İran körfəzi və Omanda Əfşar fəthləri — İran körfəzi və ətrafındakı əraziləri ələ keçirərək Əfşar imperiyasının körfəzin hegemon dövləti olan bir imperiyaya çevrilməsi nəzərdə tutulur. Bu bölgələri ələ keçirmək üçün edilmiş yürüşlərin hamısı ilk başlanğıcda çox uğurlu idi və bir çox hədəflər ələ keçirilmişdi. Lakin Nadir şah Əfşarın dəryabəyi (admiral) təyin etdiyi Məhəmməd Tağı xan üsyan qaldırdı və bu üsyanın yatırılmasına yönəldilən gücün itirilməsi nəticəsində əvvəlki uğurların bir qismi itirildi. Lakin sonda Məhəmməd Tağı xan ələ keçirildi, üsyan isə yatırıldı və əvvəl itirilmiş məntəqələr geri qaytarıldı.
İran körfəzi və Omanda Əfşar fəthləri | |||
---|---|---|---|
Nadirin yürüşləri | |||
| |||
Tarix | 1730-cu illərdən etibarən 1747-ci ilə qədər | ||
Yeri | İran körfəzi və ətrafı | ||
Nəticəsi | İran körfəzi imperiyanın süqutuna qədər Əfşarların hegomonluğunda oldu. | ||
Ərazi dəyişikliyi | İran körfəzindəki adaların və sahillərin çoxu ya Əfşar hakimiyyəti altına düşdü, ya da ondan asılılığı qəbul etdi. | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Əfşar imperiyasının bu torpaqlardakı hakimiyyəti Nadir şah Əfşarın öldürülməsinə qədər davam etdi. 1747-ci ildə Nadir şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra bütün Əfşar imperiyasını iç qarışıqlıqlar öz ağuşuna aldı və imperiya parçalandı. Bununla da, körfəzdəki bölgələr mərkəzi hakimiyyət tərəfindən itirildi və yerli hakimlər yenidən hakimiyyətlərini bərpa edə bildilər.
Yürüşlər
Nadirin İran körfəzini ələ keçirilmək istəməsi onun regionda yenidən imperiyasını əsas dövlət etmək niyyətindən qaynaqlanırdı. Bu yürüşlərə 1730-cu illərdən etibarən başlanmışdı və bu yürüşlərin əksəriyyəti uğurla sonlandırılmışdı. Lakin Nadir şahın bura canişin təyin etdiyi dəryasalar (admiral) Tağı xan yerlərdə işi düzgün təşkil edə bilmədi və vergilərin ağırlığından bezmiş əhali maliyyə məmurlarının Fars vilayətində tələb etdiyi yüksək vergilərə gücü çatmadıqdan sonra iğtişaşlara və üsyana qalxdı. Tağı xan ilk dövrlərdə üsyanı yatırmağa çalışsa da, bunu bacarmadı və özü də üsyana qoşulub, ona rəhbərlik etməyə başladı.
Tağı xan qiyama qoşulan kimi vilayətdəki qoşun dəstələrini öz ətrafında birləşdirməyə başladı. Tağı xan bəyan edirdi ki, körfəzdə dəniz qüvvələrinin komandanı olan Rüstəm xan onunla əlbir olmasa, vilayəti bütünlüklə Nadir şaha qarşı qiyama səfərbər etmək mümkün olmayacaqdır. Mənbənin verdiyi məlumata görə, Tağı xan 20 min nəfərlik bir dəstə ilə Bəndər Abbas yollandı, Rüstəm xanı və onun qüvvələrini öz tərəfinə çəkməyə çalışdı. Amma Rüstəm xan Nadir şaha xəyanət etmədi. Belə olanda Tağı xan sui-qəsd yolunu tutdu. Bəndər Abbas əhalisi və Rüstəm xanın xidmətində olan Fars sərkərdələri arasında belə bir təbliğat aparıldı ki, Nadir şah xəstələnib, malixülya xəstəliyinə tutulub. Gözünə görünənləri, xoşuna gəlib-gəlməyənləri səbəbsiz və sorğu-sualsız qətlə yetirir. Onun xidmətində olan qoşunun döyüşçüləri canlarının qorxusundan qaçıb dağılıblar. Tağı xan belə təbliğatla bildirmək istəyirdi ki, Rüstəm xanın dəstəsində olan sərkərdələr də Nadir şahın qəzəbindən qurtara bilməyəcəklər və ona görə onlardan tələb edirdi ki, Rüstəm xanı öldürsünlər, Bəndər Abbasda olan qüvvələrlə birlikdə Tağı xanın tərəfinə keçsinlər. Tağı xanın bu təbliğatı öz səmərəsini verdi və tezliklə Rüstəm xan öldürüldü. Bununla, Bəndər Abbas və oradakı hərbi qüvvələr də qiyamçıların nəzarəti altına düşdü. Tağı xan vilayətin sərdarı vəzifəsinə təyin edilmiş Kəlbəli xanı da aradan götürməyə müvəffəq oldu. Kəlbəli xanın öldürülməsi 1743-cü il dekabrın əvvəlinə təsadüf edir. Bütünlükdə, bu üsyan 1743-cü ilin sonu, 1744-cü ilin əvvəlində vüsət tapdı.
Qiyamın genişlənməsi və Tağı xanın əməlləri haqqında alınan hər məlumat Nadir şahın təşvişini daha da artırdı. Osmanlı dövləti ilə başlanan müharibə onun başını qarışdırdığından bu qiyamın yatırılmasına qarşı dərhal qətiyyətli tədbirlər həyata keçirə bilmədi.
Genişlənən qiyamın qarşısını almaq üçün Nadir şah Omandakı hərbi qüvvələrin komandanı geri çağırıb Tağı xanın üstünə göndərdi. Ona göstəriş verildi ki, Tağı xan əlqol açmamış onun üstünə hücum çəksin və qiyamın qarşısı alınsın. "Aləm Ara-ye Naderi"nin məlumatına görə, Məhəmməd Hüseyn xan Qırxlının 7 minlik dəstəsi Tağı xanın dəstəsi ilə Şirazda qarşılaşdı. Onların arasında 2–3 dəfə döyüş baş verdi. Lakin heç bir tərəf üstünlük qazana bilmədi. Belə olanda Tağı xan hiylə işlədib Məhəmməd Hüseyn xanın dəstəsini Şiraz məhəllələrində pusquya salmaq planına əl atdı. Və niyyətinə də nail oldu. Nadir şah əmin oldu ki, Tağı xan qiyamının yatırılması üçün daha böyük qüvvə Farsa göndərilməlidir. Bu məqsədlə o, Allahverdi xan Qırxlının rəhbərliyi altında 30 minlik bir qoşun dəstəsi təşkil edib İsfahana yola saldı. Həmin qoşun dəstəsi İsfahandan Şiraza doğru üz tutdu.
Allahverdi xan qoşunlarla Şirazın yaxınlığındakı Şah Bağı adlanan yerdə düşərgə saldı. Tağı xan əvvəlcə qaladan kənarda Allahverdi xanla döyüşə girməyi qərara aldı. Onun 10–12 min nəfərlik dəstəsi qaladan çıxıb Nadir şah qüvvələrinin üzərinə hücum etdi. Tərəflər arasında baş verən döyüş bir neçə saat çəkdi. Tağı xan böyük ümidlərlə döyüşə girsə də Allahverdi xanın dəstəsinin müqavimətini qıra bilmədi. Onun dəstəsi böyük itkilər verərək yenidən qala daxilinə qayıtmaq məcburiyyətində qaldı.
