Azad | |
---|---|
| |
Bəstəkar | Cahangir Cahangirov |
Librettoçu | Hüseyn Hüseynzadə |
Dirijor | Kamal Abdullayev |
Dili | azərbaycan dili |
Janr | tarixi opera |
Pərdə | 5 |
Yaradılma tarixi | 1957 |
Personajlar | Səriyyə, Xəlil, Ayaz, Yavər, Həcir, Hürü, Xan, Molla Vəli |
Premyera | 27 noyabr 1957 Azərbaycan Dövlət Opera və Balet Teatrı, Bakı |
İfaçılar | Kazım Məmmədov Firəngiz Əhmədova İdris Ağalarov |
Tarixi
Mənbə və mövzular
Cahangir Cahangirovun "Azad" operası yazıçı Mirzə İbrahimovun 1940-cı illərdə qələmə aldığı İran Azərbaycanında olan kəndli həyatında baş verən hadisələrdən bəhs edən "Gələcək gün" romanı və "Azad qız" povestinin motivləri əsasında yazılmışdır. Opera bu əsərlərin motivlərini özündə təcəssüm etdirir. Cənubi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda məzlum xalqların mübarizəsi bu operada öz əksini tapmışdır.
Mirzə İbrahimovun "Gələcək gün" romanı və "Azad qız" povestinin əsas ideyasını mülkədarların hakimiyyəti altında olan xalqın mübarizəsi təşkil edir. Əsərlərdə mübarizə mövzusu ilə kəndli Xəlil dayının ailəsindəki hadisələr bir-birinə qarışır, qızı Səciyyənin kədərli taleyi təsvir olunur. Səriyyə və onun nişanlısı Ayazın lirik taleyi əsərlərdə mühüm yer tutur. Bu tale yolların əlaqəsi, onların yanaşı mövcudluğu iki janrın, iki başlanğıcın – epik-qəhrəmanlıq və dramatik-lirik janrların uyğunluğundan, son illərin bir çox əsərlərinə səciyyəvi olan janr sintetizmindən xəbər vermişdir.
Mirzə İbrahimovun "Gələcək gün" romanının mövzusunda İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur.
Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan "Gələcək gün" romanı müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli əsərlərdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. Yazıçı "Gələcək gün" romanında yazırdı ki, "o gün gələcək. Azərbaycan xalqının da üfüqündə günəş doğacaq."
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad Mirzə İbrahimovun "Gələcək gün" romanından bəhs edərək qeyd etmişdir:
Mirzə İbrahimov Güney Azərbaycandakı ictimai-siyasi və ədəbi prosesi müntəzəm surətdə izləyirdi və bu proseslərin əsas hərəkətverici simalarından biri idi. Bu proseslərə vaxtında, yubanmadan öz yazıçı, yaxud ədəbiyyatşünas-alim öz münasibətini bildirirdi. Mirzə İbrahimovun yazıçı, ədəbiyyatşünas-alim, həm də publisist kimi ömrünün sonunadək sadiq qaldığı, yazılarında və ürəyində daim yaşatdığı bir mövzu vardı: Cənubi Azərbaycan və burada cərəyan edən ictimai-siyasi hadisələr, Güney Azərbaycan ədəbiyyatı. Mirzə İbrahimovun elmi yaradıcılığında da Cənubi Azərbaycan ədəbiyyatını tədqiqat mövzusuna çevirib. Azərbaycan ədəbiyyat tarixini bütov şəkildə öyrənməyə çalışan alim Cənubi Azərbaycanla, orada yaşayan zəngin ədəbi irslə bağlı çatışmazlıqları, boşluqları görürdü. Mirzə İbrahimov üçün o taylı bu taylı Azərbayca yox, vahid Azərbaycan var idi. Vətənimizin Cənub hissəsində, Güney Azərbaycan xalqının qucağında dünyaya gəlsə də, taleyinə bölünmüş Vətənin hər iki tayında yaşamaq qisməti yazıldı. Ədib böyük vətənin Quzeyindən bütov xalqına, dünyada hər şeydən əziz, uca tutduğu varlığa səsləndi. |
"Gələcək gün" romanı Mirzə İbrahimovun yaradıcılığında mühüm mərhələ təşkil edir. Yazıçı Cənubi Azərbaycanda baş verən azadlıq hərəkatını romanda parlaq bədii boyalarla əks etdirmişdir. Cənubi Azərbaycanı, İranı yaxından tanıması, xalqın həyatına dərindən bələd olması ədibə bu həyatı və şahlıq rejiminin çox istiqamətli siyasi gedişlərini bütün ayrıntıları ilə təsvir etmək imkanı yaratmışdır. Bu bələdlik ona xalqın milli azadlıq hərəkatının baş qəhrəmanlarından biri kimi təsvir etdiyi obrazı canlı həyatdan götürmək şansı yaratmışdır. Bu obrazın prototipi Milli Hökumətin yaradıcılarından biri olan vətənpərvər, prokuror Firuddin İbrahimdir.
