Azərbaycanda bələdiyyə seçkiləri (2019) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçirilmiş sayca 5-ci ümumrespublika seçkisidir. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir.
Növbəti → | ||||
Azərbaycanda bələdiyyə seçkiləri | ||||
---|---|---|---|---|
23 dekabr 2019 | ||||
Seçici fəallığı | 32.69% | |||
Rəhbər | İlham Əliyev | Fəzail Ağamalı | Asim Mollazadə | |
Partiya | Yeni Azərbaycan Partiyası | Ana Vətən Partiyası | Demokratik İslahatlar Partiyası | |
Tutulan yerlər | 10 432 | 187 | 35 | |
Dəyişən yerlərin sayı | ▲ 117 | ▼ 5 | ||
Əvvəlki yerlərin sayı | 10 315 | 192 | ||
Rəhbər | Sabir Rüstəmxanlı | Fərəc Quliyev | ||
Partiya | Vətəndaş Həmrəyliyi Partiyası | Milli Dirçəliş Hərəkatı Partiyası | ||
Tutulan yerlər | 6 | 1 | ||
Dəyişən yerlərin sayı | ▲ 6 | ▬ | ||
Əvvəlki yerlərin sayı | 0 | 1 |
Zəmin
Seçki sistemi
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 999-dək olan ərazilərdə 7, 1000-dən 4.999-dək olan ərazilərdə 9, 5000-dən 9999-dək olan ərazilərdə 11, 10000-dən 19999-dək olan ərazilərdə 13, 20000-dən 49999-dək olan ərazilərdə 15, 50000-dən 99999-dək olan ərazilərdə 17, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Namizədlər əhalisi 99999-dan çox olan ərazidə 150, əhalisi 49999-dan çox olan ərazidə 100, əhalisi 19999-dan çox olan ərazidə 75, 9999-dan çox olan ərazidə 50, əhalisi 4999-dan çox olan ərazidə 30, əhalisi 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır. Bir şəxs birdən çox namizəd üçün imza verə bilər.
Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, seçki nəticələri ləğv edilmiş bələdiyyələrdə, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir. Əgər ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan çox qalmışsa həmin bələdiyyələrə keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni bələdiyyə seçkiləri nəticəsində formalaşan bələdiyyələrin birinci iclas günü başa çatır.
Dairə seçki komissiyası qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyəyə seçkilərini baş tutmamış hesab edir. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə və həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdikdə seçki nəticələri etibarsız sayılır.
Bələdiyyə seçkiləri baş tutmadıqda və ya etibarsız sayıldıqda, həmçinin "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrae seçkilər təyin olunur. Bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda isə Mərkəzi Seçki Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir. Bələdiyyə üzvü vəfat etdikdə və ya onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə dairə seçki komissiyasının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyasının qərarı ilə yeni seçkilər keçirilir.
Partiyalardakı vəziyyət
Respublikaçı Alternativ Partiyası 2018-ci ilin aprel ayında I Təsis Qurultayını keçirərək sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmiş, lakin sənədlərdə problem olduğu üçün qeydiyyat baş tutmamışdır. Partiya sədri İlqar Məmmədov 2018-ci ildə həbsdən azad edildi. Partiya seçkilərə qatılmaq istəsə də, rəsmi dövlət qeydiyyatı olmadığı üçün partiya olaraq seçkilərə qatıla bilməmişdir.
2015-ci ildə Etimad Qurultayı keçirərək Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddiaçı olan Razi Nurullayev rəhbərliyindəki partiya seçkilərə qatılmaqla bağlı qərar almışdır, lakin partiya rəsmi dövlət qeydiyyatında olmadığı üçün bu mümkün olmamışdır.
Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vahid Azərbaycan Partiyası bələdiyyələri effektiv orqanlar hesab etmədiyi üçün seçkilərə qatılmama qərarı almış, lakin üzvlərinə namizəd olmaqda sərbəstlik vermişdir.
Ədalət Partiyası, Müsavat Partiyası və Vətəndaş və İnkişaf Partiyası isə seçkilərdə iştirakdan imtina etmişdir.
Namizədlər
Bələdiyyə seçkilərində iştirak üçün 41 463 namizəd qeydiyyatdan keçmiş, rəsmi olaraq isə 13 partiya iştirak qərarı almışdır:
Siyasi partiya | Namizəd sayısı |
---|---|
Milli Dirçəliş Hərəkatı Partiyası | 263 |
Ana Vətən Partiyası | 400-ə yaxın |
Azərbaycan Demokratik Maarifçilik Partiyası | |
Azərbaycan Respublikaçılar Partiyası | |
Azərbaycan Sosial Demokrat Partiyası | 21 |
Azərbaycan Ümid Partiyası | 500-dən çox |
Böyük Quruluş Partiyası | 200-ə yaxın |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | 200-ə yaxın |
Demokratik İslahatlar Partiyası | 70-ə yaxın |
Vəhdət Partiyası | |
Vətəndaş Birliyi Partiyası | |
Vətəndaş Həmrəyliyi Partiyası | |
Yeni Azərbaycan Partiyası | 14 mindən çox |
4 noyabr 2019-cu il tarixinə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov öz Facebook səhifəsində paylaşdığı statusla bütün siyasi partiyaları seçkilərdə iştiraka səsləmişdir.
Yeni Azərbaycan Partiyası bu seçkilərə "Xalq üçün!" şüarı ilə qatılmışdır.
Seçkilər
Bələdiyyə seçkiləri 118 seçki dairəsi və 5049 seçki məntəqəsi üzrə keçirilmiş, 15 min 156 bələdiyyə üzvünün seçilməsi üçün 1606 bələdiyyəni əhatə etmişdir. Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində — Dağlıq Qarabağ regionunda, Ağdərə, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarında tam, Ağdam və Füzuli rayonlarının isə işğal altında olan hissəsində bələdiyyə seçkilərinin keçirilməsi qeyri-mümkün olmuşdur. İşğal olunmuş ərazilər istisna olmaqla, respublikanın bütün coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində (respublika üzrə məntəqələrin təxminən 20%-də) veb-kameralar quraşdırılmışdır. Seçkiləri 17 beynəlxalq müşahidəçi ilə yanaşı, müxtəlif siyasi partiyalar, qeydə alınmış namizədləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda öz təşəbbüsləri ilə seçkilərə qatılmış 52 636 yerli müşahidəçi, həmçinin respublikada fəaliyyət göstərən yerli və xarici kütləvi informasiya vasitələrinin çoxsaylı nümayəndələri şəkildə izləmişdir.
Saat | Ümumi |
---|---|
10:00 | |
12:00 | |
15:00 | |
17:00 | |
Yekun |
Nəticələr
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri baş tutmuşdur. İlkin nəticələrə əsasən seçilmiş bələdiyyə üzvlərindən 5882 nəfəri qadın, 9272 nəfəri isə kişi olmuşdur. Bu, Azərbaycan tarixində qadınların bələdiyyə təmsilçiliyində rekord göstəricidir.
Nəticələrə əsasən 32 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün, həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı öz fəaliyyətində yol verdiyi nöqsanlara görə 12 seçki məntəqəsi məntəqə seçki komissiyası buraxılmışdır. Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları ilə 6, 11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının qərarı ilə 1 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmış, Mərkəzi Seçki Komissiyasının 5 yanvar 2020-ci il tarixli 3/16 saylı qərarı ilə isə 2 məntəqə seçki komissiyası buraxılmışdır. Ümumilikdə 39 seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək qeyri-mümkün olmuş və 9 bələdiyyə üzrə (o cümlədən 1 bələdiyyə üzrə səsvermənin nəticələri Mərkəzi Seçki Komissiyasının 31 dekabr 2019-cu il tarixli 26/143 saylı qərarı ilə etibarsız hesab olunmuşdur) səsvermənin nəticələri etibarsız hesab edilmişdir. İki bələdiyyənin hər biri üzrə 2 qeydə alınmış namizədin lehinə verilmiş səslərin sayı bərabər olduğundan həmin bələdiyyələrin tam tərkibdə formalaşması mümkün olmamışdır. Ümumilikdə müəyyən edilmişdir ki, 9 bələdiyyə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi nəzərə alınmaqla 15 075 nəfər bələdiyyə üzvü seçilmiş, nəticədə 1 595 bələdiyyə tam tərkibdə formalaşmış, 2 bələdiyyə isə tam tərkibdə formalaşmamışdır.