Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi — Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir.
Şah Abbas məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Şah İsmayıl Xətai prospekti |
Memar | Şeyx Bəhaəddin |
Sifarişçi | I Şah Abbas |
Tikilmə tarixi | 1601—1606 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 184 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Gəncə Cümə məscidi ümumi memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini davam etdirir. Binanın memarlığında, xüsusilə günbəz və portalların həll edilməsində Azərbaycan və qonşu ölkələrin zəngin memarlıq ənənələri uğurla istifadə olunmuşdur. Bununla yanaşı binanın memarlığında forma və detalların sadə təkrarlanmasına da yol verilməmiş, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik, ifadəlik və aydınlıq əks etdirilmişdir.
Tarixi
Gəncə şəhərinin Qədim Gəncə ərazisindən köçürülməsindən sonra, yeni şəhərin abadlaşdırılmasına xüsusi diqqət yetirilmişdi. Yerüstü tikililər, meydanlar və bağlarla yanaşı həmin dövrdə bir neçə kilometrə çatan kanalizasiya sistemi də yaradılmışdır ki, həmin sistemin də bir hissəsi bu vaxta kimi istifadə edilir. Kərpicdən inşa edilmiş geniş kanalizasiya yolları cənubdan qərbə və şimaldan şərqə uzanmaqla məscidin yanından və meydanın altından keçərək Gəncəçaya qədər uzanır. Şəhərin su təminatı isə inşa edilmiş kəhriz sistemi ilə həyata keçirilirdi.
Şəhər mərkəzinin özəyini təşkil edən məscid kompleksinə monumental məscid binası, onun şimalında müstəqil dayanan və iki tərəfdən qoşa minarələrlə əhatələnən giriş portalı, və məscid ətrafında yerləşən Gəncə mədrəsəsi daxil idi. Kompleksin əsas binası inşası 1606-cı ilə aid edilən məscid binasıdır. C. Aleksandroviç yazır: "…məscid qapısı üzərindəki kitabədə onun inşa tarixi "Kilidi-Şamaxi" ifadəsi ilə bildirilmişdir ki, bu da əbcəd hesabı ilə hicri 1015-ci il, yəni bizim eranın 1606-cı ili deməkdir."
Digər məlumata görə isə, məscidin inşası bir qədər sonrakı dövrə aid edilir. Gəncə Tarix-Diyarşünaslıq Muzeyində saxlanan kitabədə məscidin inşası 1620-ci ilə aid edilsə də, M.Əliyev birinci tarixin daha inandırıcı olduğunu bildirir. Kompleks bütün şərq ölkələrində məşhur olan alim və memar Şeyx Bəhaəddin tərəfindən inşa edilmişdir. Şeyx Bəhaəddin həm də Şah Abbas məscidi yaxınlığında yerləşən Şah Abbas karvansarası və Çökək hamamın memarı hesab edilir.
1885-ci ilin Qafqaz təqvimində Gəncə Cümə məscidi kompleksinin şəhəri ələ keçirən Qarabağ xanının ordusu tərəfindən yağmalanması və dağıdılması haqqında məlumat verilir: "Hicri təqvimi ilə 1209-cu ildə Qarabağ xanı tərəfindən dağıdılmış bu məscidin bərpasına başlanıldı. Bu caami, 4000 rubldan çox gəlir gətirən mədrəsə və vəqf mülklərinə malikdir."
Yerləşməsi
Məscid qismən düz ərazidə inşa edilmiş, onun qarşısında isə böyük salınmışdı. 3,5 hektara yaxın ərazini əhatə edən meydan çoxsaylı ticarət sıraları və qədim çinar ağacları ilə əhatə olunmuşdu. Məscidin cənub tərəfində 1870-ci illərə kimi yaxşı saxlanmış zəngin bağ olmuşdur. Bir zamanlar bağı bəzəmiş ağacların bəzisi dövrümüzə çatmışdır. Gözəl mənzərəli ağacların böyük görünüşü məscid binasının sərt memarlığını yumşaltmağa xidmət edir. Məscid kompleksini meydandan ayıran bağ da demək olar ki, yaxşı qorunmuş vəziyyətdə dövrümüzə çatmışdır.
Memarlıq xüsusiyyətləri
Məscid binası planda kvadrat formaya malik 25.30x25x28 metr ölçülü mərkəzi modelli zal və ona birləşən yan nişlərindən ibarətdir. Tikilinin bütün kompozisiyası 204 m² sahəyə və 13 metr hündürlüyə malik mərkəzi zala tabe edilib.
Hər tərəfində dərin nişlər yerləşən kvadrat zal forması XVII əsr Azərbaycan memarlığında tez-tez rast gəlinən hal olmaqla, münasib olaraq girişlər və bütün ətraf tikililər yerləşdirilən binanın əsas oxlarını dəqiq müəyyənləşdirir.
Binanın əsas giriş şimal divarında, mehrab isə cənub divarında yerləşir.Mehrab zalın cənub nişinin dərinliyində yerləşdirilmişdir. Zalın qərb və şərq divarlarında isə daha iki qapı yerləşir. Plana əsasən bu girişlər əsas hesab edilir. Lakin, kiçik bişlərdən keçən əlavə qapılar da vardır. Onlar portalla vurğulanmış əsas girişlərin hər iki tərəfində yerləşdirilmişdir.
Altı xarici niş 12m2 sahəyə malik olmaqla təriqət üzvləri üçün nəzərdə tutulmuşdu. Ziyarətçilər həmin nişlərə həm həyətdən birbaşa, həm də mərkəzi zala açılan qapıdan girə bilirdilər. Bundan başqa binanın dörd küncündə də kiçik otaqlar yerləşdirilmişdir. Həmin otaqların hər biri 12 m² sahəyə malikdir. 4.4 metr hündürlüyə malik olan həmin otaqlar məscid binasında elə yerləşdirilmişdir ki, bina planda kvadrat forma almışdır. Ziyarətçilər həmin otağa həyətdən girə bilirlər. Buna baxmayaraq həmin otaqlar divar dərinliklərində açılmış qapılar vasitəsiylə bir-birləri, o cümlədən mərkəzi zalla əlaqələndirilmişlər. Öz növbəsində xarici nişlər də aralıq divarda yerləşdirilmiş girişlər vasitəsiylə portallarla əlaqələndirilmişlər. Qapıların hər birinin üstündə həm də pəncərə yerləri vardır.
