May hadisələri (həmçinin 14–15 may hadisələri, 1992-ci il 15 may dövlət çevrilişi) — Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilən dövlət çevrilişi.
May hadisələri | |||
---|---|---|---|
Qarabağ münaqişəsi | |||
Tarix | 14 may 1992 – 15 may 1992 (1 gün) | ||
Yeri | Bakı, Laçın; Azərbaycan | ||
Səbəbi | Ayaz Mütəllibovun hakimiyyətə qayıtması | ||
Nəticəsi | dövlət çevrilişi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Zəmin
Mütəllibovun istefası
Fevralın 25-dən 26-na keçən gecə erməni dəstələri bir neçə zirehli texnikanın dəstəyi ilə Xocalı şəhərinə hücum etmiş, yerli əhaliyə soyqırım törətmişdir. Baş verən hadisələr mart ayına qədər ictimaiyyətdən gizli saxlanılmışdır. Həmin ay Azərbaycan Ali Sovetinin Milli Şurası jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı videoçarxının yayımlanmasına icazə vermişdi. Soyqırımın görüntüləri Azərbaycan ictimaiyyətini sarsıtmış, Mütəllibova qarşı nifrətə səbəb olmuşdu.
Bir çox cəbhəçilər Mütəllibovu tənqid etmiş, İsgəndər Həmidov isə Mütəllibovun 20 Yanvar faciəsi nəticəsində hakimiyyətə gəldiyini və Rusiyanın maraqlarına xidmət etmək üçün Kreml tərəfindən Azərbaycan Kommunist Partiyasına rəhbər təyin edildiyini demişdir. Həmçinin, o, Mütəllibovu Azərbaycan Konstitusiyasını pozmaqda ittiham etmişdir, çünki Ali Sovetin milli ordu yaratmaq məqsədi daşıyan qanunu qəbul etməsinə baxmayaraq, Mütəllibov onu icra etməmişdi. Bu səbəblərdən Həmidov Mütəllibovun istefaya getməsini tələb etmişdir. Nəticədə, Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa vermişdir. Növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edilmişdir. Müdafiə naziri vəzifəsi AXC üzvü Rəhim Qazıyevə verilmişdi.
Müvəqqəti hökumət
İsgəndər Həmidov Mütəllibovun devrilməsi prosesi əsnasında partiyasının üzvlərini avtobusa yığmış, Şamaxıya yollanmışdır. Burada Mütəllibovun həmyerliləri onun hakimiyyətə qayıtması üçün etiraz aksiyası keçirirdi, lakin Həmidov və dəstəsi etirazçılara hücum etmiş, onları döyərək susdurmuşdu. 9 may 1992-ci il tarixində Şuşa işğal edilmiş, bu isə Azərbaycanda daxili siyasi gərginliyi pik həddə çatdırmışdı.
Hər halda, 14 mayda Azərbaycan Ali Soveti yenidən iclas keçirmiş və Mütəllibovun vəzifəsi keçmiş kommunist deputatlar tərəfindən bərpa edilmişdir. Zalda iştirak edən 250 deputatdan 219-u "lehinə" səs vermişdi. Onlar Mütəllibovun istefasını konstitusiyaya zidd elan etmişdi, çünki Xocalı istintaqının ilkin nəticələri onun hər hansı qanunsuz hərəkətinin olmadığını göstərmişdi. Vəzifəsinə bərpa edilmiş prezident Bakıda iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq etmiş, daxili işlər naziri, AXC-nin tərəfdarı olan Tahir Əliyevi vəzifəsindən uzaqlaşdırmış, mitinq və nümayişləri qadağan etmişdir. Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyində (MTN) şəxsi heyətin toplantısı keçirilmiş və orada prezidentin dəstəklənməsi qərara alınmışdır. Bütün əməliyyat işçilərinə silah-sursat paylanılmış, MTN-nin ayrı-ayrı əməkdaşlarına AXC-nin bir sıra liderlərinin həbs edilməsi və ölkədə asayişin bərpası barədə göstəriş verilməsi xahişi ilə müraciət daxil olmuşdur. Buna baxmayaraq, Mütəllibov siyasi rəqiblərinə qarşı belə radikal tədbirlər görməyə cəsarət etməmişdi. Milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov da AXC-yə qarşı repressiyaların yalnız qaçılmaz və arzuolunmaz şəkildə qanın axılmasına gətirib çıxaracağına inanaraq barışdırıcı idi. Ona görə, MTN respublikada gedən siyasi proseslərə qarışmamalı idi.
Çevriliş
Ayaz Mütəllibovun prezident səlahiyyətlərinin bərpa edilməsini dövlət çevrilişi kimi görən AXC onu yenidən vəzifəsindən uzaqlaşdırmağı planlaşdırırdı. AXC batalyonunun qoşunları 14 maydan 15 maya keçən gecədə cəbhə xəttindən geri çəkilmişdi. Arif Paşayevin başçılıq etdiyi Laçın alayının çoxlu sayda əsgəri və Etibar Məmmədovun döyüşçüləri də mövqelərindən geri çəkilərək Bakıya yola düşmüşdü. AXC əvvəlcə Mütəllibova ultimatum göndərdi, lakin diplomatik mənbələr rus əsgərlərinin müdaxilə etməyəcəyini bildirdikdən sonra silahlı hücum başladı. Mütəllibov hakimiyyətdə qalmaq üçün rus qüvvələrinin köməyinə ümid bəsləsə də, Rəhim Qazıyevin səyləri nəticəsində ondan məhrum olmuşdu.
15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonna ilə küçələrə axın etmişdir. 10 min etirazçı ilə Milli Məclisin binasına doğru irəliləyirdi. Moskva mehmanxanası yaxınlığında boş güllələrlə atəş açılmağa başlanılmışdır. Panikaya səbəb olan hadisəyə görə İsgəndər Həmidov huşunu itirmiş və Milli Təhlükəsizlik Nazirliyinin binasına aparılmışdır. Hər halda, Həmidov kollonanın önünə keçmiş və qolundan yaralanmışdır. O, ardınca dəstələri ilə birlikdə parlament binasına və televiziyaya basqın etmişdir. Baş tutan atışmada 10-a yaxın əsgər həlak olmuş, Mütəllibov isə yenidən devrilmişdi.
Nəticə
Ayaz Mütəllibov çevrilişin növbəti günü Qala aviabazasından Moskvaya uçmuşdur. Bundan başqa, İlhüseyn Hüseynov "Rusiya hərbi kəşfiyyatçılarının bilavasitə iştirakı ilə dövlət çevrilişi təşkil etməkdə" ittiham edərək MTN rəhbərliyindən uzaqlaşdırılmışdır. AXC-nin aparıcı simaları Hüseynovun "çevrilişə hazırlıqda iştirakına görə" cinayət məsuliyyətinə cəlb edilməsi tələblərini səsləndirmışdı. Yeni nazir yeni rəisi MTN-in Bakı Şəhər Baş İdarəsinin sabiq şöbə rəisi Fəxrəddin Təhməzov olmuşdur.
Ayaz Mütəllibov devrildikdən sonra müxalifət təmsilçisi İsa Qəmbər həm parlamentin spikeri, həm də 7 iyunda keçiriləcək prezident seçkilərinə qədər Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən şəxs seçilmişdir. Həmidov daxili işlər naziri, başqa bir müxalifət təmsilçisi Tofiq Qasımov xarici işlər naziri təyin edilmiş, Qazıyev isə müdafiə naziri olaraq qalmışdı.
Vəziyyətdən xəbərdar olan erməni komandanlığı Laçına hücum əməliyyatına başlamışdır. Erməni qüvvələri ilk növbədə Zarıslı kəndinə hücum edərək oradakı azərbaycanlı qüvvələri qovmuşdur. Müdafiə xəttində boşluq yarandığından Elbrus Orucov rəhbərlik etdiyi qüvvələrə geri çəkilməyi əmr etmiş, lakin bu, orduda panikaya səbəb olmuşdu. Erməni qüvvələri Turşsu kəndini işğal etmiş və Laçına doğru irəliləməyə başlamışdır. Azərbaycanlı qüvvələr tank və PDM-lərlə rayon ərazisini tərk etmiş və 18 maya qədər Laçın boşaldılmışdır. Erməni qüvvələrinin hücumu sürətli şəkildə həyata keçirilirdi. Kəndlər müqavimətsiz zəbt edilmiş, Azərbaycan əsgərləri tərəfindən arxada qoyulan silahlar, texnika və döyüş sursatı ələ keçirilmişdi. Erməni komandanlığı tərk edilmiş kəndlərdə ərzaq, yanacaq təchizatı, kənd təsərrüfatı heyvanları ilə ehtiyaclarını qarşılamışdı. Erməni qüvvələri 18 mayda Laçına daxil oldu və şəhər müqavimətsiz işğal edilmişdir. Ermənilər Laçını işğal etdikdən sonra onu talan və məhv etmişdir,Laçın dəhlizi ərazisində yerləşən yaşayış məntəqələrini yandırılmışdır. Laçın şəhərinin təqribən 7,800 nəfərdən ibarət Azərbaycan və kürd əsilli sakini qaçqın düşmüşdür.
AXC-nin sədri Əbülfəz Elçibəy 7 iyun 1992-ci il tarixində Azərbaycan Prezidenti seçilmiş və nəhayət, AXC hakimiyyətə gəlmişdir. Elçibəyin qələbəsi ölkədə uzun sürən siyasi böhranı aradan qaldırmış, cəbhədə əhval-ruhiyyəni yüksəltmişdir.
Mənbə
İstinadlar
- Əlizadə, 2006. səh. 366–376
- Qolts, 2015. səh. 136
- Bölükbaşı, 2011. səh. 185
- de Vaal, 2013. səh. 185–186
- Əlizadə, 2006. səh. 384–385
- de Vaal, 2013. səh. 192–193
- Akopyan, 2010
- de Vaal, 2013. səh. 194
- Tumşis, 2016. səh. 101
- Qolts, 2015. səh. 190–191
- Həmid, 2020
- Əlizadə. səh. 558
- Əlizadə, 2006. səh. 394–395
- Qolts, 2015. səh. 198
- Vəliməmmədov, 2019. səh. 77–78
- Köçəryan, 2019. səh. 86
- de Vaal, 2013. səh. 195
- Qolts, 2015. səh. 206
- Frelik, 1994. səh. 596
- BBC, 2020
- Caucasian Knot, 2020
- de Vaal, 2013. səh. 308
Ədəbiyyat
- de Vaal, Tomas. Black Garden: Armenia and Azerbaijan through Peace and War (ingilis) (10th Anniversary, Revised, Updated). NYU Press. 2013. ISBN .
- Qolts, Tomas. Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic (ingilis) (1st Edition). Routledge. 1998. ISBN .
- Bölükbaşı, Suha. Azerbaijan: A Political History (ingilis). London: I. B. Taurus. 2011. ISBN .
- "Keçmiş nazir İsgəndər Həmidov onu tanıyanların xatirəsində necə qalacaq?". BBC Azərbaycanca (az.). 26 fevral 2020. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-19.
- Тумшис, Михаил. Щит и меч Советского Союза (rus). Moskva: Rusiya Təhsil və Elmin Təşviqi Fondu. 2016. ISBN .
- Frelik. "Faultlines of Nationality Conflict: Refugees and Displaced Persons From Armenia and Azerbaijan". International Journal of Refugee Law (ingilis). 6 (4). 1994. doi:10.1093/ijrl/6.4.581.
- Vəliməmmədov, Məmməd. Очерки по Карабахской войне (rus). ЛитРес. ISBN .
- Köçəryan, Robert. Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха (rus). Intellektualnaya literatura. 2018. ISBN .
- Əlizadə, Zərdüşt. Конец второй республики (rus). I. Moskva: Граница. 2006. ISBN .
- "Азербайджан взял под контроль Лачин спустя 28 лет". Caucasian Knot (rus). 1 dekabr 2020. 15 yanvar 2021 tarixində .
- Akopyan, Tatul. Lachin Falls, Red Kurdistan between Armenia and Karabakh // Karabakh Diary, Green and Black: Neither War nor Peace (ingilis). Antelias Publishing. 2010. ISBN . 11 iyul 2021 tarixində .
