Azərbaycanda şəhidlik — Azərbaycan Respublikasında dini və hüquqi baxımdan "şəhid" anlayışının mənası.
Etimologiyası
"Şəhid" sözü Azərbaycan dilində ərəb dilində "شهيد" (, qad. شهيدة , cəm. شُهَدَاء ) sözündən keçmişdir. Sözün əsl mənası "şahid" və ya "tanıq" deməkdir. Bu, yunan dilində "martis" (μάρτυς, hərf. şahid) sözünün tərcüməsidir.Azərbaycan dilinin izahlı lüğətində "şəhid" sözünün mənası "yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən adam" kimi verilmişdir. Həm isim, həm də "olmaq" sözünün əlavə edilməsilə fel kimi istifadə oluna bilir. Qadınlar üçün "şəhidə" işlənir.
Hüquqi baxımdan
Tərif
Azərbaycan qanunvericiylində "şəhid" anlayışı ilk dəfə Birinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin imzaladığı 3 sentyabr 1993-cü il tarixli "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun ilə tənzimlənmişdir. Qanuna 2022-ci ilə qədər müəyyən dəyişiklər edilmişdir. Hər halda, burada "şəhid" sözünə veriəln izah kimi qeyd edilmişdir ki, o, "Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir". Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin və qeydiyyatda olduqları hərbi komissarlıqların verdiyi arayışlarla təsdiq olunur.
Eyni qanunda "şəhid ailəsi" anlayışı da müəyyən edilmiş, bura "ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr" aid edilmişdir. Qanuna əsasən, müəyyən şəxsə "şəhid" statusu verilməsi prosesinə müvafiq dövlət orqanları nəzarət edir. "Şəhid" və "şəhid ailəsi" statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir.
Azərbaycandan kənarda sülhməramlı əməliyyatlarda həlak olan hərbçilər
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin 2023-cü il üzrə məruzəsində Azərbaycanın sülhməramlı kontingentinin tərkibində onun ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirak edərkən həlak olan və ya ölmüş elan edilən hərbi qulluqçulara şəhid statusunun verilməsi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi təklif olunub.
Güzəştlər
Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müəyyən təminatlar verilir. Bunlara "işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük" verilməsi, "həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət" verilməsi, "dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən" azad olunmaları, "tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada" təmin edilmələri, "sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük" verilmələri aid idi.
2012-ci ildə mövcud olan qanunvericiliyə uyğun olaraq, "şəhidin dul arvadına və ya əmək pensiyaçısı olmayan ata-anasına kommunal güzəştlərə görə 12 manat aylıq müavinət verilir. Bununla yanaşı, 18 yaşı tamam olmamış şəhid uşaqlarının hər birinə 15 manat aylıq müavinət verilir. Eyni zamanda əmək pensiyaçısı olmayan şəhidin dövlət ali təhsil müəssisəsində oxuyan uşaqlarına 23 yaşı tamam olan qədər dövlət tərəfindən 49 manat 50 qəpik aylıq müavinətlər verilir. Eyni zamanda 13 560 şəhid ailəsinin hər biri aylıq olaraq 165 manat həçmində prezident təqaüdü alır"dı.
Təmin olunan müavinət kontekstdən asılı olaraq fərqlidir, yəni Birinci Qarabağ müharibəsi şəhidləri ilə 20 Yanvar şəhidləri üçün fərqli güzəştlər verilir. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilmiş da vardır. Bu ad ilə sözügedən hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən vəfat etmiş şəxslər təltif olunmuşdular. Bu ad 149 nəfərə verilmişdir.
Qanuna görə, yerli icra hakimiyyəti orqanları tərəfindən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi prosesi həyata keçirilir. "Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri" yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Bundan başqa, "şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı" üstünlük verilir. "Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır".
Əlavə olaraq, 2021-ci ilə qədər verilən təminatlar arasında "valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət" təyin edilməsi, işlədikləri "müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda" iş ilə təmin olunmaları, "mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət" verilməsi də var idi.
Azərbaycanda "şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından, habelə dövlət icbari şəxsi sığorta vəsaiti" hesabına ödənilir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 aprel 2012-ci il tarixinə olan rəsmi məlumata görə, Azərbaycanda 13,560 şəhid ailəsi var idi. Bunların ailə üzvlərinin sayı 18,779 nəfər təşkil etmişdir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun" yəni "YAŞAT" Fondunun "vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydası təsdiq edilmişdir". Fondun məqsədi "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə" sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün təsis edilmişdir.
