Eliyahu Ben Şaul Kohen (ivr. אֱלִיָּהוּ בֵּן שָׁאוּל כֹּהֵן; ərəb. إيلياهو بن شاؤول كوهين; 6 dekabr 1924, İsgəndəriyyə – 18 may 1965, Dəməşq) — Daha çox Əli Kohen adı ilə tanınmışdır. İsrail xüsusi xidmət orqanı Mossadın cəsusu. 1961-1965-ci illərdə Suriyada casusluq fəaliyyətləri ilə məşğul olmuş, Suriyanın siyasi və hərbi iyerarxiyası ilə sıx əlaqələr yaratmışdır. Suriya Müdafiə Nazirinin baş məsləhətçi vəzifəsinə qədər yüksəlmişdir.
Əli Kohen | |
---|---|
ivr. אֱלִיָּהוּ בֵּן שָׁאוּל כֹּהֵן | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Kamal Əmin Taybet |
Doğum tarixi | |
Doğum yeri | İsgəndəriyyə, Misir |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Dəməşq, Suriya |
Vəfat səbəbi | edam edilib |
Dəfn yeri |
|
Vətəndaşlığı | İsrail |
Həyat yoldaşı | Nadiya Məjald |
Uşağı | 3 |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İsrail Silahlı Qüvvələri |
Qoşun növü | Mossad |
Xidmət illəri | 1961-1965 |
Vikianbarda əlaqəli mediafayllar |
Suriyanın əks-kəşfiyyat orqanları tərəfindən fəaliyyəti 1965-ci ildə üzə çıxarılmışdır. Hərbi məhkəmə tərəfindən Suriya əleyhinə cəsusluqda günahlandırılaraq, 1965-ci ilin 18 may tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində kütlənin qarşısında edam edilmişdir.
Əli Kohen, Dəməşqdə cəsus kimi fəaliyyət göstərdiyi 4 il ərzində Mossada çox önəmli məlumatlar ötürmüş və həmin məlumatlar Altı günlük müharibə zamanı xüsusi ilə Colan təpələrinin işğal olunmasında istifadə olunmuşdur. İsrail dövləti cəsusun qalıqlarını bir necə dəfə Suriya hökumətindən almağa çalışsa da, Əli Kohenin cəsədini geri qaytarmaq mümkün olmamışdır.
Həyatı
Əli Kohen 1924-cü ilin 6 dekabr tarixində Misirin İsgəndəriyyə şəhərində, olan bir ailədə anadan olmuşdur. XX əsrin əvvəllərində Misirin İsgəndəriyyə və Qahirə şəhərləri başda olmaqla müxtəlif bölgələrində 80 minə yaxın yəhudi əsilli şəxs yaşamaqda idi. Əlinin atası 1914-cü ildə ticarət əlaqələrini daha da möhkəmləndirmək üçün ailəsi ilə birlikdə Hələb şəhərinə köçmüşdür. Kohen sonralar Qahirə Universitetində təhsil almışdır.
1947-ci ilin yanvarında Əli, bütün gənc yəhudilərin ödəməli olduqları varlıq vergisini ödəməyə alternativ olaraq Misir Ordusunda xidmətə başlamışdır. Qeyri-müsəlman olması səbəbindən qısa müddətdə ordudan tərxis edilmişdir. Müsəlman qardaşlar tərəfindən etnik mənsubiyyəti əsas gətirilərək təqib edilməyə başlandıqdan sonra univeritet təhsilinə fasilə vermiş və evdə oxumaqla bilik və bacarıqlarını artırmağa çalışmışdır.
1949-cu ildə Əlinin üç qardaşı və valideynləri İsrailə immiqrasiya etmişdir. Lakin o, elektronika üzrə adlığını təhsilini bitirmək və Misirdə fəaliyyət göstərən gizli sionist təşkilatların fəaliyyətlərini koordinasiya edə bilmək üçün ölkədə qalmağa davam etmişdir. 1951-ci ildə Misirdə baş vermiş hərbi çevrilişdən sonra yeni hökumət anti-sionist təbliğatını gücləndirmiş və Əli Kohen xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq dindirilmişdir.
Misir hökuməti, ölkə yəhudilərinin gizli yollarla İsrailə qaçırılmasını nəzərdə tutan və İsrail dövləti tərəfindən gerçəkləşdirilən Qoşen əməliyyatında Kohenin rolunu sübut edə bilməsə də, Kohen ölkə daxilində bir çox gizli əməliyyatların əsas təşkilatçılardan və iştirakçılarıdan biri olmuşdur. Qoşen əməliyyatı nəticəsində 10.000-dən çox Sinay yarımadası və dəniz yolları əsas olmaqla gizli formada ölkədən çıxarılmış və İsrailə gətirilmişdir.
1955-ci ildə İsrail Gizli Polis təşkilatı tarixə Lavon İşi olaraq keçmiş gizli əməliyyata cəlb etmişdir. Əməliyyatın əsas mahiyyəti Misirdə yerləşən və ABŞ, Böyük Britaniya və digər qərb dövlətlərinə məxsus olan strateji əhəmiyyətli obyektlər xüsusi hazırlanmış bombalarla partladılmasını nəzərdə tuturdu. Bununla Misirin sözügedən dövlətlərlə münasibətlərinin korlanması və hətta müharibə vəziyyətinə gətirilməsi nəzərdə tutulmuşdur. Əli Kohen və digər bir necə misir yəhudisi həmin əməliyyatda fəal iştirak etmişdir.
Misir xüsusi xidmət orqanlarının səyləri nəticəsində əməliyyatda iştirak etdiyi sübuta yetirilən iki misir yəhudisi həbs edilərək, daha sonra edam edilmişdir. Kohenin əsas qrupa yardım etdiyi məlum olsa da, növbəti dəfə günahı sübuta yetirilə bilməmişdir. Lavon işi əməliyyatından sonra Misirdə yəhudilərə qarşı mənfi münasibət daha da kəskinləşmişdir. 1956-cı ilin dekabr ayında Kohen və digər bir necə yəhudi İsrail üçün Yəhudi Agentliyinin köməkliyi ilə Misirdən İsrailə gətirilmişdir.
1957-ci ildə İsrail Silahlı Qüvvələri tərəfindən əməkdaşlığa cəlb olunmuş və orduda xidmət keçməyə başlamışdır. Hərbi kəşfiyyat baş idarəsində, əks-kəşfiyyat üzrə analitik kimi çalışan Kohen iki dəfə Mossad xüsusi xidmət orqanlarında işləmək üçün ərizə ilə müraciət etmişdir. Mossad tərəfindən rədd edilməsi Kohendə ruh düşünkünlüyü yaratmış və ordudan tərxis olaraq növbəti iki il ərzində Tel-Əviv şəhərində yerləşən sığorta şirkətlərinin birində mühasib olaraq çalışmışdır.
1959-cu ildə olan Nadiya Məcald ilə ailə həyatı qurmuşdur. Nadiya Məcald, tanınmış iraq yəhudisi yazıçı Sami Mikayılın doğma bacısıdır. Evli olduqları müddət ərzində Sofiya, İrit və Şayi adlı üç övladları olan ailənin mənzilləri Aralıq dənizinin sahilinfə yerləşən Təl-Əviv şəhərində respublika tabeli şəhər olan Bat-Yamda yerləşməkdə idi.
Mossad tərəfindən əməkdaşlığa cəlb olunması
1961-ci ildə Mossadın üçüncü direktoru Meir Amit Suriya hökumətinin daxilində fəaliyyət göstərəcək və Suriyanın İsraillə bağlı planlarını Mossada çatdıracaq yeni bir xəfiyyə axtarışında idi. Amit mümkün bütün namizədlərin şəxsi işlərini araşdırdıqdan sonra münasib bir namizəd üzərində qərar tuta bilmir və daha öncə müraciət etmiş, ancaq müraciətləri rədd edilən namizədlərin şəxsi işlərinə baxarkən Əli Kohen adlı Misir yəhudisi olan və ərəb dilini mükəmməl bilən birinin daha öncə iki dəfə Mossada iş üçün müraciət etdiyini görür.
