Həmzə sultan Qazaq oğlu Şahqulu sultan Ustaclı (?-1568) — qızılbaş sərkərdəsi, Azərbaycan və Xorasan əmir əl-ümərası, Astrabad və Çuxursəd əyalətinin bəylərbəyi (1551-1568).
Şahqulu sultan Ustaclı | |
---|---|
Həmzə sultan Qazaq oğlu Şahqulu sultan Ustaclı | |
1548 – 1550 | |
Sonrakı | |
1551 – 1568 | |
Əvvəlki | |
Sonrakı | Məhəmməd xan Ustaclı |
Şəxsi məlumatlar | |
Doğum yeri | İrəvan, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | İrəvan, Səfəvilər dövləti |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | |
Uşaqları | Məhəmməd xan Ustaclı «Toxmaq», , Allahqulu bəy, Imamqulu bəy |
Həsən bəy Rumlu 1544-cü ildə baş vermiş hadisələrdən bəhs edərkən Həmzə sultan Qazağın oğlu Şahqulu sultanın Məşhəd hakimi olduğunu qeyd edir. O, həmçinin Kirman və Astrabadda da hakim olmuşdu.
H.974-cü (1567) ildə Sultan Süleymanın vəfatı ilə əlaqədar Şah Təhmasibin başsağlığı vermək, Sultan Səlimin hakimiyyətə keçməsini təbrik etmək üçün vəzir Murad bəy İsfahani və 500 nəfər gənc ilə Çuxursəd hakimi Şahqulu sultanı da Osmanlı dövlətinə elçi göndərməsi onun Səfəvilər sarayında yüksək nüfuz sahibi olduğunu göstərir. O, Ədirnədə Sultan Səlimlə görüşmüş və Şahın göndərdiyi məktubu, hədiyyələri ona vermişdir.
Həyatı
Şahqulu sultan Ustaclı Ustaclı boyunun məşhur nümayəndələrindən biri olan Çayan sultanın qardaşı Qazax sultanın oğlu idi. Əmisi Çayan sultan Hüseyn bəy Lələdən sonra Şah İsmayılın əmir əl-ümərası olmuşdu. Şahqulu sultanın doğum tarixi haqqında mənbələrdə məlumat yoxdur. Anonim müəllif tərəfindən qələmə alınan “Tarixi-Qızılbaşan” əsərində onun haqqında müfəssəl məlumat verilib:
“Başqa birisi Qazax sultanın oğlu- Çayan sultanın qardaşı oğlu- Şahqulu sultandır ki, uzun illər Şah Təhmasibin adından Məşhəd hakimi idi və 958-ci ildə (1551) Şah Təhmasib onu çağırıb İsmayıl Mirzənin lələsi təyin etdi. Hüseyncan sultan Rumlunun vəfatından sonra Çuxursədin əmir əl-ümərası oldu və Şah Təhmasib onu Ruma səfir göndərdi. Oradan qayıtdıqdan sonra Qəzvin şəhərində axirətə köçdü. Şah Təhmasib onun qoşununu Məhəmməd xana tapşırdı.”
1539-1540-cı ildə Astrabadda Xoca Məhəmməd Saleh Bitikçinin qiyam qaldırması və vilayətdə idarəçiliyi ələ keçirməsi xəbəri tezliklə Şah Təhmasibə çatdırıldıqda o, lazımı tədbirlərin görülməsi barədə göstəriş verdi. Onun fərmanı əsasında qoşun dəstəsi təşkil edildi və həmin qoşun dəstəsinə rəhbərlik Şahqulu sultan Ustaclu, Əmir sultan Rumlu, Hüseyncan sultan Rumlu və Həsən bəy Şamluya tapşırıldı. Fərmana əsasən, bu qüvvələr Astrabada yollanmalı və bölgəyə yetişdikdən sonra Astrabadın keçmiş hakimi Sədrəddin xan Ustaclı və onun ətrafında olan qoşun dəstəsi də həmin qüvvələrə qoşulmalı idi. Şahqulu xan Ustaclı və adları çəkilən digər əmirlər dərhal bölgəyə yollandılar. Sədrəddin xan isə Şah Təhmasib tərəfindən göndərilən qoşun dəstəsinin yaxınlaşması xəbərini eşidincə fəallıq nümayiş etdirdi və Astrabad üzərinə hərəkət etdi. Məhəmməd Saleh Bitikçi məğlub edilib Şahın əmri ilə öldürüldü.
1540-cı ildə Rüstəmdar hakimi Məlik Cahangir ibn Kavus da ətrafına qüvvə toplayaraq mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı. Bu qiyam da Şah Təhmasibin müdaxiləsi nəticəsində tez bir zamanda yatırıldı. Şahın əmri ilə Rüstəmdara göndərilən qoşunun tərkibində Şahqulu sultan Ustaclının da adı çəkilir.