Dini baxımdan
Bu bölmə boşdur. Məzmun əlavə edərək kömək edə bilərsiniz. |
Tənqidi
Şəhid statusu
Azərbaycanda bu mövzu ilə bağlı müxtəlif tənqidi fikirlər səsləndirilmişdir. Bunlar müvafiq qanunun aydın olmaması və burada ayrı-seçkiliyə yol verilməsi haqqındadır.
2012-ci ildə hüquqşünas Aslan İsmayılov qeyd etmişdir ki, şəhidlərin "Qarabağın birinci müharibə şəhidi, ikinci müharibə şəhidi, 20 yanvar şəhidi, 1918-ci il şəhidləri statuslarına ayrılmasına ehtiyac yoxdur". O, xüsusilə də atəşkəs dövründə həlak olan Azərbaycan əsgərlərinə və Azərbaycanda asayişi qoruyarkən həlak olan polis əməkdaşlarına istinad edərək "şəhid statusu" bağlı vahid sənədin qəbul olunmalı olduğunu vurğulamışdır.
Azərbaycanda hərbi xidmətini yerinə yetirərkən qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların "şəhid statusu" ilə təmin edilməməsi mübahisə mövzusu olmuşdur. Bu məsələdə ərəncamda konkret olaraq əsgərin minaya düşərkən və ya komandirin səhlənkarlığı nəticəsində həlak olduğu zaman onun şəhid statusu alıb-almayacağı göstərilməməsi adətən qeyd olunur. Yerli mətbuata görə, Azərbaycanda ictimaiyyətin "böyük bir kəsimi isə hesab edir ki, belə hallarda həyatını itirən hüquq-mühafizə orqanları, təhlükəsizlik xidmətinin əməkdaşlarına istisnasız olaraq şəhid statusu verilməlidir".
2014-cü ilin avqustunda Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissənin əsgəri Seyran Eynulla oğlu Hənifəyev kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən vəfat etmiş və Azərbaycan Müdafiə Nazirliyi "əsgərin ürək tutmasından vəfat etdiyi üçün şəhid statusu almadığını" bildirmişdilər. Yalnız Ağsu Rayon İcra Hakimiyyətinin müraciətindən sonra Hənifəyev "şəhid statusu" ilə təmin edilmiş və onun Ağsu rayonunda Şəhidlər xiyabanında dəfn edilməsinə icazə verilmişdir.
2021-ci ildə axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərovun həlak olmasından sonra polis əməkdaşlarına da "şəhid statusu" verilməsi məsələsi gündəm olmuşdur. 2021-ci ilin məlumatına görə, Azərbaycanda "cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən" 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olmuş, 2,640 nəfər xəsarət almışdır.
2021-ci ilin yanvarında hərbi hissəyə məxsus "Ural" markalı avtomobildə təlimdən qayıdan 17 hərbçi qəzaya düşmüş, Onlardan 14-ü yüngül, 3-ü isə ağır xəsarət almışdır. Yaralananlardan biri, 1998-ci il təvəllüdlü Kamil Məmmədov Mərkəzi Hərbi Hospitalda koma vəziyyətində qalandan sonra vəfat etmişdir. Məmmədovun "şəhid statusu" alması ilə bağlı müraciət edilsə də, Müdafiə Nazirliyi imtina etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilmişdi ki, "Məmmədov hərbi xidməti vəzifələrinin icrası zamanı" vəfat etmişdi, lakin "şəhidlik statusu yalnız döyüş tapşırığını yerinə yetirərkən vəfat etmiş şəxslərə verilə bilər". Bundan sonra həmin mövzu yenidən gündəmə düşmüşdür. Hər halda, məhkəmə Məmmədovun lehinə qərar vermiş, SHXÇDX bundan narazı qalsa da, apellyasiya şikayəti verməmişdir.
2023-cü ildə "Minatəmizləmə sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev təklif etmişdir ki, ANAMA-nın mina təmizləmə zamanı həlak olan əməkdaşlarına da "şəhid statusu"nun verilməsi məsələsi müzakirə olunmalıdır.
Həmçinin, Türkiyə qanunvericiliyində "hərbi xidmətə çağırıldığı ilk gündən düşmən gülləsindən və ya ehtiyatsızlıqdan, hətta arı sancmasından, xəstəlikdən və ya hansısa bədbəxt hadisə nəticəsində vəfat edən əsgər"in "şəhid statusu" alması müqayisə edilmişdir. 15 aprel 2016-cı ildə vətəndaş cəmiyyətinin üzvləri Sivil Toplum Platformasının iclasında Azərbaycan Milli Məclisinə Türkiyədə olduğu kimi "Şəhidlik haqqında" qanunun qəbul edilməsi, "şəhid ailələrinə yüksək imtiyazlar və hər kəs üçün bərabər sosial güzəştlər"in tanınmasını təklif etmişdir.
Şəhid ailəsi statusu
2022-ci ildə Sentyabr döyüşləri zamanı həlak olan Azərbaycan əsgəri Səbuhi Əhmədov SOS uşaq evinin yetirməsi idi. Vəkil Qanqa İbrahimov məlumat vermişdir ki, Əhmədovun qardaşı Sənan Əhmədov bildirmişdir ki, ona "uşaq evlərində tərbiyə olunanlar" ifadəsi əsas tutularaq şəhid ailəsi statusu verilməmişdi. O, bunu "əsassız" adlandırmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Haşımov mətbuata açıqlamasında bildirmişdi ki, Sənan Əhmədovun təlim və tərbiyə aldığı "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil, bu isə onun şəhid ailəsi statusu almasına mane olur. "Sputnik Azərbaycan"a görə, bu mövzu Azərbaycanda müvafiq qanuna dəyişiklərin edilməsi məsələsini yenidən aktuallaşdırmışdı. Azərbaycan Milli Məclisinin deputatı Aqil Abbas həmin məsələyə etiraz edərək Sənan Əhmədova istisna edilməsini təklif etmişdi. Əhmədova sonradan "şəhid ailəsi" statusu verilmişdi.
Rəsmi nikahda olmayan qadınların övladlarına "şəhid ailəsi" statusu verilsə də, özlərinə verilmirdi. Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva çıxışında "şəhidlərin rəsmi nikahda olmayan həyat yoldaşlarına şəhid ailəsi statusu verilməsini" təklif etmişdi.
Deputat Arzu Nağıyev qanunda "şəhid adının əbədiləşdirilməsi" ilə bağlı bəzi məqamlara aydınlıq gətirilməsinin vacib olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, "bəzən bir kənddən üç-dörd şəhid olur. Onlardan hansının adının məktəbə verilməsi mübahisəyə səbəb olur".
Dini
Bu bölmə boşdur. Məzmun əlavə edərək kömək edə bilərsiniz. |
İstinadlar
- "şəhid, Azərbaycan dilinin izahlı lüğəti. Obastan - onlayn lüğətlər və ensiklopediyalar". Obastan - onlayn lüğətlər və ensiklopediyalar. 2023-07-28 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "şehit". Nişanyan Sözlük. 2023-07-28 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "şəhidə, Azərbaycan qadın adlarının izahlı lüğəti.. Obastan - onlayn lüğətlər və ensiklopediyalar". Obastan - onlayn lüğətlər və ensiklopediyalar.
- "697 - Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında". e-qanun.az. 2023-05-30 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "Azərbaycanda kimlər Şəhid statusu ala bilər? - Ekspert". Axar.Az. 12 avq 2014. 2018-11-24 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "648-IIIQD - Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə". e-qanun.az. 2023-06-07 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "295-VIQD - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə". e-qanun.az. 2023-03-24 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "Azərbaycandan kənarda sülhməramlı əməliyyatlarda həlak olanlara şəhid statusu verilə bilər". Oxu.Az (az.). 2024-02-29. 2024-02-29 tarixində . İstifadə tarixi: 2024-02-29.
- "499-IIQD - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə". e-qanun.az. 2023-06-09 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "627-IQD - «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə". e-qanun.az. 2023-03-23 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "214-IIQD - Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında". e-qanun.az. 2023-03-23 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "381-VIQD - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə". e-qanun.az. 2023-05-29 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "Şəhid şəhiddir, bəs bölücülük nədir?". modern.az. 2023-07-28 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "51 - "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamənin təsdiq edilməsi barədə". e-qanun.az. 2022-12-23 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "345-VIQD - "Hərbi qulluqçuların statusu haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə". e-qanun.az. 2023-06-10 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "652-IIQD - "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə". e-qanun.az. 2023-06-07 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "382-VIQD - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə". e-qanun.az. 2023-03-23 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "630-VIQD - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə". e-qanun.az. 2023-03-24 tarixində . İstifadə tarixi: 2023-07-28.
- ""YAŞAT" Fondunun Himayəçilik Şurasının tərkibi təsdiqləndi" (az.). musavat.com. 2021-09-28 tarixində . İstifadə tarixi: 3 iyun 2021.
- "Vəzifə borcunu yerinə yetirərkən həlak olan polislərə şəhid statusu verilməlidirmi - MÜZAKİRƏ | Hafta.az".
- "Qəzada ölən hərbçilərə hansı halda şəhid statusu verilə bilər". 26 okt 2022. 2022-11-05 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "525-ci qəzet - Həlak olan ANAMA əməkdaşlarına şəhid statusu verilsin - TƏKLİF". 2023-05-13 tarixində . İstifadə tarixi: 2023-07-28.
