Gender bərabərliyi Bəhai dininin fundamental təlimlərindən biridir. Qadın və kişi bərabərdir və cinslərin bərabərliyi ruhani və mənəvi bir meyardır ki, planetin birləşməsi və sülhün bərqərar olması üçün zəruridir. Bəhai təlimlərində bu prinsipin fərdi, ailəvi və cəmiyyətin həyatında həyata keçirilməsinin vacibliyi qeyd edilir. Bəhai təlimləri kişi və qadının tam şəkildə ruhani və sosial bərabərliyini təsdiq etsə də, bərabərlik anlayışı eyniliyi nəzərdə tutmur, cinslərin özünə xas aspektləri və ya həyatın müəyyən sahələrində səciyyəvi xüsusiyyətləri var.
Bərabərlik
Kişi və qadınların bərabərliyi Bəhai dininin fundamental prinsipidir, hansı ki, Bəhaullahın yazılarında aydın şəkildə bildirilir, həmçinin onun oğlu və Bəhai dininin səlahiyyətli şərhçisi təyin etdiyi Əbdül-Bəha Abbasın yazıları və söhbətlərində rast gəlinir. Təlim və icmanın buna baxışı praktiki şəkildə tətbiq olunmaqla Bəhai icma həyatının mərkəzində durur. Bəhai təlimlərində qeyd olunur ki, qadınlar kişilərdən aşağıda durmur və sosial həyatın müxtəlif sahələrində kişilərə itaət etmək mövqeyində deyillər. Bəhai baxışına görə, qadınlar və kişilər zatən həmişə bərabər olublar və qadınların indiyə kimi bu bərabərliyə yetişə bilməmələrinin səbəbi tarix boyu eyni təhsil və sosial imkanların təmin edilməməsi, kişilərin fiziki güc tətbiq edərək qadınların həqiqi potensialının açılmasına maneçilik törətməsi ilə bağlıdır.
Ruhani məqam
Bəhaullah qeyd edir ki, qadın və kişi ruhu arasında heç bir fərq yoxdur, Bəhaullar yazır:
Bəhaullah yazır ki, insanların ruhani məqamı cinsiyyətdən yox, Allahı tanımağın və sədaqətin dərəcəsindən asılıdır.Əbdül-Bəha deyirdi ki, Allah insanlara onların cinsinə görə fərq qoymur və bütün insanlar Allahın bənzərində yaradılmışlar. O həmçinin bildirirdi ki, həm qadınlar, həm də kişilər eyni intellekt, məziyyət və kamillik potensialına malikdirlər.
Bəşəriyyətin inkişafı və sülhün ilkin şərti
Əbdül-Bəha bildirirdi ki, gender bərabərliyi sadəcə tarix boyu qadınlara edilmiş ədalətsizliklərin düzəldilməsi deyil, o geniş sosial dəyişikliklərə səbəb olacaq açar faktordur, hansı ki, yeni sivilizasiyanın inkişafına kömək edəcək, elə bir sivilizasiya ki, harada ürəyiyumşaqlıq və həssaslıq kimi feminin (qadına xas) keyfiyyətlər indiyə qədərki maskulin (kişiyə xas) keyfiyyətlərlə balanslaşdırılacaq. Bəhai yazıları bəyan edir ki, o vaxtadək ki qadın kişi ilə bərabər statuslu olmayacaq, insanlıq irəliləyə və tərəqqi edə bilməyəcək. Əbdül-Bəha istifadə etdiyi analogiyalardan birində qadın və kişini bir quşun iki qanadı ilə və insan bədənində iki əl ilə müqayisə edir və bildirir ki, irəliləyişi təmin etmək üçün onların hər ikisi güclü olmalıdır. Əbdül-Bəha yazırdı:
Həm Bəhaullah, həm də Əbdül-Bəha yazırdı ki, cəmiyyətə təsir edən feminin və maskulin xüsusiyyətlər arasındakı balans dünyanın birləşməsində vacib aspekt olacaq və bildirirdilər ki, feminin təsirlərin artması ilə müharibələr dayanacaq və qalıcı sülhə nail olunacaq. Əbdül-Bəha yazırdı ki, qadınlar bir ana kimi sülhün bərqərar olmasında bir qüvvəyə çevrilə bilərlər, çünki onlar öz övladlarını müharibəyə göndərməyə qarşı çıxacaqlar. Əbdül-Bəha yazırdı:
Moojan Momen yazır ki, Bəhai dinindəki qadın və kişi bərabərliyinə çatmaq hədəfi qadınları kişilərə xas işlərə gətirməyi nəzərdə tutmur, cəmiyyətin mahiyyətinə radikal dəyişiklik gətirməyi yox, feminin xüsusiyyətlərə əvvəlkindən daha çox dəyər verməyi nəzərdə tutur.
Qadınların təhsili
Bəhai baxışına görə, qadınlar və kişilər zatən həmişə bərabər olublar və qadınların indiyə kimi bu bərabərliyə yetişə bilməmələrinin səbəbi tarix boyu eyni təhsil və sosial imkanların təmin edilməməsidir. Bəhai təlimləri qadınların təhsilinin zəruriliyini vurğulayır, yalnız ona görə yox ki, qadınların bərabərliyə yetişmək imkanlarını artırsın, həm də ona görə ki, anaların təlim alması uşaqların yaxşı tərbiyə almasında əhəmiyyətli amildir. Qadınların təhsil almasının hədsiz vacibliyi səbəbindən, ailədə qız uşaqlarının təhsili oğlanların təhsilindən daha çox prioritetdir, o zaman ki, ailənin maliyyə resursları uşaqların hamısına təhsil imkanı yaratmağa imkan vermir. Təhsil və analıq arasındakı əlaqəyə baxmayaraq, Əbdül-Bəha qadınları incəsənət və elmlərdə özlərini yetişdirməyə çağırırdı və bildirirdi ki, qadınların siyasi arenada iştirakı gələcək sülh üçün ilkin şərt ola bilər.
Sosial təşəbbüslər
![image](https://www.wikimedia.az-az.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraW1lZGlhLmF6LWF6Lm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdllYb3ZkR2gxYldJdk1pOHlOQzlVWVhKaWFYbGhkRjlUWTJodmIyd2xNa05mVkdWb2NtRnVKVEpEWDJOaFh6RTVNVEV1YW5Cbkx6STRNSEI0TFZSaGNtSnBlV0YwWDFOamFHOXZiQ1V5UTE5VVpXaHlZVzRsTWtOZlkyRmZNVGt4TVM1cWNHYz0uanBn.jpg)
Bəhai dini qadın və kişi bərabərliyini vurğulayır və odur ki, bu din aktiv şəkildə qadınların inkişafı məqsədi daşıyan sosial proqramları dəstəkləyir ki, daha çox sayda qadın üçün sağlamlıq, təhsil, uşaq tərbiyəsi və biznes imkanları əlçatan olsun. 1900-cü illərin əvvəllərində bəhai qadınlar inkişaf imkanları axtarmaqda daha da aktivləşmişdilər və Əbdül-Bəha tərəfindən bu işdə təşviq olunurdular. Onlar həmçinin Bəhai İnzibati Sistemində də xidmət etmək şansı əldə edirdilər. İranda qızlara təhsil verilməsi 1910-cu ildə "Qızlar üçün tərbiyə məktəbi"ni açan bəhailər tərəfindən başladıldı, hansı ki, İranın ilk ixtisaslı qadınlar nəslini yetişdirdi. 1970-lərə doğru İran qadınlarının əksəriyyəti oxuma-yazma bilmirdilərsə, bəhai qadınların çoxu savadlı idilər.
1975-ci ildə Beynəlxalq Qadınlar İlindən sonra Bəhai dininin inzibati Orqanı Ümumdünya Ədalət Evi Bəhai icmalarını dəfələrlə çağırdı ki, bəhai fəaliyyətlərində qadınların bərabər iştirakını daha da irəlilətsinlər. 1993-cü ildə Beynəlxalq Bəhai İcması Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatında "Qadınların İnkişafı Ofisi"ni (Office of the Advancement of Women) yaratdı. Bu proqramlardakı fəaliyyətlərə "qızların təhsilinin irəlilədilməsi", "savad", "təbii vasitələrlə sağlamlıq", "gəlir gətirən bacarıqlar" daxil idi.
Bəhai ruhlu "Tahirə Ədalət Mərkəzi" və Hindistanda İndor şəhərində "Kənd qadınları üçün Barli inkişaf İnstitutu" proyektləri xüsusi diqqət cəlb etmişlər. Layli Miller-Mura 1997-ci ildə tələbə-vəkil kimi cəlb olunduğu ictimai rezonans doğurmuş "qaçqınlara sığınacaq işi"ndən sonra "Tahirə Ədalət Mərkəzi"ni qurdu. Daha sonra Miller-Muro yardım etdiyi bir müştərisi ilə bir bir kitab yazdı və burdan gələn gəlirini Mərkəzin ilkin maliyyələşməsinə həsr etdi. 2003-cü ilin əvvəlinədək təşkilat 4000-dən çox qadın və uşağa pis rəftardan yaxa qurtarmaqda yardım etmişdi. "Kənd qadınları üçün Barli inkişaf İnstitutu" 1985-ci ildə Hindistanda yaradılmışdır və Madya Pradeşdə (Hindistanda region) öz müəssisələrində qəbilə qadınları üçün 6 aylıq proqram təklif edir. 1996-cı ilədək qəbilə qadınlarından 769-na İnstitut təlim vermişdir; qadınlar 119 kənddən gəlmişdilər, geriyə öz şəhərlərinə və ya kəndlərinə qayıdanda onlardan 45%-i kiçik biznes qurdu, 62%-i funksional səviyyədə savadlı və ya yarı-savadlı idi (hansı ki, bu o ərazidəki başqa insanları öz uşaqlarını məktəbə göndərməyə həvəsləndirmiş oldu), 42%-i tərəvəz yetişdirməyə başladı, 97%-i təmiz içməli sudan istifadə etməyə başladı, onların hamısı, həmçinin əksər kişi cinsindən olan qohumları spirtli içkilərdən imtina etdilər və kasta təəssübkeşliyi aradan qaldırıldı.
Qadın və kişi arasında fərq
Bəhai təlimləri kişi və qadının tam şəkildə ruhani və sosial bərabərliyini təsdiq etsə də, cinslərin özünə xas aspektləri və ya həyatın müəyyən sahələrində səciyyəvi xüsusiyyətləri var. Bu aspektlərdən biri qadınlar üçün biolojik olaraq ana olmaq potensialı ilə bağlıdır və buna görə də, Bəhai təlimlərində qeyd olunur ki, qadının təhsilinə prioritet məsələ kimi baxılmalıdır, çünki o, uşağın ilkin tərbiyəçisidir. Həmçinin, ailə həyatı barədə Bəhai baxışı analara, əgər ehtiyac varsa, öz ərləri tərəfindən dəstək verilməsi haqqını dəstəkləyir.
Bəhai dininin qanunlarında qadın və kişiyə xas bəzi qanunlar var. Məsələn, qadın biolojik dəyişikliyə görə menstruasiya dövründə namaz qılmaq və ya oruc tutmaqdan azaddır; bu məcburi deyil və hansısa natəmizlik konsepsiyası ilə ayaqlaşmır. Həmçinin kişilərdən fərqli olaraq qadınlara zəvvarlıq etmək hökm olunmur, lakin onlar özləri bunu seçəcəkləri təqdirdə zəvvar ola bilərlər.
Əbdül-Bəha bildirirdi ki, qadınlar "elm və incəsənətdə, məziyyət və kamillikdə" kişilərlə bərabər olacaq, hətta "ürəyiyumşaqlıq və bol mərhəmətli və şəfqətli"likdə kişilərdən üstündürlər, cəmiyyətin həyatında bu feminin xüsusiyyətlər artdıqca onlar hakimiyyətdə olan maskulin xüsusiyyətlərlə balans təşkil edəcək.
