Azərbaycanda oxçuluq və ya kamandan oxatma qədim tarixə malikdir. Müasir idman növü olaraq isə sovet dövründən inkişaf etmişdir. Azərbaycan Yay Olimpiadasında oxatma üzrə ilk dəfə 2016-cı ildə çıxış etmişdir.
Arxa plan
Arxeoloji mədəniyyətlər
Qafqaz Albaniyası ordusu
Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı.
Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır. Mingəçevirdə e.ə. III-I əsrlər təbəqəsində bişmiş gildən olan ox ucluqları aşkar edilmişdir. Yaloylutəpə tipli torpaq qəbirlərin birində (Çuxur Qəbələ yaxınlığında) çoxlu miqdarda saplaqlı üçpərli ox ucluqları üzə çıxarılmışdır.
Görünür, Albaniya ərazisində də saplaqlı üçpərli ox ucluqları e.ə. I əsrin başlanğıcında Orta Asiya və Parfiya vasitəsilə yayılmışdır. Ucluqların bir qismi buraya sarmat tayfaları ilə gəlib çıxa bilərdi. Güman etmək olar ki, qədim albanlar qarğı oxlar da işlədirdilər. Parfiya tayfalarında skif yayı (kamanı) əsas yer tutur, sikkələrdə, ritonlarda və başqa əşyalarda təsvir olunurdu. Bu kaman uzunluğu 60-70 santimetrdən çox olmayan oxlar üçün idi. Eraların ayrıcında skif kamanı ilə yanaşı daha mürəkkəb hun kamanı tətbiq edilirdi, onun uzunluğu 120 santimetrdən 160 santimetrə qədərdi, üzərində qoyma sümüklər vardı. Daha yüngül və daha ağır ucluqların olması antik Albaniyada yüngül və ağır kamanların mövcudluğunu güman etməyə imkan verir. Bunlarla həm süvarilər, həm də piyada qoşun silahlanmışdı.
Tarixi
Umay Ananın vəzifələrini etnik-mədəni çərçivədə həyata keçirən Fatma Qarı Azərbaycan inanclarında belində oxu və yayı olan bir varlıq şəklində göstərilir. Fatma qarı yayın göyə tutanda bolluq, yerə tutanda qıtlıq olur.
Koroğlu dastanında Koroğlu Dəmirçioğlunu sınamaq məqsədilə almanın saplağına bir üzük taxıb onun başına qoyur və qırx oxun hamısını üzüyün halqasından keçirir. Təkcə bu səhnə ox atıcılığında Koroğlunun necə böyük ustalığa malik olduğunu aydın göstərir. Koroğlu dəliləri də ox atmaqda çox ustadılar. Dəlilər Bağdadda oxla durna, Bayaziddə isə ceyran ovlayırlar. Hər iki səfərdəki təsvirlərdən dəlilərin ox atıcılığında necə böyük ustalığa yiyələndikləri aydın görünür.
1969–1970-ci illərdə inkişaf etməyə başlamışdır. “Məhsul”, “Spartak”, “Lokomotiv” və s. idman cəmiyyətlərində oxatma bölmələri açılmışdır. V.Maksimov, S.Yusifova, S.İsmayılova, N.Hüseynova, O.Saraykina, E.Hacıyev və b. SSRİ kuboku, ümumittifaq və beynəlxalq yarışların qalibi və mükafatçıları olmuşlar.
Azərbaycan Kamandan Oxatma Federasiyası 1993-ci ildə Bakıda təsis edilmişdir. 2013-cü ildə İslam Həmrəyliyi oyunlarında Roman Vengerov, Aleksey Korpin və Zaur Qəhramanov komanda şəklində gümüş medal qazandılar. 2016-cı ildə Azərbaycan ilk dəfə Yay Olimpiada Oyunlarında kamandan oxatma üzrə iştirak etmişdir.
2019-cu ildə keçirilən Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında digər milli oyunlarla birlikdə ox atma da keçirilmişdir.