- Həmid, Tural. "Laçının işğalı (1992)". AzLogos (az.). 1 dekabr 2020. 4 yanvar 2021 tarixində .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
May hadiseleri hemcinin 14 15 may hadiseleri 1992 ci il 15 may dovlet cevrilisi Azerbaycanda Azerbaycan Xalq Cebhesi terefinden heyata kecirilen dovlet cevrilisi May hadiseleriQarabag munaqisesiTarix 14 may 1992 1992 05 14 15 may 1992 1992 05 15 1 gun Yeri Baki Lacin AzerbaycanSebebi Ayaz Mutellibovun hakimiyyete qayitmasiNeticesi dovlet cevrilisiMunaqise terefleriAXC Bozqurd Partiyasi Mudafie Nazirliyi Milli Qvardiya Ali Sovetin Milli Surasi Milli Tehlukesizlik NazirliyiKomandan lar Ebulfez Elcibey Isgender Hemidov Rehim Qaziyev Yaqub Memmedov Ayaz Mutellibov Ilhuseyn HuseynovTereflerin quvvesi10 min etirazci AXC milisleri Zirehli texnika NamelumItkilerNamelum 10 a yaxin esger helak olmusdur ZeminMutellibovun istefasi Fevralin 25 den 26 na kecen gece ermeni desteleri bir nece zirehli texnikanin desteyi ile Xocali seherine hucum etmis yerli ehaliye soyqirim toretmisdir Bas veren hadiseler mart ayina qeder ictimaiyyetden gizli saxlanilmisdir Hemin ay Azerbaycan Ali Sovetinin Milli Surasi jurnalist Cingiz Mustafayevin Xocali soyqirimi ile bagli videocarxinin yayimlanmasina icaze vermisdi Soyqirimin goruntuleri Azerbaycan ictimaiyyetini sarsitmis Mutellibova qarsi nifrete sebeb olmusdu Bir cox cebheciler Mutellibovu tenqid etmis Isgender Hemidov ise Mutellibovun 20 Yanvar faciesi neticesinde hakimiyyete geldiyini ve Rusiyanin maraqlarina xidmet etmek ucun Kreml terefinden Azerbaycan Kommunist Partiyasina rehber teyin edildiyini demisdir Hemcinin o Mutellibovu Azerbaycan Konstitusiyasini pozmaqda ittiham etmisdir cunki Ali Sovetin milli ordu yaratmaq meqsedi dasiyan qanunu qebul etmesine baxmayaraq Mutellibov onu icra etmemisdi Bu sebeblerden Hemidov Mutellibovun istefaya getmesini teleb etmisdir Neticede Mutellibov muxalifetin tezyiqi ile 6 martda prezident vezifesinden istefa vermisdir Novbeti prezident seckilerine qeder prezident selahiyyetleri Ali Sovetin sedri Yaqub Memmedova hevale edilmisdir Mudafie naziri vezifesi AXC uzvu Rehim Qaziyeve verilmisdi Muveqqeti hokumet Isgender Hemidov Mutellibovun devrilmesi prosesi esnasinda partiyasinin uzvlerini avtobusa yigmis Samaxiya yollanmisdir Burada Mutellibovun hemyerlileri onun hakimiyyete qayitmasi ucun etiraz aksiyasi kecirirdi lakin Hemidov ve destesi etirazcilara hucum etmis onlari doyerek susdurmusdu 9 may 1992 ci il tarixinde Susa isgal edilmis bu ise Azerbaycanda daxili siyasi gerginliyi pik hedde catdirmisdi Her halda 14 mayda Azerbaycan Ali Soveti yeniden iclas kecirmis ve Mutellibovun vezifesi kecmis kommunist deputatlar terefinden berpa edilmisdir Zalda istirak eden 250 deputatdan 219 u lehine ses vermisdi Onlar Mutellibovun istefasini konstitusiyaya zidd elan etmisdi cunki Xocali istintaqinin ilkin neticeleri onun her hansi qanunsuz hereketinin olmadigini gostermisdi Vezifesine berpa edilmis prezident Bakida iki ay muddetine fovqelade veziyyet rejimi tetbiq etmis daxili isler naziri AXC nin terefdari olan Tahir Eliyevi vezifesinden uzaqlasdirmis mitinq ve numayisleri qadagan etmisdir Eyni zamanda Milli Tehlukesizlik Nazirliyinde MTN sexsi heyetin toplantisi kecirilmis ve orada prezidentin desteklenmesi qerara alinmisdir Butun emeliyyat iscilerine silah sursat paylanilmis MTN nin ayri ayri emekdaslarina AXC nin bir sira liderlerinin hebs edilmesi ve olkede asayisin berpasi barede gosteris verilmesi xahisi ile muraciet daxil olmusdur Buna baxmayaraq Mutellibov siyasi reqiblerine qarsi bele radikal tedbirler gormeye cesaret etmemisdi Milli tehlukesizlik naziri Ilhuseyn Huseynov da AXC ye qarsi repressiyalarin yalniz qacilmaz ve arzuolunmaz sekilde qanin axilmasina getirib cixaracagina inanaraq barisdirici idi Ona gore MTN respublikada geden siyasi proseslere qarismamali idi CevrilisAzerbaycan Prezident Ayaz Mutellibov 1992 ci il Ayaz Mutellibovun prezident selahiyyetlerinin berpa edilmesini dovlet cevrilisi kimi goren AXC onu yeniden vezifesinden uzaqlasdirmagi planlasdirirdi AXC batalyonunun qosunlari 14 maydan 15 maya kecen gecede cebhe xettinden geri cekilmisdi Arif Pasayevin basciliq etdiyi Lacin alayinin coxlu sayda esgeri ve Etibar Memmedovun doyusculeri de movqelerinden geri cekilerek Bakiya yola dusmusdu AXC evvelce Mutellibova ultimatum gonderdi lakin diplomatik menbeler rus esgerlerinin mudaxile etmeyeceyini bildirdikden sonra silahli hucum basladi Mutellibov hakimiyyetde qalmaq ucun rus quvvelerinin komeyine umid beslese de Rehim Qaziyevin seyleri neticesinde ondan mehrum olmusdu 15 mayda gunorta saatlarinda AXC nin herbi qolunun rehberi olan Isgender Hemidov zirehli texnika ve esgerlerden ibaret kolonna ile kucelere axin etmisdir 10 min etirazci ile Milli Meclisin binasina dogru irelileyirdi Moskva mehmanxanasi yaxinliginda bos gullelerle ates acilmaga baslanilmisdir Panikaya sebeb olan hadiseye gore Isgender Hemidov husunu itirmis ve Milli Tehlukesizlik Nazirliyinin binasina aparilmisdir Her halda Hemidov kollonanin onune kecmis ve qolundan yaralanmisdir O ardinca desteleri ile birlikde parlament binasina ve televiziyaya basqin etmisdir Bas tutan atismada 10 a yaxin esger helak olmus Mutellibov ise yeniden devrilmisdi NeticeAyaz Mutellibov cevrilisin novbeti gunu Qala aviabazasindan Moskvaya ucmusdur Bundan basqa Ilhuseyn Huseynov Rusiya herbi kesfiyyatcilarinin bilavasite istiraki ile dovlet cevrilisi teskil etmekde ittiham ederek MTN rehberliyinden uzaqlasdirilmisdir AXC nin aparici simalari Huseynovun cevrilise hazirliqda istirakina gore cinayet mesuliyyetine celb edilmesi teleblerini seslendirmisdi Yeni nazir yeni reisi MTN in Baki Seher Bas Idaresinin sabiq sobe reisi Fexreddin Tehmezov olmusdur Ayaz Mutellibov devrildikden sonra muxalifet temsilcisi Isa Qember hem parlamentin spikeri hem de 7 iyunda kecirilecek prezident seckilerine qeder Azerbaycan Prezidentinin selahiyyetlerini icra eden sexs secilmisdir Hemidov daxili isler naziri basqa bir muxalifet temsilcisi Tofiq Qasimov xarici isler naziri teyin edilmis Qaziyev ise mudafie naziri olaraq qalmisdi Jurnalist Cingiz Mustafayev azerbaycanli qosunlarin Lacini terk etmesini lente almisdir Veziyyetden xeberdar olan ermeni komandanligi Lacina hucum emeliyyatina baslamisdir Ermeni quvveleri ilk novbede Zarisli kendine hucum ederek oradaki azerbaycanli quvveleri qovmusdur Mudafie xettinde bosluq yarandigindan