Qarabağ dialekti — Azərbaycan dilinin dialektlərindən biri. Gəncə və Qazax dialektləri, həmçinin ayrım ləhçəsi ilə yanaşı Azərbaycan dilinin qərb dialekt qrupuna daxildir.Azərbaycanın Ağdam, Şuşa, Xocalı, Xocavənd, Bərdə, Ağcabədi, Füzuli və Tərtər rayonlarında və Xankəndi şəhərində geniş yayılmışdır.
İnkişaf tarixi
Qarabağ dialekti Qarabağ ərazisində yaşayan və geniş əraziyə yayılmış müxtəlif türk tayfalarının danışıq dili əsasında formalaşmışdır. Əsrlər boyu inkişaf nəticəsində tayfaların linqvistik xüsusiyyətləri bir-birinə qarışmış, bəzi oğuz və qıpçaq elementləri canlı danışıq dilində öz arxaizmini saxlamışdır.
Orta əsrlərdə Qarabağın siyasi, sosial və iqtisadi mövqeyi güclənmiş, bölgənin türk əhalisinin nitqi koyne dialekti səviyyəsinə yüksəlmiş və Azərbaycan ədəbi dilinin normalarının formalaşmasında əsas mənbəyə çevrilmişdir. Beləliklə, artıq XVIII əsrdə Azərbaycan ədəbi dili Qarabağ dialektinə söykənirdi.
Mənbə
İstinadlar
- Меликли Т. Д. Азербайджанский язык // Большая российская энциклопедия.
- Məmmədov, 2021. səh. 243
- Məmmədov, 2021. səh. 242
- Məmmədli, 2019. səh. 7
Ədəbiyyat
- Azərbaycan dilində
- Azərbaycan dialektologiyasının əsasları. Şərq-Qərb. 2008.
- Azərbaycan dialektologiyası. Zərdabi Nəşr. 2019.
- Azərbaycan dilinin Qarabağ dialektində arxaik sözlər. 2021.
- Məmmədli M. Azərbaycan dialektologiyası (азерб.) / Elmi redaktor: Məmmədəli Qıpçaq. — Б.: Zərdabi Nəşr, 2019. — 352 с.
- Məmmədov M. Azərbaycan dilinin Qarabağ dialektində arxaik sözlər (азерб.) // Uluslararası Türk Lehçe Araştırmaları Dergisi. — Турция, 2021. — C. V, no 2. — S. 241-250.
- Rus dilində
- Агаев П. Дж. Карабахский диалект азербайджанского языка (говоры Агдамского района). Канд. дисс.. — М., 1951.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer