İranda çovğun (fars. برف و بوران ۱۳۵۰ ایران) — 1972-ci ilin 3 fevral tarixindən 9 fevral tarixinə qədər davam etmiş şiddətli çovğun.İranın şimal-qərb, mərkəzi və cənubi ərazilərində baş vermiş çovğunlar nəticəsində azı 4 min nəfərə yaxın şəxs həlak olmuşdur. Öz həcminə və vurduğu ziyana görə çovğun Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Təbii fəlakət nəticəsində ən azı 200 kənd yer üzündən silinmişdir, bəzi yerlərdə qarın hündürlüyü 9 metrə qədər yüksəlib. Çovğun dörd illik quraqlıq mövsümündən sonra gəlmişdir.
İranda çovğun | |
---|---|
| |
Növü | Qar fırtsınası, çovğun |
Ölkə | İran |
Yeri | İranın şimal-qərb, mərkəzi və cənubi əraziləri |
Tarix |
|
Vikianbarda əlaqəli mediafayllar |
Təbii fəlakət nəticəsində İranda nə qədər insanın həlak olduğu məlum deyil. Qəfil yağan şiddətli qar nəticəsində onlarla dağ kəndinə gediş-gəliş kəsilmiş və nəticədə mühasirədə qalmış insanların bir çoxu soyuq havanın səbəb olduğu xəstəliklərdən və açlıqdan vəfat etmişdilər. Çovğun nəticəsində adətən isti hava şəratinə malik olan və mülayim qışları ilə tanınan İranın cənub hissəsinə belə 8 metr hündürlüyündə qar yağmışdır.
İttilaət qəzeti tərəfindən 2010-cu ildə hazırlanmış yeni araşdırma xarakterli hesabatlara görə ən çox insan itkisi Fars ostanının şəhərlərindən və Sipidan şəhristanının mərkəzi olan Ərdəkan şəhərində qeydə alınmışdır. Kakkan və Kumar kəndlərində yaşayan insanların hamısı qarın altında qalaraq həlak olmuşdur.
Şimal-qərbdə, Türkiyə ilə sərhəd yaxınlığında, Urmiya şəhristanı ərazisinə daxil olan Şəklabad kəndində ən azı 100 nəfər həlak olub. Bəzi ekspertlərin fikrincə, 200-ə yaxın kənd qar altında qalıb və xəritədən tamamilə silinmişdir.1972-ci ildəki şiddətli çovğundan sonra əhalisini itirən sözügedən kəndlər bu gündə boş və xaraba vəziyyətdədir.
Hadisə
1972-ci il qışı Azərbaycan Sovet Sosialist Respublikası daxil olmaqla İranda soyuq və sərt keçmişdir. Bəzi mənbələrdə soyuq hava kütləsinin məhz Azərbaycandan keçərək İrana daxil olduğu bildirilir. Çovğundan əvvəlki 4 il İranda quraq keçib. Buna görə də 1972-ci ilin 3 fevral tarixində qar yağmağa başlayanda əhali tərəfindən qarın yağması məmnunluqla qarşılanıb. Belə hallarda həmişə olduğu kimi, qar örtüyünün torpağın məhsuldarlığına müsbət təsir edəcəyi gözlənilirdi.
Qar adətən İranın təkcə şimal və şimal-qərb ərazilərində yağdığı halda, indi mərkəz və hətta cənubda da yağırdı. Burada yaşayan hətta yaşlı sakinlər ilk dəfə qar görürdülər. Yerli əhali tərəfindən qarın yağması sevinclə qarşılansa da, qısa zamanda sevinc narahatlıq hissləri ilə əvəzlənir. 1 həftə dayanmadan yağan qar nəticəsində qarın ortalama hündürülyü 3 metrdən çox idi. Qəribə olsa da, adətən isti iqlimi ilə seçilən cənubda vəziyyət daha acınacaqlı idi. Burada qarın hündürlüyü bəzi yerlərdə 8 metrə çatırdı.
Əvvəlcə İranın mərkəzində yerləşən Şəhrikürddə −27 dərəcə şaxta kimi rekord göstərici qeydə alındı. Bir neçə gün sonra isə Xəzər dənizindən cənubda yerləşən Firuzkuh şəhərində −36 dərəcə, Xorasanda −37 dərəcə şaxta qeydə alındı. Digər ərazilərdə −6–20 dərəcə şaxta var idi.
Qarın ən hündür olduğu yerlərdən biri İranın mərkəzində yerləşən Ərdəkan şəhəri və ətrafı idi. Halbuki bu yerlər özünün quraq və isti iqlimi ilə seçilirdi. Burada yaşayan insanların heç normal qış geymi olmurdu.
Heyran dağ aşırımı ilə insanları daşıyan 20-dən çox avtobus aşırımın hər iki tərəfində sıxılmış vəziyyətdə qalmışdır. 30-dan çox avtobusun isə qəzaya uğradığı və ya sərnişinlərinin donaraq həlak olduqları ehtimal olunur. Qar uçqunuları səbəbindən SSRİ ordusu ərazidə köməksiz vəziyyətdə qalmış vətəndaşlarını xilas edə bilməmişdir. Həmin dövrə aid bir digər məlumatlara görə Mehrabad Beynəlxalq Hava Limanına enməli olan təyyarələlərin pilotları pis hava şəraiti səbəbindən enişə razı olmamışdılar və qonşu ölkələrə istiqamətlənmək məcburiyyətində qalmışdılar. Təbriz şəhərində insanların soyuqdan huşlarının itirməsi də, həmin tarixə qədər görünməmiş hadisə hesab olunurdu.
Xeyli sayda yaşayış məntəqələri ilə əlaqələr kəsilmişdir. Həm də təkcə nəqliyyat əlaqələri deyil, hər hansı bir rabitə, çünki qar bütün rabitə xətlərini sıradan çıxardı. Fəlakətin miqyası və geniş ərazini əhatə etməsi hökuməti çarəsiz durumda buraxdı. Görünüş məsafəsinin sıfıra bərabər olması hətta helikopterlərlə ərzaq tullamağa da imkan vermirdi. Özünün dağlıq relyefi ilə seçilən Qərbi Azərbaycan ostanında xüsusilə ciddi kommunikasiya problemləri baş vermişdir.
İnsanlar qızınmaq üçün əllərinə keçəni yandırırdılar. Yeməyə bir şey tapmayan yırtıcı heyvanlar yaşayış məntəqələrinə üz tuturdular. Çovğun İranın faunasına da ciddi zərər vurdu, çoxlu sayda heyvanlar tələf olmuşdur.
Faciə nəticəsində İranın 200 kəndinin yer üzündən silindiyi ehtimal olunur. İran-Türkiyə sərhədi yaxınlığında yerləşən Şəklabad kəndində yaşayan 100 sakinin hamısı həlak olmuşdur. 10 fevral tarixində hava bir qədər mülayimləşəndə hərbçilər bu kənddə xilasetmə əməliyyatı aparmağa cəhd göstərdilər, amma qar altından yalnız 18 cəsəd çıxara bildilər. Ertəsi gün havanın yenidən pisləşməsi səbəbindən işlər dayandırıldı. Yalnız ətrafa iki ton çörək və xurma buraxıldı, sağ qalan kimsə olmadığı üçün buraxılan ərzaqlara heç kim toxunmamışdır.
Qar fırtınası və çovğun nəticəsində həlak olanların sayı İran mənbələrində 4 min olaraq göstərilmişdir. Bu rəqəmə kəndlərdə köməksiz vəziyyətdə qalaraq açlıqdan və soyuqdan ölənlər və havalar istiləşəndən sonra nəhəng qar kütlələlərinin əriməsi nəticəsində baş verən daşqınlarda və qrip edpidemiyalarında ölən şəxslər daxil edilməmişdir.
İstinadlar
- . noaa.gov. 19 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 September 2007.