Mirzə İbrahimovun "Azad qız" librettosu Təbrizdə yaşadığı həmin keşməkeşli dövrün mürəkkəb ictimai-siyasi hadisələrinin əks-sədası idi. Librettonun müəllifi Hüseyn Hüseynzadə librettonu qələmə alarkən Mirzə İbrahimovun "Azad qız" dramının motivlərindən də istifadə etmişdir.
Yazılması
Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, musiqi mahnıları mövcuddur. Cahangir Cahangirov 1954-cü ildə Azərbaycan Sovet Bəstəkarları İttifaqının plenumunu yeni maraqlı xor, orkest, solist və qiraətçi üçün əsərlər, "Dostluq haqqında mahnı" suitası ilə qarşıladı. 1956-ci ildə bu süita Azərbaycan əstəkarlarının birinci qurultayında müvəffəqiyyətlə ifa olundu. Suita haqqında bəstəkar Dmitri Şostakoviç yazırdı: "Qardaş Zaqafqaziya xalqlarının dinc həyat obrazlarını təsvir edən bu əsərdə çox maraqlı və rəngarəng material mövcuddur."
1950-ci ilin ikinci yarısında Cahangir Cahangirov öz gücünü opera janrında da sınamaq fikrinə düşür. Bununla da "Azad" operasını qələmə almışdır. Operanın librettosu şair Hüseyn Hüseynzadə tərəfindən yazılmışdır. Hüseyn Hüseynzadə bu librettonu yazarkən Mirzə İbrahimovun "Gələcək gün" romanının mövzusundan və "Azad qız" dramının motivlərindən istifadə etmişdir.
Cahangir Cahangirovun musiqi dilinin əhəmiyyətli cəhətlərindən biri milli xarakterli melodiyalar və çoxsaylı düzüm yaratmaqdır. Bu, bütövlüklə xalq havalarını əks etdirmək və ya onlar üçün səciyyəvi olan fraqmentləri təsvir etmək əsasında deyil, bəstəkarlıq quruluşunun ifadə prinsiplərini və Azərbaycan xalq musiqisi üsullarını yaradıcı surətdə sərbəst tətbiq etməyə əsaslanır. Beləliklə, "Nərgiz" operasından başlayan ilk addımlar sadə çoxsəslilikdən daha inkişaf etmiş polifonik formalara – "Azad" operasının polifoniyasına gətirib çıxarır.