Növləri
Atla oxatma Azərbaycan meydan tamaşalarına daxil idi. Ox yarışlarında yüksək yerdən atılan almanı havada vurmaq, qırx oxu eyni hədəfdən keçirmək, üzük halqasından ox keçirmək və s. şərtlər yerinə yetirilirdi. At üstündə oxatma uzun müddətli məşqlərlə həm oyunçunun, həm də atın səriştə qazanmasını tələb edən bir oyun növüdür. Bu oyunda atın hürkməməsi üçün onu yavaş-yavaş alışdırmaq, əvvəlcə atdan uzaqda oxatma təlimlərinə başlamaq, yavaş-yavaş ata yaxınlaşaraq məşq etmək və nəhayət, at üzərində təlimlərə davam etmək lazımdır. Məşqlər zamanı atın oxu və yayı qoxulamasına izin verilməlidir. Mahir ox atanlar hətta hədəfi atın boynunun altından nişan alaraq vura bilirlər.
Atla oxatma növlərindən biri olan qopuq zadəgan sinfinin saraylarda oynadığı idman növü idi. Hündür dirəyin başına qoyulmuş qızıl 140 cam oxla vurulub salınmalı idi. Sanki dirəkdən cam qoparılırdı, oyunun adı da buradan yaranmışdır. Bu oyun hərbi əhəmiyyətli oyun kimi çox şöhrət qazanmışdı və igidlik sınağı sayılırdı.
Atlı oxatmaya başqa bir misal olaraq piyalə və ox oyununu nümunə göstərmək olar. Bu oyun daha sadə insanlar arasında oynanılır və qızıl camı piyalə əvəz edirdi. Oyunda məqsəd xüsusi dirəyin üzərindəki piyaləni atı çaparaq oxla vurmaqdır. Burada nişangah piyalə və ya hər hansı bir əşya da ola bilər. Bu oyun bir neçə variantda oynanılır. Piyalə və ox oyunu iştirakçılardan dəqiqlik və cəldlik tələb edir. Atın üstündə sürətlə hərəkət edərkən piyaləni dəqiq nişan almaq üçün həm də sərrastlıq tələb olunur.
Kamandan oxatma oyunlarında
Adı | İdmançı sayı | Nəticə |
---|---|---|
2011 Dünya Oxatma Çempionatı | 3 | |
2012 Yay Paralimpiya Oyunları | 1 | |
2013 İslam Həmrəyliyi Oyunları | 3 | Gümüş medal (komanda şəklində) |
2015 Dünya Oxatma Çempionatı | 2 | |
2015 Avropa Oyunları | 6 | |
2016 Yay Olimpiya Oyunları | 1 | |
2016 Yay Paralimpiya Oyunları | 1 | |
2019 Avropa Oyunları | 1 |
İstinadlar
- Алиев К.Г. Албанское войско и его вооружение//ДАН АзССР, 1957, № 8.
- Исмизаде О.Ш. Ялойлутепинская культура. Баку, 1956. История Азербайджана, т. 1, Баку, 1958
- Халилов Дж.А., Бабаев И.А. Античные традиции в материальной культуре Кавказской Албании.//Сб. Античность и античные традиции в культуре и искусстве народов Советского Востока, М., 1978
- Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
- İSLAM COĞRAFİYASINDA VƏ AZƏRBAYCANDA XALQ OYUNLARI VƏ MEYDAN TAMAŞALARI, Bakı: AMEA Folklor İnstitutu, 2016 (#first_missing_last)
- Əskər, Nailə, İSLAM COĞRAFİYASI VƏ AZƏRBAYCANDA OYUNLAR, Bakı: AMEA Folklor İnstitutu, 2017
Mənbə
- "Azərbaycan Kamandan Oxatma Federasiyası". Azərbaycan Milli Ensiklopediyası: [25 cilddə]. II cild (10 000 nüs.). Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi. baş red. M. K. Kərimov. 2010. səh. 526. .