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 11 yanvar 2020-ci il tarixli yekun iclasında alınan qərara əsasən 1606 bələdiyyədən 9-unun və 39 məntəqə seçki komissiyasının seçki nəticələri ləğv olunmuşdur. Həmçinin, 2 bələdiyyənin tam formalaşdırılmadığı, 2-sinin isə üzvlərinin sayının 2/3-nün tam formalaşdırılmadığı yekun protokolda qeyd olunmuşdur. Komissiya tərəfindən 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə Varxan bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə Ağdaş bələdiyyəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Boşçalılar bələdiyyəsi, 81 saylı Beyləqan seçki dairəsi üzrə Təzəkənd bələdiyyəsi və Milabad bələdiyyəsi, 82 saylı Ağcabədi seçki dairəsi üzrə Şənlik bələdiyyəsi, 86 saylı İsmayıllı seçki dairəsi üzrə Tağlabiyan bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə Nəmirli bələdiyyəsi, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə isə Xosrov bələdiyyəsi üçün keçirilmiş seçkilərin nəticələri etibarsız hesab olunmuşdur. Həmçinin, 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Şərq bələdiyyəsinin, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə isə Gurbulaq bələdiyyəsinin tam tərkibdə formalaşmadığı qərara alınmışdır.
Ümumi
Etibarlı | Etibarsız | Ümumi | |
Bələdiyyə sayı | 1597 | 9 | 1606 |
Üzv sayı | 15 075 | 81 | 15 156 |
Dairə sayı | 118 | 0 | 118 |
Seçici sayı | - | - | 4 976 858 |
Səslər | 1 612 572 | 13 338 | 1 626 910 |
Seçici fəallığı | - | - | 32.69 |
Partiyalara görə
2019-cu il dekabrın 23-də keçirilmiş seçkilərində seçilmiş üzvlərin siyasi partiyalara görə bölgüsü aşağıdakı kimi olmuşdur:
Siyasi partiya | Sədr | Bələdiyyə üzvü sayı | |
---|---|---|---|
Yeni Azərbaycan Partiyası | İlham Əliyev | 10.432 / 15.075 | |
Ana Vətən Partiyası | Fəzail Ağamalı | 187 / 15.075 | |
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası | Asim Mollazadə | 35 / 15.075 | |
Vətəndaş Həmrəyliyi Partiyası | Sabir Rüstəmxanlı | 6 / 15.075 | |
Milli Dirçəliş Hərəkatı Partiyası | Fərəc Quliyev | 1 / 15.075 | |
Azərbaycan Sosial Rifah Partiyası | Xanhüseyn Kazımlı | ||
Böyük Quruluş Partiyası | Fazil Mustafa | ||
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Qüdrət Həsənquliyev | ||
Vətəndaş Birliyi Partiyası | Sabir Hacıyev | ||
Azərbaycan Ümid Partiyası | İqbal Ağazadə | 0 / 15.075 | |
Azərbaycan Milli İstiqlal Partiyası | Arzuxan Əlizadə | 0 / 15.075 |
İstinadlar
- "2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". 2023-08-10 tarixində . İstifadə tarixi: 2023-08-08.
- "AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİ". 2022-11-29 tarixində . İstifadə tarixi: 2023-05-07.
- "REAL Partiyası bələdiyyə seçkilərində iştirak edəcək". 2021-01-21 tarixində . İstifadə tarixi: 2023-07-15.
- "AXCP bələdiyyə seçkilərinə ciddi hazırlaşır - Kamil Babayev". Olkepress.com (az.). 2022-05-26 tarixində . İstifadə tarixi: 2023-07-15.
- "Bəzi partiyalar bələdiyyə seçkilərini boykot edir, bəziləri isə əhəmiyyətsiz sayır". 2023-07-19 tarixində . İstifadə tarixi: 2023-07-15.
- "Bələdiyyə seçkilərində iştirak üçün 10 partiya müraciət edib". AzToday (az.). 2019-11-02. 2023-07-19 tarixində . İstifadə tarixi: 2023-07-15.
