Nurəli Xəlifə üsyanı — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi Nurəli Xəlifə tərəfindən Şah İsmayılın əmri ilə Anadoluda başladılan üsyan. Nurəli Xəlifə rəhbərliyində üsyançılar Malatya yaxınlığında Faiq bəy qoşununu, Qoyluhisarda isə Sinan paşa ordusunu məğlub etsə də, üsyan Nurəli Xəlifə tərəfindən dayandırıldı. Səfəvi tarixçiləri bu üsyanı Səfəvilərin Anadoludakı fəaliyyətlərinin zirvə nöqtəsi adlandırır.
Nurəli Xəlifə üsyanı | |||
---|---|---|---|
Səfəvilər dövləti | |||
Tarix | 1512-ci il | ||
Yeri | , Amasya, Tokat, Sivas, Ərzincan | ||
Səbəbi | Osmanlı torpaqlarında yaşayan sufiləri öz ətrafında birləşdirmək Osmanlı hakimiyyətini sarsmaq Osmanlı daxilində hakimiyyətə qarşı baş verən narazılıqlar | ||
Nəticəsi | Nurəli Xəlifə tərəfindən üsyan dayandırılır. | ||
Komandan(lar) | |||
| |||
Arxaplan
Anonim müəllif tərəfindən qələmə alınan "Tarixi Qızılbaşan" əsərində üsyanın rəhbəri Nurəli Xəlifənin kimliyi haqqında Rumlu başlığı altında danışılır. Müəllif yazır:
"Nurəli Xəlifə I Şah İsmayıl vaxtında Ərzincan hakimi idi. Rumlularla (osmanlılarla) mühüm döyüşlər etmiş, Tokat şəhərini yandırmışdı. 922-ci ildə (5. II.1516 – 23. I.1517) Çimişkəzəkdə "Bığlı Çavuş" adı ilə məşhur olan Mustafa paşa ilə vuruşda həlak oldu."
Anonim müəllif tərəfindən yazılan "Aləmara-yi Şah İsmayıl" və "Aləmara-yi Səfəvi" əsərlərində qeyd olunur ki, Şah İsmayıl Ərdəbil Təkkəsinə bağlı "pak etiqadlı sufilərdən" olan Nurəlini Ərzincana hakim seçmişdi.
Nurəlinin üsyanının başlanması üçün də əslində, Anadoluda bir ictimaisiyasi zəmin mövcud idi. Bir tərəfdən burada çoxlu sayda Səfəvi sufiləri var idi və onların Səfəvi dəyərlərinə dərin etiqadı var idi. Bu insanlar sufi dəyərləri ətrafında birləşməyə və əməli işlər görməyə hazır idilər. "Aləmara-yi Şah İsmayıl" əsərində verilən onun Nurəli Xəlifə vasitəsilə Anadoluda yaşayan tərəfdaşlarına göndərdiyi məktubun mətni belədir.
"Yüksəkdən yüksək bu xanədanın Rum ölkəsində yaşayan pak etiqadlı sufilərinə bunu elan edirik ki, bu zaman biz cümləsi məsum olan həzrətlərinin buyruğu ilə Məhəmməd küsunu və Əliyyən Vəliyyullah davulunun nəvziş ilə səsləndirərək meydana çıxmışıq və 12 imam əleyhüməssələmin məzhəbinə rəvac verərək istər sünni istərsə kafir olan əksər padşahları və inadkarları həlak torpağı üstünə sərmişik. Haq məzhəbin yolunda çalışmışıq və çalışırıq. İndi ataları nəsildən nəsilə Şahı-Mərdan tərəfdarı olan Nurəli Xəlifəni öz hökmdar şəxsimin naibi kimi o tərəfə göndərirəm. Gərəkdir ki, bu yüksək xanədanın təmiz düşüncəli sufiləri onu özlərinin xəlifəsi kimi tanısınlar və ona itaət etsinlər. Əgər aranızdan kimsə ona itaət etməzsə, bu o şəxsin bizim hökmdar şəxsimizə tabe olmaqdan imtina etməsi deməkdir. "
Mənbələrdə mövcud olan məlumatlara görə, Nurəli Anadoluda Şah İsmayılın xəlifəsi kimi sevinclə qarşılandı və burada onun başlamaq istədiyi hərəkata yaxından dəstək verildi. Bu məqam mənbələrdə belə təsvir edilmişdir:
"Nurəli xəlifənin Ruma getməsi xəbəri sufilərə çatdıqda 10 minə qədər sufi onun başına cəm oldu. Nurəli xəlifə hökmdarın başmağını sufilərin yanına aparmışdı və onlar o başmağı öpüb gözlərinin üstünə qoyub dedilər ki, xoş olsun sizin halınıza ki, hər gün mürşidi-kamilin didarını görürsünüz. Məktubu açdıqda çoxlu ehsanlar tökdülər, az qaldı ki, öz canlarını ehsan etsinlər və daha sonra o məktub oxunduqda hamısı birdən yerlərindən qalxdılar, bəziləri xəlifənin ayağını öpürdü və bəziləri onun əlini öpürdü və deyirdilər ki, əmr mürşidi-kamilin əmridir ki, biz sənə xidmət edib başımızı sənin yolunda qoyaq".