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycanda oxculuq ve ya kamandan oxatma qedim tarixe malikdir Muasir idman novu olaraq ise sovet dovrunden inkisaf etmisdir Azerbaycan Yay Olimpiadasinda oxatma uzre ilk defe 2016 ci ilde cixis etmisdir 2015 Avropa Oyunlarina hesr edilmis xatire sikkesiArxa planArxeoloji medeniyyetler Boyali Qablar medeniyyeti Xocali Gedebey medeniyyetiQafqaz Albaniyasi ordusu Samaxi yaxinliginda yerlesen Qafqaz Albaniyasi dovrune aid Xinisli yasayis yerinden askarlanmis mis qab Antik muellif hucum ve mudafie silahlari haqqinda melumat qoyub getmisdir Meselen qeyd edilir ki albanlarda zirehleri ve uzun dordkunc qalxanlari olan nizeciler ve oxatanlar vardi Akontistler nizeciler ve toksotlar oxatanlar vardisa demeli nizeler ve oxlar da olmali idi Arxeoloji material yazicilarin dediklerini tesdiq edir Albaniya erazisinde coxlu silah askar edilmisdir ve bunun xeyli hissesi kup katakomba ve taxta qebirler medeniyyetinin dasiyicilarina mexsusdur O dovrde ucperli saplaqli demir ox ucluqlari oymaqli cixintili tunc ucluqlari habele daha erken dovr eramizdan evvel VII VI esrler ucun seciyyevi olan oymaqli ucuzlu tunc ve sumuk ucluqlari sixisdirib aradan cixartmisdi Bununla yanasi kup qebirlerin birinden evvelki vaxtlarin tunc oxlarina nisbeten daha seliqeli hazirlanmis tunc ox uclugu tapilmisdir Mingecevirde e e III I esrler tebeqesinde bismis gilden olan ox ucluqlari askar edilmisdir Yaloylutepe tipli torpaq qebirlerin birinde Cuxur Qebele yaxinliginda coxlu miqdarda saplaqli ucperli ox ucluqlari uze cixarilmisdir Gorunur Albaniya erazisinde de saplaqli ucperli ox ucluqlari e e I esrin baslangicinda Orta Asiya ve Parfiya vasitesile yayilmisdir Ucluqlarin bir qismi buraya sarmat tayfalari ile gelib cixa bilerdi Guman etmek olar ki qedim albanlar qargi oxlar da isledirdiler Parfiya tayfalarinda skif yayi kamani esas yer tutur sikkelerde ritonlarda ve basqa esyalarda tesvir olunurdu Bu kaman uzunlugu 60 70 santimetrden cox olmayan oxlar ucun idi Eralarin ayricinda skif kamani ile yanasi daha murekkeb hun kamani tetbiq edilirdi onun uzunlugu 120 santimetrden 160 santimetre qederdi uzerinde qoyma sumukler vardi Daha yungul ve daha agir ucluqlarin olmasi antik Albaniyada yungul ve agir kamanlarin movcudlugunu guman etmeye imkan verir Bunlarla hem suvariler hem de piyada qosun silahlanmisdi TarixiUmay Ananin vezifelerini etnik medeni cercivede heyata keciren Fatma Qari Azerbaycan inanclarinda belinde oxu ve yayi olan bir varliq seklinde gosterilir Fatma qari yayin goye tutanda bolluq yere tutanda qitliq olur Koroglu dastaninda Koroglu Demircioglunu sinamaq meqsedile almanin saplagina bir uzuk taxib onun basina qoyur ve qirx oxun hamisini uzuyun halqasindan kecirir Tekce bu sehne ox aticiliginda Koroglunun nece boyuk ustaliga malik oldugunu aydin gosterir Koroglu delileri de ox atmaqda cox ustadilar Deliler Bagdadda oxla durna Bayazidde ise ceyran ovlayirlar Her iki seferdeki tesvirlerden delilerin ox aticiliginda nece boyuk ustaliga yiyelendikleri aydin gorunur 1969 1970 ci illerde inkisaf etmeye baslamisdir Mehsul Spartak Lokomotiv ve s idman cemiyyetlerinde oxatma bolmeleri acilmisdir V Maksimov S Yusifova S Ismayilova N Huseynova O Saraykina E Haciyev ve b SSRI kuboku umumittifaq ve beynelxalq yarislarin qalibi ve mukafatcilari olmuslar Azerbaycan