Binanın çoxsaylı girişlərə malik olması, zalın bütün hissələri arasında fasiləsiz əlaqəni təmin edir. Bnunla yanaşı girişlərin demək olar ki, divar qədər hündürlüyə malik olması da xüsusi diqqət çəkir. Girişlərin hündür olması binanın pilonlar-sütunlar üzərində inşa edilməsi təəssüratını yaradır. Bu baxımdan Gəncə Cümə məscidinin binası Azərbaycanın həmin dövrdə inşa edilmiş başqa məscidlərindən fərqlənir.
Binanın planlaşdırılmasında əsas kimi simmetriya götürülmüş və əhəmiyyətindən asılı olmayaraq, bütün otaqlar ona tabe edilmişdir. Məscid planının özəyində zal durur və ətraf otaqlar onun strukturuna tabe edilir. Ətraf zalların özünəməxsus yerləşməsi nəzərə alınaraq, onların əlaqələndirilməsi üçün maraqlı üsul tətbiq edilmişdir. Divar qalınlığında açılmış qapı yerləri dərinliklərində kiçik əyilmələrə malikdir ki, bu da onlara qeyri-adi forma verir. İlk baxışdan qəribə görünən bu girişlərin binanın planına baxıldığı zaman zalda simmetrik olaraq yerləşdirildiyini, xarici nişlərdə isə simmetriya oxu kimi istifadə edildiyini görmək olar.
Gəncə cümə məscidi 20x20x4.5 sm ölçüyə malik kərpiclər və gəc məhlulundan tikilmişdir. Bəzi yerlərdə divarların qalınlığının 3 metrə qədər çatması diqqət cəlb edir. Bu cür qalınlığa yalnız mərkəzi zalın divarlarında rast gəlinir. Portallar, nişlər və künc otaqları isə 1–1.3 metr qalınlığa malikdir. Bütün otaqlar kərpicdən hörülmüş tağvari örtüyə malikdir. Bu baxımdan mərkəzi zalın günbəzli örtüyü istisna təşkil edir. Qapı və pəncərələrin tağvari çərçivələri də kərpicdən hörülmüşdür. Binanın bütün divar və tağları səliqə ilə suvanmışdır.
Fasadları
Cümə məscidinin ümumilikdə sadə və aydın olan memarlıq kompozisiyası rahat qəbul edilir. Tikilidə böyük niş və kiçik girişlərin kontrastı, həmçinin işıq və kölgə effektləri əks etdirilmişdir. Təməldə düzbucaqlı olan prizma 8 metr hündürlükdə çoxbucaqlıya, daha sonra səkkizbucaqlıya keçərək oxvari profilli və düz kərpic səthli olan günbəzlə tamamlanır. Nəticədə bir həndəsi formadan digərinə tədricən keçən kompozisiya günbəzlə tamamlanır.
Əksər portal-günbəz tikililəri kimi Gəncə Cümə məscidinin də bütün fasadları lakonik formalarda həll edilmişdir. Onların əsasında mərkəzi oxların vurğulanması ilə əldə edilən simmetriya durur. Fasadların memarlığında (cənub fasadı istisna olmaqla) əsas önəm portallara verilmiş, onlar divar səthinin mərkəzində yerləşdirilmişdir. Fasadların qeyri-adi dərəcədə sadə formaları – əsas girişlərin həddən artıq böyük giriş portalları və portalların dərinliyində yerləşdirilmiş kiçik giriş yerlərinin formalaşdırığı kontrast yüksək təssürat yaradır. Nişlərin oxvari tağları (6 m hündürlüyə və 5.6–5.60 metr enə malikdir) demək olar ki, portalların bütün sərhini tutur.
Məscidə aparan əsas portallar yaxşı vurğulanmışdır. Onlar iri ölçülərsə sadə və sərt formalarla həll olunmuşdur. Açıq olan böyük və dərin nişlər binanın dərinliyinə aparır, fasadların hündür və düz divarları isə kontrast nəticəsində dini tikilinin ifadəliyini vurğulayır. Portalların yanlarında düzbucaqlı çərçivə içərisində inşa edilmiş kiçik nişlər yerləşir. Fasadların maili səthində yan otaqların pəncərə və qapı yerləri açılmışdır.
Qərb və şərq fasadları, şimal fasadı kimi həll edilsələr də, onlara simmetrik yerləşdirilmiş iki kar niş də əlavə olunmuşdur. Cənub fasadında portal yoxdur. Divarın iki tərəfində isə şəbəkəli pəncərələr yerləşdirilmişdir.
İnteryer
Mərkəzi zal üçyaruslu formada həll edilmişdir. Üçüncü yarusda onun kvadrat əsası tromplar vasitəsiylə səkkizguşəliyə keçir. Səkkizquşəli hissənin üstündə isə böyük gümbəzin təməli olan dairə formalı hissəyə keçir. Yuxarıda həndəsi formaların tədricən dəyişməsi 14 metr diametri olan böyük gümbəzin dəstəklənməsinə hazırlıq rolunu yerinə yetirir.
Kiçik otaqların interyerləri kifayət qədər sadə görünüşə malikdir. Onlarda heç bir dekorativ element istifadə edilməmişdir. Otaqların tağvari tavanı və divarları səliqə ilə gəclə üzlənmişdir.
Mərkəzi zalın interyerinin həll edilməsinə isə xüsusi diqqət yetirilmişdir. Zalın dörd divarının səthində 6.5 metr hündürlüyə malik nişlər yerəşdirilib. Nişlər sadə həll edilmiş oxvari tağtavanla tamamlanmışdır. Həmin hündürlükdə yerləşən və trompları dəstəkləyən tağlar nişlərin tağlarına birləşir. Nişlər də üç yaruslu formada həll edilmiş, birinci yarusda qapılar, digər iki yarusda isə hərəsində bir ədəd olmaqla iki pəncərə yerləşdirilmişdir. Bu baxımdan cənub nişi istisna təşkil edir. Cənub divarında pəncərələr simmetrik olaraq mehrabın yanlarında yerləşdirilmişdir. Qapı və pəncərə yerlərinin vertikal yerləşməsi məscidin digər otaqlarında da təkrarlanır.
