Əhədulla Muxtar oğlu Qənbərov (1937, Kakalos, Astara rayonu – 1998) — Azərbaycan şairi, tərcüməçi.
Əhəd Muxtar | |
---|---|
Əhədulla Muxtar oğlu Qənbərov | |
Doğum tarixi | 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 1998 |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | talış |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
İxtisası | filologiya |
Fəaliyyəti | Şair, tərcüməçi |
Fəaliyyət illəri | 1950-1998 |
Əsərlərinin dili | azərbaycanca talışca |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Erkən yaşdan ədəbi yaradıcılığa, poeziyaya meyillənib. Əsərləri dövri mətbuatda 1950-ci illərin sonlarından işıq üzü görməyə başlayıb. “Şəfəq seli” (1969), “And iç” (1977), “Salam, insanlar!” (1979), “Qönçələr açılır” (1983), “Doğmalıq” (1985), “Dünya yaman dünyadır” (1989) adlı şeir kitabları çap olunub. “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri (1967-1979), məsul katib (1979-1998) vəzifələrində çalışıb. Boleslav Prusun “Firon”, “Sibir” (Yasif Nəsirli ilə birgə), Çingiz Abdullayevin “Əclafların qanunu” romanı kimi məşhur əsərləri Azərbaycan dilinə tərcümə edib.
Həyatı
Əhəd Muxtar 1937-ci ildə Astara rayonunun Kokolos kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İlk kitabı "Şəfəq seli" 1969-cu ildə çap olunub. Sonralar "And iç", "Salam insanlar!", "Qönçələr açılır", "Doğmalıq", "Dünya yaman dünyadı" və başqa şeir kitablarının müəllifidir. Azərbaycan dili ilə yanaşı talış dilində şeirlər yazıb. 1997-ci ildə talış dilində yazılmış şeirlərdən ibarət "Çımı Dıli Ğısmətiş" adlı kitabı nəşr olunub. Əhəd Muxtar Boleslav Prusun "Firon" romanını, Georgi Markovun "Sibir" romanını (Yasif Nəsirli ilə birgə), Çingiz Abdullayevin "Əclafların qanunu" romanını ruscadan Azərbaycan dilinə çevirib. Dəfələrlə Orta Asiyada olub. Türkmən yazıçısı Təşli Qurbanovun “Sarı gül” povestini Azərbaycan dilinə çevirib. Özbək, qırğız, qazax, türkmən şairlərinin çox sayda şeir və poemalarını Azərbaycan oxucularına çatdırıb. Onun özbək şairlərindən çevirdiyi şeir və poemaların həcmi 11 min misradan artıqdır. Həmin tərcümələrin bir hissəsi ayrıca kitab şəklində çap olunub: Normurad Nərzullayev, “Məhəbbətdən doğulmuşam” (Gənclik, Bakı, 1979); Həmid Alimcan, “Sən doğulan gün” (Yazıçı, 1989). Özbək ədəbiyyatının görkəmli simalarından olan Mir Temir, Şöhrət, Abdulla Aripov, Zülfiyyə, Qafur Qulam, Uyğun, Şükrulladan da xeyli tərcümələr edib. Türk xalqlarından tərcümələri arasında tatar şairlərindən çevirmələr də var
Özbəkistanın tanınan şairlərindən olan Camal Kamalı da Azərbaycan dilinə ən çox Əhəd Muxtar tərcümə edib. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə C.Kamalın 1989-cu ildə Bakıda nəşr olunan “Günəş çeşməsi” adlı kitabına önsözdə yazır:
...Mən C.Kamalın əsərlərini imkan olduqca dilimizə çevirmək və bu əsərlərdən ibarət kitab buraxmaq fikrinə düşdüm. Bu arzunu özbək dilini yaxşı bilən qələm yoldaşlarımdan Xəlil Rza və Əhəd Muxtara bildirdim və biz bu çətin, lakin şərəfli işə başladıq. Bu gün Azərbaycan oxucularına təqdim etdiyimiz bu toplu həmin arzunun nəticəsidir |
.