- Sweetland Edwards, Haley. "40 Years Ago, Iran Was Hit by the Deadliest Blizzard in History". Mental Floss. 7 February 2012. 11 February 2013 tarixində . İstifadə tarixi: 20 May 2019.
- Subramanian, R. Disaster Management (ingilis). Vikas Publishing House. ISBN . 2023-02-05 tarixində . İstifadə tarixi: 2023-09-25.
- Glantz, Mickey. Climate Affairs (ingilis). Island Press. 2003-05-16. ISBN . 2023-02-05 tarixində . İstifadə tarixi: 2023-09-25.
- Yadigar Sadıqlı. "1972-ci ildə İranda baş vermiş dəhşətli çovğun haqqında məqalə" (Azərbaycan dili). 10 fevral, 2022. (#archive_missing_date) tarixində . İstifadə tarixi: 16 sentyabr 2023.
- "Missing Put at 6,000 in Iranian Blizzard". The New York Times. 11 February 1972. səh. 4. 5 February 2023 tarixində . İstifadə tarixi: 25 September 2023.
- "Thousands Missing in Iran Snow". Oakland Tribune. 10 February 1972. səh. 1.
- Yadigar Sadıqlı. "1972-ci ildə İranda baş vermiş dəhşətli çovğun haqqında məqalə" (Azərbaycan dili). 10 fevral, 2022. (#archive_missing_date) tarixində . İstifadə tarixi: 16 sentyabr 2023.
- "The deadly blizzard of 1972 and the pleasure trip which was not canceled". The Latest News (fars). 2023-01-21 tarixində . İstifadə tarixi: 2023-01-21.
- Yadigar Sadıqlı. "1972-ci ildə İranda baş vermiş dəhşətli çovğun haqqında məqalə" (Azərbaycan dili). 10 fevral, 2022. (#archive_missing_date) tarixində . İstifadə tarixi: 16 sentyabr 2023.
- Yadigar Sadıqlı. "1972-ci ildə İranda baş vermiş dəhşətli çovğun haqqında məqalə" (Azərbaycan dili). 10 fevral, 2022. (#archive_missing_date) tarixində . İstifadə tarixi: 16 sentyabr 2023.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Iranda covgun fars برف و بوران ۱۳۵۰ ایران 1972 ci ilin 3 fevral tarixinden 9 fevral tarixine qeder davam etmis siddetli covgun Iranin simal qerb merkezi ve cenubi erazilerinde bas vermis covgunlar neticesinde azi 4 min nefere yaxin sexs helak olmusdur Oz hecmine ve vurdugu ziyana gore covgun Ginnesin Rekordlar Kitabina daxil edilmisdir Tebii felaket neticesinde en azi 200 kend yer uzunden silinmisdir bezi yerlerde qarin hundurluyu 9 metre qeder yukselib Covgun dord illik quraqliq movsumunden sonra gelmisdir Iranda covgunBas vermis covgun zamani qezaya ugramis avtomobile komek etmeye calisan insanlar 1972 Novu Qar firtsinasi covgunOlke IranYeri Iranin simal qerb merkezi ve cenubi erazileriTarix 3 fevral 9 fevral 1972 Vikianbarda elaqeli mediafayllar Tebii felaket neticesinde Iranda ne qeder insanin helak oldugu melum deyil Qefil yagan siddetli qar neticesinde onlarla dag kendine gedis gelis kesilmis ve neticede muhasirede qalmis insanlarin bir coxu soyuq havanin sebeb oldugu xesteliklerden ve acliqdan vefat etmisdiler Covgun neticesinde adeten isti hava seratine malik olan ve mulayim qislari ile taninan Iranin cenub hissesine bele 8 metr hundurluyunde qar yagmisdir Ittilaet qezeti terefinden 2010 cu ilde hazirlanmis yeni arasdirma xarakterli hesabatlara gore en cox insan itkisi Fars ostaninin seherlerinden ve Sipidan sehristaninin merkezi olan Erdekan seherinde qeyde