"Aləm Ara-ye Naderi"yə görə, Şiraz qalasının mühasirəsi iki ay uzandı. Mühasirənin bu qədər uzanması Nadir şahı qane etmirdi və o öz narahatlığını Allahverdi xana da çatdırdı. Nadir şah Şirazın fəthini tezləşdirmək üçün hətta əlavə hərbi qüvvə də göndərdi. Amma Şiraz qalasının müdafiə imkanları göstərilən bütün cəhdləri nəticəsiz qoydu. Qalanın mühasirəsi üç aya çatanda Tağı xanın sərkərdələri arasında olan narazılıqlar Şirazın ələ keçirilməsinə imkan verdi. Qala divarlarının müdafiəsində dayanan sərkərdələrdən biri ailəsinə aman veriləcəyi təqdirdə qala qapısını açmağa hazır olduğunu bildirdi. Allahverdi xan yazılı şəkildə həmin sərkərdəyə zəmanət verdi və bununla da qala qapılarının açılmasına imkan yarandı. Nadir şah qüvvələrinin qalaya daxil olmasından xəbər tutan Tağı xan oğlu ilə birlikdə qaladan qaçmağa müvəffəq oldu. Amma qala daxilində müqavimət xeyli davam etdi.
Nadirin ömrünün son günlərində bəzi problemlər yaşaması, getdikcə qəddarlaşması və durmadan davam edən hərbi yürüşlərin xərclərinin əhali üzərinə qoyulması insanların narazılıqlarının get-gedə artmasına səbəb olurdu. Tədricən bütün ölkəni üsyanlar bürüyürdü.
Həmçinin bax
İstinadlar
- Ehsan Yar-Shater. Encyclopaedia Iranica. Routledge & Kegan Paul. səh. 541.
- Cambridge History of Iran. Cambridge: Cambridge University Press. səh. 59.
- Michael Axworthy. "Nāder Shah and the Iranian Navy". iranicaonline.org. 2012. 2013-05-17 tarixində . İstifadə tarixi: 19 iyul 2022.
- Qüddusi, 1999. səh. 54
- Süleymanov, 2010. səh. 463
- Süleymanov, 2010. səh. 465
- Süleymanov, 2010. səh. 466
- Süleymanov, 2010. səh. 467
- Qüddusi, 1999. səh. 101
Mənbə
- Süleymanov, Mehman. Nadir şah (PDF). Tehran. 2010. 740.
- Qüddusi, Məhəmməd Hüseyn. . Bakı: Gənclik. 1999. 234. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Iran korfezi ve Omanda Efsar fethleri Iran korfezi ve etrafindaki erazileri ele kecirerek Efsar imperiyasinin korfezin hegemon dovleti olan bir imperiyaya cevrilmesi nezerde tutulur Bu bolgeleri ele kecirmek ucun edilmis yuruslerin hamisi ilk baslangicda cox ugurlu idi ve bir cox hedefler ele kecirilmisdi Lakin Nadir sah Efsarin deryabeyi admiral teyin etdiyi Mehemmed Tagi xan usyan qaldirdi ve bu usyanin yatirilmasina yoneldilen gucun itirilmesi neticesinde evvelki ugurlarin bir qismi itirildi Lakin sonda Mehemmed Tagi xan ele kecirildi usyan ise yatirildi ve evvel itirilmis menteqeler geri qaytarildi Iran korfezi ve Omanda Efsar fethleriNadirin yurusleriBender e Busehr imperiyanin Iran korfezindeki en esas ve tarixi liman seheri Tarix 1730 cu illerden etibaren 1747 ci ile qederYeri Iran korfezi ve etrafiNeticesi Iran korfezi imperiyanin suqutuna qeder Efsarlarin hegomonlugunda oldu Erazi deyisikliyi Iran korfezindeki adalarin ve sahillerin coxu ya Efsar hakimiyyeti altina dusdu ya da ondan asililigi qebul etdi Munaqise terefleriEfsar imperiyasi Oman imamligi Deniz quldurlariKomandan lar Nadir sah Efsar Efsar