Məşhəd hakimi kimi
Həsən bəy Rumlu “Əhsən ət-Təvarix” əsərində 1544-cü ildə Hümayun şahın gəlişi zamanı Şahqulu sultan Ustaclının Məşhəd hakimi olduğunu qeyd edir. Hümayun və yanındakılar 1544-1545-ci ildə Cəmin Hərcərd kəndində yerləşən Şah Qasım Ənvarın məzarını ziyarət etdikdən sonra Məşhədə doğru hərəkət edirlər. Şah Təhmasibin fərmanına uyğun olaraq Hümayun şah Məşhəddə də çox böyük bir təntənə və izdihamla qarşılandı. 1544-cü il aprel ayının 8-də Məşhəd hakimi olan Şahqulu sultan Ustaclı bu böyük qonağın gəlməsi xəbərini alınca şəhər əyanları və əmirləri ilə birlikdə onu Məşhədin üç fərsəngliyində qarşıladı. Bu izdihamın əhatəsində də Hümayun şah Məşhədə daxil oldu və mövcud məlumatlara görə, 40 gün ərzində bu şəhərdə qonaq qaldı.
1545-ci ildə Din Məhəmməd xan Özbək Xorasana hücum edir. Şahqulu sultan Ustaclı bir dəstə mülazimi ilə şəhərdən çıxmışdı. Onlar Türüq ətrafında ətrafında olarkən xəbər gəldi ki, Din Məhəmməd və özbəklər şəhərə hücum çəkiblər. Özbəklər onun qoşun böyüklərindən 60 nəfəri, o cümlədən Əhməd ağa Eşikağası, Möhürdar və digərlərini qətlə yetirdilər. Bundan sonra onlar şəhəri tərk edərək Nişabura üz tuturlar.
H. 955 (1548)-ci ildə Həmzə Sultan Qazaxın oğlu Şahqulu sultan Ustaclı Astrabad hakimi idi. 1548-ci ildə Əli Sultan Özbək 6 minlik qoşun ilə Astrabad üzərinə hücuma keçir. Bu barədə “Əhsən ət-Təvarix”də yazılır:
“Bu il Əli sultan Özbək altı min süvari götürüb, qələbə və yağmaçılıq surətini qara qələmlə və cəhalət mürəkkəbi ilə öz xəyal lövhəsinə qeyd edərək Astarabada basqına gəldi. Şahqulu sultan Ustaclu cövşən deşən dilavərlərdən yeddi yüz nəfərlə qızmış şir kimi Cürcan cəngəlliyindın çıxıb Əli sultana həmlə etdi. Tam təəccüblüdür ki, özbəklər də yerlərində möhkəm dayandılar. Xülasə, o iki igid qoşun intiqam qılınclarını qından sıyırıb baş səpməklə (baş kəsməklə) məşğul oldular. Nəhayət, düşmənlər arxalarını çevirib qaçmağa üz qoydular. Namuslu dilavərlər Günbədi-Qabusa qədər özbəkləri təqib etdilər, onlardan üç yüz nəfəri qətlə yetirdilər və özbəklərin başlarını dinin pənahı olan şaha göndərdilər. Şahqulu sultanın qasidi Azərbaycanda aləmin pənahı olan şahın ordusuna çatdı və Əli sultanın məğlubiyyətini ərz etdi. O həzrət xeyli sevindi.”
Çuxursəd hakimi kimi
1549-1550-ci ildə İsgəndər paşa Çərkəz kürdlərin dəstəyini toplayıb Çuxursəd üzərinə yürüşə başlayır. O qızılbaşları məğlub edib İrəvan bazarını yandırır və Vana qayıdır. Bu xəbəri eşidən Osmanlı sultanı Sultan Süleyman onu mükafatlandıraaq Ərzurumun hakimiyyətini ona verir. Beləliklə İsgəndər paşa Səfəvilər ilə Osmanlı dövləti arasında yeni münaqişələrin yaranmasına səbəb olur. Qızılbaş əmirləri bir neçə dəfə ona məktub göndərib bu düşmənçilikdən əl çəkməsini istəsələr də İsgəndər paşa bu məktublara təhdidkar cavablarla qarşılıq verir. Bu zaman Şahqulu sultan Ustaclı da İsgəndər paşaya göndərdiyi məktubda Şah Təhmasibə qarşı hərəkətlərinə görə onu qınadığını bildirsə də, İsgəndər paşa bu məktuba məhəl qoymayır. 1551-ci ildə Şah Təhmasib Şahqulu sultanı İsmayıl Mirzənin lələsi təyin edir və Hüseynxan sultan Rumlunun ölümündən sonra Çuxursəd əmir əl-ümərası vəzifəsinə keçir.
Əbdi bəy Şirazi də Həmzə sultan Qazağın oğlu Şahqulu sultanın 1551-ci ildə Məşhəd hakimi vəzifəsindən azad olunub, Çuxursədə bəylərbəyi təyin edildiyini təsdiqləyir.
Hicri 958 (1551)-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Şah Təhmasib Şəki hakiminin üsyankar rəftarına qarşı cavab vermək məqsədilə 1551-ci ildə Şəki üzərinə yürüşə başlayır. Bu zaman Şəki hakimi Dərviş Məhəmməd xana nifrət bəsləyən gürcülər də I Təhmasibin yanına gəlib öz itaətlərini bildirirlər. Səfəvi ordusunun gəldiyi xəbərini eşidən Dərviş xan Gələsən-Görəsən qalasına sığınır. Digər əyanlar isə Kiş qalasına göndərildi. Şahqulu sultan Ustaclı, Sevindik bəy Qorçubaşı və Bədr xan Ustaclı Kiş qalasına göndərilən əyanlar idilər.
Şahzadə Bəyazidin Səfəvi dövlətinə sığınması
1559-cu ildə Osmanlı şahzadəsi Sultan Bəyazid də Səfəvi dövlətinə pənah gətirərkən əvvəlcə Çuxursədə gəlmiş, Şahqulu sultana sığınmışdı. Bəyazid İrəvana gəldikdən sonra Şahqulu sultan sığınanların sayca çox olması səbəbindən narahatlıq duyaraq onların tələblərini bir elçi vasitəsilə Qəzvinə, Şah Təhmasibə çatdırdı. Bəyazid də onunla birgə öz elçisi Əli Ağa Çavuşbaşını şahın sarayına göndərir. O qorxurdu ki, Amasya sülh müqaviləsinə əsasən yenidən Osmanlı dövlətinə qaytarılacaq. Şahqulu sultan osmanlılara yazdığı cavab məktubunda Bəyazidin şah tərəfindən tez bir zamanda onlara təhvil veriləcəyini bildirmişdi. Bu müddət ərzində Şahqulu sultan Bəyazidi orada gecikdirməyə davam etdi. Əli Ağa Çavuşbaşı və Şahqulu sultanın elçisi Qəzvində Təhmasibin hüzuruna çıxdı. Şah Təhmasib Şahqulu sultana əmr göndərdi ki, Bəyazidə yaxşı qonaqpərvərlik göstərsin. Şah Təhmasib həmçinin Əli ağa Çavuşbaşının yanında and içdi ki, şahzadəni təslim etməyəcək. Bundan sonra öz elçisini Bəyazidin elçisi ilə birgə 1558-1559-cu ildə çoxlu hədiyyələrlə Çuxursədə göndərdi ki, Bəyazidi Qəzvinə gətirsinlər. Şah Təhmasib yol boyu əyalət hakimlərinə Osmanlı şahzadəsini yaxşı qarşılamağı əmr etmişdi. Şah Bəyazidə yazdığı məktubda Səfəvilərin yanına gəldiyinə görə çox sevindiyini bildirir. Şahın əmri ilə Şahqulu sultan Bəyazidi Naxçıvana qədər yola salacaqdı. Burada isə onu Azərbaycan vəziri Abdullah qarşılamalı idi. Elçi və Şahqulu sultan Ustaclı Bəyazid və tərəfdarları ilə birgə Təbrizə doğru hərəkətə başladılar. Şah Təhmasibin əmri ilə Şahqulu sultan Naxçıvanda onlardan ayrılıb İrəvana qayıtdı.
