Əkbər Yerevanlı (tam adı: Əkbər Yunis oğlu Süleymanov; 17 iyun 1921, İrəvan, İrəvan qəzası, Ermənistan SSR – 28 avqust 1982, İrəvan, Ermənistan SSR, SSRİ) — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956). İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri (1956–1980),Ermənistan SSR Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri (1964–1982).
Əkbər Yerevanlı | |
---|---|
Əkbər Yunis oğlu Süleymanov | |
Doğum tarixi | 17 iyun 1921 |
Doğum yeri | |
Vəfat tarixi | 28 avqust 1982 (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Yunis Nuri |
Təhsili | |
Fəaliyyəti | yazıçı, nasir, ədəbiyyatşünas, pedaqoq |
Üzvlüyü |
|
Həyatı
Əkbər Yunis oğlu Süleymanov 1921-ci il iyunun 17-dəİrəvan şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, 1943–1948-ci illərdə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin Şərq şöbəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azərbaycan dilində nəşr edilən "Kommunist" (1939-cu ildən "Sovet Ermənistanı") qəzetinin redaksiyasında başlamış, ədəbi işçi, məsul katib, tərcüməçi, Ağbabada, Basarkeçərdə müəllim işləmişdir. 1951-ci ildə Ermənistan SSR EA M. Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olmuş, 1954-cü ildə "Azərbaycan-erməni ədəbi əlaqələri tarixindən" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olmuş, 1956-cı ildən X. Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparmış, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun erməni dilində "Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası" (1955), "Cəlil Məmmədquluzadə və erməni xalqı" (1966), "Nəsimi" (1973), "Xatabala" jurnalı Azərbaycan haqqında" (1974) kitabları çap olunmuşdur.
Əkbər Yerevanlının "Azəri-erməni ədəbi əlaqələri. Qədim dövrdən XVIII əsrin sonuna qədər" mövzusunda doktorluq dissertasiyası 556 səhifə həcmində monoqrafiya şəklində 1968-ci ildə İrəvanda "Hayastan" nəşriyyatında çap olunsa da, Moskvanın göstərişi ilə ömrünün sonuna kimi onu müdafiə etməyə qoymamışdılar.[] Buna görə də 1975-ci ildə "Erməni-Azərbaycan ədəbi əlaqələri (şifahi xalq yaradıcılığı, aşıq sənəti və XI–XVIII əsrlərin yazılı ədəbiyyatı)" adlı doktorluq dissertasiyasını Bakıda müdafiə etmişdir.
Əkbər Yerevanlının İrəvan şəhərində Azərbaycan dilində "Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri" (1958), "M. Ə. Sabir və erməni xalqı" (1962), "Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı" (1974), " və Azərbaycan ədəbiyyatı" (1975) tədqiqat əsərləri və bədii yaradıclıq nümunələri toplanmış bir neçə kitabı çap olunmuşdur. Əkbər Yerevanlının Sabir Rzayevlə birgə yazdıqları 166 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1980-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda çap olunmuşdur.
Cəfakeş tədqiqatçı, nasir, dramaturq Əkbər Yerevanlı 28 avqust 1982-ci ildə İrəvan şəhərində vəfat etmiş, valideynlərinin yanında dəfn olunmuşdur.
Ailəsi
Anası Səkinə, atası Yunis Süleymanovlardır. Əkbər Yerevanlının atası Yunis Nuri İrəvanda Azərbaycan teatrının banisi olmuş, 18 yaşından etibarən təqribən 50 il ərzində teatr kollektivinə rəhbərlik etmişdir. Yunis Nurinin oğlu Əziz Süleymanov 1967–1968-ci illərdə teatrın direktoru işləmişdir. 1984-cü ildən 1989-cu ilədək (teatr bağlananadək) Əkbər Yerevanlının oğlu Yunis Süleymanov İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru işləmişdir.
Əsərləri
Ədəbi
- Mənim günəşli ölkəm. Yerevan: Haypethrat, 1947, 120 səh;
- Gözəllik və səadət nəğmələri. Yerevan: Haypetrat, 1964. 246 səh;
- Azadə. Bakı: Azərnəşr, 1964, 48 səh;
- Yay gecəsində. Bakı: Gənclik, 1967, 46 səh;
- Qəlbimin çırağı. Yerevan: Hayastan, 1975, 154 səh;
- Yeddinci övladın anası (rus. Мать седьмого ребенка). Yerevan: Sovetakan qrox, 1982, 215 səh.
