Əli Azərtəkin (azərb. Əli İsgəndər oğlu Tağızadə; 1905, Bakı – 20 oktyabr 1967, İstanbul) — mühacir publisist.
Əli Azərtəkin | |
---|---|
Doğum tarixi | 1905 |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 1967 |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, pedaqoq, publisist |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əli Azərtəkin 1905-ci ildə Bakıda İskəndər Tağızadənin ailəsində anadan olub. Anası şair Səməd Mənsur Kazımzadənin yaxın qohumlarından olub. Əli Azərtəkin ali təhsilini Pedaqoji İnstitutda alıb.
Fəaliyyəti
Əli Azərtəkin məzun olduqdan sonra Gəncədə müəllim işləyib. O, Müsavat Partiyasının Gəncədəki gizli təşkilatına üzv olub. Əli Azərtəkin Müsavat Partiyasının ideoloji işlərində, həmçinin partiyanın 1936-cı ildə Varşavada təşkil edilən konfransında yaxından iştirak edib.
Mühacirətdə olduğu illər
Əli Azərtəkin 1928-ci ildə Müsavat Partiyası təşkilatının üzvləri təqib olunduğu üçün İrana mühacirət edib. Təbrizdə mühacirətdə olduğu vaxt o, Tehranda mühacirətdə olan Məhəmmədəmin Rəsulzadənin əmisi oğlu əlaqə saxlayıb və onun təşəbbüsü ilə münasibət yaratdığı Türkiyənin Azərbaycandakı ilk səfiri olmuş Məmduh Şövkət Esendalın maddi və mənəvi dəstəyi ilə İstanbula gedib.
Əli Azərtəkin İstanbulda olarkən təhsilini davam etdirib. O, İstanbulda filologiya fakültəsini bitirib. 1933-cü ildə Mirzəbala Məhəmmədzadənin tövsiyəsi ilə Məhəmməd Əmin Rəsulzadə tərəfindən Varşavaya dəvət edilib və onun yanında katiblik edib. 1939-cu ildə müharibə başlayanda Əli Azərtəkin Tehrana qayıdıb. 1941-ci ildə isə Tehranın rusların qırmızı ordusu tərəfindən ələ keçirilməsi təhlükəsinə görə o, Tehranda tanış olduğu Kurtulan ailəsi ilə birlikdə İsfahana gedib.
Azərtəkin rusların təqiblərindən yaxa qurtarmaq üçün ingilis hərbçiləri tərəfindən Kurtulan ailəsi ilə birlikdə Qahirəyə yola düşüb. Nəhayət, 1943-cü ildə təkrar İrana qayıdıb, lakin bu dəfə Sovetlərə yaxın olan Suheyli hökuməti tərəfindən həbs edilib və müharibə qurtarana kimi Kurtulan ailəsi ilə birlikdə həbsxanada qalıb. Əli Azərtəkin və Kurtulan ailəsi İranda Suheyli hökumətini əvəz edən, İranın Bakıdakı keçmiş baş konsulu, Azərbaycana yaxınlığı ilə tanınan Məhəmmədsəid kabinetinin müdaxiləsi ilə həbsdən azad edilib.
Müxbir kimi fəaliyyəti
Əli Azərtəkin "İstiqlal" qəzetində, "Kurtuluş" dərgisində "A T" imzası ilə məqalələr yazıb. Türkiyəyə son dəfə gəldikdən sonra isə "Azərbaycan" dərgisinə məqalələr hazırlayıb. O, mühacirətdə həm də tərcüməçiliklə məşğul olub. Azərtəkin Münhendə çıxan, Amerikanın Sovet İttifaqını Öyrənmə İnstitutunun çap etdiyi "Dərgi" adlı jurnal üçün rusca materialları türk dilinə çevirib. O, rus dili ilə yanaşı, polyak və fars dillərini də bilib.
Əli bəy "Azərbaycan" juranlının 1956-cı ildə çap olunan 48-ci sayında yayımlanmış "Azəri türkünü üst insan" adlı yazısında Məhəmməd Əmin Rəsulzadə haqqında belə qeyd edib:
Onunla 12 il (1928–1940) yaxın iş yoldaşı olan biri kimi deyə bilərəm ki, ən böhranlı anlarda milli imanında ən kiçik sarsıntı belə keçirmədi… O, Azərbaycan xalqı üçün yaşayan bir qüdrət, iman nümunəsi və milli birlik amilidir. |
Həmçinin Mircəfər Bağırovun öldürülməsindən sonra "Azərbaycan" juranlının 1956-cı ildə çap olunan 50–51-ci sayında yazdığı "Bir edamdan alınacaq dərs" adlı məqaləsində Azərtəkin ruslara qulluq edən həmyerlilərinə səslənib:
Əgər insanlıqdan və düşünmək qabiliyyətinizdən bir parça qalıbsa, - ki, qalmış olduğunu düşünürük – bütün bunlardan yurdunuzun faydasına bir dərs almaq lazım gəlməzmi? Elə bir dərs ki, rus nökərçiliyinin ən mükəmməl bir nümunəsinin, rejimin ən qatı tərəfdarı olanların ən nəhayətdə qazandıqlarının bir güllə olduğunu bütün çılpaqlığı ilə önünüzə sərir və bundan ibrət almanızı gözləyir. Əcəba, aqibət belə olduqdan sonra mövcud şərtlər altında öz milli varlığınızı qorumaq və digərləri kimi yurd və millətinizin müstəqilliyi, əbədiliyi yolunda çalışaraq ən sonda alacağınız gülləni şirin bir şey kimi yeməniz daha yaxşı olmazmı? Heç olmasa, bu dünyadan xain damğası ilə köçməz, öz yurd və millətiniz üçün faydalı bir iş görmüş olarsınız. Necə olsa, sonu bir güllə deyilmi? |
"Müsavat bülleteni"nin 1937-ci ildə çap olunmuş 3-cü sayında isə Əli Azərtəkin "Bizə görə Milli Birlik" adlı məqaləsində qeyd edib:
Fərd, yaxud zümrə şəxsi ambisiyalarından vaz keçmədən Milli Birliyin təmininə imkan yoxdur. |
Vəfatı
Əli Azərtəkin 20 oktyabr 1967-ci il axşam saat 20-də Heydərpaşa Nümunə Xəstəxanasında mədə qanamasından vəfat edib. O, 21 oktyabrda Kadıköy Osmanağa məscidində cənazə namazı qılındıqdan sonra Karacaahmet məzarlığında, Mirzəbala Məhəmmədzadənin məzarının yaxınlığında dəfn edilib. Nəşinə Azərbaycandan gətirilən torpaq və su səpilib. Əli Azərtəkin dəfnində Krım, Türkistan, İdil-Ural və Şimali Qafqazlı mühacirlər iştirak ediblər.
Haqqında yazılanlar
Əli Azərtəkin haqqında "Azərbaycan" jurnalının 1967-ci ildə çap olunan 184–186-cı saylarında belə bir məlumat yayımlanıb:
Sadə bir həyatı olan Əli Azərtəkin yoxsulluq içində həyat sürüb. Hər cür maddi mənfəətlərdən uzaq idealist, dürüst və təmiz bir insan idi. Qazancının böyük bir hissəsini kitablara və jurnallara verir, oxumaqdan və tədqiq etməkdən heç vaxt yorulmazdı. Ən böyük arzusu Azərbaycan gəncliyinə işıq tutacaq böyük bir əsər ərsəyə gətirmək idi. Təəssüf ki, həyatın bitmək bilməyən sıxıntıları, xəstəlik və üzüntülər bu fikrin həyata keçməsinə imkan vermədi. |
Həmçinin onun haqqında Kurtulan ailəsinin son tanınmış üzvlərindən olan İldəniz Kurtulanın "Everest" yayınlarında nəşr edilmiş "Amcam Hamlet" kitabında məlumat verib.
İstinadlar
- D.Əhməd. "Bir ildən yüz ilə". Bakı: TEAS Press. 2018. səh. 117-120. ISBN .
Xarici keçidlər
- "Bağırovun edamından nümunə götürün" – Bir mühacirin məzarı önündə
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eli Azertekin azerb Eli Isgender oglu Tagizade 1905 Baki 20 oktyabr 1967 Istanbul muhacir publisist Eli AzertekinDogum tarixi 1905Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 20 oktyabr 1967 1967 10 20 Vefat yeri Istanbul Istanbul ili TurkiyeFealiyyeti yazici pedaqoq publisist Vikianbarda elaqeli mediafayllarHeyatiEli Azertekin 1905 ci ilde Bakida Iskender Tagizadenin ailesinde anadan olub Anasi sair Semed Mensur Kazimzadenin yaxin qohumlarindan olub Eli Azertekin ali tehsilini Pedaqoji Institutda alib FealiyyetiEli Azertekin mezun olduqdan sonra Gencede muellim isleyib O Musavat Partiyasinin Gencedeki gizli teskilatina uzv olub Eli Azertekin Musavat Partiyasinin ideoloji islerinde hemcinin partiyanin 1936 ci ilde Varsavada teskil edilen konfransinda yaxindan istirak edib Muhaciretde oldugu illerAzerbaycan siyasi muhacirleri Istanbul 1930 cu iller Ayaq uste soldan saga Mirze Bala Memmedzade Kerim Oder Eli Azertekin Hilal Munsi Oturanlar Abbasqulu Kazimzade Mehemmed Emin Resulzade Xosrov Sultanzade Eli Azertekin 1928 ci ilde Musavat Partiyasi teskilatinin uzvleri teqib olundugu ucun Irana muhaciret edib Tebrizde muhaciretde oldugu vaxt o Tehranda muhaciretde olan Mehemmedemin Resulzadenin emisi oglu elaqe saxlayib ve onun tesebbusu ile munasibet yaratdigi Turkiyenin Azerbaycandaki ilk sefiri olmus Memduh Sovket Esendalin maddi ve menevi desteyi ile Istanbula gedib Eli Azertekin sagdan 1 ci Marsal Pilsudskinin mezarina eklil qoyan Qafqaz numayendeleri arasinda Krakov 1936 Eli Azertekin Istanbulda olarken tehsilini davam etdirib O Istanbulda filologiya fakultesini bitirib 1933 cu ilde Mirzebala Mehemmedzadenin tovsiyesi ile Mehemmed Emin Resulzade terefinden Varsavaya devet edilib ve onun yaninda katiblik edib 1939 cu ilde muharibe baslayanda Eli Azertekin Tehrana qayidib 1941 ci ilde ise Tehranin ruslarin qirmizi ordusu terefinden ele kecirilmesi tehlukesine gore o Tehranda tanis oldugu Kurtulan ailesi ile birlikde Isfahana gedib Azertekin ruslarin teqiblerinden yaxa qurtarmaq ucun ingilis herbcileri terefinden Kurtulan ailesi ile birlikde Qahireye yola dusub Nehayet 1943 cu ilde tekrar Irana qayidib lakin bu defe Sovetlere yaxin olan Suheyli hokumeti terefinden hebs edilib ve muharibe qurtarana kimi Kurtulan ailesi ile birlikde hebsxanada qalib Eli Azertekin ve Kurtulan ailesi Iranda Suheyli hokumetini evez eden Iranin Bakidaki kecmis bas konsulu Azerbaycana yaxinligi ile taninan Mehemmedseid kabinetinin mudaxilesi ile hebsden azad edilib Muxbir kimi fealiyyeti Eli Azertekin Istiqlal qezetinde Kurtulus dergisinde A T imzasi ile meqaleler yazib Turkiyeye son defe geldikden sonra ise Azerbaycan dergisine meqaleler hazirlayib O muhaciretde hem de tercumecilikle mesgul olub Azertekin Munhende cixan Amerikanin Sovet Ittifaqini Oyrenme Institutunun cap etdiyi Dergi adli jurnal ucun rusca materiallari turk diline cevirib O rus dili ile yanasi polyak ve fars dillerini de bilib Eli bey Azerbaycan juranlinin 1956 ci ilde cap olunan 48 ci sayinda yayimlanmis Azeri turkunu ust insan adli yazisinda Mehemmed Emin Resulzade haqqinda bele qeyd edib Onunla 12 il 1928 1940 yaxin is yoldasi olan biri kimi deye bilerem ki en bohranli anlarda milli imaninda en kicik sarsinti bele kecirmedi O Azerbaycan xalqi ucun yasayan bir qudret iman numunesi ve milli birlik amilidir Hemcinin Mircefer Bagirovun oldurulmesinden sonra Azerbaycan juranlinin 1956 ci ilde cap olunan 50 51 ci sayinda yazdigi Bir edamdan alinacaq ders adli meqalesinde Azertekin ruslara qulluq eden hemyerlilerine seslenib Eger insanliqdan ve dusunmek qabiliyyetinizden bir parca qalibsa ki qalmis oldugunu dusunuruk butun bunlardan yurdunuzun faydasina bir ders almaq lazim gelmezmi Ele bir ders ki rus nokerciliyinin en mukemmel bir numunesinin rejimin en qati terefdari olanlarin en nehayetde qazandiqlarinin bir gulle oldugunu butun cilpaqligi ile onunuze serir ve bundan ibret almanizi gozleyir Eceba aqibet bele olduqdan sonra movcud sertler altinda oz milli varliginizi qorumaq ve digerleri kimi yurd ve milletinizin musteqilliyi ebediliyi yolunda calisaraq en sonda alacaginiz gulleni sirin bir sey kimi yemeniz daha yaxsi olmazmi Hec olmasa bu dunyadan xain damgasi ile kocmez oz yurd ve milletiniz ucun faydali bir is gormus olarsiniz Nece olsa sonu bir gulle deyilmi Musavat bulleteni nin 1937 ci ilde cap olunmus 3 cu sayinda ise Eli Azertekin Bize gore Milli Birlik adli meqalesinde qeyd edib Ferd yaxud zumre sexsi ambisiyalarindan vaz kecmeden Milli Birliyin teminine imkan yoxdur VefatiEli Azertekinin mezariEli Azertekinin vefati ile bagli gonderilen teleqraflar Eli Azertekin 20 oktyabr 1967 ci il axsam saat 20 de Heyderpasa Numune Xestexanasinda mede qanamasindan vefat edib O 21 oktyabrda Kadikoy Osmanaga mescidinde cenaze namazi qilindiqdan sonra Karacaahmet mezarliginda Mirzebala Mehemmedzadenin mezarinin yaxinliginda defn edilib Nesine Azerbaycandan getirilen torpaq ve su sepilib Eli Azertekin defninde Krim Turkistan Idil Ural ve Simali Qafqazli muhacirler istirak edibler Haqqinda yazilanlarEli Azertekin haqqinda Azerbaycan jurnalinin 1967 ci ilde cap olunan 184 186 ci saylarinda bele bir melumat yayimlanib Sade bir heyati olan Eli Azertekin yoxsulluq icinde heyat surub Her cur maddi menfeetlerden uzaq idealist durust ve temiz bir insan idi Qazancinin boyuk bir hissesini kitablara ve jurnallara verir oxumaqdan ve tedqiq etmekden hec vaxt yorulmazdi En boyuk arzusu Azerbaycan gencliyine isiq tutacaq boyuk bir eser erseye getirmek idi Teessuf ki heyatin bitmek bilmeyen sixintilari xestelik ve uzuntuler bu fikrin heyata kecmesine imkan vermedi Hemcinin onun haqqinda Kurtulan ailesinin son taninmis uzvlerinden olan Ildeniz Kurtulanin Everest yayinlarinda nesr edilmis Amcam Hamlet kitabinda melumat verib IstinadlarD Ehmed Bir ilden yuz ile Baki TEAS Press 2018 seh 117 120 ISBN 978 9952 310 47 4 Xarici kecidler Bagirovun edamindan numune goturun Bir muhacirin mezari onunde