Damansk adasında sərhəd münaqişəsi (rus. Пограничный конфликт на острове Даманский, Poqraniçnıy konflikt na ostrove Damanskom) və ya Çin–Sovet sərhəd münaqişəsi (çin. (ənən.) 中苏边界冲突, pinyin: Zhōng Sū biānjiè chōngtū) — SSRİ ilə Çin arasında 1969-cu ildə baş tutmuş və təxmini olaraq 7 ay davam etmiş olan bir qrup sərhəd döyüşlərinə verilən ad.
Damansk adasında sərhəd münaqişəsi | |||
---|---|---|---|
Soyuq müharibə | |||
| |||
Tarix | 2 mart-11 sentyabr 1969-cu il | ||
Yeri | Çin - SSRİ sərhəddi | ||
Nəticəsi | Hər iki tərəf də öz qələbəsini elan etmişdir | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
SSRİ ilə Çin arasındakı sərhəd ixtilafları 1950-ci illərin sonlarında başlamışdır. 1962-ci ilin mayında təxmini olaraq 60.000 Uyğurun iqtisadi səbəblərlə əlaqədar olaraq SSRİ sərhədindən Çinin Sintszyan-Uyğur Muxtar Rayonuna köçməsi dövrün Çin mediası tərəfindən təbliğat vasitəsinə çevrilmiş və bununla əlaqədar olaraq iki ölkə arasında gərginlik getdikcə artmışdır. Bu hadisədən dərhal sonra Çin ilə SSRİ arasında heç cür həll edilə bilinməyən sərhəd məsələlərinin həlli ilə bağlı görüşlər başlamışdır. Görüşlərdə Çin, Tzin sülaləsi ilə Çar Rusiyası arasındakı XIX əsrdəki sərhədlər daxilinə qayıtmağı təklif etmişdir. Ancaq sovetlərə görə; Çin o dövrdəki torpaqları haqsız olaraq ilhaq etmişdir və bu SSRİ-yə görə bərabərsizlik olmaqla bərabər Moskvanın bunu qəbul etməsi qeyri-mümkün idi. Çin-SSRİ sərhədinin qərbində hadisələr belə olarkən, qərbdə Tacikistanın şərqində təxmini olaraq 52.000 km²-lik bir sahə Çar Rusiyası tərəfindən işğal olunmuşdur. Çin isə bağlanacaq olan bir müqavilə üçün bu ərazilərin geriyə verilməsini tələb edirdi. İki dövlət arasında olan münasibətlər belə olarkən 1964-cü ildən sonra hər iki tərəf də sərhəddə olan əsgərlərin sayını kifayət qədər çoxaltmışdırlar.
İlk döyüş 2 mart 1969-cu ildə Çin ordusuna bağlı bir qrup əsgərin şərqdəki münaqişənin əsas səbəbi olan Zhenbao adasında SSRİ-yə bağlı olan sərhəd keşikçilərini pusquya salması ilə başladı. Bunun özünə qarşı təcavüz kimi qiymətləndirən SSRİ 15 mart 1969-cu ildə Ussuri çayı və Zhenbao adasındakı Çin hərbi birliklərini bombardman etdi. Eyni gün SSRİ ordusu SSRİ istehsalı olan T-62 tankları ilə Ussuri çayını keçmiş və Çin Xalq Azadlıq Ordusunun üzərinə gizli hücum etmişdilər. 16 martda Çin ordusu adanı ələ keçirmiş olan SSRİ qüvvələrinə əks-hücuma keçmişdir. 17 martda SSRİ qüvvələri hücuma keçmiş, lakin Çin ordusu tərəfindən hücum dəf edilmişdir. 18 martda Çin birlikləri ağır itkilər vermiş və SSRİ qüvvələri tərəfindən Zhenbao adasından uzaqlaşdırılmışdırlar.
Şərqdə vəziyyət belə cərəyan edərkən qərbdəki Sincanda da iki ölkə arasında döyüşlər davam etmişdir. Artan gərginliklər SSRİ ilə Çin arasında nüvə müharibəsi ehtimalını ortaya çıxarmışdır. Dövrün iki kommunist dövləti arasında baş verə biləcək nüvə müharibəsi təhlükəsinə qarşı ABŞ və Qərb dövlətlərinin vasitəsi ilə hadisə diplomatik yollarla həll edilmişdir. Müharibədən sonra ABŞ ilə Çin münasibətləri inkişaf etmişdir.
Tarixçilər Damansk münaqişəsinin kökünü 1860-cı ildə imzalanmış Pekin müqaviləsi ilə əlaqələndirirlər. Həmin müqaviləyə görə, Rusiya ilə Çin arasında sərhəd Amur və Ussuri çaylarının sahili üzrə müəyyən edilmişdi. Onda nə çaylar özü, nə də oradakı adaların kimə məxsusuluğu dəqiqləşdirilmişdi. Lakin ötən əsrin 50-ci illərində, xüsusən İ.Stalinin ölümündən sonra sovet rəhbərliyinin apardığı yeni siyasətlə razılaşmayan Çin rəhbərliyi sərhədləri dəqiqləşdirmək qərarına gəlir. Daha doğrusu, Çin Ussuri çayındakı Damansk adasının bu ölkəyə məxsus olduğunu iddia etməyə başlayır.
Əslində bu iddia əsassız deyildi. Çünki ada Çin tərəfə daha yaxın idi — ölkənin quru sərhədindən Damanska qədər olan məsafə cəmi 50-60 metr idi. Ona görə də Çin sərhədçiləri vaxtaşırı adaya keçir, bu ərazinin onlara məxsus olduğunu bildirirdi. Bəzən belə hallar əlbəyaxa döyüşlərlə müşayiət edilsə də, bir qayda olaraq silah işlədilmirdi.
60-cı illərin axırlarında SSRİ-Çin münasibətləri daha da gərginləşdi. Bu gərginlik həm də Çexoslavakiyaya qoşun yeridilməsi ilə bağlı idi.
Uzaq Şərqdəki sovet qoşunlarının sayının artırılması və Çin rəhbəri Mao Tsezudunu zorla devirmək ehtimalı da az narahatlıq doğurmurdu.
Xatırladaq ki, Damansk adası Xabarovskdan 300 kilometr cənubda Ussuri çayının içində yerləşirdi. Uzunluğu 1700, eni təxminən 500 metr olan ada əsasən kolluqdan ibarət idi.
İlk hücum
1969-cu il martın 2-də yerli vaxtla saat 11 radələrində Nijne-Mixaylovsk zastavasının rəisi baş leytenant İvan Strelnikova məlumat verilir ki, adaya tərəf bir qrup Çin hərbçisi irəliləyir.
Strelnikov zastavada həyəcan siqnalı elan edir, özü isə iki «BTR» və bir «QAZ-66» avtomobili götürərək hadisə yerinə gedir. 13 və 18 nəfərdən ibarət iki qrupa bölünmüş sərhədçilər donmuş Ussuri çayının üzərindən keçərək iki tərəfdən adaya çıxmağa başlayırlar. Baş leytenant özü isə dörd əsgərlə birlikdə çinlilərlə danışıq aparmağa gedir. Bir neçə metr qalmış Çin sərhədçiləri şinellərinin altında gizlətdikləri avtomatlardan atəşə başlayaraq sovet sərhədçilərini qətlə yetirirlər. Hadisə yerinə yaxınlaşan ikinci qrup da atəşə tutulur və həmin qrupdan yalnız bir əsgər sağ qalır. Burada əsl döyüş getdiyini başa düşən üçüncü qrup adaya atəşlə daxil olur və bir saat davam edən döyüşdən sonra Çin əsgərləri geri çəkilməyə başlayırlar.
Martın 4-də mətbuatda sovet hökumətinin ÇXR hökumətinə etiraz notası dərc olunur.
Moskva susur
Hadisələr zamanı Damanskda olmuş Primorye radiosunun müxbiri Vladimir Fridyevin yazdığına görə, həmin günlər Moskvadan sərhədçilərə konkret nə etməyi məsləhət görən və əmr verən tapılmayıb. Deyilənə görə, münaqişə başlayan gecə hətta Moskvadakı Çin səfirini də yerində tapıb sərhəddə nə baş verdiyini soruşa bilməyiblər.
Martın 15-nə keçən gecə yenidən adaya yaxınlaşan Çin sərhədçiləri meqafonla rusları Damanskı tərk etməyə çağırıblar. Bir saat davam edən danışıqlardan sonra çinlilər top və minomyotlardan atəşə başlayıb. Döyüşün yenidən başlanması barədə məlumat verilsə də, Moskvadan uzun müddət yenə konkret göstəriş verilməyib.