Cahangir Cahangirov başqa əsərlərində olduğu kimi, "Azad" operasında da zəruri, aktual mövzulara müraciət edərək, öz musiqisinə xas olan epik-nəqli cizgiləri daxil etmişdir. Libretto müəllifi Hüseyn Hüseynzadə operanın məzmununda ədəbi əsərləri səhnələşdirərkən labüd sayılan bəzi dəyişiklər etmişdir. Məhz buna görə də romandan fərqli olaraq, iştirakçıların adı dəyişdirilmiş, sayı azaldılmışdır. Bəzi hadisələr ümumi şəkildə verilmişdir. Bu da əsərin ideya xəttinin kəskinliyini azaltmışdır və bəstəkarın yaradıcılıq işini müəyyən dərəcədə məhdudlaşdırmışdır. Buna baxmayaraq, opera xalq faciəsi kimi müəllif tərəfindən düzgün düşünülmüşdür.
Operanın librettosu hadisələrin məkan və zamanını ümumiləşmiş şəkildə təqdim edir. Bütövlükdə isə operada hadisələrin məkanı və zamanı üçün səciyyəvi olan bir çox amillər nəzərəçarpacaq dərəcədə ümumiləşdirilmişdir. Buna müvafiq olaraq, musiqidə də milli-xalq xüsusiyyətləri bir sıra nömrələrdə, sözsüz ki, Cənubi Azərbaycan musiqisinin əlamətləri olmasına baxmayaraq o qədər də aydın görünməmişdir.
Operada dramaturji münaqişənin əsasını iki müxtəlif sosial qüvvənin – xalq və onun qəhrəmanları feodal-mülkədar əyanların ziddiyətli qarşıdurması təşkil etmişdir. Feodal əyanlarını operada jandarm zabiti Yavər, onun ətrafı, xan və başqaları təmsil edirlər. Sosil cəhətdən müxtəlif olan bu qrupların xarakteristikası bir-birindən ayrılmışdır. Özünün ayrı-ayrı nümayəndələri ilə birlikdə xalq obrazı ardıcıl şəkildə açılır, daha sonra isə əvvəlki xarakteristikalar ilə dərinləşir.
Operanın dramaturji quruluşuna klassik opera dramaturgiyasının təsiri aydın görünmüşdür. Belə operalardan – Mixail Qlinkanın "İvan Susanin", Modest Musorqskinin "Boris Qodunov", Üzeyir Hacıbəyovun "Koroğlu" və Müslüm Maqomayevin "Nərgiz" operalarını göstərmək mümkündür. Bir çox operalarda olduğu kimi, inkişafın əsas prinsiplərini ziddiyyət təşkil edir. Bu ziddiyət pərdələrin, səhnələrin ardıcıllığında, epizod və fraqmentlərin quruluşunda özünü göstərir.
Operanın baş qəhrəmanı, onun əsas ideyasının daşıyıcısı xalqdır. Buna görə də özünün emosional-obraz məzmununa görə müxtəlif olan xor və kütləvi səhnələr operada mühüm yer tutur. Operada xalq çoxcəhətli xarakterizə olunmuşdur. Onun musiqili xarakteristikası müxtəlif və kifayət qədər müstəqil fraqmentlərdən yaranmışdır. Bütün epizodlarda qüssədən fəallığa doğru artan təcəssümetdirici obraz-xətt mövcuddur.
Musiqilər
Cahangir Cahangirovun operaları |
---|
|
Operada dramaturji konfliktin əsasını iki sosial qüvvənin – xalq və onun qəhrəmanları ilə feodal zadəganların (xan, onun oğlu Yavər və onların əhatəsi) bir-birinə qarşı qoyulması təşkil edir. Bəstəkar çalışır ki, bu iki sosial qrupu fərdiləşdirsin. O, xalq və ayrı-ayrı iştirakçıların obrazlarını epizodlarda ardıcıl açaraq əvvəlki xasiyyətnaməsini ziddiyyətli toqquşmalarda bir qədər dərinləşdirir. Məsələn birinci pərdədə (səhnədə məhsulu aparırlar) qəzəblənmiş kəndlilər jandarmlara mane olurlar və toqquşma baş verir.