alinmisdir Kakkan ve Kumar kendlerinde yasayan insanlarin hamisi qarin altinda qalaraq helak olmusdur Simal qerbde Turkiye ile serhed yaxinliginda Urmiya sehristani erazisine daxil olan Seklabad kendinde en azi 100 nefer helak olub Bezi ekspertlerin fikrince 200 e yaxin kend qar altinda qalib ve xeriteden tamamile silinmisdir 1972 ci ildeki siddetli covgundan sonra ehalisini itiren sozugeden kendler bu gunde bos ve xaraba veziyyetdedir Hadise1972 ci il qisi Azerbaycan Sovet Sosialist Respublikasi daxil olmaqla Iranda soyuq ve sert kecmisdir Bezi menbelerde soyuq hava kutlesinin mehz Azerbaycandan kecerek Irana daxil oldugu bildirilir Covgundan evvelki 4 il Iranda quraq kecib Buna gore de 1972 ci ilin 3 fevral tarixinde qar yagmaga baslayanda ehali terefinden qarin yagmasi memnunluqla qarsilanib Bele hallarda hemise oldugu kimi qar ortuyunun torpagin mehsuldarligina musbet tesir edeceyi gozlenilirdi Qar adeten Iranin tekce simal ve simal qerb erazilerinde yagdigi halda indi merkez ve hetta cenubda da yagirdi Burada yasayan hetta yasli sakinler ilk defe qar gorurduler Yerli ehali terefinden qarin yagmasi sevincle qarsilansa da qisa zamanda sevinc narahatliq hissleri ile evezlenir 1 hefte dayanmadan yagan qar neticesinde qarin ortalama hundurulyu 3 metrden cox idi Qeribe olsa da adeten isti iqlimi ile secilen cenubda veziyyet daha acinacaqli idi Burada qarin hundurluyu bezi yerlerde 8 metre catirdi Ittilaet qezetinin 1972 ci il 3 fevral tarixli sayinda Iranda bas vermis dehsetli covgun hadisesi haqqinda verilmis xeber Qezetin esas sehifesinde verilmis iki ferqli xeberin ilki 60 vetendas qar covgununda helak oldu basligi ile facie haqqinda melumat verilir Diger basliq ise Mehemmed Rza Pehlevi ve Fereh Pehlevinin Isvecrenin Sankt Morits kurort seherinde dincelmesi haqqindadir Evvelce Iranin merkezinde yerlesen Sehrikurdde 27 derece saxta kimi rekord gosterici qeyde alindi Bir nece gun sonra ise Xezer denizinden cenubda yerlesen Firuzkuh seherinde 36 derece Xorasanda 37 derece saxta qeyde alindi Diger erazilerde 6 20 derece saxta var idi Qarin en hundur oldugu yerlerden biri Iranin merkezinde yerlesen Erdekan seheri ve etrafi idi Halbuki bu yerler ozunun quraq ve isti iqlimi ile secilirdi Burada yasayan insanlarin hec normal qis geymi olmurdu Heyran dag asirimi ile insanlari dasiyan 20 den cox avtobus asirimin her iki terefinde sixilmis veziyyetde qalmisdir 30 dan cox avtobusun ise qezaya ugradigi ve ya sernisinlerinin donaraq helak olduqlari ehtimal olunur Qar ucqunulari sebebinden SSRI ordusu erazide komeksiz veziyyetde qalmis vetendaslarini xilas ede bilmemisdir Hemin dovre aid bir diger melumatlara gore Mehrabad Beynelxalq Hava Limanina enmeli olan teyyarelelerin pilotlari pis hava seraiti sebebinden enise razi olmamisdilar ve qonsu olkelere istiqametlenmek mecburiyyetinde qalmisdilar Tebriz seherinde insanlarin soyuqdan huslarinin itirmesi de hemin tarixe qeder gorunmemis hadise hesab olunurdu Xeyli sayda yasayis menteqeleri ile elaqeler kesilmisdir Hem de tekce neqliyyat elaqeleri deyil