imperiyasinin bu torpaqlardaki hakimiyyeti Nadir sah Efsarin oldurulmesine qeder davam etdi 1747 ci ilde Nadir sahin sui qesd neticesinde oldurulmesinden sonra butun Efsar imperiyasini ic qarisiqliqlar oz agusuna aldi ve imperiya parcalandi Bununla da korfezdeki bolgeler merkezi hakimiyyet terefinden itirildi ve yerli hakimler yeniden hakimiyyetlerini berpa ede bildiler YuruslerMaskat sultanliginin ve Oman imamliginin xeritesi Nadirin Iran korfezini ele kecirilmek istemesi onun regionda yeniden imperiyasini esas dovlet etmek niyyetinden qaynaqlanirdi Bu yuruslere 1730 cu illerden etibaren baslanmisdi ve bu yuruslerin ekseriyyeti ugurla sonlandirilmisdi Lakin Nadir sahin bura canisin teyin etdiyi deryasalar admiral Tagi xan yerlerde isi duzgun teskil ede bilmedi ve vergilerin agirligindan bezmis ehali maliyye memurlarinin Fars vilayetinde teleb etdiyi yuksek vergilere gucu catmadiqdan sonra igtisaslara ve usyana qalxdi Tagi xan ilk dovrlerde usyani yatirmaga calissa da bunu bacarmadi ve ozu de usyana qosulub ona rehberlik etmeye basladi Tagi xan qiyama qosulan kimi vilayetdeki qosun destelerini oz etrafinda birlesdirmeye basladi Tagi xan beyan edirdi ki korfezde deniz quvvelerinin komandani olan Rustem xan onunla elbir olmasa vilayeti butunlukle Nadir saha qarsi qiyama seferber etmek mumkun olmayacaqdir Menbenin verdiyi melumata gore Tagi xan 20 min neferlik bir deste ile Bender Abbas yollandi Rustem xani ve onun quvvelerini oz terefine cekmeye calisdi Amma Rustem xan Nadir saha xeyanet etmedi Bele olanda Tagi xan sui qesd yolunu tutdu Bender Abbas ehalisi ve Rustem xanin xidmetinde olan Fars serkerdeleri arasinda bele bir tebligat aparildi ki Nadir sah xestelenib malixulya xesteliyine tutulub Gozune gorunenleri xosuna gelib gelmeyenleri sebebsiz ve sorgu sualsiz qetle yetirir Onun xidmetinde olan qosunun doyusculeri canlarinin qorxusundan qacib dagiliblar Tagi xan bele tebligatla bildirmek isteyirdi ki Rustem xanin destesinde olan serkerdeler de Nadir sahin qezebinden qurtara bilmeyecekler ve ona gore onlardan teleb edirdi ki Rustem xani oldursunler Bender Abbasda olan quvvelerle birlikde Tagi xanin terefine kecsinler Tagi xanin bu tebligati oz semeresini verdi ve tezlikle Rustem xan olduruldu Bununla Bender Abbas ve oradaki herbi quvveler de qiyamcilarin nezareti altina dusdu Tagi xan vilayetin serdari vezifesine teyin edilmis Kelbeli xani da aradan goturmeye muveffeq oldu Kelbeli xanin oldurulmesi 1743 cu il dekabrin evveline tesaduf edir Butunlukde bu usyan 1743 cu ilin sonu 1744 cu ilin evvelinde vuset tapdi Qiyamin genislenmesi ve Tagi xanin emelleri haqqinda alinan her melumat Nadir sahin tesvisini daha da artirdi Osmanli dovleti ile baslanan muharibe onun basini qarisdirdigindan bu qiyamin yatirilmasina qarsi derhal qetiyyetli tedbirler heyata kecire bilmedi Genislenen qiyamin qarsisini almaq ucun Nadir sah Omandaki herbi quvvelerin komandani geri cagirib Tagi