Üç müqəddəs kral — Üç müqəddəs kral və ya Şərqdən gələn müdriklər Matta İncilində təsvir edilmiş İsanın doğumu hekayəsində adı çəkilən, Betlehem ulduzunu izləməklə məsihin yanına kimi gəlib çıxan münəccimlərdir. Yunan dilində olan orjinal mətndə onlardan maqlar anlamına gələn Μάγοι, Magoi deyə bəhs edilir. "Əhdi-Cədid"də onların kral olduğu deyilmir, eləcə də onların sayı haqqında dəqiq məlumat verilmir. Bu məlumatlar, üçüncü əsrin sonlarında ortaya çıxan bir əfsanədən götürülüb. Qərb kilsəsində istifadə edilən Kaspar, Baltazar və Melçior adları isə ilk dəfə 6-cı əsrə aid mənbələrdə qeyd edilib.
Kralların səcdəsi | ||
---|---|---|
Adoración de los Reyes Magos | ||
| ||
Rəssam | El Qreko | |
Tarixi | 1568 | |
Saxlanıldığı yer | Soumaya muzeyi (Mexiko şəhəri) | |
Vikianbarda əlaqəli mediafayllar |
Katoliklərə görə, bu "üç kral" müqəddəs sayılır. 6 yanvar tarixində qeyd edilən Epifani baramı da onların adı ilə bağlıdır. Protestantlıqda da müdriklərin adı ilə bağlı olan bu Epifanini bayram kimi qeyd edirlər. Bunun əksinə olaraq Şərq ortodoks kilsəsinin ənənələrinə görə, bu təntənə Yuli təqviminin 25 dekabr tarixində milad bayramı ilə birlikdə qeyd edilir.
Bibliyaya istinad
İsa Məsihin doğumu hadisəsini təsvir edən Matta İncilində yeni doğulan körpəyə şərqdən gələn maqların (yunanca Mágoi apὸ anatolôn) səcdə etməsi barədə də danışılır. Orada belə deyilir: "Kral Hirodun zamanında Betlehemdə İsa dünyaya göz açanda, şərqdən gələn maqlar Yerusəlimə çatır və soruşurlar: Yəhudilərin yeni dünyaya gələn kralı haradadır? Biz onun ulduzunun doğduğunu gördük və ona səcdə etməyə gəldik".
Mágos anlayışı yunan dilində münəccimləri və sehrbazları, ən əsas isə kökü Herodot, Strabon, İskəndəriyyəli Filon və digər antik müəlliflərin öz yazılarında qeyd etdiyi midiyalı maqlara gedib çıxan Zərdüşti kahinlərini adlandırmaq üçün istifadə edilir. Daha sonra Arşakilər sülaləsi dönəmində (təxminən m.ö. 250- m.s. 224) bütün Zərdüşti kahinlər maqlar olaraq adlandırılmağa başlandı. Yunan və Roma mənbələrində onlardan əsasən yaxşı falçı və sehrbazlar kimi söz edilib.
Matta İncilində yazılır ki, maqlar kralın doğumunu müjdələyən ulduzun doğuşunu izləyirlər. Matta İncilinin 3–8-ci bəndlərində göstərilir ki, maqlar ilk olaraq yəhudilərin kralının doğum yerinin yaxınlığında yerləşən paytaxt şəhəri Yerusəlimə gəlir. Burada siyasi və dini təbəqənin nümayəndələrinin məsihin doğumuna olan reaksiyasını təsvir edirlər: "Onlar qorxdular (3-cü bənd)." 8-ci bənddə hətta kral Hirod onlara geri qayıtmalarını və uşağın olduğu yeri ona söyləmələrini bildirir. Lakin onlar qayıtmır. Bu səbəbdən kral Betlehemdə doğulmuş iki yaşa qədər bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Beləcə Matta artıq İncilin giriş hissəsində məsihin öz xalqı tərəfindən rədd edilməsinin səbəbini açıqlayır .
9-cu bənddə maqlar yolgöstərən ulduz kimi təsvir edilmiş göy cismini izləyir. Ulduz onları Betlehemə kimi aparır və orada dayanır. Luka İncilindən fərqli olaraq, Matta İncilində normal bir ev təsvir edilir. Müqəddəs Kitabda deyilir: "Münəccimlər evə daxil olub uşağı və anası Məryəmi gördülər" .
Maqların sayı
Müqəddəs Kitabda maqların sayı dəqiq göstərilməyib. Şərq rəvayətlərində maqların sayı 12, Qərb rəvayətlərinə görə isə onların sayı üç olaraq göstərilir. Ehtimal edilir ki, Qərb rəvayətlərindəki 3 rəqəmi, körpəyə təqdim olunan hədiyyələrin üç cür (qızıl, kündür, mürr) olması ilə bağlıdır.
Müqəddəs kitabda yazılanlara əsasən onu demək olar ki, münəccimlər İsanın doğumu zamanı yox, aylar sonra onu görməyə gəlib. Eləcə də İsanı öldürmək istəyən kral Hirod Betlehemdə 2 yaşına qədər olan uşaqların qətlə yetirilməsini əmr edir (Betlehemdə uşaqların qətliamı).
İstinadlar
- "Matta İncili 2:1" (azərb. ). 5 noyabr 2020 tarixində .
- (PDF). Bakı. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. 2010. səh. 436.
- "Matta 2:1-11" (türk. ).