Tarixdə məşhur bəhai qadınları
Sosial və ya peşəkar görkəmli bəhai qadınları
- Helen Elsie Austin
- Jacqueline Left Hand Bull
- Patricia Locke
- Mona Mahmudnejad
- Layli Miller-Muro
- Zia Mody
- Dorothy Wright Nelson
- Zhang Xin
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- "Buck, Christopher (1999). Paradise and Paradigm: Key Symbols in Persian Christianity and the Baha'i Faith. p. 296. State University of New York Press". 2023-07-04 tarixində . İstifadə tarixi: 2016-04-23.
- Hatcher, W. S.; Martin, J. D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. pp. 90–91. San Francisco: Harper & Row.
- Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. p. 143. Cambridge: Cambridge University Press.
- "Selections from the Writings of 'Abdu'l-Bahá, N227". 2022-06-06 tarixində . İstifadə tarixi: 2016-04-24.
- Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. p. 145. Cambridge: Cambridge University Press.
- "`Abdu'l-Bahá (1912). The Promulgation of Universal Peace (Hardcover ed.). p. 108. Wilmette, Illinois, USA: Bahá'í Publishing Trust: 1982". 2020-11-27 tarixində . İstifadə tarixi: 2016-04-24.
- "Momen, Moojan (1994). "In all the Ways that Matter, Women Don't Count" (abstract). Baha'i Studies Review 4.1. Retrieved 2008-01-28". 2010-09-19 tarixində . İstifadə tarixi: 2016-04-24.
- Maneck, Susan (2005). "Baha'i women". In Joseph, Suad; Najmabadi, Afsaneh. Encyclopedia of Women and Islamic Cultures: Family, Law and Politics. Brill Academic Publishers. pp. 15–18.
- Smith, Peter (2000). "Women". A concise encyclopedia of the Bahá'í Faith. Oxford: Oneworld Publications. pp. 358–361.
- Smith, Peter (2000). "Women". A concise encyclopedia of the Bahá'í Faith. Oxford: Oneworld Publications. p. 359.
- Kassindja, Fauziya (1999). Do They Hear You When You Cry. p. 171. Delta.
- . 2016-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-26.
- "Momen, In all the Ways that Matter, Women Don't Count". 2010-09-19 tarixində . İstifadə tarixi: 2016-04-24.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gender beraberliyi Behai dininin fundamental telimlerinden biridir Qadin ve kisi beraberdir ve cinslerin beraberliyi ruhani ve menevi bir meyardir ki planetin birlesmesi ve sulhun berqerar olmasi ucun zeruridir Behai telimlerinde bu prinsipin ferdi ailevi ve cemiyyetin heyatinda heyata kecirilmesinin vacibliyi qeyd edilir Behai telimleri kisi ve qadinin tam sekilde ruhani ve sosial beraberliyini tesdiq etse de beraberlik anlayisi eyniliyi nezerde tutmur cinslerin ozune xas aspektleri ve ya heyatin mueyyen sahelerinde seciyyevi xususiyyetleri var BeraberlikKisi ve qadinlarin beraberliyi Behai dininin fundamental prinsipidir hansi ki Behaullahin yazilarinda aydin sekilde bildirilir hemcinin onun oglu ve Behai dininin selahiyyetli serhcisi teyin etdiyi Ebdul Beha Abbasin yazilari ve sohbetlerinde rast gelinir Telim ve icmanin buna baxisi praktiki sekilde tetbiq olunmaqla Behai icma heyatinin merkezinde durur Behai telimlerinde qeyd olunur ki qadinlar kisilerden asagida durmur ve sosial heyatin muxtelif sahelerinde kisilere itaet etmek movqeyinde deyiller Behai baxisina gore qadinlar ve kisiler zaten hemise beraber olublar ve qadinlarin indiye kimi bu beraberliye yetise bilmemelerinin sebebi tarix boyu eyni tehsil ve sosial imkanlarin temin edilmemesi kisilerin fiziki guc tetbiq ederek qadinlarin heqiqi potensialinin acilmasina manecilik toretmesi ile baglidir Ruhani meqam Behaullah qeyd edir ki qadin ve kisi ruhu arasinda hec bir ferq yoxdur Behaullar yazir Ucadir hedsiz ucadir o Kes ki ferqleri sildi ve ahengi berqerar etdi Uca Qelem oz qullari ve kenizleri arasindaki ferqleri aradan qaldirdi her kesi eyni mustevide meqam ve rutbeye teltif etdi Behaullah yazir ki insanlarin ruhani meqami cinsiyyetden yox Allahi tanimagin ve sedaqetin derecesinden asilidir Ebdul Beha deyirdi ki Allah insanlara onlarin cinsine gore ferq qoymur ve butun insanlar Allahin benzerinde yaradilmislar O hemcinin bildirirdi ki hem qadinlar hem de kisiler eyni intellekt meziyyet ve kamillik potensialina malikdirler Beseriyyetin inkisafi ve sulhun ilkin serti Ebdul Beha bildirirdi ki gender beraberliyi sadece tarix boyu qadinlara edilmis edaletsizliklerin duzeldilmesi deyil o genis sosial deyisikliklere sebeb olacaq acar faktordur hansi ki yeni sivilizasiyanin inkisafina komek edecek ele bir sivilizasiya ki harada ureyiyumsaqliq ve hessasliq kimi feminin qadina xas keyfiyyetler indiye qederki maskulin kisiye xas keyfiyyetlerle balanslasdirilacaq Behai yazilari beyan edir ki o vaxtadek ki qadin kisi ile beraber statuslu olmayacaq insanliq irelileye ve tereqqi ede bilmeyecek Ebdul Beha istifade etdiyi analogiyalardan birinde qadin ve kisini bir qusun iki qanadi ile ve insan bedeninde iki el ile muqayise edir ve bildirir ki irelileyisi temin etmek ucun onlarin her ikisi guclu olmalidir Ebdul Beha yazirdi Insan aleminin iki qanadi var biri qadin digeri ise kisidir Her iki qanad eyni derecede inkisaf etmeyince qus uca bilmez Qanadlardan biri zeif qalarsa ucus mumkun deyil Meziyyet ve kamilliklerin elde edilmesinde qadinlarin dunyasi kisilerin dunyasina beraber olmadiqca muveffeqiyyet ve ciceklenmeye nail olunmasi mumkun deyil Hem Behaullah hem de Ebdul Beha yazirdi ki cemiyyete tesir eden feminin ve maskulin xususiyyetler arasindaki balans dunyanin birlesmesinde vacib aspekt olacaq ve bildirirdiler ki feminin tesirlerin artmasi ile muharibeler dayanacaq ve qalici sulhe nail olunacaq Ebdul Beha yazirdi ki qadinlar bir ana kimi sulhun berqerar olmasinda bir quvveye cevrile bilerler cunki onlar oz ovladlarini muharibeye gondermeye qarsi cixacaqlar Ebdul Beha yazirdi Muharibe ve onun dagidiciligi dunyani mehv etdi qadinlarin tehsil almasi onun legvi ve dayandirilmasinda ireliye guclu bir addim olacaq cunki o muharibeye qarsi ozunun butun tesirlerin istifade edecek Qadin usaq terbiye edir ve genci yetkinliye catdirir O oglunun doyus meydaninda qurban getmesinenden imtina edecek Heqiqetde o umumdunya sulhunun ve beynelxalq mehkemin qurulmasinda boyuk faktor olacaq Subhesiz ki qadinlar insanlar arasindaki muharibeni legv edecekler Moojan Momen yazir ki Behai dinindeki qadin ve kisi beraberliyine catmaq hedefi qadinlari kisilere xas islere getirmeyi nezerde tutmur cemiyyetin mahiyyetine radikal deyisiklik getirmeyi yox feminin xususiyyetlere evvelkinden daha cox deyer vermeyi nezerde tutur Qadinlarin tehsili Behai baxisina gore qadinlar ve kisiler zaten hemise beraber olublar ve qadinlarin indiye kimi bu beraberliye yetise bilmemelerinin sebebi tarix boyu eyni tehsil ve sosial imkanlarin temin edilmemesidir Behai telimleri qadinlarin tehsilinin zeruriliyini vurgulayir yalniz ona gore yox ki qadinlarin beraberliye yetismek imkanlarini artirsin hem de ona gore ki analarin telim almasi usaqlarin yaxsi terbiye almasinda ehemiyyetli amildir Qadinlarin tehsil almasinin hedsiz vacibliyi sebebinden ailede qiz usaqlarinin tehsili oglanlarin tehsilinden daha cox prioritetdir o zaman ki ailenin maliyye resurslari usaqlarin hamisina tehsil imkani yaratmaga imkan vermir Tehsil ve analiq arasindaki elaqeye baxmayaraq Ebdul Beha qadinlari incesenet ve elmlerde ozlerini yetisdirmeye cagirirdi ve bildirirdi ki qadinlarin siyasi arenada istiraki gelecek sulh ucun ilkin sert ola biler Sosial tesebbuslerQizlar mektebinin telebeleri Tehran 13 avqust 1933 Mekteb hokumetin fermani ile 1934 cu ilde baglanmisdir Menbe Iranda Behai tehsil fealiyyetleri tarixi Behai dini qadin ve kisi beraberliyini vurgulayir ve odur ki bu din aktiv sekilde qadinlarin inkisafi meqsedi dasiyan sosial proqramlari destekleyir ki daha cox sayda qadin ucun saglamliq tehsil usaq terbiyesi ve biznes imkanlari elcatan olsun 1900 cu illerin evvellerinde behai qadinlar inkisaf imkanlari axtarmaqda daha da aktivlesmisdiler ve Ebdul Beha terefinden bu isde tesviq olunurdular Onlar hemcinin Behai Inzibati Sisteminde de xidmet etmek sansi elde edirdiler Iranda qizlara tehsil verilmesi 1910 cu ilde Qizlar ucun terbiye mektebi ni acan behailer terefinden basladildi hansi ki Iranin ilk ixtisasli qadinlar neslini yetisdirdi 1970 lere dogru Iran qadinlarinin ekseriyyeti oxuma yazma bilmirdilerse behai qadinlarin coxu savadli idiler 1975 ci ilde Beynelxalq Qadinlar Ilinden sonra Behai dininin inzibati Orqani Umumdunya Edalet Evi Behai icmalarini defelerle cagirdi ki behai fealiyyetlerinde qadinlarin beraber istirakini daha da ireliletsinler 1993 cu ilde Beynelxalq Behai Icmasi Nyu Yorkda Birlesmis Milletler Teskilatinda Qadinlarin Inkisafi Ofisi ni Office of the Advancement of Women yaratdi Bu proqramlardaki fealiyyetlere qizlarin tehsilinin ireliledilmesi savad tebii vasitelerle saglamliq gelir getiren bacariqlar daxil idi Behai ruhlu Tahire Edalet Merkezi ve Hindistanda Indor seherinde Kend qadinlari ucun Barli inkisaf Institutu proyektleri xususi diqqet celb etmisler Layli Miller Mura 1997 ci ilde telebe vekil kimi celb olundugu ictimai rezonans dogurmus qacqinlara siginacaq isi nden sonra Tahire Edalet Merkezi ni qurdu Daha sonra Miller Muro yardim etdiyi bir musterisi ile bir bir kitab yazdi ve burdan gelen gelirini Merkezin ilkin maliyyelesmesine hesr etdi 2003 cu ilin evvelinedek teskilat 4000 den cox qadin ve usaga pis reftardan yaxa qurtarmaqda yardim etmisdi Kend qadinlari ucun Barli inkisaf Institutu 1985 ci ilde Hindistanda yaradilmisdir ve Madya Pradesde Hindistanda region oz muessiselerinde qebile qadinlari ucun 6 ayliq proqram teklif edir 1996 ci iledek qebile qadinlarindan 769 na Institut telim vermisdir qadinlar 119 kendden gelmisdiler geriye oz seherlerine ve ya kendlerine qayidanda onlardan 45 i kicik biznes qurdu 62 i funksional seviyyede savadli ve ya yari savadli idi hansi ki bu o erazideki basqa insanlari oz usaqlarini mektebe gondermeye heveslendirmis oldu 42 i terevez yetisdirmeye basladi 