Avtomobil sənayesi — avtomobil, qoşqu, avtomobil mühərrikləri və ehtiyat hissələri istehsal edən maşınqayırma sahəsi.
![image](https://www.wikimedia.az-az.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraW1lZGlhLmF6LWF6Lm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJFeEwxZHZjbXRsY25OZmFXNWZSbWxoZEY5bVlXTjBiM0pwWlhNbE1rTmZWSFZ5YVc0dWFuQm5MekkxTUhCNExWZHZjbXRsY25OZmFXNWZSbWxoZEY5bVlXTjBiM0pwWlhNbE1rTmZWSFZ5YVc0dWFuQm4uanBn.jpg)
Tarixi
Avtomobil sənayesi ümumiyyətlə, XIX əsrin axırlarında, SSRİ-də isə İkinci Dünya müharibəsindən əvvəlki beşilliklərdə yaranmışdır. SSRİ-də AMO-F-15 markalı ilk 1,5 tonluq yük avtomobili 1924-cü ildə zavodunda buraxılmışdır. 1925-ci ildə Yaroslavl, 1931-ci ildə yenidən qurulmuş Moskva Avtomobil Cəmiyyəti və 1932-ci ildə Qorki avtomobil zavodları işə düşmüşdür. İkinci Dünya müharibəsi illərində Çelyabinsk vilayətinin işə salınan 1944-cü ildə 3 tonluq yük avtomobilləri istehsalına başlamışdır. Müharibədən sonra mövcud zavodların yenidən qurulması və genişləndirilməsi ilə yanaşı Minsk, Kutaisi, Ulyanovsk yük avtomobilləri, Lvov və avtobus zavodları tikilmişdir. 1959–1971-ci illərdə avtomobil sənayesi daha çox inkişaf etmişdir. Kremençukda 10-12 tonluq yükünü özüboşaldan və 12–14 tonluq kuzovlu avtomobil, Belorusiyada nəhəng (25–40, 74v80, 120 tonluq) yükünü özüboşaldan avtomobil, Zaporejyada mikrolitrajlı, İjevskdə və Tolyattidə azlitrajlı minik avtomobili, Likino-Dulyovo (Moskva vilayəti) və Kurqanda avtobus, Riqada mikroavtobus və s. istehsalı təşkil olunmuşdur. 1970-ci ildə Tatarıstan MSSR-də Kama Avtomobil Zavodunun tikintisinə başlanmış, 16 fevral 1976-cı ildə ilk KamAZ-5320 markalı 16 tonluq yük avtomobilləri buraxılmışdır. 1970-ci illərdə Moskva zavodları ZİL-130, ZİL-131, ZİL-133, ZİL-114, ZİL-117, ZİL-177B və "Moskviç" 2138, "Moskviç" 2140, Qorki Avtomobil Zavodu QAZ-53A, QAZ-66, QAZ-24, Ural Avtomobil Zavodu URAL-375, URAL-377, UAZ-452D, UAZ-469, Minsk Avtomobil Zavodu MAZ-500A, MAZ-503A, MAZ-5549, Volqa Avtomobil Zavodu VAZ-2101, VAZ-2103, VAZ-2106, VAZ-2121 və s. markalı avtomobillər istehsal edirdi. Eyni zamanda, Azərbaycan SSR-də avtomobil ehtiyat hissələr istehsal edən, habelə avtomobil təmir edən zavodlar var idi.
XX əsrin 70–80-ci illərində Bakı Xüsusitəyinatlı Avtomobillər Zavodunda hansıki sonradan Bakı Avtomobil Zavodu olaraq (BakAZ) adlandırılan zavodda əfsanəvi PAZ-672 modelinin əsasında xalq arasında "Pinqvin" adlandırılan soyuducuya sahib ərzaq məhsulları daşıyan BZSA-3742 modeli buraxılmışdır.
1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodu istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.
İstinadlar
- Автомобил сәнајеси // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 79.
Əlavə ədəbiyyat
- Šuman-Hreblay, Marián. Automobile Manufacturers Worldwide Registry (ing.). — Jefferson, N.C.: McFarland, 2000. — 327 p. — . (наиболее полный справочник автомобилестроительных компаний мира)
Xarici keçidlər
![image](https://www.wikimedia.az-az.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraW1lZGlhLmF6LWF6Lm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- auto-hist.ru saytında — «История автомобильной промышленности» (rus.)
- — mwcom.ru saytında araşdırma (rus.)
- Самые большие автомобильные заводы 2020-11-28 at the Wayback Machine (Hyundai Motor, Volkswagen Wolfsburg Plant, Tesla Motors и др.) // 26 may 2016 (rus.)
- Почему во всем мире закрываются автозаводы // РИА Новости, aprel 2019 (rus.)
- OICA.net — International Organization of Motor Vehicle Manufacturers; 1919-cu ildə Parisdə yaradılmış təşkilat. (ing.)
- "Автомобильная промышленность" jurnalının 1960-cı ildən 2011-ci ilə qədər arxivi.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer