Sadıq bəy Sadiqi (1533[…], Təbriz – 1610[…], İsfahan) — sərkərdə, təzkirəçi, şair, miniatür rəssam.
Sadıq bəy Əfşar | |
---|---|
Doğum tarixi | 1533[…] |
Doğum yeri | |
Vəfat tarixi | 1610[…] |
Vəfat yeri |
|
Fəaliyyəti | rəssam, kitabxanaçı, müzəhhib[d], şair |
Vikianbarda əlaqəli mediafayllar |
XVI əsrin ikinci yarısı- XVII əsrində əvvəllərində yaşayıb yaratmış Sadiq bəy Sadiqi I Şah İsmayıl hakimiyyətə gəldiyi zaman Şamdan öz istəyi ilə ona qoşulmağa gələn Xüdabəndəlü adlı türk-oğuz elinə mənsubdur. Sadiq bəy külliyatının əvvəlində öz Xüdabəndəlü tayfası barədə məlumat vermişdir.
Sadiq bəy Əfşar həm rəssam həm şair həm kitabdar həm də sərkərdə kimi tanınmışdır. Atası tayfanın nüfuzlu şəxslərindən olduğu üçün hələ gənclik illərində Hafizi Sabunidən, daha sonra isə Fəzai Həmədanidən şeir təhsili almışdır. Şeirlərini fars dili ilə yanaşı Azərbaycan, Çağatay və Osmanlı türkcəsində yazan şairin günümüzə külliyyatı gəlib çıxmışdır. Külliyatına 10 ədəd əsər daxildir. Bunlara Məcməül-Xəvas, Qanun üs-Süvər, Fəthnameyi Abbase-namidar və s. misal göstərmək olar.
Sadiq bəy həmçinin mükəmməl rəsm təhsili almış, Qəzvində yaşadığı illərdə isə rəssamlıqla məşğul olaraq bu elmi tədris etmişdir. İsgəndər bəy Münşi Tarixi aləmarayi-Abbasi əsərində qeyd edir ki, Sadiq bəyin müəllimi məşhur rəssam Müzəffər Əli olmuşdur. Sadiq bəyin günümüzdə 4 ədəd imzalı portreti aşkar edilib.
Həyatı
Qaynaqlarda sərkərdə, dərviş, təzkirəçi, şair, nəqqaş və saray kitabdarı kimi adından söz edilən Sadiq bəy hicri 940-cı ildə (miladi 1533-1534) Səfəvi dövlətinin paytaxtı Təbriz şəhərinin Vicuyə məhəllləsində anadan olmuşdur. Əsl adı Sadiqdir. Sadiqi isə təxəllüsüdür. Mənbələrdə bəzən Sadiqi Geylani, Sadiqi Kitabdar, Sadiq bəy Sadiqi adlarına da rast gəlmək mümkündür. İsgəndər bəy Münşi və Qazi Əhməd Qumi əsərlərində ondan Sadiq bəy Əfşar kimi bəhs edirlər. Atası Şah İsmayıl meydana çıxan zaman öz istəkləri ilə Şamdan İraq və Azərbaycana gəlib burada yaşayan Xüdabəndi boyunun nüfuzlu şəxslərindən idi.Sadiq bəy külliyatının əvvəlində öz mənşəyi barədə yazır:
“Mən həqir Xüdabəndəlü adı ilə məşhurlaşmış və tanınmış türk tayfasındanam. Onlar ədalətli şahın ölkə tutmağa və dünyanı almağa başladığı ilk günlərdə tabelik bildirmək və yardım etmək üçün Şam diyarından Aləmin sığındığı dərgaha üz qoymuşlar.” Mənbələrdə atasının adına rast gəlinməsə də tayfa daxilində güclü nüfuza malik varlı şəxslərdən biri olduğu məlumdur. Bu səbəbdən Sadiq bəy uşaqlıq və gənclik illərində dövrün tanınmış alim və sənətkarlarının şagirdi olmuşdu. 20 yaşına çatdıqda təqribən 1553-cü ildə Sadiq bəyin atası öldürülür. Atasının qətlindən sonra ona himayədarlıq edəcək bir şəxs olmadığı üçün Sadiq bəy el-obasını tərk edərək qələndər və dərvişlərə qoşulur. Müəllifin “Məcməül-Xəvas” əsərində həyatı barədə verdiyi məlumatlardan anlaşılır ki, o qələndərilər ilə yaşadığı illərdə Hələb, Bağdad, Nəcəf, Kərbala, Gilan, Lahican, Astrabad, Həmədan kimi bir sıra Səfəvi və Osmanlı şəhərlərini gəzmişdir. Məsələn əsərində Anadolunu şeir üstadı kimi bəhs etdiyi Baki ilə yaxşı bir dostluq münasibəti qurmuşdu. Baki 1556-1560-cı illərdə Hələbdə qazi naibi kimi çalışdığı üçün , Sadiq bəyin məhz bu illər ərzində Hələbə səfər etdiyi düşünülür. O əsərində Bağdadda Qivaməddin Bağdadi ilə, Nəcəf və Kərabalada isə Qılınc bəy ilə görüşündən bəhs etmişdir. Sadiqinin bu şəhərlərdə nə qədər yaşadığı bilinmir. İsgəndər bəy Münşi yazır ki, bir müddət qələndərilər ilə yaşadıqdan və gəzdikdən sonra Həmədan hakimi Əmir Xan Sadiq bəyin bu vəziyyətindən xəbər tutur. O Sadiq bəyi qələndər və dərvişlərdən uzaqlaşdırıb öz himayəsinə götürür. II Şah İsmayıl dövründə (1576-1577) Qəzvində saray kitabxanasında işlədiyi qeyd edilən Sadiqi Sultan Məhəmməd Xüdabəndənin (1578-1587) dövründə paytaxtı tərk edərək əvvəlcə İsgəndər xan Əfşarın sonra isə Bədir xan Əfşarın himayəsində çalışır. 1581-ci ildə Astarabad döyüşündə hələ də cəsur döyüşçü olduğunu sübut edən Sadiq bəy, döyüşdən sonra Yəzdə gedərək bir müddət Xacə Qiyas-ı Nəqşbəndin yanında işləyir. 1587-ci ildə I Şah Abbas taxta çıxdıqdan sonra Qəzvinə qayıdan Sadiq bəyə tezliklə yenidən kitabdar vəzifəsi verildi. Həmin illərdə Sadiqinin xəttat Əli Rıza Təbrizi ilə yaşadığı rəqabətə diqqət çəkən Qazıyev, Sadiqinin bu vəzifəni 1592-1598-ci illər arasında yerinə yetirdiyini bildirir. Səfəvi tarixçilərindən Cəlaləddin Məhəmməd Yəzdi “Tarix-i Abbasi” adlı əsərində Sadiq bəyin 1598-ci ildə kitabdar vəzifəsində olmadığını qeyd edir. Lakin onun ömrünün sonuna kimi məvacib almağa davam etdiyi qeyd olunur. Cambridge history of Iran adlı əsərin Teymurilər və Səfəvilər dövrlərindən bəhs edən altıncı cildində Sadiq Bəy Əfşarın kitabdar təyin olunduğu tarix hicri 995-ci il (miladi 1587) kimi göstərilir.
Türkcə yazdığı məktublardan ömrünün son illərində xəstə olduğu anlaşılan şairin ölüm tarixi tarixşünaslıqda müzakirə məsələsidir. Müzakirələrin əsas səbəbi Peterburq Şərqşünaslıq İnstitutunda qorunan Teymur xan türkmən portretinə Muin Müsəvvirin yazdığı qeydin iki fərqli oxunuşdan keçməsidir. “Bu, mərhum Sadıqi bəy Əfşarın 102-ci ildə çəkdiyi mərhum Teymur xan Türkmənin portretidir və mən Muin Müsəvvir onu 1095-ci ildə tamamlamışam”. Sadiqinin yarımçıq qoyduğu əsərin Muin Müsəvvir tərəfindən 1095/1683-cü ildə tamamlandığını göstərən bu qeyddə 1002 tarixini ilk əsərində 1020 kimi şərh edən Qazıyev, rəssamın 1020/1612-1024/1616 illər arasında vəfat etdiyini bildirmişdir. Bir neçə il sonra nəşr etdiyi ikinci araşdırmasında yeni tədqiqatlar nəticəsində bu tarixin 1002/1594 kimi oxunması lazım olduğunu qeyd etmişdir. M. Muradova özünün "Sadiq bəy Sadiqinin təvəllüdü və ölümü haqqında" adlı məqaləsində şairin günümüzə qədər çatmış əsərlərindəki tərcümeyi-hal səciyyəli qısa məlumatına əsasən, şairin 1609-cu ildə 77 yaşında vəfat etdiyini yazmışdır. Valih-i Dağistaninin tərcümeyi-hallarında "Riyazü'ş-Şüarə" adlı əsərindəki məlumatlara əsaslanan bütün tədiqatlarda Sadiqinin vəfat tarixi 1018/1609-10-cu il kimi göstərilib. Lakin onun təxminən hicri 1022/1614-cü ildə vəfat etdiyini bildirən Taqi Övhədinin yazdığı “Ərəfatü’l-Arifin” kimi mənbələr də vardır.
Yaradıcılığı
Şair kimi
Günümüzdə Sadiq bəy Əfşarın daha çox şair və sənətkar keyfiyyətləri ilə xatırlandığını söyləmək mümkündür. Onun çağdaşı olan təzkirəçi və tarixçilər Sadiq bəyin poetik istedadını yüksək qiymətləndirirlər. “Məcməül-Xəvas” əsərində yazdığına görə o, gənclik illərində Hafizi Sabunidən, daha sonra isə Fəzai Həmədanidən şeir təhsili almışdır. Sadiq bəyin şeir sənətindəki ən mühüm müəllimi, şübhəsiz ki, Nişapurlu Mir Suni olmuşdur. Müəllimini dərviş təbiətli, ibadətə düşkün biri kimi xatırlayan Sadiq bəy üç il Təbrizdə dərs aldığı bu şəxsin 90 yaşlarında olduğunu bildirir. Bu məlumatlara əsaslanaraq, amerikan professor Antoni Velçin fikrincə, Sadiqinin Mir Sunidən təhsil aldığı illər təqribən 1565-1568-ci illərə təsadüf edir. Qazi Əhməd Qumi də əsərində Suninin 1568-ci ildə vəfat etdiyini bildirir.
Yaşadığı dövrdə qəzəl, qəsidə, qəsidə, rübai, müxəmməs, məsnəvi və s. şeirləri bəyənilən Sadiq bəy Sadiqi həm türkcə, həm də farsca üç fərqli ləhcədə şeirlər yazmışdır. Şair "Sadiqi" təxəllüsü ilə tanınırdı. Şairin Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”sinin türkcəyə tərcüməsi ilə bağlı yazdığı məktubu bu baxımdan çox əhəmiyyətlidir. Məktubda deyilir ki, I Şah Abbas ondan “Məsnəvi”ni türkcəyə çevirməyi xahiş etdikdə, o əsəri Çağatay, Azərbaycan və Osmanlı ləhcələrinə uyğun hazırlayıb şaha təqdim etmişdi.
Sadiqinin şairlik istedadını göstərən digər mühüm məqam isə vəzifədən getdikdən sonra xəlvətə çəkilərək yazdığı və 1010/1602-ci ildə tamamladığı külliyatıdır. Müəllif nüsxəsi Təbriz Milli Kitabxanasında 3616 nömrədə mühafizə edilən küliiyat şairin mənzum və mənsur şəkildə qələmə aldığı əsərlərdən ibarətdir. Bu əlyazmaya daxil olan əsərlər sonradan yazılaraq əlavə edilmiş mündəricatda aşağıdakı kimi təqdim edilir:
- Qəsidələr (Zübtədül-kəlam)
- Qəzəllər
- Müxtəlif şeirlər
- Şairlərin təzkirəsi (Məcməül-xəvas)
- Rübailər
- Məqalə və mənzum hekayələr
- Şairlər adına deyilmiş müəmmalar
- “Fəthnamə” məsnəvisi
- Şairlər təzkirəsinin ardı
- Türk dilində yazılmış qəsidə və qəzəllər
- Feyzi şeirləri haqqında risalə
- “Qanunüs-süvər” - rəssamlıq haqqında risalə
- “Həzziyat” risaləsi
- Mərsiyə və tərkibənd
- Tərkibbənd - əlifba sırası ilə
- Tərcibənd
- Heydərinin həcvi
- Münşəat - türk və fars dillərində
- Fələkdən şikayət və Məhəmməd bəy Məzaqinin həcvi
- Müxtəlif həcvlər
Məcməül-Xəvas. Sadiqinin yaradıcılığının ən əhəmiyyətli əsərlərindən biri olan Məcməl-Xəvas təzkirəsi ədəbiyyat, elm və ədəbi fikir tarixinin öyrənilməsində mühüm rol oynayır. Təzkirə 1597-1598-ci illərdə yazılmışdır. Əsər Osmanlı torpaqlarından tutmuş, bugünkü İran, Azərbaycan, Orta Asiya, Əfqanıstan, Pakistan, Hindistana qədər böyük bir ərazinin konkret zaman çərçivəsində (I Şah İsmayıl dövründən müəllifin həyatda olduğu zamana qədər) ədəbi və ictimai-siyasi mühitini əks etdirir. Şairin özünün də qeyd etdyi kimi bu əsər müəllifin uzun müddətli səyahətlərinin, müşahidələrinin məhsuludur. Sadiq bəy “Məcməül-Xəvas” əsərinin müqəddiməsində özünə nümunə götürdüyü Əbdürrəhman Caminin “Baharistan”, Əlişir Nəvainin “Məcalisün-Nəfais”, Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” və Sam Mirzənin “Töhfeyi Sami” təzkirələrinin adlarını çəkmişdir. Təzkirə müqəddimə, 8 məcmə və xatimədən ibarətdir.
Sadiq bəyin Azərbaycan dilində yazdığı "" adlı təzkirəsində isə Səfəvilər dövründə fəaliyyət göstərmiş 480 şair, rəssam və xəttat haqqında qiymətli materiallar toplanmışdır. Əsər həm Azərbaycan, həm də fars mədəniyyət və incəsənətinin tədqiqi üzrə önəmli mənbələrdəndir. Əsər bu yaxınlarda fars dilinə tərcümə olunmuş, Tehranda nəşr edilmişdir.
Fəthnameyi Abbase-namidar. Bu əsər Şah abbasın həyat və fəaliyyətinə, yürüş və döyüşlərinə həsr edilmişdir. Təqribən 2500 beytdən ibarət olan əsərdə tərcümeyi-hal və tarixi səciyyəli çoxlu qiymətli məlumat verilmişdir. Müəllif müxtəlif tarixi hadisələri, döyüşləri yüksək bədii formada, təşbih və istiarələrin köməyi ilə təsvir edir, Şah Abbasın qəhrəman obrazını yaradır.
Sadiq bəy Əfşarın türkcə yazdığı əsərlərinə Məcməül-xəvasdan başqa külliyatına daxil edilmiş məktublarını (18 məktubdan 14-ü ana dilindədir) göstərmək olar. Şairin türkcə şeirləri Təbriz Milli Kitabxanasında saxlanılan əlyazma külliyatının 888-917-ci səhifələrini əhatə edir. Bundan başqa Sadiqinin həm təzkirəsində həm də məktublarında da türkcə şeirlərə rast gəlmək mümkündür.
Sadiq bəy Əfşarın 478 beytdən ibarət türkcə şeirlər toplusuna 5 qəsidə, 40 qəzəl, 1 saqinamə, Şah Abbasa mürciətən məsnəvi formasında yazılmış 1 şeir, 1 tərkibbənd və 1 qitə daxil edilib. 1-ci qəsidədə şair obrazlı şəkildə alleqoriyadan istifadə etməklə havaların soyumasını, qışın gəlişini təsvir edib. 43 beytlik bu qəsidə ədəbiyyatımızda qışın təsvirinə həsr olunmuş ən uğurlu şitaiyyə qəsidələrdən biridir. İkinci qəsidə Həzrəti Əlinin mədhinə hərs olunub. Üçüncü qəsidə isə şairin qürbətdə olduğu zamanı yazdığı şərhi-haldır. Dördüncü qəsidə Şah Abbasın mədhi, beşinci qəsidə isə təbiətin gözəllikləri haqqındadır.
Sadiq bəyin türkcə şeirlər toplusuna daxil edilmiş qəzəllər onun lirik yaradıcılığının tədqiq baxımından böyük əhəmiyyətə malikdir. Məhəbbət mövzusu, dostluğun tərənnümü, insan taleyi ilə bağlı düşüncələr, təbiət mənzərələrinin təsviri bu şeirlərin əsas mövzusudur.
“Vida” rədifli qəzəlində şair yarından ayrılan aşiqin kədərini səmimi bir dillə ifadə etmişdir:
Qıldı həngami- səfər sərvi-xuramanım vida
Vəqtidür qılsa təni-dilxəstəni canım vida..
“Gedərin” rədifli qəzəli də Sadiqinin hicran qəminin ağrısına həsr edilmiş şeirlərindən biridir:
Qəmi-fərqaın ilə dərdnak olub gedərin,
Nə dərdnak ki, qəmdin həlak olub gedərin.
“Yegdür” rədifli qəzəlində şair dövrünün sərt ifadələrlə tənqid edir. “Əgər dünya budursa, elə bizim evsiz- eşiksiz olmağımız ” yaxşıdır deyir.
Sadiq bəyin yaradıcılığında Nəvai və Füzuli yaradıcılığının təsiri nəzərə çarpacaq dərəcədədir. Sadiq bəyin şeirlərində Nəvai poeziyasının təsirindən danışan C.Nağıyeva yazır:
Onun “Buğay kaş ki”, “Etdin”, “Qalmadı”, “Sübh” və başqa qəzəlləri yalnız rədif baxımından deyir, ideya, məzmun və bədii ifadə vasitələrindən istifadə baxımından Nəvai ilə birləşir.
Füzulinin Görüb rədifli qəzəlinə yazdığı nəzirədə Sadiqi şairin 7 beytlik şeirindəki 8 həmqafiyə sözdən 6-sını təkrar etmişdir. Beytlərin birində Füzuli aşiqi müalicə etmək istəyən təbibin onun pərişan alını gördükdən sonra əlac edə bilməyəciyini başa düşüb fikrindən vaz keçdiyini deyir:
“Eyləyən təyini-əczayi-müdava dərdimə,
Tərk edib, cəm etmədi, hali-pərişanım görüb. ”
Sadiqi isə nəzirəsində rəqibin onun pərişan halını gördükdən sonra xatirini cəm etdiyini, özünə gəldiyini deyir:
“Gər pərişanəm, vəli şadəm ki, eşqindən rəqib,
Xatirin xəm eylədi hali-pərişanım görüb.”
Sadiq bəyin Füzulinin təsiri altında olduğunu göstərən əsərlərindən biri də onun sənətkarın “Mənəm ki, qafiləsalari-karivani-qəməm” misrası ilə başlanan 9 bəndlik tərkibbəndinə cavab olaraq yazdığı 7 bəndlik “Mənəm ki, sakini-meyxanəyi-diyari-qəməm” misrası ilə başlanan şeiridir.
Rəssam kimi
Sadiqinin rəssamlıq təhsilinə nə zaman başladığı tarixşünaslıqda müzakirə olunan məsələlərdən biridir. A. Velcə görə şeir sənətindəki məüllimi Mir Suninin ölümündən sonra Təbrizdən Qəzvinə köçən Sadiqi burada nəqqaşlıq təhsili almağa başlayıb. Bu hadisə təqribən 1568-ci ildən sonra baş vermişdir. Bu zaman şairin 35 yaşı varidi. İsgəndər bəy Münşi isə onun hələ cavan yaşlarında rəsm təhsili aldığını, 1568-ci ildən sonra isə peşəkar rəssam kimi nəqqaşlıqla məşğul olduğunu yazır.
Münşi bildirir ki, gənc Sadiqi Müzəffər Əlinin tələbələrindən biri olmuş, uzun müddət onun yanında rəssamlıq sənəntinin incəliklərini öyrənmişdir. Atası vəfat etdikdən sonra isə Müzəffər Əlinin yanından ayrılaraq, qələndərilərə qoşulur.Əmir xan Mosullunun himayəsinə keçdikdən sonra Həmədanda yaşamağa başlayan Sadiq bəy burada Mir İbrahim və Musa Rzaya rəsm dərsləri keçirdi. Bu da onun hələ 1568-ci ildən əvvəl rəsm təhsili aldığını göstərir. Qazıyev də Münşinin fikirləri ilə razılaşaraq Sadiq bəy Əfşarın gənc yaşlarından rəssamlıqla məşğul olduğunu bildirir. Türk sənət tarixçisini Gülnihal Küpəli bu xronologiya əsasında alternativ bir fikir təqdim edir. Küpəli yazır:
“Sadiq bəy ola bilsin ki, paytaxt hələ Təbriz ikən, yəni 1548-ci ildən əvvəl Müzəffər Əlidən miniatür dərsləri almış və 1568-ci ildə Qəzvində saray kitabxanasında işləyən köhnə müəllimi ilə yenidən məşq etməyə başlamışdır. 1539-1543-cü illər arasında paytaxt Təbrizdə yaşadığı məlum olan Müzəffər Əli kimi ustad miniatürçünün 35 yaşlı bir adamı tələbəliyə qəbul etməsinin ən məntiqli izahı yəqin ki, budur. Sadiqinin miniatür sənətinə qayıtmasında şeir təhsili aldığı Mir Suninin də mühüm rolu olduğu düşünülür. Mir Suni həm də xəttat idi və boya hazırlama və kağız boyama bilikləri, yəqin ki, Sadiqinin yenidən miniatür sənətinə maraq göstərməsinə səbəb olmuşdur.”
Qanun üs-Süvər. Sadiqinin diqqət çəkən elmi əsərlərindən biri təsviri incəsənətin metodika və praktikasına həsr edilmiş 204 beytdən ibarət mənzum risaləsidir. Müəllif bu risalədə rəssamlara özünə qarşı tələbkar olmağı, rəssamlıq materiallarını, təsvir etdiyi obyekti mükəmməl bilməyi məsləhət görür. Əsər 17 qısa bölmədən ibatədir. Sadiq bəy Əfşar əsərin əvvəlində gəncələrə müraciətlə deyir:
“Demirəm ki, öz başına çalış get, rəhbər bir adam axtar. Əgər belə bir ustad tapmasan onda Qanun üs-Süvərdən üz çevirmə, onu yazmışam hər növ işdə kömək üçün o sənə muzdsuz və minnətsiz ustaddır. Sadiqinin bundan başqa ayrı bir arzusu yoxdur ki, arabir onun adını yaxşılıqla yad edəsən.”
Risalədə qələm bağlamaq üsuluna dair ayrıca bölmə həsr edilmişdir. Burada Sadiq bəy Əfşar sənətkardan hər şeydən əvvəl qələm bağalamğı və onun materiallarını tanımağı tələb edir.
Risalənin “Nəqqaşlığın mühüm əlamətləri haqqında” adlı bölməsində orta əsr ornament motivlərindən və kompozisiyalarından bir neçəsinin adı çəkilir və bu sahədə müvəffəqiyyət qazanmaq üçün istedadın əhəmiyyəti qeyd edilir.Başqa bir bölmədə isə yapışqanlı boyaların hazırlanması qaydasından bəhs edilir. Müəllif yazır: “Əgər sənin boyanın yapışqanı az olarsa, o boya quru toz kimi tökülər, əgər çox olarsa- laxtalanar, buna görə də ölçüyə diqqət edilməlidir.”
Bundan başqa həmin əsər müasir surət çıxaran rəssamlar və bərpaçılar üçün əvəzsiz vəsaitdir, burada miniatürlərin üzünü çıxarmaqdan ötrü fırça və kağız hazırlığından tutmuş rəng seçiminə qədər hər şey haqqında məlumat verilir. Əsərin əldə olan nüsxəsinin son bölməsi lak hazırlanma qaydalarına həsr edilib. Səndərus adlı nəbati qətranla bəzir yağından bişirilən bu lak kartondan ibarət qələmdan, mücrü və bəzi əlyazma kitablarının cildləri üzərindəki təsvirləri və bəzəkləri örtmək onları rütubətdən və müxaniki təsirdən saxlamaq üçün tətbiq edilirdi.
Rəsm əsərləri
Sadiqinin müəllimi Müzəffər Əlinin rəhbərliyi altında çəkdiyi, "Məcməül-Xəvas" və "Qanun üs-Süvər" əsərlərində təriflədiyi ilk mühüm əsəri, 1573-cü il tarixli "Gərşəspnamə" nüsxəsi üçün çəkdiyi miniatürdür. Onun sözügedən işi II Şah İsmayıl tərəfindən yüksək qiymətləndirilmiş, bu səbəbdən saray kitabxanasına təyin edilərək, Siyavuş Bəy Gürcü, Mir Zeynəlabidin, Şeyx Məhəmməd Şirazi, Əli Əsgər Kaşi, Abdullah Şirazi kimi sənətkarlarla eyni iş mühitini paylaşmışdır.
Sadiq bəy 1576-1577-ci il tarixli II Şah İsmayıl “Şahnamə”si üçün 7 təsvir çəkmişdir. Mənbələrdə 1579-cu il tarixli Həbib əs-Siyər nüsxəsi üçün də 1 miniatür hazırladığı yazılsa da, I Şah Abbasın dövrünə qədər əsasən tək səhifəlik əsərlər rəsm etdiyini söyləmək mümkündür. Sadiqinin 1587-1589-cu ildə Şah Abbasın səltənəti dövründə hazırladığı “Şahnamə” təsvirləri və 1593-cü il tarixli “Ənvər-i Süheyli” nüsxəsindəki miniatürləri rəssamın kitab rəsmləri içərisindəki ən dəyərli əsərləri hesab edilir.
Sadiq bəy külliyatına daxil olan məktublarının birində Sadi Səlmanın Külliyatının təsvirlərini çəkdiyini və geri göndərdiyini qeyd edir. Bu da rəssamın bir çox kitab üçün miniatür təsvirlər hazırladığını göstərir.
Sadiq bəyin əsərləri hələ onun sağlığında ölkəsində və onun hüdudlarından kənarlarda yüksək qiymətləndirilirdi. Öz rəsmlərini ona qəsidə yazmış şair bağışlayaraq deyir: "Mənim işlərimin hər vərəqini tacirlər üç tümənə alıb Hindistana aparırlar, sən də ucuz satma. "
Sadiq bəyin təsviri incəsənət sahəsindəki yaradıcılığında portret əsərləri əhəmiyyətli yer tutur. Avropada nəşr edilmiş ədəbiyyatda rəssamın başlıca olaraq bir neçə əsərindən götürülmüş repreduksiyaya təsadüf edilir. Onun “Əməl-e Sadiq” imzalı və yalnız kontur xətlərilə işlənmiş rəsmində başında çalma olan kosasaqqla qoca əmir təsvir edilir. Yerdə dəri üstündə bardaş qurmuş şəkildə oturan əmir sanki kiminləsə danışır. Onun ifadəli və sərbəst axıcı xətlərlə çəkilmiş gövdəsi, qolları və başından təkəbbürlü verilişi hakim surətinin inandırıcı ifadəsinə kömək edir. Bu əsər şərti olaraq “Əmirin portreti” adlandırılıb.
Rəssamın çap olunmuş imzalı əsərlərindən biri də ulaq üzərində gedən orta yaşlı suvarinin təsviridir. Həmin miniatürün üzərində sağ tərəfdə ərəb dilində “Raqiməhu Sadiqi ” sözləri yazılmışdır. Suvarinin xüsusilə onun mindiyi ulağın çəkilişi çox canlı, mütənasib və təbiidir. Bu əsər Şərq miniatürləri üçün səciyyəvi olan mənzərələrdən fərqlənən təbiət təsviri, kompozisya qurumuna malikdir.Suvari ön planda, realist sənətə xas olan proposiyada, münasib əndazədə təsvir olunur. İkinci planda kiçik təpələr verilmişdir. Bir qədər uzaqda sıldırım qaya üzərində qədim qala silueti, həmin qayanın ətəklərində isə yaşayış məskəni - qəsəbə görünməkdədir. Məlumdur ki, Avropa sənətinin realistik əlaməti olan perspektiv kiçiltmə Şərq miniatür sənətinə yad idi. O yalnız XVI əsrin axırlarında bir sıra rəssamın yaradıcılığında təzahür etmişdir ki, onlardan biri Sadiq bəy Sadiqidir.
Sadiq bəy yaradıcılığının məhsulu olan imzalı əsərlərdən biri Teymur xan Türkmanın portretidir. Bu portret haqqında ilk məlumat 1886-cı ildə Peterburqda nəşr edilmiş Şərq Dilləri İnstitutunun əlyazmaları kataloqunda verilmişdir. Şəkildə açıq yaşıl yerlik üzərində köy paltarlı şişman qarınlı və ciddi baxışlı bir hakim yerdə dizi üstə oturmuş və əlləri dizlərinə spykənmiş vəziyyətdə təsvir edilmişdir. Onun qırmızı zolaqlı çalmasının ortasında yüksələn uca fəsi də qırmızıdır. Plastik bir formada bir formada əlvan boyalarla işlənmiş bu portret işlənmə xüsusiyyəti etibarilə yeni nüanslara malikdir. Burada hakim yerdə oturmuşdur və istiqaməti yan tərəfdir. Onun çalmasının sağ tərəfində ucu görünən qaş-daşlı qəməsi var. Bununla belə şəkildə fərdi cizgilər, konkret şəxsi xarakterizə edən əlamətlər mövcuddur. Portretin sağ tərəfində, altda farca yazılmış bir qeyd var:
“Mərhum Teymur xan Türkmanın şəbehidir. 102 (?) ildə mərhum Sadiqi bəy Əfşar yaratmışdır. Ən alçaq bəndə Muin müsəvvər 1095-ci ildə onu tamamlamışdır. Mübarək olsun!”
Sadiq bəyin yaradıcılığı miniatür sənətinin, o cümlədən İsfahan məktəbinin inkişafında böyük rol oynamışdır.
Qalereya
- Gərşaspın sağsarlarla döyüşü, 1573-cü il, Britaniya Kitabxanası, or12985.
- II İsmayılın Şahnaməsindən təsvir, Qəzvin, 1576-cı il. David kolleksiyası, Kopenhagen
- Fridunun oğullarının Yəmən şahı Sərv və onun qızları ilə görüşü. Firdovsinin Şahnamə əsəri. 1590-1600-cü il. Chester Beatty kitabxanası, Dublin
- Rüdabə saçlarını Zal üçün aşağı sallayır.Firdovsinin Şahnamə əsəri. Qəzvin, 1590-1600, Chester Beatty kitabxanası, Dublin
- Bayquşlar və qarğalar arasında döyüş. 1593-cü il. Ağa Xan Muzeyi
- Ördəklər tısbağanı bir kəndin üstündən aparır, Ənvər-i Süheylidən. 1593-cü il, Qəzvin. Ağa Xan Muzeyi
- Ulaq üzərində suvari. XVII əsrin əvvəlləri. Luvr muzeyi
- Pəri təsviri. 1609-1610-cu il.
- Qadın təsviri, 1590-cı il
- Kitab oxuyan gənc, 1590-1600-cü illər
Mənbə
- İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
- Haluk İpekten. Türk Edebiyatının Kaynaklarından Türkçe Şu’ara Tezkireleri. Erzurum. 1988.
- Məhəmmədəli Tərbiyət. Danışməndani Azərbaycan. Tehran. 1314.
- Sadiq bəy Əfşar (Ə.Bağırov redaktəsi). Məcməül-Xəvas (PDF). Bakı: Elm. 2008.
- Paşa Kərimov. XVII əsr anadilli Azərbaycan poeziyası. Bakı: Nurlan. 2012. səh. 130.
- Cənnət Nağıyeva. Azərbaycanda Nəvai. Bakı: Tural-Ə Nəşriyyat-Poliqrafiya mərkəzi. 2001.
- Kərim Kərimov. Sadiq bəy Əfşar. Monoqrafiya. Bakı: İşıq. 1987. səh. 72.
- Adil Qazıyev. Sadiq bəy Əfşar. Qanun-üs-süvər. Bakı: Elm. 1971.
- Gülnihal KÜPELI. Savaşçı Bir Sanatkârın Kaleminden Safevî Sarayındaki Müzehhib ve Nakkaşlara Dair Notlar. 13. Akdeniz Sanat Dergisi. 2019.
- Mehmet Nuri ÇINARCI. MECMA’Ü’L-HAVÂS TEZKİRESİNDE DAİR VE ESER ÜZERİNE DEĞERLENDİRMELER. 7. Uluslararası Sosyal Aratırmalar Dergisi. 2018.
Həmçinin bax
İstinadlar
- Sadiqi Beg // Artnet. 1998.
- Ṣādiqī Afšār // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
- Tərbiyət, 1314. səh. 212
- İpekten, 1988. səh. 97
- Əşfar, 2008. səh. 3
- P.Kərimov, 2012. səh. 15
- Küpeli, 2019. səh. 67
- Küpeli, 2019. səh. 68
- Qazıyev, 1971. səh. 11
- Kərimov, 1987. səh. 19
- P.Kərimov, 2012. səh. 17
- Əfşar, 2008. səh. 5
- Kərimov, 1987. səh. 12
- P.Kərimov, 2012. səh. 19
- Çınarcı, 2018. səh. 38
- P.Kərimov, 2012. səh. 24
- P.Kərimov, 2012. səh. 28
- Nağıyeva, 2001. səh. 162
- P.Kərimov, 2012. səh. 29
- P.Kərimov, 2012. səh. 30
- Münşi, 2009. səh. 175
- Küpeli, 2019. səh. 69
- Qazıyev, 1971. səh. 5
- Qazıyev, 1971. səh. 6
- Qazıyev, 1971. səh. 7
- Qazıyev, 1971. səh. 8
- Küpeli, 2019. səh. 70
- Küpeli, 2019. səh. 71
- Kərimov, 1987. səh. 23
- Qazıyev, 1971. səh. 9
- Kərimov, 1987. səh. 24
- Qazıyev, 1971. səh. 10
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sadiq bey Sadiqi 1533 Tebriz 1610 Isfahan serkerde tezkireci sair miniatur ressam Sadiq bey EfsarDogum tarixi 1533 Dogum yeri Tebriz Tebriz sehristani Serqi Azerbaycan ostani IranVefat tarixi 1610 Vefat yeri Isfahan Merkezi bexsi d Isfahan sehristani Isfahan ostani IranFealiyyeti ressam kitabxanaci muzehhib d sair Vikianbarda elaqeli mediafayllar XVI esrin ikinci yarisi XVII esrinde evvellerinde yasayib yaratmis Sadiq bey Sadiqi I Sah Ismayil hakimiyyete geldiyi zaman Samdan oz isteyi ile ona qosulmaga gelen Xudabendelu adli turk oguz eline mensubdur Sadiq bey kulliyatinin evvelinde oz Xudabendelu tayfasi barede melumat vermisdir Sadiq bey Efsar hem ressam hem sair hem kitabdar hem de serkerde kimi taninmisdir Atasi tayfanin nufuzlu sexslerinden oldugu ucun hele genclik illerinde Hafizi Sabuniden daha sonra ise Fezai Hemedaniden seir tehsili almisdir Seirlerini fars dili ile yanasi Azerbaycan Cagatay ve Osmanli turkcesinde yazan sairin gunumuze kulliyyati gelib cixmisdir Kulliyatina 10 eded eser daxildir Bunlara Mecmeul Xevas Qanun us Suver Fethnameyi Abbase namidar ve s misal gostermek olar Sadiq bey hemcinin mukemmel resm tehsili almis Qezvinde yasadigi illerde ise ressamliqla mesgul olaraq bu elmi tedris etmisdir Isgender bey Munsi Tarixi alemarayi Abbasi eserinde qeyd edir ki Sadiq beyin muellimi meshur ressam Muzeffer Eli olmusdur Sadiq beyin gunumuzde 4 eded imzali portreti askar edilib HeyatiQaynaqlarda serkerde dervis tezkireci sair neqqas ve saray kitabdari kimi adindan soz edilen Sadiq bey hicri 940 ci ilde miladi 1533 1534 Sefevi dovletinin paytaxti Tebriz seherinin Vicuye mehelllesinde anadan olmusdur Esl adi Sadiqdir Sadiqi ise texellusudur Menbelerde bezen Sadiqi Geylani Sadiqi Kitabdar Sadiq bey Sadiqi adlarina da rast gelmek mumkundur Isgender bey Munsi ve Qazi Ehmed Qumi eserlerinde ondan Sadiq bey Efsar kimi behs edirler Atasi Sah Ismayil meydana cixan zaman oz istekleri ile Samdan Iraq ve Azerbaycana gelib burada yasayan Xudabendi boyunun nufuzlu sexslerinden idi Sadiq bey kulliyatinin evvelinde oz menseyi barede yazir Men heqir Xudabendelu adi ile meshurlasmis ve taninmis turk tayfasindanam Onlar edaletli sahin olke tutmaga ve dunyani almaga basladigi ilk gunlerde tabelik bildirmek ve yardim etmek ucun Sam diyarindan Alemin sigindigi dergaha uz qoymuslar Menbelerde atasinin adina rast gelinmese de tayfa daxilinde guclu nufuza malik varli sexslerden biri oldugu melumdur Bu sebebden Sadiq bey usaqliq ve genclik illerinde dovrun taninmis alim ve senetkarlarinin sagirdi olmusdu 20 yasina catdiqda teqriben 1553 cu ilde Sadiq beyin atasi oldurulur Atasinin qetlinden sonra ona himayedarliq edecek bir sexs olmadigi ucun Sadiq bey el obasini terk ederek qelender ve dervislere qosulur Muellifin Mecmeul Xevas eserinde heyati barede verdiyi melumatlardan anlasilir ki o qelenderiler ile yasadigi illerde Heleb Bagdad Necef Kerbala Gilan Lahican Astrabad Hemedan kimi bir sira Sefevi ve Osmanli seherlerini gezmisdir Meselen eserinde Anadolunu seir ustadi kimi behs etdiyi Baki ile yaxsi bir dostluq munasibeti qurmusdu Baki 1556 1560 ci illerde Helebde qazi naibi kimi calisdigi ucun Sadiq beyin mehz bu iller erzinde Helebe sefer etdiyi dusunulur O eserinde Bagdadda Qivameddin Bagdadi ile Necef ve Kerabalada ise Qilinc bey ile gorusunden behs etmisdir Sadiqinin bu seherlerde ne qeder yasadigi bilinmir Isgender bey Munsi yazir ki bir muddet qelenderiler ile yasadiqdan ve gezdikden sonra Hemedan hakimi Emir Xan Sadiq beyin bu veziyyetinden xeber tutur O Sadiq beyi qelender ve dervislerden uzaqlasdirib oz himayesine goturur II Sah Ismayil dovrunde 1576 1577 Qezvinde saray kitabxanasinda islediyi qeyd edilen Sadiqi Sultan Mehemmed Xudabendenin 1578 1587 dovrunde paytaxti terk ederek evvelce Isgender xan Efsarin sonra ise Bedir xan Efsarin himayesinde calisir 1581 ci ilde Astarabad doyusunde hele de cesur doyuscu oldugunu subut eden Sadiq bey doyusden sonra Yezde gederek bir muddet Xace Qiyas i Neqsbendin yaninda isleyir 1587 ci ilde I Sah Abbas taxta cixdiqdan sonra Qezvine qayidan Sadiq beye tezlikle yeniden kitabdar vezifesi verildi Hemin illerde Sadiqinin xettat Eli Riza Tebrizi ile yasadigi reqabete diqqet ceken Qaziyev Sadiqinin bu vezifeni 1592 1598 ci iller arasinda yerine yetirdiyini bildirir Sefevi tarixcilerinden Celaleddin Mehemmed Yezdi Tarix i Abbasi adli eserinde Sadiq beyin 1598 ci ilde kitabdar vezifesinde olmadigini qeyd edir Lakin onun omrunun sonuna kimi mevacib almaga davam etdiyi qeyd olunur Cambridge history of Iran adli eserin Teymuriler ve Sefeviler dovrlerinden behs eden altinci cildinde Sadiq Bey Efsarin kitabdar teyin olundugu tarix hicri 995 ci il miladi 1587 kimi gosterilir Simurqun korpe Zali Qaf dagina aparmasi Turkce yazdigi mektublardan omrunun son illerinde xeste oldugu anlasilan sairin olum tarixi tarixsunasliqda muzakire meselesidir Muzakirelerin esas sebebi Peterburq Serqsunasliq Institutunda qorunan Teymur xan turkmen portretine Muin Musevvirin yazdigi qeydin iki ferqli oxunusdan kecmesidir Bu merhum Sadiqi bey Efsarin 102 ci ilde cekdiyi merhum Teymur xan Turkmenin portretidir ve men Muin Musevvir onu 1095 ci ilde tamamlamisam Sadiqinin yarimciq qoydugu eserin Muin Musevvir terefinden 1095 1683 cu ilde tamamlandigini gosteren bu qeydde 1002 tarixini ilk eserinde 1020 kimi serh eden Qaziyev ressamin 1020 1612 1024 1616 iller arasinda vefat etdiyini bildirmisdir Bir nece il sonra nesr etdiyi ikinci arasdirmasinda yeni tedqiqatlar neticesinde bu tarixin 1002 1594 kimi oxunmasi lazim oldugunu qeyd etmisdir M Muradova ozunun Sadiq bey Sadiqinin tevelludu ve olumu haqqinda adli meqalesinde sairin gunumuze qeder catmis eserlerindeki tercumeyi hal seciyyeli qisa melumatina esasen sairin 1609 cu ilde 77 yasinda vefat etdiyini yazmisdir Valih i Dagistaninin tercumeyi hallarinda Riyazu s Suare adli eserindeki melumatlara esaslanan butun tediqatlarda Sadiqinin vefat tarixi 1018 1609 10 cu il kimi gosterilib Lakin onun texminen hicri 1022 1614 cu ilde vefat etdiyini bildiren Taqi Ovhedinin yazdigi Erefatu l Arifin kimi menbeler de vardir YaradiciligiSair kimi Gunumuzde Sadiq bey Efsarin daha cox sair ve senetkar keyfiyyetleri ile xatirlandigini soylemek mumkundur Onun cagdasi olan tezkireci ve tarixciler Sadiq beyin poetik istedadini yuksek qiymetlendirirler Mecmeul Xevas eserinde yazdigina gore o genclik illerinde Hafizi Sabuniden daha sonra ise Fezai Hemedaniden seir tehsili almisdir Sadiq beyin seir senetindeki en muhum muellimi subhesiz ki Nisapurlu Mir Suni olmusdur Muellimini dervis tebietli ibadete duskun biri kimi xatirlayan Sadiq bey uc il Tebrizde ders aldigi bu sexsin 90 yaslarinda oldugunu bildirir Bu melumatlara esaslanaraq amerikan professor Antoni Velcin fikrince Sadiqinin Mir Suniden tehsil aldigi iller teqriben 1565 1568 ci illere tesaduf edir Qazi Ehmed Qumi de eserinde Suninin 1568 ci ilde vefat etdiyini bildirir Yasadigi dovrde qezel qeside qeside rubai muxemmes mesnevi ve s seirleri beyenilen Sadiq bey Sadiqi hem turkce hem de farsca uc ferqli lehcede seirler yazmisdir Sair Sadiqi texellusu ile taninirdi Sairin Movlana Celaleddin Ruminin Mesnevi sinin turkceye tercumesi ile bagli yazdigi mektubu bu baximdan cox ehemiyyetlidir Mektubda deyilir ki I Sah Abbas ondan Mesnevi ni turkceye cevirmeyi xahis etdikde o eseri Cagatay Azerbaycan ve Osmanli lehcelerine uygun hazirlayib saha teqdim etmisdi Sadiqinin sairlik istedadini gosteren diger muhum meqam ise vezifeden getdikden sonra xelvete cekilerek yazdigi ve 1010 1602 ci ilde tamamladigi kulliyatidir Muellif nusxesi Tebriz Milli Kitabxanasinda 3616 nomrede muhafize edilen kuliiyat sairin menzum ve mensur sekilde qeleme aldigi eserlerden ibaretdir Bu elyazmaya daxil olan eserler sonradan yazilaraq elave edilmis mundericatda asagidaki kimi teqdim edilir Qesideler Zubtedul kelam Qezeller Muxtelif seirler Sairlerin tezkiresi Mecmeul xevas Rubailer Meqale ve menzum hekayeler Sairler adina deyilmis muemmalar Fethname mesnevisi Sairler tezkiresinin ardi Turk dilinde yazilmis qeside ve qezeller Feyzi seirleri haqqinda risale Qanunus suver ressamliq haqqinda risale Hezziyat risalesi Mersiye ve terkibend Terkibbend elifba sirasi ile Tercibend Heyderinin hecvi Munseat turk ve fars dillerinde Felekden sikayet ve Mehemmed bey Mezaqinin hecvi Muxtelif hecvler Mecmeul Xevas Sadiqinin yaradiciliginin en ehemiyyetli eserlerinden biri olan Mecmel Xevas tezkiresi edebiyyat elm ve edebi fikir tarixinin oyrenilmesinde muhum rol oynayir Tezkire 1597 1598 ci illerde yazilmisdir Eser Osmanli torpaqlarindan tutmus bugunku Iran Azerbaycan Orta Asiya Efqanistan Pakistan Hindistana qeder boyuk bir erazinin konkret zaman cercivesinde I Sah Ismayil dovrunden muellifin heyatda oldugu zamana qeder edebi ve ictimai siyasi muhitini eks etdirir Sairin ozunun de qeyd etdyi kimi bu eser muellifin uzun muddetli seyahetlerinin musahidelerinin mehsuludur Sadiq bey Mecmeul Xevas eserinin muqeddimesinde ozune numune goturduyu Ebdurrehman Caminin Baharistan Elisir Nevainin Mecalisun Nefais Dovletsah Semerqendinin Tezkiretus suera ve Sam Mirzenin Tohfeyi Sami tezkirelerinin adlarini cekmisdir Tezkire muqeddime 8 mecme ve xatimeden ibaretdir Emirin portreti Sadiq beyin Azerbaycan dilinde yazdigi adli tezkiresinde ise Sefeviler dovrunde fealiyyet gostermis 480 sair ressam ve xettat haqqinda qiymetli materiallar toplanmisdir Eser hem Azerbaycan hem de fars medeniyyet ve incesenetinin tedqiqi uzre onemli menbelerdendir Eser bu yaxinlarda fars diline tercume olunmus Tehranda nesr edilmisdir Fethnameyi Abbase namidar Bu eser Sah abbasin heyat ve fealiyyetine yurus ve doyuslerine hesr edilmisdir Teqriben 2500 beytden ibaret olan eserde tercumeyi hal ve tarixi seciyyeli coxlu qiymetli melumat verilmisdir Muellif muxtelif tarixi hadiseleri doyusleri yuksek bedii formada tesbih ve istiarelerin komeyi ile tesvir edir Sah Abbasin qehreman obrazini yaradir Sadiq bey Efsarin turkce yazdigi eserlerine Mecmeul xevasdan basqa kulliyatina daxil edilmis mektublarini 18 mektubdan 14 u ana dilindedir gostermek olar Sairin turkce seirleri Tebriz Milli Kitabxanasinda saxlanilan elyazma kulliyatinin 888 917 ci sehifelerini ehate edir Bundan basqa Sadiqinin hem tezkiresinde hem de mektublarinda da turkce seirlere rast gelmek mumkundur Sadiq bey Efsarin 478 beytden ibaret turkce seirler toplusuna 5 qeside 40 qezel 1 saqiname Sah Abbasa murcieten mesnevi formasinda yazilmis 1 seir 1 terkibbend ve 1 qite daxil edilib 1 ci qesidede sair obrazli sekilde alleqoriyadan istifade etmekle havalarin soyumasini qisin gelisini tesvir edib 43 beytlik bu qeside edebiyyatimizda qisin tesvirine hesr olunmus en ugurlu sitaiyye qesidelerden biridir Ikinci qeside Hezreti Elinin medhine hers olunub Ucuncu qeside ise sairin qurbetde oldugu zamani yazdigi serhi haldir Dorduncu qeside Sah Abbasin medhi besinci qeside ise tebietin gozellikleri haqqindadir Sadiq beyin turkce seirler toplusuna daxil edilmis qezeller onun lirik yaradiciliginin tedqiq baximindan boyuk ehemiyyete malikdir Mehebbet movzusu dostlugun terennumu insan taleyi ile bagli dusunceler tebiet menzerelerinin tesviri bu seirlerin esas movzusudur Vida redifli qezelinde sair yarindan ayrilan asiqin kederini semimi bir dille ifade etmisdir Qildi hengami sefer servi xuramanim vida Veqtidur qilsa teni dilxesteni canim vida Gederin redifli qezeli de Sadiqinin hicran qeminin agrisina hesr edilmis seirlerinden biridir Qemi ferqain ile derdnak olub gederin Ne derdnak ki qemdin helak olub gederin Yegdur redifli qezelinde sair dovrunun sert ifadelerle tenqid edir Eger dunya budursa ele bizim evsiz esiksiz olmagimiz yaxsidir deyir Sadiq beyin yaradiciliginda Nevai ve Fuzuli yaradiciliginin tesiri nezere carpacaq derecededir Sadiq beyin seirlerinde Nevai poeziyasinin tesirinden danisan C Nagiyeva yazir Onun Bugay kas ki Etdin Qalmadi Subh ve basqa qezelleri yalniz redif baximindan deyir ideya mezmun ve bedii ifade vasitelerinden istifade baximindan Nevai ile birlesir Fuzulinin Gorub redifli qezeline yazdigi nezirede Sadiqi sairin 7 beytlik seirindeki 8 hemqafiye sozden 6 sini tekrar etmisdir Beytlerin birinde Fuzuli asiqi mualice etmek isteyen tebibin onun perisan alini gordukden sonra elac ede bilmeyeciyini basa dusub fikrinden vaz kecdiyini deyir Eyleyen teyini eczayi mudava derdime Terk edib cem etmedi hali perisanim gorub Sadiqi ise neziresinde reqibin onun perisan halini gordukden sonra xatirini cem etdiyini ozune geldiyini deyir Ger perisanem veli sadem ki esqinden reqib Xatirin xem eyledi hali perisanim gorub Sadiq beyin Fuzulinin tesiri altinda oldugunu gosteren eserlerinden biri de onun senetkarin Menem ki qafilesalari karivani qemem misrasi ile baslanan 9 bendlik terkibbendine cavab olaraq yazdigi 7 bendlik Menem ki sakini meyxaneyi diyari qemem misrasi ile baslanan seiridir Ressam kimi Aslan terbiyecisi Sikaqo Incesenet Institiutu Sadiqinin ressamliq tehsiline ne zaman basladigi tarixsunasliqda muzakire olunan meselelerden biridir A Velce gore seir senetindeki meullimi Mir Suninin olumunden sonra Tebrizden Qezvine kocen Sadiqi burada neqqasliq tehsili almaga baslayib Bu hadise teqriben 1568 ci ilden sonra bas vermisdir Bu zaman sairin 35 yasi varidi Isgender bey Munsi ise onun hele cavan yaslarinda resm tehsili aldigini 1568 ci ilden sonra ise pesekar ressam kimi neqqasliqla mesgul oldugunu yazir Munsi bildirir ki genc Sadiqi Muzeffer Elinin telebelerinden biri olmus uzun muddet onun yaninda ressamliq senentinin inceliklerini oyrenmisdir Atasi vefat etdikden sonra ise Muzeffer Elinin yanindan ayrilaraq qelenderilere qosulur Emir xan Mosullunun himayesine kecdikden sonra Hemedanda yasamaga baslayan Sadiq bey burada Mir Ibrahim ve Musa Rzaya resm dersleri kecirdi Bu da onun hele 1568 ci ilden evvel resm tehsili aldigini gosterir Qaziyev de Munsinin fikirleri ile razilasaraq Sadiq bey Efsarin genc yaslarindan ressamliqla mesgul oldugunu bildirir Turk senet tarixcisini Gulnihal Kupeli bu xronologiya esasinda alternativ bir fikir teqdim edir Kupeli yazir Sadiq bey ola bilsin ki paytaxt hele Tebriz iken yeni 1548 ci ilden evvel Muzeffer Eliden miniatur dersleri almis ve 1568 ci ilde Qezvinde saray kitabxanasinda isleyen kohne muellimi ile yeniden mesq etmeye baslamisdir 1539 1543 cu iller arasinda paytaxt Tebrizde yasadigi melum olan Muzeffer Eli kimi ustad miniaturcunun 35 yasli bir adami telebeliye qebul etmesinin en mentiqli izahi yeqin ki budur Sadiqinin miniatur senetine qayitmasinda seir tehsili aldigi Mir Suninin de muhum rolu oldugu dusunulur Mir Suni hem de xettat idi ve boya hazirlama ve kagiz boyama bilikleri yeqin ki Sadiqinin yeniden miniatur senetine maraq gostermesine sebeb olmusdur Qanun us Suver Sadiqinin diqqet ceken elmi eserlerinden biri tesviri incesenetin metodika ve praktikasina hesr edilmis 204 beytden ibaret menzum risalesidir Muellif bu risalede ressamlara ozune qarsi telebkar olmagi ressamliq materiallarini tesvir etdiyi obyekti mukemmel bilmeyi meslehet gorur Eser 17 qisa bolmeden ibatedir Sadiq bey Efsar eserin evvelinde gencelere muracietle deyir Demirem ki oz basina calis get rehber bir adam axtar Eger bele bir ustad tapmasan onda Qanun us Suverden uz cevirme onu yazmisam her nov isde komek ucun o sene muzdsuz ve minnetsiz ustaddir Sadiqinin bundan basqa ayri bir arzusu yoxdur ki arabir onun adini yaxsiliqla yad edesen Risalede qelem baglamaq usuluna dair ayrica bolme hesr edilmisdir Burada Sadiq bey Efsar senetkardan her seyden evvel qelem bagalamgi ve onun materiallarini tanimagi teleb edir Risalenin Neqqasligin muhum elametleri haqqinda adli bolmesinde orta esr ornament motivlerinden ve kompozisiyalarindan bir necesinin adi cekilir ve bu sahede muveffeqiyyet qazanmaq ucun istedadin ehemiyyeti qeyd edilir Basqa bir bolmede ise yapisqanli boyalarin hazirlanmasi qaydasindan behs edilir Muellif yazir Eger senin boyanin yapisqani az olarsa o boya quru toz kimi tokuler eger cox olarsa laxtalanar buna gore de olcuye diqqet edilmelidir Bundan basqa hemin eser muasir suret cixaran ressamlar ve berpacilar ucun evezsiz vesaitdir burada miniaturlerin uzunu cixarmaqdan otru firca ve kagiz hazirligindan tutmus reng secimine qeder her sey haqqinda melumat verilir Eserin elde olan nusxesinin son bolmesi lak hazirlanma qaydalarina hesr edilib Senderus adli nebati qetranla bezir yagindan bisirilen bu lak kartondan ibaret qelemdan mucru ve bezi elyazma kitablarinin cildleri uzerindeki tesvirleri ve bezekleri ortmek onlari rutubetden ve muxaniki tesirden saxlamaq ucun tetbiq edilirdi Resm eserleri Sadiqinin muellimi Muzeffer Elinin rehberliyi altinda cekdiyi Mecmeul Xevas ve Qanun us Suver eserlerinde teriflediyi ilk muhum eseri 1573 cu il tarixli Gersespname nusxesi ucun cekdiyi miniaturdur Onun sozugeden isi II Sah Ismayil terefinden yuksek qiymetlendirilmis bu sebebden saray kitabxanasina teyin edilerek Siyavus Bey Gurcu Mir Zeynelabidin Seyx Mehemmed Sirazi Eli Esger Kasi Abdullah Sirazi kimi senetkarlarla eyni is muhitini paylasmisdir Sadiq bey 1576 1577 ci il tarixli II Sah Ismayil Sahname si ucun 7 tesvir cekmisdir Menbelerde 1579 cu il tarixli Hebib es Siyer nusxesi ucun de 1 miniatur hazirladigi yazilsa da I Sah Abbasin dovrune qeder esasen tek sehifelik eserler resm etdiyini soylemek mumkundur Sadiqinin 1587 1589 cu ilde Sah Abbasin selteneti dovrunde hazirladigi Sahname tesvirleri ve 1593 cu il tarixli Enver i Suheyli nusxesindeki miniaturleri ressamin kitab resmleri icerisindeki en deyerli eserleri hesab edilir Sadiq bey kulliyatina daxil olan mektublarinin birinde Sadi Selmanin Kulliyatinin tesvirlerini cekdiyini ve geri gonderdiyini qeyd edir Bu da ressamin bir cox kitab ucun miniatur tesvirler hazirladigini gosterir Sadiq beyin eserleri hele onun sagliginda olkesinde ve onun hududlarindan kenarlarda yuksek qiymetlendirilirdi Oz resmlerini ona qeside yazmis sair bagislayaraq deyir Menim islerimin her vereqini tacirler uc tumene alib Hindistana aparirlar sen de ucuz satma Sadiq beyin tesviri incesenet sahesindeki yaradiciliginda portret eserleri ehemiyyetli yer tutur Avropada nesr edilmis edebiyyatda ressamin baslica olaraq bir nece eserinden goturulmus repreduksiyaya tesaduf edilir Onun Emel e Sadiq imzali ve yalniz kontur xetlerile islenmis resminde basinda calma olan kosasaqqla qoca emir tesvir edilir Yerde deri ustunde bardas qurmus sekilde oturan emir sanki kiminlese danisir Onun ifadeli ve serbest axici xetlerle cekilmis govdesi qollari ve basindan tekebburlu verilisi hakim suretinin inandirici ifadesine komek edir Bu eser serti olaraq Emirin portreti adlandirilib Ulaq uzerinde suvari XVII esrin evveleri Luvr muzeyinde saxlanilir Ressamin cap olunmus imzali eserlerinden biri de ulaq uzerinde geden orta yasli suvarinin tesviridir Hemin miniaturun uzerinde sag terefde ereb dilinde Raqimehu Sadiqi sozleri yazilmisdir Suvarinin xususile onun mindiyi ulagin cekilisi cox canli mutenasib ve tebiidir Bu eser Serq miniaturleri ucun seciyyevi olan menzerelerden ferqlenen tebiet tesviri kompozisya qurumuna malikdir Suvari on planda realist senete xas olan proposiyada munasib endazede tesvir olunur Ikinci planda kicik tepeler verilmisdir Bir qeder uzaqda sildirim qaya uzerinde qedim qala silueti hemin qayanin eteklerinde ise yasayis meskeni qesebe gorunmekdedir Melumdur ki Avropa senetinin realistik elameti olan perspektiv kiciltme Serq miniatur senetine yad idi O yalniz XVI esrin axirlarinda bir sira ressamin yaradiciliginda tezahur etmisdir ki onlardan biri Sadiq bey Sadiqidir Sadiq bey yaradiciliginin mehsulu olan imzali eserlerden biri Teymur xan Turkmanin portretidir Bu portret haqqinda ilk melumat 1886 ci ilde Peterburqda nesr edilmis Serq Dilleri Institutunun elyazmalari kataloqunda verilmisdir Sekilde aciq yasil yerlik uzerinde koy paltarli sisman qarinli ve ciddi baxisli bir hakim yerde dizi uste oturmus ve elleri dizlerine spykenmis veziyyetde tesvir edilmisdir Onun qirmizi zolaqli calmasinin ortasinda yukselen uca fesi de qirmizidir Plastik bir formada bir formada elvan boyalarla islenmis bu portret islenme xususiyyeti etibarile yeni nuanslara malikdir Burada hakim yerde oturmusdur ve istiqameti yan terefdir Onun calmasinin sag terefinde ucu gorunen qas dasli qemesi var Bununla bele sekilde ferdi cizgiler konkret sexsi xarakterize eden elametler movcuddur Portretin sag terefinde altda farca yazilmis bir qeyd var Merhum Teymur xan Turkmanin sebehidir 102 ilde merhum Sadiqi bey Efsar yaratmisdir En alcaq bende Muin musevver 1095 ci ilde onu tamamlamisdir Mubarek olsun Sadiq beyin yaradiciligi miniatur senetinin o cumleden Isfahan mektebinin inkisafinda boyuk rol oynamisdir QalereyaGersaspin sagsarlarla doyusu 1573 cu il Britaniya Kitabxanasi or12985 II Ismayilin Sahnamesinden tesvir Qezvin 1576 ci il David kolleksiyasi Kopenhagen Fridunun ogullarinin Yemen sahi Serv ve onun qizlari ile gorusu Firdovsinin Sahname eseri 1590 1600 cu il Chester Beatty kitabxanasi Dublin Rudabe saclarini Zal ucun asagi sallayir Firdovsinin Sahname eseri Qezvin 1590 1600 Chester Beatty kitabxanasi Dublin Bayquslar ve qargalar arasinda doyus 1593 cu il Aga Xan Muzeyi Ordekler tisbagani bir kendin ustunden aparir Enver i Suheyliden 1593 cu il Qezvin Aga Xan Muzeyi Ulaq uzerinde suvari XVII esrin evvelleri Luvr muzeyi Peri tesviri 1609 1610 cu il Qadin tesviri 1590 ci il Kitab oxuyan genc 1590 1600 cu illerMenbeIsgender bey Munsi Turkman Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF I Baki Tehsil AMEA A A Bakixanov adina Tarix Institutu 2009 seh 792 Haluk Ipekten Turk Edebiyatinin Kaynaklarindan Turkce Su ara Tezkireleri Erzurum 1988 Mehemmedeli Terbiyet Danismendani Azerbaycan Tehran 1314 Sadiq bey Efsar E Bagirov redaktesi Mecmeul Xevas PDF Baki Elm 2008 Pasa Kerimov XVII esr anadilli Azerbaycan poeziyasi Baki Nurlan 2012 seh 130 Cennet Nagiyeva Azerbaycanda Nevai Baki Tural E Nesriyyat Poliqrafiya merkezi 2001 Kerim Kerimov Sadiq bey Efsar Monoqrafiya Baki Isiq 1987 seh 72 Adil Qaziyev Sadiq bey Efsar Qanun us suver Baki Elm 1971 Gulnihal KUPELI Savasci Bir Sanatkarin Kaleminden Safevi Sarayindaki Muzehhib ve Nakkaslara Dair Notlar 13 Akdeniz Sanat Dergisi 2019 Mehmet Nuri CINARCI MECMA U L HAVAS TEZKIRESINDE DAIR VE ESER UZERINE DEGERLENDIRMELER 7 Uluslararasi Sosyal Ara tirmalar Dergisi 2018 Hemcinin baxAzerbaycanda miniatur seneti Sefeviler EfsarlarIstinadlarSadiqi Beg Artnet 1998 Ṣadiqi Afsar CERL Thesaurus ing Consortium of European Research Libraries Terbiyet 1314 seh 212 Ipekten 1988 seh 97 Esfar 2008 seh 3 P Kerimov 2012 seh 15 Kupeli 2019 seh 67 Kupeli 2019 seh 68 Qaziyev 1971 seh 11 Kerimov 1987 seh 19 P Kerimov 2012 seh 17 Efsar 2008 seh 5 Kerimov 1987 seh 12 P Kerimov 2012 seh 19 Cinarci 2018 seh 38 P Kerimov 2012 seh 24 P Kerimov 2012 seh 28 Nagiyeva 2001 seh 162 P Kerimov 2012 seh 29 P Kerimov 2012 seh 30 Munsi 2009 seh 175 Kupeli 2019 seh 69 Qaziyev 1971 seh 5 Qaziyev 1971 seh 6 Qaziyev 1971 seh 7 Qaziyev 1971 seh 8 Kupeli 2019 seh 70 Kupeli 2019 seh 71 Kerimov 1987 seh 23 Qaziyev 1971 seh 9 Kerimov 1987 seh 24 Qaziyev 1971 seh 10Xarici kecidlerVikianbarda Sadiq bey Efsar ile elaqeli mediafayllar var Vikimenbede Muellif Sadiq bey Efsar ile elaqeli melumatlar var