Abdulla Məhəmməd oğlu Şərifov (tatar. Габдулла Мөхәммәт улы Шәрипов; 10 (22) noyabr 1893, Troitsk[d], Troitsk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası – 4 oktyabr 1938) — Azərbaycan dilçi alimi, Azərbaycan dilçiliyinin banilərindən biri.
Abdulla Şərifov | |
---|---|
Abdulla Məhəmməd oğlu Şərifov | |
Doğum tarixi | 10 (22) noyabr 1893 |
Doğum yeri |
|
Vəfat tarixi | 4 oktyabr 1938 (44 yaşında) |
İş yerləri | |
Təhsili |
|
Həyatı
1893-cü ilin noyabrında Rusiyanın Orenburq vilayətinin Troitsk şəhərciyində anadan olub. Burada rus-tatar məktəbinə gedib, 1908-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin pulu ilə İstanbula gedərək orta təhsilini başa vurub. Orta təhsilini başa vuraraq 1914-cü ildə vətənə qayıdır. Troitskə qayıdan A. Şərifov müəllimliklə yanaşı ardıcıl jurnalistlik fəaliyyəti olub. 1919-cu ilin sentyabrın 1-dən Anjersk musiqi məktəbi və Tümenskdə birinci tatar məktəbində müəllim işləyib, RK(b)P üzv seçilib və 1921-ci ilin martında Tümen quberniya rəhbərinin milli məsələlər üzrə müavin olub.
O, 1921-ci ilin payızında Tomsk Universitetinin ictimai fənnlər fakültəsinə qəbul olunur. 1923-cü il iyununda Bakıya gələn A. Şərifov Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdir (1928). Daha sonra aspiranturada oxuyub (1931).
Azərbaycan Pedaqoji İnstitutunda türk-tatar dialektologiyası, türk (azərbaycan) və rus dili kurslarından dərs deyib (1931–1933).
Azərbaycan Elmlər Akademiyasının Tarix, Dil və Ədəbiyyat İnstitutunun Lüğət və terminlər şöbəsinin müdiri olub.
Onun ilk elmi əsərləri Azərbaycan dilinin fonetik quruluşunun tədqiqinə həsr edilmişdir. "Türk dilinin (Azərbaycan dili) qrammatik kateqoriyalarının təsnifatının əsasları" əsəri bu gün də mühüm əhəmiyyət kəsb edir.
1932-ci ildə orta məktəbin bütün sinifləri üçün Azərbaycan dili dərsliklərinin yaradılması üzrə xüsusi komissiyanın tərkibinə daxil edilmiş, keyfiyyətli dərsliklərin yazılmasında iştirak etmişdir. Komissiyada Abdulla Tağızadə, Xalid Səid Xocayev, İdris Həsənov, Qulam Bağırov və Ələkbər Babazadə var idi.
O, Azərbaycan dilinin dialektlərinin tədqiqinə də töhfə verir, Şamaxıya ekspedisiyalar təşkil edir. Elmi nəticələri Bakıda, Moskvada, Leninqradda nəşr olunur.
1937-ci il iyunun 21-də "xalq düşmənləri" Bəkir Çobanzadə, Vəli Xuluflu, Qulam Bağırov və b. dil elmində "təxribat törətməkdə" ittihamı ilə həbs edilib. 1938-ci ildə ölüm hökmünə məhkum edilərək güllələnib. Nəşrə hazırladığı kitabları: "Azərbaycan türk dili" (1931), "Elmi tərcümə problemləri" (1936) qadağan edilib. 1956-cı ildə reabilitasiya olunub.
Əsərləri
- Türk-tatar dillərinin sinqarmoniyası haqqında.
- Türk dili qrammatik katoqoriyalarının təsnifat prinsipləri haqqında.
- Azərbaycanın Şamaxı dialekti. (Şamaxı rayonuna iki illik ekspedissiyanın yekunları).
- Texnikumlar üçün qrammatika (T. Bağırov və İ. Həsənovlv birlikdə). I və II hissələr.
- Orta məktəblər üçün türk dilinin qrammatikası (İdris Həsənovla birlikdə). I və II hissələr.
- Türk məktəblərində rus dilinin tədrisi (müqayisəli metodun əsaslandırılması).
İstinadlar
- А. Ш. Тагирзаде, А. Г. Гулиев. "Абдулла Шарифов" (PDF). "Советская тюркология" (№ 2). 1989: 85–86. 2024-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-12.