İki həftə ərzində Mossad tərəfindən gündəlik fəaliyyətləri izlənilən Kohen sonunda Mossadın qərargahına çağrılaraq iş üçün dəvət olunur. İlkin sınaq müddətini uğurla başa vurmasından sonra Mossad tərəfindən altı ay müddətinə xüsusi təlim kursuna cəlb olunur. Məzun hesabatında və ya sahə müvəkkili olmaq üçün lazım olan bütün keyfiyyətlərə sahib olduğu göstərilmişdir.
, sırf Mossad tərəfindən öz xəfiyyələrini adlandırmaqları üçün istifadə olunan bir termindir və daha çox yüksək dərəcədə əhəmiyyət kəsb edən əməliyyatlarda iştirak edən şəxslərə verilməkdədir.Mossadın tam hüququlu və yüksək rütbəli əməkdaşına çevirilən Əli Kohen ilk əməliyyatı kimi Argentinanın paytaxtı Buenos-Ayres şəhərinə göndərilir. Buenos-Ayres şəhərində özünü Kamal Əmin Taybet kimi təqdim edərək varlı bir ailədən gələn olduğunu göstərməyə çalışır və burada yaşayan Suriya əsilli vətəndaşlarla müəyyən işgüzar və dostluq əlaqələri formalaşdırır.
Özünü iş adamı kimi təqdim edərək həmin dövrdə Suriyada fəaliyyəti qadağan olunmuş Ərəb Sosialist Bəəs Partiyasının Argentinadakı özəyinə ciddi maddi yardım göstərmək istədiyini və yenidən tarixi ata-baba ölkəsinə qayıtmaq istədiyini bildirir. Qısa zamanda mövcud Suriya hökumətinə qarşı müxalif baxışları ilə tanınan arasında ciddi hörmət və etibar qazanır və 1963-cü ildə Suriyada baş vermiş zamanı söz verdiyi maddi yardımları göstərir.
Suriya
Kohen, 1962-ci ilin fevralında dostları ilə birgə Suriyanın paytaxtı Dəməşq şəhərinə gəlir və burada da özünü Kamal Əmin Taybet (ərəb. كامل أمين ثابت) adı ilə tanıdır. Beləliklə Mossad, yüksək vəzifəli Suriya siyasətçiləri, hərbi rəsmilər, nüfuzlu ictimai xadimlər və diplomatik ictimaiyyət ilə münasibət qurmaqda istifadə edəcəyi Kohenə təlimatlarını diqqətli bir şəkildə verməyə başlamışdır. Kohen, Argentinada olduğu kimi ictimai həyatını davam etdirərək, kafelərdə və insanların toplaşdığı yerlərdə siyasi və ictimai müzakirələrə qoşulmaqla vaxtını keçirdirdi. O, həmçinin şəhərin mərkəzində kirayə götürmüş olduğu mənzilində yüksək vəzifəli suriyalı nazirlər, iş adamları və generalları üçün bahalı zifayələr təşkil etməsi ilə tanınmışdır. Qısa zamanda şəhər elitası arasında Kohenin mənzilində təşkil edilən zifayətlər məşhurluq qazanmağa başladı.
Genarallar xüsusi ilə gənc qızlarla əylənmək üçün həmin ziyafətlərə gəlməyə can atırdılar. Sözügedən ziyafətlərdə içkinin təsiri altında olan hərbçilər açıq formada dövlət sirri təşkil edə biləcək planlardan və İsrailə qarşı mümkün hərəkətlər haqqında bir-birinin arasında danışırdılar. Yüksək rütbəli məmurlara küllü miqdarda qarşılıqsız borc verməsi və daim diqqətləri üzərinə cəlb edə bilməsi səbəbindən Kohen bu tipli şənliklərdən çoxlu sayda əhəmiyyətli məlumatı əldə edib, İsrail dövlətinə ötürmüşdür.
Kəşfiyyat məlumatlarının toplanması
Suriyada dövləti idarə edən hərbi və siyasi elita Əli Koheni Kamal Əmin Taybet adı ilə tanımışdır. Onlara görə Taybet Argentina əsilli bir suriyalı olmaqdan əlavə öz vətənin sevən və şəxsi maliyyə vəsaitələri hesabına onun dirçəldilməsinə çalışan bir vətənpərvər şəxs olmuşdur. Taybet tez-tez Avropa ölkələrinə səfərlər edir və xüsusi ilə İsveçrəyə gedirdi. Bu səfərlərin əsas məqsədi kimi yeni biznes əlaqələrini qurulmasını və ya Suriya dövləti üçün mühüm olan hansısa zəruri əmtəənin ölkəyə gətirilməsini göstərmişdir. Əslində isə Kohen Sürix şəhərində Mossadın əməkdaşları ilə görüşür və yeni təlimatlarını onlardan alırdı. Həmin görüşlərin birində, hətta İsrailin sabiq Baş Naziri ilə belə görüşdüyü iddia olunmaqdadır. İsveçrəyə getmək adı ilə ölkəni tərk edən zaman üç dəfə də İsrailə səfər etmiş və burada əsil ailəsi və Mossadın əməkdaşları ilə vaxt keçirmişdir.
İsrailə məlumatların göndərilməsi üçün xüsusi radio ötürüçüdən və ya müxtəlif təyinatlı mebellərin içərisinə gizlədilmiş kiçik şifrəli kağız parçalarından istifadə olunmuşdur. Kohenin ötürmüş olduğu ən önəmli kəşfiyyat məlumatlarından biri Colan təpələri ilə bağlıdır. Belə ki, şəxsi əlaqələrindən istifadə edərək Təbəriyyə gölünün qarşı sahilində yerləşən Suriya ordusuna məxsus istehkamları ziyarət edən Kohen burada orduya məxsus gizli yeraltı blindajlar olduğunu görür.
Həmin blindajlar gölün İsail nəzarətində olan sahillərini tam olaraq nəzarət altında saxlayırdı və yeraltında yerləşdiyindən İsrail tərəfindən görünmürdü. Əli Kohen suriyalı əsgərlərə hörmət əlaməti olaraq ordudakı dostlarından xahiş edir ki, blindajların yaxınlığında əsgərlərin dincəlməsi üçün sidr ağacları əkməyə icazə verilsin.
Yay aylarında Təbəriyyə gölü sahillərinin çox isti olması və hərbi xidmət şəraitinin ağırlığı nəzərə alınaraq, Kohenin bu arzusuna icazə verilir və beləliklə də əkilmiş ağaclarla qarşı tərəf üçün hədəflərin yerini rahat müəyyənləşdirmək imkanı yaradılır.
Növbəti səfərlərində Mossad tərəfindən verilmiş kiçik foto kamera ilə çoxlu sayda Suriya ordusuna aid mövqelərin fotoşəkillərini və eskizlərin çəkərək gölün cənub sərhədlərinin əsaslı xəritəsini çıxarmışdır. O eyni zamanda ordunun gizli formada hazırladığı üç yeraltı bunker və minaatan qurğuların saxlanılması üçün xüsusi saxlanc yerlərinin koordinatları haqqqında da məlumatlar vermişdir. İsrail Silahlı Qüvvəlləri bu günə qədər Təbəriyyə gölünün Suriya ordusu tərəfindən nəzarət altında qalan hissəsində sadəcə bir ədəd yeraltı bunkerin olduğunu təxmin edirdi, bu səbəbdən Kohen tərəfindən verilən məlumatlar tamamilə yeni xarakter daşımaqda idi.
Xəfiyyə tərəfindən göndərilmiş həyati əhəmiyyətli məlumatlardan biri də Suriya hökumətinin İordan çayının axın istiqamətini dəyişdirməsi ilə bağlı planları olmuşdu. Belə ki, İsrailin əsas şirin su qaynaqlarından biri olan İordan çayını axın istiqamətinə müdaxilələr etməklə İsraildə humanitar böhran yaratmağa çalışan Suriya və Livanın planlarından İsrail tərəfi xəfiyyənin sayəsində vaxtında xəbər tutmuşdur.
Ehtimal olunur ki, təpələrin Altı günlük müharibə dövründə İsrail Silahlı Qüvvələri tərəfindən işğal olunmasında xəfiyyə tərəfindən ötürülmüş məlumatların həyati əhəmiyyəti olmuşdur. Bəzi kəşfiyyat və əks-kəşfiyyat mütəxəssisləri isə xəfiyyə tərəfindən göndərilmiş məlumatların İsrail ordusunun əlində olan təhcizat imkanları ilə peyk üzərindən asanlıqla müəyyənləşdirilə biləcəyini qeyd etmiş və sözügedən məlumatların Colan təpələrinin Altı günlük müharibə dövründə işğalında həlledici rol oynaması fikirini istisna etmişdilər.
Saxlanılması
Yeni təyin olunmuş Suriya Kəşfiyyat Xidmətinin polkovniki Əhməd Suidani heç kimə güvənən biri deyildi və hər zaman Əli Kohendən şübhələnmişdir. Bir necə il əvvələ qədər heç kimə məlum olmayan bir şəxsin Argentinadan Suriyaya gəlməsi və ölkənin hərbi və siyasi elitası arasında özünə yer tapması və bundan əlavə tez-tez Avropa ölkələrinə uzun müddətli səfərlər etməsi Əhməd Suidaninin gözlərinin hər zaman Kohen üzərində olmasına səbəb olmuşdur. Kohen 1964-cü ilin noyabr ayında İsrailə etmiş olduğu sonuncu gizli səfəri zamanı artıqlaması ilə diqqət çəkdiyini və Əhməd Sudiani başda olmaqla bir çox rəsmi şəxsin ondan şübhələndiyini və bu vəziyyətdən olduqca narahat olduğunu Mossad rəhbərliyinə bildirmişdir.
Üçüncü övladı dünyaya gələn Kohen, Mossaddan əməliyyata son verməsini xahiş etsə də, Mossad rəhbərliyi xəfiyyə tərəfindən gətirilən məlumatların olduqca önəmli olduğunu əsas gətirərək gizli əməliyyatın davam etməli olduğunu bildirir. Həyat yoldaşı işə görüşən Kohen həyat yoldaşı Nadiya Məjaldı əmin edir ki, bu onun sonuncu səfəridir və növbəti dəfə birdəfəlik İsrailə qayıdacaq. 1965-ci ilin yanvar ayında Suriya Kəşfiyyat Xidmətinin polkovniki Əhməd Suidani əmin idi ki, kimlərsə ölkə daxilindən ölkə xaricinə xüsusi radio ötürücülər vasitəsi ilə şifrələnmiş məlumatlar ötürür.
Suriya ordusu əlində olan imkanlardan istifadə edərək bir necə dəfə həmin dalğaları müəyyənləşdirməyə çalışsa da, bir nəticə əldə edə bilməmişdilər. Yanvar ayında SSRİ rəsmilərinə və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Suriyada fəaliyyət göstərən əməkdaşlarına müraciət edilir və onların rəhbərliyi ilə Dəməşq küçələrində səyyar axtarışlara start verilir. Sovet cəsusları həmin dövrə görə ən üst sayıla biləcək izlənmə texnologiyalarından istifadə edirdilər. avtomobillərinə yerləşdirilmiş izlənmə qurğularının işləmə mexanizmi sadə idi. Dəməşqin hər hansısa mərkəzi küçəsinə daxil olmazdan əvvəl həmin ərazinin işıqları söndürülür və beləliklə də bütün radio dalğaları kəsilirdi.
Elektrik enerjisinin olmadığı şəraitdə təyin edilən radio dalğanı tapmaq, ölkədən gizli məlumat ötürən şəxsin tapılması demək idi. Həmin dalğaların daha öncə ani olaraq meydana çıxması və sonra kəsilməsi onu sübut edirdi ki, həqiqətəndə kimsə axşam 21:00-dan sonra şəhər mərkəzindən gizli bağlantı yaratmaqdadır. Gecə-gündüz davam edən axtarışlar nəticəsində 1965-ci ilin 24 yanvar tarixində, axşam saat 22:15 radələrində Əli Koheninin Dəməşq şəhərinin mərkəzində yerləşən evinin qarşısıdan keçən radiodalğalarda ciddi artım müşahidə edir. Ərazinin işıqlarının söndürülməsinə baxmayaraq çox yaxın məsafədə olan kimsə yüksək tezlik üzərindən məlumat ötürməkdə davam edirdi.
Hadisə barədə dərhal Suriya Kəşfiyyat Xidmətinin polkovniki Əhməd Suidaniyə məlumat verilir. Polkovnik, xüsusi təyinatlı dəstə ilə birlikdə Kohenin yaşadığı binaya yolanır. Qulağını qapıya söykəyərək evdən gələn səsləri dinləməyə çalışan Suidani, evin içindən radio ötürüçünün çıxardığı səsləri rahat şəkildə eşidir. Qapını qırıb, ani şəkildə evə daxil olan xüsusi təyinatlılar və Suidani, Əli Koheni yarı çılpaq vəziyyətdə İsrailə məlumat göndərərkən yaxalayırlar.
Mühakimə və edam olunması
Əli Kohen Suriya Hərbi Tribunalı tərəfindən casusluqda günahlandırılaraq edam cəzasına məhkum edilmişdir. Dəfələrlə dindirilmiş və işgəncələrə məruz qalmışdı. Baş vermiş hadisə Misir, İordaniya, Livan, İraq, İran və digər yaxın coğrafiyalarda yerləşən dövlətlərin gündəmini zəbt etmişdir. Suriya hökuməti ilə soyuq münasibətləri olan bəzi ərəb ölkələrinin mətbuatları, baş vermiş hadisəyə görə Suriya hərbi hökumətini lağ obyektinə çevirmişdir.
İsrail tərəfi Əli Kohenin edam edilməməsi üçün beynəlxalq mərhəmət kampaniyasına start verir. Həmin dövrdə İsrailin Xarici İşlər Naziri olan Qolda Meir xəfiyyənin edam olunmasının Suriya üçün çox pis fəsadlara səbəb olacağı ilə bağlı xəbərdar etmişdir. Roma Papası VI Pavel Suriya rəsmilərindən xəfiyyənin bağışlanmasını və ona şəfaət etmələrini rica edir. Qolda Meir hətta Sovet Sosialist Respublikaları İttifaqından köməklik istəmişdir.
1965-ci ilin 15 may tarixində xəfiyyə öz həyat yoldaşı Nadiya Məjalda aşağıdakı qısa məktunu yazır;
Əziz Nadiya sizə yalvarıram ki, vaxtınızı keçmişdə baş vermiş bir şeyə görə ağlamağa sərf etməyin. Özünüzü ələ alın və daha yaxşı bir gələcək qurmağa çalışın. ! |
Belçika, Kanada və Fransa hökumətlərinin Suriya hökumətinə edam hökmünün dəyişdirilməsi ilə bağlı bütün çağırışlara baxmayaraq, edam hökmü 1965-ci ilin 18 may tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən mərkəzi Marja meydanında xalq kütlələrinin gözü qarşısında icra olunmuşdur.
Edamdan əvvəl Kohenin son arzusu kimi bir ravvin tərəfindən müşayiət olunmasına icazə verilmişdir. Dəməşqin yaşlı ravvinlərindən olan Nissim Indibo edam günü və xüsusi ilə xəfiyyə meydana gətirilən zaman yük maşınında onun yanında olmuş və müəyyən dualar oxumuşdur.
Dəfn
Suriya tərəfi xəfiyyənin cəsədinin ailəsinə təhvil verməkdən imtina etmişdir. 1965-ci ilin noyabr ayında Nadiya Məjald dönəmin Suriya Prezidenti Əmin Hafizə məktub göndərərək Kohenin hərəkətlərinə görə bağışlanmasını və cəsədinin qalıqlarını istəmişdir. 2007-ci ildə Türkiyə hökuməti qalıqların qaytarılması üçün vasitəçi rolunu oynamağı təklif etmişdir.
