Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu — Qafqaz müsəlmanlarının V Şeyxülislamı, din müəllim, yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən olmuş Rəşid bəy Axundzadənin atası, Ənvər Qasımzadə, Elbay Qasımzadənın qohumu, Fidan Qasımova və Xuraman Qasımovanın qohumu.
Əbdüssəlam Axundzadə | |
---|---|
fars. عبدالسلام آخوندزاده | |
Qafqaz müsəlmanlarının V şeyxülislamı | |
1895 – 1907 | |
Əvvəlki | Mirzə Həsən Tahirzadə |
Sonrakı | Məhəmməd Mövlazadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Şamaxı qəzası, Kaspi vilayəti, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Fəaliyyəti | Şeyxülislam |
Dini | islam, şiəlik |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əbdüssəlam Axundzadə 1843-cü ildə Salyanda doğulub. Atası din xadimi Axund Vəliməmməd, anası isə Xanım Əliverdi qızı olmuşdur. İlk təhsilini atasından alıb, az müddətdə fars və ərəb dillərində yazıb oxumağı öyrənib. O, bu təhsilini Salyan və Şamaxı şəhərlərində almışdır. 1861–1868-ci illərdə Tiflisə gedərək Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən bu şəhərdə açılmış dini mədrəsədə ərəb və fars dillərində elm tədris etmış, Tiflis şəhərinin Qorqasali küçəsində yaşamışdır. Gürcüstanın Qori Seminariyasında 1879-cu ildə seminariyanın müsəlman şöbəsinin açılışında Şirvanlı Seyid Əzim Şirvaniyə müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi. Beləliklə, o, 28 iyul 1880-ci ildə rəsmi şəkildə Qori Müəllimlər Seminariyasına müəllim kimi təyin edilmişdir. 1883-cü ilə kimi Qori seminariyasında pedaqoji fəaliyyətini davam etdirmişdir. Qori Seminariyasında çalışdığı zaman Azərbaycan türkcəsinin tədrisi keyfiyyətindən razı qalmamış və bunları yazmışdır:
…O vaxtlar hökumət təsis edən məktəblərin proqramında xala-xətrin qalmasın babətindən həftədə bir neçə saat türk dərsi deyilirdi… Qori seminariyasında türk dili müəllimləri məhz məvaciblərini ayın 20-də almaq şövqilə bizə dərs verirdilər… O vədələr türk müəllimlərinin artıq zəhmət çəkmələrinə mədrəsə müdirləri özləri də razı deyildilər
Qori Seminariyasındakı tələbələrindən biri də Nəriman Nərimanov olmuşdur. Nərimanov öz müəllimi barədə bunları yazmışdır:
"Türk dili və şəriət müəllimi indiki Şeyxülislam cənab Axund Molla Əbdüssalam olub. Orada tərbiyə alan müsəlman uşaqlarına böyük nəfələr (fayda) götürürdü. Demək olar ki, indiki hali-nisbə Qori seminariyası xüsusən müsəlman şöbəsi böyük tərəqqidə bulunurdu. Cənab Axund Əbdüssalam türk dilinə və şəriət dərslərinə artıq diqqət verirdi. Dərsləri az idisə də vaxtı itirməyib bacardığı qədər ciddi-cəhd edirdi. O vaxt təlim kitabları yox idi. Bununla bərabər gecələr işləyib, gündüz dərsləri üçün hekayələr düzəldirdi. Türk dilində sərf və nəhv öyrədirdi, şəriətdən tarixi müqəddəsdən savayı ən mühüm məsələləri həll edirdi. Qeyri dinlərdən təfavütünü və insani nəfəni (insani keyfiyyətləri) söyləyib uşaqların gözlərini açmağa çalışırdı. İnsaf məqamında demək olar ki, Qori seminariyasından elmini tamam edib indi millətpərəst və yainki əli qələm tutan beş-üç nəfər varsa cənab Axund Molla Əbdüssalamın tərbiyəsinə bağlıdır.
Burada çalışdığı müddət ərzində Tiflisdə yaşayan və ya fəaliyyət göstərən Mirzə Fətəli Axundov, Əliağa Şıxlınski kimi azərbaycanlı ziyalılar ilə tanış olmuş və birlikdə çalışmışdır.
Axundzadənin yaşadığı dövrdə mədrəsə və gimnaziyalarda Azərbaycan dilində dini-pedaqoji yönümlü kitablara böyük ehtiyac duyulurdu. Bu səbəbdən də Axundzadənin yazdığı Zubdətul əhkam, Umdətul əhkam, Tarixi müqəddəsi ənbiya və s. kimi əsərlərinin təkrar nəşrləri üçün xahişlər olunmuşdur.
Şeyxülislamlığı
1893-cü ildən 1907-ci ilə kimi Qafqaz (Zaqafqaziya) müsəlmanlarının şeyxülislamı vəzifəsini icra edib. 21 iyun 1893-cü ildə Mirzə Həsən Tahirzadənin ölümündən sonra bu vəzifəyə təyin edilmiş və 1907-ci ildəki ölümünə qədər bu vəzifədə qalmışdır. 1895-ci ildə isə Qafqaz Ruhani Şurasının rəhbəri seçilmişdir. O, 1896-cı ilin 26 may tarixində II Nikolayın rus imperatoru kimi tacqoyma mərasimində iştirak etmişdir.
Erməni-müsəlman qırğınları zamanı o, iki icma arasında sülhə nail olmaq üçün ciddi fəaliyyət göstərmişdir. 15 may 1906-cı il tarixində Naxçıvanı ziyarət etmişdir. İrəvan, Şərur, Naxçıvan qazıları, İrəvan erməni kilsəsi arximandriti Karapet və Cəfərqulu xan ilə birlikdə Qaraxanbəyli, Tumbul, Qoşadizə və Şıxmahmud kəndlərini ziyarət etmişdir. Qaracıq və Bulqan kəndinin müsəlman-türk əhalisi ermənilərin yaşadığı Qaraxanbəyli kəndinə toplanmış, burada hər iki millətin nümayəndələri onların arasında hər hansısa düşmənliyin olmadığını elan etmişdirlər. O, erməni katalikosu Mkrtiç Xrimian ilə birlikdə, 1905-ci ilin iyununda yaşanmış qırğınları pisləyən bəyanat yayımlamışdır. O, qızı Zabitənin Gəncədə olarkən qırğınların şahidi olduğu üçün əsəb pozğunluğundan ölüm xəbərini almış, qızının ölümündən duyduğu ağır hissələr nəticəsində 18 noyabr 1907-ci ildə vəfat etmişdir. O, Tiflisdə görkəmli azərbaycanlıların dəfn edildiyi panteonda dəfn edilmişdir. Onu vəzifədə müvəqqəti olaraq Abbasqulu Soltanhüseynbəyov əvəz etmiş, daha sonra isə vəzifəyə daimi olaraq Məhəmmədhəsən Mövlazadə Şəkəvi təyin edilmişdir.
O, dini ədəbiyyatın yayılmasına çox kömək edib, eyni zamanda dinə və şəriətə dair bir sıra kitablar yazaraq nəşr etdirib. Onun üç cildlik "Tarixi-müqəddəs-ənbiya","Risaleyi-Zübtədül əhkam" kitablarında müsəlmanların dini tələblərə uyğun olan itaətkar həyat tərzi təbliğ edilir. Müsəlman birliyinə aid rəvayətlər və s. yazıları da mövcuddur. Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına şeyxülislam Əbdüssəlam Axundzadə "Tarixi-müqəddəs" kitabını nəşr etdirmişdir. Çar hökuməti onu 1907-ci il noyabrın 18-də Qafqaz (Zaqafqaziya) Şiə Ruhani İdarəsinin sədri seçərək, ona şeyxülislam və mülki müşavir rütbəsi verib. O, dəfələrlə çar ordenlərinə layiq görülüb.
Əsərləri
Rus dilində
- Учебник по исламу — İslam dərsliyi
- Лекарство от невежества (объяснение и заявление метода лечения) — Cəhalət dərdinin dərmanı və tədavi üsulunun şərhi və bəyani (Sankt-Peterburq, 1889)
- Наставление и назидание — Moizə və nəsihətlər (1903)
Azərbaycan türkcəsində
- Ümdətül-əhkam (1882, Təbriz)
- Risaleyi-zübdətül-əhkam (1898, Tiflis)
- Tarixi Müqəddəs Ənbiya — Müqəddəs peyğəmbərlərin tarixi (1892-ci ildə yazılıb və 1893, 1901 və 1903-cü illərdə Bakıda təkrar çap olunub)
- Tarixi Müqəddəs Xatəmül Ənbiya və Xilafət
- Xətti Təliq və Nəstəliq
- Kitab-müəllifi ətfal (1897)
- Sərfi müxtəsər
Fars dilində
- Miftahil Lisani Farsi (fars. فارسي لسان مفتاح) — Fars dilinin açarı (1891)
- Qawaid Mukhtasare Farsi — Fars dilinin qısa qaydaları
- Mutalie-i Kitáb-i-Íqán (fars. کتاب مطالعه ایقان) — Kitáb-i-Íqánı necə oxumalı (1896, Tiflis)
- Mudafia bar megalei khasm (fars. مدافعه بر مقابلهخصم) — Rəqibin məqaləsinə qarşı müdafiə (1897, Tiflis)
- Nasihati waiz (fars. نصحيتو وعظ) — Vaizin nəsihəti (1903)
Ailəsi
Onun ən azı üç dəfə evləndiyi bəllidir:
- Ümmü Salamə — Salyanın məşhur bəy ailəsi olan Muradxanovlardan Əbdüləli bəyin qızı.
- Əbdüllətif bəy
- Əbdürəşid bəy Axundov (d. 10 aprel 1880 — ö. aprel 1940) — hüquqşünas və Azərbaycan Xalq Cümhuriyyəti zamanı Bakının qubernatoru olmuşdur.
- Asəf bəy
- Validə Xanım (d. 20 dekabr 1884)
- Zabitə Xanım (d. 1887 — ö. 1905)
- Hidayət bəy (d. 20 dekabr 1893)
- Gülarə Xanım ulara khanum — Salyanın yerli din xadimlərindən biri olan Hacı Ələkbərin qızı.
- Asiyə Xanım (d. 25 sentyabr 1901)
- Sona Xanım — Salyanın yerli əsilzadələrindən olan Cavad bəyin qızı.
Özünün əsas ailəsi ilə birlikdə, o, məşhur memar Ənvər Qasımzadənin böyük dayısıdır. Belə ki, Ənvərin atası Əli Qasımov Əbdüssəlamın bacısının oğludur. Beləliklə o, Ənvər Qasımzadənin oğlu Azərbaycanın əməkdar memarı Elbay Qasımzadə və məşhur azərbaycanlı opera ifaçıları olan Fidan və Xuraman Qasımovalar ilə də qohumdur.
İstinadlar
- "Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu". 2021-06-14 tarixində . İstifadə tarixi: 2018-05-10.
- Nurullayev, 2014. səh. 55-58
- "Faiq Vəlioğlu - Əbdüssəlam Axundzadə". 2016-03-04 tarixində . İstifadə tarixi: 2015-12-10.
- Rahnulla, 2021
- "Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu". calilbook.musigi-dunya.az. 2010. 2021-06-14 tarixində . İstifadə tarixi: 8 oktyabr 2023.
- "Nazim Nəsrəddinov - Naxçıvanın Əshai Kəhfi - Olaylar.- 2013.- 26 dekabr.- S.13". 2021-10-19 tarixində . İstifadə tarixi: 2015-12-10.
- Əhmədov, 2014. səh. 140
- Rahnulla, 2021. səh. 5
- Mustafa, 2015. səh. 156
- "Խրիմյան Հայրիկի և Բաքվի Շեյխ ուլ Իսլամի համատեղ կոչը հայ և ադրբեջանցի ժողովուրդներին 1905 թվականին" [Joint appeal of Khrimyan Hayrik and Sheikh ul Islam of Baku to the Armenian-Azerbaijani peoples in 1905]. Էջմիածին". Էջմիածին. Պաշտօնական ամսագիր Հայրապետական Աթոռոյ Ս. Էջմիածնի. Ծ (Ա–Գ): 41. 2022-12-23 tarixində . İstifadə tarixi: 28 oktyabr 2023.
- Valehoğlu, 2013. səh. 156
- Рахнулла, 2017
- Zaytsev, 2015. səh. 222
- Islamic manuscript catalogue (PDF). : Institute of Oriental Manuscripts of the Russian Academy of Sciences.
- Hashemian, Hadi. "«مدافعه بر مقاله خصم» از عبدالسلام آخوندزاده، شیخ الاسلام قفقاز" ["Defending against the Enemy" article by Abdul Salam Akhundzadeh, Shaykh al-Islam of the Caucasus]. Payām-i Bahāristān (Persian). 3 (12): 386. ISSN 1735-9929.
- Hüseynzadə, 2021. səh. 340-342
- Musayeva, Yasaman. "Əfsanə qadın". www.anl.az. 27 December 2019. 2021-06-14 tarixində . İstifadə tarixi: 2021-06-14.
Mənbə
- Sevinj Rahnulla. Şeyxülislam Abdussalam Axundzadənin dini-etik görüşləri (Dissertasiya) (PDF). Bakı. 2021.
- Nazim Mustafa. Massacres in Nakhchivan and Sharur-Daralayaz. genocide.preslib.az. 2015.
- С. В. Рахнулла. Пятый шейх-уль-ислам духовного управления мусульман Кавказа. Актуальні проблеми філософії та соціології. 2017.
- Tuncay Hüseynzadə. İstiqlal fədailəri-Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920. 2021.
- Ilya Zaytsev. Документы эпохи Шамиля из Государственного архива Российской Федерации. Moskva: Востоковедение. Тезисы докладов научной конференции. 2015.
- Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil. 2014.
- Fəxri Valehoğlu. Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları. AMEA Tarix İnstitutu. 2013.
- Fuad Nurullayev. (PDF). Bakı. Nurlar. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Axundzade Ebdusselam Axund Velimemmed oglu Qafqaz muselmanlarinin V Seyxulislami din muellim yazici Azerbaycan Xalq Cumhuriyyetinin gorkemli dovlet xadimlerinden olmus Resid bey Axundzadenin atasi Enver Qasimzade Elbay Qasimzadenin qohumu Fidan Qasimova ve Xuraman Qasimovanin qohumu Ebdusselam Axundzadefars عبدالسلام آخوندزاده Qafqaz muselmanlarinin V seyxulislami1895 1907EvvelkiMirze Hesen TahirzadeSonrakiMehemmed MovlazadeSexsi melumatlarDogum tarixi 1843Dogum yeri Salyan Samaxi qezasi Kaspi vilayeti Rusiya imperiyasiVefat tarixi 18 noyabr 1907Vefat yeri Tiflis Tiflis qezasi Tiflis quberniyasi Rusiya imperiyasiFealiyyeti SeyxulislamDini islam sielik Vikianbarda elaqeli mediafayllarHeyatiEbdusselam Axundzade 1843 cu ilde Salyanda dogulub Atasi din xadimi Axund Velimemmed anasi ise Xanim Eliverdi qizi olmusdur Ilk tehsilini atasindan alib az muddetde fars ve ereb dillerinde yazib oxumagi oyrenib O bu tehsilini Salyan ve Samaxi seherlerinde almisdir 1861 1868 ci illerde Tiflise gederek Qafqaz Muselmanlari Ruhani Idaresi terefinden bu seherde acilmis dini medresede ereb ve fars dillerinde elm tedris etmis Tiflis seherinin Qorqasali kucesinde yasamisdir Gurcustanin Qori Seminariyasinda 1879 cu ilde seminariyanin muselman sobesinin acilisinda Sirvanli Seyid Ezim Sirvaniye muellimlik vezifesi ugrunda musabiqede qalib gelmisdi Belelikle o 28 iyul 1880 ci ilde resmi sekilde Qori Muellimler Seminariyasina muellim kimi teyin edilmisdir 1883 cu ile kimi Qori seminariyasinda pedaqoji fealiyyetini davam etdirmisdir Qori Seminariyasinda calisdigi zaman Azerbaycan turkcesinin tedrisi keyfiyyetinden razi qalmamis ve bunlari yazmisdir O vaxtlar hokumet tesis eden mekteblerin proqraminda xala xetrin qalmasin babetinden heftede bir nece saat turk dersi deyilirdi Qori seminariyasinda turk dili muellimleri mehz mevaciblerini ayin 20 de almaq sovqile bize ders verirdiler O vedeler turk muellimlerinin artiq zehmet cekmelerine medrese mudirleri ozleri de razi deyildiler Qori Seminariyasindaki telebelerinden biri de Neriman Nerimanov olmusdur Nerimanov oz muellimi barede bunlari yazmisdir Turk dili ve seriet muellimi indiki Seyxulislam cenab Axund Molla Ebdussalam olub Orada terbiye alan muselman usaqlarina boyuk nefeler fayda gotururdu Demek olar ki indiki hali nisbe Qori seminariyasi xususen muselman sobesi boyuk tereqqide bulunurdu Cenab Axund Ebdussalam turk diline ve seriet derslerine artiq diqqet verirdi Dersleri az idise de vaxti itirmeyib bacardigi qeder ciddi cehd edirdi O vaxt telim kitablari yox idi Bununla beraber geceler isleyib gunduz dersleri ucun hekayeler duzeldirdi Turk dilinde serf ve nehv oyredirdi serietden tarixi muqeddesden savayi en muhum meseleleri hell edirdi Qeyri dinlerden tefavutunu ve insani nefeni insani keyfiyyetleri soyleyib usaqlarin gozlerini acmaga calisirdi Insaf meqaminda demek olar ki Qori seminariyasindan elmini tamam edib indi milletperest ve yainki eli qelem tutan bes uc nefer varsa cenab Axund Molla Ebdussalamin terbiyesine baglidir Burada calisdigi muddet erzinde Tiflisde yasayan ve ya fealiyyet gosteren Mirze Feteli Axundov Eliaga Sixlinski kimi azerbaycanli ziyalilar ile tanis olmus ve birlikde calismisdir Axundzadenin yasadigi dovrde medrese ve gimnaziyalarda Azerbaycan dilinde dini pedaqoji yonumlu kitablara boyuk ehtiyac duyulurdu Bu sebebden de Axundzadenin yazdigi Zubdetul ehkam Umdetul ehkam Tarixi muqeddesi enbiya ve s kimi eserlerinin tekrar nesrleri ucun xahisler olunmusdur Seyxulislamligi1893 cu ilden 1907 ci ile kimi Qafqaz Zaqafqaziya muselmanlarinin seyxulislami vezifesini icra edib 21 iyun 1893 cu ilde Mirze Hesen Tahirzadenin olumunden sonra bu vezifeye teyin edilmis ve 1907 ci ildeki olumune qeder bu vezifede qalmisdir 1895 ci ilde ise Qafqaz Ruhani Surasinin rehberi secilmisdir O 1896 ci ilin 26 may tarixinde II Nikolayin rus imperatoru kimi tacqoyma merasiminde istirak etmisdir