Çəqanə - çalınan dördsimli çalğı alətidir.
Tarixçə
XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur.
Söz açımı
Türkiyəli alim B. Ögel çoxdilli "Türk kültür tarihine giriş" kitabında musiqişünas alim Radlofa istinadən "çağanə" sözünün "çanaq" sözündən yarandığını bildirir. Azərbaycanlı musiqişünas Abbasqulu Nəcəfzadəyə görə isə, "çağa" kökündən törəyib "çağanə" sözü "çağa kimi, çağasayağı, çağa kimi çağlayan" anlamına gələ bilər. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyov çəqanəyə qohum alət olan kamançanın səsini də insan səsinə bənzədir.
Quruluşu
Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır. Dayaq rolunu oynayan uzun dəmir şiş çanağın alt hissəsindən keçərək qol ilə çanağı birləşdirir.
Çanağın üzü 5 mm qalınlığında şam ağacından hazırlanmış taxta üzlüklə örtülür və onun üzərində səs rezonatorları üçün oyuqlar açılır. İfaçı şişi yerə dayayaraq, aləti şaquli vəziyyətdə saxlayır və sağ əlində tutduğu kamanla səsləndirir. Alətin ümumi uzunluğu 820 mm, çanağının uzunluğu 420 mm, eni 220 mm, hündürlüyü 140 mm-dir.
Diapazonu böyük oktavanın "fa #" səsindən ikinci oktavanın "fa #" səsinə kimidir. Ansambl və orkestrlə, eləcə də solo aləti kimi istifadə edilə bilər.
İstinadlar
- Меджнун Керимов. О восстановлении забытых древних азербайджанских инструментов чанга, чагане и барбета 2022-03-25 at the Wayback Machine. Международный музыкальный культурологический журнал HARMONY
- Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.
- Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Çəqanə 2022-03-25 at the Wayback Machine
- "Azərbaycan ənənəvi musiqi atlası - Çəqanə". 2022-03-25 tarixində . İstifadə tarixi: 2014-03-02.
Ünlü ifaçıları
Xarici keçidlər
- Çəqanədə çalır Munis Şərifov
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ceqane calinan dordsimli calgi aletidir TarixceXIX esrin sonlarina kimi Azerbaycan erazisinde movcud olmusdur XIX esrin birinci yarisinda Azerbaycanda olmus ressam Q Qaqarin Samaxi reqqaseleri tablosunda ceqanenin tesvirini vermisdir Qetran Tebrizinin Imadeddin Nesiminin Seyid Ezim Sirvaninin ve bir cox klassiklerin eserlerinde de bu alet haqqinda melumat vardir Bu alet 2000 ci ilde Sotlandiyanin Edinburq seherinde kamanla ifa edilen simli musiqi aletlerinin tarixine hesr olunmus simpoziumda istirakcilarin maragina sebeb olmusdur Soz acimiTurkiyeli alim B Ogel coxdilli Turk kultur tarihine giris kitabinda musiqisunas alim Radlofa istinaden cagane sozunun canaq sozunden yarandigini bildirir Azerbaycanli musiqisunas Abbasqulu Necefzadeye gore ise caga kokunden toreyib cagane sozu caga kimi cagasayagi caga kimi caglayan anlamina gele biler Tesadufi deyil ki Uzeyir Hacibeyov ceqaneye qohum alet olan kamancanin sesini de insan sesine benzedir QurulusuAlet armudsekilli canaqdan qol ve kelleden ibaretdir Ceqanenin uzunsov canagi doqquz hisseden ibaret olub yigma usulu ile qoz sendel ve ya fistiq agacindan hazirlanir Dayaq rolunu oynayan uzun demir sis canagin alt hissesinden kecerek qol ile canagi birlesdirir Canagin uzu 5 mm qalinliginda sam agacindan hazirlanmis taxta uzlukle ortulur ve onun uzerinde ses rezonatorlari ucun oyuqlar acilir Ifaci sisi yere dayayaraq aleti saquli veziyyetde saxlayir ve sag elinde tutdugu kamanla seslendirir Aletin umumi uzunlugu 820 mm canaginin uzunlugu 420 mm eni 220 mm hundurluyu 140 mm dir Diapazonu boyuk oktavanin fa sesinden ikinci oktavanin fa sesine kimidir Ansambl ve orkestrle elece de solo aleti kimi istifade edile biler IstinadlarMedzhnun Kerimov O vosstanovlenii zabytyh drevnih azerbajdzhanskih instrumentov changa chagane i barbeta 2022 03 25 at the Wayback Machine Mezhdunarodnyj muzykalnyj kulturologicheskij zhurnal HARMONY Abbasqulu Necefzade Azerbaycan calgi aletlerinin izahli lugeti 2022 03 03 at the Wayback Machine Baki 2004 Efrasiyab Bedelbeyli Izahli monoqrafik musiqi lugeti Ceqane 2022 03 25 at the Wayback Machine Azerbaycan enenevi musiqi atlasi Ceqane 2022 03 25 tarixinde Istifade tarixi 2014 03 02 Unlu ifacilariMunis SerifovXarici kecidlerCeqanede calir Munis SerifovHemcinin baxAzerbaycan musiqisi Azerbaycan medeniyyeti