İstinadlar
- Leyla Mehmandarova, 1967. səh. 34
- Oqtay, 2012. səh. 15
- İbrahimov, Mirzə. Seçilmiş əsərləri iki cilddə. II cild. Bakı: "Şərq Qərb". 2005. səh.5.
- Leyla Quliyeva, 2014. səh. 11
- Tapdıqoğlu, Fərhad. "Mirzə İbrahimov yaradıcılığında İran Azərbaycanı (AUDIO)". amerikaninsesi.org ( (az.)). Esmira Fuad. 31 dekabr 2011. 2021-06-19 tarixində . İstifadə tarixi: 2019-07-17.
- Amanbəyli, Əlirza. "Mirzə İbrahimovun Güney Azərbaycanından bəhs edən əsərləri indi də aktualdır" ( (az.)). davam.az. 2009. 2020-02-15 tarixində . İstifadə tarixi: 2019-07-17.
- F.Bədəlbəyli, O.Rəcəbov, Ş.Həsənova, G.Abdullazadə. Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığı. I cild. Bakı: «Mütərcim». 2012.
- O.Rəcəbov, O.İmanova. XX əsr Azərbaycan professional musiqi ədəbiyyatı. Bakı: «Şirvannəşr». 2010.
- Шостакович, Дмитри. Азəрбайчан бəстəкарларынын гурултаjы. Москва: "Советская музыка". 1956. No.6.
- Leyla Mehmandarova, 1967. səh. 13
- Leyla Quliyeva, 2014. səh. 11-12
- Leyla Quliyeva, 2014. səh. 12
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
AzadAzad operasinin 1978 ci ilde nesr edilmis partiturasinin uz qabigiBestekar Cahangir CahangirovLibrettocu Huseyn HuseynzadeDirijor Kamal AbdullayevDili azerbaycan diliJanr tarixi operaPerde 5Yaradilma tarixi 1957Personajlar Seriyye Xelil Ayaz Yaver Hecir Huru Xan Molla VeliPremyera 27 noyabr 1957 Azerbaycan Dovlet Opera ve Balet Teatri BakiIfacilar Kazim Memmedov Firengiz Ehmedova Idris AgalarovTarixiMenbe ve movzular Cahangir Cahangirovun Azad operasini qeleme alarken tesirlendiyi Mirze Ibrahimov Cahangir Cahangirovun Azad operasinin librettosu Mirze Ibrahimovun Gelecek gun romaninin movzusu ve Azad qiz povestinin motivleri esasinda yazilmisdir Cahangir Cahangirovun Azad operasi yazici Mirze Ibrahimovun 1940 ci illerde qeleme aldigi Iran Azerbaycaninda olan kendli heyatinda bas veren hadiselerden behs eden Gelecek gun romani ve Azad qiz povestinin motivleri esasinda yazilmisdir Opera bu eserlerin motivlerini ozunde tecessum etdirir Cenubi Azerbaycanin azadligi ve istiqlaliyyeti ugrunda mezlum xalqlarin mubarizesi bu operada oz eksini tapmisdir Mirze Ibrahimovun Gelecek gun romani ve Azad qiz povestinin esas ideyasini mulkedarlarin hakimiyyeti altinda olan xalqin mubarizesi teskil edir Eserlerde mubarize movzusu ile kendli Xelil dayinin ailesindeki hadiseler bir birine qarisir qizi Seciyyenin kederli taleyi tesvir olunur Seriyye ve onun nisanlisi Ayazin lirik taleyi eserlerde muhum yer tutur Bu tale yollarin elaqesi onlarin yanasi movcudlugu iki janrin iki baslangicin epik qehremanliq ve dramatik lirik janrlarin uygunlugundan son illerin bir cox eserlerine seciyyevi olan janr sintetizminden xeber vermisdir Mirze Ibrahimovun Gelecek gun romaninin movzusunda Ikinci Dunya muharibesi erefesi ve muharibenin ilk aylari Cenubi Azerbaycanin ictimai siyasi heyatinda bas veren hadiseler genis epik lovhelerde fikri derinlikle ve ustaliqla tesvir