Konstantin Nikolayeviç Lizqar (1882 – 15 may 1920) — Azərbaycan Xalq Cümhuriyyətinin ərzaq naziri, Slavyan-Rus Cəmiyyətinin sədri.
Konstantin Lizqar | |
---|---|
Konstantin Nikolayeviç Lizqar | |
26 dekabr 1918 – 14 mart 1919 | |
Hökumət | III Xoyski hökuməti |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
Slavyan-Rus Cəmiyyətinin sədri | |
11 mart 1918 – 1919 | |
Əvvəlki | Vəzifə təsis olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1882 |
Vəfat tarixi | 15 may 1920 |
Həyatı
Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olmuşdur. 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuşdur. 1914-cü ildə leytenant rütbəsi ilə orduya sıralarına cəlb olunub. 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir.
Aprel işğalından sonra Bakının Qorçakovski 14 ünvanında yaşayan, sabiq ərzaq naziri və Slavyan-Rus Cəmiyyətinin sədri Konstantin Lizqar ilk həbs edilənlərdən oldu.
1920-ci ilin mayın 2-də XI Qırmızı Ordu İnqilabi Şurası yanındakı Xüsusi Şöbə tərəfindən 292 saylı həbs vərəqi əsasında azadlıqdan məhrum edilib. Həbs vərəqində 38 yaşında olması, orta təhsilli, ixtisaslı zabit, neft sənayesi sahəsində çalışması, ailəliyi ilə bağlı qeydlər var idi.
1920-ci ilin mayın 15-də istintaqın çıxardığı qərar əsasında, yəni “1917-ci ildən əksinqilabi fəaliyyətə başlayan, Beynəlmiləlin yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə Slavyan-Rus Cəmiyyətini yaradan, sədr kimi onun Sovet Rusiyasına qarşı fəal mübarizəsinə rəhbərlik edən, bütöv, vahid, bölünməz Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü Ordu, İngiltərə və Amerikanın nümayəndələri ilə görüşən, əksinqilabi ideyalarını yaymaq üçün qəzet nəşr edən” Konstantin Lizqar XI Ordu Xüsusi şöbəsinin 15 may 1920-ci il tarixli qərarı ilə güllələndi.
Konstantin Lizqar bolşeviklər tərəfindən güllələnən ilk Azərbaycan Xalq Cümhuriyyəti naziri olmuşdur.
Siyasi fəaliyyəti
Keçid dövrü
Xüsusi Zaqafqaziya Komitəsində yollar komissiyasının kargüzarı və Yollar Komissarlığında xüsusi tapşırıqlar məmuru vəzifəsində çalışıb.
1918-ci ilin martında Tiflisdə Slavyan-Rus Cəmiyyətini təsis edərək onun sədri olmuşdur.
Konstantin Lizqar Slavyan-Rus Cəmiyyətinin sədri seçilənə qədər Müvəqqəti Hökumətin Xüsusi Zaqafqaziya Komitəsinin sərəncamında fəaliyyət göstərirdi. 1917-ci ilin avqustun 22-də Müvəqqəti Hökumətin Xüsusi Zaqafqaziya Komitəsinin ona verdiyi vəsiqədə yazılmışdı:
Bu vəsiqə Zaqafqaziya Xüsusi Komitəsinin sərəncamında olan poruçik Lizqara verilir, ondan ötrü ki, o, Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Göyçay İcraiyyə Komitəsinin və komissar Süleymanovun hərəkətlərini təhqiq etmək üçün Bakı quberniyasına ezam olunur. Bütün vəzifəli şəxslər, müəssisə və idarələr göndərilən şəxsə qanuni köməklik göstərməlidirlər. Zaqafqaziya Xüsusi Komitəsinin üzvü Məmməd Yusif Cəfərov |
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
Konstantin Lizqarın 1918-ci ilin 16 fevralında Zaqafqaziya Komissarlığının Ticarət və Sənaye Komissarı Lütfəli bəy Behbudov tərəfindən verilmiş tapşırıqla Batuma gedib, 28 fevrala qədər təlimatda göstərilən işləri yerinə yetirib qayıtması ilə bağlı sənəd də mövcuddur.Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstandakı diplomatik nümayəndəsinin verdiyi vəsiqədə Konstantin Lizqarın dövrün əkinçilik naziri Xosrov bəy Sultanovun dəvəti ilə Tiflisdən Bakıya gəldiyi qeyd olunur.Xosrov bəy Sultanovun himayədarlığı və sərəncamı əsasında Konstantin Lizqar Əkinçilik Nazirliyində xüsusi tapşırıqlar məmuru olaraq çalışmışdır. Konstantin Lizqar haqqında sonralar istintaqa ifadə verən, Slavyan-Rus Cəmiyyətinin üzvü Mixail Vinoqradov belə demişdir:
Konstantin Lizqarı mən 1918-ci ilin martından tanıyıram. Əvvəllər onunla dostluq münasibəti saxlamışam. Arvadının dediyinə görə, o, 15 il əvvəl Bayıl həbsxanasında özünü asan, neftin ötürülməsində və cinayətin gizlədilməsi məqsədi ilə üç nəfər ləzginin öldürülməsində günahlandırılan milyonçu Rılskinin qeyri-qanuni oğludur. Onu da bilirəm ki, Rılski onu öz oğulları ilə bir yerdə böyüdüb və Lizqar Stepan Rılskini başqa cür yox, qardaş adlandırır. Rılskinin ölümündən sonra Lizqara varis kimi pay düşdü və o, ticarət işinə qoyduğu bir milyondan çox pul əldə etdi. Ancaq tezliklə müflisləşib, Vladiqafqaza getdi və yenidən ticarət işlərinə başladı. Tiflisdə o, ehtiyac içərisində yaşayırdı və bir xidmətçi ilə kifayətlənmişdi, yeməyi tez-tez arvadı hazırlayırdı. Bakıda da ərzaq naziri təyin edilənə qədər eyni vəziyyət idi. Pulsuzluqlarını onunla izah edirdilər ki, Stepan Rılski Lizqarın hərəkətsizliyindən narazı qaldığı üçün onlara çox az pul verir. Bu vəziyyət Lizqarı Bakıda iş axtarmağa məcbur etmişdi. |
Hökumətdə
Konstantin Lizqar 1918-ci ilin dekabr ayının 26-da III Xoyski hökumətində ərzaq naziri təyin olunmuşdur.
Konstantin Lizqar Stepan Rılskinin şirkətində müdir işləyən Suxaryevskini nazirlikdə hüquq məsləhətçisi təyin etmişdi. Sonra Lizqarın məktəb yoldaşı Ratner və Dərbəndli olan bacanağı Sulyenko işə qəbul olundu.
1919-cu ilin yanvarında Lizqar Stepan Rılski ilə buğda sövdələşməsinə başladı.O öz vəzifəsindən sui-istifadə etməyə başlamışdı. ifadələrində belə məlumatlar vardır:
Tezliklə onun buğda gətirilməsi ilə bağlı Hökumətin xeyrinə olmayan 10 milyon rubldan yuxarı miqdarda formal bankla sövdələşməyə girdiyi məlum oldu |
1919-cu ilin mart ayının 14-də III Xoyski hökuməti istefa verdi. Yeni hökumətdə yer ala bilməyəcəyindən narahat olan Konstantin Lizqar hökumətin ona 3 milyon pul ayıracağını düşünərək bacanağı Sulyenkonu buğda almaq üçün Yekaterinodara göndərdi. Buna baxmayaraq I Yusifbəyli hökumətində Lizqara vəzifə verilmədi. O, sonradan Neft Sənayeçiləri Cəmiyyətində işləməyə başladı.
Mənbə
İstinadlar
- "Cümhuriyyət Qurucuları. Nəsiman Yaqublu. Səhifə 352" (PDF). 2021-04-11 tarixində (PDF). İstifadə tarixi: 2021-08-01.
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K.N.Lizqarın istintaq işi, v.6
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K.N.Lizqarın istintaq işi, v.7.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 168. ISBN .
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K.N.Lizqarın istintaq işi, v. 62
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K.N.Lizqarın istintaq işi, v. 63
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K.N.Lizqarın istintaq işi, v. 65
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K.N.Lizqarın istintaq işi, v. 106
- Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Aдpec-календары Aзepбaйджанской Pecnублики нa 1920 год, Б., 1920
- Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti: 1918-1920. B., 1990, s. 92.
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K.N.Lizqarın istintaq işi, v. 108.
Ədəbiyyat
- Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN .
- Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
- (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.
- Lətif Şüküroğlu. Cümhuriyyət hökuməti repressiya məngənəsində. 2. Bakı. 2000.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Konstantin Nikolayevic Lizqar 1882 15 may 1920 Azerbaycan Xalq Cumhuriyyetinin erzaq naziri Slavyan Rus Cemiyyetinin sedri Konstantin LizqarKonstantin Nikolayevic LizqarAzerbaycan Xalq Cumhuriyyetinin erzaq naziri26 dekabr 1918 14 mart 1919HokumetIII Xoyski hokumetiEvvelkiVezife tesis olundu SonrakiVezife legv olundu Slavyan Rus Cemiyyetinin sedri11 mart 1918 1919EvvelkiVezife tesis olundu Sexsi melumatlarDogum tarixi 1882Vefat tarixi 15 may 1920 1920 05 15 HeyatiKonstantin Nikolayevic Lizqar 1882 ci ilde anadan olmusdur 1914 cu ile qeder Bakida ve Vladiqafqazda magazalar sahibi olmusdur 1914 cu ilde leytenant rutbesi ile orduya siralarina celb olunub 499 cu sehra hospitalinda Tiflis avtomobil komandasinda Turkustanda xidmet etmisdir Aprel isgalindan sonra Bakinin Qorcakovski 14 unvaninda yasayan sabiq erzaq naziri ve Slavyan Rus Cemiyyetinin sedri Konstantin Lizqar ilk hebs edilenlerden oldu 1920 ci ilin mayin 2 de XI Qirmizi Ordu Inqilabi Surasi yanindaki Xususi Sobe terefinden 292 sayli hebs vereqi esasinda azadliqdan mehrum edilib Hebs vereqinde 38 yasinda olmasi orta tehsilli ixtisasli zabit neft senayesi sahesinde calismasi aileliyi ile bagli qeydler var idi 1920 ci ilin mayin 15 de istintaqin cixardigi qerar esasinda yeni 1917 ci ilden eksinqilabi fealiyyete baslayan Beynelmilelin yaxinlasan tehlukesine qarsi 1918 ci ilde Slavyan Rus Cemiyyetini yaradan sedr kimi onun Sovet Rusiyasina qarsi feal mubarizesine rehberlik eden butov vahid bolunmez Rusiyanin xilasi ugrunda suurlu mubarizede Konullu Ordu Ingiltere ve Amerikanin numayendeleri ile gorusen eksinqilabi ideyalarini yaymaq ucun qezet nesr eden Konstantin Lizqar XI Ordu Xususi sobesinin 15 may 1920 ci il tarixli qerari ile gullelendi Konstantin Lizqar bolsevikler terefinden gullelenen ilk Azerbaycan Xalq Cumhuriyyeti naziri olmusdur Siyasi fealiyyetiKecid dovru Xususi Zaqafqaziya Komitesinde yollar komissiyasinin karguzari ve Yollar Komissarliginda xususi tapsiriqlar memuru vezifesinde calisib 1918 ci ilin martinda Tiflisde Slavyan Rus Cemiyyetini tesis ederek onun sedri olmusdur Konstantin Lizqar Slavyan Rus Cemiyyetinin sedri secilene qeder Muveqqeti Hokumetin Xususi Zaqafqaziya Komitesinin serencaminda fealiyyet gosterirdi 1917 ci ilin avqustun 22 de Muveqqeti Hokumetin Xususi Zaqafqaziya Komitesinin ona verdiyi vesiqede yazilmisdi Bu vesiqe Zaqafqaziya Xususi Komitesinin serencaminda olan porucik Lizqara verilir ondan otru ki o Xususi Zaqafqaziya Komitesi terefinden Goycay Icraiyye Komitesinin ve komissar Suleymanovun hereketlerini tehqiq etmek ucun Baki quberniyasina ezam olunur Butun vezifeli sexsler muessise ve idareler gonderilen sexse qanuni komeklik gostermelidirler Zaqafqaziya Xususi Komitesinin uzvu Memmed Yusif CeferovAzerbaycan Xalq Cumhuriyyeti dovru Konstantin Lizqarin 1918 ci ilin 16 fevralinda Zaqafqaziya Komissarliginin Ticaret ve Senaye Komissari Lutfeli bey Behbudov terefinden verilmis tapsiriqla Batuma gedib 28 fevrala qeder telimatda gosterilen isleri yerine yetirib qayitmasi ile bagli sened de movcuddur Azerbaycan Xalq Cumhuriyyetinin Gurcustandaki diplomatik numayendesinin verdiyi vesiqede Konstantin Lizqarin dovrun ekincilik naziri Xosrov bey Sultanovun deveti ile Tiflisden Bakiya geldiyi qeyd olunur Xosrov bey Sultanovun himayedarligi ve serencami esasinda Konstantin Lizqar Ekincilik Nazirliyinde xususi tapsiriqlar memuru olaraq calismisdir Konstantin Lizqar haqqinda sonralar istintaqa ifade veren Slavyan Rus Cemiyyetinin uzvu Mixail Vinoqradov bele demisdir Konstantin Lizqari men 1918 ci ilin martindan taniyiram Evveller onunla dostluq munasibeti saxlamisam Arvadinin dediyine gore o 15 il evvel Bayil hebsxanasinda ozunu asan neftin oturulmesinde ve cinayetin gizledilmesi meqsedi ile uc nefer lezginin oldurulmesinde gunahlandirilan milyoncu Rilskinin qeyri qanuni ogludur Onu da bilirem ki Rilski onu oz ogullari ile bir yerde boyudub ve Lizqar Stepan Rilskini basqa cur yox qardas adlandirir Rilskinin olumunden sonra Lizqara varis kimi pay dusdu ve o ticaret isine qoydugu bir milyondan cox pul elde etdi Ancaq tezlikle muflislesib Vladiqafqaza getdi ve yeniden ticaret islerine basladi Tiflisde o ehtiyac icerisinde yasayirdi ve bir xidmetci ile kifayetlenmisdi yemeyi tez tez arvadi hazirlayirdi Bakida da erzaq naziri teyin edilene qeder eyni veziyyet idi Pulsuzluqlarini onunla izah edirdiler ki Stepan Rilski Lizqarin hereketsizliyinden narazi qaldigi ucun onlara cox az pul verir Bu veziyyet Lizqari Bakida is axtarmaga mecbur etmisdi Hokumetde Konstantin Lizqar 1918 ci ilin dekabr ayinin 26 da III Xoyski hokumetinde erzaq naziri teyin olunmusdur Konstantin Lizqar Stepan Rilskinin sirketinde mudir isleyen Suxaryevskini nazirlikde huquq meslehetcisi teyin etmisdi Sonra Lizqarin mekteb yoldasi Ratner ve Derbendli olan bacanagi Sulyenko ise qebul olundu 1919 cu ilin yanvarinda Lizqar Stepan Rilski ile bugda sovdelesmesine basladi O oz vezifesinden sui istifade etmeye baslamisdi ifadelerinde bele melumatlar vardir Tezlikle onun bugda getirilmesi ile bagli Hokumetin xeyrine olmayan 10 milyon rubldan yuxari miqdarda formal bankla sovdelesmeye girdiyi melum oldu 1919 cu ilin mart ayinin 14 de III Xoyski hokumeti istefa verdi Yeni hokumetde yer ala bilmeyeceyinden narahat olan Konstantin Lizqar hokumetin ona 3 milyon pul ayiracagini dusunerek bacanagi Sulyenkonu bugda almaq ucun Yekaterinodara gonderdi Buna baxmayaraq I Yusifbeyli hokumetinde Lizqara vezife verilmedi O sonradan Neft Senayecileri Cemiyyetinde islemeye basladi MenbeIstinadlar Cumhuriyyet Quruculari Nesiman Yaqublu Sehife 352 PDF 2021 04 11 tarixinde PDF Istifade tarixi 2021 08 01 Azerbaycan Respublikasi Dovlet Tehlukesizliyi Xidmetinin Arxivi PS 12174 sayli K N Lizqarin istintaq isi v 6 Azerbaycan Respublikasi Dovlet Tehlukesizliyi Xidmetinin Arxivi PS 12174 sayli K N Lizqarin istintaq isi v 7 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi II cild Baki Lider 2005 seh 168 ISBN 9952 417 44 4 Azerbaycan Respublikasi Dovlet Tehlukesizliyi Xidmetinin Arxivi PS 12174 sayli K N Lizqarin istintaq isi v 62 Azerbaycan Respublikasi Dovlet Tehlukesizliyi Xidmetinin Arxivi PS 12174 sayli K N Lizqarin istintaq isi v 63 Azerbaycan Respublikasi Dovlet Tehlukesizliyi Xidmetinin Arxivi PS 12174 sayli K N Lizqarin istintaq isi v 65 Azerbaycan Respublikasi Dovlet Tehlukesizliyi Xidmetinin Arxivi PS 12174 sayli K N Lizqarin istintaq isi v 106 Pasayev A Acilmamis sehifelerin izi ile B 2001 Adpec kalendary Azepbajdzhanskoj Pecnubliki na 1920 god B 1920 Azerbaycan Demokratik Respublikasi Azerbaycan hokumeti 1918 1920 B 1990 s 92 Azerbaycan Respublikasi Dovlet Tehlukesizliyi Xidmetinin Arxivi PS 12174 sayli K N Lizqarin istintaq isi v 108 Edebiyyat Yaqub Mahmudov Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF 2 Lider nesriyyati Baki 2004 seh 472 ISBN 9952 417 44 4 Nesiman Yaqublu Cumhuriyyet quruculari PDF Baki NURLAR Nesriyyat Poliqrafiya Merkezi 2018 seh 504 Azerbaycan Xalq Cumhuriyyeti 1918 1920 Parlament Stenoqrafik hesabatlar I kitab PDF Baki Azerbaycan nesriyyati AZERBAYCAN RESPUBLIKASI NAZIRLER KABINETINI YANINDA BAS ARXIV IDARESI 1998 seh 976 PDF Baki Azerbaycan nesriyyati AZERBAYCAN RESPUBLIKASI NAZIRLER KABINETINI YANINDA BAS ARXIV IDARESI 1998 seh 992 Letif Sukuroglu Cumhuriyyet hokumeti repressiya mengenesinde 2 Baki 2000 Hemcinin baxSlavyan Rus Cemiyyeti