Elmi
- Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası (erm. Հայ և ադրբեջանական ժողովուրդների բարեկամության արտացոլումը գրականության մեջ). Yerevan: Haypetrat, 1955, 223 səh;
- Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri. Yerevan: Haypetrat, 1958, 272 səh;
- M. Ə. Sabir və erməni xalqı. Yerevan: Ermənistan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət, 1962, 45 səh;
- Cəlil Məmmədquluzadə və erməni xalqı (erm. Ջալիլ Մամեդկուլիզադեն և հայ ժողովուրդը). Yerevan: Hayastan, 1966, 105 səh;
- Azəri-erməni ədəbi əlaqələri (Qədim dövrdən XVIII əsrin sonuna qədər). Yerevan: Hayastan, 1968, 556 səh;
- Nəsimi (erm. Նասիմի). Yerevan: Hayastan, 1973, 56 səh;
- "Xatabala" jurnalı Azərbaycan haqqında (erm. "Խաթաբալա" շաբաթաթերթը Ադրբեջանի մասին). Yerevan: Hayastan, 1974, 40 səh;
- Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı. Yerevan: Hayastan, 1974, 131 səh;
- Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı. Yerevan: Hayastan, 1975, 192 səh;
- Yunis Nuri. Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1980, 166 səh. (həmmüəllif);
- Yunis Nuri (rus. Юнус Нури). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1982, 165 səh. (həmmüəllif).
Həmçinin bax
İstinadlar
- Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974. C. 3. S. 581.
- XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı. Bakı: Nurlan. 2004. səh. 237.
- İrəvan: Ensiklopedik foto-toplu. Bakı: ADPU-nun nəşriyyatı. 2019. səh. 14.
- Nazim Mustafa. "Ədəbi mühit". iravan.preslib.az. 2013. 2022-07-30 tarixində . İstifadə tarixi: 2022-07-30.
- Ələddin Allahverdiyev. "MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR: QƏŞƏM ASLANOV". karabakhmedia.az. 2016-10-05. 2016-10-05 tarixində . İstifadə tarixi: 2016-10-05.
- Ermənistan Sovet Ensiklopediyası (erməni). C. III. Yerevan: ESE-nın Baş Redaksiyası. 1977. səh. 581.
- Azərbaycan sovet ədəbiyyatşünaslığı (1920—1975). Biblioqrafiya. Bakı: Elm. 1983. səh. 907.
- Мать седьмого ребенка : [Повести] / Акпер Ереванлы. - Ереван : Советакан грох, 1982. — 215 с.; 20 см.
- "Koha online catalog ՀԱՅ ԳԻՐՔ = Armenian Book". haygirk.nla.am (ingilis). 2021-10-21 tarixində . İstifadə tarixi: 2021-10-21.
- "Sabir Rizayev, Əkbər Yerevanlı. Yunis Nuri. Yerevan: Ermənistan teatr cəmiyyəti. 1980". 2022-06-10 tarixində . İstifadə tarixi: 2022-07-31.