Nurəli Osmanlı daxilinə həm də taxt-tac uğrunda çəkişmələr gərginləşdiyi bir vaxtda gəlmişdi. Sultan Səlim taxta çıxdığı dövrdə şahzadələr arasındakı hakimiyyət uğrunda gedən mübarizələr Səfəvilərin Anadoluya müdaxiləsini asanlaşdırmışdı. Digər tərəfdən də həyat şəraitinin dözülməzliyi, ölkə daxilində şahzadələr arasında davam edən çəkişmələr və bunun xalqa gətirdiyi bəlalar Anadolu şiələri arasında bütün ümidlərin Şah İsmayıla bağlanmasına yol açırdı. Bu zaman şahzadə Murad tərəfindən Anadolunun Amasya və Çorum bölgələrində başladılan hərəkat da Səfəvilərin diqqət mərkəzində idi. Şahqulu üsyanını dəstəkləmədiyi halda Şah İsmayılın Nurəli üsyanını dəstəkləməsi heç şübhəsiz ki, Osmanlı daxilində cərəyan edən proseslərlə, Osmanlı-Səfəvi münasibətlərində baş verən və gözlənilən dəyişikliklərlə bağlı idi.
Beləliklə Nurəli Xəlifə üsyanı haqqında onu demək olar ki, bu üsyan Osmanlı dövlətinə qarşı sadə bir xarici müdaxilə olmayıb, sosial böhranlar səbəbindən ölkə daxilində baş verən və dəstək görən böyük bir ayaqlanma idi.
Mövcud şəraitdən istifadə etməklə Nurəli ətrafına xeyli sayda sufi toplaya bildi və bununla da qaldırmaq istədiyi üsyan üçün özünün canlı qüvvəsini təmin etdi. Üsyançıların sayı ilə bağlı mənbələrdə müxtəlif məlumatlar mövcuddur. Osmanlı tarixçiləri təxminən 20-30 minə yaxın şəxsin üsyana qoşulduğundan xəbər verir. Məsələn Baki Öz Qazovada Nurəli Xəlifə ilə şahzadə Muradın qoşunlarının birləşdiyi zaman Muradın tabeliyində 10 min, Nurəli Xəlifə tabeliyində isə 20 min şəxsin olduğunu bildirsə də, anonim Səfəvi mənbələri bu rəqəmləri 5 min və 10 min kimi göstərir.
Üsyanın məqsədi
Alman tarixçi, Səfəvişünas Villem Floor Nurəli Xəlifənin Ərzincana göndərilməsində məqsəd kimi Anadoludakı Səfəvi müridlərini toplayıb Təbrizə, Azərbaycana aparmaq olduğu fikrini irəli sürür.Bir digər tarixçilər isə Şah İsmayılın Nurəli Xəlifəni Anadoluda şiəliyi yaymaq və Səfəvi dövlətinin gücünü göstərmək məqsədilə Osmanlı torpaqlarına göndərdiyi fikrini müdafiə edirlər. Tarixçi Namiq Musalı qeyd edir ki, mənbələrdə hər iki fikri dəstəkləyəcək məlumatlara — nə müridləri Anadoludan Azərbaycana köçürmək nə də, Anadoluda güc göstərmək kimi əmirlərə dair məlumatara rast gəlinmir. N. Musalı üsyanın məqsədlərini aşağıdakı kimi sıralıyır:
- Anadoludaki Səfəvi tərəfdaşlarını toplamaq və onları Osmanlıya qarşı hərəkətə keçirmək.
- Şahzadə Muradın hərəkatı ilə başlayan çaxnaşmanı və qarğaşanı dəstəkləmək. Bununla da Osmanlının diqqətini öz daxili məsələlərinə cəlb edib, Səfəvilər üzərinə baş verəcək hücumlardan yayındırmaq.
- Bu üsyanlar nəticəsində fürsət ələ keçirib Anadoluda yeni torpaqlar tutmaq. Əslində bu hərəkat Şah İsmayılın 1513-cü ilin yaz aylarında başlayacaq hərbi yürüşlərinin başlanğıcı olmalı idi. Lakin 1512-ci ildə özbəklərlə sərhəddə baş verən hadisələr nəticəsində şah diqqətini şərq cəbhəsinə yönəltməli olduğu üçün 1513-cü ilin yazında Anadoluya deyil Xorasana doğru yola düşmüşdü.
Tokat şəhərinin ələ keçirilməsi
1512-ci ildə Şah İsmayılın əmri ilə Nurəli Xəlifə Ərzincandan Tokata doğru hərəkətə başladı. Xəlifə Qarahisara çatanda Osmanlı ərazisində yaşayan sufilərdən təxminən 3-4 min nəfər süvari öz ailəsi ilə birlikdə ona qoşuldu. Qarahisarın ələ keçirilməsi və orada Şah İsmayıl adına xütbə oxunması Səfəvi təriqətinə bağlı olan digər soylar arasında da bir coşqunluq yaratmışdı və bunun nəticəsi idi ki, Sivas, Amasiya və Tokat ətrafından əlavə olaraq 20 min nəfər toplanaraq Nurəlinin qoşunlarına qatılmışdılar. Osmanlı ərazisində yaşayan kürd və türkman soylarından xeyli sayda könüllünün Nurəlinin hərəkatına qoşulması haqqında məlumatlar mövcuddur.