Əhəd Muxatrın 70 illiyi ilə bağlı çapdan çıxan xüsusi nəşrdə (“Oğuz eli” qəzetinin “Yazıçı” buraxılışı) C.Kamalın da qələm dostu haqqda bir xatirəsi yer alıb:
Əhəd haqqında çox isti xatirələrim var. Tanışlığımızın tarixçəsi onun Özbəkistana səfərindən başlanmışdı. Sonralar mən də iki dəfə Bakıda oldum. O da Daşkənddə bizim evdə qonaq oldu. Əhəd çox yaxşı insan, yaxşı şair və mehriban dost idi... Ümumiyyətlə o vaxtlar Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələr çox sıx idi. Bunun əsas səbəbi o idi ki, Azərbaycan və özbək xalqları eyni kökdəndir. Məsələn, biz də Füzulini öz şairimiz hesab edirik. Muğam oxuyanlar Füzulinin şeirlərindən çox istifadə edirlər. Böyük özbək şairi Maqsud Şeyxzadə isə əslən azərbaycanlıdır. Özbək və Azərbaycan dilləri yaxındır, amma bir dildən digərinə çevirmələr xalqların ünsiyyətini daha da asanlaşdırır |
Yazıçı-publisist öz xatirələrindən ibarət “Özbəkistanda nəyim qaldı” kitabında təxminən 30 il qabaq Ə.Muxtardan aldığı bir müsahibəyə də yer verib:
Mən Özbəkistanda Nizami Gəncəvi adına Daşkənd Pedaqoji İnstitutunun olmasını böyük hadisə hesab edirəm. Əgər hər il bu ali məktəbi, orta hesabla, min müəllim bitirirsə, bu o deməkdir ki, özbək torpağının hər bucağında ölməz Nizaminin övladları yaşayır. Onlar ustad şairi öyrənir, onu yetirən xalqı sevir, hər vaxt bu xalqı, bu torpağı hörmətlə yad edirlər. Bu gün həmin institutla bağlı digər bir həmyerlimizin – iki xalqın şairi və iftixarı sayılan Maqsud Şeyxzadənin adını çəkmək istəyirəm. Maqsud Şeyxzadənin adını eşidən və şeirini əzbər bilən adam özbək torpağında istədiyi qapını ərklə aça bilər... Maqsud Şeyxzadə bütün özbəklərin hədsiz dərəcədə hörmət etdiyi böyük sənətkarlardan biridir. Yoxsa özbəklər ona elə-belə “ustad” deməzdilər... Səmərqənddə Nəriman Nərimanovun adını daşıyan küçənin olması da məni hədsiz dərəcədə sevindirir... Sabir, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Mirzə İbrahimov, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Cabir Novruz sanki Azərbaycan yazıçıları deyil, həm də özbək şairi, özbək nasirləridir. Özbəkistan nəşriyyatları öz yazıçıları ilə yanaşı, adlarını çəkdiyim azərbaycanlı nasir və şairlərin də əsərlərini qayğı ilə çap edirlər. Əhəd Muxtar |
Əhəd Muxtarın öz şeirləri də özbək dilinə çevrilib, Özbəkistanın “Ulduz”, “Gülüstan”, “Sovet Özbəkistanı”, “Buxara həqiqəti” kimi jurnal və qəzetlərində dərc edilib. Onun şeirlərini özbək dilinə Normurad Nərzullayev, Safo Oçil və İxtiyar Rza çevirib. Əslən azərbaycanlı olan və özbəklərin böyük dəyər verdikləri şair İxtiyar Rza ilə Əhəd Muxtarı sıx dostluq telləri bağlayıb. İxtiyar Rzanın da iki xalq və onların ədəbiyyatları arasında əlaqələrin qurulmasında, Azərbaycan şair və yazıçılarının Özbəkistanda təbliğində böyük xidməti var.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- ЧЫМЫ ДЫЛИ ҒЫСМӘТИШ (PDF). Bakı, Azərbaycan: Azərnəşr. 1997. 2019-07-18 tarixində (PDF). İstifadə tarixi: 2019-07-18.