Cənub divarında iki, digər divarlarda isə yalnız ikinci yaruslardakı pəncərələrdə gəclə işlənmiş dekorativ pəncərə çərçivələri saxlanılmışdır. Çərçivələr nəbati naxışlarla bəzədilmişdir. Əsas təsvirin ümumi kompozisiyası da nəbati naxışla əhatə edilmişdir. Pəncərələr şəbəkə texnikası əsasında rəngarəng şüşələrlə işlənmişdir. Şəbəkə pəncərələr binaya sonradan əlavə edilmişdir. Onlardan birinin ümumi naxış dizaynına hazırlanma tarixi əlavə olunmuşdur. Həmin tarix hicri 1214 (miladi 1799–1800) kimi qeyd edilmişdir. Kiçik taxta və şüşə hissələrindən yığılmış bu cür böyük şəbəkə pəncərələr XVIII əsr Azərbaycan sarayları üçün xarakterikdir. Şəki xan sarayı, Şəkixanovların evi, Şuşa xan sarayında divar səthinin böyük bir hissəsini əhatə edən bu cür şəbəkə pəncərələrin gözəl nümunələri dövrümüzə çatmışdır. Kiçik otaqların da pəncərələri şəbəkə texnikası ilə işlənmiş, lakin burda həndəsi naxışlar istifadə edilmişdir.
Mehrabın ilkin forma və xarakteri məlum deyildir. M. Əliyev ehtimal edir ki, XVIII əsrə mehrab zalın ümumi stilinə uyğun dizayn edilmişdi. Dövrümüzə isə mehrab, yenidən dizayn edilmiş vəziyyətdə çatmışdır. Mehrab üç yaruslu stalaktitlə bəzədilmiş və kiçik güzgülərlə üzlənmişdir. Mehrabın tağı gəc kəmərlə əhatələnmiş və yaşıl boya ilə rənglənmişdir. Quruluş formasına görə stalaktitlət Azərbaycanın həmin dövr abidələrindəki müvafiq detalla eyniyyət təşkil etsə də, inşa keyfiyyətinə görə bir çox abidələrdən geri qalır. Mehrabın divarında, stalaktitin altında tarixli kitabə yerləşir. Burada hicri tarixi ilə 1271-ci (miladi 1854–1855) qeyd edilmişdir ki, bu da ehtimal ki, mehrabın yenidən dizayn edilmə tarixini göstərir. Mərkəzi zalda günbəz altında və cənub nişinin tağında yerləşən rozetlər də təxminən bu dövrə aiddir. Rozetlər, mərkəzi on iki guşəli qabırğa tipli fiqur və onun ətrafında on iki dairə içində beş guşəli ulduzlardan təşkil edilmişdir. Dairələr daha az relyefli naxışlarla əhatə olunmuşdur. Rozetlər də mehrab kimi güzgü ilə üzlənmişdir.
Rəngli şüşələrlə işlənmiş şəbəkə pəncərələr, plafonlar və güxgü ilə üzlənmiş stalaktitlər Azərbaycan memarlığında XVIII əsrdən etibarən yayılmağa başlamışdır. Bunda rəngli şüşə və güzgülərin geniş istifadə edildiyi saray memarlığının açıq təsirini izləmmək mümkündür.
Məscidin böyük gümbəzi içəridən səliqə ilə üzlənmiş və yaşıl lent istisna olmaqla (ehtimal ki, sonradan təmir zamanı əlavə edilmişdir) ona keçid heç bir dekorativ elementlə vurğulanmamışdır.
Lojalar
Cənub divarı istisna olmaqla digər üç divardakı nişlərin dərinliklərində döşəmədən 4.2 metr hündürlükdə tağlı lojalar yerləşir. Lojaların tağları nişlərin tağları ilə birləşdirilmişdir. Lojaların hamısında keçid divar dərinliyində yerləşdirilmiş qapılardan həyata keçirilir. Şərq lojası girişdə xüsusi nərdivana malikdir. Girişin şərq divarında yerləşdirilmiş bu nərdivan şimal nişin sol tərəfindən mərkəzi zala aparır. Г-formalı plana və on dörd pilləkana malik olan bu nərdivan da tağ-tavanla örtülmüşdür. Nərdivan eyni zamanda binanın damına da çıxışı təmin edir. Şimal və qərb lojaları arasındakı əlaqə də bu şəkildə təmin edilmişdir. Bu lojalara aparan nərdivanlar şimal və şərq divarlarının qalınlıqlarında inşa edilmişdir. Hər iki nərdivana keçid eyni qapıdan həyata keçirilir. Qapı şimal-şərq küncündə yerləşir.
Lojaların kiçik sahəyə məxsus olması (1.8–2.7 m²) onların qadınlar üçün nəzərdə tutulmasını ehtimal etməyə imkan vermir. M. Əliyevin fikrincə həftənin müəyyən günlərində məscid yalnız qadınlara xidmət etmişdir. Tədqiqatçının fikrincə həmin lojalar ibadətə gələn yüksək və ali rütbəlii şəxslər üçün nəzərdə tutulmuşdur. Zal tərəfdən lojalar orta hündürlüklü baryerlərlə əhatələnmişdir.
Giriş portalı və minarələr
Azadlıq meydanına aparan giriş qapısı böyük oxvari portal və onun iki yanında simmetrik yerləşdirilmiş iki kiçik niş şəklində həll edilmişdir. Portal səliqə ilə suvanmışdır. Çatmatağ da dövrümüzə suvanmış şəkildə çatmışdır. 1929-cu ilə kimi tağın yuxarı hissəsini bəzəyən altı sıra stalaktit isə dövrümüzə çatmamışdır. M. Əliyev stalaktitvlərin qalın suvaq qatı altında qaldığını ehtimal edir. Forma və inşa keyfiyyətinə görə portal stalaktitləri mərkəzi zalın mehrab stalaktitlərini xeyli geridə qoyurdu. Gəncə Cümə məscidinin stalaktitləri souncu dəfə 1929-cu ildə məscidin memarlıq-texniki vəziyyətinin öyrənilməsi aktında qeyd edilir. Sənəddə deyilir ki, "məscidin memarlıq baxımından əhəmiyyətli stalaktitli niş yerləşən qapısında bu cür təmir aparıla bilməz…" Qapının həyətə açılan portalı bişmiş kərpicdən, kompleksin ümumi stilinə uyğun olmayan tərzdə inşa edilmişdir.
Məscid həyətinə girişi təmin edən portalın iki tərəfində hündür minarələr yerləşir. Hündür dairəvi qüllə formasında inşa edilmiş minarələrin mərkəzindən keçən vintvari nərdivan onun yuxarı hissəsinə aparır. Sağ tərəfdəki minarənin nərdivanı yerdən başlayır və 64 pilləkəndən ibarətdir. Həmin minarənin girişi nişin yan divarında yerləşir. İkinci minarənin girişi isə giriş tağının altında inşa edilmiş otaqdan həyata keçirilir.
Ölçü, forma və kompozisiya baxımından eyni olan minarələr giriş portalının sisteminə orqanik şəkildə daxil edilmişdir. Hündür minarələr girişin ümumi kompozisiyasını tamamlayan mühüm element rolunu oynayırlar. Mozaik kərpic hörgüsü və gözəl stalaktitli nişin üstünü örtən qalın suvaq təbəqəsi girişin ümumi memalıq kompozisiyasının vahid effektliyini azaldır.
Məscid binası kimi minarələr də relyef detallarından məhrumdur. Minarələrin düz səthi kərpic hörgüsü ilə yaradılmış həndəsi naxışlarla örtülmüşdür. Qabırğa üzərində düzülmüş kvadratlardan formalaşan bu naxış horizontal şəkildə minarə silindri ətrafında fırlanır və hər sırada beş kvadrat yerləşir. Şahmat lövhəsi şəklində düzülmüş bu kvadratlar vertikaldan spiral kimi görünür. Əlbəttə ki, yalnız şahmatvari hörgü görünüş baxımından effektiv olmaz və struktur baxımından möhkəmliyi təmin etməzdi. Buna görə də kvadratlar perimetr boyunca beş qat kərpic hörgüsü ilə əhatələnmişdir. İşıq-kölgə effekti nəticəsində vertikal hörülmüş kərpiclər horizontal hörülmüş kərpiclərdən daha işıqlı görünür.
Minarələr inkişaf etmiş karnizin böyük tacı ilə tamamlanırlar. Karniz profilinin otuz qatlı sınığı kərpicin künc hissəsinin qabağa çıxarılması ilə yaradılmış hər iki üç sıradan bir təkrarlanır. Bu cür hörgü, minarənin pilləvari hötdü sıralarındakı monotonluğu aradan qaldıraraq canlanma gətirir.
Minarələrin inşa tarixi dəqiqləşdirilməmişdir. Şərq tərəfdəki minarənin səthinə firli kərpicdən hicri təqvimi ilə 1271-ci il (miladi 1854–1855) hörülmüşdür. M. Əliyev qeyd edir ki, "minarələr memarlıq forması və xaakteri baxımından bir-birini təkrarlasalar da, onlar arasında çoxlu sayda fərqlər də varıdır."
Qərb minarəsinin naxışlarıbörpusun bütün hündürlüyü boyunca karnizə kimi dörd sıradan ibarətdir ki, bu da şərq minarəsinin anoloji naxışlarından iki dəfə azdır. Əgər qərb minarəsinin naxışları eyni zamanda həm horizontal, həm də vertikal bölünməni vurğulayırsa, şərq minarəsində bu prinsip açıq şəkildə pozulmuşdur. Şərq minarəsində çərçivə yaradan hörgüyə diqqət yetirilməməsi üzə çıxır, bəzi yerlərdə hörgü sırası pozulmuşdur ki, bu da ümumi təsviri pozur. Qərb minarəsini karnizi iki sıra kərpicdən hörülmüş kəmərlə iki hissəyə ayrılmışdır, şərq minarəsinin karnizində isə bu hal müşahidə olumur.
M. Əliyev qeyd edir ki, şərq minarəsi dağılmalara məruz qaldıqdan sonra bərpa edilmişdir. Daha qədim görkəmini saxlamış qərb minarəsi dövrümüzə bir qədər qərbə əyilmiş halda çatmışdır ki, bu da giriş portalının yuxrı hissəsinin bir qədər deformasiyaya uğraması ilə əlaqədardır. Həyət portalının yenidən qurulması da ehtimal ki, qərb minarəsinin bərpası zamanı həyata keçirilmişdir. Buna əsaslanan M. Əliyev minarələrin inşasının daha qədim dövrə aid edilməli, 1855-ci ilin isə bərp tarixi kimi qəbulunu düzgün hesab edir.
Məscidin axundları
- Məşədi İsmayıl Rzayev — tarzən atası.
- Həsən Mollazadə Gəncəvi (1905–1918)
- Şeyxülislam Axund Məhəmməd Fərəculla Pişnamazzadə (1892–1919)
- (1919–1920)
- (1920–1929)
- (1929–1956)
- (2000–2022)
- (2015–2017)
- — Axund əvəzi
Qeydlər
- Kilidi-Şamaxı ifadəsi Gəncəni Şirvan-Şamaxının açarı hesab edən I Şah Abbas tərəfindən işlədilmişdir: Ətraflı bax: İskəndər Münşi – Tarixi Aləm ara-i Abbasi, Tehran, 1896, səh. 48
- Bazar meydanı və ətrafındakı binalar 1920-ci illərdə sökülmüş, yerində salınmış və inşa edilmişdir.
İstinadlar
- Алиев, 1954. səh. 673
- Алиев, 1954. səh. 664
- Л. Бретаницкий, А. Саламзаде, 1960. səh. 39
- Александрович (Насыфи), Дж. Гянджа и могила Низами (Известия Азербайджанского археологического комитета, вып. 2). Баку. 1926.
- Саламзаде, 1964. səh. 27
- Bakıxanov, A. Gülüstani-İrəm. Bakı. 1926. 232.
- Л. Бретаницкий, А. Саламзаде, 1960. səh. 40
- Bakıxanov, A. Gülüstani-İrəm. Bakı. 1926. 98.
- Л. Бретаницкий, А. Саламзаде, 1960. səh. 42
- Алиев, 1954. səh. 665
- Алиев, 1954. səh. 666
- Алиев, 1954. səh. 668
- Алиев, 1954. səh. 669
- Алиев, 1954. səh. 670
- Л. Бретаницкий, А. Саламзаде, 1960. səh. 47
- Алиев, 1954. səh. 667
- Л. Бретаницкий, А. Саламзаде, 1960. səh. 46
- Алиев, 1954. səh. 672
- "Lahıc Alimleri - Ağa Mir Abbas Mir Qədirov". 17 aprel 2018. İstifadə tarixi: 17 sentyabr 2018.