her hansi bir rabite cunki qar butun rabite xetlerini siradan cixardi Felaketin miqyasi ve genis erazini ehate etmesi hokumeti caresiz durumda buraxdi Gorunus mesafesinin sifira beraber olmasi hetta helikopterlerle erzaq tullamaga da imkan vermirdi Ozunun dagliq relyefi ile secilen Qerbi Azerbaycan ostaninda xususile ciddi kommunikasiya problemleri bas vermisdir Insanlar qizinmaq ucun ellerine keceni yandirirdilar Yemeye bir sey tapmayan yirtici heyvanlar yasayis menteqelerine uz tuturdular Covgun Iranin faunasina da ciddi zerer vurdu coxlu sayda heyvanlar telef olmusdur Facie neticesinde Iranin 200 kendinin yer uzunden silindiyi ehtimal olunur Iran Turkiye serhedi yaxinliginda yerlesen Seklabad kendinde yasayan 100 sakinin hamisi helak olmusdur 10 fevral tarixinde hava bir qeder mulayimlesende herbciler bu kendde xilasetme emeliyyati aparmaga cehd gosterdiler amma qar altindan yalniz 18 cesed cixara bildiler Ertesi gun havanin yeniden pislesmesi sebebinden isler dayandirildi Yalniz etrafa iki ton corek ve xurma buraxildi sag qalan kimse olmadigi ucun buraxilan erzaqlara hec kim toxunmamisdir Qar firtinasi ve covgun neticesinde helak olanlarin sayi Iran menbelerinde 4 min olaraq gosterilmisdir Bu reqeme kendlerde komeksiz veziyyetde qalaraq acliqdan ve soyuqdan olenler ve havalar istilesenden sonra neheng qar kutlelelerinin erimesi neticesinde bas veren dasqinlarda ve qrip edpidemiyalarinda olen sexsler daxil edilmemisdir Istinadlar noaa gov 19 October 2011 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 27 September 2007 Sweetland Edwards Haley 40 Years Ago Iran Was Hit by the Deadliest Blizzard in History Mental Floss 7 February 2012 11 February 2013 tarixinde Istifade tarixi 20 May 2019 Subramanian R Disaster Management ingilis Vikas Publishing House ISBN 978 93 5271 870 2 2023 02 05 tarixinde Istifade tarixi 2023 09 25 Glantz Mickey Climate Affairs ingilis Island Press 2003 05 16 ISBN 978 1 55963 919 4 2023 02 05 tarixinde Istifade tarixi 2023 09 25 Yadigar Sadiqli 1972 ci ilde Iranda bas vermis dehsetli covgun haqqinda meqale Azerbaycan dili 10 fevral 2022 archive missing date tarixinde Istifade tarixi 16 sentyabr 2023 Missing Put at 6 000 in Iranian Blizzard The New York Times 11 February 1972 seh 4 5 February 2023 tarixinde Istifade tarixi 25 September 2023 Thousands Missing in Iran Snow Oakland Tribune 10 February 1972 seh 1 Yadigar Sadiqli 1972 ci ilde Iranda bas vermis dehsetli covgun haqqinda meqale Azerbaycan dili 10 fevral 2022 archive missing date tarixinde Istifade tarixi 16 sentyabr 2023 The deadly blizzard of 1972 and the pleasure trip which was not canceled The Latest News fars 2023 01 21 tarixinde Istifade tarixi 2023 01 21 Yadigar Sadiqli 1972 ci ilde Iranda bas vermis dehsetli covgun haqqinda meqale Azerbaycan dili 10 fevral 2022 archive missing date tarixinde Istifade tarixi 16 sentyabr 2023 Yadigar Sadiqli 1972 ci ilde Iranda bas vermis dehsetli covgun haqqinda meqale Azerbaycan dili 10 fevral 2022 archive missing date tarixinde Istifade tarixi 16 sentyabr 2023