Ənuşirəvan İbrahimi — 1978-ci ildən 1982-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin rəhbəri, Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahiminin qardaşı.
Ənuşirəvan İbrahimi | |
---|---|
Ənuşirəvan Qəni oğlu İbrahimi | |
Doğum tarixi | |
Doğum yeri | Astara |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Tehran |
Vəfat səbəbi | edam edilib |
Haqqında
Ənuşirəvan Qəni oğlu İbrahimi 12 may 1926-cı ildə Astarada anadan olub. İbtidai təhsilini Astarada almağa başlasa da atası Nəhavəndə sürgün edildiyi üçün orada davam etdirib. Azərbaycanda 21 Azər hərəkatı qalib gəldikdən sonra burada Azərbaycan Milli Hökuməti qurulur. Ənuşirəvan İbrahimi də Təbrizə gələrək burada təsis edilmiş Polis akademiyasında təhsil almağa başlayır. Düşmən qüvvələri qarşısında dayanmaq onlarla mübarizə aparmaq üçün qardaşı Firudin İbrahimi ilə birgə gənc könüllülərdən ibarət "Babək" qrupunu təşkil edirlər. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra şah rejimi tərəfindən hərəkatçılar eləcə də onların tərəfdarları olan minlərlə insan həbs edilir, güllələnir və ya pis havalı cənub rayonlarına sürgün edilirdilər. Məhz bu təqiblərdən qurtulmaq üçün 16 min nəfərə yaxın firqəçi Sovet Azərbaycanına mühacirət edir.
Ənuşirəvan İbrahimi də Bakıya mühacirət edir. Təhsilini öz siyasi fəaliyyəti ilə uyğunlaşdırmaq niyyəti ilə tarix ixtisası üzrə Bakı Dövlət Universitetində ali təhsil alır və eyni ixtisas üzrə də elmi-tədqiqat fəaliyyətini davam etdirir, Moskvada "İran Xalq Partiyasının (Tudə) 1944-1946-cı illərdə irticaya qarşı mübarizəsi (İXP-nin parlamentdə və hökumətin tərkibində fəaliyyəti timsalında)" adlı dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi də qazanır. Bir neçə xarici dildə sərbəst danışa bilən Ənuşirəvan İbrahimi Bakıda ingilis dili üzrə də ali təhsil alır. Mühacirətdə olduğu müddətdə həyatının əsas hissəsini onun siyasi fəaliyyəti təşkil edir. O, Azərbaycan Demokrat Firqəsinin (ADF) fəal və nüvuzlu üvlərindən birinə çevrilir. Burada fəaliyyətinə cavanlar təşkilatından başlayır və firqənin mərkəzi komitəsinin üzvlüyünə qədər yüksəlir. O dəfələrlə ADF-nin cavanlar təşkilatı adından dünya demokrat cavanlarının beynəlxalq konfrans və seminarlarında iştirak edir, dünya ölkələrində fəaliyyət göstərən digər sol və demokrat partiyaların nümayəndələri ilə tanış olur.
28 avqust 1953-cü il dövlət çevrilişindən sonra irtica rejiminin təhlükəzislik qüvvələri tərəfindən şiddətli basqılara məruz qalan İran Xalq Partiyası (Tudə) rəhbərləri və üzvləri də xaricə mühacirət edir və xüsusilə sosialist düşərgələri ölkələrinin Moskva, Sofiya, Praqa, Berlin (Şərqi Almaniya) kimi şəhərlərində məskunlaşırlar. 1960-cı il avqust ayının 1-2-də ADF və İXP MK üzvlərinin iştirakı ilə "Vəhdət konfransı" keçirilir və ADF öz adını və MK-sını saxlamaq şərtilə İXP-nin Azərbaycan Əyalət komitəsi kimi təsdiq olunur. Sözügedən konfransın müvafiq qərarları ilə Şərqi Almaniyada siyasi fəaliyyətlə məşğul olan Ə.Lahrudi Sovet Azərbaycanına qayıdır və onun yerinə Berlinə Ənuşirəvan İbrahimi göndərilir. O, 1978-1979-cu illər inqilabı baş verənə kimi İXP İcraiyyə Heyətinin üzvü olaraq bu partiyanın İranla qonşu olan Türkiyə, Hindistan və bu kimi bir neçə ölkədə olan təşkilatlarının işlərinə rəhbərlik edir. 1978-1979-cu illər inqilabı nəticəsində şahlıq rejimi devrildikdən sonra Ənuşirəvan İbrahimi də İXP rəhbərləri sırasında Şərqi Almaniyadan birbaşa İrana gəlib yerləşir. İXP-nin şəhər, vilayət və əyalət təşkilatları bütün ölkə üzrə fəaliyyətini bərpa edərək işə başlayır. Ənuşirəvan İbrahimi və onun rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsi və üzvlərinin fəaliyyəti 4 ildən artıq çəkmir. 1982-ci ilin əvvəllərində 3000-dən çox firqə üzvü, eləcə də Tehrana iş dalınca getmiş Ənuşirəvan mərkəzi komitənin digər üzvləri ilə birlikdə həbs olunurlar. Ənuşirəvan İbrahimi 13 sentyabr 1987-ci il tarixində Tehrandakı "Evin" zindanında edam edildi. Tehranın şərq hissəsində bu gün "Xavəran" adlanan keçmiş Misgərabad qəbristanlığında azad həyat uğrunda canlarını qurban vermiş minlərlə dostları və həmfikirləri arasında dəfn edilib.
Ailəsi
Ənuşirəvan İbrahiminin atası Qəni İbrahimi Türkmənistandan tutmuş Qafqazdakı şəhərlərə kimi İran malları göndərən və oradanda da İrana Rusiya mənşəli mallar gətirən təcrübəli tacirlərdən biri olub. Azərbaycan dilindən başqa fars, ərəb, rus və fransız dillərində sərbəst danışa, yaza və oxuya bilirdi. Qəni İbrahimi Rusiyada baş verən Oktyabr inqilabından sonra Astara və onun ətrafındakı əhali arasında təbliğat və təşviqat işi ilə məşğul olur, İranda "Ədalət" partiyasının təşkilindən sonranona qoşulur, 1920-ci ilin iyun ayında "Ədalət" partiyasının Ənzəli şəhərində keçirilən 1-ci qurultayında həmin partiyanın İran Kommunist Partiyasına çevrildiyi elan olunduqdan sonra bu partiyanın ən fəal üzvlərindən birinə çevrilir. 1925-ci ildə Rza xan İranda hakimiyyəti ələ aldıqdan sonra bütün ölkəni milli fəallara və kommunistlərə qarşı siyasi təzyiqlər dalğası bürüyür və bu dalğa Qəni İbrahimidən də yan keçmir. O da digər yoldaşları kimi həbs olunur, zindanda ağır işgəncələrə məruz qalır və ömrünün sonuna kimi Nəhavəndə sürgün edilir.
Qardaşı Firudin İbrahimi Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, 1945 - 1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olub. Milli Hökumət süqut etdikdən sonra 1947-ci ilin may ayının 22-də Təbriz şəhərinin Gülüstan bağında dar ağacından asılıb.
Bakıda Rəfiqə xanım Axundova ilə ailə qurub. Bu evlilikdən Firudin, Fuad və Fəramərz adlarında üç oğlu dünyaya gəlib.
Həmçinin bax
İstinadlar
- Səməd Bayramzadə. "Ənuşirəvan Qəni Oğlu İbrahimi (12.05.1926 – 13.09.1987)" (az.). azerbaycan-ruznamesi.org. 2021-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.03.2021.
- Ənvər Yusifoğlu. "Dar Ağacında heykəlləşən milli qürur" (az.). . 21.09.2018. 31.03.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.03.2021.
- "ƏNUŞİRƏVAN İBRAHİMİ QANUNLARI VƏ FİRİDUN İBRAHİMİ ANAYASASI!". www.anl.az. İstifadə tarixi: 2025-01-17.
- Bayramzadə, Səməd. Cənubi Azərbaycan millidemokratik hərəkatında Ənuşirəvan İbrahimi siması (PDF) (az.). Bakı: Metafizika jurnalı. 2021. 134.
- "Firudin İbrahimi" (az.). ens.az. 08.01.2019. 2021-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.03.2021.
- Firudin İbrahimi. Sülh uğrunda (Paris Sülh Konfransı barədə qeydlər. 1946) (PDF). Bakı: . 2018. səh. 21. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Enusirevan Ibrahimi 1978 ci ilden 1982 ci ile qeder Azerbaycan Demokrat Firqesinin rehberi Azerbaycan Milli Hokumetinin bas prokuroru Firudin Ibrahiminin qardasi Enusirevan IbrahimiEnusirevan Qeni oglu IbrahimiDogum tarixi 12 may 1926Dogum yeri AstaraVefat tarixi 13 sentyabr 1987 61 yasinda Vefat yeri TehranVefat sebebi edam edilibHaqqindaEnusirevan Qeni oglu Ibrahimi 12 may 1926 ci ilde Astarada anadan olub Ibtidai tehsilini Astarada almaga baslasa da atasi Nehavende surgun edildiyi ucun orada davam etdirib Azerbaycanda 21 Azer herekati qalib geldikden sonra burada Azerbaycan Milli Hokumeti qurulur Enusirevan Ibrahimi de Tebrize gelerek burada tesis edilmis Polis akademiyasinda tehsil almaga baslayir Dusmen quvveleri qarsisinda dayanmaq onlarla mubarize aparmaq ucun qardasi Firudin Ibrahimi ile birge genc konullulerden ibaret Babek qrupunu teskil edirler Azerbaycan Milli Hokumeti dagildiqdan sonra sah rejimi terefinden herekatcilar elece de onlarin terefdarlari olan minlerle insan hebs edilir gullelenir ve ya pis havali cenub rayonlarina surgun edilirdiler Mehz bu teqiblerden qurtulmaq ucun 16 min nefere yaxin firqeci Sovet Azerbaycanina muhaciret edir Enusirevan Ibrahimi de Bakiya muhaciret edir Tehsilini oz siyasi fealiyyeti ile uygunlasdirmaq niyyeti ile tarix ixtisasi uzre Baki Dovlet Universitetinde ali tehsil alir ve eyni ixtisas uzre de elmi tedqiqat fealiyyetini davam etdirir Moskvada Iran Xalq Partiyasinin Tude 1944 1946 ci illerde irticaya qarsi mubarizesi IXP nin parlamentde ve hokumetin terkibinde fealiyyeti timsalinda adli dissertasiya isini mudafie ederek alimlik derecesi de qazanir Bir nece xarici dilde serbest danisa bilen Enusirevan Ibrahimi Bakida ingilis dili uzre de ali tehsil alir Muhaciretde oldugu muddetde heyatinin esas hissesini onun siyasi fealiyyeti teskil edir O Azerbaycan Demokrat Firqesinin ADF feal ve nuvuzlu uvlerinden birine cevrilir Burada fealiyyetine cavanlar teskilatindan baslayir ve firqenin merkezi komitesinin uzvluyune qeder yukselir O defelerle ADF nin cavanlar teskilati adindan dunya demokrat cavanlarinin beynelxalq konfrans ve seminarlarinda istirak edir dunya olkelerinde fealiyyet gosteren diger sol ve demokrat partiyalarin numayendeleri ile tanis olur 28 avqust 1953 cu il dovlet cevrilisinden sonra irtica rejiminin tehlukezislik quvveleri terefinden siddetli basqilara meruz qalan Iran Xalq Partiyasi Tude rehberleri ve uzvleri de xarice muhaciret edir ve xususile sosialist dusergeleri olkelerinin Moskva Sofiya Praqa Berlin Serqi Almaniya kimi seherlerinde meskunlasirlar 1960 ci il avqust ayinin 1 2 de ADF ve IXP MK uzvlerinin istiraki ile Vehdet konfransi kecirilir ve ADF oz adini ve MK sini saxlamaq sertile IXP nin Azerbaycan Eyalet komitesi kimi tesdiq olunur Sozugeden konfransin muvafiq qerarlari ile Serqi Almaniyada siyasi fealiyyetle mesgul olan E Lahrudi Sovet Azerbaycanina qayidir ve onun yerine Berline Enusirevan Ibrahimi gonderilir O 1978 1979 cu iller inqilabi bas verene kimi IXP Icraiyye Heyetinin uzvu olaraq bu partiyanin Iranla qonsu olan Turkiye Hindistan ve bu kimi bir nece olkede olan teskilatlarinin islerine rehberlik edir 1978 1979 cu iller inqilabi neticesinde sahliq rejimi devrildikden sonra Enusirevan Ibrahimi de IXP rehberleri sirasinda Serqi Almaniyadan birbasa Irana gelib yerlesir IXP nin seher vilayet ve eyalet teskilatlari butun olke uzre fealiyyetini berpa ederek ise baslayir Enusirevan Ibrahimi ve onun rehberlik etdiyi Azerbaycan Demokrat Firqesi ve uzvlerinin fealiyyeti 4 ilden artiq cekmir 1982 ci ilin evvellerinde 3000 den cox firqe uzvu elece de Tehrana is dalinca getmis Enusirevan merkezi komitenin diger uzvleri ile birlikde hebs olunurlar Enusirevan Ibrahimi 13 sentyabr 1987 ci il tarixinde Tehrandaki Evin zindaninda edam edildi Tehranin serq hissesinde bu gun Xaveran adlanan kecmis Misgerabad qebristanliginda azad heyat ugrunda canlarini qurban vermis minlerle dostlari ve hemfikirleri arasinda defn edilib Ailesi Enusirevan Ibrahiminin atasi Qeni Ibrahimi Turkmenistandan tutmus Qafqazdaki seherlere kimi Iran mallari gonderen ve oradanda da Irana Rusiya menseli mallar getiren tecrubeli tacirlerden biri olub Azerbaycan dilinden basqa fars ereb rus ve fransiz dillerinde serbest danisa yaza ve oxuya bilirdi Qeni Ibrahimi Rusiyada bas veren Oktyabr inqilabindan sonra Astara ve onun etrafindaki ehali arasinda tebligat ve tesviqat isi ile mesgul olur Iranda Edalet partiyasinin teskilinden sonranona qosulur 1920 ci ilin iyun ayinda Edalet partiyasinin Enzeli seherinde kecirilen 1 ci qurultayinda hemin partiyanin Iran Kommunist Partiyasina cevrildiyi elan olunduqdan sonra bu partiyanin en feal uzvlerinden birine cevrilir 1925 ci ilde Rza xan Iranda hakimiyyeti ele aldiqdan sonra butun olkeni milli feallara ve kommunistlere qarsi siyasi tezyiqler dalgasi buruyur ve bu dalga Qeni Ibrahimiden de yan kecmir O da diger yoldaslari kimi hebs olunur zindanda agir isgencelere meruz qalir ve omrunun sonuna kimi Nehavende surgun edilir Qardasi Firudin Ibrahimi Azerbaycan Demokrat Firqesinin Merkezi Komitesinin uzvu 1945 1946 ci illerde Azerbaycan Milli Hokumetinin bas prokuroru olub Milli Hokumet suqut etdikden sonra 1947 ci ilin may ayinin 22 de Tebriz seherinin Gulustan baginda dar agacindan asilib Bakida Refiqe xanim Axundova ile aile qurub Bu evlilikden Firudin Fuad ve Feramerz adlarinda uc oglu dunyaya gelib Hemcinin baxFirudin Ibrahimi Azerbaycan Milli Hokumeti Azerbaycan Demokrat FirqesiIstinadlarSemed Bayramzade Enusirevan Qeni Oglu Ibrahimi 12 05 1926 13 09 1987 az azerbaycan ruznamesi org 2021 03 31 tarixinde arxivlesdirilib Istifade tarixi 31 03 2021 Enver Yusifoglu Dar Agacinda heykellesen milli qurur az 21 09 2018 31 03 2021 tarixinde arxivlesdirilib Istifade tarixi 31 03 2021 ENUSIREVAN IBRAHIMI QANUNLARI VE FIRIDUN IBRAHIMI ANAYASASI www anl az Istifade tarixi 2025 01 17 Bayramzade Semed Cenubi Azerbaycan millidemokratik herekatinda Enusirevan Ibrahimi simasi PDF az Baki Metafizika jurnali 2021 134 Firudin Ibrahimi az ens az 08 01 2019 2021 03 31 tarixinde arxivlesdirilib Istifade tarixi 31 03 2021 Firudin Ibrahimi Sulh ugrunda Paris Sulh Konfransi barede qeydler 1946 PDF Baki Elm ve tehsil nesriyyati 2018 seh 21 ISBN 978 9952 37 025 6