Ampir (fr. Empire) — XIX əsrin birinci otuz illiyində, klassisizmin inkişafının sonunda memarlıq və dekorativ incəsənətdə üslub. Massivliyi ilə, qabarıq monumental formaları və zəngin dekoru ilə xarakterizə olunur. Öz inkişafında Qədim Romanın, Qədim Misirin və s. bədii irsinə arxalanırdı. Fransada I Napoleonun imperiyası dövründə yaranmışdır; o, memorial memarlığı və saray interyerlərinin parad möhtəşəmliyi ilə fərqlənirdi.
Tarixi
Ampir üslubunda Qədim Yunanıstan və Roma imperiyası dövrü bədii nümunələri təqlid edilmiş, həmçinin Qədim Misir incəsənəti motivlərindən istifadə edilmişdir. Klassizm zəmində yaranmış Ampir üslubunda forma və dekorların sadəliyi, zərifliyi tədricən onların yığcamlığı və monumental ifadəliyi ilə əvəz olunmuşdur. I Napoleon imperiyası dövründə ampir üslubunda əsas diqqət hakimiyyətin əzəmətini, hərbi möhtəşəmliyni, qüdrətini daha da dolğun ifadə edən memarlıq üsulları və detallarına verilirdi. Fransız memarlarından Ş.Persiye, P.Fonten və J.F.Şalqren ampir üslubunun görkəmli nümayəndələrindən hesab olunurlar. Ampir Danimarka, Böyük Britaniya və İtaliyada özünəməxsus milli xüsusiyyət kəsb etmişdir. Bu üslub Rusiya və Almaniyada da geniş yayılmışdır. Dekorativ tətbiqi və təsviri sənətdə ampir üslubu mebel nümunələrində, metal, şüşə, farfor və s.-dən hazırlanmış dekorativ əşyalarda, geyim modelində, həmçinin rəngkarlıq və heykəltaraşlıqda əksini tapmışdır.
- I Napoleonın tronu.
- Luvrdan kreslo.
- Karruzel meydanındakı Arka, Paris.
- Kazan Kafedralı.
- Vandom sütunu.
- Stol.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ampir fr Empire XIX esrin birinci otuz illiyinde klassisizmin inkisafinin sonunda memarliq ve dekorativ incesenetde uslub Massivliyi ile qabariq monumental formalari ve zengin dekoru ile xarakterize olunur Oz inkisafinda Qedim Romanin Qedim Misirin ve s bedii irsine arxalanirdi Fransada I Napoleonun imperiyasi dovrunde yaranmisdir o memorial memarligi ve saray interyerlerinin parad mohtesemliyi ile ferqlenirdi TarixiAmpir uslubunda Qedim Yunanistan ve Roma imperiyasi dovru bedii numuneleri teqlid edilmis hemcinin Qedim Misir inceseneti motivlerinden istifade edilmisdir Klassizm zeminde yaranmis Ampir uslubunda forma ve dekorlarin sadeliyi zerifliyi tedricen onlarin yigcamligi ve monumental ifadeliyi ile evez olunmusdur I Napoleon imperiyasi dovrunde ampir uslubunda esas diqqet hakimiyyetin ezemetini herbi mohtesemliyni qudretini daha da dolgun ifade eden memarliq usullari ve detallarina verilirdi Fransiz memarlarindan S Persiye P Fonten ve J F Salqren ampir uslubunun gorkemli numayendelerinden hesab olunurlar Ampir Danimarka Boyuk Britaniya ve Italiyada ozunemexsus milli xususiyyet kesb etmisdir Bu uslub Rusiya ve Almaniyada da genis yayilmisdir Dekorativ tetbiqi ve tesviri senetde ampir uslubu mebel numunelerinde metal suse farfor ve s den hazirlanmis dekorativ esyalarda geyim modelinde hemcinin rengkarliq ve heykeltarasliqda eksini tapmisdir I Napoleonin tronu Luvrdan kreslo Karruzel meydanindaki Arka Paris Kazan Kafedrali Vandom sutunu Stol