Xəlifə baş verənlərdən cəsarətlənib bu dəfə Malatyaya doğru hərəkət etdi. Nurəlinin geniş bir ərazidə üsyan qaldırması hakimiyyət uğrunda mübarizəsini gücləndirmiş Sultan Səlim tərəfindən də həyəcanla qarşılandı və əvvəlcə Malatya valisi Faiq paşanın rəhbərliyi altında üsyançılara qarşı qoşun dəstəsi göndərdi. Həsən bəy Rumlu “Əhsən ət-Təvarix” əsərində bu döyüş haqqında məlumat verir:
“Sultan Səlim tərəfindən o diyarın hakimi olan Faiq bəy bu hadisədən xəbər alan kimi üç min süvari ilə ona qarşı döyüşə tələsdi. Toqat mövqeyində hər iki qoşun bir-biri ilə qarşılaşıb döyüşə başladılar. Nəticədə, xəlifə qalib gəldi. Rumilər döyüş meydanından qaçış vadisinə tələsdilər. Qazilərin və sufilərin əlinə çoxlu mallar keçdi. Şəhər əhlindən bəziləri xəlifənin hüzuruna gələrək şərəfləndilər və şəhərdə İsgəndər şanlı xaqanın adına xütbə oxudular. Ona görə də xəlifə onlara zərər verməyib Adinə-bazarına yönəldi və oradan keçib Qaz-çayırında dayandı.”
Nurəli Xəlifə Tokatda olan zaman şahzadə Sultan Murad da qoşunu ilə birgə ona qoşuldu. “Aləmara-yi Səfəvi”də bu görüş haqqında bildirilir ki, Nurəli Xəlifə ilk əvvəl əyilib şahzadənin əlini öpmək istədikdə Sultan Murad buna icazə vermədi və Xəlifənin alnından öpdü. İki tərəfdə səmimi bir şəkildə salamlaşıb qucaqlaşdılar.
Tokatın işğalı və Şah İsmayıl adına xütbə oxutdurulması xəbəri ilə qısa müddətdə Amasya və Çorum qızılbaşları da Osmanlı imperiyasına qarşı olan üsyana qoşuldular. Belə ki, Qara İsgəndər, İsa Xəlifə oğlu və Seyid Əli Xəlifə adlı Səfəvi tərəfdaşları Çorum və Amasyadaki qızılbaşları üsyana təşviq etmişdilər.Mövcud olan məlumatlardan aydın olur ki, Tokat şəhərinin əhalisi Nurəli hərəkatına heç də rəğbətlə yanaşmırdı. Görünür ona görədir ki, əhali üsyançıların şəhərə daxil olmaması şərti ilə Şah İsmayılın adına xütbə oxunmasına razı olmuşdu. Sonradan Sultan Muradın dəstəsi ilə birləşən Nurəli yenidən Tokat şəhəri üzərinə yeridi. Şəhər əhalisi üsyançıları bu dəfə də şəhərə buraxmaq istəməsələr də, Nurəli qoşunlarının qarşısında uzun müddət davam gətirə bilmədi. Nurəli üsyançı qoşunlarla Tokata daxil ola bildi.Qızılbaşlar buradan Niksara doğru hərəkət etdilər. Nurəli Xəlifə öz əsgərlərinin bir qismini itaətsizlik göstərən Şeyx Həsənlü oymağı üzərinə göndərdi. Onlar bu hücumdan çoxlu qənimət əldə edib geri döndülər.
Nurəli Xəlifə Niksardan Ərzincana qayıtma qərarına gəldi. Nurəli üsyanının nəzarət altından çıxmasına imkan verməmək üçün Sultan Səlim daha böyük bir dəstəni bu üsyanın yatırılmasına cəlb etdi. Üsyançılar üzərinə göndərilən bu qoşun dəstəsinə Sinan paşa, Hüseyn bəy və Tacəddin bəy rəhbərlik edirdi. Sinan paşa ilə Nurəli arasında qarşılaşma Qoyluhisar yaxınlığında, Eyüyazi adlanan yerdə baş verdi. Bu qarşıdurma da Nurəli Xəlifənin qalibiyyəti ilə nəticələndi. Sinan paşa isə bu döyüşdə həlak oldu. Məğlub edilən Osmanlı qüvvələri qaçmağa üz tutduqda onlardan 1500-ə yaxın şəxs öldürüldü. Həsən bəy Rumlu bu qarşıdurmanı belə təsvir edir:
“Qızılbaş qoşununun hərəkətlərindəki igidlik əlamətlərini görən Sinan paşanı qorxu bürüdü və o, günəşin batdığı vaxtda ürəyi atəşlə və gözü yaşla dolu bir halda qaçış yolunu tutdu. Qazilərin hər biri əlində can odlayan nizə və barmağında qan tökən ox tutmuş halda qaçanların ardınca düşdü. Onlar Sinan paşanı min beş yüz nəfərlə birlikdə qətlə yetirdilər. Rumilərin bədbəxtliklərindən biri də o oldu ki, o gecə qaçış əsnasında qurumuş bir çaya çatdılar və elə həmin an böyük bir təpə onların başına aşdı. Belə ki, min beş yüz nəfər onun altında qaldı. O qələbədən sonra Nurəli xəlifə etibarlı adamlar vasitəsilə rumilərin başlarını bol-bol qənimətlərlə birlikdə İsgəndər şanlı xaqanın dərgahına göndərdi, özü isə ona tiyul olaraq verilmiş Ərzincanda qaldı”.
Bu döyüşdən sonra Nurəli Xəlifə üsyanı dayandırmaq qərarına gəldi. Nurəli Xəlifə Ərzincana gəlib, qışı Kemaxda keçirdi. Şahzadə Murad isə bəzi mənbələrdə Niksarda bir digər mənbələrdə isə Kemaxda Xəlifədən ayrılıb Şah İsmayılın sarayına üz tutdu.