- TV, Meydan. "Vətəndaş cəmiyyəti şəhidlərin statusu haqqında qanun təklifi". 15 apr 2016. 28 July 2023 tarixində . İstifadə tarixi: 28 July 2023.
- "Vətəndaş cəmiyyəti şəhidlərin statusu haqqında qanunun qəbulunu təklif edir". © TURAN İNFORMASİYA AGENTLİYİ. 2023-07-28 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "Arxivlənmiş surət". 2022-10-15 tarixində . İstifadə tarixi: 2023-07-28.
- "Səbuhinin qardaşına şəhid ailəsi statusu verildi - Foto". Avrasiya.Net. 2023-07-28 tarixində . İstifadə tarixi: 2023-07-28.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycanda sehidlik Azerbaycan Respublikasinda dini ve huquqi baximdan sehid anlayisinin menasi Semkir rayonunun Deller Cirdaxan kendinde sehidler bulagi Etimologiyasi Sehid sozu Azerbaycan dilinde ereb dilinde شهيد qad شهيدة cem ش ه د اء sozunden kecmisdir Sozun esl menasi sahid ve ya taniq demekdir Bu yunan dilinde martis martys herf sahid sozunun tercumesidir Azerbaycan dilinin izahli lugetinde sehid sozunun menasi yuksek amal meslek eqide yolunda olen helak olan canini feda eden adam kimi verilmisdir Hem isim hem de olmaq sozunun elave edilmesile fel kimi istifade oluna bilir Qadinlar ucun sehide islenir Huquqi baximdanTerif Azerbaycan qanunvericiylinde sehid anlayisi ilk defe Birinci Qarabag muharibesi zamani Azerbaycan Respublikasi Prezidentinin selahiyyetini heyata keciren Azerbaycan Respublikasi Ali Sovetinin sedri Heyder Eliyevin imzaladigi 3 sentyabr 1993 cu il tarixli Sehid adinin ebedilesdirilmesi ve sehid ailelerine edilen guzestler haqqinda qanun ile tenzimlenmisdir Qanuna 2022 ci ile qeder mueyyen deyisikler edilmisdir Her halda burada sehid sozune verieln izah kimi qeyd edilmisdir ki o Azerbaycan Respublikasinin azadligi suverenliyi ve erazi butovluyu ugrunda helak olan herbi emeliyyatla elaqedar itkin dusen ve qanunvericilikle mueyyenlesdirilmis qaydada olmus hesab edilen sexsdir Sexsin sehid hesab edilmesi olum haqqinda sehadetname mehkeme qetnamesi herbi hissenin ve qeydiyyatda olduqlari herbi komissarliqlarin verdiyi arayislarla tesdiq olunur Eyni qanunda sehid ailesi anlayisi da mueyyen edilmis bura er arvad valideyn 18 yasina catmamis usaqlar 18 yasina catanadek elilliyi mueyyen olunmus 18 yasindan yuxari elilliyi olan ovladlari qardaslar ve bacilar terbiye olunanlar pese tehsili orta ixtisas tehsili ali tehsil muessiselerinde ve muvafiq icra hakimiyyeti orqaninin mueyyen etdiyi elmi teskilatin magistratura seviyyesinde tehsil alanlar ise hemin tehsil muessiselerini ve elmi teskilatin magistratura seviyyesini bitirenedek lakin en coxu 23 yasina catanadek qanunla onlari saxlamali sexs yoxdursa babalar ve neneler aid edilmisdir Qanuna esasen mueyyen sexse sehid statusu verilmesi prosesine muvafiq dovlet orqanlari nezaret edir Sehid ve sehid ailesi statusu almis sexslerin reyestrinin aparilmasi qaydasi muvafiq icra hakimiyyeti orqaninin mueyyen etdiyi orqan terefinden mueyyen edilir Azerbaycandan kenarda sulhmeramli emeliyyatlarda helak olan herbciler Azerbaycanin Insan huquqlari uzre muvekkilinin 2023 cu il uzre meruzesinde Azerbaycanin sulhmeramli kontingentinin terkibinde onun erazisinden kenarda aparilan sulhmeramli emeliyyatlarda istirak ederken helak olan ve ya olmus elan edilen herbi qulluqculara sehid statusunun verilmesi ile bagli qanunvericiliye elave ve deyisikliklerin edilmesi teklif olunub Guzestler Ikinci Qarabag muharibesinde sehid olmus lenkeranlilara hesr olunmus plakat Sehid ailesi statusunu almis ailenin uzvlerine qanunvericilikle mueyyenlesdirilmis qaydada mueyyen teminatlar verilir Bunlara iscilerin sayi ve ya stati ixtisar edilerken isde saxlanmaqda