Osmanlıya səfər etməsi
Şahzadə Bəyazidin qətlindən sonra da onunla bağlı olan məsələ iki dövlət arasında mövcud olan münasibətlər çərçivəsində yenidən gündəmə gəlmişdi. Belə ki, Osmanlı casusları saraya şayiə xarakterli məlumatlar çatdırırdılar ki, guya Şahzadə Bayəzidin böyük oğlu Orxan qətlə yetirilməyib və Səfəvi ərazisində sağ-salamat qalmaqdadır. Bu xəbər II Sultan Səlimi kifayət qədər təşvişə saldı və hakimiyyətə yiyələndikdən sonra tez-tələsik Səfəvi sarayına öz elçisini göndərməkdə məqsəd də həmin məlumatın doğru olub-olmadığını yoxlamaq idi. Çünki Orxanın sağ qalması və onun taxt-tac üçün iddia qaldırması Sultan Səlim hakimiyyəti üçün təhdidə çevrilə bilərdi. Osmanlı elçisi Qəzvində olarkən bu məsələ ilə ətraflı maraqlandı. Səfəvi sarayının əmir və əyanları da onu inandıra bildilər ki, Şahzadə Bayəzidin oğlunun sağ qalması və onun Səfəvi hüdudları daxilində yaşaması məsələsi həqiqətdən uzaqdır. Bu məlumat Sultan Səlimə çatdırıldı və bildirilir ki, bu məlumatı alandan sonra Sultan Səlim də öz taxt-tacının gələcəyinə görə bir qədər xatircəm oldu. Lakin mövcud olan məlumatlar görə, Sultan Səlimin bu narahatçılığı aradan qalxmayıbmış. Belə olduqda Şah Təhmasib həm yeni sultanın taxta çıxmasını təbrik etmək, həm Sultan Süleymanın ölümü ilə bağlı baş sağlığı vermək həm də sultanı Bəyazidin oğlunun sağ qalması məsələsində arxayın salmaq üçün 1567-ci ildə Şahqulu sultan Ustaclını, Murad bəy İsfahani və 500 nəfər gənc ilə birlikdə Osmanlı sarayına elçi göndərdi. Şahqulu sultan Ədirnədə Sultan Səlimlə görüşmüş və Şahın göndərdiyi məktubu, hədiyyələri ona vermişdir. Mənbələrin verdiyi məlumata görə bu məktub 70 gəz uzunluğunda idi və 8 ay müddətində yazılmışdı. Məktubunda Şah 95 türkcə beytə də yer vermişdi. Elçilik heyətində qızıl ilə bəzənmiş paltarlar, külçələr dolu 300 süvari də varidi. Bu süvarilərin atlarının əyəri də qızıl və gümüşdən hazırlanmışdı. Şahqulu sultanın paltarındakı mücəvhərlər olduqda çox və diqqətə layiq idi. Şah həmçinin onunla Sultan Süleymanın ölümü ilə bağlı Osmanlıda yaşayan yoxsullara paylamaq üçün böyük bir miqdar pul da göndərmişdi. Lakin bundan xəbər tutan Sultan Səlim 15 aprel 1568-ci ildə Şərqi Anadolu hakimi Piyalə paşaya əmr edir ki, Şahın göndərdiyi pullar yoxsullara paylanılmasın. Buna səbəb Osmanlı hakimini Səfəvilərin Anadolu türkləri arasında propaqanda aparacağından qorxması idi.
Ölümü
Şahqulu sultan Ustaclı 1568-ci ildə Ədirnədən qayıtdıqdan sonra Qəzvində vəfat etdi. Onun ölümündən sonra qoşunu oğlu Məhəmməd xan Toxmağa verildi.
Ailəsi
Məhəmməd xan Ustaclı - vaxtilə Çuxursəd bəylərbəyi olmuş Şahqulu sultanın oğlu idi və atasının vəfatından sonra onun vəzifəsinə sahib olmuşdu. Toxmaq xan ləqəbi ilə məşhur olan Məhəmməd xan Ustaclının rəhbərlik etdiyi elçilik heyəti 1576-cı il may ayının 4-də İstanbula yola düşmüş, Səfəvi elçiliyi bu dəfə səfərdə də çox böyük təntənə ilə qarşılanmışdı. Belə ki, elçilik heyəti İstanbula daxil olanda yeniçəri ağası olan Çığalzadə (Sinan paşa) at belində Məhəmməd xan Ustaclını qarşılayıb onun sol tərəfində qərar tutdu. Elçilik heyətinin qarşılanmasına gəlmiş Bolqarıstan bəylərbəyi isə Məhəmməd xanın sağ tərəfi ilə hərəkət etməyə başladı. Bununla Səfəvi elçisinə yüksək qonaqpərvərlik göstərildi.
İstinadlar
- Bayramlı, 2015. səh. 38
- Bayramlı, 2015. səh. 215
- Məhəmmədi, 1993. səh. 28
- Məhəmmədi, 1993. səh. 29
- Rumlu, 2017. səh. 514
- Musalı, 2020. səh. 116
- Musalı, 2020. səh. 147
- Rumlu, 2017. səh. 523
- Musalı, 2020. səh. 476
- Cavanşir, 2007. səh. 469
- Rumlu, 2017. səh. 546
- Bayramlı, 2015. səh. 155
- Cavanşir, 2007. səh. 470
- Rumlu, 2017. səh. 588
- Musalı, 2020. səh. 381
- Cavanşir, 2007. səh. 471
Həmçinin bax
Mənbə
- Bayramlı, Zabil Həsrət oğlu, [ (az.) AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU] (#bad_url), Bakı: «AVROPA» nəşriyyatı, 2015
- Əfəndiyev, Oqtay. Azərbaycan Səfəvilər dövləti (az.). Bakı: Şərq-Qərb. 2007. ISBN .
