Amorf hal (A.h)-(yun. amorphos-formasız) maddənin qeyri-kristal quruluşlu bərk halı olub, xassələrin izotropluğu və ərimə nöqtəsinin olmaması ilə xarakterizə olunur. İzotropluq, yəni onların bütün fiziki xassələri (mexaniki, istilik, elektrik, optik və s. xassələri) təbii şəraitdə kristallarınkından fərqli olaraq, maddə daxilində hər hansı istiqamətdə eynidir (bax. Anizotropluq). Temperaturun yüksəlməsi zamanı amorf maddə yumşalır və maye hala tədricən keçir. Bu xüsusiyyət, atom, molekul, ion və onların qruplarının yüz və min period davamında kristallardaki kimi ciddi periodikliyin A.h.-dakı maddələrdə olmaması ilə əlaqədardır. Eyni zamanda A.h.-da maddələrdə qonşu zərrəciklərin yerləşməsində (n.d. yaxın düzülüş, şək., b) uyğunlaşma mövcuddur. Məsafənin böyüməsilə bu uyğunlaşma kiçilir və qəfəs sabitinin bir neçə mislinə bərabər məsafədə itir (bax. Uzaq və yaxın düzülüş). Yaxın düzülüş mayelər üçün də xarakterdir, lakin mayelərdə qonşu zərrəciklərin yerdəyişmə mübadiləsi intensiv baş verir və özlülüyün artması ilə bu proses çətinləşir. Ona görə də bərk cismə A.h.-da böyük özlülük əmsalına malik olan ifrat soyudulmuş maye kimi də baxmaq olar. Bəzən "A.h." anlayışı mayeyə də aid edilir.
Fiziki xassələrin izotropluğu polikristal hal üçün də xarakterik sayılır. Lakin polikristal maddənin müəyyən ərimə temp-ru var ki, bu da onu amorf maddədən fərqləndirməyə imkan verir. Maddənin amorf və ya kristal quruluşlu olması rentgenoqram ilə aşkara çıxarılır.
Aşağı temperaturlarda termodinamik tarazlıq halı kristallik haldır. Lakin kristallaşma prosesi çox vaxt tələb edə bilər, yəni molekullar "sıraya düzülməyə" macal tapmalıdır. Aşağı temperaturlarda bu vaxt çox böyük olur və kristallik hal praktiki olaraq reallaşa bilmir. Ona görə də A.h. ərintinin çox sürətli soyudulması ilə yaranır. Məs., kristallik kvarsı əridərək və sonra ərintini sürətlə soyudaraq amorf kvars şüşə alınır (bax. Şüşəyəbənzər hal). Lakin, bəzən olduqca sürətli soyutma belə kristalların yaranmasına mane olmaq üçün kifayər etmir. Bunun nəticəsində əksər maddələr A.h.-da alına bilmir. Bununla belə, bir sıra metallar A.h.-da alınmışdır, o cümlədən, maqnit nizamlığına malik olanlar və bəzi yarımkeçiricilər.
Təbiətdə A.h. kristallikə nisbətən az yayılmışdır. Opal, obsidian, kəhrəba, qətranlar, bitumlar və polimerlər A.h.-da ola bilərlər. Amorf polimerlərin quruluşu makromolekul zəncirlərin və ya seqmentlərinin yerləşməsində yaxın düzülüş, bu düzülüşün onların bir-birindən uzaqlaşması hesabına çox tez itməsilə xarakterizə olunur. Amorf polimerlər temperaturdan asılı olaraq, molekul seqmentlərinin istilik hərəkətlərinin xarakteri ilə bir-birindən fərqlənən üç halda ola bilər: şüşəyəbənzər hal, yüksək elastiklik halı və axıcı-özlülük halı (maye halı). Alçaq temperaturlarda molekul seqmentləri mütəhərrik olmadığından polimer özünü adi bərk amorf maddə kimi aparır. Kifayət qədər yüksək temperaturlarda istilik hərəkət enerjisi molekul seqmentlərinin yerini dəyişdirə bilir, lakin bütünlükлə molekulları hərəkətə gətirməyə hələ gücü çatmır. Beləliklə, yüksək elastiki hal yaranır və polimer asanlıqla uzanıb-yığılır. Maddənin yüksək elastiklik halından şüşəyəbənzər hala keçməsinə şüşələşmə deyilir. Axıcı-özlülük halında təkcə seqmentlər deyil, makromolekullar da yerini dəyişə bilir, polimer axmağa başlayır. Lakin adi mayedən fərqli olaraq onun axması daim elastik deformasiyanın artması ilə gedir.