- "Kim bələdiyyə seçkilərində iştirak edəcək?". 2023-06-04 tarixində . İstifadə tarixi: 2023-07-15.
- "Müsavat Partiyası bələdiyyə seçkiləri ilə bağlı qərar verdi". Pravda.az. 2019-11-08 tarixində . İstifadə tarixi: 2023-07-15.
- modern.az. "Daha bir partiya bələdiyə seçkilərindən imtina etdi". modern.az (az.). 2023-07-19 tarixində . İstifadə tarixi: 2023-07-15.
- "Ədalət Partiyası bələdiyyə seçkilərindən imtina etdi". Xalq Cəbhəsi Qəzeti | Bütöv Azərbaycanın qəzeti (az.). 2014-11-04. 2021-10-25 tarixində . İstifadə tarixi: 2023-07-15.
- "Azərbaycanda bələdiyyə seçkiləri keçirilir". © TURAN İNFORMASİYA AGENTLİYİ (az.). 2023-07-19 tarixində . İstifadə tarixi: 2023-07-15.
- . musavat.com. Archived from the original on 2023-12-08. İstifadə tarixi: 2023-10-06.
- modern.az. "Partiyalar namizədlərinin sayını açıqladı - SİYAHI". modern.az (az.). 2023-07-19 tarixində . İstifadə tarixi: 2023-07-15.
- "2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası növbəti parlaq və inamlı qələbəsini qazandı". 2023-07-10 tarixində . İstifadə tarixi: 2023-07-15.
- ONA.az. "Əli Əhmədov bütün partiyaları bələdiyyə seçkilərinə qatılmağa çağırıb". ONA (az.). 2021-07-27 tarixində . İstifadə tarixi: 2023-07-15.
- "2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası növbəti parlaq və inamlı qələbəsini qazandı". 2023-07-10 tarixində . İstifadə tarixi: 2023-07-15.
- "23 dekabr 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolu" (PDF). 2022-07-15 tarixində (PDF). İstifadə tarixi: 2023-07-15.
- "Bələdiyyə üzvü seçilən qadınların sayı artıb". 2022-12-07 tarixində . İstifadə tarixi: 2023-07-15.
- "2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin siyahısı" (PDF). 2023-06-01 tarixində (PDF). İstifadə tarixi: 2023-07-15.
- "Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri etibarsız hesab edilmiş bələdiyyələrin siyahısı" (PDF). 2022-07-15 tarixində (PDF). İstifadə tarixi: 2023-07-15.
- "2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində tam tərkibdə formalaşmamış bələdiyyələrin siyahısı" (PDF). 2022-07-15 tarixində (PDF). İstifadə tarixi: 2023-07-15.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycanda belediyye seckileri 2019 Azerbaycanda yerli ve seckili idareetme orqanlari olan belediyyelere kecirilen seckiler Bu Azerbaycanda belediyyeler ucun kecirilmis sayca 5 ci umumrespublika seckisidir Seckiler majoritar qaydada kecirilmis ve seciciler terefinden seckilerde yalnizca belediyye uzvleri secilmisdir Quvvede olan qanunlara esasen belediyye sedrleri seckiler neticesinde formalasmis belediyyelerin ilk iclasinda secilmis belediyye uzvleri terefinden secilir Novbeti Azerbaycanda belediyye seckileri23 dekabr 2019Secici fealligi 32 69 Rehber Ilham Eliyev Fezail Agamali Asim MollazadePartiya Yeni Azerbaycan PartiyasiAna Veten PartiyasiDemokratik Islahatlar PartiyasiTutulan yerler 10 43218735Deyisen yerlerin sayi 117 5Evvelki yerlerin sayi 10 315192Rehber Sabir Rustemxanli Ferec QuliyevPartiya Vetendas Hemreyliyi PartiyasiMilli Dircelis Herekati PartiyasiTutulan yerler 61Deyisen yerlerin sayi 6 Evvelki yerlerin sayi 01ZeminSecki sistemiAzerbaycan Respublikasinin Secki Mecellesine esasen Azerbaycan Respublikasinda