97 i temiz icmeli sudan istifade etmeye basladi onlarin hamisi hemcinin ekser kisi cinsinden olan qohumlari spirtli ickilerden imtina etdiler ve kasta teessubkesliyi aradan qaldirildi Qadin ve kisi arasinda ferqBehai telimleri kisi ve qadinin tam sekilde ruhani ve sosial beraberliyini tesdiq etse de cinslerin ozune xas aspektleri ve ya heyatin mueyyen sahelerinde seciyyevi xususiyyetleri var Bu aspektlerden biri qadinlar ucun biolojik olaraq ana olmaq potensiali ile baglidir ve buna gore de Behai telimlerinde qeyd olunur ki qadinin tehsiline prioritet mesele kimi baxilmalidir cunki o usagin ilkin terbiyecisidir Hemcinin aile heyati barede Behai baxisi analara eger ehtiyac varsa oz erleri terefinden destek verilmesi haqqini destekleyir Behai dininin qanunlarinda qadin ve kisiye xas bezi qanunlar var Meselen qadin biolojik deyisikliye gore menstruasiya dovrunde namaz qilmaq ve ya oruc tutmaqdan azaddir bu mecburi deyil ve hansisa natemizlik konsepsiyasi ile ayaqlasmir Hemcinin kisilerden ferqli olaraq qadinlara zevvarliq etmek hokm olunmur lakin onlar ozleri bunu sececekleri teqdirde zevvar ola bilerler Ebdul Beha bildirirdi ki qadinlar elm ve incesenetde meziyyet ve kamillikde kisilerle beraber olacaq hetta ureyiyumsaqliq ve bol merhemetli ve sefqetli likde kisilerden ustundurler cemiyyetin heyatinda bu feminin xususiyyetler artdiqca onlar hakimiyyetde olan maskulin xususiyyetlerle balans teskil edecek Tarixde meshur behai qadinlariTahire QurretuleynSosial ve ya pesekar gorkemli behai qadinlariHelen Elsie Austin Jacqueline Left Hand Bull Patricia Locke Mona Mahmudnejad Layli Miller Muro Zia Mody Dorothy Wright Nelson Zhang XinIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Buck Christopher 1999 Paradise and Paradigm Key Symbols in Persian Christianity and the Baha i Faith p 296 State University of New York Press 2023 07 04 tarixinde Istifade tarixi 2016 04 23 Hatcher W S Martin J D 1998 The Baha i Faith The Emerging Global Religion pp 90 91 San Francisco Harper amp Row Smith Peter 2008 An Introduction to the Baha i Faith p 143 Cambridge Cambridge University Press Selections from the Writings of Abdu l Baha N227 2022 06 06 tarixinde Istifade tarixi 2016 04 24 Smith Peter 2008 An Introduction to the Baha i Faith p 145 Cambridge Cambridge University Press Abdu l Baha 1912 The Promulgation of Universal Peace Hardcover ed p 108 Wilmette Illinois USA Baha i Publishing Trust 1982 2020 11 27 tarixinde Istifade tarixi 2016 04 24 Momen Moojan 1994 In all the Ways that Matter Women Don t Count abstract Baha i Studies Review 4 1 Retrieved 2008 01 28 2010 09 19 tarixinde Istifade tarixi 2016 04 24 Maneck Susan 2005 Baha i women In Joseph Suad Najmabadi Afsaneh Encyclopedia of Women and Islamic Cultures Family Law and Politics Brill Academic Publishers pp 15 18 Smith Peter 2000 Women A concise encyclopedia of the Baha i Faith Oxford Oneworld Publications pp 358 361 Smith Peter 2000 Women A concise encyclopedia of the Baha i Faith Oxford Oneworld Publications p 359 Kassindja Fauziya 1999 Do They Hear You When You Cry p 171 Delta 2016 04 21 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2016 04 26 Momen In all the Ways that Matter Women Don t Count 2010 09 19 tarixinde Istifade tarixi 2016 04 24 Xarici kecidler