Çəmişgəzəkin fəthi
Tokat hücumundan sonra Nurəli Xəlifə Çəmişgəzək üzərinə hücuma keçib buranı itaət altında saxlamaq üçün mübarizə apardı. XV əsrin sonu, XVI əsrin əvvəllərində bu ərazi Məlkişi soyundan olan Hacı Rüstəm tərəfindən idarə olunurdu. Namiq Musalı yazır ki, Məlkişi soyu Kürd mənşəli bilinsə də, əslində Türk mənşəli Saltukoğullarının davamçıları idilər. Lakin XV əsrin sonu XVI əsrin əvvəllərində bu ailə artıq kürdləşmişdi. Hacı Rüstəm Səfəvilərə itaətini bildirsə də, Qızılbaş ordusu Ağqoyunlulara qalib gəlib Maraş və Diyarbəkir üzərinə yerdiyi zaman gizli şəkildə Sultan II Bəyazidə məktublar göndərmişdi. Bu məktublarda o II Bəyazidi qızılbaşların fəaliyyətləri haqqında məlumatlandırmış və Şah İsmayılı pisləmişdi. Nurəli Xəlifənin Çəmişgəzəyə gəldiyini eşidən zaman Hacı Rüstəm döyüşmədən şəhəri ona təslim edib şahın hüzuruna getməyə qərar verdi. Nurəli Xəlifə hakimiyyəti gücləndirmək məqsədilə Çəmişgəzəkdəki tayfalara təzyiq göstərdi və Məlkişi əmirlərindən bir neçəsini öldürtdü. Səfəvi dövrü sənədlərində 1509-1510-cu illərdə Çəmişgəzək Hacı Rüstəmin tiyulu kimi göstərilsə də, 1511-1512-ci ildə Həsən bəy Təkəlinin tiyulu olduğu qeyd olunur.
Üsyanın nəticələri
Səfəvişünas R.Savori “Some Reflections on Totalitarian Tendencies in the Safavid State” adlı məqaləsində Nurəli Xəlifə tərəfindən başladılan bu üsyanı Səfəvilərin Anadoludakı fəaliyyətlərinin zirvə nöqtəsi adlandırır. Üsyan Şəbinqarahisar ilə İskilip arasında təqribən 400 km qədər geniş ərazidə iğtişaş və qarşıdurmaların baş verməsinə səbəb olmuş, bölgədəki Osmanlı hakimiyyətini sarsıtmışdı. Üsyan Məkrəzi Qaradəniz və Mərkəzi Anadolu bölgələrinin bir qismində Osmanlı iqtidarını keçici olaraq sonlandırmış, hətta bu ərazilərdə Şah İsmayıl adına xütbə də oxunmuşdu. Buna baxmayaraq üsyanın nəticələri gözlənilən kimi olmamışdı. Əvvəla Şahzadə Murad Amasya və Çorum əyalətlərindən istədiyi dəstəyi toplaya bilməmişdi. Bundan başqa Qızılbaş ordusu Tokat və Sivası ələ keçirsə də bu şəhərlərdə möhkəmlənə bilməmişdi. Bunun səbəbi üsyanda iştirak edən qüvvələrin dağınıq halda, qruplar şəklində olması və tək bir hədəfə doğru irəliləyə bilməməsi idi. Məsələn Sivas ətrafında Atuğaq adlanan yerdə üsyançı qruplar bir biriləri ilə münaqişə yaşamış nəticə də baş verən qarşıdurmada bir çox üsyançı həlak olmuşdu.
Nurəli Xəlifə rəhbərliyindəki ordunun da sayca az olması üsyanı uğursuz edən səbəblərdən biri idi. Şahzadə Muradın Səfəvi dövlətinə üz tutması ilə əsgər sayısının azalması nəticəsində Nurəli Xəlifə tutduğu şəhərlərdə möhkəmlənə bilməmiş, Ərzincana qayıtmalı olmuşdu.
İlk baxışdan Sinan paşa üzərində Nurəli üsyanının ən böyük qələbəsi bu hərəkatın daha da genişlənməsinə təkan verə bilərdi. Amma Nurəli üsyanı genişləndirməyib Osmanlı ərazilərini tərk etməsinə səbəb güman ki, hərəkatı rəhbələrinin bu hərəkatın gələcəyinin olmadığını görməsi və ona görə də üsyanın davam etdirilməsini məqsədəuyğun saymaması idi. Çünki hakimiyyəti yenicə əlinə keçirmiş Sultan Səlim də kifayət qədər möhkəmlənməkdə idi və onun tərəfindən bu üsyanın genişlənməsinə imkan veriləcəyi inandırıcı deyildi.
Üsyanın ciddi müqavimətlə rastlaşmadan dayandırılması Şah İsmayıl tərəfindən ona dəstək verilməməsi ilə də bağlı ola bilərdi. Şahqulu üsyanının təcrübəsi də göstərdi ki, Osmanlı daxilindəki şiə-sufi elementlərinin hələ Osmanlı dövlətini çökdürəcək qədər qüdrəti yox idi və ona görə də Nurəli üsyanı dayandırılmalı oldu. Sultan Səlim isə Osmanlı ərazisində baş verən üsyanlardan ciddi nəticə çıxardı. Bu üsyanlar Osmanlı dövləti daxilində vəziyyətin heç də sabit olmadığını və Osmanlı dövləti daxilində Səfəvi dövlətinə rəğbətli olan bir ictimai toplumun mövcud olduğunu nümayiş etdirdi.
İstinadlar
- Məhəmmədi, 1993. səh. 18
- Rumlu, 2017. səh. 416
- Münşi, 2009. səh. 31
- Musalı, 2019. səh. 728
- Süleymanov, 2018. səh. 386
- Süleymanov, 2018. səh. 387
- Cavanşir, 2007. səh. 418
- Musalı, 2019. səh. 734
- Floor, 2003. səh. 53
- Musalı, 2019. səh. 731
- Rumlu, 2017. səh. 417
- Rumlu, 2017. səh. 418
- Musalı, 2019. səh. 736
- Savory, 1976. səh. 235
- Musalı, 2019. səh. 737
- Süleymanov, 2018. səh. 388
Mənbə
- Namiq Musalı. SAFEVÎLERİN ERZİNCAN VALİSİ NUR ALİ HALİFE RUMLU VE ANADOLU’DAKİ FAALİYETLERİ. Erzincan. Uluslararası Erzincan Tarihi Sempozyumu. 2019. 718–749.
- Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.
- M.Ə.Məhəmmədi. TARİX-İ QEZELBAŞAN. Bakı: Azərbaycan nəşriyyatı. 1993. səh. 48.
- Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661. ISBN .
- İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
- Willem Floor. The Khalifeh al-Kholofa of Safavid Sufi Order. Berlin. Zeitschrift der Deutschen Morgenländischen Gesellschaft. 2003.
- Roger Savory. Some Reflections on Totalitarian Tendencies in the Safavid State. Berlin. Der İslam. 1976.
- Mehman Süleymanov. Şah İsmayıl Səfəvi. Bakı: Elm və təhsil. 2018. ISBN .
Əlavə ədəbiyyat
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nureli Xelife usyani XVI esrde fealiyyet gostermis Sefevi dovletinin turk serkerdesi dovlet xadimi Nureli Xelife terefinden Sah Ismayilin emri ile Anadoluda basladilan usyan Nureli Xelife rehberliyinde usyancilar Malatya yaxinliginda Faiq bey qosununu Qoyluhisarda ise Sinan pasa ordusunu meglub etse de usyan Nureli Xelife terefinden dayandirildi Sefevi tarixcileri bu usyani Sefevilerin Anadoludaki fealiyyetlerinin zirve noqtesi adlandirir Nureli Xelife usyaniSefeviler dovletiTarix 1512 ci ilYeri Amasya Tokat Sivas ErzincanSebebi Osmanli torpaqlarinda yasayan sufileri oz etrafinda birlesdirmek Osmanli hakimiyyetini sarsmaq Osmanli daxilinde hakimiyyete qarsi bas veren naraziliqlarNeticesi Nureli Xelife terefinden usyan dayandirilir Komandan lar Nureli Xelife Sultan Murad Faiq bey Sinan pasaArxaplanAnonim muellif terefinden qeleme alinan Tarixi Qizilbasan eserinde usyanin rehberi Nureli Xelifenin kimliyi haqqinda Rumlu basligi altinda danisilir Muellif yazir Nureli Xelife I Sah Ismayil vaxtinda Erzincan hakimi idi Rumlularla osmanlilarla muhum doyusler etmis Tokat seherini yandirmisdi 922 ci ilde 5 II 1516 23 I 1517 Cimiskezekde Bigli Cavus adi ile meshur olan Mustafa pasa ile vurusda helak oldu Anonim muellif terefinden yazilan Alemara yi Sah Ismayil ve Alemara yi Sefevi eserlerinde qeyd olunur ki Sah Ismayil Erdebil Tekkesine bagli pak etiqadli sufilerden olan Nurelini Erzincana hakim secmisdi Nurelinin usyaninin baslanmasi ucun de eslinde Anadoluda bir ictimaisiyasi zemin movcud idi Bir terefden burada coxlu sayda Sefevi sufileri var idi ve onlarin Sefevi deyerlerine derin etiqadi var idi Bu insanlar sufi deyerleri etrafinda birlesmeye ve emeli isler gormeye hazir idiler Alemara yi Sah Ismayil eserinde verilen onun Nureli Xelife vasitesile Anadoluda yasayan terefdaslarina gonderdiyi mektubun metni beledir Yuksekden yuksek bu xanedanin Rum olkesinde yasayan pak etiqadli sufilerine bunu elan edirik ki bu zaman biz cumlesi mesum olan hezretlerinin buyrugu ile Mehemmed kusunu ve Eliyyen Veliyyullah davulunun nevzis ile seslendirerek meydana cixmisiq ve 12 imam eleyhumesselemin mezhebine revac vererek ister sunni isterse kafir olan ekser padsahlari ve inadkarlari helak torpagi ustune sermisik Haq mezhebin yolunda calismisiq ve calisiriq Indi atalari nesilden nesile Sahi Merdan terefdari olan Nureli Xelifeni oz hokmdar sexsimin naibi kimi o terefe gonderirem Gerekdir ki bu yuksek xanedanin temiz dusunceli sufileri onu ozlerinin xelifesi kimi tanisinlar ve ona itaet etsinler Eger aranizdan kimse ona itaet etmezse bu o sexsin bizim hokmdar sexsimize tabe olmaqdan imtina etmesi demekdir Menbelerde movcud olan melumatlara gore Nureli Anadoluda Sah Ismayilin xelifesi kimi sevincle qarsilandi ve burada onun baslamaq istediyi herekata yaxindan destek verildi Bu meqam menbelerde bele tesvir edilmisdir Nureli xelifenin Ruma getmesi xeberi sufilere catdiqda 10 mine qeder sufi onun basina cem oldu Nureli xelife hokmdarin basmagini sufilerin yanina aparmisdi ve onlar o basmagi opub gozlerinin ustune qoyub dediler ki xos olsun sizin haliniza ki her gun mursidi kamilin didarini gorursunuz Mektubu acdiqda coxlu ehsanlar tokduler az qaldi ki oz canlarini ehsan etsinler ve daha sonra o mektub oxunduqda hamisi birden yerlerinden qalxdilar bezileri xelifenin ayagini opurdu ve bezileri onun elini opurdu ve deyirdiler ki emr mursidi kamilin emridir ki biz sene xidmet edib basimizi senin yolunda qoyaq Nureli Osmanli daxiline hem de taxt tac ugrunda cekismeler gerginlesdiyi bir vaxtda gelmisdi Sultan Selim taxta cixdigi dovrde