- Theodor Zahn. Das Evangelium des Matthäus(= Kommentar zum Neuen Testament). 1. Leipzig, Erlangen: A. Deichert. 1922. ISBN .
- "Matthäus 2" (alm. ). 28 iyun 2017 tarixində .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Uc muqeddes kral Uc muqeddes kral ve ya Serqden gelen mudrikler Matta Incilinde tesvir edilmis Isanin dogumu hekayesinde adi cekilen Betlehem ulduzunu izlemekle mesihin yanina kimi gelib cixan muneccimlerdir Yunan dilinde olan orjinal metnde onlardan maqlar anlamina gelen Magoi Magoi deye behs edilir Ehdi Cedid de onlarin kral oldugu deyilmir elece de onlarin sayi haqqinda deqiq melumat verilmir Bu melumatlar ucuncu esrin sonlarinda ortaya cixan bir efsaneden goturulub Qerb kilsesinde istifade edilen Kaspar Baltazar ve Melcior adlari ise ilk defe 6 ci esre aid menbelerde qeyd edilib Krallarin secdesiAdoracion de los Reyes MagosRessam El QrekoTarixi 1568Saxlanildigi yer Soumaya muzeyi Mexiko seheri Vikianbarda elaqeli mediafayllar Katoliklere gore bu uc kral muqeddes sayilir 6 yanvar tarixinde qeyd edilen Epifani barami da onlarin adi ile baglidir Protestantliqda da mudriklerin adi ile bagli olan bu Epifanini bayram kimi qeyd edirler Bunun eksine olaraq Serq ortodoks kilsesinin enenelerine gore bu tentene Yuli teqviminin 25 dekabr tarixinde milad bayrami ile birlikde qeyd edilir Bibliyaya istinadIsa Mesihin dogumu hadisesini tesvir eden Matta Incilinde yeni dogulan korpeye serqden gelen maqlarin yunanca Magoi apὸ anatolon secde etmesi barede de danisilir Orada bele deyilir Kral Hirodun zamaninda Betlehemde Isa dunyaya goz acanda serqden gelen maqlar Yeruselime catir ve sorusurlar Yehudilerin yeni dunyaya gelen krali haradadir Biz onun ulduzunun dogdugunu gorduk ve ona secde etmeye geldik Magos anlayisi yunan dilinde muneccimleri ve sehrbazlari en esas ise koku Herodot Strabon Iskenderiyyeli Filon ve diger antik muelliflerin oz yazilarinda qeyd etdiyi midiyali maqlara gedib cixan Zerdusti kahinlerini adlandirmaq ucun istifade edilir Daha sonra Arsakiler sulalesi doneminde texminen m o 250 m s 224 butun Zerdusti kahinler maqlar olaraq adlandirilmaga baslandi Yunan ve Roma menbelerinde onlardan esasen yaxsi falci ve sehrbazlar kimi soz edilib Matta Incilinde yazilir ki maqlar kralin dogumunu mujdeleyen ulduzun dogusunu izleyirler Matta Incilinin 3 8 ci bendlerinde gosterilir ki maqlar ilk olaraq yehudilerin kralinin dogum yerinin yaxinliginda yerlesen paytaxt seheri Yeruselime gelir Burada siyasi ve dini tebeqenin numayendelerinin mesihin dogumuna olan reaksiyasini tesvir edirler Onlar qorxdular 3 cu bend 8 ci bendde hetta kral Hirod onlara geri qayitmalarini ve usagin oldugu yeri ona soylemelerini bildirir Lakin onlar qayitmir Bu sebebden kral Betlehemde dogulmus iki yasa qeder butun oglan usaqlarinin oldurulmesini emr edir Belece Matta artiq Incilin giris hissesinde mesihin oz xalqi terefinden redd edilmesinin sebebini aciqlayir 9 cu bendde maqlar yolgosteren ulduz kimi tesvir edilmis goy cismini izleyir Ulduz onlari Betleheme kimi aparir ve orada dayanir Luka Incilinden ferqli olaraq Matta Incilinde normal bir ev tesvir edilir Muqeddes Kitabda deyilir Muneccimler eve daxil olub usagi ve anasi Meryemi gorduler Maqlarin sayiMuqeddes Kitabda maqlarin sayi deqiq gosterilmeyib Serq revayetlerinde maqlarin sayi 12 Qerb revayetlerine gore ise onlarin sayi uc olaraq gosterilir Ehtimal edilir ki Qerb revayetlerindeki 3 reqemi korpeye teqdim olunan hediyyelerin uc cur qizil kundur murr olmasi ile baglidir Muqeddes kitabda yazilanlara esasen onu demek olar ki muneccimler Isanin dogumu zamani yox aylar sonra onu gormeye gelib Elece de Isani oldurmek isteyen kral Hirod Betlehemde 2 yasina qeder olan usaqlarin qetle yetirilmesini emr edir Betlehemde usaqlarin qetliami Istinadlar Matta Incili 2 1 azerb 5 noyabr 2020 tarixinde PDF Baki M F Axundov adina Azerbaycan Milli Kitabxanasi 2010 seh 436 Matta 2 1 11 turk Theodor Zahn Das Evangelium des Matthaus Kommentar zum Neuen Testament 1 Leipzig Erlangen A Deichert 1922 ISBN 3 417 29211 5 Matthaus 2 alm 28 iyun 2017 tarixinde