- "Gəncədə "Azərbaycan tolerantlıq ölkəsidir" mövzusunda tədbir keçirilib". scwra.gov.az. 08 Noyabr 2016. 2021-12-02 tarixində . İstifadə tarixi: 17 sentyabr 2018.
Ədəbiyyat
- Алиев, М. Джума-мечеть в Кировабаде (Искусство Азербайджана, Т. 4). Баку. 1954.
- Л. С. Бретеницкий, А. Саламзаде. Кировабад. Москва. 1960.
- Саламзаде, А. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
Həmçinin bax
Xarici keçidlər
- . "İrs proqramı "Şah Abbas məscidi"" (az.). youtube.com. 2015-08-11. İstifadə tarixi: 2015-08-08.
- AzərTAc. "Şah Abbas yadigarı: Gəncə Cümə Məscidi" (az.). youtube.com. 2016-04-03. İstifadə tarixi: 2016-04-04.
portalı portalı portalı portalı portalı |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Sah Abbas mescidi Sah Abbas mescidi ve ya Gence Cume mescidi Gencecayin sol sahilinde Gencenin tarixi merkezinde yerlesen XVII esrde Arran memarliq uslubunda insa edilmis tarixi mesciddir Sah Abbas mescidiMescidin baga acilan giris portali ve minareleri40 40 39 sm e 46 21 32 s u Olke AzerbaycanSeher GenceYerlesir Sah Ismayil Xetai prospektiMemar Seyx BehaeddinSifarisci I Sah AbbasTikilme tarixi 1601 1606Uslubu Arran memarliq mektebiVeziyyeti fealiyyet gosterirAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 184KateqoriyaMescidEhemiyyetiOlke ehemiyyetliMescid binasinin plani Vikianbarda elaqeli mediafayllar Gence Cume mescidi umumi memarliq kompozisiyasi planlasdirma konstruktiv ve bedii dekorativ xususiyyetlerine gore orta esr Azerbaycan memarliginin portal gunbez enenelerini davam etdirir Binanin memarliginda xususile gunbez ve portallarin hell edilmesinde Azerbaycan ve qonsu olkelerin zengin memarliq eneneleri ugurla istifade olunmusdur Bununla yanasi binanin memarliginda forma ve detallarin sade tekrarlanmasina da yol verilmemis Arran memarliq mektebi ucun xarakterik olan lakoniklik ifadelik ve aydinliq eks etdirilmisdir TarixiMescid XIX esrin sonlarinda Gence seherinin Qedim Gence erazisinden kocurulmesinden sonra yeni seherin abadlasdirilmasina xususi diqqet yetirilmisdi Yerustu tikililer meydanlar ve baglarla yanasi hemin dovrde bir nece kilometre catan kanalizasiya sistemi de yaradilmisdir ki hemin sistemin de bir hissesi bu vaxta kimi istifade edilir Kerpicden insa edilmis genis kanalizasiya yollari cenubdan qerbe ve simaldan serqe uzanmaqla mescidin yanindan ve meydanin altindan kecerek Gencecaya qeder uzanir Seherin su teminati ise insa edilmis kehriz sistemi ile heyata kecirilirdi Seher merkezinin ozeyini teskil eden mescid kompleksine monumental mescid binasi onun simalinda musteqil dayanan ve iki terefden qosa minarelerle ehatelenen giris portali ve mescid etrafinda yerlesen Gence medresesi daxil idi Kompleksin esas binasi insasi 1606 ci ile aid edilen mescid binasidir C Aleksandrovic yazir mescid qapisi uzerindeki kitabede onun insa tarixi Kilidi Samaxi ifadesi ile bildirilmisdir ki bu da ebced hesabi ile hicri 1015 ci il yeni bizim eranin 1606 ci ili demekdir Diger melumata gore ise mescidin insasi bir qeder sonraki dovre aid edilir Gence Tarix Diyarsunasliq Muzeyinde saxlanan kitabede mescidin insasi 1620 ci ile aid edilse de M Eliyev birinci tarixin daha inandirici oldugunu bildirir Kompleks butun serq olkelerinde meshur olan alim ve memar Seyx Behaeddin terefinden insa edilmisdir Seyx Behaeddin hem de Sah Abbas mescidi yaxinliginda yerlesen Sah Abbas karvansarasi ve Cokek hamamin memari hesab edilir 1885 ci ilin Qafqaz teqviminde Gence Cume mescidi kompleksinin seheri ele keciren Qarabag xaninin ordusu terefinden yagmalanmasi ve dagidilmasi haqqinda melumat verilir Hicri teqvimi ile 1209 cu ilde Qarabag xani terefinden dagidilmis bu mescidin berpasina baslanildi Bu caami 4000 rubldan cox gelir getiren medrese ve veqf mulklerine malikdir YerlesmesiMescid qismen duz erazide insa edilmis onun qarsisinda ise boyuk salinmisdi 3 5 hektara yaxin erazini ehate eden meydan coxsayli ticaret siralari ve qedim cinar agaclari ile ehate olunmusdu Mescidin cenub terefinde 1870 ci illere kimi yaxsi saxlanmis zengin bag olmusdur Bir zamanlar bagi bezemis agaclarin bezisi dovrumuze catmisdir Gozel menzereli agaclarin boyuk gorunusu mescid binasinin sert memarligini yumsaltmaga xidmet edir Mescid kompleksini meydandan ayiran bag da demek olar ki yaxsi qorunmus veziyyetde dovrumuze catmisdir Memarliq xususiyyetleriMescid binasinin profil kesimi Mescid binasi planda kvadrat formaya malik 25 30x25x28 metr olculu merkezi modelli zal ve ona birlesen yan nislerinden ibaretdir Tikilinin butun kompozisiyasi 204 m saheye ve 13 metr hundurluye malik merkezi zala tabe edilib Her terefinde derin nisler yerlesen kvadrat zal formasi XVII esr Azerbaycan memarliginda tez tez rast gelinen hal olmaqla munasib olaraq girisler ve butun etraf tikililer yerlesdirilen binanin esas oxlarini deqiq mueyyenlesdirir Binanin esas giris simal divarinda mehrab ise cenub divarinda yerlesir Mehrab zalin cenub nisinin derinliyinde yerlesdirilmisdir Zalin qerb ve serq divarlarinda ise daha iki qapi yerlesir Plana esasen bu girisler esas hesab edilir Lakin kicik