yerli ozunuidareni heyata keciren belediyyelerin uzvleri nisbi coxluq sistemi esasinda coxmandatli secki daireleri uzre secilir Ehalisi 500 den az olan erazilerde 5 500 den 999 dek olan erazilerde 7 1000 den 4 999 dek olan erazilerde 9 5000 den 9999 dek olan erazilerde 11 10000 den 19999 dek olan erazilerde 13 20000 den 49999 dek olan erazilerde 15 50000 den 99999 dek olan erazilerde 17 100000 den 299999 dek olan erazilerde 19 belediyye uzvu secilir Belediyyelerin selahiyyet muddeti 5 ildir Seckilerde istirak etmek huququna malik olan ve muvafiq secki dairesinde daimi yasayan Azerbaycan Respublikasinin vetendaslari belediyyelere uzv secile bilerler Namizedler ehalisi 99999 dan cox olan erazide 150 ehalisi 49999 dan cox olan erazide 100 ehalisi 19999 dan cox olan erazide 75 9999 dan cox olan erazide 50 ehalisi 4999 dan cox olan erazide 30 ehalisi 4999 dan az olan erazide 15 secici imzasi toplamalidir Bir sexs birden cox namized ucun imza vere biler Belediyyelerin selahiyyet muddetinin hesablanmasi sesvermenin kecirildiyi gunden baslanir ve yeni secilen belediyyelerin birinci iclas gunu basa catir Olke uzre belediyye seckilerinin kecirilmesine 6 aydan az muddet qalarsa secki neticeleri legv edilmis belediyyelerde habele yeni yaradilmis birlesmis ayrilmis yaxud vaxtindan evvel buraxilmis belediyyelere seckiler olke uzre belediyyelere seckiler zamani kecirilir Eger olke uzre belediyye seckilerinin kecirilmesine 6 aydan cox qalmissa hemin belediyyelere kecirilen seckiler neticesinde formalasan belediyyelerin selahiyyet muddeti olke uzre yeni belediyye seckileri neticesinde formalasan belediyyelerin birinci iclas gunu basa catir Daire secki komissiyasi qeyde alinmis namizedlerin lehine verilen seslerin sayi beraber olduqda belediyyeye seckilerini bas tutmamis hesab edir Daire secki komissiyasi ve ya Merkezi Secki Komissiyasi belediyye uzre sesverme zamani sesvermenin neticeleri etibarsiz sayilmis secki menteqelerinin sayi hemin belediyyenin erazisinde olan secki menteqelerinin umumi sayinin 2 5 hissesinden coxunu teskil etdikde ve ya legv edildikde ve hemin secki menteqelerinde secicilerin sayi belediyye uzre qeyde alinmis secicilerin umumi sayinin 1 4 den coxunu teskil etdikde secki neticeleri etibarsiz sayilir Belediyye seckileri bas tutmadiqda ve ya etibarsiz sayildiqda hemcinin Belediyyelerin erazileri ve torpaqlari haqqinda Azerbaycan Respublikasinin Qanunu ile belediyye erazilerinin deyisdirilmesi neticesinde muvafiq belediyyenin erazisinde yasayan ve sesverme huququna malik olan vetendaslarin sayi 25 faizden artiq azaldiqda ve ya coxaldiqda tekrae seckiler teyin olunur Belediyye uzvleri tam terkibde secilmedikde yaxud onlarin selahiyyetlerine vaxtindan evvel xitam verildikde ve bunun neticesinde belediyyenin terkibi 2 3 hisseden az olduqda ise Merkezi Secki Komissiyasinin qerari ile elave seckiler kecirilir Belediyye uzvu vefat etdikde ve ya onun selahiyyetlerine vaxtindan evvel xitam verildikde daire secki komissiyasinin teqdimatina esasen Merkezi Secki Komissiyasinin qerari ile yeni seckiler kecirilir Partiyalardaki veziyyetRespublikaci Alternativ Partiyasi 2018 ci ilin aprel ayinda I Tesis Qurultayini kecirerek