- Süleymanov, Mehman. Səfəvilər. Şah Təhmasib (az.). V. Bakı: Maarif. 2020. ISBN .
- Cavanşir, Babək. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576) (türk). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007.
- Məhəmmədi, M.Ə. Tarix-i Qızılbaşan (türk). Bakı: Azərbaycan nəşriyyatı. 1993.
- Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN .
Əlavə ədəbiyyat
- Qaradağlılar (2008) Müəllif: Ənvər Çingizoğlu Bakı, "Şuşa" nəşriyyatı, 2008, 160 səh.
- Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri
- Münşi Türkman, İsgəndər bəy. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF) (az.). Bakı: Təhsil. 2009.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hemze sultan Qazaq oglu Sahqulu sultan Ustacli 1568 qizilbas serkerdesi Azerbaycan ve Xorasan emir el umerasi Astrabad ve Cuxursed eyaletinin beylerbeyi 1551 1568 Sahqulu sultan UstacliHemze sultan Qazaq oglu Sahqulu sultan UstacliAstrabad beylerbeyliyi1548 1550SonrakiCuxurseed beylerbeyliyi1551 1568EvvelkiSonrakiMehemmed xan UstacliSexsi melumatlarDogum yeri Irevan Sefeviler dovletiVefat tarixi 1568Vefat yeri Irevan Sefeviler dovletiFealiyyeti herbi lider d AtasiUsaqlari Mehemmed xan Ustacli Toxmaq Allahqulu bey Imamqulu bey Hesen bey Rumlu 1544 cu ilde bas vermis hadiselerden behs ederken Hemze sultan Qazagin oglu Sahqulu sultanin Meshed hakimi oldugunu qeyd edir O hemcinin Kirman ve Astrabadda da hakim olmusdu H 974 cu 1567 ilde Sultan Suleymanin vefati ile elaqedar Sah Tehmasibin bassagligi vermek Sultan Selimin hakimiyyete kecmesini tebrik etmek ucun vezir Murad bey Isfahani ve 500 nefer genc ile Cuxursed hakimi Sahqulu sultani da Osmanli dovletine elci gondermesi onun Sefeviler sarayinda yuksek nufuz sahibi oldugunu gosterir O Edirnede Sultan Selimle gorusmus ve Sahin gonderdiyi mektubu hediyyeleri ona vermisdir HeyatiSahqulu sultan Ustacli Ustacli boyunun meshur numayendelerinden biri olan Cayan sultanin qardasi Qazax sultanin oglu idi Emisi Cayan sultan Huseyn bey Leleden sonra Sah Ismayilin emir el umerasi olmusdu Sahqulu sultanin dogum tarixi haqqinda menbelerde melumat yoxdur Anonim muellif terefinden qeleme alinan Tarixi Qizilbasan eserinde onun haqqinda mufessel melumat verilib Basqa birisi Qazax sultanin oglu Cayan sultanin qardasi oglu Sahqulu sultandir ki uzun iller Sah Tehmasibin adindan Meshed hakimi idi ve 958 ci ilde 1551 Sah Tehmasib onu cagirib Ismayil Mirzenin lelesi teyin etdi Huseyncan sultan Rumlunun vefatindan sonra Cuxursedin emir el umerasi oldu ve Sah Tehmasib onu Ruma sefir gonderdi Oradan qayitdiqdan sonra Qezvin seherinde axirete kocdu Sah Tehmasib onun qosununu Mehemmed xana tapsirdi 1539 1540 ci ilde Astrabadda Xoca Mehemmed Saleh Bitikcinin qiyam qaldirmasi ve vilayetde idareciliyi ele kecirmesi xeberi tezlikle Sah Tehmasibe catdirildiqda o lazimi tedbirlerin gorulmesi barede gosteris verdi Onun fermani esasinda qosun destesi teskil edildi ve hemin qosun destesine rehberlik Sahqulu sultan Ustaclu Emir sultan Rumlu Huseyncan sultan Rumlu ve Hesen bey Samluya tapsirildi Fermana esasen bu quvveler Astrabada yollanmali ve bolgeye yetisdikden sonra Astrabadin kecmis hakimi Sedreddin xan Ustacli ve onun etrafinda olan qosun destesi de hemin quvvelere qosulmali idi Sahqulu xan Ustacli ve adlari cekilen diger emirler derhal bolgeye yollandilar Sedreddin xan ise Sah Tehmasib terefinden gonderilen qosun destesinin yaxinlasmasi xeberini esidince fealliq numayis etdirdi ve Astrabad uzerine