onlara ustunluk verilmesi hekim reseptleri uzre derman almaq ucun muvafiq icra hakimiyyeti orqani terefinden mueyyen olmus qaydada ve meblegde muavinet verilmesi dovlet ali orta ixtisas ve pese tehsili muessiselerinde ve muvafiq icra hakimiyyeti orqaninin mueyyen etdiyi elmi teskilatda odenisli formada tehsil alanlar tehsil haqqini odemekden azad olunmalari tibb muessiselerinin gonderisi ile olke hududlari daxilinde sanatoriya kurort mualicesi ile muvafiq icra hakimiyyeti orqani terefinden mueyyen olunmus qaydada temin edilmeleri sosial is yerlerinin ve issiz sexslerin ozunumesgullugunun habele pese hazirliginin teskili zamani onlara ustunluk verilmeleri aid idi 2012 ci ilde movcud olan qanunvericiliye uygun olaraq sehidin dul arvadina ve ya emek pensiyacisi olmayan ata anasina kommunal guzestlere gore 12 manat ayliq muavinet verilir Bununla yanasi 18 yasi tamam olmamis sehid usaqlarinin her birine 15 manat ayliq muavinet verilir Eyni zamanda emek pensiyacisi olmayan sehidin dovlet ali tehsil muessisesinde oxuyan usaqlarina 23 yasi tamam olan qeder dovlet terefinden 49 manat 50 qepik ayliq muavinetler verilir Eyni zamanda 13 560 sehid ailesinin her biri ayliq olaraq 165 manat hecminde prezident teqaudu alir di Temin olunan muavinet kontekstden asili olaraq ferqlidir yeni Birinci Qarabag muharibesi sehidleri ile 20 Yanvar sehidleri ucun ferqli guzestler verilir Odur ki Azerbaycan Respublikasi Prezidentinin 1998 ci il 31 mart tarixli 695 nomreli Fermani ile tesis edilmis 20 Yanvar sehidi fexri adi da vardir Bu ad ile sozugeden hadiseler zamani helak olmus ve hemin hadiseler neticesinde aldigi xesaretden vefat etmis sexsler teltif olunmusdular Bu ad 149 nefere verilmisdir Qanuna gore yerli icra hakimiyyeti orqanlari terefinden sehid ailesinin yasayis sahesi ile temin edilmesi prosesi heyata kecirilir Menzil seraitini yaxsilasdirmaga ehtiyaci olan sehid aileleri yasayis sahesi ile birinci novbede temin olunurlar Bundan basqa sehid ailesine onun arzusuna gore ferdi menzil tikintisi ucun meqsedli guzestli ssuda yasadigi yerden asili olaraq qanunvericilikde nezerde tutulmus olcude torpaq sahesi habele bagciliq birliyine kooperative qebul zamani ustunluk verilir Sehid ailesi xususi mulkiyyet esasinda menzil ve ya ferdi ev alarken notariat emeliyyatlari dovlet rusumu odenilmeden aparilir Elave olaraq 2021 ci ile qeder verilen teminatlar arasinda valideynlerden biri helak olduqda onlarin her usagina 16 yasi sagirdler ucun 18 yas tamam olanadek muvafiq icra hakimiyyeti orqani terefinden mueyyen olunan meblegde ayliq muavinet teyin edilmesi isledikleri muessisenin idarenin teskilatin fealiyyeti dayandirildiqda is ile temin olunmalari menzil kommunal xidmetlerinden telefondan seherlerarasi ve beynelxalq danisiqlar istisna olmaqla ve seher sernisin neqliyyatinin butun novlerinden taksiden basqa istifade haqqini odemek ucun muvafiq icra hakimiyyeti orqani terefinden mueyyen olunmus qaydada ve meblegde muavinet verilmesi de var idi Azerbaycanda sehidlere ve sehid ailelerine xerclenen vesait Azerbaycan Respublikasinin dovlet budcesinden ayri ayri sexslerin ve muxtelif teskilatlarin idare ve muessiselerin o cumleden xarici teskilatlarin ianeleri ve diger menbeler hesabina yaranan yardim fondlarindan habele dovlet icbari sexsi sigorta vesaiti hesabina odenilir Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyinin 1 aprel 2012 ci il tarixine olan resmi melumata gore Azerbaycanda 13 560 sehid ailesi var idi Bunlarin aile uzvlerinin sayi 18 779 nefer teskil etmisdir Ikinci Qarabag muharibesinden sonra Azerbaycan Prezidenti Ilham Eliyevin 8 dekabr 2020 ci il tarixli Fermani ile Azerbaycan Respublikasinin erazi butovluyunun mudafiesi ile elaqedar yaralananlarin ve sehid ailelerinin teminatina destek fondunun yeni YASAT Fondunun vesaitinin formalasdirilmasi idare olunmasi ve ondan istifade qaydasi tesdiq edilmisdir Fondun meqsedi Azerbaycan Respublikasinin erazi butovluyunun mudafiesi ile elaqedar elilliyi mueyyen olunmus herbi qulluqculara ve sehid olmus sexslerin ailelerinin uzvlerine isgaldan azad edilmis erazilerde xidmeti vezifelerini yerine yetirerken habele herbi emeliyyatlar bitdikden sonra onun neticelerinin aradan qaldirilmasinda istirak etmesi neticesinde elilliyi mueyyen olunmus dovlet orqanlarinin qurumlarinin emekdaslarina ve ya helak olmus emekdaslarin aile uzvlerine sosial mudafiesi sahesinde dovlet terefinden heyata kecirilen tedbirlere elave destek verilmesi ucun tesis edilmisdir Dini baximdanBu bolme bosdur Mezmun elave ederek komek ede bilersiniz TenqidiSehid statusu Azerbaycanda bu movzu ile bagli muxtelif tenqidi fikirler seslendirilmisdir Bunlar muvafiq qanunun aydin olmamasi ve burada ayri seckiliye yol verilmesi haqqindadir 2012 ci ilde huquqsunas Aslan Ismayilov qeyd etmisdir ki sehidlerin Qarabagin birinci muharibe sehidi ikinci muharibe sehidi 20 yanvar sehidi 1918 ci il sehidleri statuslarina ayrilmasina ehtiyac yoxdur O xususile de ateskes dovrunde helak olan Azerbaycan esgerlerine ve Azerbaycanda asayisi qoruyarken helak olan polis emekdaslarina istinad ederek sehid statusu bagli vahid senedin qebul olunmali oldugunu vurgulamisdir Azerbaycanda herbi xidmetini yerine yetirerken qeyri doyus seraitinde helak olan herbi qulluqcularin sehid statusu ile temin edilmemesi mubahise movzusu olmusdur Bu meselede erencamda konkret olaraq esgerin minaya duserken ve ya komandirin sehlenkarligi neticesinde helak oldugu zaman onun sehid statusu alib almayacagi gosterilmemesi adeten qeyd olunur Yerli metbuata gore Azerbaycanda ictimaiyyetin boyuk bir kesimi ise hesab edir ki bele hallarda heyatini itiren huquq muhafize orqanlari tehlukesizlik xidmetinin emekdaslarina istisnasiz olaraq sehid statusu verilmelidir 2014 cu ilin avqustunda Naxcivan Muxtar Respublikasinda yerlesen N sayli herbi hissenin esgeri Seyran Eynulla oglu Henifeyev keskin urek ve teneffus catismazligi sebebinden vefat etmis ve Azerbaycan Mudafie Nazirliyi esgerin urek tutmasindan vefat etdiyi ucun sehid statusu almadigini bildirmisdiler Yalniz Agsu Rayon Icra Hakimiyyetinin muracietinden sonra Henifeyev sehid statusu ile temin edilmis ve onun Agsu rayonunda Sehidler xiyabaninda defn edilmesine icaze verilmisdir 2021 ci ilde axtarisda olan sexsin ozunu qumbara ile partlatmasi neticesinde Sebail Rayon Polis Idaresinin Cinayet Axtaris sobesinin emeliyyat muvekkili polis kapitani Elcin Seferovun helak olmasindan sonra polis emekdaslarina da sehid statusu verilmesi meselesi gundem olmusdur 2021 ci ilin melumatina gore Azerbaycanda cinayetkarliga qarsi mubarizede ictimai qaydanin qorunmasi ve ictimai tehlukesizliyin temin edilmesi vezifelerini yerine yetirerken 99 polis emekdasi ve herbi qulluqcu helak olmus 2 640 nefer xesaret almisdir 2021 ci ilin yanvarinda herbi hisseye mexsus Ural markali avtomobilde telimden qayidan 17 herbci qezaya dusmus Onlardan 14 u yungul 3 u ise agir xesaret almisdir Yaralananlardan biri 1998 ci il tevelludlu Kamil Memmedov Merkezi Herbi Hospitalda koma veziyyetinde qalandan sonra vefat etmisdir Memmedovun sehid statusu almasi ile bagli muraciet edilse de Mudafie Nazirliyi imtina etmisdir Seferberlik ve Herbi Xidmete Cagiris uzre Dovlet Xidmetinden SHXCDX melumat verilmisdi ki Memmedov herbi xidmeti vezifelerinin