- Şamil, Əli. "Abdulla Şərifov repressiya qurbanıdır". "Xalq Cəbhəsi" qəzeti. 2013-12-17. İstifadə tarixi: 2024-10-12.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Abdulla Mehemmed oglu Serifov tatar Gabdulla Mohәmmәt uly Shәripov 10 22 noyabr 1893 Troitsk d Troitsk qezasi d Orenburq quberniyasi d Rusiya imperiyasi 4 oktyabr 1938 Azerbaycan dilci alimi Azerbaycan dilciliyinin banilerinden biri Abdulla SerifovAbdulla Mehemmed oglu SerifovDogum tarixi 10 22 noyabr 1893Dogum yeri Troitsk d Troitsk qezasi d Orenburq quberniyasi d Rusiya imperiyasiVefat tarixi 4 oktyabr 1938 1938 10 04 44 yasinda Is yerleri Azerbaycan Dovlet Pedaqoji Universiteti AMEA Dilcilik InstitutuTehsili Tomsk Dovlet Universiteti d 1921 1923 Azerbaycan Dovlet Universiteti 1928 Heyati1893 cu ilin noyabrinda Rusiyanin Orenburq vilayetinin Troitsk seherciyinde anadan olub Burada rus tatar mektebine gedib 1908 ci ilde Muselman Xeyriyye Cemiyyetinin pulu ile Istanbula gederek orta tehsilini basa vurub Orta tehsilini basa vuraraq 1914 cu ilde vetene qayidir Troitske qayidan A Serifov muellimlikle yanasi ardicil jurnalistlik fealiyyeti olub 1919 cu ilin sentyabrin 1 den Anjersk musiqi mektebi ve Tumenskde birinci tatar mektebinde muellim isleyib RK b P uzv secilib ve 1921 ci ilin martinda Tumen quberniya rehberinin milli meseleler uzre muavin olub O 1921 ci ilin payizinda Tomsk Universitetinin ictimai fennler fakultesine qebul olunur 1923 cu il iyununda Bakiya gelen A Serifov Azerbaycan Dovlet Universitetinin Serq fakultesinin dil ve edebiyyat sobesini bitirmisdir 1928 Daha sonra aspiranturada oxuyub 1931 Azerbaycan Pedaqoji Institutunda turk tatar dialektologiyasi turk azerbaycan ve rus dili kurslarindan ders deyib 1931 1933 Azerbaycan Elmler Akademiyasinin Tarix Dil ve Edebiyyat Institutunun Luget ve terminler sobesinin mudiri olub Onun ilk elmi eserleri Azerbaycan dilinin fonetik qurulusunun tedqiqine hesr edilmisdir Turk dilinin Azerbaycan dili qrammatik kateqoriyalarinin tesnifatinin esaslari eseri bu gun de muhum ehemiyyet kesb edir 1932 ci ilde orta mektebin butun sinifleri ucun Azerbaycan dili dersliklerinin yaradilmasi uzre xususi komissiyanin terkibine daxil edilmis keyfiyyetli dersliklerin yazilmasinda istirak etmisdir Komissiyada Abdulla Tagizade Xalid Seid Xocayev Idris Hesenov Qulam Bagirov ve Elekber Babazade var idi O Azerbaycan dilinin dialektlerinin tedqiqine de tohfe verir Samaxiya ekspedisiyalar teskil edir Elmi neticeleri Bakida Moskvada Leninqradda nesr olunur 1937 ci il iyunun 21 de xalq dusmenleri Bekir Cobanzade Veli Xuluflu Qulam Bagirov ve b dil elminde texribat toretmekde ittihami ile hebs edilib 1938 ci ilde olum hokmune mehkum edilerek gullelenib Nesre hazirladigi kitablari Azerbaycan turk dili 1931 Elmi tercume problemleri 1936 qadagan edilib 1956 ci ilde reabilitasiya olunub EserleriTurk tatar dillerinin sinqarmoniyasi haqqinda Turk dili qrammatik katoqoriyalarinin tesnifat prinsipleri haqqinda Azerbaycanin Samaxi dialekti Samaxi rayonuna iki illik ekspedissiyanin yekunlari Texnikumlar ucun qrammatika T Bagirov ve I Hesenovlv birlikde I ve II hisseler Orta mektebler ucun turk dilinin qrammatikasi Idris Hesenovla birlikde I ve II hisseler Turk mekteblerinde rus dilinin tedrisi muqayiseli metodun esaslandirilmasi IstinadlarA Sh Tagirzade A G Guliev Abdulla Sharifov PDF Sovetskaya tyurkologiya 2 1989 85 86 2024 07 28 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2024 10 12 Samil Eli Abdulla Serifov repressiya qurbanidir Xalq Cebhesi qezeti 2013 12 17 Istifade tarixi 2024 10 12