Əhməd Əfəndi Çələbizadə (1892, Quba – 1 sentyabr 1937, Bakı) — Quba Cümə məscidinin imamı, Quba tarix-diyarşünaslıq muzeyinin yaradıcısı, yazıçı, etnoqraf, repressiya qurbanı.
Əhməd Əfəndi Çələbizadə | |
---|---|
Doğum tarixi | 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 1 sentyabr 1937 |
Vəfat yeri | |
Vəfat səbəbi | siyasi repressiya |
Milliyyəti | azərbaycanlı |
Uşağı | Bəhlul Çələbizadə |
Atası | Əbdülrəhim Əfəndi Çələbizadə |
1922–1924-cü illərdə Quba Cümə məscidinin imamı olub. 1924-cü ildə Qubada tarix-diyarşünaslıq muzeyinin əsasını qoyub. 1935–1937-ci illərdə Quba rayonunun adət-ənənələri haqqında "Quba – dövrün adət və qaydaları" adlı kitab yazıb. 1937-ci il sentyabrın 1-də güllələnib.
Həyatı
Əhməd Əfəndi Əbdürrəhim oğlu Çələbizadə 1892-ci ildə Quba şəhərində anadan olub. Atası Əbdürrəhim əfəndi Çələbizadə Quba Cümə məscidinin imamı olub. İbtidai təhsilini atasının dərs dediyi mədrəsədə alıb və burada ərəb və fars dillərini öyrənib. 1912-ci ildə Tiflisdəki Sunitski adına Cənubi Qafqaz ruhani məktəbində təhsil alıb. 1913-cü ildə təhsilini bitirdikdən sonra Qubaya gələrək Cümə məscidində məscidin imamının köməkçisi təyin olunub. 1922-ci ildə atası imam Əbdülrəhim Əfəndi vəfat etdikdən sonra Əhməd Əfəndi Cümə məscidinin katibi seçilib. Sovet işğalından sonra dinə qarşı mübarizə başladığı üçün Əhməd Əfəndi 1930-cu ildə qəzetlərin birində rəsmi olaraq mollalıqdan könüllü əl çəkdiyini elan edib. 1937-ci ildə Stalin repressiyaları dövründə həbs olunaraq Bakıya aparılıb. 1937-ci il sentyabrın 1-də üçlüyün qərarı ilə güllələnib 1956-cı il noyabrın 6-da günahsız olduğu üçün bəraət alıb.
Yaradıcılığı
Aprel işğalından sonra o, ömrünü Azərbaycan tarixinin araşdırılmasına həsr edib. Onun təşəbbüsü ilə 1924-cü ildə Cümə məscidinin yanında, özünün dərs dediyi mədrəsədə Quba tarixinə aid topladığı materiallar hesabına Qubada diyarşünaslıq muzeyi təşkil edilib. Əhməd Əfəndinin səyi nəticəsində 1924–1935-ci illərdə muzeyə ayrı-ayrı idarə və müəssisələrdən, şəxsi evlərdən qədim əlyazmalar, silahlar, qədim xalçalar, şəkillər, gümüş və mis sikkələr, dulusçuluq, misgərlik məmulatları, milli geyim nümunələri, müxtəlif tikmələr, ərəb, fars, türk və rus dillərində ədəbiyyat, əntiq əşyalar və digər maddi-mədəniyyət nümunələri toplanıb. Muzeyin əsasını həm də müxtəlif mədrəsələrdə və Səkinəxanım məscidində qorunan eksponatlar təşkil edirdi.
1932-ci ilin avqust ayında Quba Rayon İcraiyyə Komitəsinin iclasında "Quba şəhərində muzeyin təşkili barədə" xüsusi məsələ müzakirə edilib. İclasda muzeyin təşkili məqsədilə mütəxəssislər tərəfindən hazırlanmış tezislərə və plan-layihəyə baxılıb. Ekspozisiyanın ilk bölməsi rayonun təbiətinə həsr olunmuşdur. Burada rayonun və keçmiş Quba qəzasına aid müxtəlif xəritələr, quraşdırılmış, bitki aləmi və faydalı qazıntılarından nümunələr nümayiş etdirilmişdir. Sonrakı bölmələr bölgənin tarixinə, mədəniyyətinə və etnoqrafiyasına həsr olunmuşdur. Bölmələrin adları: "Keçmiş Quba qəzasının qədim mədəniyyət abidələri", "Quba xanlığının yaranmasına qədər olan dövrə aid materiallar", "Quba xanlığının rus çarizmi tərəfindən zəbt edilməsi", "Komendantlıq dövrü". Ekspozisiyada ayrıca "Etnoqrafiya" bölməsi də nəzərdə tutulmuşdu. Bu bölmədə azərbaycanlılarla yanaşı, rayonda yaşayan azsaylı xalqların həyatına, adət-ənənələrinə, sənətkarlığına, xüsusən bölgədə geniş yayılmış xalça sənətinə və misgərliyə aid materiallar göstərilirdi. Ekspozisiyada 1920–1930-cu illərdə Qubanın mədəniyyət, maarif və təsərrüfatını əks etdirən materiallar da yer almışdı.
Quba tarix-diyarşünaslıq muzeyi 1924-cü ildən 1935-ci ilədək ictimai əsaslarla fəaliyyət göstərib. Xalq Maarif Komissarlığının 14 may 1935-ci il əmri ilə Əhməd Çələbizadə Quba Tarix Muzeyinə müdir təyin olunub. Əhməd Çələbizadə. O repressiya edildikdən sonra muzeyin fəaliyyəti dayandırılıb, bütün eksponatlar dağıdılıb və qiymətli kitablar yandırılıb.
Kitabı
Əhməd Çələbizadə 1930-cu illərdə Quba bölgəsinin etnoqrafiyasına aid çöl-tədqiqat işləri aparıb. 1935–1937-ci illərdə Quba rayonunun adət-ənənələri haqqında "Quba – dövrün adət və qaydaları" adlı kitab yazıb. Əlyazma üç hissədən ibarətdir. Quba rayonuna dair etnoqrafik materiallar başlığı ilə verilmiş birinci hissə 57 adi məktəb dəftərindən ibarətdir. İkinci hissə 6 dəftərdən, Quba rayonunda olan dini adətlərə dair qeydlər adlanan üçüncü hissə isə 7 dəftərdən ibarətdir. Birinci hissə 1935-ci ildə, ikinci və üçüncü hissələr isə 1937-ci ildə yazılıb. Hər bir hissə ayrı-ayrı yarımbaşlıqlardan ibarətdir.
Əsər bütövlükdə etnoqrafik material olduğundan burada xalqın adət-ənənələri, inancları geniş şəkildə verilib. Əsərin birinci bölümü insan sonsuzluğu və onun səbəbləri, ona qarşı əlaclar haqqında məlumatlarla başlanır. Uşaqların dünyaya gəlməsindən sonra onlara qoyulan adlar, təzə doğulmuş uşaqlara dair inanclar, uşağın beşiyi başında oxunan bayatılar, ad vermə adəti, uşağa deyilən xoş sözlər, uşaq oyunları haqqında yetərincə dəyərli məlumat verilir və uşaq oyunları bir-bir açıqlanır. Əhməd Çələbizadə əsərində Qubanın bütün adət-ənənələrini ardıcıllıqla yazaraq şərh edir. Toy adətlərindən sonra müəyyən xəstəliklər və onların müalicəsi, yas adətləri, bayramlar, xüsusilə də Novruz bayramı, Məhərrəmlik mərasimi, bu mərasimdə yasaq olan adətlər bir-bir işıqlandırılır. Müəllif, Qubanın xörəkləri və onların bişirilmə qaydası bölməsində plovun 10 növünü sayır, bütün xörəklərin bişirilmə qaydasını izah edir. Mətndə verilmiş Quba şivəsində işlənən çoxlu sayda sözlər olduğu kimi saxlanıb.