Elbrus Orucov rehberlik etdiyi quvvelere geri cekilmeyi emr etmis lakin bu orduda panikaya sebeb olmusdu Ermeni quvveleri Turssu kendini isgal etmis ve Lacina dogru irelilemeye baslamisdir Azerbaycanli quvveler tank ve PDM lerle rayon erazisini terk etmis ve 18 maya qeder Lacin bosaldilmisdir Ermeni quvvelerinin hucumu suretli sekilde heyata kecirilirdi Kendler muqavimetsiz zebt edilmis Azerbaycan esgerleri terefinden arxada qoyulan silahlar texnika ve doyus sursati ele kecirilmisdi Ermeni komandanligi terk edilmis kendlerde erzaq yanacaq techizati kend teserrufati heyvanlari ile ehtiyaclarini qarsilamisdi Ermeni quvveleri 18 mayda Lacina daxil oldu ve seher muqavimetsiz isgal edilmisdir Ermeniler Lacini isgal etdikden sonra onu talan ve mehv etmisdir Lacin dehlizi erazisinde yerlesen yasayis menteqelerini yandirilmisdir Lacin seherinin teqriben 7 800 neferden ibaret Azerbaycan ve kurd esilli sakini qacqin dusmusdur AXC nin sedri Ebulfez Elcibey 7 iyun 1992 ci il tarixinde Azerbaycan Prezidenti secilmis ve nehayet AXC hakimiyyete gelmisdir Elcibeyin qelebesi olkede uzun suren siyasi bohrani aradan qaldirmis cebhede ehval ruhiyyeni yukseltmisdir MenbeIstinadlar Elizade 2006 seh 366 376 Qolts 2015 seh 136 Bolukbasi 2011 seh 185 de Vaal 2013 seh 185 186 Elizade 2006 seh 384 385 de Vaal 2013 seh 192 193 Akopyan 2010 de Vaal 2013 seh 194 Tumsis 2016 seh 101 Qolts 2015 seh 190 191 Hemid 2020 Elizade seh 558 Elizade 2006 seh 394 395 Qolts 2015 seh 198 Velimemmedov 2019 seh 77 78 Koceryan 2019 seh 86 de Vaal 2013 seh 195 Qolts 2015 seh 206 Frelik 1994 seh 596 BBC 2020 Caucasian Knot 2020 de Vaal 2013 seh 308 Edebiyyat de Vaal Tomas Black Garden Armenia and Azerbaijan through Peace and War ingilis 10th Anniversary Revised Updated NYU Press 2013 ISBN 0814760325 Qolts Tomas Azerbaijan Diary A Rogue Reporter s Adventures in an Oil rich War torn Post Soviet Republic ingilis 1st Edition Routledge 1998 ISBN 076560244X Bolukbasi Suha Azerbaijan A Political History ingilis London I B Taurus 2011 ISBN 1780767595 Kecmis nazir Isgender Hemidov onu taniyanlarin xatiresinde nece qalacaq BBC Azerbaycanca az 26 fevral 2020 2022 01 19 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 01 19 Tumshis Mihail Shit i mech Sovetskogo Soyuza rus Moskva Rusiya Tehsil ve Elmin Tesviqi Fondu 2016 ISBN 978 5 91244 161 5 Frelik Faultlines of Nationality Conflict Refugees and Displaced Persons From Armenia and Azerbaijan International Journal of Refugee Law ingilis 6 4 1994 doi 10 1093 ijrl 6 4 581 Velimemmedov Memmed Ocherki po Karabahskoj vojne rus LitRes ISBN 9785532102002 Koceryan Robert Zhizn i svoboda Avtobiografiya eks prezidenta Armenii i Karabaha rus Intellektualnaya literatura 2018 ISBN 978 5 9500962 9 7 Elizade Zerdust Konec vtoroj respubliki rus I Moskva Granica 2006 ISBN 5 94691 207 0 Azerbajdzhan vzyal pod kontrol Lachin spustya 28 let Caucasian Knot rus 1 dekabr 2020 15 yanvar 2021 tarixinde Akopyan Tatul Lachin Falls Red Kurdistan between Armenia and Karabakh Karabakh Diary Green and Black Neither War nor Peace ingilis Antelias Publishing 2010 ISBN 9953018162 11 iyul 2021 tarixinde Hemid Tural Lacinin isgali 1992 AzLogos az 1 dekabr 2020 4 yanvar 2021 tarixinde