Bununla belə, 45 nəfərlik qrup Çin hərbçiləri ilə döyüşə atılıb. Çin tərəfdə döyüşçülərin sayı getdikcə artdığı halda sovet sərhədçiləri kömək ala bilməyiblər. Bu hadisənin böyük müharibəyə çevrilməsi təhlükəsi hərbçiləri qorxudub və onlar artilleriyanı işə salmağa cəsarət etməyiblər. Martın 16-da sursat tükəndiyi üçün dəstə adanı tərk etməyə məcbur olub.
Vəziyyətin getdikcə gərginləşdiyini görən İman sərhəd dəstəsinin rəisi, polkovnik Demokrat Leonov öz təşəbbüsü ilə tank alayını hücuma aparıb. Qabaqda gedən «T-62» tankını çinlilər asanlıqla sıradan çıxara biliblər. Qəfildən kolluqdan çıxan Çin əsgəri D.Leonovun əyləşdiyi «T-62»-nin yanacaq bakını on metr məsafədən əl qumbarası ilə partladır və nəticədə tank yanmağa başlayır. Çin snayperi yanan tankdan çıxmaq istəyən Leonovu düz ürəyindən vurur. Onun cəsədini döyüş meydanından kəşfiyyatçılar yalnız gecə düşəndən sonra götürə bilirlər.
Qeyd edək ki, Demokrat Leonov 1926-cı ildə Bakıda doğulmuş, əvvəl Zaqafqaziya Sərhəd Dairəsində qulluq etmiş, sonra isə Uzaq Şərqə göndərilmişdi. Damansk adasında göstərdiyi qəhrəmanlığa görə ona ölümündən sonra — 1969-cu il martın 21-də Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Damansk münaqişəsinə görə baş leytenant İ.Strelnikov (ölümündən sonra), baş leytenant V.Bubenin və kiçik serjant Y.Babanski də Sovet İttifaqı Qəhrəmanı fəxri adı alıb.
Qəribədir ki, bu təltiflər də cəmiyyətdə birmənalı qarşılanmayıb. Məsələn, hazırda general-mayor rütbəsində istefada olan Yuri Babanskiyə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı mübahisələr bu gün də səngimir. Strelnikovun ölümündən sonra döyüşən qrupa kiçik serjant Y.Babanski rəhbərlik edib. Babanski əvvəlki xidmət yerində intizamı pozduğu və hərbi hissəni icazəsiz tərk etdiyi üçün məhkəməyə verilməli imiş. Amma onu cəzalandırmaq məqsədi ilə hadisələrdən cəmi bir neçə gün əvvəl bu zastavaya dəyişdiriblər. Buradakı döyüş xidmətlərinə görə Babanski «Qırmızı ulduz» ordeninə təqdim edilib. Amma bilərəkdən, ya bilməyərəkdən Moskvada «Qırmızı ulduz»u Sovet İttifaqı Qəhrəmanının «Qızıl ulduz»u ilə əvəz ediblər.
Çin-Sovet sərhəd münaqişəsində iştirak etmiş olan həmyerlimiz Tofiq Abbasov
Həmin döyüşlərdə daha bir həmyerlimiz — Dəvəçidən hərbi xidmətə çağırılmış Tofiq Abbasov da həlak olub. O, Nijne-Mixaylovsk zastavası ilə qonşu zastavada qulluq edib və Damanska gətirilən köməkçi dəstənin tərkibində olub. Həmyerlimizin qulluq etdiyi hərbi hissənin komandiri G.Morozovun T.Abbasovun valideynlərinə göndərdiyi məktubda deyilirdi: “...Sizin oğlunuz döyüşdə xüsusi qəhrəmanlıq göstərmişdir. O, pulemyotçu idi. Maoçular Tofiqgilin susmaq bilməyən pulemyotunu toplardan atəşə tutmuşdular. Tofiq çiynindən və sinəsindən yaralansa da, döyüşü tərk etməmişdi. ...Xain düşmənin top mərmisi düz onların olduqları yerə düşdü. Tofiq dörd döyüş dostu ilə həlak oldu”.