İstinadlar
- Bayramov, Adilxan. "Əhməd Əfəndi Çələbizadə". medeniyyet.az (az.). 2021-12-11. 2023-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
- Kərimov, Bəhmən. Əhməd Əfəndi Çələbizadənin «Quba rayonunun dövrün adət və qaydaları haqqında» əsərinin əlyazmasına dair (az.). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. 2008. 316. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
- "Челебизаде Ахмед-эфенди Абдурагим оглы (1892)". openlist.wiki. 2023-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
- Kərimov, Bəhmən. Əhməd Əfəndi Çələbizadənin «Quba rayonunun dövrün adət və qaydaları haqqında» əsərinin əlyazmasına dair (az.). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. 2008. 318. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
- "Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur". medeniyyet.az (az.). 2020-05-15. 2023-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
- Kərimov, Bəhmən. Əhməd Əfəndi Çələbizadənin «Quba rayonunun dövrün adət və qaydaları haqqında» əsərinin əlyazmasına dair (az.). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. 2008. 317. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
- "Qubada ilk muzeyin yaradıcısı: Əhməd Əfəndi Çələbizadə » Shimal News". Shimal News (az.). 2022-12-11. 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
- Qədirova, Xatirə. "Tarixdə iz qoyanlar: Çələbizadə Əhməd Əfəndi niyə güllələnmişdi..." modern.az (az.). 2019-11-08. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
- Kərimova, Tamilla; Sadıqova, İlhamə; Əliyev, İdris. Алескер Алекпероввыдающийся археолог и этнограф Азербайджана (PDF) (rus). Bakı: İRS. 2017. 31. 2018-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-27.
- Kərimov, Bəhmən. Əhməd Əfəndi Çələbizadənin «Quba rayonunun dövrün adət və qaydaları haqqında» əsərinin əlyazmasına dair (az.). Bakı: Milli Azərbaycan Tarixi Muzeyi. 2008. 319. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- "Tarixdə iz qoyanlar: Çələbizadə Əhməd Əfəndi niyə güllələnmişdi..." Milli.Az (az.). 2019-11-17. 2023-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
- Bəhman Kərimov. Əhməd Əfəndi Çələbizadənin "Quba rayonunun dövrün adət və qaydaları haqqında" əsərinin əlyazmasına dair S. 315–323 Arxivləşdirilib 2019-12-04 at the Wayback Machine / Milli Azərbaycan Tarixi Muzeyi-2008. Bakı, 2008.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ehmed Efendi Celebizade 1892 Quba 1 sentyabr 1937 Baki Quba Cume mescidinin imami Quba tarix diyarsunasliq muzeyinin yaradicisi yazici etnoqraf repressiya qurbani Ehmed Efendi CelebizadeDogum tarixi 1892Dogum yeri Quba Quba qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 1 sentyabr 1937 1937 09 01 Vefat yeri Baki Azerbaycan SSR SSRIVefat sebebi siyasi repressiyaMilliyyeti azerbaycanliUsagi Behlul CelebizadeAtasi Ebdulrehim Efendi Celebizade 1922 1924 cu illerde Quba Cume mescidinin imami olub 1924 cu ilde Qubada tarix diyarsunasliq muzeyinin esasini qoyub 1935 1937 ci illerde Quba rayonunun adet eneneleri haqqinda Quba dovrun adet ve qaydalari adli kitab yazib 1937 ci il sentyabrin 1 de gullelenib HeyatiEhmed Efendi Ebdurrehim oglu Celebizade 1892 ci ilde Quba seherinde anadan olub Atasi Ebdurrehim efendi Celebizade Quba Cume mescidinin imami olub Ibtidai tehsilini atasinin ders dediyi medresede alib ve burada ereb ve fars dillerini oyrenib 1912 ci