sahzadeler arasindaki hakimiyyet ugrunda geden mubarizeler Sefevilerin Anadoluya mudaxilesini asanlasdirmisdi Diger terefden de heyat seraitinin dozulmezliyi olke daxilinde sahzadeler arasinda davam eden cekismeler ve bunun xalqa getirdiyi belalar Anadolu sieleri arasinda butun umidlerin Sah Ismayila baglanmasina yol acirdi Bu zaman sahzade Murad terefinden Anadolunun Amasya ve Corum bolgelerinde basladilan herekat da Sefevilerin diqqet merkezinde idi Sahqulu usyanini desteklemediyi halda Sah Ismayilin Nureli usyanini desteklemesi hec subhesiz ki Osmanli daxilinde cereyan eden proseslerle Osmanli Sefevi munasibetlerinde bas veren ve gozlenilen deyisikliklerle bagli idi Belelikle Nureli Xelife usyani haqqinda onu demek olar ki bu usyan Osmanli dovletine qarsi sade bir xarici mudaxile olmayib sosial bohranlar sebebinden olke daxilinde bas veren ve destek goren boyuk bir ayaqlanma idi Movcud seraitden istifade etmekle Nureli etrafina xeyli sayda sufi toplaya bildi ve bununla da qaldirmaq istediyi usyan ucun ozunun canli quvvesini temin etdi Usyancilarin sayi ile bagli menbelerde muxtelif melumatlar movcuddur Osmanli tarixcileri texminen 20 30 mine yaxin sexsin usyana qosuldugundan xeber verir Meselen Baki Oz Qazovada Nureli Xelife ile sahzade Muradin qosunlarinin birlesdiyi zaman Muradin tabeliyinde 10 min Nureli Xelife tabeliyinde ise 20 min sexsin oldugunu bildirse de anonim Sefevi menbeleri bu reqemleri 5 min ve 10 min kimi gosterir Usyanin meqsediAlman tarixci Sefevisunas Villem Floor Nureli Xelifenin Erzincana gonderilmesinde meqsed kimi Anadoludaki Sefevi muridlerini toplayib Tebrize Azerbaycana aparmaq oldugu fikrini ireli surur Bir diger tarixciler ise Sah Ismayilin Nureli Xelifeni Anadoluda sieliyi yaymaq ve Sefevi dovletinin gucunu gostermek meqsedile Osmanli torpaqlarina gonderdiyi fikrini mudafie edirler Tarixci Namiq Musali qeyd edir ki menbelerde her iki fikri destekleyecek melumatlara ne muridleri Anadoludan Azerbaycana kocurmek ne de Anadoluda guc gostermek kimi emirlere dair melumatara rast gelinmir N Musali usyanin meqsedlerini asagidaki kimi siraliyir Anadoludaki Sefevi terefdaslarini toplamaq ve onlari Osmanliya qarsi herekete kecirmek Sahzade Muradin herekati ile baslayan caxnasmani ve qargasani desteklemek Bununla da Osmanlinin diqqetini oz daxili meselelerine celb edib Sefeviler uzerine bas verecek hucumlardan yayindirmaq Bu usyanlar neticesinde furset ele kecirib Anadoluda yeni torpaqlar tutmaq Eslinde bu herekat Sah Ismayilin 1513 cu ilin yaz aylarinda baslayacaq herbi yuruslerinin baslangici olmali idi Lakin 1512 ci ilde ozbeklerle serhedde bas veren hadiseler neticesinde sah diqqetini serq cebhesine yoneltmeli oldugu ucun 1513 cu ilin yazinda Anadoluya deyil Xorasana dogru yola dusmusdu Tokat seherinin ele kecirilmesi1512 ci ilde Sah Ismayilin emri ile Nureli Xelife Erzincandan Tokata dogru herekete basladi Xelife Qarahisara catanda Osmanli erazisinde yasayan sufilerden texminen 3 4 min nefer suvari oz ailesi ile birlikde ona qosuldu Qarahisarin ele kecirilmesi ve orada Sah Ismayil adina xutbe oxunmasi Sefevi teriqetine bagli olan diger soylar arasinda da bir cosqunluq yaratmisdi ve bunun neticesi idi ki Sivas Amasiya ve Tokat etrafindan elave olaraq 20 min nefer toplanaraq Nurelinin qosunlarina qatilmisdilar Osmanli erazisinde yasayan kurd ve turkman soylarindan xeyli sayda konullunun Nurelinin herekatina qosulmasi haqqinda melumatlar movcuddur Xelife bas verenlerden cesaretlenib bu defe Malatyaya dogru hereket etdi Nurelinin genis bir erazide usyan qaldirmasi hakimiyyet ugrunda mubarizesini guclendirmis Sultan Selim terefinden de heyecanla qarsilandi ve evvelce Malatya valisi Faiq pasanin rehberliyi altinda usyancilara qarsi qosun destesi gonderdi Hesen bey Rumlu Ehsen et Tevarix eserinde bu doyus haqqinda melumat verir Sultan Selim terefinden o diyarin hakimi olan Faiq bey bu hadiseden xeber alan kimi uc min suvari ile ona qarsi doyuse telesdi Toqat movqeyinde her iki qosun bir biri ile qarsilasib doyuse basladilar Neticede xelife qalib geldi Rumiler doyus meydanindan qacis vadisine telesdiler Qazilerin ve sufilerin eline coxlu mallar kecdi Seher ehlinden bezileri xelifenin huzuruna gelerek sereflendiler ve seherde Isgender sanli xaqanin adina xutbe oxudular Ona gore de xelife onlara zerer vermeyib Adine bazarina yoneldi ve oradan kecib Qaz cayirinda dayandi Nureli Xelife Tokatda olan zaman sahzade Sultan Murad da qosunu ile birge ona qosuldu Alemara yi Sefevi de bu gorus haqqinda bildirilir ki Nureli Xelife ilk evvel eyilib sahzadenin elini opmek istedikde Sultan Murad buna icaze vermedi ve Xelifenin alnindan opdu Iki terefde semimi bir sekilde salamlasib qucaqlasdilar Tokatin isgali ve Sah Ismayil adina xutbe oxutdurulmasi xeberi ile qisa muddetde Amasya ve Corum qizilbaslari da Osmanli imperiyasina qarsi olan usyana qosuldular Bele ki Qara Isgender Isa Xelife oglu ve Seyid Eli Xelife adli Sefevi terefdaslari Corum ve Amasyadaki qizilbaslari usyana tesviq etmisdiler Movcud olan melumatlardan aydin olur ki Tokat seherinin ehalisi Nureli herekatina hec de regbetle yanasmirdi Gorunur ona goredir ki ehali usyancilarin sehere daxil olmamasi serti ile Sah Ismayilin adina xutbe oxunmasina razi olmusdu Sonradan Sultan Muradin destesi ile birlesen Nureli yeniden Tokat seheri uzerine yeridi Seher ehalisi usyancilari bu defe de sehere buraxmaq istemeseler de Nureli qosunlarinin qarsisinda uzun muddet davam getire bilmedi Nureli usyanci qosunlarla Tokata daxil ola bildi Qizilbaslar buradan Niksara dogru hereket etdiler Nureli Xelife oz esgerlerinin bir qismini itaetsizlik gosteren Seyx Hesenlu oymagi uzerine gonderdi Onlar bu hucumdan coxlu qenimet elde edib geri donduler Nureli Xelife Niksardan Erzincana qayitma qerarina geldi Nureli usyaninin nezaret altindan cixmasina imkan vermemek ucun Sultan Selim daha boyuk bir desteni bu usyanin yatirilmasina celb etdi Usyancilar uzerine gonderilen bu qosun destesine Sinan pasa Huseyn bey ve Taceddin bey rehberlik edirdi Sinan pasa ile Nureli arasinda qarsilasma Qoyluhisar yaxinliginda Eyuyazi adlanan yerde bas verdi Bu qarsidurma da Nureli Xelifenin qalibiyyeti ile neticelendi Sinan pasa ise bu doyusde helak oldu Meglub edilen Osmanli quvveleri qacmaga uz tutduqda onlardan 1500 e yaxin sexs olduruldu Hesen bey Rumlu bu qarsidurmani bele tesvir edir Qizilbas qosununun hereketlerindeki igidlik elametlerini goren Sinan pasani qorxu burudu ve o gunesin batdigi vaxtda ureyi atesle ve gozu yasla dolu bir halda qacis yolunu tutdu Qazilerin her biri elinde can odlayan nize ve barmaginda qan token ox tutmus halda qacanlarin ardinca dusdu Onlar Sinan pasani min bes yuz neferle birlikde qetle yetirdiler Rumilerin bedbextliklerinden biri de o oldu ki o gece qacis esnasinda qurumus bir caya catdilar ve ele hemin an boyuk bir tepe onlarin basina asdi Bele ki min bes yuz nefer onun altinda qaldi O qelebeden sonra Nureli xelife etibarli adamlar vasitesile rumilerin baslarini bol bol qenimetlerle birlikde Isgender sanli xaqanin dergahina gonderdi ozu ise ona tiyul olaraq verilmis Erzincanda qaldi Bu doyusden sonra Nureli Xelife usyani dayandirmaq qerarina geldi Nureli Xelife Erzincana gelib qisi Kemaxda kecirdi Sahzade Murad ise bezi menbelerde Niksarda bir diger menbelerde ise Kemaxda Xelifeden ayrilib Sah Ismayilin sarayina uz tutdu Cemisgezekin fethiTokat hucumundan sonra Nureli Xelife Cemisgezek uzerine hucuma kecib burani itaet altinda saxlamaq ucun mubarize apardi XV esrin sonu XVI esrin evvellerinde bu erazi Melkisi soyundan olan Haci Rustem terefinden idare olunurdu Namiq Musali yazir ki Melkisi soyu Kurd menseli bilinse de eslinde Turk menseli Saltukogullarinin davamcilari idiler Lakin XV esrin sonu XVI esrin evvellerinde bu aile artiq kurdlesmisdi Haci Rustem Sefevilere itaetini bildirse de Qizilbas ordusu Agqoyunlulara qalib gelib Maras ve Diyarbekir uzerine yerdiyi zaman gizli sekilde Sultan II Beyazide mektublar gondermisdi Bu mektublarda o II Beyazidi qizilbaslarin fealiyyetleri haqqinda melumatlandirmis ve Sah Ismayili pislemisdi Nureli Xelifenin Cemisgezeye geldiyini esiden zaman Haci Rustem doyusmeden seheri ona teslim edib sahin huzuruna getmeye qerar verdi Nureli Xelife hakimiyyeti guclendirmek meqsedile Cemisgezekdeki tayfalara tezyiq gosterdi ve Melkisi emirlerinden bir necesini oldurtdu Sefevi dovru senedlerinde 1509 1510 cu illerde Cemisgezek Haci Rustemin tiyulu kimi gosterilse de 1511 1512 ci ilde Hesen