İstinadlar
- А. И. Китайгородский "Рентгеноструктурный анализ мелкокристаллических и аморфных тел", М.-Л., 1952;
- П. П. Кобеко "Аморфные вещества", М.-Л., 1952;
- М. И.Равич – Щербо, В. В. Новиков "Физическая и коллоидная химия", М., 1975;
- С. А. Балезни, Б. В.Ерофеев, Н. И.Подобаев "Основы физической и коллоидной химии", М., 1975;
- Ф. И.Алиев, Д. ИИсмаилов, Р. Б.Шафизаде "Электронографическое исследование аморфных пленок ТлС" // Кристаллография, 1982
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Amorf hal A h yun amorphos formasiz maddenin qeyri kristal quruluslu berk hali olub xasselerin izotroplugu ve erime noqtesinin olmamasi ile xarakterize olunur Izotropluq yeni onlarin butun fiziki xasseleri mexaniki istilik elektrik optik ve s xasseleri tebii seraitde kristallarinkindan ferqli olaraq madde daxilinde her hansi istiqametde eynidir bax Anizotropluq Temperaturun yukselmesi zamani amorf madde yumsalir ve maye hala tedricen kecir Bu xususiyyet atom molekul ion ve onlarin qruplarinin yuz ve min period davaminda kristallardaki kimi ciddi periodikliyin A h daki maddelerde olmamasi ile elaqedardir Eyni zamanda A h da maddelerde qonsu zerreciklerin yerlesmesinde n d yaxin duzulus sek b uygunlasma movcuddur Mesafenin boyumesile bu uygunlasma kicilir ve qefes sabitinin bir nece misline beraber mesafede itir bax Uzaq ve yaxin duzulus Yaxin duzulus mayeler ucun de xarakterdir lakin mayelerde qonsu zerreciklerin yerdeyisme mubadilesi intensiv bas verir ve ozluluyun artmasi ile bu proses cetinlesir Ona gore de berk cisme A h da boyuk ozluluk emsalina malik olan ifrat soyudulmus maye kimi de baxmaq olar Bezen A h anlayisi mayeye de aid edilir Amorf halindaki ari mumu ve parafin Fiziki xasselerin izotroplugu polikristal hal ucun de xarakterik sayilir Lakin polikristal maddenin mueyyen erime temp ru var ki bu da onu amorf maddeden ferqlendirmeye imkan verir Maddenin amorf ve ya kristal quruluslu olmasi rentgenoqram ile askara cixarilir Asagi temperaturlarda termodinamik tarazliq hali kristallik haldir Lakin kristallasma prosesi cox vaxt teleb ede biler yeni molekullar siraya duzulmeye macal tapmalidir Asagi temperaturlarda bu vaxt cox boyuk olur ve kristallik hal praktiki olaraq reallasa bilmir Ona gore de A h erintinin cox suretli soyudulmasi ile yaranir Mes kristallik kvarsi eriderek ve sonra erintini suretle soyudaraq amorf kvars suse alinir bax Suseyebenzer hal Lakin bezen olduqca suretli soyutma bele kristallarin yaranmasina mane olmaq ucun kifayer etmir Bunun neticesinde ekser maddeler A h da alina bilmir Bununla bele bir sira metallar A h da alinmisdir o cumleden maqnit nizamligina malik olanlar ve bezi yarimkeciriciler Tebietde A h kristallike nisbeten az yayilmisdir Opal obsidian kehreba qetranlar bitumlar ve polimerler A h da ola bilerler Amorf polimerlerin qurulusu makromolekul zencirlerin ve ya seqmentlerinin yerlesmesinde yaxin duzulus bu duzulusun onlarin bir birinden uzaqlasmasi hesabina cox tez itmesile xarakterize olunur Amorf polimerler temperaturdan asili olaraq molekul seqmentlerinin istilik hereketlerinin xarakteri ile bir birinden ferqlenen uc halda ola biler suseyebenzer hal yuksek elastiklik hali ve axici ozluluk hali maye hali Alcaq temperaturlarda molekul seqmentleri muteherrik olmadigindan polimer ozunu adi berk amorf madde kimi aparir Kifayet qeder yuksek temperaturlarda istilik hereket enerjisi molekul seqmentlerinin yerini deyisdire bilir lakin butunlukle molekullari herekete getirmeye hele gucu catmir Belelikle yuksek elastiki hal yaranir ve polimer asanliqla uzanib yigilir Maddenin yuksek elastiklik halindan suseyebenzer hala kecmesine suselesme deyilir Axici ozluluk halinda tekce seqmentler deyil makromolekullar da yerini deyise bilir polimer axmaga baslayir Lakin adi mayeden ferqli olaraq onun axmasi daim elastik deformasiyanin artmasi ile gedir IstinadlarA I Kitajgorodskij Rentgenostrukturnyj analiz melkokristallicheskih i amorfnyh tel M L 1952 P P Kobeko Amorfnye veshestva M L 1952 M I Ravich Sherbo V V Novikov Fizicheskaya i kolloidnaya himiya M 1975 S A Balezni B V Erofeev N I Podobaev Osnovy fizicheskoj i kolloidnoj himii M 1975 F I Aliev D IIsmailov R B Shafizade Elektronograficheskoe issledovanie amorfnyh plenok TlS Kristallografiya 1982