Bəşər Əsəd hökumətinin nümayəndəsi Monthir Maosily 2008-ci ilin avqust ayında vermiş olduğu açıqlamasında Mossad tərəfindən xüsusi bir əməliyyatla qalıqların ələ keçirilməməsi üçün yerinin üç dəfə dəyişdirildiyini bildirmişdir. Suriya hökuməti Kohen ailəsinin dəfələrlə ünvanlanan müraciətlərinə rədd cavabı vermişdir.
Əli Kohenin doğma qardaşları Abraham və Mayrus tərəfindən davam etdirilən kampaniyalar, Mayrusun 2006-cı ildə vəfat etməsinə qədər davam etmişdir.2016-cı ildə özünü Suriyanın sənət xəzinələri olaraq təqdim edən bir qrup Facebookda Kohenin edamından sonra cəsədinin görüntülərinin əks olunduğu tarixi videonu yayımladı. Bu vaxta qədər belə bir video görüntünün mövcud olması ilə bağlı heç bir informasiya yox idi.
2018-ci ilin 5 iyul tarixində Əli Kohenə məxsus olduğu iddia edilən qol saatı İsrailə gətirilmişdir. Yerli mətbuatın vermiş olduğu xəbərə görə Dəməşqdə yaşayan dul bir qadın tərəfindən satışa çıxarılan qol saatı Mossad əməkdaşları tərəfindən dərhal alınmışdır. Saat Mossadın 12-ci rəhbəri Yossi Kohenin iştirakı ilə Təl-Əviv şəhərində yerləşən təşkilatın mənzil-qərargahında xəfiyyənin ailəsinə təqdim edilmişdir. Saat hal-hazırda da həmin mərkəzdə sərgilənməkdədir.Suriya bütün cəhdlərə baxmayaraq, xəfiyyəyə məxsus qalıqların geri qaytarmaqdan imtina etməkdədir.
Populyar mədəniyyətdə
Ölümündən sonra Əli Kohen İsrail tərəfindən Milli Qəhrəman olaraq qəbul olunmuş və adı ölkənin bir çox küçə və yaşayış məntəqəsinə verilmişdir. İsrailin 7-ci baş naziri Menaxem Begin, sabiq Müdafiə Naziri Ezer Veyizman, tanınmış hərbçi Mordaçayi Qur və digər rəsmi şəxslər 1977-ci ildə xəfiyyənin oğlu üçün təşkil edilmiş mərasiminə qatılmışdır.Yerusəlimin Herzl dağındakı Müharibədə itkin düşmüş hərbçilər adlı xatirə bağında Əli Kohenin adına salınmış xatirə lövhəsi yerləşməkdədir.
Xəfiyyənin həyatından bəhs edən ilk film 1987-ci ildə ABŞ istehsalı olan Mümkün olmayan cəsus (ing. The Impossible Spy) ekran işidir. Filmdə, xəfiyyənin rolunu amerikalı aktyoru Con Şi canlandırlmışdır. 2019-ci ildə Əli Kohen rolunu Saşa Baron Kohenin oynadığı beş hissədən ibarət Xəfiyyə filmi Netflix tərəfindən yayımlanmışdır.Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmiş və Suriyaya məxsus Colan təpələrində yerləşən Eliad yaşayış məntəqəsi Əli Kohenin şərəfinə adlandırılmışdır.
İstinadlar
- https://www.izkor.gov.il/%D7%90%D7%9C%D7%99%D7%94%D7%95%20%D7%90%D7%9C%D7%99%20%D7%9B%D7%94%D7%9F/en_710641b305f5af9114d6b84366f33657.
- Bibliothèque nationale de France Eli Cohen // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Eli Cohen // Encyclopædia Britannica (ing.).
- Ahronheim, Anna. "Rumors fly that body of legendary Israeli spy Eli Cohen was found". Yerusəlim Post. April 15, 2019. March 10, 2021 tarixində . İstifadə tarixi: April 19, 2020.
- "Eli Cohen (1924–1965)". Jewish Virtual Library. 3 February 2017 tarixində . İstifadə tarixi: 8 May 2019.
- "Mossad's master of deception: the astounding true story of Israeli super-spy Eli Cohen". The Telegraph. 6 September 2019. İstifadə tarixi: 20 October 2019.
- "Eli Cohen". International Fellowship of Christians and Jews. İstifadə tarixi: 20 October 2019.
- . 19 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 February 2011.
- "Online Hadracha Centrum". hadracha.org. 2022-07-13 tarixində . İstifadə tarixi: 2020-04-22.
- Thomas, Gordon. Gideon's Spies: The Secret History of the Mossad. Aurum Press. 2014. ISBN .
- Azoulay, Yuval. "Unending agony for legendary spy Eli Cohen and his widow". Haaretz. 14 May 2010. 4 August 2011 tarixində . İstifadə tarixi: 30 August 2011.
- Katz, Yossi. A voice called: Stories of Jewish heroism. Jerusalem, [Israel]: Gefen Publishing. 2010. 111 ff. ISBN .
eli cohen 1960s.
- Kahana, Ephraim. Historical dictionary of Israeli intelligence. Lanham, Md. [u.a.]: Scarecrow Press. 2006. ISBN .
eli cohen 1961 argentina.
- Schmitt, Abram N. & Shulsky, Gary J. Silent warfare: Understanding the world of intelligence (3rd ed., rev.). Washington, D.C.: Brassey's, Inc. 2002. səh. 14. ISBN .
- Radio Times, Israel's Secret Weapon, 10–16 February 1990, p.16
- "Eli Cohen article". Israel Magazine. Spotlight Publication Ltd. 5. 1973.
- Allon, Daniel. Gabriel Allon Novels 1–4. Penguin Group. 2011. ISBN .
- Bergman, Ronen. "Israel's Secret Operation to Recover the Watch of a Legendary Spy". New York Times. July 5, 2018. July 13, 2022 tarixində . İstifadə tarixi: April 25, 2020.
- Dunstan, Simon. The Six Day War 1967: Jordan and Syria. Bloomsbury Publishing. 2013. ISBN .
- Black, Ian; Morris, Benny. Israel's secret wars : a history of Israel's intelligence services ([Updated to include the Persian Gulf War]). New York: Grove Press. 2003. səh. 227. ISBN .
- Youssef, Michael. You want me to do what?: Get off your blessed assurance and do something! (1st). New York: Faith Words. 2009. ISBN .
- Aldouby, Zwy. The shattered silence: the Eli Cohen affair. Coward, McCann & Geoghegan. 1971.
eli cohen bunkers three lines.
- Carmichael, Thomas. The Secret Services handbook. Barnes & Noble. 2006. ISBN .
- Javits, Jacob. "Superspy in an unholy war". Life. 71 (2). 9 July 1971. İstifadə tarixi: 30 August 2011.
- Ian Black and Benny Morris. Israel's Secret Wars. Futura. 1992. səh. 228.
- Jacobson, Phillip. "Will Israel's superspy finally rest in peace?". The First Post. 22 February 2007. 1 March 2007 tarixində .
- -"Former Assad aide: Eli Cohen's burial site unknown],mm". Ynetnews. 30 August 2008. 6 April 2022 tarixində . İstifadə tarixi: 25 April 2020.
- Kais, Roi & Zagrizak, Asaf. "New footage emerges of Eli Cohen on the gallows". YNet News. 20 September 2016. 5 December 2021 tarixində . İstifadə tarixi: 20 September 2016.
- "Mossad Brings Home Watch of Israeli Spy Executed in Syria; Netanyahu Hails 'Brave' Op". Haaretz. 5 July 2018.
- "Watch of famed Israeli spy Eli Cohen recovered by Mossad". The Jerusalem Post. 5 July 2018. 13 July 2022 tarixində . İstifadə tarixi: 25 April 2020.
- "The saga of Eli Cohen, Israel's greatest spy". Sdjewishworld.com. 15 June 2015. 22 March 2024 tarixində . İstifadə tarixi: 6 July 2018.
- "Will Assad's Ouster Free Body of Israel Spy?". Israel National News. 2024-03-22 tarixində . İstifadə tarixi: 2020-04-25.
- Andreeva, Nellie; Andreeva, Nellie. "Sacha Baron Cohen To Star As Eli Cohen in Netflix Limited Series 'The Spy'". Deadline Hollywooddate=11 April 2018. 16 April 2019 tarixində . İstifadə tarixi: 25 April 2020.
- Carta's Official Guide to Israel (Second English). Ministry of Defence Publishing House. 1986. səh. 138.
Xarici keçidlər
- Baş Nazirin Əli Kohenin vəfatının 40 ili münasibətilə təşkil edilən mərasimdəki çıxışı.
- Dəməşqdəki adamımız. Əli Kohen əziz xatirələrdə. 2019-12-20 at the Wayback Machine
- Əli Kohenin edamından sonrakı anlar (I hissə)
- Əli Kohenin edamından sonrakı anlar (II hissə), 1965-ci ildə Associated Press-in arxivindən əldə edilmişdir.
- Əli Kohen Mossad xəfiyyəsi.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eliyahu Ben Saul Kohen ivr א ל י הו ב ן ש או ל כ ה ן ereb إيلياهو بن شاؤول كوهين 6 dekabr 1924 Isgenderiyye 18 may 1965 Demesq Daha cox Eli Kohen adi ile taninmisdir Israil xususi xidmet orqani Mossadin cesusu 1961 1965 ci illerde Suriyada casusluq fealiyyetleri ile mesgul olmus Suriyanin siyasi ve herbi iyerarxiyasi ile six elaqeler yaratmisdir Suriya Mudafie Nazirinin bas meslehetci vezifesine qeder yukselmisdir Eli Kohenivr א ל י הו ב ן ש או ל כ ה ן Sexsi melumatlarLeqebi Kamal Emin TaybetDogum tarixi 6 dekabr 1924Dogum yeri Isgenderiyye MisirVefat tarixi 18 may 1965 40 yasinda Vefat yeri Demesq SuriyaVefat sebebi edam edilibDefn yeri bilinmirVetendasligi IsrailHeyat yoldasi Nadiya MejaldUsagi 3Herbi fealiyyetiMensubiyyeti Israil Silahli QuvveleriQosun novu MossadXidmet illeri 1961 1965 Vikianbarda elaqeli mediafayllar Suriyanin eks kesfiyyat orqanlari terefinden fealiyyeti 1965 ci ilde uze cixarilmisdir Herbi mehkeme terefinden Suriya eleyhine cesusluqda gunahlandirilaraq 1965 ci ilin 18 may tarixinde Suriyanin paytaxti Demesq seherinde kutlenin qarsisinda edam edilmisdir Eli Kohen Demesqde cesus kimi fealiyyet gosterdiyi 4 il erzinde Mossada cox onemli melumatlar oturmus ve hemin melumatlar Alti gunluk muharibe zamani xususi ile Colan tepelerinin isgal olunmasinda istifade olunmusdur Israil dovleti cesusun qaliqlarini bir nece defe Suriya hokumetinden almaga calissa da Eli Kohenin cesedini geri qaytarmaq mumkun olmamisdir HeyatiEli Kohen 1924 cu ilin 6 dekabr tarixinde Misirin Isgenderiyye seherinde olan bir ailede anadan olmusdur XX esrin evvellerinde Misirin Isgenderiyye ve Qahire seherleri basda olmaqla muxtelif bolgelerinde 80 mine yaxin yehudi esilli sexs yasamaqda idi Elinin atasi 1914 cu ilde ticaret elaqelerini daha da mohkemlendirmek ucun ailesi ile birlikde Heleb seherine kocmusdur Kohen sonralar Qahire Universitetinde tehsil almisdir 1947 ci ilin yanvarinda Eli butun genc yehudilerin odemeli olduqlari varliq vergisini odemeye alternativ olaraq Misir Ordusunda xidmete baslamisdir Qeyri muselman olmasi sebebinden qisa muddetde ordudan terxis edilmisdir Muselman qardaslar terefinden etnik mensubiyyeti esas getirilerek teqib edilmeye baslandiqdan sonra univeritet tehsiline fasile vermis ve evde oxumaqla bilik ve bacariqlarini artirmaga calismisdir 1949 cu ilde Elinin uc qardasi ve valideynleri Israile immiqrasiya etmisdir Lakin o elektronika uzre adligini tehsilini bitirmek ve Misirde fealiyyet gosteren gizli sionist teskilatlarin fealiyyetlerini koordinasiya ede bilmek ucun olkede qalmaga davam etmisdir 1951 ci ilde Misirde bas vermis herbi cevrilisden sonra yeni hokumet anti sionist tebligatini guclendirmis ve Eli Kohen xususi xidmet orqanlarinin emekdaslari terefinden saxlanilaraq dindirilmisdir Misir hokumeti olke yehudilerinin gizli yollarla Israile qacirilmasini nezerde tutan ve Israil dovleti terefinden gerceklesdirilen Qosen emeliyyatinda Kohenin rolunu subut ede bilmese de Kohen olke daxilinde bir cox gizli emeliyyatlarin esas teskilatcilardan ve istirakcilaridan biri olmusdur Qosen emeliyyati neticesinde 10 000 den cox Sinay yarimadasi ve deniz yollari esas olmaqla gizli formada olkeden cixarilmis ve Israile getirilmisdir 1955 ci ilde Israil Gizli Polis teskilati tarixe Lavon Isi olaraq kecmis gizli emeliyyata celb etmisdir Emeliyyatin esas mahiyyeti Misirde yerlesen ve ABS Boyuk Britaniya ve diger qerb dovletlerine mexsus olan strateji ehemiyyetli obyektler xususi hazirlanmis bombalarla partladilmasini nezerde tuturdu Bununla Misirin sozugeden dovletlerle munasibetlerinin korlanmasi ve hetta muharibe veziyyetine getirilmesi nezerde tutulmusdur Eli Kohen ve diger bir nece misir yehudisi hemin emeliyyatda feal istirak etmisdir Misir xususi xidmet orqanlarinin seyleri neticesinde emeliyyatda istirak etdiyi subuta yetirilen iki misir yehudisi hebs edilerek daha sonra edam edilmisdir Kohenin esas qrupa yardim etdiyi melum olsa da novbeti defe gunahi subuta yetirile bilmemisdir Lavon isi emeliyyatindan sonra Misirde yehudilere qarsi menfi munasibet daha da keskinlesmisdir 1956 ci ilin dekabr ayinda Kohen ve diger bir nece yehudi Israil ucun Yehudi Agentliyinin komekliyi ile Misirden Israile getirilmisdir 1957 ci ilde Israil Silahli Quvveleri terefinden emekdasliga celb olunmus ve orduda xidmet kecmeye baslamisdir Herbi kesfiyyat bas idaresinde eks kesfiyyat uzre analitik kimi calisan Kohen iki defe Mossad xususi xidmet orqanlarinda islemek ucun erize ile muraciet etmisdir Mossad terefinden redd edilmesi Kohende ruh dusunkunluyu yaratmis ve ordudan terxis olaraq novbeti iki il erzinde Tel Eviv seherinde yerlesen sigorta sirketlerinin birinde muhasib olaraq calismisdir 1959 cu ilde olan Nadiya Mecald ile aile heyati qurmusdur Nadiya Mecald taninmis iraq yehudisi yazici Sami Mikayilin dogma bacisidir Evli olduqlari muddet erzinde Sofiya Irit ve Sayi adli uc ovladlari olan ailenin menzilleri Araliq denizinin sahilinfe yerlesen Tel Eviv seherinde respublika tabeli seher olan Bat Yamda yerlesmekde idi Mossad terefinden emekdasliga celb olunmasi Merkezde dayanmis Eli Kohen Colan tepelerinde Foto 1965 ci ilden evvel cekilmisdir 1961 ci ilde Mossadin ucuncu direktoru Meir Amit Suriya hokumetinin daxilinde fealiyyet gosterecek ve Suriyanin Israille bagli planlarini Mossada catdiracaq yeni bir xefiyye axtarisinda idi Amit mumkun butun namizedlerin sexsi islerini arasdirdiqdan