senedlerini Edliyye Nazirliyine teqdim etmis lakin senedlerde problem oldugu ucun qeydiyyat bas tutmamisdir Partiya sedri Ilqar Memmedov 2018 ci ilde hebsden azad edildi Partiya seckilere qatilmaq istese de resmi dovlet qeydiyyati olmadigi ucun partiya olaraq seckilere qatila bilmemisdir 2015 ci ilde Etimad Qurultayi kecirerek Azerbaycan Xalq Cebhesi Partiyasi adina iddiaci olan Razi Nurullayev rehberliyindeki partiya seckilere qatilmaqla bagli qerar almisdir lakin partiya resmi dovlet qeydiyyatinda olmadigi ucun bu mumkun olmamisdir Azerbaycan Demokrat Partiyasi Azerbaycan Xalq Partiyasi Azerbaycan Milli Istiqlal Partiyasi Azerbaycan Liberal Demokrat Partiyasi Klassik Xalq Cebhesi Partiyasi Vahid Azerbaycan Partiyasi belediyyeleri effektiv orqanlar hesab etmediyi ucun seckilere qatilmama qerari almis lakin uzvlerine namized olmaqda serbestlik vermisdir Edalet Partiyasi Musavat Partiyasi ve Vetendas ve Inkisaf Partiyasi ise seckilerde istirakdan imtina etmisdir NamizedlerBelediyye seckilerinde istirak ucun 41 463 namized qeydiyyatdan kecmis resmi olaraq ise 13 partiya istirak qerari almisdir Siyasi partiya Namized sayisiMilli Dircelis Herekati Partiyasi 263Ana Veten Partiyasi 400 e yaxinAzerbaycan Demokratik Maarifcilik PartiyasiAzerbaycan Respublikacilar PartiyasiAzerbaycan Sosial Demokrat Partiyasi 21Azerbaycan Umid Partiyasi 500 den coxBoyuk Qurulus Partiyasi 200 e yaxinButov Azerbaycan Xalq Cebhesi Partiyasi 200 e yaxinDemokratik Islahatlar Partiyasi 70 e yaxinVehdet PartiyasiVetendas Birliyi PartiyasiVetendas Hemreyliyi PartiyasiYeni Azerbaycan Partiyasi 14 minden cox 4 noyabr 2019 cu il tarixine Azerbaycan Respublikasinin Bas nazirinin muavini Yeni Azerbaycan Partiyasinin icra katibi Eli Ehmedov oz Facebook sehifesinde paylasdigi statusla butun siyasi partiyalari seckilerde istiraka seslemisdir Yeni Azerbaycan Partiyasi bu seckilere Xalq ucun suari ile qatilmisdir SeckilerBelediyye seckileri 118 secki dairesi ve 5049 secki menteqesi uzre kecirilmis 15 min 156 belediyye uzvunun secilmesi ucun 1606 belediyyeni ehate etmisdir Ermenistan Respublikasinin herbi tecavuzu neticesinde Azerbaycan Respublikasinin isgal olunmus erazilerinde Dagliq Qarabag regionunda Agdere Kelbecer Lacin Zengilan Qubadli Cebrayil rayonlarinda tam Agdam ve Fuzuli rayonlarinin ise isgal altinda olan hissesinde belediyye seckilerinin kecirilmesi qeyri mumkun olmusdur Isgal olunmus eraziler istisna olmaqla respublikanin butun cografiyasini ehate eden 1 000 secki menteqesinde respublika uzre menteqelerin texminen 20 de veb kameralar qurasdirilmisdir Seckileri 17 beynelxalq musahideci ile yanasi muxtelif siyasi partiyalar qeyde alinmis namizedleri qeyri hokumet teskilatlarini temsil eden eyni zamanda oz tesebbusleri ile seckilere qatilmis 52 636 yerli musahideci hemcinin respublikada fealiyyet gosteren yerli ve xarici kutlevi informasiya vasitelerinin coxsayli numayendeleri sekilde izlemisdir Secici aktivliyi Saat Umumi10 0012 0015 0017 00YekunNeticeler2019 cu il dekabrin 23 de kecirilmis belediyye seckileri bas tutmusdur Ilkin neticelere esasen secilmis belediyye uzvlerinden 5882 neferi qadin 9272 neferi ise kisi olmusdur Bu Azerbaycan tarixinde