hereket etdi Mehemmed Saleh Bitikci meglub edilib Sahin emri ile olduruldu 1540 ci ilde Rustemdar hakimi Melik Cahangir ibn Kavus da etrafina quvve toplayaraq merkezi hakimiyyete qarsi qiyam qaldirdi Bu qiyam da Sah Tehmasibin mudaxilesi neticesinde tez bir zamanda yatirildi Sahin emri ile Rustemdara gonderilen qosunun terkibinde Sahqulu sultan Ustaclinin da adi cekilir Meshed hakimi kimi Hesen bey Rumlu Ehsen et Tevarix eserinde 1544 cu ilde Humayun sahin gelisi zamani Sahqulu sultan Ustaclinin Meshed hakimi oldugunu qeyd edir Humayun ve yanindakilar 1544 1545 ci ilde Cemin Hercerd kendinde yerlesen Sah Qasim Envarin mezarini ziyaret etdikden sonra Meshede dogru hereket edirler Sah Tehmasibin fermanina uygun olaraq Humayun sah Meshedde de cox boyuk bir tentene ve izdihamla qarsilandi 1544 cu il aprel ayinin 8 de Meshed hakimi olan Sahqulu sultan Ustacli bu boyuk qonagin gelmesi xeberini alinca seher eyanlari ve emirleri ile birlikde onu Meshedin uc fersengliyinde qarsiladi Bu izdihamin ehatesinde de Humayun sah Meshede daxil oldu ve movcud melumatlara gore 40 gun erzinde bu seherde qonaq qaldi 1545 ci ilde Din Mehemmed xan Ozbek Xorasana hucum edir Sahqulu sultan Ustacli bir deste mulazimi ile seherden cixmisdi Onlar Turuq etrafinda etrafinda olarken xeber geldi ki Din Mehemmed ve ozbekler sehere hucum cekibler Ozbekler onun qosun boyuklerinden 60 neferi o cumleden Ehmed aga Esikagasi Mohurdar ve digerlerini qetle yetirdiler Bundan sonra onlar seheri terk ederek Nisabura uz tuturlar H 955 1548 ci ilde Hemze Sultan Qazaxin oglu Sahqulu sultan Ustacli Astrabad hakimi idi 1548 ci ilde Eli Sultan Ozbek 6 minlik qosun ile Astrabad uzerine hucuma kecir Bu barede Ehsen et Tevarix de yazilir Bu il Eli sultan Ozbek alti min suvari goturub qelebe ve yagmaciliq suretini qara qelemle ve cehalet murekkebi ile oz xeyal lovhesine qeyd ederek Astarabada basqina geldi Sahqulu sultan Ustaclu covsen desen dilaverlerden yeddi yuz neferle qizmis sir kimi Curcan cengelliyindin cixib Eli sultana hemle etdi Tam teeccubludur ki ozbekler de yerlerinde mohkem dayandilar Xulase o iki igid qosun intiqam qilinclarini qindan siyirib bas sepmekle bas kesmekle mesgul oldular Nehayet dusmenler arxalarini cevirib qacmaga uz qoydular Namuslu dilaverler Gunbedi Qabusa qeder ozbekleri teqib etdiler onlardan uc yuz neferi qetle yetirdiler ve ozbeklerin baslarini dinin penahi olan saha gonderdiler Sahqulu sultanin qasidi Azerbaycanda alemin penahi olan sahin ordusuna catdi ve Eli sultanin meglubiyyetini erz etdi O hezret xeyli sevindi Cuxursed hakimi kimi 1549 1550 ci ilde Isgender pasa Cerkez kurdlerin desteyini toplayib Cuxursed uzerine yuruse baslayir O qizilbaslari meglub edib Irevan bazarini yandirir ve Vana qayidir Bu xeberi esiden Osmanli sultani Sultan Suleyman onu mukafatlandiraaq Erzurumun hakimiyyetini ona verir Belelikle Isgender pasa Sefeviler ile Osmanli dovleti arasinda yeni munaqiselerin yaranmasina sebeb olur Qizilbas emirleri bir nece defe ona mektub gonderib bu dusmencilikden el cekmesini isteseler de Isgender pasa bu mektublara tehdidkar cavablarla qarsiliq verir Bu zaman Sahqulu sultan Ustacli da Isgender pasaya gonderdiyi mektubda Sah Tehmasibe qarsi hereketlerine gore onu qinadigini bildirse de Isgender pasa bu mektuba mehel qoymayir 1551 ci ilde Sah Tehmasib Sahqulu sultani Ismayil Mirzenin lelesi teyin edir ve Huseynxan sultan Rumlunun olumunden sonra Cuxursed emir el umerasi vezifesine kecir Ebdi bey