sonra munasib bir namized uzerinde qerar tuta bilmir ve daha once muraciet etmis ancaq muracietleri redd edilen namizedlerin sexsi islerine baxarken Eli Kohen adli Misir yehudisi olan ve ereb dilini mukemmel bilen birinin daha once iki defe Mossada is ucun muraciet etdiyini gorur Iki hefte erzinde Mossad terefinden gundelik fealiyyetleri izlenilen Kohen sonunda Mossadin qerargahina cagrilaraq is ucun devet olunur Ilkin sinaq muddetini ugurla basa vurmasindan sonra Mossad terefinden alti ay muddetine xususi telim kursuna celb olunur Mezun hesabatinda ve ya sahe muvekkili olmaq ucun lazim olan butun keyfiyyetlere sahib oldugu gosterilmisdir sirf Mossad terefinden oz xefiyyelerini adlandirmaqlari ucun istifade olunan bir termindir ve daha cox yuksek derecede ehemiyyet kesb eden emeliyyatlarda istirak eden sexslere verilmekdedir Mossadin tam huququlu ve yuksek rutbeli emekdasina cevirilen Eli Kohen ilk emeliyyati kimi Argentinanin paytaxti Buenos Ayres seherine gonderilir Buenos Ayres seherinde ozunu Kamal Emin Taybet kimi teqdim ederek varli bir aileden gelen oldugunu gostermeye calisir ve burada yasayan Suriya esilli vetendaslarla mueyyen isguzar ve dostluq elaqeleri formalasdirir Ozunu is adami kimi teqdim ederek hemin dovrde Suriyada fealiyyeti qadagan olunmus Ereb Sosialist Bees Partiyasinin Argentinadaki ozeyine ciddi maddi yardim gostermek istediyini ve yeniden tarixi ata baba olkesine qayitmaq istediyini bildirir Qisa zamanda movcud Suriya hokumetine qarsi muxalif baxislari ile taninan arasinda ciddi hormet ve etibar qazanir ve 1963 cu ilde Suriyada bas vermis zamani soz verdiyi maddi yardimlari gosterir Suriya Kohen 1962 ci ilin fevralinda dostlari ile birge Suriyanin paytaxti Demesq seherine gelir ve burada da ozunu Kamal Emin Taybet ereb كامل أمين ثابت adi ile tanidir Belelikle Mossad yuksek vezifeli Suriya siyasetcileri herbi resmiler nufuzlu ictimai xadimler ve diplomatik ictimaiyyet ile munasibet qurmaqda istifade edeceyi Kohene telimatlarini diqqetli bir sekilde vermeye baslamisdir Kohen Argentinada oldugu kimi ictimai heyatini davam etdirerek kafelerde ve insanlarin toplasdigi yerlerde siyasi ve ictimai muzakirelere qosulmaqla vaxtini kecirdirdi O hemcinin seherin merkezinde kiraye goturmus oldugu menzilinde yuksek vezifeli suriyali nazirler is adamlari ve generallari ucun bahali zifayeler teskil etmesi ile taninmisdir Qisa zamanda seher elitasi arasinda Kohenin menzilinde teskil edilen zifayetler meshurluq qazanmaga basladi Genarallar xususi ile genc qizlarla eylenmek ucun hemin ziyafetlere gelmeye can atirdilar Sozugeden ziyafetlerde ickinin tesiri altinda olan herbciler aciq formada dovlet sirri teskil ede bilecek planlardan ve Israile qarsi mumkun hereketler haqqinda bir birinin arasinda danisirdilar Yuksek rutbeli memurlara kullu miqdarda qarsiliqsiz borc vermesi ve daim diqqetleri uzerine celb ede bilmesi sebebinden Kohen bu tipli senliklerden coxlu sayda ehemiyyetli melumati elde edib Israil dovletine oturmusdur Kesfiyyat melumatlarinin toplanmasi Eli Kohen Suriyanin paytaxti Demesq seherinde yerlesen evinin eyvaninda Fotonun 1963 cu ilde cekildiyi ehtimal olunur Suriyada dovleti idare eden herbi ve siyasi elita Eli Koheni Kamal Emin Taybet adi ile tanimisdir Onlara gore Taybet Argentina esilli bir suriyali olmaqdan elave oz vetenin seven ve sexsi maliyye vesaiteleri hesabina onun dirceldilmesine calisan bir vetenperver sexs olmusdur Taybet tez tez Avropa olkelerine seferler edir ve xususi ile Isvecreye gedirdi Bu seferlerin esas meqsedi kimi yeni biznes elaqelerini qurulmasini ve ya Suriya dovleti ucun muhum olan hansisa zeruri emteenin olkeye getirilmesini gostermisdir Eslinde ise Kohen Surix seherinde Mossadin emekdaslari ile gorusur ve yeni telimatlarini onlardan alirdi Hemin goruslerin birinde hetta Israilin sabiq Bas Naziri ile bele gorusduyu iddia olunmaqdadir Isvecreye getmek adi ile olkeni terk eden zaman uc defe de Israile sefer etmis ve burada esil ailesi ve Mossadin emekdaslari ile vaxt kecirmisdir Israile melumatlarin gonderilmesi ucun xususi radio oturucuden ve ya muxtelif teyinatli mebellerin icerisine gizledilmis kicik sifreli kagiz parcalarindan istifade olunmusdur Kohenin oturmus oldugu en onemli kesfiyyat melumatlarindan biri Colan tepeleri ile baglidir Bele ki sexsi elaqelerinden istifade ederek Teberiyye golunun qarsi sahilinde yerlesen Suriya ordusuna mexsus istehkamlari ziyaret eden Kohen burada orduya mexsus gizli yeralti blindajlar oldugunu gorur Hemin blindajlar golun Isail nezaretinde olan sahillerini tam olaraq nezaret altinda saxlayirdi ve yeraltinda yerlesdiyinden Israil terefinden gorunmurdu Eli Kohen suriyali esgerlere hormet elameti olaraq ordudaki dostlarindan xahis edir ki blindajlarin yaxinliginda esgerlerin dincelmesi ucun sidr agaclari ekmeye icaze verilsin Yay aylarinda Teberiyye golu sahillerinin cox isti olmasi ve herbi xidmet seraitinin agirligi nezere alinaraq Kohenin bu arzusuna icaze verilir ve belelikle de ekilmis agaclarla qarsi teref ucun hedeflerin yerini rahat mueyyenlesdirmek imkani yaradilir Novbeti seferlerinde Mossad terefinden verilmis kicik foto kamera ile coxlu sayda Suriya ordusuna aid movqelerin fotosekillerini ve eskizlerin cekerek golun cenub serhedlerinin esasli xeritesini cixarmisdir O eyni zamanda ordunun gizli formada hazirladigi uc yeralti bunker ve minaatan qurgularin saxlanilmasi ucun xususi saxlanc yerlerinin koordinatlari haqqqinda da melumatlar vermisdir Israil Silahli Quvvelleri bu gune qeder Teberiyye golunun Suriya ordusu terefinden nezaret altinda qalan hissesinde sadece bir eded yeralti bunkerin oldugunu texmin edirdi bu sebebden Kohen terefinden verilen melumatlar tamamile yeni xarakter dasimaqda idi Xefiyye terefinden gonderilmis heyati ehemiyyetli melumatlardan biri de Suriya hokumetinin Iordan cayinin axin istiqametini deyisdirmesi ile bagli planlari olmusdu Bele ki Israilin esas sirin su qaynaqlarindan biri olan Iordan cayini axin istiqametine mudaxileler etmekle Israilde humanitar bohran yaratmaga calisan Suriya ve Livanin planlarindan Israil terefi xefiyyenin sayesinde vaxtinda xeber tutmusdur 1959 cu ilde olan Nadiya Mecald ile bas tutmus toyundan foto Ehtimal olunur ki tepelerin Alti gunluk muharibe dovrunde Israil Silahli Quvveleri terefinden isgal olunmasinda xefiyye terefinden oturulmus melumatlarin heyati ehemiyyeti olmusdur Bezi kesfiyyat ve eks kesfiyyat mutexessisleri ise xefiyye terefinden gonderilmis melumatlarin Israil ordusunun elinde olan tehcizat imkanlari ile peyk uzerinden asanliqla mueyyenlesdirile bileceyini qeyd etmis ve sozugeden melumatlarin Colan tepelerinin Alti gunluk muharibe dovrunde isgalinda helledici rol oynamasi fikirini istisna etmisdiler Saxlanilmasi Yeni teyin olunmus Suriya Kesfiyyat Xidmetinin polkovniki Ehmed Suidani hec kime guvenen biri deyildi ve her zaman Eli Kohenden subhelenmisdir Bir nece il evvele qeder hec kime melum olmayan bir sexsin Argentinadan Suriyaya gelmesi ve olkenin herbi ve siyasi elitasi arasinda ozune yer tapmasi ve bundan elave tez tez Avropa olkelerine uzun muddetli seferler etmesi Ehmed Suidaninin gozlerinin her zaman Kohen uzerinde olmasina sebeb olmusdur Kohen 1964 cu ilin noyabr ayinda Israile etmis oldugu sonuncu gizli seferi zamani artiqlamasi ile diqqet cekdiyini ve Ehmed Sudiani basda olmaqla bir cox resmi sexsin ondan subhelendiyini ve bu veziyyetden olduqca narahat oldugunu Mossad rehberliyine bildirmisdir Ucuncu ovladi dunyaya gelen Kohen Mossaddan emeliyyata son vermesini xahis etse de Mossad rehberliyi xefiyye terefinden getirilen melumatlarin olduqca onemli oldugunu esas getirerek gizli emeliyyatin davam etmeli oldugunu bildirir Heyat yoldasi ise gorusen Kohen heyat yoldasi Nadiya Mejaldi emin edir ki bu onun sonuncu seferidir ve novbeti defe birdefelik Israile qayidacaq 1965 ci ilin yanvar ayinda Suriya Kesfiyyat Xidmetinin polkovniki Ehmed Suidani emin idi ki kimlerse olke daxilinden olke xaricine xususi radio oturuculer vasitesi ile sifrelenmis melumatlar oturur Suriya ordusu elinde olan imkanlardan istifade ederek bir nece defe hemin dalgalari mueyyenlesdirmeye calissa da bir netice elde ede bilmemisdiler Yanvar ayinda SSRI resmilerine ve SSRI Dovlet Tehlukesizlik Komitesinin Suriyada fealiyyet gosteren emekdaslarina muraciet edilir ve onlarin rehberliyi ile Demesq kucelerinde seyyar axtarislara start verilir Sovet cesuslari hemin dovre gore en ust sayila bilecek izlenme texnologiyalarindan istifade edirdiler avtomobillerine yerlesdirilmis izlenme qurgularinin isleme mexanizmi sade idi Demesqin her hansisa merkezi kucesine daxil olmazdan evvel hemin erazinin isiqlari sondurulur ve belelikle de butun radio dalgalari kesilirdi Elektrik enerjisinin olmadigi seraitde teyin edilen radio dalgani tapmaq olkeden gizli melumat oturen sexsin tapilmasi demek idi Hemin dalgalarin daha once ani olaraq meydana cixmasi ve sonra kesilmesi onu subut edirdi ki heqiqetende kimse axsam 21 00 dan sonra seher merkezinden gizli baglanti yaratmaqdadir Gece gunduz davam eden axtarislar neticesinde 1965 ci ilin 24 yanvar tarixinde axsam saat 22 15 radelerinde Eli Koheninin Demesq seherinin merkezinde yerlesen evinin qarsisidan kecen radiodalgalarda ciddi artim musahide edir Erazinin isiqlarinin sondurulmesine baxmayaraq cox yaxin mesafede olan kimse yuksek tezlik uzerinden melumat oturmekde davam edirdi Hadise barede derhal Suriya Kesfiyyat Xidmetinin polkovniki Ehmed Suidaniye melumat verilir Polkovnik xususi teyinatli deste ile birlikde Kohenin yasadigi binaya yolanir Qulagini qapiya soykeyerek evden gelen sesleri dinlemeye calisan Suidani evin icinden radio oturucunun cixardigi sesleri rahat sekilde esidir Qapini qirib ani sekilde eve daxil olan xususi teyinatlilar ve Suidani Eli Koheni yari cilpaq veziyyetde Israile melumat gondererken yaxalayirlar Muhakime ve edam olunmasiSuriyanin paytaxti Demesq seherinde yerlesen merkezi Marja meydaninda xalq kutlelerinin gozu qarsisinda Eli Kohenin edam olunmasi 1965 18 may Eli Kohen Suriya Herbi Tribunali terefinden casusluqda gunahlandirilaraq edam cezasina mehkum edilmisdir Defelerle dindirilmis ve isgencelere meruz qalmisdi Bas vermis hadise Misir Iordaniya Livan Iraq Iran ve diger yaxin cografiyalarda yerlesen dovletlerin gundemini zebt etmisdir Suriya hokumeti ile soyuq munasibetleri olan bezi ereb olkelerinin metbuatlari bas vermis hadiseye gore Suriya herbi hokumetini lag obyektine cevirmisdir Israil terefi Eli Kohenin edam edilmemesi ucun beynelxalq merhemet kampaniyasina start verir Hemin dovrde Israilin Xarici Isler Naziri olan Qolda Meir xefiyyenin edam olunmasinin Suriya ucun cox pis fesadlara sebeb olacagi ile bagli xeberdar etmisdir Roma Papasi VI Pavel Suriya resmilerinden xefiyyenin bagislanmasini ve ona sefaet etmelerini rica edir Qolda Meir hetta Sovet Sosialist Respublikalari Ittifaqindan komeklik istemisdir 1965 ci ilin 15 may tarixinde xefiyye oz heyat yoldasi Nadiya Mejalda asagidaki qisa mektunu yazir Eziz Nadiya size yalvariram ki vaxtinizi kecmisde bas vermis bir seye gore aglamaga serf etmeyin Ozunuzu ele alin ve daha yaxsi bir gelecek qurmaga calisin Belcika Kanada ve Fransa hokumetlerinin Suriya hokumetine edam hokmunun deyisdirilmesi ile bagli butun cagirislara baxmayaraq edam hokmu 1965 ci ilin 18 may tarixinde Suriyanin paytaxti Demesq seherinde yerlesen merkezi Marja meydaninda xalq kutlelerinin gozu qarsisinda icra olunmusdur Edamdan evvel Kohenin son arzusu kimi bir ravvin terefinden musayiet olunmasina icaze verilmisdir Demesqin yasli ravvinlerinden olan Nissim Indibo edam gunu ve xususi ile xefiyye meydana getirilen zaman yuk masininda onun yaninda olmus ve mueyyen dualar oxumusdur Defn Yeruselimin Herzl daginda Muharibede itkin dusmus herbciler baginda yerlesen Eli Kohenin xatiresine yerlesdirilmis lohve Suriya terefi xefiyyenin cesedinin ailesine tehvil vermekden imtina etmisdir 1965 ci ilin noyabr ayinda Nadiya Mejald donemin Suriya Prezidenti Emin Hafize mektub gondererek Kohenin hereketlerine gore bagislanmasini ve cesedinin qaliqlarini istemisdir 2007 ci ilde Turkiye hokumeti qaliqlarin qaytarilmasi ucun vasiteci rolunu oynamagi teklif etmisdir Beser Esed hokumetinin numayendesi Monthir Maosily 2008 ci ilin avqust ayinda vermis oldugu aciqlamasinda Mossad terefinden xususi bir emeliyyatla qaliqlarin ele kecirilmemesi ucun yerinin uc defe deyisdirildiyini bildirmisdir Suriya hokumeti Kohen ailesinin defelerle unvanlanan muracietlerine redd cavabi vermisdir Eli Kohenin dogma qardaslari Abraham ve Mayrus terefinden davam etdirilen kampaniyalar