- (az.). Azərbaycan: Ədalət. 25 Noyabr 2017. 2020-10-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. (#invalid_param_val)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ehedulla Muxtar oglu Qenberov 1937 Kakalos Astara rayonu 1998 Azerbaycan sairi tercumeci Ehed MuxtarEhedulla Muxtar oglu QenberovDogum tarixi 1937Dogum yeri Kakalos Astara rayonu Azerbaycan SSR SSRIVefat tarixi 1998Defn yeri KakalosVetendasligi SSRI AzerbaycanMilliyyeti talisTehsili Azerbaycan Dovlet Pedaqoji UniversitetiIxtisasi filologiyaFealiyyeti Sair tercumeciFealiyyet illeri 1950 1998Eserlerinin dili azerbaycanca talisca Azerbaycan Dovlet Pedaqoji Universitetinin filologiya fakultesini bitirib Erken yasdan edebi yaradiciliga poeziyaya meyillenib Eserleri dovri metbuatda 1950 ci illerin sonlarindan isiq uzu gormeye baslayib Sefeq seli 1969 And ic 1977 Salam insanlar 1979 Qonceler acilir 1983 Dogmaliq 1985 Dunya yaman dunyadir 1989 adli seir kitablari cap olunub Ulduz jurnalinda edebi isci sobe mudiri 1967 1979 mesul katib 1979 1998 vezifelerinde calisib Boleslav Prusun Firon Sibir Yasif Nesirli ile birge Cingiz Abdullayevin Eclaflarin qanunu romani kimi meshur eserleri Azerbaycan diline tercume edib HeyatiEhed Muxtar 1937 ci ilde Astara rayonunun Kokolos kendinde anadan olub Azerbaycan Dovlet Pedaqoji Universitetinin filologiya fakultesini ferqlenme diplomu ile bitirib Ilk kitabi Sefeq seli 1969 cu ilde cap olunub Sonralar And ic Salam insanlar Qonceler acilir Dogmaliq Dunya yaman dunyadi ve basqa seir kitablarinin muellifidir Azerbaycan dili ile yanasi talis dilinde seirler yazib 1997 ci ilde talis dilinde yazilmis seirlerden ibaret Cimi Dili Gismetis adli kitabi nesr olunub Ehed Muxtar Boleslav Prusun Firon romanini Georgi Markovun Sibir romanini Yasif Nesirli ile birge Cingiz Abdullayevin Eclaflarin qanunu romanini ruscadan Azerbaycan diline cevirib Defelerle Orta Asiyada olub Turkmen yazicisi Tesli Qurbanovun Sari gul povestini Azerbaycan diline cevirib Ozbek qirgiz qazax turkmen sairlerinin cox sayda seir ve poemalarini Azerbaycan oxucularina catdirib Onun ozbek sairlerinden cevirdiyi seir ve poemalarin hecmi 11 min misradan artiqdir Hemin tercumelerin bir hissesi ayrica kitab seklinde cap olunub Normurad Nerzullayev Mehebbetden dogulmusam Genclik Baki 1979 Hemid Alimcan Sen dogulan gun Yazici 1989 Ozbek edebiyyatinin gorkemli simalarindan olan Mir Temir Sohret Abdulla Aripov Zulfiyye Qafur Qulam Uygun Sukrulladan da xeyli tercumeler edib Turk xalqlarindan tercumeleri arasinda tatar sairlerinden cevirmeler de var Ozbekistanin taninan sairlerinden olan Camal Kamali da Azerbaycan diline en cox Ehed Muxtar tercume edib Azerbaycanin xalq sairi Bextiyar Vahabzade C Kamalin 1989 cu ilde Bakida nesr olunan Gunes cesmesi adli kitabina onsozde yazir Men C Kamalin eserlerini imkan olduqca dilimize cevirmek ve bu eserlerden ibaret kitab buraxmaq fikrine dusdum Bu arzunu ozbek dilini yaxsi bilen qelem yoldaslarimdan Xelil Rza ve Ehed Muxtara bildirdim ve biz bu cetin lakin