Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Gürcüstan Demokratik Respublikasında təmsil edən elçilik. 1918-ci ilin iyun ayında təsis edilmişdi.
Fəaliyyəti
1918-ci ilin iyun ayında təsis edilmiş diplomatik nümayəndəliyə üzvü Məmməd Yusif Cəfərov təyin olunmuşdu. Azərbaycan Hökuməti Gəncəyə köçdükdən (1918,16 iyun) sonra iki ölkə arasında müntəzəm əlaqələrin qurulması və inkişaf etdirilməsində bu nümayəndəliyin misilsiz rolu oldu. M.Y.Cəfərovun 1918-ci il iyunun 21-də Xarici İşlər Nazirliyinə ünvanladığı məxfi məlumatında Gürcüstan hökumətinin Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyi, keçmiş Zaqafqaziya hökumətinin əmlakının bölüşdürülməsi təklifi, Gürcüstandakı alman alayının Bakıya hərəkət etmək niyyəti haqqında bilgi verildi. İyunun 22-də isə Azərbaycan xarici işlər naziri ona tapşırıq verdi ki, Azərbaycan Hökumətinin mübahisəli ərazilər məsələsinə baxılması üçün xüsusi komissiya yaradılması haqqında təklifini Gürcüstan və Ermənistan hökumətlərinə çatdırsın.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi ilk vaxtlar Azərbaycan Hökumətinin tapşırıqlarını Ermənistan hökumətinə çatdırmaq funksiyasını da icra etməli oldu. Çünki Azərbaycan Hökuməti yalnız 1918-ci il sentyabrın 12-də Ermənistan Respublikasında diplomatik nümayəndəlik yaratmağı qərara aldı. 1918-ci il avqustun 15-də Məmməd Yusif Cəfərov Azərbaycan Hökuməti adından Ermənistan Respublikasının Gürcüstandakı işlər vəkili nota verərək, Andronikin başçılığı ilə erməni hərbi hissələrinin Zəngəzur və Şuşa bölgələrinə soxulmasını Azərbaycan Respublikasına qarşı düşmənçilik aktı kimi dəyərləndirmiş və bu hərbi birləşmələrin dərhal geri çağırılmasını tələb etmişdi.
Azərbaycan Hökumətinin 1918-ci il, 12 iyul tarixli qərarı ilə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinin 1 katib, 1 kargüzar, 1 makinaçı və 1 kuryerdən ibarət ştat tərkibi müəyyən edildi. 1919-cu ilin yazında Denikin təhlükəsinə qarşı hərbi əməkdaşlığı təşkil etmək üçün diplomatik nümayəndəlik yanında hərbi attaşe vəzifəsi təsis edildi və Azərbaycan hərbi nazirinin təqdimatı ilə podpolkovnik Məmməd bəy Əliyev 1919-cu il aprelin 8-də bu vəzifəyə təyin edildi. 1919-cu il mayın 26-da isə Gürcüstandakı diplomatik nümayəndəlik yanında Azərbaycan Maliyyə Nazirliyinin agentliyi yaradıldı. Avqustun 25-də ona Tiflisdə Azərbaycan Dövlət bankının agenti vəzifəsini icra etmək də həvalə olundu.
Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi Borçalı qəzasının azərbaycanlı əhalisinin hüquqlarının qorunması, onların erməni və gürcü silahlı dəstələrinin basqınlarından müdafiəsi üçün də fəal iş aparırdı. 1919-cu il avqustun sonunda M.Y.Cəfərov Almaniya hökumətinin Qafqazdakı nümayəndəsi general fon Kresso 3 dəfə müraciət etmiş, Borçalı qəzasında anarxiyaya və azərbaycanlı əhaliyə qarşı özbaşınalığa son qoyulması üçün beynəlxalq komissiya yaradılmasını və qəzanın özündə təhqiqat aparılmasını təklif etmişdi. 1918-ci ilin dekabrından M.Y.Cəfərov Azərbaycan Parlamentinin üzvü kimi Bakıda çalışdığından, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə onun müavini Faris bəy Vəkilov rəhbərlik etmişdir. F.Vəkilov 1919-cu il yanvarın 16-da Azərbaycan Hökumətinin başçısı Fətəli xan Xoyskiyə göndərdiyi teleqramda türk qoşununun Qars vilayətindən geri çəkilməsindən sonra həmin ərazinin Gürcüstan və Ermənistan tərəfindən işğal olunmaq təhlükəsi haqqında məlumat vermiş, təcili tədbirlər görülməsi zəruriliyini qeyd etmişdi. Azərbaycan Hökumətinin tapşırığı ilə F.Vəkilov 1919-cu il iyulun 12-də Cənubi Qafqazdakı Britaniya qüvvələrinin komandanı general Q.N.Koriyə nota verərək İrəvan quberniyasında yaşayan azərbaycanlıların Ermənistan nizami ordusu tərəfindən qətl və qarətlərə məruz qalmasına qəti etiraz bildirmiş, dinc əhaliyə qarşı kütləvi zorakılıqlara son qoyulması üçün Ermənistan hökumətinə təsir göstərilməsini tələb etmişdi. 1920-ci il fevralın 6-da F.Vəkilov Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasındakı diplomatik nümayəndəsi təyin edildi. O, 1920-ci il aprelin 9-da Tiflisdə işə başlamış Cənubi Qafqaz respublikaları nümayəndələrinin konfransında Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak etmişdi. Aprelin 19-da Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi yanında konsulluq şöbəsi yaradıldı. Şöbəyə R.Nəcəfov müdir təyin edildi. Konsulluq şöbəsi Gürcüstandakı Azərbaycan vətəndaşlarına ticarət işlərində, əmlak, vərəsəlik məsələləri ilə bağlı mübahisələrdə qanun çərçivəsində yardım göstərməli idi. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi öz fəaliyyəti ilə iki ölkə arasında normal münasibətlər qurulması və inkişaf etdirilməsində, Azərbaycan Hökuməti ilə Tiflisdəki Antanta təmsilçiləri və digər xarici missiyalar arasında əlaqələr saxlanılmasında mühüm rol oynadı.
Ədəbiyyat
- Aзepбaйджанская Демократиская Pecnублика (1918–1920), Внешняя политика (документы и материалы), Б., 1998;
- Документы и материалы по внешней политике Закавказья и Грузии, Тифлис, 1919.
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild, Bakı, "Lider Nəşriyyat", 2004, s. 199
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan Xalq Cumhuriyyetinin Gurcustanda diplomatik numayendeliyi Azerbaycan Xalq Cumhuriyyetini Gurcustan Demokratik Respublikasinda temsil eden elcilik 1918 ci ilin iyun ayinda tesis edilmisdi Fealiyyeti1918 ci ilin iyun ayinda tesis edilmis diplomatik numayendeliye uzvu Memmed Yusif Ceferov teyin olunmusdu Azerbaycan Hokumeti Genceye kocdukden 1918 16 iyun sonra iki olke arasinda muntezem elaqelerin qurulmasi ve inkisaf etdirilmesinde bu numayendeliyin misilsiz rolu oldu M Y Ceferovun 1918 ci il iyunun 21 de Xarici Isler Nazirliyine unvanladigi mexfi melumatinda Gurcustan hokumetinin Azerbaycanla munasibetleri yaxsilasdirmaq isteyi kecmis Zaqafqaziya hokumetinin emlakinin bolusdurulmesi teklifi Gurcustandaki alman alayinin Bakiya hereket etmek niyyeti haqqinda bilgi verildi Iyunun 22 de ise Azerbaycan xarici isler naziri ona tapsiriq verdi ki Azerbaycan Hokumetinin mubahiseli eraziler meselesine baxilmasi ucun xususi komissiya yaradilmasi haqqinda teklifini Gurcustan ve Ermenistan hokumetlerine catdirsin Qeyd etmek lazimdir ki Azerbaycanin Gurcustandaki diplomatik numayendesi ilk vaxtlar Azerbaycan Hokumetinin tapsiriqlarini Ermenistan hokumetine catdirmaq funksiyasini da icra etmeli oldu Cunki Azerbaycan Hokumeti yalniz 1918 ci il sentyabrin 12 de Ermenistan Respublikasinda diplomatik numayendelik yaratmagi qerara aldi 1918 ci il avqustun 15 de Memmed Yusif Ceferov Azerbaycan Hokumeti adindan Ermenistan Respublikasinin Gurcustandaki isler vekili nota vererek Andronikin basciligi ile ermeni herbi hisselerinin Zengezur ve Susa bolgelerine soxulmasini Azerbaycan Respublikasina qarsi dusmencilik akti kimi deyerlendirmis ve bu herbi birlesmelerin derhal geri cagirilmasini teleb etmisdi Azerbaycan Hokumetinin 1918 ci il 12 iyul tarixli qerari ile Azerbaycanin Gurcustandaki diplomatik numayendeliyinin 1 katib 1 karguzar 1 makinaci ve 1 kuryerden ibaret stat terkibi mueyyen edildi 1919 cu ilin yazinda Denikin tehlukesine qarsi herbi emekdasligi teskil etmek ucun diplomatik numayendelik yaninda herbi attase vezifesi tesis edildi ve Azerbaycan herbi nazirinin teqdimati ile podpolkovnik Memmed bey Eliyev 1919 cu il aprelin 8 de bu vezifeye teyin edildi 1919 cu il mayin 26 da ise Gurcustandaki diplomatik numayendelik yaninda Azerbaycan Maliyye Nazirliyinin agentliyi yaradildi Avqustun 25 de ona Tiflisde Azerbaycan Dovlet bankinin agenti vezifesini icra etmek de hevale olundu Azerbaycanin Gurcustandaki diplomatik numayendeliyi Borcali qezasinin azerbaycanli ehalisinin huquqlarinin qorunmasi onlarin ermeni ve gurcu silahli destelerinin basqinlarindan mudafiesi ucun de feal is aparirdi 1919 cu il avqustun sonunda M Y Ceferov Almaniya hokumetinin Qafqazdaki numayendesi general fon Kresso 3 defe muraciet etmis Borcali qezasinda anarxiyaya ve azerbaycanli ehaliye qarsi ozbasinaliga son qoyulmasi ucun beynelxalq komissiya yaradilmasini ve qezanin ozunde tehqiqat aparilmasini teklif etmisdi 1918 ci ilin dekabrindan M Y Ceferov Azerbaycan Parlamentinin uzvu kimi Bakida calisdigindan Azerbaycanin Gurcustandaki diplomatik numayendeliyine onun muavini Faris bey Vekilov rehberlik etmisdir F Vekilov 1919 cu il yanvarin 16 da Azerbaycan Hokumetinin bascisi Feteli xan Xoyskiye gonderdiyi teleqramda turk qosununun Qars vilayetinden geri cekilmesinden sonra hemin erazinin Gurcustan ve Ermenistan terefinden isgal olunmaq tehlukesi haqqinda melumat vermis tecili tedbirler gorulmesi zeruriliyini qeyd etmisdi Azerbaycan Hokumetinin tapsirigi ile F Vekilov 1919 cu il iyulun 12 de Cenubi Qafqazdaki Britaniya quvvelerinin komandani general Q N Koriye nota vererek Irevan quberniyasinda yasayan azerbaycanlilarin Ermenistan nizami ordusu terefinden qetl ve qaretlere meruz qalmasina qeti etiraz bildirmis dinc ehaliye qarsi kutlevi zorakiliqlara son qoyulmasi ucun Ermenistan hokumetine tesir gosterilmesini teleb etmisdi 1920 ci il fevralin 6 da F Vekilov Azerbaycan Xalq Cumhuriyyetinin Gurcustan Respublikasindaki diplomatik numayendesi teyin edildi O 1920 ci il aprelin 9 da Tiflisde ise baslamis Cenubi Qafqaz respublikalari numayendelerinin konfransinda Azerbaycan numayende heyetinin uzvu kimi istirak etmisdi Aprelin 19 da Azerbaycanin Gurcustandaki diplomatik numayendeliyi yaninda konsulluq sobesi yaradildi Sobeye R Necefov mudir teyin edildi Konsulluq sobesi Gurcustandaki Azerbaycan vetendaslarina ticaret islerinde emlak vereselik meseleleri ile bagli mubahiselerde qanun cercivesinde yardim gostermeli idi Azerbaycanin Gurcustandaki diplomatik numayendeliyi oz fealiyyeti ile iki olke arasinda normal munasibetler qurulmasi ve inkisaf etdirilmesinde Azerbaycan Hokumeti ile Tiflisdeki Antanta temsilcileri ve diger xarici missiyalar arasinda elaqeler saxlanilmasinda muhum rol oynadi EdebiyyatAzepbajdzhanskaya Demokratiskaya Pecnublika 1918 1920 Vneshnyaya politika dokumenty i materialy B 1998 Dokumenty i materialy po vneshnej politike Zakavkazya i Gruzii Tiflis 1919 IstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider Nesriyyat 2004 s 199Hemcinin baxAzerbaycan Xalq Cumhuriyyetinin xaricdeki numayendelikleri