- "Юнус Нури / Сабир Ризаев, Акпер Ереванлы. - Ереван : АТО, 1982. - 165 с. : 9 л. ил.; 16 см". 2022-07-25 tarixində . İstifadə tarixi: 2022-07-25.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ekber Yerevanli tam adi Ekber Yunis oglu Suleymanov 17 iyun 1921 Irevan Irevan qezasi Ermenistan SSR 28 avqust 1982 Irevan Ermenistan SSR SSRI edebiyyatsunas pedaqoq nasir dramaturq dosent 1956 Irevan Dovlet Pedaqoji Institutunun Azerbaycan dili ve edebiyyati kafedrasinin mudiri 1956 1980 Ermenistan SSR Yazicilar Ittifaqinin Azerbaycan bolmesinin rehberi 1964 1982 Ekber YerevanliEkber Yunis oglu SuleymanovDogum tarixi 17 iyun 1921 1921 06 17 Dogum yeri Irevan Irevan qezasi Ermenistan SSRVefat tarixi 28 avqust 1982 1982 08 28 61 yasinda Vefat yeri Irevan Ermenistan SSR SSRIDefn yeri IrevanAtasi Yunis NuriTehsili Irevan Dovlet UniversitetiFealiyyeti yazici nasir edebiyyatsunas pedaqoqUzvluyu SSRI Yazicilar Ittifaqi 1945 1982 HeyatiEkber Yunis oglu Suleymanov 1921 ci il iyunun 17 deIrevan seherinde anadan olmusdur Burada orta mektebi bitirmis 1943 1948 ci illerde Irevan Dovlet Universitetinin Filologiya fakultesinin Serq sobesinde tehsil almisdir Emek fealiyyetine 1938 ci ilde Irevanda Azerbaycan dilinde nesr edilen Kommunist 1939 cu ilden Sovet Ermenistani qezetinin redaksiyasinda baslamis edebi isci mesul katib tercumeci Agbabada Basarkecerde muellim islemisdir 1951 ci ilde Ermenistan SSR EA M Abegyan adina Edebiyyat Institutunun aspiranturasna daxil olmus 1954 cu ilde Azerbaycan ermeni edebi elaqeleri tarixinden movzusunda namizedlik dissertasiyasi mudafie etmisdir 1950 1965 ci illerde Irevan Dovlet Universitetinde Azerbaycan edebiyyati muellimi olmus 1956 ci ilden X Abovyan adina Irevan Pedaqoji Institutunda Azerbaycan dili ve edebiyyati kafedrasinin mudiri islemisdir Ermeni ve Azerbaycan qarsiliqli edebi elaqeleri sahesinde ardicil tedqiqat aparmis bir sira ermeni yazicilarinin eserlerini Azerbaycan diline tercume etmisdir Onun ermeni dilinde Ermeni ve Azerbaycan xalqlarinin dostlugunun edebiyyatda inikasi 1955 Celil Memmedquluzade ve ermeni xalqi 1966 Nesimi 1973 Xatabala jurnali Azerbaycan haqqinda 1974 kitablari cap olunmusdur Ekber Yerevanlinin Azeri ermeni edebi elaqeleri Qedim dovrden XVIII esrin sonuna qeder movzusunda doktorluq dissertasiyasi 556 sehife hecminde monoqrafiya seklinde 1968 ci ilde Irevanda Hayastan nesriyyatinda cap olunsa da Moskvanin gosterisi ile omrunun sonuna kimi onu mudafie etmeye qoymamisdilar menbe gosterin Buna gore de 1975 ci ilde Ermeni Azerbaycan edebi elaqeleri sifahi xalq yaradiciligi asiq seneti ve XI XVIII esrlerin yazili edebiyyati adli doktorluq dissertasiyasini Bakida mudafie etmisdir Ekber Yerevanlinin Irevan seherinde Azerbaycan dilinde Ermeni Azerbaycan sifahi xalq edebiyyati elaqeleri 1958 M E Sabir ve ermeni xalqi 1962 Hovannes Tumanyan ve Azerbaycan edebiyyati 1974 ve Azerbaycan edebiyyati 1975 tedqiqat eserleri ve bedii yaradicliq numuneleri toplanmis bir nece kitabi cap olunmusdur Ekber Yerevanlinin Sabir Rzayevle birge yazdiqlari 166 sehifelik illustrasiyali Yunis Nuri kitabi 1980 ci ilde Ermenistan Teatr Cemiyyeti terefinden Irevanda cap olunmusdur Cefakes