bislerden kecen elave qapilar da vardir Onlar portalla vurgulanmis esas girislerin her iki terefinde yerlesdirilmisdir Alti xarici nis 12m2 saheye malik olmaqla teriqet uzvleri ucun nezerde tutulmusdu Ziyaretciler hemin nislere hem heyetden birbasa hem de merkezi zala acilan qapidan gire bilirdiler Bundan basqa binanin dord kuncunde de kicik otaqlar yerlesdirilmisdir Hemin otaqlarin her biri 12 m saheye malikdir 4 4 metr hundurluye malik olan hemin otaqlar mescid binasinda ele yerlesdirilmisdir ki bina planda kvadrat forma almisdir Ziyaretciler hemin otaga heyetden gire bilirler Buna baxmayaraq hemin otaqlar divar derinliklerinde acilmis qapilar vasitesiyle bir birleri o cumleden merkezi zalla elaqelendirilmisler Oz novbesinde xarici nisler de araliq divarda yerlesdirilmis girisler vasitesiyle portallarla elaqelendirilmisler Qapilarin her birinin ustunde hem de pencere yerleri vardir Mescid binasinin esas fasadi Binanin coxsayli girislere malik olmasi zalin butun hisseleri arasinda fasilesiz elaqeni temin edir Bnunla yanasi girislerin demek olar ki divar qeder hundurluye malik olmasi da xususi diqqet cekir Girislerin hundur olmasi binanin pilonlar sutunlar uzerinde insa edilmesi teessuratini yaradir Bu baximdan Gence Cume mescidinin binasi Azerbaycanin hemin dovrde insa edilmis basqa mescidlerinden ferqlenir Binanin planlasdirilmasinda esas kimi simmetriya goturulmus ve ehemiyyetinden asili olmayaraq butun otaqlar ona tabe edilmisdir Mescid planinin ozeyinde zal durur ve etraf otaqlar onun strukturuna tabe edilir Etraf zallarin ozunemexsus yerlesmesi nezere alinaraq onlarin elaqelendirilmesi ucun maraqli usul tetbiq edilmisdir Divar qalinliginda acilmis qapi yerleri derinliklerinde kicik eyilmelere malikdir ki bu da onlara qeyri adi forma verir Ilk baxisdan qeribe gorunen bu girislerin binanin planina baxildigi zaman zalda simmetrik olaraq yerlesdirildiyini xarici nislerde ise simmetriya oxu kimi istifade edildiyini gormek olar Gence cume mescidi 20x20x4 5 sm olcuye malik kerpicler ve gec mehlulundan tikilmisdir Bezi yerlerde divarlarin qalinliginin 3 metre qeder catmasi diqqet celb edir Bu cur qalinliga yalniz merkezi zalin divarlarinda rast gelinir Portallar nisler ve kunc otaqlari ise 1 1 3 metr qalinliga malikdir Butun otaqlar kerpicden horulmus tagvari ortuye malikdir Bu baximdan merkezi zalin gunbezli ortuyu istisna teskil edir Qapi ve pencerelerin tagvari cerciveleri de kerpicden horulmusdur Binanin butun divar ve taglari seliqe ile suvanmisdir Fasadlari Mescidin portalsiz cenub fasadi ve Cavad xan turbesi Cume mescidinin umumilikde sade ve aydin olan memarliq kompozisiyasi rahat qebul edilir Tikilide boyuk nis ve kicik girislerin kontrasti hemcinin isiq ve kolge effektleri eks etdirilmisdir Temelde duzbucaqli olan prizma 8 metr hundurlukde coxbucaqliya daha sonra sekkizbucaqliya kecerek oxvari profilli ve duz kerpic sethli olan gunbezle tamamlanir Neticede bir hendesi formadan digerine tedricen kecen kompozisiya gunbezle tamamlanir Ekser portal gunbez tikilileri kimi Gence Cume mescidinin de butun fasadlari lakonik formalarda hell edilmisdir Onlarin esasinda merkezi oxlarin vurgulanmasi ile elde edilen simmetriya durur Fasadlarin memarliginda cenub fasadi istisna olmaqla esas onem portallara verilmis onlar divar sethinin merkezinde yerlesdirilmisdir Fasadlarin qeyri adi derecede sade formalari esas girislerin hedden artiq boyuk giris portallari ve portallarin derinliyinde yerlesdirilmis kicik giris yerlerinin formalasdirigi kontrast yuksek tessurat yaradir Nislerin oxvari taglari 6 m hundurluye ve 5 6 5 60 metr ene malikdir demek olar ki portallarin butun serhini tutur Mescide aparan esas portallar yaxsi vurgulanmisdir Onlar iri olculerse sade ve sert formalarla hell olunmusdur Aciq olan boyuk ve derin nisler binanin derinliyine aparir fasadlarin hundur ve duz divarlari ise kontrast neticesinde dini tikilinin ifadeliyini vurgulayir Portallarin yanlarinda duzbucaqli cercive icerisinde insa edilmis kicik nisler yerlesir Fasadlarin maili sethinde yan otaqlarin pencere ve qapi yerleri acilmisdir Qerb ve serq fasadlari simal fasadi kimi hell edilseler de onlara simmetrik yerlesdirilmis iki kar nis de elave olunmusdur Cenub fasadinda portal yoxdur Divarin iki terefinde ise sebekeli pencereler yerlesdirilmisdir Interyer Mescidin sebeke pencerelerinin daxilden ve xaricden gorunusu Merkezi zal ucyaruslu formada hell edilmisdir Ucuncu yarusda onun kvadrat esasi tromplar vasitesiyle sekkizguseliye kecir Sekkizquseli hissenin ustunde ise boyuk gumbezin temeli olan daire formali hisseye kecir Yuxarida hendesi formalarin tedricen deyismesi 14 metr diametri olan boyuk gumbezin desteklenmesine hazirliq rolunu yerine yetirir Kicik otaqlarin interyerleri kifayet qeder sade gorunuse malikdir Onlarda hec bir dekorativ element istifade edilmemisdir Otaqlarin tagvari tavani ve divarlari seliqe ile gecle uzlenmisdir Merkezi zalin interyerinin hell edilmesine ise xususi diqqet yetirilmisdir Zalin dord divarinin sethinde 6 5 metr hundurluye malik nisler yeresdirilib