Sirazi de Hemze sultan Qazagin oglu Sahqulu sultanin 1551 ci ilde Meshed hakimi vezifesinden azad olunub Cuxursede beylerbeyi teyin edildiyini tesdiqleyir Hicri 958 1551 ci ilde I Sah Tehmasib Sekinin musteqilliyine son qoymaq qerarina geldi Sah Tehmasib Seki hakiminin usyankar reftarina qarsi cavab vermek meqsedile 1551 ci ilde Seki uzerine yuruse baslayir Bu zaman Seki hakimi Dervis Mehemmed xana nifret besleyen gurculer de I Tehmasibin yanina gelib oz itaetlerini bildirirler Sefevi ordusunun geldiyi xeberini esiden Dervis xan Gelesen Goresen qalasina siginir Diger eyanlar ise Kis qalasina gonderildi Sahqulu sultan Ustacli Sevindik bey Qorcubasi ve Bedr xan Ustacli Kis qalasina gonderilen eyanlar idiler Sahzade Beyazidin Sefevi dovletine siginmasi 1559 cu ilde Osmanli sahzadesi Sultan Beyazid de Sefevi dovletine penah getirerken evvelce Cuxursede gelmis Sahqulu sultana siginmisdi Beyazid Irevana geldikden sonra Sahqulu sultan siginanlarin sayca cox olmasi sebebinden narahatliq duyaraq onlarin teleblerini bir elci vasitesile Qezvine Sah Tehmasibe catdirdi Beyazid de onunla birge oz elcisi Eli Aga Cavusbasini sahin sarayina gonderir O qorxurdu ki Amasya sulh muqavilesine esasen yeniden Osmanli dovletine qaytarilacaq Sahqulu sultan osmanlilara yazdigi cavab mektubunda Beyazidin sah terefinden tez bir zamanda onlara tehvil verileceyini bildirmisdi Bu muddet erzinde Sahqulu sultan Beyazidi orada gecikdirmeye davam etdi Eli Aga Cavusbasi ve Sahqulu sultanin elcisi Qezvinde Tehmasibin huzuruna cixdi Sah Tehmasib Sahqulu sultana emr gonderdi ki Beyazide yaxsi qonaqperverlik gostersin Sah Tehmasib hemcinin Eli aga Cavusbasinin yaninda and icdi ki sahzadeni teslim etmeyecek Bundan sonra oz elcisini Beyazidin elcisi ile birge 1558 1559 cu ilde coxlu hediyyelerle Cuxursede gonderdi ki Beyazidi Qezvine getirsinler Sah Tehmasib yol boyu eyalet hakimlerine Osmanli sahzadesini yaxsi qarsilamagi emr etmisdi Sah Beyazide yazdigi mektubda Sefevilerin yanina geldiyine gore cox sevindiyini bildirir Sahin emri ile Sahqulu sultan Beyazidi Naxcivana qeder yola salacaqdi Burada ise onu Azerbaycan veziri Abdullah qarsilamali idi Elci ve Sahqulu sultan Ustacli Beyazid ve terefdarlari ile birge Tebrize dogru herekete basladilar Sah Tehmasibin emri ile Sahqulu sultan Naxcivanda onlardan ayrilib Irevana qayitdi Osmanliya sefer etmesi Sahzade Beyazidin qetlinden sonra da onunla bagli olan mesele iki dovlet arasinda movcud olan munasibetler cercivesinde yeniden gundeme gelmisdi Bele ki Osmanli casuslari saraya sayie xarakterli melumatlar catdirirdilar ki guya Sahzade Bayezidin boyuk oglu Orxan qetle yetirilmeyib ve Sefevi erazisinde sag salamat qalmaqdadir Bu xeber II Sultan Selimi kifayet qeder tesvise saldi ve hakimiyyete yiyelendikden sonra tez telesik Sefevi sarayina oz elcisini gondermekde meqsed de hemin melumatin dogru olub olmadigini yoxlamaq idi Cunki Orxanin sag qalmasi ve onun taxt tac ucun iddia qaldirmasi Sultan Selim hakimiyyeti ucun tehdide cevrile bilerdi Osmanli elcisi Qezvinde olarken bu mesele ile etrafli maraqlandi Sefevi sarayinin emir ve eyanlari da onu inandira bildiler ki Sahzade Bayezidin oglunun sag qalmasi ve onun Sefevi hududlari daxilinde yasamasi meselesi heqiqetden uzaqdir Bu melumat Sultan Selime catdirildi ve bildirilir ki bu melumati alandan sonra Sultan Selim de oz taxt tacinin geleceyine gore bir qeder xatircem oldu Lakin movcud olan melumatlar gore Sultan Selimin bu narahatciligi aradan