Qeyd edək ki, həmin döyüşdə Tofiqgilin zastavasından 15 nəfər həlak olub və onların hamısı Uzaq Şərqdə — Kamennı-Rıbalov şəhərində qardaşlıq qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində ailədən Tofiqin qardaşı Xalid iştirak edib.
Həmin günlərdə bütün Sovet İttifaqında, o cümlədən Azərbaycanda “Çin fitnəkarlarına ar olsun!” şüarı ilə etiraz mitinqləri təşkil olunub. Generallar Damansk barədə
Hələ 1964-cü ildə sərhəd məsələlərinə dair SSRİ-Çin danışıqlarına rəhbərlik edən SSRİ Sərhəd Qoşunları İdarəsinin rəisi general-polkovnik P.Zıryanov sovet dövlətinin başçısı N.Xruşşova sərhəd məsələsində, o cümlədən Damansk məsələsində güzəştə getməyi təklif edib. Generalın xarici siyasət sahəsində «təşəbbüs»ündən dəhşətə gələn Xruşşov onu «təslimçi yaramaz» («parşivıy kapitulyant») adlandırıb və özünəməxsus fəhlə-kəndli manerası ilə generalı söyüb. Nəticədə infarkt keçirən Zıryanov bir də 1968-ci ildə — L.Brejnevin vaxtında yenə məsələni danışıqlar yolu ilə həll etməyi təklif edib. Generalın təşəbbüsü bu dəfə də qulaqardına vurulub.
1969-cu ildə SSRİ Sərhəd Qoşunları Baş İdarəsinin rəisi olmuş general-leytenant V.Matrosov isə sonralar etiraf edib ki, «Damanskda işləri biz korlamışdıq».
«Möcüzəli» silah
Döyüşlərin şahidi olmuş jurnalist V.Fridyev: «Yuxarıdan verilən tapşırığa əsasən o dövrdə biz jurnalistlər yalandan yazırdıq ki, Damansk adasında yeni möcüzəli silah tətbiq olunub və guya onun köməyi ilə bir milyon çinli o dünyaya göndərilib.
Xəbərlər yayılmışdı ki, ada artıq yoxdur, onu bizimkilər tamamilə dağıdıb yerlə-yeksan ediblər ki, heç kimə qalmasın. Bir sözlə, Damansk barədə həqiqətlə əfsanə bir-birinə qarışmışdı».
Əslində isə həmin günlərdə sovet ordusu gec də olsa öz texniki üstünlüyünü göstərib və ən müasir hərbi texnikadan istifadə edib. Amma bu texnika indiki dövrün meyarları ilə sirli və qeyri-adi silah olmayıb. Söhbət Qarabağ müharibəsindən az qala uşaqların da tanıdığı və barəsində eşitdiyi «Qrad» qurğusundan gedir. Bu qurğular ilk dəfə Damansk döyüşündə sınaqdan çıxarılıb və texniki üstünlüyünü sübut edib. Dəqiq atılan mərmilər sözün əsl mənasında çinliləri biçib töküb.
Qərb mətbuatı həmin vaxt hətta döyüş yerindən bir neçə kilometr aralıda belə yanmış insan ətinin dəhşətli üfunəti barədə xəbərlər yayıb. Görünür, bu döyüşdə sovetlərin lazer silahından istifadə etməsi barədə əfsanə də belə xəbərlərdən qaynaqlanıb.
Damansk adasına milyonlarla Çin əsgərinin yeridilməsi və bir milyon çinlinin öldürülməsi barədə məlumat da sovet təbliğatının uydurması olub. Çin tərəfi döyüşlərdə bir mənbəyə görə 200, başqa bir mənbəyə görə isə 600 nəfər itirib. SSRİ tərəfdən martın 2-dən 21-dək bütün sərhəd boyu 58 nəfər həlak olub, 94 nəfər yaralanıb. Amma çinlilərin adanı yalnız «Qrad» zərbələrindən sonra tərk etməyə başlaması həqiqətdir.
Danışıqlar və sonrası
...1969-cu ilin sentyabrında Vyetnamdan qayıdan SSRİ Nazirlər Sovetinin sədri A.Kosıgin yolüstü Pekinə gəlib və aeroportda Çinin baş naziri Çjou Enlayla dörd saat danışıq aparıb. Nəticədə sərhəd məsələsinin, o cümlədən Damansk probleminin dondurulması barədə razılığa gəlinib.
...1991-ci ilin may ayında SSRİ-Çin sərhədi haqqında iki ölkə arasında imzalanmış müqaviləyə əsasən Damansk adası sahibinə — Çinə verilib. Bu gün Rusiya dövlətinin Damansk adlı adası yoxdur. 58 nəfər sovet adamının, o cümlədən iki Azərbaycan vətəndaşının həyatına son qoymuş həmin ada indi Çin dilində Çjenbao adlanır.
İstinadlar
- "Arxivlənmiş surət". 2011-08-07 tarixində . İstifadə tarixi: 2019-09-05.
- "Arxivlənmiş surət". 2009-10-13 tarixində . İstifadə tarixi: 2019-09-05.
- "Arxivlənmiş surət". 2020-12-01 tarixində . İstifadə tarixi: 2019-09-05.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Damansk adasinda serhed munaqisesi rus Pogranichnyj konflikt na ostrove Damanskij Poqranicniy konflikt na ostrove Damanskom ve ya Cin Sovet serhed munaqisesi cin enen 中苏边界冲突 pinyin Zhōng Su bianjie chōngtu SSRI ile Cin arasinda 1969 cu ilde bas tutmus ve texmini olaraq 7 ay davam etmis olan bir qrup serhed doyuslerine verilen ad Damansk adasinda serhed munaqisesiSoyuq muharibeQirmizi reng ile gosterilmis erazi munaqisenin esas sebebi olmusdurTarix 2 mart 11 sentyabr 1969 cu ilYeri Cin SSRI serheddiNeticesi Her iki teref de oz qelebesini elan etmisdirMunaqise terefleriCin SSRIKomandan lar CXR Mao Tszedun SSRI Leonid BrejnevTereflerin quvvesi CXR 814 000 esger SSRI 658 000 esgerItkiler CXR 100 den cox esger SSRI 58 esger Vikianbarda elaqeli mediafayllarHaqqindaSSRI ile Cin arasindaki serhed ixtilaflari 1950 ci illerin sonlarinda baslamisdir 1962 ci ilin mayinda texmini olaraq 60 000 Uygurun iqtisadi sebeblerle elaqedar olaraq SSRI serhedinden Cinin Sintszyan Uygur Muxtar Rayonuna kocmesi dovrun Cin mediasi terefinden tebligat vasitesine cevrilmis ve bununla elaqedar olaraq iki olke arasinda gerginlik getdikce artmisdir Bu hadiseden derhal sonra Cin ile SSRI arasinda hec cur hell edile bilinmeyen serhed meselelerinin helli ile bagli gorusler baslamisdir Goruslerde Cin Tzin sulalesi ile Car Rusiyasi arasindaki XIX esrdeki serhedler daxiline qayitmagi teklif etmisdir Ancaq sovetlere gore Cin o dovrdeki torpaqlari haqsiz olaraq ilhaq etmisdir ve bu SSRI ye gore berabersizlik olmaqla beraber Moskvanin bunu qebul etmesi qeyri mumkun idi Cin SSRI serhedinin qerbinde hadiseler bele olarken qerbde Tacikistanin serqinde texmini olaraq 52 000 km lik bir sahe Car Rusiyasi terefinden isgal olunmusdur Cin ise baglanacaq olan bir muqavile ucun bu erazilerin geriye verilmesini teleb edirdi Iki dovlet arasinda olan munasibetler bele olarken 1964 cu ilden sonra her iki teref de serhedde olan esgerlerin sayini kifayet qeder coxaltmisdirlar Ilk doyus 2 mart 1969 cu ilde Cin ordusuna bagli bir qrup esgerin serqdeki munaqisenin esas sebebi olan Zhenbao adasinda SSRI ye bagli olan serhed kesikcilerini pusquya salmasi ile basladi Bunun ozune qarsi tecavuz kimi qiymetlendiren SSRI 15 mart 1969 cu ilde Ussuri cayi ve Zhenbao adasindaki Cin herbi birliklerini bombardman etdi Eyni gun SSRI ordusu SSRI istehsali olan T 62 tanklari ile Ussuri cayini kecmis ve Cin Xalq Azadliq Ordusunun uzerine gizli hucum etmisdiler 16 martda Cin ordusu adani ele kecirmis olan SSRI quvvelerine eks hucuma kecmisdir 17 martda SSRI quvveleri hucuma kecmis lakin Cin ordusu terefinden hucum def edilmisdir 18 martda Cin birlikleri agir itkiler vermis ve SSRI quvveleri terefinden Zhenbao adasindan uzaqlasdirilmisdirlar Serqde veziyyet bele cereyan ederken qerbdeki Sincanda da iki olke arasinda doyusler davam etmisdir Artan gerginlikler SSRI ile Cin arasinda nuve muharibesi ehtimalini ortaya cixarmisdir Dovrun iki kommunist dovleti arasinda bas vere bilecek nuve muharibesi tehlukesine qarsi ABS ve Qerb dovletlerinin vasitesi ile hadise diplomatik yollarla hell edilmisdir Muharibeden sonra ABS ile Cin munasibetleri inkisaf etmisdir Tarixciler Damansk munaqisesinin kokunu 1860 ci ilde imzalanmis Pekin muqavilesi ile elaqelendirirler Hemin muqavileye gore Rusiya ile Cin arasinda serhed Amur ve Ussuri caylarinin sahili uzre mueyyen edilmisdi Onda ne caylar ozu ne de oradaki adalarin kime mexsusulugu deqiqlesdirilmisdi Lakin oten esrin 50 ci illerinde xususen I Stalinin olumunden sonra sovet rehberliyinin apardigi yeni siyasetle razilasmayan Cin rehberliyi serhedleri deqiqlesdirmek qerarina gelir Daha dogrusu Cin Ussuri cayindaki Damansk adasinin bu olkeye mexsus oldugunu iddia etmeye baslayir Eslinde bu iddia esassiz deyildi Cunki ada Cin terefe daha yaxin idi olkenin quru serhedinden Damanska qeder olan mesafe cemi 50 60 metr idi Ona gore de Cin serhedcileri vaxtasiri adaya kecir bu erazinin onlara mexsus oldugunu bildirirdi Bezen bele hallar elbeyaxa doyuslerle musayiet edilse de bir qayda olaraq silah isledilmirdi 60 ci illerin axirlarinda SSRI Cin munasibetleri daha da gerginlesdi Bu gerginlik hem de Cexoslavakiyaya qosun yeridilmesi ile bagli idi Uzaq Serqdeki sovet qosunlarinin sayinin artirilmasi ve Cin rehberi Mao Tsezudunu zorla devirmek ehtimali da az narahatliq dogurmurdu Xatirladaq ki Damansk adasi Xabarovskdan 300 kilometr cenubda Ussuri cayinin icinde yerlesirdi Uzunlugu 1700 eni texminen 500 metr olan ada esasen kolluqdan ibaret idi Ilk hucum1969 cu il martin 2 de yerli vaxtla saat 11 radelerinde Nijne Mixaylovsk zastavasinin reisi bas leytenant Ivan Strelnikova melumat verilir ki adaya teref bir qrup Cin herbcisi irelileyir Strelnikov zastavada heyecan siqnali elan edir ozu ise iki BTR ve bir QAZ 66 avtomobili goturerek hadise yerine gedir 13 ve 18 neferden ibaret iki qrupa bolunmus serhedciler donmus Ussuri cayinin uzerinden kecerek iki terefden adaya cixmaga baslayirlar Bas leytenant ozu ise dord esgerle birlikde cinlilerle danisiq aparmaga gedir Bir nece metr qalmis Cin serhedcileri sinellerinin altinda gizletdikleri avtomatlardan atese baslayaraq sovet serhedcilerini qetle yetirirler Hadise yerine yaxinlasan ikinci qrup da atese tutulur ve hemin qrupdan yalniz bir esger sag qalir Burada esl doyus getdiyini basa dusen ucuncu qrup adaya atesle daxil olur ve bir saat davam eden doyusden sonra Cin esgerleri geri cekilmeye baslayirlar Martin 4 de metbuatda sovet hokumetinin CXR hokumetine etiraz notasi derc olunur Moskva susurHadiseler zamani Damanskda olmus Primorye radiosunun muxbiri Vladimir Fridyevin yazdigina gore hemin gunler Moskvadan serhedcilere konkret ne etmeyi meslehet goren ve emr veren tapilmayib Deyilene gore munaqise baslayan gece hetta Moskvadaki Cin sefirini de yerinde tapib serhedde ne bas verdiyini sorusa bilmeyibler Martin 15 ne kecen gece yeniden adaya yaxinlasan Cin serhedcileri meqafonla ruslari Damanski