Nisler sade hell edilmis oxvari tagtavanla tamamlanmisdir Hemin hundurlukde yerlesen ve tromplari destekleyen taglar nislerin taglarina birlesir Nisler de uc yaruslu formada hell edilmis birinci yarusda qapilar diger iki yarusda ise heresinde bir eded olmaqla iki pencere yerlesdirilmisdir Bu baximdan cenub nisi istisna teskil edir Cenub divarinda pencereler simmetrik olaraq mehrabin yanlarinda yerlesdirilmisdir Qapi ve pencere yerlerinin vertikal yerlesmesi mescidin diger otaqlarinda da tekrarlanir Cenub divarinda iki diger divarlarda ise yalniz ikinci yaruslardaki pencerelerde gecle islenmis dekorativ pencere cerciveleri saxlanilmisdir Cerciveler nebati naxislarla bezedilmisdir Esas tesvirin umumi kompozisiyasi da nebati naxisla ehate edilmisdir Pencereler sebeke texnikasi esasinda rengareng suselerle islenmisdir Sebeke pencereler binaya sonradan elave edilmisdir Onlardan birinin umumi naxis dizaynina hazirlanma tarixi elave olunmusdur Hemin tarix hicri 1214 miladi 1799 1800 kimi qeyd edilmisdir Kicik taxta ve suse hisselerinden yigilmis bu cur boyuk sebeke pencereler XVIII esr Azerbaycan saraylari ucun xarakterikdir Seki xan sarayi Sekixanovlarin evi Susa xan sarayinda divar sethinin boyuk bir hissesini ehate eden bu cur sebeke pencerelerin gozel numuneleri dovrumuze catmisdir Kicik otaqlarin da pencereleri sebeke texnikasi ile islenmis lakin burda hendesi naxislar istifade edilmisdir Mehrabin ilkin forma ve xarakteri melum deyildir M Eliyev ehtimal edir ki XVIII esre mehrab zalin umumi stiline uygun dizayn edilmisdi Dovrumuze ise mehrab yeniden dizayn edilmis veziyyetde catmisdir Mehrab uc yaruslu stalaktitle bezedilmis ve kicik guzgulerle uzlenmisdir Mehrabin tagi gec kemerle ehatelenmis ve yasil boya ile renglenmisdir Qurulus formasina gore stalaktitlet Azerbaycanin hemin dovr abidelerindeki muvafiq detalla eyniyyet teskil etse de insa keyfiyyetine gore bir cox abidelerden geri qalir Mehrabin divarinda stalaktitin altinda tarixli kitabe yerlesir Burada hicri tarixi ile 1271 ci miladi 1854 1855 qeyd edilmisdir ki bu da ehtimal ki mehrabin yeniden dizayn edilme tarixini gosterir Merkezi zalda gunbez altinda ve cenub nisinin taginda yerlesen rozetler de texminen bu dovre aiddir Rozetler merkezi on iki guseli qabirga tipli fiqur ve onun etrafinda on iki daire icinde bes guseli ulduzlardan teskil edilmisdir Daireler daha az relyefli naxislarla ehate olunmusdur Rozetler de mehrab kimi guzgu ile uzlenmisdir Rengli suselerle islenmis sebeke pencereler plafonlar ve guxgu ile uzlenmis stalaktitler Azerbaycan memarliginda XVIII esrden etibaren yayilmaga baslamisdir Bunda rengli suse ve guzgulerin genis istifade edildiyi saray memarliginin aciq tesirini izlemmek mumkundur Mescidin boyuk gumbezi iceriden seliqe ile uzlenmis ve yasil lent istisna olmaqla ehtimal ki sonradan temir zamani elave edilmisdir ona kecid hec bir dekorativ elementle vurgulanmamisdir Lojalar Cenub divari istisna olmaqla diger uc divardaki nislerin derinliklerinde dosemeden 4 2 metr hundurlukde tagli lojalar yerlesir Lojalarin taglari nislerin taglari ile birlesdirilmisdir Lojalarin hamisinda kecid divar derinliyinde yerlesdirilmis qapilardan heyata kecirilir Serq lojasi girisde xususi nerdivana malikdir Girisin serq divarinda yerlesdirilmis bu nerdivan simal nisin sol terefinden merkezi zala aparir G formali plana ve on dord pillekana malik olan bu nerdivan da tag tavanla ortulmusdur Nerdivan eyni zamanda binanin damina da cixisi temin edir Simal ve qerb lojalari arasindaki elaqe de bu sekilde temin edilmisdir Bu lojalara aparan nerdivanlar simal ve serq divarlarinin qalinliqlarinda insa edilmisdir Her iki nerdivana kecid eyni qapidan heyata kecirilir Qapi simal serq kuncunde yerlesir Lojalarin kicik saheye mexsus olmasi 1 8 2 7 m onlarin qadinlar ucun nezerde tutulmasini ehtimal etmeye imkan vermir M Eliyevin fikrince heftenin mueyyen gunlerinde mescid yalniz qadinlara xidmet etmisdir Tedqiqatcinin fikrince hemin lojalar ibadete gelen yuksek ve ali rutbelii sexsler ucun nezerde tutulmusdur Zal terefden lojalar orta hundurluklu baryerlerle ehatelenmisdir Giris portali ve minareler Giris portali ve minarelerin mescid heyeti terefden gorunusu Azadliq meydanina aparan giris qapisi boyuk oxvari portal ve onun iki yaninda simmetrik yerlesdirilmis iki kicik nis seklinde hell edilmisdir Portal seliqe ile suvanmisdir Catmatag da dovrumuze suvanmis sekilde catmisdir 1929 cu ile kimi tagin yuxari hissesini bezeyen alti sira stalaktit ise dovrumuze catmamisdir M Eliyev stalaktitvlerin qalin suvaq qati altinda qaldigini ehtimal edir Forma ve insa keyfiyyetine gore portal stalaktitleri merkezi zalin mehrab stalaktitlerini xeyli geride qoyurdu Gence Cume mescidinin stalaktitleri souncu defe 1929 cu ilde mescidin memarliq texniki veziyyetinin oyrenilmesi aktinda qeyd edilir Senedde deyilir ki mescidin memarliq baximindan ehemiyyetli stalaktitli nis yerlesen qapisinda bu cur temir aparila bilmez Qapinin heyete acilan portali bismis kerpicden kompleksin umumi stiline uygun olmayan terzde insa