qadinlarin belediyye temsilciliyinde rekord gostericidir Neticelere esasen 32 secki menteqesi uzre sesvermenin neticelerinin etibarsiz hesab edilmesi ucun hemcinin seckilerin hazirlanmasi kecirilmesi ve neticelerin mueyyen olunmasi zamani oz fealiyyetinde yol verdiyi noqsanlara gore 12 secki menteqesi menteqe secki komissiyasi buraxilmisdir Merkezi Secki Komissiyasinin muvafiq qerarlari ile 6 11 sayli Qaradag secki dairesi daire secki komissiyasinin qerari ile 1 secki menteqesi uzre sesvermenin neticeleri etibarsiz sayilmis Merkezi Secki Komissiyasinin 5 yanvar 2020 ci il tarixli 3 16 sayli qerari ile ise 2 menteqe secki komissiyasi buraxilmisdir Umumilikde 39 secki menteqesinde secicilerin iradesini mueyyen etmek qeyri mumkun olmus ve 9 belediyye uzre o cumleden 1 belediyye uzre sesvermenin neticeleri Merkezi Secki Komissiyasinin 31 dekabr 2019 cu il tarixli 26 143 sayli qerari ile etibarsiz hesab olunmusdur sesvermenin neticeleri etibarsiz hesab edilmisdir Iki belediyyenin her biri uzre 2 qeyde alinmis namizedin lehine verilmis seslerin sayi beraber oldugundan hemin belediyyelerin tam terkibde formalasmasi mumkun olmamisdir Umumilikde mueyyen edilmisdir ki 9 belediyye uzre sesvermenin neticelerinin etibarsiz hesab edilmesi nezere alinmaqla 15 075 nefer belediyye uzvu secilmis neticede 1 595 belediyye tam terkibde formalasmis 2 belediyye ise tam terkibde formalasmamisdir Azerbaycan Respublikasi Merkezi Secki Komissiyasinin 11 yanvar 2020 ci il tarixli yekun iclasinda alinan qerara esasen 1606 belediyyeden 9 unun ve 39 menteqe secki komissiyasinin secki neticeleri legv olunmusdur Hemcinin 2 belediyyenin tam formalasdirilmadigi 2 sinin ise uzvlerinin sayinin 2 3 nun tam formalasdirilmadigi yekun protokolda qeyd olunmusdur Komissiya terefinden 65 sayli Saatli Sabirabad Kurdemir secki dairesi uzre Varxan belediyyesi 69 sayli Celilabad Masalli Bilesuvar secki dairesi uzre Agdas belediyyesi 80 sayli Imisli Beyleqan secki dairesi uzre Boscalilar belediyyesi 81 sayli Beyleqan secki dairesi uzre Tezekend belediyyesi ve Milabad belediyyesi 82 sayli Agcabedi secki dairesi uzre Senlik belediyyesi 86 sayli Ismayilli secki dairesi uzre Taglabiyan belediyyesi 87 sayli Agsu Ismayilli secki dairesi uzre Nemirli belediyyesi 89 sayli Goycay Agdas secki dairesi uzre ise Xosrov belediyyesi ucun kecirilmis seckilerin neticeleri etibarsiz hesab olunmusdur Hemcinin 80 sayli Imisli Beyleqan secki dairesi uzre Serq belediyyesinin 101 sayli Goygol Daskesen secki dairesi uzre ise Gurbulaq belediyyesinin tam terkibde formalasmadigi qerara alinmisdir Umumi Etibarli Etibarsiz UmumiBelediyye sayi 1597 9 1606Uzv sayi 15 075 81 15 156Daire sayi 118 0 118Secici sayi 4 976 858Sesler 1 612 572 13 338 1 626 910Secici fealligi 32 69Partiyalara gore 2019 cu il dekabrin 23 de kecirilmis seckilerinde secilmis uzvlerin siyasi partiyalara gore bolgusu asagidaki kimi olmusdur Siyasi partiya Sedr Belediyye uzvu sayiYeni Azerbaycan Partiyasi Ilham Eliyev 10 432 15 075Ana Veten Partiyasi Fezail Agamali 187 15 075Azerbaycan Demokratik Islahatlar Siyasi Partiyasi Asim Mollazade 35 15 075Vetendas Hemreyliyi Partiyasi Sabir Rustemxanli 6 15 075Milli Dircelis Herekati