serefli ise basladiq Bu gun Azerbaycan oxucularina teqdim etdiyimiz bu toplu hemin arzunun neticesidir Ehed Muxatrin 70 illiyi ile bagli capdan cixan xususi nesrde Oguz eli qezetinin Yazici buraxilisi C Kamalin da qelem dostu haqqda bir xatiresi yer alib Ehed haqqinda cox isti xatirelerim var Tanisligimizin tarixcesi onun Ozbekistana seferinden baslanmisdi Sonralar men de iki defe Bakida oldum O da Daskendde bizim evde qonaq oldu Ehed cox yaxsi insan yaxsi sair ve mehriban dost idi Umumiyyetle o vaxtlar Azerbaycan ve Ozbekistan arasinda edebi elaqeler cox six idi Bunun esas sebebi o idi ki Azerbaycan ve ozbek xalqlari eyni kokdendir Meselen biz de Fuzulini oz sairimiz hesab edirik Mugam oxuyanlar Fuzulinin seirlerinden cox istifade edirler Boyuk ozbek sairi Maqsud Seyxzade ise eslen azerbaycanlidir Ozbek ve Azerbaycan dilleri yaxindir amma bir dilden digerine cevirmeler xalqlarin unsiyyetini daha da asanlasdirir Yazici publisist oz xatirelerinden ibaret Ozbekistanda neyim qaldi kitabinda texminen 30 il qabaq E Muxtardan aldigi bir musahibeye de yer verib Men Ozbekistanda Nizami Gencevi adina Daskend Pedaqoji Institutunun olmasini boyuk hadise hesab edirem Eger her il bu ali mektebi orta hesabla min muellim bitirirse bu o demekdir ki ozbek torpaginin her bucaginda olmez Nizaminin ovladlari yasayir Onlar ustad sairi oyrenir onu yetiren xalqi sevir her vaxt bu xalqi bu torpagi hormetle yad edirler Bu gun hemin institutla bagli diger bir hemyerlimizin iki xalqin sairi ve iftixari sayilan Maqsud Seyxzadenin adini cekmek isteyirem Maqsud Seyxzadenin adini esiden ve seirini ezber bilen adam ozbek torpaginda istediyi qapini erkle aca biler Maqsud Seyxzade butun ozbeklerin hedsiz derecede hormet etdiyi boyuk senetkarlardan biridir Yoxsa ozbekler ona ele bele ustad demezdiler Semerqendde Neriman Nerimanovun adini dasiyan kucenin olmasi da meni hedsiz derecede sevindirir Sabir Cefer Cabbarli Mikayil Musfiq Semed Vurgun Suleyman Rustem Mirze Ibrahimov Nebi Xezri Bextiyar Vahabzade Cabir Novruz sanki Azerbaycan yazicilari deyil hem de ozbek sairi ozbek nasirleridir Ozbekistan nesriyyatlari oz yazicilari ile yanasi adlarini cekdiyim azerbaycanli nasir ve sairlerin de eserlerini qaygi ile cap edirler Ehed Muxtar Ehed Muxtarin oz seirleri de ozbek diline cevrilib Ozbekistanin Ulduz Gulustan Sovet Ozbekistani Buxara heqiqeti kimi jurnal ve qezetlerinde derc edilib Onun seirlerini ozbek diline Normurad Nerzullayev Safo Ocil ve Ixtiyar Rza cevirib Eslen azerbaycanli olan ve ozbeklerin boyuk deyer verdikleri sair Ixtiyar Rza ile Ehed Muxtari six dostluq telleri baglayib Ixtiyar Rzanin da iki xalq ve onlarin edebiyyatlari arasinda elaqelerin qurulmasinda Azerbaycan sair ve yazicilarinin Ozbekistanda tebliginde boyuk xidmeti var Hemcinin baxXarici kecidlerIstinadlarChYMY DYLI ҒYSMӘTISh PDF Baki Azerbaycan Azernesr 1997 2019 07 18 tarixinde PDF Istifade tarixi 2019 07 18 az Azerbaycan Edalet 25 Noyabr 2017 2020 10 22 tarixinde orijinalindan PDF arxivlesdirilib invalid param val