan cox mahninin muellifidir Edebi fealiyyetiAgakerim Nafiz genc yaslarindan seir yazmaga baslamis ve esasen eruz vezninde qezeller texmisler rubailer yazmisdir Genc yaslarinda ustad sair Mehemmed Biriyadan klassik seir uslubunu menimsemisdir Seirlerini Nafiz texellusu ile qeleme almisdir Agakerim Nafiz klassik Azerbaycan Turk ve Serq divan edebiyyati enenelerine XXI esrde davam etdirerek seirler yazir O XV XIX esrin dil uslubunu oz seirlerinde qoruyub saxlayir 2017 ci ilde Agakerim Nafiz Sirvaninin 630 sehifelik Divan i capdan cixmisdir Onun divanina asagidakilar daxil edilmisdir Munacat Esma ul husna Allahin gozel adlari Resuli Ekreme s v s Peygembere Hezret Eliye Saqiname 3 ustadi Agalara Murebbe 2 muxemmes 4 museddes mesnevi 4 mustezad Ibretname Bahariyye Texmis 55 Qezel 427 Rubai 11 ve tercumeler 15 Belelikle onun umumilikde bu divana muxtelif novlu 500 den cox seiri daxil olmusdur SaqinameleriAgakerim Nafizin uc saqinamesi divana daxil edilmisdir Getir redifi ile yazilmis birinci saqinamesinde Cami Cemsidi Sahi Merdani Meryem Mesih Isa Suleyman Nuh Yusif Zuleyxa Iskender Dara hezreti Logman Murteza kimi tarixi sexsiyyetlerden behs olunur Olsun redifli ikinci saqinamesinde xanende ve xanendelik senetinin vacib olan elametlerinden daha sonra Rast Sur Neva Cahargah Firuzi Hesaf Humayun Suster Mahur Dadi Bidad Eraq Segah Sareng kimi mugam ve mugam sobelerinden behs olunur Ucuncu saqiname Sirvan xanendelerinin vesfine hesr edilib Agakerim Nafiz hemin saqinamede XIX esrden gunumuze kimi yasayib yaradan Sirvan xanendelerinin Mirze Mehemmed Hesen Mirze Gullerden baslayaraq ozu daxil olmaqla 34 Sirvan mugam senetkarinin adini cekir ve onlara oz munasibetini bildirir O hemcinin xanende Mirze Mehemmed Hesenin bezi mahnilarini berpa edib seirlerine nezire yazib Mirze Mehemmed Hesen haqqinda Ustadi e zem Mirze Mehemmed Hesen Felekzade Sirvani kitabi yazib ve cap etdirib QezelleriBu divana onun 428 qezeli daxil edilmisdir Qezellerin dili klassik Azerbaycan qezel janrindadir NezireleriAgakerim Nafizin divaninda Mehemmed Fuzuli 2 Nisat Sirvani Ne metullah Kisveri Melikli Molla Eli Sirvani Seyid Ezim Sirvani Seyyid 3 Emir Elisir Nevai Molla Aga Bixud Mirze Mehemmed Hesen Cahansah Heqiqi Baqi efendi 2 Namiq Kamal Molla Qedir Naci 2 Nabi efendi 2 Kamil Serbendi Nicati Rumi Sultan Hemid Vesli Rumi Mir Nasidi Rumi Qaramanli Nizami Rumi Mirze Qulamhuseyn Yurdculu Izzet Rumi Sefi texelluslu Sultan Seyx Sefieddin Erdebili Feqir Ordubadi Yehyevi Erdebili Mehemmed Biriya Ehmed Ceferzade 3 ve laedri qezellerine umumilikde 35 nezire yazmisdir TexmisleriAgakerim Nafizin divanina daxil edilmis 53 texmisi vardir Bu texmisler Hafiz Sirazi 2 Movlana Lutfi Imadeddin Nesimi 2 Cahansah Heqiqi Emir Elisir Nevai 2 Nemetullah Kisveri 6 Mehemmed Fuzuli 2 Abdullah Usuli Muhibbi texelluslu Sultan Suleyman Qanuni 4 Baqi 8 Besiri Nabi 5 Vesli Rumi Nisat Sirvani 2 Molla Qedir Naci 5 Unsi Mir Nasidi Rumi Seyid Ebulqasim Nebati Seyid Ezim Sirvani Seyyid 3 Mirze Mehemmed Hesen Felekzade Mirze Elekber Sabir 2 Mehemmed Hadi kimi ustadlarin qezellerine yazilmisdir Agakerim Nafiz saqinamelerinde ve elece de bir sira basqa qezellerinde mugam ve mugam sobelerinin adini cekmisdir Rast 7 Sareng 10 Neva 20 Sur 16 Desti Qetar 6 Segah 4 Suster 3 Dilkes 3 Mahur 3 Zeminxara 2 Pencgah 2 Eraq ve s Istinadlar Agakerim Nafiz 2022 07 05 tarixinde Istifade tarixi 2018 12 05 Dovlet Ses Yazilari Arxivinde xanende Agakerim Nafiz Sirvani ile gorus kecirilib 2023 07 01 tarixinde Istifade tarixi 2022 07 05 Men mugami 150 il evvelki tek oxuyuram 2020 08 07 tarixinde Istifade tarixi 2018 12 05 Xarici kecidlerItmis sesin soraginda Usta Xudunun xatire gecesi oldu Agakerim Nafiz Shikesteyi Fars 1996 noyabr wmv