Ermeni muselman qirginlari zamani o iki icma arasinda sulhe nail olmaq ucun ciddi fealiyyet gostermisdir 15 may 1906 ci il tarixinde Naxcivani ziyaret etmisdir Irevan Serur Naxcivan qazilari Irevan ermeni kilsesi arximandriti Karapet ve Ceferqulu xan ile birlikde Qaraxanbeyli Tumbul Qosadize ve Sixmahmud kendlerini ziyaret etmisdir Qaraciq ve Bulqan kendinin muselman turk ehalisi ermenilerin yasadigi Qaraxanbeyli kendine toplanmis burada her iki milletin numayendeleri onlarin arasinda her hansisa dusmenliyin olmadigini elan etmisdirler O ermeni katalikosu Mkrtic Xrimian ile birlikde 1905 ci ilin iyununda yasanmis qirginlari pisleyen beyanat yayimlamisdir O qizi Zabitenin Gencede olarken qirginlarin sahidi oldugu ucun eseb pozgunlugundan olum xeberini almis qizinin olumunden duydugu agir hisseler neticesinde 18 noyabr 1907 ci ilde vefat etmisdir O Tiflisde gorkemli azerbaycanlilarin defn edildiyi panteonda defn edilmisdir Onu vezifede muveqqeti olaraq Abbasqulu Soltanhuseynbeyov evez etmis daha sonra ise vezifeye daimi olaraq Mehemmedhesen Movlazade Sekevi teyin edilmisdir O dini edebiyyatin yayilmasina cox komek edib eyni zamanda dine ve seriete dair bir sira kitablar yazaraq nesr etdirib Onun uc cildlik Tarixi muqeddes enbiya Risaleyi Zubtedul ehkam kitablarinda muselmanlarin dini teleblere uygun olan itaetkar heyat terzi teblig edilir Muselman birliyine aid revayetler ve s yazilari da movcuddur Haci Zeynalabdin Tagiyevin vesaiti hesabina seyxulislam Ebdusselam Axundzade Tarixi muqeddes kitabini nesr etdirmisdir Car hokumeti onu 1907 ci il noyabrin 18 de Qafqaz Zaqafqaziya Sie Ruhani Idaresinin sedri secerek ona seyxulislam ve mulki musavir rutbesi verib O defelerle car ordenlerine layiq gorulub EserleriRus dilinde Uchebnik po islamu Islam dersliyi Lekarstvo ot nevezhestva obyasnenie i zayavlenie metoda lecheniya Cehalet derdinin dermani ve tedavi usulunun serhi ve beyani Sankt Peterburq 1889 Nastavlenie i nazidanie Moize ve nesihetler 1903 Azerbaycan turkcesinde Umdetul ehkam 1882 Tebriz Risaleyi zubdetul ehkam 1898 Tiflis Tarixi Muqeddes Enbiya Muqeddes peygemberlerin tarixi 1892 ci ilde yazilib ve 1893 1901 ve 1903 cu illerde Bakida tekrar cap olunub Tarixi Muqeddes Xatemul Enbiya ve Xilafet Xetti Teliq ve Nesteliq Kitab muellifi etfal 1897 Serfi muxteserFars dilinde Miftahil Lisani Farsi fars فارسي لسان مفتاح Fars dilinin acari 1891 Qawaid Mukhtasare Farsi Fars dilinin qisa qaydalari Mutalie i Kitab i Iqan fars کتاب مطالعه ایقان Kitab i Iqani nece oxumali 1896 Tiflis Mudafia bar megalei khasm fars مدافعه بر مقابلهخصم Reqibin meqalesine qarsi mudafie 1897 Tiflis Nasihati waiz fars نصحيتو وعظ Vaizin nesiheti 1903 AilesiOnun en azi uc defe evlendiyi bellidir Ummu Salame Salyanin meshur bey ailesi olan Muradxanovlardan Ebduleli beyin qizi Ebdulletif bey Ebduresid bey Axundov d 10 aprel 1880 o aprel 1940 huquqsunas ve