Partiyasi Ferec Quliyev 1 15 075Azerbaycan Sosial Rifah Partiyasi Xanhuseyn KazimliBoyuk Qurulus Partiyasi Fazil MustafaButov Azerbaycan Xalq Cebhesi Partiyasi Qudret HesenquliyevVetendas Birliyi Partiyasi Sabir HaciyevAzerbaycan Umid Partiyasi Iqbal Agazade 0 15 075Azerbaycan Milli Istiqlal Partiyasi Arzuxan Elizade 0 15 075Istinadlar 2019 cu il dekabrin 23 de kecirilmis belediyye seckilerinin umumi yekunlarina dair AZERBAYCAN RESPUBLIKASI MERKEZI SECKI KOMISSIYASININ QERARI 2023 08 10 tarixinde Istifade tarixi 2023 08 08 AZERBAYCAN RESPUBLIKASININ SECKI MECELLESI 2022 11 29 tarixinde Istifade tarixi 2023 05 07 REAL Partiyasi belediyye seckilerinde istirak edecek 2021 01 21 tarixinde Istifade tarixi 2023 07 15 AXCP belediyye seckilerine ciddi hazirlasir Kamil Babayev Olkepress com az 2022 05 26 tarixinde Istifade tarixi 2023 07 15 Bezi partiyalar belediyye seckilerini boykot edir bezileri ise ehemiyyetsiz sayir 2023 07 19 tarixinde Istifade tarixi 2023 07 15 Belediyye seckilerinde istirak ucun 10 partiya muraciet edib AzToday az 2019 11 02 2023 07 19 tarixinde Istifade tarixi 2023 07 15 Kim belediyye seckilerinde istirak edecek 2023 06 04 tarixinde Istifade tarixi 2023 07 15 Musavat Partiyasi belediyye seckileri ile bagli qerar verdi Pravda az 2019 11 08 tarixinde Istifade tarixi 2023 07 15 modern az Daha bir partiya belediye seckilerinden imtina etdi modern az az 2023 07 19 tarixinde Istifade tarixi 2023 07 15 Edalet Partiyasi belediyye seckilerinden imtina etdi Xalq Cebhesi Qezeti Butov Azerbaycanin qezeti az 2014 11 04 2021 10 25 tarixinde Istifade tarixi 2023 07 15 Azerbaycanda belediyye seckileri kecirilir c TURAN INFORMASIYA AGENTLIYI az 2023 07 19 tarixinde Istifade tarixi 2023 07 15 musavat com Archived from the original on 2023 12 08 Istifade tarixi 2023 10 06 modern az Partiyalar namizedlerinin sayini aciqladi SIYAHI modern az az 2023 07 19 tarixinde Istifade tarixi 2023 07 15 2019 cu ilde kecirilen belediyye seckilerinde Yeni Azerbaycan Partiyasi novbeti parlaq ve inamli qelebesini qazandi 2023 07 10 tarixinde Istifade tarixi 2023 07 15 ONA az Eli Ehmedov butun partiyalari belediyye seckilerine qatilmaga cagirib ONA az 2021 07 27 tarixinde Istifade tarixi 2023 07 15 2019 cu ilde kecirilen belediyye seckilerinde Yeni Azerbaycan Partiyasi novbeti parlaq ve inamli qelebesini qazandi 2023 07 10 tarixinde Istifade tarixi 2023 07 15 23 dekabr 2019 cu ilde kecirilmis belediyye seckilerinde sesvermenin umumi yekunlarina dair Merkezi Secki Komissiyasinin protokolu PDF 2022 07 15 tarixinde PDF Istifade tarixi 2023 07 15 Belediyye uzvu secilen qadinlarin sayi artib 2022 12 07 tarixinde Istifade tarixi 2023 07 15 2019 cu il dekabrin 23 de kecirilmis belediyye seckilerinde sesvermenin neticeleri etibarsiz hesab edilmis secki menteqelerinin siyahisi PDF 2023 06 01 tarixinde PDF Istifade tarixi 2023 07 15 Merkezi Secki Komissiyasi terefinden neticeleri etibarsiz hesab edilmis belediyyelerin siyahisi PDF 2022 07 15 tarixinde PDF Istifade tarixi 2023 07 15 2019 cu il dekabrin 23 de kecirilmis belediyye seckilerinde tam terkibde formalasmamis belediyyelerin siyahisi PDF 2022 07 15 tarixinde PDF Istifade tarixi 2023 07 15