olunur Mustebid Rza sah hakimiyyetinin son dovru olkede ingilis amerikan imperialistlerinin agaligi yerli hakimlerin ozbasinaligi ve xeyaneti yoxsul kendlilerin agir dozulmez heyati esarete ve zulme qarsi mubarizesi tesirli real hadiseler esasinda canlanir Eserin qehremani Firudinin mefkurevi tekamulu gergin mubarizede yetkinlesmesi ictimai siyasi heyatin burulgani fonunda inandirici verilir Yazici milli demokratik herekatin guclenmesi sebeblerini acir Kerim xan Azadi Kurd Ehmed Rza Qehremani kimi saf yenilmez merd inqilabcilarin edaletli mubarizesine mohkem inam oyadir Eserde Settar xan ve Seyx Mehemmed Xiyabaninin inqilabi enenelerini murekkeb seraitde oz emellerinde yasadan fars kurd ve azerbaycanli genclerin yeni heyat ugrunda elbir mubarizesi eserin terbiyevi tesirini ve ictimai deyerini artirir Edib romanda Firudin Sertib Selimi Musa kisi Hikmet Isfahani kimi bedii suretler qalereyasi yaratmisdir Boyuk ictimai terbiyevi ehemiyyeti olan Gelecek gun romani muasir Serqin milli demokratik herekati movzusunda yazilmis deyerli eserlerden biridir Dovlet mukafatina layiq gorulmus eser Mirze Ibrahimovun istedadinin bir sira xususiyyetlerini acmaqla yanasi ona dunya sohreti qazandirmisdir Yazici Gelecek gun romaninda yazirdi ki o gun gelecek Azerbaycan xalqinin da ufuqunde gunes dogacaq Azerbaycan Milli Elmler Akademiyasinin Nizami adina Edebiyyat Institunun Cenubi Azerbaycan edebiyyati sobesinin aparici elmi iscisi Filologiya uzre felsefe doktoru Esmira Fuad Mirze Ibrahimovun Gelecek gun romanindan behs ederek qeyd etmisdir Mirze Ibrahimov Guney Azerbaycandaki ictimai siyasi ve edebi prosesi muntezem suretde izleyirdi ve bu proseslerin esas hereketverici simalarindan biri idi Bu proseslere vaxtinda yubanmadan oz yazici yaxud edebiyyatsunas alim oz munasibetini bildirirdi Mirze Ibrahimovun yazici edebiyyatsunas alim hem de publisist kimi omrunun sonunadek sadiq qaldigi yazilarinda ve ureyinde daim yasatdigi bir movzu vardi Cenubi Azerbaycan ve burada cereyan eden ictimai siyasi hadiseler Guney Azerbaycan edebiyyati Mirze Ibrahimovun elmi yaradiciliginda da Cenubi Azerbaycan edebiyyatini tedqiqat movzusuna cevirib Azerbaycan edebiyyat tarixini butov sekilde oyrenmeye calisan alim Cenubi Azerbaycanla orada yasayan zengin edebi irsle bagli catismazliqlari bosluqlari gorurdu Mirze Ibrahimov ucun o tayli bu tayli Azerbayca yox vahid Azerbaycan var idi Vetenimizin Cenub hissesinde Guney Azerbaycan xalqinin qucaginda dunyaya gelse de taleyine bolunmus Vetenin her iki tayinda yasamaq qismeti yazildi Edib boyuk vetenin Quzeyinden butov xalqina dunyada her seyden eziz uca tutdugu varliga seslendi Gelecek gun romani Mirze Ibrahimovun yaradiciliginda muhum merhele teskil edir Yazici Cenubi Azerbaycanda bas veren azadliq herekatini romanda parlaq bedii boyalarla eks etdirmisdir Cenubi Azerbaycani Irani yaxindan tanimasi xalqin heyatina derinden beled olmasi edibe bu heyati ve sahliq rejiminin cox istiqametli