terk etmeye cagiriblar Bir saat davam eden danisiqlardan sonra cinliler top ve minomyotlardan atese baslayib Doyusun yeniden baslanmasi barede melumat verilse de Moskvadan uzun muddet yene konkret gosteris verilmeyib Bununla bele 45 neferlik qrup Cin herbcileri ile doyuse atilib Cin terefde doyusculerin sayi getdikce artdigi halda sovet serhedcileri komek ala bilmeyibler Bu hadisenin boyuk muharibeye cevrilmesi tehlukesi herbcileri qorxudub ve onlar artilleriyani ise salmaga cesaret etmeyibler Martin 16 da sursat tukendiyi ucun deste adani terk etmeye mecbur olub Veziyyetin getdikce gerginlesdiyini goren Iman serhed destesinin reisi polkovnik Demokrat Leonov oz tesebbusu ile tank alayini hucuma aparib Qabaqda geden T 62 tankini cinliler asanliqla siradan cixara bilibler Qefilden kolluqdan cixan Cin esgeri D Leonovun eylesdiyi T 62 nin yanacaq bakini on metr mesafeden el qumbarasi ile partladir ve neticede tank yanmaga baslayir Cin snayperi yanan tankdan cixmaq isteyen Leonovu duz ureyinden vurur Onun cesedini doyus meydanindan kesfiyyatcilar yalniz gece dusenden sonra goture bilirler Qeyd edek ki Demokrat Leonov 1926 ci ilde Bakida dogulmus evvel Zaqafqaziya Serhed Dairesinde qulluq etmis sonra ise Uzaq Serqe gonderilmisdi Damansk adasinda gosterdiyi qehremanliga gore ona olumunden sonra 1969 cu il martin 21 de Sovet Ittifaqi Qehremani adi verilib Damansk munaqisesine gore bas leytenant I Strelnikov olumunden sonra bas leytenant V Bubenin ve kicik serjant Y Babanski de Sovet Ittifaqi Qehremani fexri adi alib Qeribedir ki bu teltifler de cemiyyetde birmenali qarsilanmayib Meselen hazirda general mayor rutbesinde istefada olan Yuri Babanskiye Sovet Ittifaqi Qehremani adi verilmesi ile bagli mubahiseler bu gun de sengimir Strelnikovun olumunden sonra doyusen qrupa kicik serjant Y Babanski rehberlik edib Babanski evvelki xidmet yerinde intizami pozdugu ve herbi hisseni icazesiz terk etdiyi ucun mehkemeye verilmeli imis Amma onu cezalandirmaq meqsedi ile hadiselerden cemi bir nece gun evvel bu zastavaya deyisdiribler Buradaki doyus xidmetlerine gore Babanski Qirmizi ulduz ordenine teqdim edilib Amma bilerekden ya bilmeyerekden Moskvada Qirmizi ulduz u Sovet Ittifaqi Qehremaninin Qizil ulduz u ile evez edibler Cin Sovet serhed munaqisesinde istirak etmis olan hemyerlimiz Tofiq AbbasovHemin doyuslerde daha bir hemyerlimiz Deveciden herbi xidmete cagirilmis Tofiq Abbasov da helak olub O Nijne Mixaylovsk zastavasi ile qonsu zastavada qulluq edib ve Damanska getirilen komekci destenin terkibinde olub Hemyerlimizin qulluq etdiyi herbi hissenin komandiri G Morozovun T Abbasovun valideynlerine gonderdiyi mektubda deyilirdi Sizin oglunuz doyusde xususi qehremanliq gostermisdir O pulemyotcu idi Maocular Tofiqgilin susmaq bilmeyen pulemyotunu toplardan atese tutmusdular Tofiq ciyninden ve sinesinden yaralansa da doyusu terk etmemisdi Xain dusmenin top mermisi duz onlarin olduqlari yere dusdu Tofiq dord doyus dostu ile helak oldu Qeyd edek ki hemin doyusde Tofiqgilin zastavasindan 15 nefer helak olub ve onlarin hamisi Uzaq Serqde Kamenni Ribalov seherinde qardasliq qebiristanliginda defn olunub Defn merasiminde aileden Tofiqin qardasi Xalid istirak edib Hemin gunlerde butun Sovet Ittifaqinda o cumleden