edilmisdir Mescid heyetine girisi temin eden portalin iki terefinde hundur minareler yerlesir Hundur dairevi qulle formasinda insa edilmis minarelerin merkezinden kecen vintvari nerdivan onun yuxari hissesine aparir Sag terefdeki minarenin nerdivani yerden baslayir ve 64 pillekenden ibaretdir Hemin minarenin girisi nisin yan divarinda yerlesir Ikinci minarenin girisi ise giris taginin altinda insa edilmis otaqdan heyata kecirilir Olcu forma ve kompozisiya baximindan eyni olan minareler giris portalinin sistemine orqanik sekilde daxil edilmisdir Hundur minareler girisin umumi kompozisiyasini tamamlayan muhum element rolunu oynayirlar Mozaik kerpic horgusu ve gozel stalaktitli nisin ustunu orten qalin suvaq tebeqesi girisin umumi memaliq kompozisiyasinin vahid effektliyini azaldir Mescid binasi kimi minareler de relyef detallarindan mehrumdur Minarelerin duz sethi kerpic horgusu ile yaradilmis hendesi naxislarla ortulmusdur Qabirga uzerinde duzulmus kvadratlardan formalasan bu naxis horizontal sekilde minare silindri etrafinda firlanir ve her sirada bes kvadrat yerlesir Sahmat lovhesi seklinde duzulmus bu kvadratlar vertikaldan spiral kimi gorunur Elbette ki yalniz sahmatvari horgu gorunus baximindan effektiv olmaz ve struktur baximindan mohkemliyi temin etmezdi Buna gore de kvadratlar perimetr boyunca bes qat kerpic horgusu ile ehatelenmisdir Isiq kolge effekti neticesinde vertikal horulmus kerpicler horizontal horulmus kerpiclerden daha isiqli gorunur Minareler inkisaf etmis karnizin boyuk taci ile tamamlanirlar Karniz profilinin otuz qatli sinigi kerpicin kunc hissesinin qabaga cixarilmasi ile yaradilmis her iki uc siradan bir tekrarlanir Bu cur horgu minarenin pillevari hotdu siralarindaki monotonlugu aradan qaldiraraq canlanma getirir Minarelerin insa tarixi deqiqlesdirilmemisdir Serq terefdeki minarenin sethine firli kerpicden hicri teqvimi ile 1271 ci il miladi 1854 1855 horulmusdur M Eliyev qeyd edir ki minareler memarliq formasi ve xaakteri baximindan bir birini tekrarlasalar da onlar arasinda coxlu sayda ferqler de varidir Qerb minaresinin naxislariborpusun butun hundurluyu boyunca karnize kimi dord siradan ibaretdir ki bu da serq minaresinin anoloji naxislarindan iki defe azdir Eger qerb minaresinin naxislari eyni zamanda hem horizontal hem de vertikal bolunmeni vurgulayirsa serq minaresinde bu prinsip aciq sekilde pozulmusdur Serq minaresinde cercive yaradan horguye diqqet yetirilmemesi uze cixir bezi yerlerde horgu sirasi pozulmusdur ki bu da umumi tesviri pozur Qerb minaresini karnizi iki sira kerpicden horulmus kemerle iki hisseye ayrilmisdir serq minaresinin karnizinde ise bu hal musahide olumur M Eliyev qeyd edir ki serq minaresi dagilmalara meruz qaldiqdan sonra berpa edilmisdir Daha qedim gorkemini saxlamis qerb minaresi dovrumuze bir qeder qerbe eyilmis halda catmisdir ki bu da giris portalinin yuxri hissesinin bir qeder deformasiyaya ugramasi ile elaqedardir Heyet portalinin yeniden qurulmasi da ehtimal ki qerb minaresinin berpasi zamani heyata kecirilmisdir Buna esaslanan M Eliyev minarelerin insasinin daha qedim dovre aid edilmeli 1855 ci ilin ise berp tarixi kimi qebulunu duzgun hesab edir Mescidin axundlariMesedi Ismayil Rzayev tarzen atasi Hesen Mollazade Gencevi 1905 1918 Seyxulislam Axund Mehemmed Fereculla Pisnamazzade 1892 1919 1919 1920 1920 1929 1929 1956 2000 2022 2015 2017 Axund eveziQeydlerKilidi Samaxi ifadesi Genceni Sirvan Samaxinin acari hesab eden I Sah Abbas terefinden isledilmisdir Etrafli bax Iskender Munsi Tarixi Alem ara i Abbasi Tehran 1896 seh 48 Bazar meydani ve etrafindaki binalar 1920 ci illerde sokulmus yerinde salinmis ve insa edilmisdir IstinadlarAliev 1954 seh 673 Aliev 1954 seh 664 L Bretanickij A Salamzade 1960 seh 39 Aleksandrovich Nasyfi Dzh Gyandzha i mogila Nizami Izvestiya Azerbajdzhanskogo arheologicheskogo komiteta vyp 2 Baku 1926 Salamzade 1964 seh 27 Bakixanov A Gulustani Irem Baki 1926 232 L Bretanickij A Salamzade 1960 seh 40 Bakixanov A Gulustani Irem Baki 1926 98 L Bretanickij A Salamzade 1960 seh 42 Aliev 1954 seh 665 Aliev 1954 seh 666 Aliev 1954 seh 668 Aliev 1954 seh 669 Aliev 1954 seh 670 L Bretanickij A Salamzade 1960 seh 47 Aliev 1954 seh 667 L Bretanickij A Salamzade 1960 seh 46 Aliev 1954 seh 672 Lahic Alimleri Aga Mir Abbas Mir Qedirov 17 aprel 2018 Istifade tarixi 17 sentyabr 2018 Gencede Azerbaycan tolerantliq olkesidir movzusunda tedbir kecirilib scwra gov az 08 Noyabr 2016 2021 12 02 tarixinde Istifade tarixi 17 sentyabr 2018 EdebiyyatAliev M Dzhuma mechet v Kirovabade Iskusstvo Azerbajdzhana T 4 Baku 1954 L S Bretenickij A Salamzade Kirovabad Moskva 1960 Salamzade A Arhitektura Azerbajdana XVI XIX vv Baku Izdatelstvo Akademii nauk Azerbajdzhanskoj SSR 1964 Hemcinin baxSah Abbas Seyx BehaeddinXarici kecidler Irs proqrami Sah Abbas mescidi az youtube com 2015 08 11 Istifade tarixi 2015 08 08 AzerTAc Sah Abbas yadigari Gence Cume Mescidi az youtube com 2016 04 03 Istifade tarixi 2016 04 04 Gence portali Memarliq portali Islam portali Azerbaycan portali Tarix portali