tedqiqatci nasir dramaturq Ekber Yerevanli 28 avqust 1982 ci ilde Irevan seherinde vefat etmis valideynlerinin yaninda defn olunmusdur AilesiAnasi Sekine atasi Yunis Suleymanovlardir Ekber Yerevanlinin atasi Yunis Nuri Irevanda Azerbaycan teatrinin banisi olmus 18 yasindan etibaren teqriben 50 il erzinde teatr kollektivine rehberlik etmisdir Yunis Nurinin oglu Eziz Suleymanov 1967 1968 ci illerde teatrin direktoru islemisdir 1984 cu ilden 1989 cu iledek teatr baglananadek Ekber Yerevanlinin oglu Yunis Suleymanov Irevan Dovlet Azerbaycan Dram Teatrinin direktoru islemisdir EserleriEdebi Menim gunesli olkem Yerevan Haypethrat 1947 120 seh Gozellik ve seadet negmeleri Yerevan Haypetrat 1964 246 seh Azade Baki Azernesr 1964 48 seh Yay gecesinde Baki Genclik 1967 46 seh Qelbimin ciragi Yerevan Hayastan 1975 154 seh Yeddinci ovladin anasi rus Mat sedmogo rebenka Yerevan Sovetakan qrox 1982 215 seh Elmi Ermeni ve Azerbaycan xalqlarinin dostlugunun edebiyyatda inikasi erm Հայ և ադրբեջանական ժողովուրդների բարեկամության արտացոլումը գրականության մեջ Yerevan Haypetrat 1955 223 seh Ermeni Azerbaycan sifahi xalq edebiyyati elaqeleri Yerevan Haypetrat 1958 272 seh M E Sabir ve ermeni xalqi Yerevan Ermenistan SSR Siyasi ve Elmi Bilikleri Yayan Cemiyyet 1962 45 seh Celil Memmedquluzade ve ermeni xalqi erm Ջալիլ Մամեդկուլիզադեն և հայ ժողովուրդը Yerevan Hayastan 1966 105 seh Azeri ermeni edebi elaqeleri Qedim dovrden XVIII esrin sonuna qeder Yerevan Hayastan 1968 556 seh Nesimi erm Նասիմի Yerevan Hayastan 1973 56 seh Xatabala jurnali Azerbaycan haqqinda erm Խաթաբալա շաբաթաթերթը Ադրբեջանի մասին Yerevan Hayastan 1974 40 seh Hovannes Tumanyan ve Azerbaycan edebiyyati Yerevan Hayastan 1974 131 seh Avetik Isahakyan ve Azerbaycan edebiyyati Yerevan Hayastan 1975 192 seh Yunis Nuri Yerevan Ermenistan Teatr Cemiyyeti 1980 166 seh hemmuellif Yunis Nuri rus Yunus Nuri Yerevan Ermenistan Teatr Cemiyyeti 1982 165 seh hemmuellif Hemcinin baxMeherrem Bayramov Sabir Rzayev Kovser Tarverdiyeva Mireli Seyidov Qurgen AntonyanIstinadlarErmeni Sovet Ensiklopediyasi erm red Վ Համբարձումյան Կ Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն 1974 C 3 S 581 XX esr Azerbaycan yazicilari ensiklopedik melumat kitabi Baki Nurlan 2004 seh 237 Irevan Ensiklopedik foto toplu Baki ADPU nun nesriyyati 2019 seh 14 Nazim Mustafa Edebi muhit iravan preslib az 2013 2022 07 30 tarixinde Istifade tarixi 2022 07 30 Eleddin Allahverdiyev MUELLIMLERIM HAQDA XATIRELER QESEM ASLANOV karabakhmedia az 2016 10 05 2016 10 05 tarixinde Istifade tarixi 2016 10 05 Ermenistan Sovet Ensiklopediyasi ermeni C III Yerevan ESE nin Bas Redaksiyasi 1977 seh 581 Azerbaycan sovet edebiyyatsunasligi 1920 1975 Biblioqrafiya Baki Elm 1983 seh 907 Mat sedmogo rebenka Povesti Akper Erevanly Erevan Sovetakan groh 1982 215 s 20 sm Koha online catalog ՀԱՅ ԳԻՐՔ Armenian Book haygirk nla am ingilis 2021 10 21 tarixinde Istifade tarixi 2021 10 21 Sabir Rizayev Ekber Yerevanli Yunis Nuri Yerevan Ermenistan teatr cemiyyeti 1980 2022 06 10 tarixinde Istifade tarixi 2022 07 31 Yunus Nuri Sabir Rizaev Akper Erevanly Erevan ATO 1982 165 s 9 l il 16 sm 2022 07 25 tarixinde Istifade tarixi 2022 07 25