Azerbaycanda Cin fitnekarlarina ar olsun suari ile etiraz mitinqleri teskil olunub Generallar Damansk barede Hele 1964 cu ilde serhed meselelerine dair SSRI Cin danisiqlarina rehberlik eden SSRI Serhed Qosunlari Idaresinin reisi general polkovnik P Ziryanov sovet dovletinin bascisi N Xrussova serhed meselesinde o cumleden Damansk meselesinde guzeste getmeyi teklif edib Generalin xarici siyaset sahesinde tesebbus unden dehsete gelen Xrussov onu teslimci yaramaz parsiviy kapitulyant adlandirib ve ozunemexsus fehle kendli manerasi ile generali soyub Neticede infarkt keciren Ziryanov bir de 1968 ci ilde L Brejnevin vaxtinda yene meseleni danisiqlar yolu ile hell etmeyi teklif edib Generalin tesebbusu bu defe de qulaqardina vurulub 1969 cu ilde SSRI Serhed Qosunlari Bas Idaresinin reisi olmus general leytenant V Matrosov ise sonralar etiraf edib ki Damanskda isleri biz korlamisdiq Mocuzeli silahDoyuslerin sahidi olmus jurnalist V Fridyev Yuxaridan verilen tapsiriga esasen o dovrde biz jurnalistler yalandan yazirdiq ki Damansk adasinda yeni mocuzeli silah tetbiq olunub ve guya onun komeyi ile bir milyon cinli o dunyaya gonderilib Xeberler yayilmisdi ki ada artiq yoxdur onu bizimkiler tamamile dagidib yerle yeksan edibler ki hec kime qalmasin Bir sozle Damansk barede heqiqetle efsane bir birine qarismisdi Eslinde ise hemin gunlerde sovet ordusu gec de olsa oz texniki ustunluyunu gosterib ve en muasir herbi texnikadan istifade edib Amma bu texnika indiki dovrun meyarlari ile sirli ve qeyri adi silah olmayib Sohbet Qarabag muharibesinden az qala usaqlarin da tanidigi ve baresinde esitdiyi Qrad qurgusundan gedir Bu qurgular ilk defe Damansk doyusunde sinaqdan cixarilib ve texniki ustunluyunu subut edib Deqiq atilan mermiler sozun esl menasinda cinlileri bicib tokub Qerb metbuati hemin vaxt hetta doyus yerinden bir nece kilometr aralida bele yanmis insan etinin dehsetli ufuneti barede xeberler yayib Gorunur bu doyusde sovetlerin lazer silahindan istifade etmesi barede efsane de bele xeberlerden qaynaqlanib Damansk adasina milyonlarla Cin esgerinin yeridilmesi ve bir milyon cinlinin oldurulmesi barede melumat da sovet tebligatinin uydurmasi olub Cin terefi doyuslerde bir menbeye gore 200 basqa bir menbeye gore ise 600 nefer itirib SSRI terefden martin 2 den 21 dek butun serhed boyu 58 nefer helak olub 94 nefer yaralanib Amma cinlilerin adani yalniz Qrad zerbelerinden sonra terk etmeye baslamasi heqiqetdir Danisiqlar ve sonrasi 1969 cu ilin sentyabrinda Vyetnamdan qayidan SSRI Nazirler Sovetinin sedri A Kosigin yolustu Pekine gelib ve aeroportda Cinin bas naziri Cjou Enlayla dord saat danisiq aparib Neticede serhed meselesinin o cumleden Damansk probleminin dondurulmasi barede raziliga gelinib 1991 ci ilin may ayinda SSRI Cin serhedi haqqinda iki olke arasinda imzalanmis muqavileye esasen Damansk adasi sahibine Cine verilib Bu gun Rusiya dovletinin Damansk adli adasi yoxdur 58 nefer sovet adaminin o cumleden iki Azerbaycan vetendasinin heyatina son qoymus hemin ada indi Cin dilinde Cjenbao adlanir Istinadlar Arxivlenmis suret 2011 08 07 tarixinde Istifade tarixi 2019 09 05 Arxivlenmis suret 2009 10 13 tarixinde Istifade tarixi 2019 09 05 Arxivlenmis suret 2020 12 01 tarixinde Istifade tarixi 2019 09 05