Mayrusun 2006 ci ilde vefat etmesine qeder davam etmisdir 2016 ci ilde ozunu Suriyanin senet xezineleri olaraq teqdim eden bir qrup Facebookda Kohenin edamindan sonra cesedinin goruntulerinin eks olundugu tarixi videonu yayimladi Bu vaxta qeder bele bir video goruntunun movcud olmasi ile bagli hec bir informasiya yox idi 2018 ci ilin 5 iyul tarixinde Eli Kohene mexsus oldugu iddia edilen qol saati Israile getirilmisdir Yerli metbuatin vermis oldugu xebere gore Demesqde yasayan dul bir qadin terefinden satisa cixarilan qol saati Mossad emekdaslari terefinden derhal alinmisdir Saat Mossadin 12 ci rehberi Yossi Kohenin istiraki ile Tel Eviv seherinde yerlesen teskilatin menzil qerargahinda xefiyyenin ailesine teqdim edilmisdir Saat hal hazirda da hemin merkezde sergilenmekdedir Suriya butun cehdlere baxmayaraq xefiyyeye mexsus qaliqlarin geri qaytarmaqdan imtina etmekdedir Populyar medeniyyetde Olumunden sonra Eli Kohen Israil terefinden Milli Qehreman olaraq qebul olunmus ve adi olkenin bir cox kuce ve yasayis menteqesine verilmisdir Israilin 7 ci bas naziri Menaxem Begin sabiq Mudafie Naziri Ezer Veyizman taninmis herbci Mordacayi Qur ve diger resmi sexsler 1977 ci ilde xefiyyenin oglu ucun teskil edilmis merasimine qatilmisdir Yeruselimin Herzl dagindaki Muharibede itkin dusmus herbciler adli xatire baginda Eli Kohenin adina salinmis xatire lovhesi yerlesmekdedir Xefiyyenin heyatindan behs eden ilk film 1987 ci ilde ABS istehsali olan Mumkun olmayan cesus ing The Impossible Spy ekran isidir Filmde xefiyyenin rolunu amerikali aktyoru Con Si canlandirlmisdir 2019 ci ilde Eli Kohen rolunu Sasa Baron Kohenin oynadigi bes hisseden ibaret Xefiyye filmi Netflix terefinden yayimlanmisdir Alti gunluk muharibe zamani Israil terefinden isgal edilmis ve Suriyaya mexsus Colan tepelerinde yerlesen Eliad yasayis menteqesi Eli Kohenin serefine adlandirilmisdir Istinadlarhttps www izkor gov il D7 90 D7 9C D7 99 D7 94 D7 95 20 D7 90 D7 9C D7 99 20 D7 9B D7 94 D7 9F en 710641b305f5af9114d6b84366f33657 Bibliotheque nationale de France Eli Cohen BnF identifikatoru fr aciq melumat platformasi 2011 Eli Cohen Encyclopaedia Britannica ing Ahronheim Anna Rumors fly that body of legendary Israeli spy Eli Cohen was found Yeruselim Post April 15 2019 March 10 2021 tarixinde Istifade tarixi April 19 2020 Eli Cohen 1924 1965 Jewish Virtual Library 3 February 2017 tarixinde Istifade tarixi 8 May 2019 Mossad s master of deception the astounding true story of Israeli super spy Eli Cohen The Telegraph 6 September 2019 Istifade tarixi 20 October 2019 Eli Cohen International Fellowship of Christians and Jews Istifade tarixi 20 October 2019 19 July 2011 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 16 February 2011 Online Hadracha Centrum hadracha org 2022 07 13 tarixinde Istifade tarixi 2020 04 22 Thomas Gordon Gideon s Spies The Secret History of the Mossad Aurum Press 2014 ISBN 978 1781312810 Azoulay Yuval Unending agony for legendary spy Eli Cohen and his widow Haaretz 14 May 2010 4 August 2011 tarixinde Istifade tarixi 30 August 2011 Katz Yossi A voice called Stories of Jewish heroism Jerusalem Israel Gefen Publishing 2010 111 ff ISBN 978 965 229 480 7 eli cohen 1960s Kahana Ephraim Historical dictionary of Israeli intelligence Lanham Md u a Scarecrow Press 2006 ISBN 978 0 8108 5581 6 eli cohen 1961 argentina Schmitt Abram N amp Shulsky Gary J Silent warfare Understanding the world of intelligence 3rd ed rev Washington D C Brassey s Inc 2002 seh 14 ISBN 978 1 57488 345 9 Radio Times Israel s Secret Weapon 10 16 February 1990 p 16 Eli Cohen article Israel Magazine Spotlight Publication Ltd 5 1973 Allon Daniel Gabriel Allon Novels 1 4 Penguin Group 2011 ISBN 978 1 101 53885 2 Bergman Ronen Israel s Secret Operation to Recover the Watch of a Legendary Spy New York Times July 5 2018 July 13 2022 tarixinde Istifade tarixi April 25 2020 Dunstan Simon The Six Day War 1967 Jordan and Syria Bloomsbury Publishing 2013 ISBN 1472801970 Black Ian Morris Benny Israel s secret wars a history of Israel s intelligence services Updated to include the Persian Gulf War New York Grove Press 2003 seh 227 ISBN 978 0 8021 3286 4 Youssef Michael You want me to do what Get off your blessed assurance and do something 1st New York Faith Words 2009 ISBN 978 0 446 57958 2 Aldouby Zwy The shattered silence the Eli Cohen affair Coward McCann amp Geoghegan 1971 eli cohen bunkers three lines Carmichael Thomas The Secret Services handbook Barnes amp Noble 2006 ISBN 9780760784013 Javits Jacob Superspy in an unholy war Life 71 2 9 July 1971 Istifade tarixi 30 August 2011 Ian Black and Benny Morris Israel s Secret Wars Futura 1992 seh 228 Jacobson Phillip Will Israel s superspy finally rest in peace The First Post 22 February 2007 1 March 2007 tarixinde Former Assad aide Eli Cohen s burial site unknown mm Ynetnews 30 August 2008 6 April 2022 tarixinde Istifade tarixi 25 April 2020 Kais Roi amp Zagrizak Asaf New footage emerges of Eli Cohen on the gallows YNet News 20 September 2016 5 December 2021 tarixinde Istifade tarixi 20 September 2016 Mossad Brings Home Watch of Israeli Spy Executed in Syria Netanyahu Hails Brave Op Haaretz 5 July 2018 Watch of famed Israeli spy Eli Cohen recovered by Mossad The Jerusalem Post 5 July 2018 13 July 2022 tarixinde Istifade tarixi 25 April 2020 The saga of Eli Cohen Israel s greatest spy Sdjewishworld com 15 June 2015 22 March 2024 tarixinde Istifade tarixi 6 July 2018 Will Assad s Ouster Free Body of Israel Spy Israel National News 2024 03 22 tarixinde Istifade tarixi 2020 04 25 Andreeva Nellie Andreeva Nellie Sacha Baron Cohen To Star As Eli Cohen in Netflix Limited Series The Spy Deadline Hollywooddate 11 April 2018 16 April 2019 tarixinde Istifade tarixi 25 April 2020 Carta s Official Guide to Israel Second English Ministry of Defence Publishing House 1986 seh 138 Xarici kecidlerVikianbarda Eli Kohen ile elaqeli mediafayllar var Bas Nazirin Eli Kohenin vefatinin 40 ili munasibetile teskil edilen merasimdeki cixisi Demesqdeki adamimiz Eli Kohen eziz xatirelerde 2019 12 20 at the Wayback Machine Eli Kohenin edamindan sonraki anlar I hisse Eli Kohenin edamindan sonraki anlar II hisse 1965 ci ilde Associated Press in arxivinden elde edilmisdir Eli Kohen Mossad xefiyyesi