Kamandan Oxatma Federasiyasi 1993 ci ilde Bakida tesis edilmisdir 2013 cu ilde Islam Hemreyliyi oyunlarinda Roman Vengerov Aleksey Korpin ve Zaur Qehramanov komanda seklinde gumus medal qazandilar 2016 ci ilde Azerbaycan ilk defe Yay Olimpiada Oyunlarinda kamandan oxatma uzre istirak etmisdir 2019 cu ilde kecirilen Gedebeyde kecirilen Milli Yaylaq Festivalinda diger milli oyunlarla birlikde ox atma da kecirilmisdir NovleriAtla oxatma Azerbaycan meydan tamasalarina daxil idi Ox yarislarinda yuksek yerden atilan almani havada vurmaq qirx oxu eyni hedefden kecirmek uzuk halqasindan ox kecirmek ve s sertler yerine yetirilirdi At ustunde oxatma uzun muddetli mesqlerle hem oyuncunun hem de atin seriste qazanmasini teleb eden bir oyun novudur Bu oyunda atin hurkmemesi ucun onu yavas yavas alisdirmaq evvelce atdan uzaqda oxatma telimlerine baslamaq yavas yavas ata yaxinlasaraq mesq etmek ve nehayet at uzerinde telimlere davam etmek lazimdir Mesqler zamani atin oxu ve yayi qoxulamasina izin verilmelidir Mahir ox atanlar hetta hedefi atin boynunun altindan nisan alaraq vura bilirler Atla oxatma novlerinden biri olan qopuq zadegan sinfinin saraylarda oynadigi idman novu idi Hundur direyin basina qoyulmus qizil 140 cam oxla vurulub salinmali idi Sanki direkden cam qoparilirdi oyunun adi da buradan yaranmisdir Bu oyun herbi ehemiyyetli oyun kimi cox sohret qazanmisdi ve igidlik sinagi sayilirdi Atli oxatmaya basqa bir misal olaraq piyale ve ox oyununu numune gostermek olar Bu oyun daha sade insanlar arasinda oynanilir ve qizil cami piyale evez edirdi Oyunda meqsed xususi direyin uzerindeki piyaleni ati caparaq oxla vurmaqdir Burada nisangah piyale ve ya her hansi bir esya da ola biler Bu oyun bir nece variantda oynanilir Piyale ve ox oyunu istirakcilardan deqiqlik ve celdlik teleb edir Atin ustunde suretle hereket ederken piyaleni deqiq nisan almaq ucun hem de serrastliq teleb olunur Kamandan oxatma oyunlarindaAdi Idmanci sayi Netice2011 Dunya Oxatma Cempionati 32012 Yay Paralimpiya Oyunlari 12013 Islam Hemreyliyi Oyunlari 3 Gumus medal komanda seklinde 2015 Dunya Oxatma Cempionati 22015 Avropa Oyunlari 62016 Yay Olimpiya Oyunlari 12016 Yay Paralimpiya Oyunlari 12019 Avropa Oyunlari 1IstinadlarAliev K G Albanskoe vojsko i ego vooruzhenie DAN AzSSR 1957 8 Ismizade O Sh Yalojlutepinskaya kultura Baku 1956 Istoriya Azerbajdzhana t 1 Baku 1958 Halilov Dzh A Babaev I A Antichnye tradicii v materialnoj kulture Kavkazskoj Albanii Sb Antichnost i antichnye tradicii v kulture i iskusstve narodov Sovetskogo Vostoka M 1978 Turk Mitolojisi Ansiklopedik Sozluk Celal Beydili 2003 Yurt Yayinevi turk ISLAM COGRAFIYASINDA VE AZERBAYCANDA XALQ OYUNLARI VE MEYDAN TAMASALARI Baki AMEA Folklor Institutu 2016 first missing last Esker Naile ISLAM COGRAFIYASI VE AZERBAYCANDA OYUNLAR Baki AMEA Folklor Institutu 2017Menbe Azerbaycan Kamandan Oxatma Federasiyasi Azerbaycan Milli Ensiklopediyasi 25 cildde II cild 10 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi bas red M K Kerimov 2010 seh 526 ISBN 978 9952 441 05 5