icrasi zamani vefat etmisdi lakin sehidlik statusu yalniz doyus tapsirigini yerine yetirerken vefat etmis sexslere verile biler Bundan sonra hemin movzu yeniden gundeme dusmusdur Her halda mehkeme Memmedovun lehine qerar vermis SHXCDX bundan narazi qalsa da apellyasiya sikayeti vermemisdir 2023 cu ilde Minatemizleme sahesinde xidmetlere gore Azerbaycan Respublikasinin medalinin tesis edilmesi ile elaqedar Azerbaycan Respublikasinin orden ve medallarinin tesis edilmesi haqqinda qanun layihesinin muzakiresi zamani deputat Razi Nurullayev teklif etmisdir ki ANAMA nin mina temizleme zamani helak olan emekdaslarina da sehid statusu nun verilmesi meselesi muzakire olunmalidir Hemcinin Turkiye qanunvericiliyinde herbi xidmete cagirildigi ilk gunden dusmen gullesinden ve ya ehtiyatsizliqdan hetta ari sancmasindan xestelikden ve ya hansisa bedbext hadise neticesinde vefat eden esger in sehid statusu almasi muqayise edilmisdir 15 aprel 2016 ci ilde vetendas cemiyyetinin uzvleri Sivil Toplum Platformasinin iclasinda Azerbaycan Milli Meclisine Turkiyede oldugu kimi Sehidlik haqqinda qanunun qebul edilmesi sehid ailelerine yuksek imtiyazlar ve her kes ucun beraber sosial guzestler in taninmasini teklif etmisdir Sehid ailesi statusu 2022 ci ilde Sentyabr doyusleri zamani helak olan Azerbaycan esgeri Sebuhi Ehmedov SOS usaq evinin yetirmesi idi Vekil Qanqa Ibrahimov melumat vermisdir ki Ehmedovun qardasi Senan Ehmedov bildirmisdir ki ona usaq evlerinde terbiye olunanlar ifadesi esas tutularaq sehid ailesi statusu verilmemisdi O bunu esassiz adlandirmisdi Emek ve Ehalinin Sosial Mudafiesi Nazirliyinin Sosial Xidmetler Agentliyinin metbuat katibi Murad Hasimov metbuata aciqlamasinda bildirmisdi ki Senan Ehmedovun telim ve terbiye aldigi SOS Usaq Kendleri Azerbaycan Assosiasiyasi Nizamnamesine gore valideyn himayesinden mehrum olmus usaqlar ucun muessise statusunda deyil bu ise onun sehid ailesi statusu almasina mane olur Sputnik Azerbaycan a gore bu movzu Azerbaycanda muvafiq qanuna deyisiklerin edilmesi meselesini yeniden aktuallasdirmisdi Azerbaycan Milli Meclisinin deputati Aqil Abbas hemin meseleye etiraz ederek Senan Ehmedova istisna edilmesini teklif etmisdi Ehmedova sonradan sehid ailesi statusu verilmisdi Resmi nikahda olmayan qadinlarin ovladlarina sehid ailesi statusu verilse de ozlerine verilmirdi Azerbaycan Milli Meclisinin Medeniyyet Komitesinin sedri deputat Qenire Pasayeva cixisinda sehidlerin resmi nikahda olmayan heyat yoldaslarina sehid ailesi statusu verilmesini teklif etmisdi Deputat Arzu Nagiyev qanunda sehid adinin ebedilesdirilmesi ile bagli bezi meqamlara aydinliq getirilmesinin vacib oldugunu bildirmisdir O qeyd etmisdir ki bezen bir kendden uc dord sehid olur Onlardan hansinin adinin mektebe verilmesi mubahiseye sebeb olur Dini Bu bolme bosdur Mezmun elave ederek komek ede bilersiniz Istinadlar sehid Azerbaycan dilinin izahli lugeti Obastan onlayn lugetler ve ensiklopediyalar Obastan onlayn lugetler ve ensiklopediyalar 2023 07 28 tarixinde Istifade tarixi 2023 07 28 sehit Nisanyan Sozluk 2023 07 28 tarixinde Istifade tarixi 2023 07 28 sehide Azerbaycan qadin adlarinin izahli lugeti Obastan onlayn lugetler ve ensiklopediyalar Obastan onlayn lugetler ve ensiklopediyalar 697 Sehid adinin ebedilesdirilmesi ve sehid ailelerine edilen guzestler haqqinda e qanun az 2023 05 30 tarixinde Istifade tarixi 2023 07 28 Azerbaycanda kimler Sehid statusu ala biler Ekspert Axar Az 12 avq 2014 2018 11 24 tarixinde Istifade tarixi 2023 07 28 648 IIIQD Azerbaycan Respublikasinin bezi qanunvericilik aktlarina elaveler ve deyisiklikler edilmesi barede e qanun az 2023 