bey Tekelinin tiyulu oldugu qeyd olunur Usyanin neticeleriSefevisunas R Savori Some Reflections on Totalitarian Tendencies in the Safavid State adli meqalesinde Nureli Xelife terefinden basladilan bu usyani Sefevilerin Anadoludaki fealiyyetlerinin zirve noqtesi adlandirir Usyan Sebinqarahisar ile Iskilip arasinda teqriben 400 km qeder genis erazide igtisas ve qarsidurmalarin bas vermesine sebeb olmus bolgedeki Osmanli hakimiyyetini sarsitmisdi Usyan Mekrezi Qaradeniz ve Merkezi Anadolu bolgelerinin bir qisminde Osmanli iqtidarini kecici olaraq sonlandirmis hetta bu erazilerde Sah Ismayil adina xutbe de oxunmusdu Buna baxmayaraq usyanin neticeleri gozlenilen kimi olmamisdi Evvela Sahzade Murad Amasya ve Corum eyaletlerinden istediyi desteyi toplaya bilmemisdi Bundan basqa Qizilbas ordusu Tokat ve Sivasi ele kecirse de bu seherlerde mohkemlene bilmemisdi Bunun sebebi usyanda istirak eden quvvelerin daginiq halda qruplar seklinde olmasi ve tek bir hedefe dogru irelileye bilmemesi idi Meselen Sivas etrafinda Atugaq adlanan yerde usyanci qruplar bir birileri ile munaqise yasamis netice de bas veren qarsidurmada bir cox usyanci helak olmusdu Nureli Xelife rehberliyindeki ordunun da sayca az olmasi usyani ugursuz eden sebeblerden biri idi Sahzade Muradin Sefevi dovletine uz tutmasi ile esger sayisinin azalmasi neticesinde Nureli Xelife tutdugu seherlerde mohkemlene bilmemis Erzincana qayitmali olmusdu Ilk baxisdan Sinan pasa uzerinde Nureli usyaninin en boyuk qelebesi bu herekatin daha da genislenmesine tekan vere bilerdi Amma Nureli usyani genislendirmeyib Osmanli erazilerini terk etmesine sebeb guman ki herekati rehbelerinin bu herekatin geleceyinin olmadigini gormesi ve ona gore de usyanin davam etdirilmesini meqsedeuygun saymamasi idi Cunki hakimiyyeti yenice eline kecirmis Sultan Selim de kifayet qeder mohkemlenmekde idi ve onun terefinden bu usyanin genislenmesine imkan verileceyi inandirici deyildi Usyanin ciddi muqavimetle rastlasmadan dayandirilmasi Sah Ismayil terefinden ona destek verilmemesi ile de bagli ola bilerdi Sahqulu usyaninin tecrubesi de gosterdi ki Osmanli daxilindeki sie sufi elementlerinin hele Osmanli dovletini cokdurecek qeder qudreti yox idi ve ona gore de Nureli usyani dayandirilmali oldu Sultan Selim ise Osmanli erazisinde bas veren usyanlardan ciddi netice cixardi Bu usyanlar Osmanli dovleti daxilinde veziyyetin hec de sabit olmadigini ve Osmanli dovleti daxilinde Sefevi dovletine regbetli olan bir ictimai toplumun movcud oldugunu numayis etdirdi IstinadlarMehemmedi 1993 seh 18 Rumlu 2017 seh 416 Munsi 2009 seh 31 Musali 2019 seh 728 Suleymanov 2018 seh 386 Suleymanov 2018 seh 387 Cavansir 2007 seh 418 Musali 2019 seh 734 Floor 2003 seh 53 Musali 2019 seh 731 Rumlu 2017 seh 417 Rumlu 2017 seh 418 Musali 2019 seh 736 Savory 1976 seh 235 Musali 2019 seh 737 Suleymanov 2018 seh 388MenbeNamiq Musali SAFEVILERIN ERZINCAN VALISI NUR ALI HALIFE RUMLU VE ANADOLU DAKI FAALIYETLERI Erzincan Uluslararasi Erzincan Tarihi Sempozyumu 2019 718 749 Babek Cavansir IRAN DAKI TURK BOYLARI ve BOY MENSUBU KISILER SAFEVI DONEMI I SAH TAHMASB HAKIMIYETININ SONUNA KADAR 1576 Istanbul T C Mimar Sinan Guzel Sanatlar Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali Ortacag Tarihi Programi 2007 seh 896 M E Mehemmedi TARIX I QEZELBASAN Baki Azerbaycan nesriyyati 1993 seh 48 Hesen bey Rumlu Ehsenut tevarix Kastamonu Uzanlar Namiq Musali Oqtay Efendiyev 2017 661 ISBN 978 605 030 641 5 Isgender bey Munsi Turkman Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF I Baki Tehsil AMEA A A Bakixanov adina Tarix Institutu 2009 seh 792 Willem Floor The Khalifeh al Kholofa of Safavid Sufi Order Berlin Zeitschrift der Deutschen Morgenlandischen Gesellschaft 2003 Roger Savory Some Reflections on Totalitarian Tendencies in the Safavid State Berlin Der Islam 1976 Mehman Suleymanov Sah Ismayil Sefevi Baki Elm ve tehsil 2018 ISBN 978 9952 8176 9 0 Elave edebiyyatFloor Willem M Titles and Emoluments in Safavid Iran A Third Manual of Safavid Administration by Mirza Naqi Nasiri Washington DC Mage Publishers 2008 ISBN 978 1933823232 Savory Roger Iran Under the Safavids Cambridge Cambridge University Press 2007 ISBN 978 0521042512 Hemcinin baxNureli Xelife