ilde Tiflisdeki Sunitski adina Cenubi Qafqaz ruhani mektebinde tehsil alib 1913 cu ilde tehsilini bitirdikden sonra Qubaya gelerek Cume mescidinde mescidin imaminin komekcisi teyin olunub 1922 ci ilde atasi imam Ebdulrehim Efendi vefat etdikden sonra Ehmed Efendi Cume mescidinin katibi secilib Sovet isgalindan sonra dine qarsi mubarize basladigi ucun Ehmed Efendi 1930 cu ilde qezetlerin birinde resmi olaraq mollaliqdan konullu el cekdiyini elan edib 1937 ci ilde Stalin repressiyalari dovrunde hebs olunaraq Bakiya aparilib 1937 ci il sentyabrin 1 de ucluyun qerari ile gullelenib 1956 ci il noyabrin 6 da gunahsiz oldugu ucun beraet alib YaradiciligiAprel isgalindan sonra o omrunu Azerbaycan tarixinin arasdirilmasina hesr edib Onun tesebbusu ile 1924 cu ilde Cume mescidinin yaninda ozunun ders dediyi medresede Quba tarixine aid topladigi materiallar hesabina Qubada diyarsunasliq muzeyi teskil edilib Ehmed Efendinin seyi neticesinde 1924 1935 ci illerde muzeye ayri ayri idare ve muessiselerden sexsi evlerden qedim elyazmalar silahlar qedim xalcalar sekiller gumus ve mis sikkeler dulusculuq misgerlik memulatlari milli geyim numuneleri muxtelif tikmeler ereb fars turk ve rus dillerinde edebiyyat entiq esyalar ve diger maddi medeniyyet numuneleri toplanib Muzeyin esasini hem de muxtelif medreselerde ve Sekinexanim mescidinde qorunan eksponatlar teskil edirdi 1932 ci ilin avqust ayinda Quba Rayon Icraiyye Komitesinin iclasinda Quba seherinde muzeyin teskili barede xususi mesele muzakire edilib Iclasda muzeyin teskili meqsedile mutexessisler terefinden hazirlanmis tezislere ve plan layiheye baxilib Ekspozisiyanin ilk bolmesi rayonun tebietine hesr olunmusdur Burada rayonun ve kecmis Quba qezasina aid muxtelif xeriteler qurasdirilmis bitki alemi ve faydali qazintilarindan numuneler numayis etdirilmisdir Sonraki bolmeler bolgenin tarixine medeniyyetine ve etnoqrafiyasina hesr olunmusdur Bolmelerin adlari Kecmis Quba qezasinin qedim medeniyyet abideleri Quba xanliginin yaranmasina qeder olan dovre aid materiallar Quba xanliginin rus carizmi terefinden zebt edilmesi Komendantliq dovru Ekspozisiyada ayrica Etnoqrafiya bolmesi de nezerde tutulmusdu Bu bolmede azerbaycanlilarla yanasi rayonda yasayan azsayli xalqlarin heyatina adet enenelerine senetkarligina xususen bolgede genis yayilmis xalca senetine ve misgerliye aid materiallar gosterilirdi Ekspozisiyada 1920 1930 cu illerde Qubanin medeniyyet maarif ve teserrufatini eks etdiren materiallar da yer almisdi Quba tarix diyarsunasliq muzeyi 1924 cu ilden 1935 ci iledek ictimai esaslarla fealiyyet gosterib Xalq Maarif Komissarliginin 14 may 1935 ci il emri ile Ehmed Celebizade Quba Tarix Muzeyine mudir teyin olunub Ehmed Celebizade O repressiya edildikden sonra muzeyin fealiyyeti dayandirilib butun eksponatlar dagidilib ve qiymetli kitablar yandirilib Kitabi Ehmed Celebizade 1930 cu illerde Quba bolgesinin etnoqrafiyasina aid col tedqiqat isleri aparib 1935 1937 ci illerde Quba rayonunun adet eneneleri haqqinda Quba dovrun adet ve qaydalari adli kitab yazib Elyazma uc hisseden ibaretdir Quba rayonuna dair etnoqrafik materiallar basligi ile verilmis birinci hisse 57 adi mekteb defterinden ibaretdir Ikinci hisse 6 defterden Quba rayonunda olan dini adetlere dair qeydler adlanan ucuncu hisse ise 7 defterden ibaretdir Birinci hisse 1935 ci ilde ikinci ve ucuncu hisseler ise 1937 ci ilde yazilib Her bir hisse ayri ayri yarimbasliqlardan ibaretdir Eser butovlukde etnoqrafik material oldugundan burada xalqin adet eneneleri inanclari genis sekilde verilib Eserin birinci bolumu insan sonsuzlugu ve onun sebebleri ona qarsi elaclar haqqinda melumatlarla baslanir Usaqlarin dunyaya gelmesinden sonra onlara qoyulan adlar teze dogulmus usaqlara dair inanclar usagin besiyi basinda oxunan bayatilar ad verme adeti usaga deyilen xos sozler usaq oyunlari haqqinda yeterince deyerli melumat verilir ve usaq oyunlari bir bir aciqlanir Ehmed Celebizade eserinde Qubanin butun adet enenelerini ardicilliqla yazaraq serh edir Toy adetlerinden sonra mueyyen xestelikler ve onlarin mualicesi yas adetleri bayramlar xususile de Novruz bayrami Meherremlik merasimi bu merasimde yasaq olan adetler bir bir isiqlandirilir Muellif Qubanin xorekleri ve onlarin bisirilme qaydasi bolmesinde plovun 10 novunu sayir butun xoreklerin bisirilme qaydasini izah edir Metnde verilmis Quba sivesinde islenen coxlu sayda sozler oldugu kimi saxlanib IstinadlarBayramov Adilxan Ehmed Efendi Celebizade medeniyyet az az 2021 12 11 2023 11 24 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 11 24 Kerimov Behmen Ehmed Efendi Celebizadenin Quba rayonunun dovrun adet ve qaydalari haqqinda eserinin elyazmasina dair az Baki Milli Azerbaycan Tarixi Muzeyi 2008 316 2023 12 29 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 11 27 Chelebizade Ahmed efendi Abduragim ogly 1892 openlist wiki 2023 12 09 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 11 27 Kerimov Behmen Ehmed Efendi Celebizadenin Quba rayonunun dovrun adet ve qaydalari haqqinda eserinin elyazmasina dair az Baki Milli Azerbaycan Tarixi Muzeyi 2008 318 2023 12 29 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 11 27 Quba rayon Tarix Diyarsunasliq Muzeyinin 85 yasi tamam olur medeniyyet az az 2020 05 15 2023 11 24 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 11 24 Kerimov Behmen Ehmed Efendi Celebizadenin Quba rayonunun dovrun adet ve qaydalari haqqinda eserinin elyazmasina dair az Baki Milli Azerbaycan Tarixi Muzeyi 2008 317 2023 12 29 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 11 27 Qubada ilk muzeyin yaradicisi Ehmed Efendi Celebizade Shimal News Shimal News az 2022 12 11 2023 06 08 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 11 27 Qedirova Xatire Tarixde iz qoyanlar Celebizade Ehmed Efendi niye gullelenmisdi modern az az 2019 11 08 2023 12 29 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 11 27 Kerimova Tamilla Sadiqova Ilhame Eliyev Idris Alesker Alekperovvydayushijsya arheolog i etnograf Azerbajdzhana PDF rus Baki IRS 2017 31 2018 12 22 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2023 11 27 Kerimov Behmen Ehmed Efendi Celebizadenin Quba rayonunun dovrun adet ve qaydalari haqqinda eserinin elyazmasina dair az Baki Milli Azerbaycan Tarixi Muzeyi 2008 319 2023 12 29 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 12 29 Tarixde iz qoyanlar Celebizade Ehmed Efendi niye gullelenmisdi Milli Az az 2019 11 17 2023 11 24 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 11 24 Behman Kerimov Ehmed Efendi Celebizadenin Quba rayonunun dovrun adet ve qaydalari haqqinda eserinin elyazmasina dair S 315 323 Arxivlesdirilib 2019 12 04 at the Wayback Machine Milli Azerbaycan Tarixi Muzeyi 2008 Baki 2008