06 07 tarixinde Istifade tarixi 2023 07 28 295 VIQD Sehid adinin ebedilesdirilmesi ve sehid ailelerine edilen guzestler haqqinda Azerbaycan Respublikasinin Qanununda deyisiklik edilmesi barede e qanun az 2023 03 24 tarixinde Istifade tarixi 2023 07 28 Azerbaycandan kenarda sulhmeramli emeliyyatlarda helak olanlara sehid statusu verile biler Oxu Az az 2024 02 29 2024 02 29 tarixinde Istifade tarixi 2024 02 29 499 IIQD Sehid adinin ebedilesdirilmesi ve sehid ailelerine edilen guzestler haqqinda Azerbaycan Respublikasinin Qanununa elave edilmesi barede e qanun az 2023 06 09 tarixinde Istifade tarixi 2023 07 28 627 IQD Sehid adinin ebedilesdirilmesi ve sehid ailelerine edilen guzestler haqqinda Azerbaycan Respublikasi Qanununda deyisiklikler edilmesi barede e qanun az 2023 03 23 tarixinde Istifade tarixi 2023 07 28 214 IIQD Azerbaycan Respublikasinin bezi qanunvericilik aktlarina deyisiklikler ve elaveler edilmesi haqqinda e qanun az 2023 03 23 tarixinde Istifade tarixi 2023 07 28 381 VIQD Sehid adinin ebedilesdirilmesi ve sehid ailelerine edilen guzestler haqqinda Azerbaycan Respublikasinin Qanununda deyisiklik edilmesi barede e qanun az 2023 05 29 tarixinde Istifade tarixi 2023 07 28 Sehid sehiddir bes boluculuk nedir modern az 2023 07 28 tarixinde Istifade tarixi 2023 07 28 51 20 Yanvar sehidi fexri adi haqqinda Esasnamenin tesdiq edilmesi barede e qanun az 2022 12 23 tarixinde Istifade tarixi 2023 07 28 345 VIQD Herbi qulluqcularin statusu haqqinda Sehid adinin ebedilesdirilmesi ve sehid ailelerine edilen guzestler haqqinda ve Cernobil qezasinin legvinde istirak etmis ve hemin qeza neticesinde zerer cekmis vetendaslarin statusu ve sosial mudafiesi haqqinda Azerbaycan Respublikasinin qanunlarinda deyisiklik edilmesi barede e qanun az 2023 06 10 tarixinde Istifade tarixi 2023 07 28 652 IIQD Azerbaycan Respublikasi Emek Mecellesinin tesdiq edilmesi quvveye minmesi ve bununla bagli huquqi tenzimleme meseleleri haqqinda Azerbaycan Respublikasi Qanununun tetbiqi ile elaqedar Azerbaycan Respublikasinin bezi qanunvericilik aktlarina deyisiklikler ve elaveler edilmesi barede e qanun az 2023 06 07 tarixinde Istifade tarixi 2023 07 28 382 VIQD Sehid adinin ebedilesdirilmesi ve sehid ailelerine edilen guzestler haqqinda ve Valideynlerini itirmis ve valideyn himayesinden mehrum olmus usaqlarin sosial mudafiesi haqqinda Azerbaycan Respublikasinin qanunlarinda deyisiklik edilmesi barede e qanun az 2023 03 23 tarixinde Istifade tarixi 2023 07 28 630 VIQD Sehid adinin ebedilesdirilmesi ve sehid ailelerine edilen guzestler haqqinda Azerbaycan Respublikasinin Qanununda deyisiklik edilmesi barede e qanun az 2023 03 24 tarixinde Istifade tarixi 2023 07 28 YASAT Fondunun Himayecilik Surasinin terkibi tesdiqlendi az musavat com 2021 09 28 tarixinde Istifade tarixi 3 iyun 2021 Vezife borcunu yerine yetirerken helak olan polislere sehid statusu verilmelidirmi MUZAKIRE Hafta az Qezada olen herbcilere hansi halda sehid statusu verile biler 26 okt 2022 2022 11 05 tarixinde Istifade tarixi 2023 07 28 525 ci qezet Helak olan ANAMA emekdaslarina sehid statusu verilsin TEKLIF 2023 05 13 tarixinde Istifade tarixi 2023 07 28 TV Meydan Vetendas cemiyyeti sehidlerin statusu haqqinda qanun teklifi 15 apr 2016 28 July 2023 tarixinde Istifade tarixi 28 July 2023 Vetendas cemiyyeti sehidlerin statusu haqqinda qanunun qebulunu teklif edir c TURAN INFORMASIYA AGENTLIYI 2023 07 28 tarixinde Istifade tarixi 2023 07 28 Arxivlenmis suret 2022 10 15 tarixinde Istifade tarixi 2023 07 28 Sebuhinin qardasina sehid ailesi statusu verildi Foto Avrasiya Net 2023 07 28 tarixinde Istifade tarixi 2023 07 28