qalxmayibmis Bele olduqda Sah Tehmasib hem yeni sultanin taxta cixmasini tebrik etmek hem Sultan Suleymanin olumu ile bagli bas sagligi vermek hem de sultani Beyazidin oglunun sag qalmasi meselesinde arxayin salmaq ucun 1567 ci ilde Sahqulu sultan Ustaclini Murad bey Isfahani ve 500 nefer genc ile birlikde Osmanli sarayina elci gonderdi Sahqulu sultan Edirnede Sultan Selimle gorusmus ve Sahin gonderdiyi mektubu hediyyeleri ona vermisdir Menbelerin verdiyi melumata gore bu mektub 70 gez uzunlugunda idi ve 8 ay muddetinde yazilmisdi Mektubunda Sah 95 turkce beyte de yer vermisdi Elcilik heyetinde qizil ile bezenmis paltarlar kulceler dolu 300 suvari de varidi Bu suvarilerin atlarinin eyeri de qizil ve gumusden hazirlanmisdi Sahqulu sultanin paltarindaki mucevherler olduqda cox ve diqqete layiq idi Sah hemcinin onunla Sultan Suleymanin olumu ile bagli Osmanlida yasayan yoxsullara paylamaq ucun boyuk bir miqdar pul da gondermisdi Lakin bundan xeber tutan Sultan Selim 15 aprel 1568 ci ilde Serqi Anadolu hakimi Piyale pasaya emr edir ki Sahin gonderdiyi pullar yoxsullara paylanilmasin Buna sebeb Osmanli hakimini Sefevilerin Anadolu turkleri arasinda propaqanda aparacagindan qorxmasi idi OlumuSahqulu sultan Ustacli 1568 ci ilde Edirneden qayitdiqdan sonra Qezvinde vefat etdi Onun olumunden sonra qosunu oglu Mehemmed xan Toxmaga verildi AilesiMehemmed xan Ustacli vaxtile Cuxursed beylerbeyi olmus Sahqulu sultanin oglu idi ve atasinin vefatindan sonra onun vezifesine sahib olmusdu Toxmaq xan leqebi ile meshur olan Mehemmed xan Ustaclinin rehberlik etdiyi elcilik heyeti 1576 ci il may ayinin 4 de Istanbula yola dusmus Sefevi elciliyi bu defe seferde de cox boyuk tentene ile qarsilanmisdi Bele ki elcilik heyeti Istanbula daxil olanda yeniceri agasi olan Cigalzade Sinan pasa at belinde Mehemmed xan Ustaclini qarsilayib onun sol terefinde qerar tutdu Elcilik heyetinin qarsilanmasina gelmis Bolqaristan beylerbeyi ise Mehemmed xanin sag terefi ile hereket etmeye basladi Bununla Sefevi elcisine yuksek qonaqperverlik gosterildi IstinadlarBayramli 2015 seh 38 Bayramli 2015 seh 215 Mehemmedi 1993 seh 28 Mehemmedi 1993 seh 29 Rumlu 2017 seh 514 Musali 2020 seh 116 Musali 2020 seh 147 Rumlu 2017 seh 523 Musali 2020 seh 476 Cavansir 2007 seh 469 Rumlu 2017 seh 546 Bayramli 2015 seh 155 Cavansir 2007 seh 470 Rumlu 2017 seh 588 Musali 2020 seh 381 Cavansir 2007 seh 471Hemcinin baxSedreddin xan Ustacli Astrabad beylerbeyliyi Cuxursed beylerbeyliyiMenbeBayramli Zabil Hesret oglu az AZERBAYCAN SEFEVI DOVLETININ QURULUSU VE IDARE OLUNMASINDA TURK QIZILBAS EYANLARININ ROLU bad url Baki AVROPA nesriyyati 2015 Efendiyev Oqtay Azerbaycan Sefeviler dovleti az Baki Serq Qerb 2007 ISBN 978 9952 34 101 0 Suleymanov Mehman Sefeviler Sah Tehmasib az V Baki Maarif 2020 ISBN 978 9952 37 141 8 Cavansir Babek IRAN DAKI TURK BOYLARI ve BOY MENSUBU KISILER SAFEVI DONEMI I SAH TAHMASB HAKIMIYETININ SONUNA KADAR 1576 turk Istanbul T C Mimar Sinan Guzel Sanatlar Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali Ortacag Tarihi Programi 2007 Mehemmedi M E Tarix i Qizilbasan turk Baki Azerbaycan nesriyyati 1993 Rumlu Hesen bey Ehsenut tevarix az Baki Uzanlar 2017 ISBN 978 605 030 641 5 Elave edebiyyatQaradaglilar 2008 Muellif Enver Cingizoglu Baki Susa nesriyyati 2008 160 seh Turk Qizilbas emirliyinin inzibati idare sisteminde yeri Munsi Turkman Isgender bey Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF az Baki Tehsil 2009