Azerbaycan Xalq Cumhuriyyeti zamani Bakinin qubernatoru olmusdur Asef bey Valide Xanim d 20 dekabr 1884 Zabite Xanim d 1887 o 1905 Hidayet bey d 20 dekabr 1893 Gulare Xanim ulara khanum Salyanin yerli din xadimlerinden biri olan Haci Elekberin qizi Asiye Xanim d 25 sentyabr 1901 Sona Xanim Salyanin yerli esilzadelerinden olan Cavad beyin qizi Ozunun esas ailesi ile birlikde o meshur memar Enver Qasimzadenin boyuk dayisidir Bele ki Enverin atasi Eli Qasimov Ebdusselamin bacisinin ogludur Belelikle o Enver Qasimzadenin oglu Azerbaycanin emekdar memari Elbay Qasimzade ve meshur azerbaycanli opera ifacilari olan Fidan ve Xuraman Qasimovalar ile de qohumdur Istinadlar Axundzade Ebdusselam Axund Velimemmed oglu 2021 06 14 tarixinde Istifade tarixi 2018 05 10 Nurullayev 2014 seh 55 58 Faiq Velioglu Ebdusselam Axundzade 2016 03 04 tarixinde Istifade tarixi 2015 12 10 Rahnulla 2021 Axundzade Ebdusselam Axund Velimemmed oglu calilbook musigi dunya az 2010 2021 06 14 tarixinde Istifade tarixi 8 oktyabr 2023 Nazim Nesreddinov Naxcivanin Eshai Kehfi Olaylar 2013 26 dekabr S 13 2021 10 19 tarixinde Istifade tarixi 2015 12 10 Ehmedov 2014 seh 140 Rahnulla 2021 seh 5 Mustafa 2015 seh 156 Խրիմյան Հայրիկի և Բաքվի Շեյխ ուլ Իսլամի համատեղ կոչը հայ և ադրբեջանցի ժողովուրդներին 1905 թվականին Joint appeal of Khrimyan Hayrik and Sheikh ul Islam of Baku to the Armenian Azerbaijani peoples in 1905 Էջմիածին Էջմիածին Պաշտօնական ամսագիր Հայրապետական Աթոռոյ Ս Էջմիածնի Ծ Ա Գ 41 2022 12 23 tarixinde Istifade tarixi 28 oktyabr 2023 Valehoglu 2013 seh 156 Rahnulla 2017 Zaytsev 2015 seh 222 Islamic manuscript catalogue PDF Institute of Oriental Manuscripts of the Russian Academy of Sciences Hashemian Hadi مدافعه بر مقاله خصم از عبدالسلام آخوندزاده شیخ الاسلام قفقاز Defending against the Enemy article by Abdul Salam Akhundzadeh Shaykh al Islam of the Caucasus Payam i Baharistan Persian 3 12 386 ISSN 1735 9929 Huseynzade 2021 seh 340 342 Musayeva Yasaman Efsane qadin www anl az 27 December 2019 2021 06 14 tarixinde Istifade tarixi 2021 06 14 MenbeSevinj Rahnulla Seyxulislam Abdussalam Axundzadenin dini etik gorusleri Dissertasiya PDF Baki 2021 Nazim Mustafa Massacres in Nakhchivan and Sharur Daralayaz genocide preslib az 2015 S V Rahnulla Pyatyj shejh ul islam duhovnogo upravleniya musulman Kavkaza Aktualni problemi filosofiyi ta sociologiyi 2017 Tuncay Huseynzade Istiqlal fedaileri Azerbaycan Xalq Cumhuriyyetinin Daxili Isler Nazirleri ve silahdaslari 1918 1920 2021 Ilya Zaytsev Dokumenty epohi Shamilya iz Gosudarstvennogo arhiva Rossijskoj Federacii Moskva Vostokovedenie Tezisy dokladov nauchnoj konferencii 2015 Huseyn Ehmedov Azerbaycan mekteb ve pedaqoji fikir tarixi Baki Elm ve tehsil 2014 Fexri Valehoglu Tiflis quberniyasinda azerbaycanlilara qarsi 1905 ci il kutlevi qirginlari AMEA Tarix Institutu 2013 Fuad Nurullayev PDF Baki Nurlar ISBN 978 9952 490 50 3