siyasi gedislerini butun ayrintilari ile tesvir etmek imkani yaratmisdir Bu beledlik ona xalqin milli azadliq herekatinin bas qehremanlarindan biri kimi tesvir etdiyi obrazi canli heyatdan goturmek sansi yaratmisdir Bu obrazin prototipi Milli Hokumetin yaradicilarindan biri olan vetenperver prokuror Firuddin Ibrahimdir Mirze Ibrahimovun Azad qiz librettosu Tebrizde yasadigi hemin kesmekesli dovrun murekkeb ictimai siyasi hadiselerinin eks sedasi idi Librettonun muellifi Huseyn Huseynzade librettonu qeleme alarken Mirze Ibrahimovun Azad qiz draminin motivlerinden de istifade etmisdir Yazilmasi Cahangir Cahangirovun yaradiciligi oz coxsaxeliyi ile secilir Bestekarin xor ve instrumental musiqileri operalari musiqi mahnilari movcuddur Cahangir Cahangirov 1954 cu ilde Azerbaycan Sovet Bestekarlari Ittifaqinin plenumunu yeni maraqli xor orkest solist ve qiraetci ucun eserler Dostluq haqqinda mahni suitasi ile qarsiladi 1956 ci ilde bu suita Azerbaycan estekarlarinin birinci qurultayinda muveffeqiyyetle ifa olundu Suita haqqinda bestekar Dmitri Sostakovic yazirdi Qardas Zaqafqaziya xalqlarinin dinc heyat obrazlarini tesvir eden bu eserde cox maraqli ve rengareng material movcuddur 1950 ci ilin ikinci yarisinda Cahangir Cahangirov oz gucunu opera janrinda da sinamaq fikrine dusur Bununla da Azad operasini qeleme almisdir Operanin librettosu sair Huseyn Huseynzade terefinden yazilmisdir Huseyn Huseynzade bu librettonu yazarken Mirze Ibrahimovun Gelecek gun romaninin movzusundan ve Azad qiz draminin motivlerinden istifade etmisdir Cahangir Cahangirovun musiqi dilinin ehemiyyetli cehetlerinden biri milli xarakterli melodiyalar ve coxsayli duzum yaratmaqdir Bu butovlukle xalq havalarini eks etdirmek ve ya onlar ucun seciyyevi olan fraqmentleri tesvir etmek esasinda deyil bestekarliq qurulusunun ifade prinsiplerini ve Azerbaycan xalq musiqisi usullarini yaradici suretde serbest tetbiq etmeye esaslanir Belelikle Nergiz operasindan baslayan ilk addimlar sade coxseslilikden daha inkisaf etmis polifonik formalara Azad operasinin polifoniyasina getirib cixarir Cahangir Cahangirov basqa eserlerinde oldugu kimi Azad operasinda da zeruri aktual movzulara muraciet ederek oz musiqisine xas olan epik neqli cizgileri daxil etmisdir Libretto muellifi Huseyn Huseynzade operanin mezmununda edebi eserleri sehnelesdirerken labud sayilan bezi deyisikler etmisdir Mehz buna gore de romandan ferqli olaraq istirakcilarin adi deyisdirilmis sayi azaldilmisdir Bezi hadiseler umumi sekilde verilmisdir Bu da eserin ideya xettinin keskinliyini azaltmisdir ve bestekarin yaradiciliq isini mueyyen derecede mehdudlasdirmisdir Buna baxmayaraq opera xalq faciesi kimi muellif terefinden duzgun dusunulmusdur Operanin librettosu hadiselerin mekan ve zamanini umumilesmis sekilde teqdim edir Butovlukde ise operada hadiselerin mekani ve zamani ucun seciyyevi olan bir cox amiller nezerecarpacaq derecede umumilesdirilmisdir Buna muvafiq olaraq musiqide de milli xalq xususiyyetleri bir sira nomrelerde sozsuz ki Cenubi Azerbaycan musiqisinin elametleri olmasina baxmayaraq o qeder de aydin gorunmemisdir Operada dramaturji munaqisenin esasini iki muxtelif sosial quvvenin xalq ve onun qehremanlari feodal mulkedar eyanlarin ziddiyetli qarsidurmasi teskil etmisdir Feodal eyanlarini operada jandarm zabiti Yaver onun etrafi xan ve basqalari temsil edirler Sosil cehetden muxtelif olan bu qruplarin xarakteristikasi bir birinden ayrilmisdir Ozunun ayri ayri numayendeleri ile birlikde xalq obrazi ardicil sekilde acilir daha sonra ise evvelki xarakteristikalar ile derinlesir Operanin dramaturji qurulusuna klassik opera dramaturgiyasinin tesiri aydin gorunmusdur Bele operalardan Mixail Qlinkanin Ivan Susanin Modest Musorqskinin Boris Qodunov Uzeyir Hacibeyovun Koroglu ve Muslum Maqomayevin Nergiz operalarini gostermek mumkundur Bir cox operalarda oldugu kimi inkisafin esas prinsiplerini ziddiyyet teskil edir Bu ziddiyet perdelerin sehnelerin ardicilliginda epizod ve fraqmentlerin qurulusunda ozunu gosterir Operanin bas qehremani onun esas ideyasinin dasiyicisi xalqdir Buna gore de ozunun emosional obraz mezmununa gore muxtelif olan xor ve kutlevi sehneler operada muhum yer tutur Operada xalq coxcehetli xarakterize olunmusdur Onun musiqili xarakteristikasi muxtelif ve kifayet qeder musteqil fraqmentlerden yaranmisdir Butun epizodlarda qusseden fealliga dogru artan tecessumetdirici obraz xett movcuddur MusiqilerCahangir Cahangirovun operalariAzad 1957 1978 br Operada dramaturji konfliktin esasini iki sosial quvvenin xalq ve onun qehremanlari ile feodal zadeganlarin xan onun oglu Yaver ve onlarin ehatesi bir birine qarsi qoyulmasi teskil edir Bestekar calisir ki bu iki sosial qrupu ferdilesdirsin O xalq ve ayri ayri istirakcilarin obrazlarini epizodlarda ardicil acaraq evvelki xasiyyetnamesini ziddiyyetli toqqusmalarda bir qeder derinlesdirir Meselen birinci perdede sehnede mehsulu aparirlar qezeblenmis kendliler jandarmlara mane olurlar ve toqqusma bas verir IstinadlarLeyla Mehmandarova 1967 seh 34 Oqtay 2012 seh 15 Ibrahimov Mirze Secilmis eserleri iki cildde II cild Baki Serq Qerb 2005 seh 5 Leyla Quliyeva 2014 seh 11 Tapdiqoglu Ferhad Mirze Ibrahimov yaradiciliginda Iran Azerbaycani AUDIO amerikaninsesi org az Esmira Fuad 31 dekabr 2011 2021 06 19 tarixinde Istifade tarixi 2019 07 17 Amanbeyli Elirza Mirze Ibrahimovun Guney Azerbaycanindan behs eden eserleri indi de aktualdir az davam az 2009 2020 02 15 tarixinde Istifade tarixi 2019 07 17 F Bedelbeyli O Recebov S Hesenova G Abdullazade Azerbaycan bestekarlarinin heyat ve yaradiciligi I cild Baki Mutercim 2012 O Recebov O Imanova XX esr Azerbaycan professional musiqi edebiyyati Baki Sirvannesr 2010 Shostakovich Dmitri Azerbajchan bestekarlarynyn gurultajy Moskva Sovetskaya muzyka 1956 No 6 Leyla Mehmandarova 1967 seh 13 Leyla Quliyeva 2014 seh 11 12 Leyla Quliyeva 2014 seh 12