xanin ustune gonderdi Ona gosteris verildi ki Tagi xan elqol acmamis onun ustune hucum ceksin ve qiyamin qarsisi alinsin Alem Ara ye Naderi nin melumatina gore Mehemmed Huseyn xan Qirxlinin 7 minlik destesi Tagi xanin destesi ile Sirazda qarsilasdi Onlarin arasinda 2 3 defe doyus bas verdi Lakin hec bir teref ustunluk qazana bilmedi Bele olanda Tagi xan hiyle isledib Mehemmed Huseyn xanin destesini Siraz mehellelerinde pusquya salmaq planina el atdi Ve niyyetine de nail oldu Nadir sah emin oldu ki Tagi xan qiyaminin yatirilmasi ucun daha boyuk quvve Farsa gonderilmelidir Bu meqsedle o Allahverdi xan Qirxlinin rehberliyi altinda 30 minlik bir qosun destesi teskil edib Isfahana yola saldi Hemin qosun destesi Isfahandan Siraza dogru uz tutdu Allahverdi xan qosunlarla Sirazin yaxinligindaki Sah Bagi adlanan yerde duserge saldi Tagi xan evvelce qaladan kenarda Allahverdi xanla doyuse girmeyi qerara aldi Onun 10 12 min neferlik destesi qaladan cixib Nadir sah quvvelerinin uzerine hucum etdi Terefler arasinda bas veren doyus bir nece saat cekdi Tagi xan boyuk umidlerle doyuse girse de Allahverdi xanin destesinin muqavimetini qira bilmedi Onun destesi boyuk itkiler vererek yeniden qala daxiline qayitmaq mecburiyyetinde qaldi Alem Ara ye Naderi ye gore Siraz qalasinin muhasiresi iki ay uzandi Muhasirenin bu qeder uzanmasi Nadir sahi qane etmirdi ve o oz narahatligini Allahverdi xana da catdirdi Nadir sah Sirazin fethini tezlesdirmek ucun hetta elave herbi quvve de gonderdi Amma Siraz qalasinin mudafie imkanlari gosterilen butun cehdleri neticesiz qoydu Qalanin muhasiresi uc aya catanda Tagi xanin serkerdeleri arasinda olan naraziliqlar Sirazin ele kecirilmesine imkan verdi Qala divarlarinin mudafiesinde dayanan serkerdelerden biri ailesine aman verileceyi teqdirde qala qapisini acmaga hazir oldugunu bildirdi Allahverdi xan yazili sekilde hemin serkerdeye zemanet verdi ve bununla da qala qapilarinin acilmasina imkan yarandi Nadir sah quvvelerinin qalaya daxil olmasindan xeber tutan Tagi xan oglu ile birlikde qaladan qacmaga muveffeq oldu Amma qala daxilinde muqavimet xeyli davam etdi Nadirin omrunun son gunlerinde bezi problemler yasamasi getdikce qeddarlasmasi ve durmadan davam eden herbi yuruslerin xerclerinin ehali uzerine qoyulmasi insanlarin naraziliqlarinin get gede artmasina sebeb olurdu Tedricen butun olkeni usyanlar buruyurdu Hemcinin baxNadirin yurusleriIstinadlarEhsan Yar Shater Encyclopaedia Iranica Routledge amp Kegan Paul seh 541 Cambridge History of Iran Cambridge Cambridge University Press seh 59 Michael Axworthy Nader Shah and the Iranian Navy iranicaonline org 2012 2013 05 17 tarixinde Istifade tarixi 19 iyul 2022 Quddusi 1999 seh 54 Suleymanov 2010 seh 463 Suleymanov 2010 seh 465 Suleymanov 2010 seh 466 Suleymanov 2010 seh 467 Quddusi 1999 seh 101MenbeSuleymanov Mehman Nadir sah PDF Tehran 2010 740 Quddusi Mehemmed Huseyn Baki Genclik 1999 234 ISBN 5 8020 1178 5